Akif Aşırlı


Xarici ölkə jurnalistləri Xocalı soyqırımı haqqında



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə4/8
tarix06.09.2017
ölçüsü1,19 Mb.
#29088
1   2   3   4   5   6   7   8

Xarici ölkə jurnalistləri Xocalı soyqırımı haqqında 

 

Soyqırımın ilk günlərində, martın 2-də Xocalının adını ilk dəfə eşidən, bu şəhərin dinc əhalisinin 



başına gətirilən faciələr qələmə alıb çəkiliş aparmaq istəyən xarici ölkə jurnalistləri hadisə yerinə 

yollandılar. Onları  cəsur jurnalist, Xocalı  fəlakətini ilk dəfə dünyaya yayımlayan Çingiz Mustafayev 

müşayiət edirdi. Artıq Çingiz ikinci dəfəydi ki, Kətik meşəsində, Naxçıvanik yolunda üst-üstə qalaqlanan 

meyitləri, başının yarısı soyulmuş, 

gözləri çıxarılmış  uşaqları  çəkirdi. Xocalını ölü bir sükut bürümüş, qar üstə  səpələnən insan meyitləri 

vahimə yaradırdı. Hər yerdən qan iyi gəlirdi. Vəhşiliyə, qəddarlığa görə daşnakları belə arxada qoyan 

erməni-rus hərbi birləşmələrinin törətdikləri faciə xarici ölkə jurnalistlərini dəhşətə  gətirmiş, bəziləri 

əlləri ilə gözlərini tutaraq, onları gətirən vertolyota tərəf gəlmişdilər. Özünü itirmiş, göz yaşlarını saxlaya 

bilməyənlər də olurdu. 

Qanlı olayları gözləriylə görüb lentə alan fransalı Jan-İv-Yunet yazır:  

"Biz Xocalı faciəsinin  şahidi olmuşuq. Yüzlərlə ölənlərin meyitlərini gördük. Onların arasında 

qadınlar, qocalar, uşaqlar və Xocalının müdafiəsində duran adamlar var idi. Bizim ixtiyarımıza vertolyot 

verildi. Hündürlüyə qalxaraq havada gördüklərimizi kameraya çəkirdik, Xocalı  və onun ətrafını lentə 

alırdıq. Bu zaman erməni hərbi birləşmələri bizim vertolyotu atəşə tutdular və biz məcburiyyət qarşısında 

qalaraq, çəkilişi yarımçıq qoyub geri qayıtdıq. Mən müharibə haqqında çox eşitmişəm, Alman 

faşistlərinin qəddarlığını oxumuşam, ancaq ermənilər dinc əhalini və 5-6 yaşlı  uşaqları öldürməklə 

vəhşilikdə belə onları arxada qoymuşdular. Biz xəstəxanada, vaqonlarda, hətta uşaq bağçaları  və 

məktəblərin otaqlarında çoxlu sayda yaralananlar gördük". 

Başları kəsilmiş insan cəsədləri. Bu mənzərəni çalışdığı "İzvestiya" qəzetində V. Bellax belə qələmə 

alır: 


"Zaman-zaman Ağdama meyitlər gətirilirdi. Tarixdə belə  şeylər görünməmişdi. Meyitlərin 

gözləri çıxarılmış, qulaqları  və başları  kəsilmişdi. Bir neçə meyit zirehli maşınlara qoşularaq 

sürüklənmişdi. İşgəncələrin həddi-hüdudu yox idi". 

"Haydad", "Asala" erməni terror təşkilatlarının maliyyə dəstəyi ilə "Artsağ işi"nə dəstək vermək, 

qan üzərində qurmaq istədikləri "Böyük Ermənistan"a xidmət üçün Xocalıya gələn avropalı erməni 

jurnalistləri faciəni Azəri türklərinin etdiyi haqda məlumatlarla dünyanı aldatmağa çalışırdılar. Erməni 

yaraqlılarının, iri hərbi qruplaşmalarının soyqırım törətmədikləri, hərbi əməliyyat zamanı 14 nəfərin qətlə 

yetirildiyi barədə beynəlxalq ictimaiyyətə ötürülən informasiyalar fakta, həqiqətə  əsaslanmadığından 

cəhdlər puça çıxdı. Vəhşiliyi, qan-qadanı ilk dəfə görən Avropa ermənisi olan jurnalistlərdən biri 

törədilən faciəni olduğu kimi çatdırmağa çalışmışdı: "Xocalıda qətlə yetirdikləri 100 nəfərin cəsədini yan-

yana düzərək körpü düzəltdilər. Mən bu körpüdəki cəsədlərin üzərindən keçəndə, ayağımı körpə bir 

uşağın sinəsinə qoyanda elə titrədim ki, fotoaparatım, bloknotum, qələmim yerə düşərək körpənin al 

qanına boyandı. Özümü tamamilə itirdim. Bədənim tir-tir titrədi. Bəlkə  də bu, avropalı erməninin 

soyqırım faktını  təsdiqləməsi, qələminin günahsız körpə qanına bulaşması  səbəbindəndir. Qəddarlıq, 

arxadan zərbə vurmaq, qanlı olayların mərkəzində dayanmaq ermənilərin dəyişməz gen yaddaşıdır. 

Dünyanın harasında, hansı  məskənində olur-olsun, erməni xisləti gec-tez büruzə verir və verəcək də. 

Bilmirik, bu avropalı erməniyə öz irqindən, dinindən olanlar terror edib, ya yox. Çünki "Haydad" erməni 

terror təşkilatı "Millətin cəlladı olmaq istəməyənləri", terror düşüncəsindən uzaq erməniləri qətlə 

yetirməklə vahimə, qorxu yaradıb cərgələrinə qoşurdular. Erməni yazarı S. Qabrelyan "Haydad" və 

Daşnaksüt-yun barəsində belə söyləyib: "Mən öz paramla məmləkətin cəlladı olmaq istəmirəm". 

Daşnakların Moskvada öldürdükləri Jamharyan da "Millətin cəlladı olmaq istəmədiyindən" qətlə yetirildi. 

Jamharyan o kəslərdən idi ki, bir erməni yetimxanasının ehtiyacını ödəyirdi. Fəqət ondan Daşnaksütyuna 

maliyyə köməyi umanda o bundan imtina etmiş, nəticədə  qətlə yetirilmişdi. Yenə  də eyni səbəblərdən 

Türkiyə ermənisi İzmirdə yaşayan Balyozman da öldürülüb. "Haydad"ın təhdid məktubları ilə istədikləri 

paranı verməyən rus ermənisi Bahaliyan 10 dekabrda Novorossiysk şəhərində boğazlandı. Daşnakların 

"Haydad"ın ünvanına bu zülmlərin, qətllərin, cinayətlərin uzun bir siyahısını yazmaq olar. Birisi bu 

hərəkətlərə qarşı  şikayətlərdə bulunurdusa, o adam Ölümə  məhkum edilirdi. Bu, vəhşi ruhun 

təcəssümüdür. Bu, erməni xarakterinin iç üzüdür. Tarix heç vaxt unutmaz ki, Xocalı soyqırımını 

Qarabağda həyata keçirən "Haydad" terror qrupunun rəhbəri Suren Paşayan olub. Bu Suren Paşayan 

"canavar" ləqəbi ilə tanınır. Türklərə qarşı qəddarlığı, amansızlığı ilə öyünürdü. Soyqırımla bağlı xarici 

ölkə mətbuatında digər jurnalistlərin qələmə aldıqları yazılardan bəzi epizodları diqqətinizə çatdırırıq: 

"Vaşinqton-Post" qəzeti: "Dağlıq Qarabağ qurbanları Azərbaycan şəhərində torpağa basdırılıb. 

Qaçqınlar deyirlər ki, ermənilərin hücumu zamanı yüzlərcə adam həlak olub. Həlak olmuş yeddi nəfərin 



31 

 

meyitini bu gün göstərdilər, onlardan 2-ci uşaq, 3-ü qadındır. 120 qaçqın Ağdam hospitalındadır, onların 



bədənlərində çoxsaylı dərin yaralar var. 

"Tayms"  qəzeti: "Erməni  əsgərləri yüzlərcə qaçqın ailəsini qırıblar. Sağ qala bilənlər xəbər 

veriblər ki, erməni əsgərləri 450-dən artıq azərbaycanlını güllələyiblər, onlardan çoxu uşaq və qadınlardır. 

Yüzlərcə, mümkündür ki, minlərcə insan itkin düşüb. "Onlar atəş açırdılar, atəş açırdılar, atəş açırdılar" - 

deyə Xocalıdan digər qadın və uşaqlarla birlikdə Ağdama qaçmış Raziyə Aslanova bildirib. O deyib ki, 

əri Kayun və oğlu öldürülüb, qızı isə itkin düşüb. 

"Tayms" qəzeti: Qırğın aşkar oldu, Anatoli Levin: "Dağlıq Qarabağın yamaclarında aralarında 

qadın və  uşaq olan 60-dan çox meyit aşkar olunub, bu isə erməni qoşunları  tərəfindən azərbaycanlı 

qaçqınların qırılması haqda məlumatları təsdiqləyib. Yüzlərcə qaçqın hələ də tapılmayıb. 

"Tayms" qəzeti:  "Onlardan çoxu tanınmaz hala düşüb. Balaca bir qızcığazın isə yalnız başı 

qalıb". 


"İzvestiya" qəzeti. "Videokamera qulaqları kəsilmiş uşaqları göstərib. Yaşlı qadınlardan birinin 

üzünün yarısı kəsilib. Kişilərin baş dərisi soyulub". 



"Sandi Tayms" qəzeti: "Tomas Tolts erməni əsgərlərinin törətdikləri qırğınlar barədə məlumat 

verən ilk reportyordur. Xocalı sadə Azərbaycan  şəhəri olub. Lakin dinc dövrdə  əkinçiliklə  məşğul olan 

minlərlə azərbaycanlının evi olub. Ötən həftə şəhər yer üzündən silinib". 

"Fayneyşnl tayms" qəzeti:  "Ermənilər Ağdama gedən qaçqın kalonunu güllələyib. 

Azərbaycanlılar 1200 meyit sayıblar. Livandan olan reportyor təsdiq edib ki, varlı daşnak icması 

Qarabağa silah və adam göndərir". 

"İzvestiya" qəzeti:  Mayor Leonid Kravest: "Mən özüm yamacda yüzə  qədər meyit gördüm. 

Oğlan uşaqlarından birinin başı yox idi. Hər yerdə xüsusi qəddarlıqla öldürülmüş qoca, qadın və  uşaq 

meyitləri gördüm". 

"Fayneyşnl tayms" qəzeti:  General polkovnik bildirib ki, 366-cı polkdan 103 hərbi qulluqçu 

Dağlıq Qarabağda qalıb. 



"Le Mond" qəzeti:  "Ağdamda olan xarici jurnalistlər Xocalıda öldürülmüş qadın və  uşaqlar 

arasında 3 baş  dərisi soyulmuş, dırnaqları  çıxarılmış meyit görüblər. Bu, Azərbaycan təbliğatı yox, 

reallıqdır". 

"Valer aktual" jurnalı: "Bu Muxtar vilayətdə erməni hərbi birləşmələr Yaxın Şərqdən olanlarla 

birlikdə  ən müasir hərbi texnikaya, eləcə  də vertolyotlara malikdir. ASALA Suriya və Livanda hərbi 

düşərgə və silah anbarlarını məhv ediblər, 100-dən artıq müsəlman kəndini qırıblar. 

"Krua I`Eveneman" jurnalı: "Ermənilər Xocalıya hücum ediblər. Bütün dünya tanınmaz hala 

düşmüş cəsədlərin şahidi olub. Azərbaycanlılar 1000 nəfərin öldüyünü deyir". 



"Qolos Ukrainı" qəzeti. V. Skaçko: "Müharibənin sifəti olmur. Yalnız məkrli maska, qanlı göz 

yaşları, ölüm, bədbəxtlik, dağıntılar... 

Xocalıda körpələri nə üçün qətlə yetirdilər? Bəs analarını? Allah insanı cəzalandırmaq istəyəndə 

onun ağlını alır". 



"Nie" qəzeti. Bolqarıstanda çıxan bu mətbuat orqanı Xocalı soyqırımına həsr olunmuş bütöv bir 

nömrə çap etmişdir. Violetta Parvanova: "Xocalı bəşəriyyətin faciəsidir". 

Xarici Ölkə jurnalistləri ilə söhbət edən əslən Xocalıdan olan, soyqırımda anasını, yaxın qohum-

əqrəbasını itirən yazar Səriyyə Müslümqızı xatırlayır: "Xocalıya dünyanın müxtəlif ölkələrindən onlarla 

əcnəbi jurnalist gəlmişdi. Onlar qanlı hadisələri gözləri ilə görüb dəhşətə gəlirdilər. 

Ancaq onların çoxu ölkələrinə dönəndən sonra, həqiqətin  əksini qələmə alırlar. Xocalı 

soyqırımının "Arsaq qəhrəmanları"nın qəhrəmanlıq salnaməsi kimi yazır, qətlə yetirilənlərin  şəkillərini, 

"ermənilərin  şəhidləri" kimi təqdim edirdilər. Hətta həmin o şəkillərin  əks olunduğu poçt markaları da 

dövriyyəyə buraxıldı". 

 

 

 


32 

 

Şahidlərin söylədikləri 



 

Soyqırım günü Xocalının 7 minlik əhalisinin demək olar ki, yarısı  şəhərdə, erməni hərbi 

birləşmələrinin mühasirəsində blokada vəziyyətində idi. Taleyi Allahın ümidinə buraxılan insanlar bütün 

çətinliklərə dözür, ermənilərin hücumlarının qarşısında tab gətirirdilər.  Əhali daşnakların  şəhəri talan 

edib, insanları qıracağına inanmırdılar. Düşünürdülər ki, arabir atışmalar ötəridir. Ancaq şəhərdə dolaşan 

xəbərlərə görə, ermənilər Xocalıya hücum əməliyyatı üzərində qərarlıdır və bunu fevralın 18-dən sonra 

hər gün gözləmək olar. Xocalının fevralın 13-dən sonra Azərbaycanla əlaqəsi yox idi. Axırıncı vertolyot 

da bu tarixdə Xocalıya enərkən cəmi 300 nəfəri  şəhərdən çıxarıb. Vəd edilmişdir ki, vertolyot bir də 

qayıdacaq. Camaat da hər gün gözləyir, təyyarə meydanına yığışırdılar. Yanacaq, çörək qıtlığı başlamışdı. 

Xəstələrin, qocaların vəziyyəti dözülməz idi. Fevralın 13-dən sonra xocalılar konkret olaraq heç bir 

kömək görmədilər. Onların ümidi yalnız ratsiya ilə  əlaqəyə qalmışdı. Yenə  də  vəd verilir, kömək 

göstərəcəklərini, vertolyot göndərəcəklərini söyləyirdilər. Ancaq onlara ölüm ayağında yalnız ümidlər 

qaldı. 

Fevralın 25-dən 26-na keçən gecə, təxminən saat 23.00-da şəhərə ardı-arası kəsilmədən toplardan 



atəş açmağa başladılar. Demək olar ki, elə ilk həmlədən şəhərin Əsas müdafiə postları sıradan çıxarıldı. 

Çünki Xocalının müdafiəsi demək olar ki, yox idi. Əgər müdafiəyə aid nələrsə olubsa belə, onların dəqiq, 

özü də  qısa zamanda məhv edilməsinin bir səbəbi var. Deməli,  şərait,  şəhərdəki vəziyyət düşmən 

tərəfindən dəqiq öyrənilibmiş. Dolayısı ilə də olsa bunu 366-cı olayın bölmələri arasında radiodalğanın 

maqnit yazısı da təsdiqləyir. Bu yazının bəzi məqamlarına diqqət yönəldək: 

"Mən 13-əm. Kəşfiyyat vasitələrini yerbəyer eləmişəm. Nişançı da nişan almağa hazırdır. 

(Söhbətin məğzindən aydın olur ki, söhbət topçu nişançıdan yox, kəşfiyyatçıdan gedir). 

Bu danışıqların mətnindən aydın olur ki, düşmən kəşfiyyatçıları bir neçə nəfərdir... 

Əhali vahimə içərisində güllə yağışı altında Xocalını  tərk etməyə başlayır... Qoy o dəhşətli 

gecənin şahidlərinin özləri danışsın: 



 

Cəmil Cümşüd oğlu Məmmədov: 

- Ruslar tanklar və BTR-lərlə şəhərə daxil olaraq evlərimizi darmadağın etdilər. Arxalarınca isə 

ermənilər gəlirdi. Beş yaşında nəvəmi götürüb meşəyə qaçdım. Bir sutka qarın altında qalmışam. Körpə 

donmamaqdan ötrü paltarlarımı soyunub uşağa bükmüşdüm. Artıq taqətim qalmamışdı. Naxçıvanik 

kəndinə yollanıb ermənilərə yalvardım ki, nəvəmə  rəhm etsinlər. Məni təhqir edib komendanta təhvil 

verdilər. O isə  əmr verdi ki, bizi tövləyə salsınlar. Burada çoxlu qız-qadın, körpə vardı. Sonra bizi 

Əsgərana gətirdilər. Arvadım, qızım, yeznəm burada idilər. Boyeviklər dırnaqlarımı çıxartdılar. Zəncilər 

göyə atılıb üzümüzə  təpik vururdular. Çox işgəncədən sonra məni ermənilərlə  dəyişdirdilər. Nəvəm, 

arvadım, qızım və yeznəmdən heç bir xəbər yoxdu. 

 

Səriyyə Talıbova: 

- Gözümün qabağında 4 məshəti türkünün, 3 qonşumuzun başını erməni quldurunun qəbri 

üstündə kəsdilər. Rus əsgərləri ilə bir yerdə ermənilər ata-analarının gözü qarşısında uşaqlarına işgəncə 

verib öldürürdülər. Sonra isə meyitləri buldozerlərlə dərəyə tökürdülər: 

 

Camal Allahverdi oğlu Orucov: 

- 16 yaşında oğlumu güllələdilər. 23 yaşlı qızımı iki əkiz oğlu və 18 yaşlı hamilə qızımı əlimizdən 

aldılar. 



 

10 yaşlı Ramil Həsənov: 

- Ermənilər gələndə meşəyə qaçdım. 3 gün ac-susuz orada qalmışam. Susuzluqdan ölürdüm. 

Çoxlu qar yemişəm. 

 

Sənan Abdullayev: 

- Bir gün meşədə qaldıqdan sonra ermənilər bizi tapıb Əsgərana gətirdilər. Anam-atam, 16 yaşlı 

bacım meşədə öldü. Ruslar, ermənilər, sırğalı  zəncilər uşaqların gözü qarşısında mənə  işgəncələr 

verirdilər. Sonra bizi içərisinə su doldurulmuş zirzəmiyə saldılar. Suda boğulmamaq üçün uşaqları bir gün 

əlimdə saxlamışam. 

 

Ayağımdan güllə yarası almış 4 yaşlı Fuad Gülməmmədov: 

- Ermənilər məni ayağımdan tapança ilə vurdular. 



33 

 

 



 

 

Xədicə Abdullayeva: 

- Bir sutka ayaqyalın meşədə qaldıqdan sonra atam, anam və 16 yaşlı bacım  şaxtaya tab 

gətirmədilər. Sağ qalan xocalılarla birgə məni də girov götürdülər. Bizi bir gün ac-susuz, döşəməsinə su 

doldurulmuş zirzəmidə saxladılar. Daşnak tör-töküntüsünə  dəyişdirildim.  İndi iki ayağımdan da 

məhrumam. 

 

Mirzə Allahverdiyev: 

Ermənilərin hücumundan sonra meşəyə çəkilməli olduq. Burada 3 gün ac-susuz qaldıq. Fevralın 

28-də axşam bizi mühasirəyə aldılar. Bizi Əsgəranda ölüm kamerasına saldılar. Hər gün bir neçə adamı 

aparıb güllələyirdilər. Vəhşilər başıma dəhşətli zərbələr endirirdi. Qızıl dişlərimi kəlbətinlə çıxartdılar. İki 

qabırğamı sındırdılar. 18 gündən sonra bir alt paltarında bizi dəyişdirdilər. Atamı, iki qardaşımı, qardaşım 

oğlunu öldürdülər. 

 

Nəsibə Əliyeva: 

- Meşədən çıxan kimi ermənilər atəş açdılar. 40 nəfər idik. 26 nəfəri, o cümlədən oğlumu və 

yoldaşımı öldürdülər. 8 yaşlı Yavərim isə güllə yarası aldı. 

 

Xatirə Orucova: 

- 8 yaşım var. Gözümün qabağında atamı, anamı  və 6 yaşlı bacımı ermənilər güllələyib qətlə 

yetirdilər. Güllə mənə də dəyib. 

 

Məhəmməd Orucovun dedikləri: 

- Şəhərə hücum başlananda 16 yaşlı oğlum Xaqani evə girib məni, qızlarım Leylanı və Aybənizi, 

2 yaşlı  nəvələrim Fuadı  və Muradı meşəyə qaçırdı.  Əmimdən xəbərimiz yox idi. 2 gün meşədə qarın-

çovğunun içində qalandan sonra ermənilər bizi tutub Pircamala apardılar. Hamımızı tövləyə saldılar. 

Tövlə  əsirlərlə dolu idi. Əmimi də burada gördüm. Gözlərimiz qarşısında  əmimi və  oğlumu möhkəm 

döydülər. Sonra faşistlər  əsirlər arasında 10-13-15 yaşlı  qızları seçib ayırdılar...Həyat yoldaşımı da bir 

neçə nəfərlə Əsgərana aparıb güllələdilər. Bundan sonra məni buraxdılar, qızlarımı, oğlumu və nəvələrimi 

isə əsir saxladılar. 



 

Mirəş Əliyeva: 

- Biz meşədə qara bata-bata dolaşırdıq. Yolu keçəndə mənə güllə dəydi. Yıxıldım və daha ayağa 

dura bilmədim. Haradasa meşədən, səngərdən tez-tez atəş açılırdı.  Əlif məndən yapışıb yolun qırağına 

tullandı. Meşədən açılan atəşlər bir müddət ara verdi. Əlif (Xocalı aeroportunun komandiri - A.A.) başını 

qaldırmadan yolun o biri tərəfində uzanmış qadınlara qışqırırdı ki, tez yolu keçsinlər. Bu vaxt ərzində 20 

nəfərədək qadın və uşaq yolu keçmişdi. Əlif avtomatın darağını dəyişməyə başlayanda ermənilər cavab 

atəşi açdılar. Güllələrdən biri düz Əlifin alnına dəydi. 

 

Cəmil Məmmədov: 

-  Şəhərə girən tanklar və zirehli transportyorlar evləri dağıdır və adamları basıb keçirdilər. Rus 

əsgərlərinin arxasınca erməni yaraqlıları gedirdilər. 5 yaşlı  nəvəmi və 14 min manat pulumu götürüb 

meşəyə  tərəf qaçdım. Gecə  uşağın donmaması üçün paltarımı  çıxarıb onu bürüdüm. Lakin bu kömək 

etmirdi. Qarı qazıb uşaqla birlikdə onun içinə girməli olduq. Səhər uşağın buna tab gətirməyəcəyini başa 

düşüb yaxınlıqdakı Naxçıvanik erməni kəndinə yollandım. Orada bizi silahlı ermənilər qarşıladılar. Mən 

onlara yalvarıb-yaxardım ki, pulu götürsünlər və  uşağın xatirinə bizi Ağdama buraxsınlar. Cavabında 

məni döydülər, söydülər və kəndin komendantının yanına apardılar. O əmr etdi ki, bizi pəyəyə salsınlar. 

Pəyədə artıq azərbaycanlı qadınlar və  uşaqlar var idi. Pəyədə bizi 4 gün saxladılar, nə çörək, nə su 

verdilər. 4 gün sonra məni nəvəmlə  Əsgəran rayonuna gətirəndə başımıza elə oyun açdılar ki, 

Naxçıvanikdəki pəyəni cənnət sandım. 

Erməni muzdluları (mən erməni dilini bilirəm və yerli ermənini gəlmə ermənidən seçirəm). Ayaq 

barmaqlarımın dırnaqlarını  çəkib çıxartdılar. Ermənilərin arasında olan zəncilər havaya tullanaraq 

ayaqları ilə üzümdən vururdular. Bir neçə saat davam edən işgəncələrdən sonra məni həbs edilmiş bir 

erməni ilə dəyişdirdilər. Nəvəmi isə əlimdən aldılar. Arvadımdan və qızlarımdan heç bir xəbərim yoxdur. 

 


34 

 

Qasımova Ayna: 

- 12 gün meşədə qaldıq. İki oğlum və bacım da yanımda idi. Yediyimiz ağac və itburnu qabığı idi. 

Tez-tez qar da yeyirdik. 12 gündən sonra min bir zülmlə  gəlib Ağdama çıxdıq. Ağdamda nə  qədər 

çalışdılarsa ayaqqabılarımızı ayağımızdan çıxara bilmədilər. Ayaqlarımız tamam donmuşdu. Sonra 

ayaqqabılarımızı bıçaqla kəsdilər. Ağdamda sistem qoyub Bakıya müalicəyə göndərdilər. 

 

Talıbov Səməd: 

- Fevralın 25-dən 26-na keçən gecə 120-130-a qədər adamla meşəyə qaçdıq. Bu müddətdə Kətik 

meşəsində qaldıq. Bir müddət meşədə qaldıqdan sonra Hray kəndinə  tərəf getdik. Böyüklər aclığa. 

saxtaya dözə bilirdilər. Amma uşaqlarla çox çətin idi. 3 gün ac-susuz qaldıq meşədə. 3-cü gün Naxçıvanik 

istiqamətinə gedəndə ermənilər bizi tutub mal tövləsinə saldılar. Bizdən başqa 50-60 adam da var idi. Bir 

az keçmiş ermənilər içəri girib kişiləri, arvad-uşaqları avtomatın qundağı ilə vurub əzməyə, şil-küt etməyə 

başladılar. Vuranda, döyəndə  səsini çıxaran  şəxsi həmin saat güllələyirdilər. Girovluqda gördüyüm 

dəhşətləri heç zaman unutmayacağam. 



 

Salmaıı Qasımov: 

- Ermənilər Xocalıya girəndə hamımız qaçdıq meşəyə.  Əvvəl 300-ə  qədər adam idik. Gülablı 

tərəfə gedirdik. Orda ermənilər camaatın qabağını kəsdi. Atışmada Abdullam öldürdülər. Adamlar qaçıb 

dağılışdılar. 11 adam qaldıq. Tofiqin də anası yanımızda öldü. Mən paltomu onun üstünə saldım. Sonra 

mühasirədən çıxmaq üçün irəli getdik. Amma hara gedirdiksə ermənilərin  əhatəsində olduğumuzu hiss 

edirdik. Yediyimiz də ancaq qar idi. Hamımız haldan düşmüşdük. Keçdiyimiz yerlərdə çoxlu meyit var 

idi. 

Görüşdüyüm xocalıların hamısının acı taleyinə yanıram. Onları özümə  ən yaxın, doğma adam 



bilirəm. Xocalılar hamısı sakit, köməksiz adam təsiri bağışlayır mənə. Amma Gülalı kişinin o yazıq 

görkəmini heç unuda bilmirəm. Gülalı kişiyə çəkilən dağ da ağır dağdır. 



 

Gülalı Mehralıyev: 

- Altı günə kimi meşədə qaldıq. Ac-susuz meşənin içində  qızımla məşəqqətlər çəkdik. Gecə 

meşənin vahiməsi, soyuğu, şaxtası, daima gözlənilən erməni qorxusu yazıq qızımın bağrını yardı. Nakam 

balam dözə bilmədi, keçindi. Gülalı kişi için-için ağlayır. Qurumuş bir halda qızımın meyitinin yanında 

oturdum. Bədbəxt qızıma baxıb göz yaşı tökürdüm. Balamın iyirmi yaşı vardı. Səkkiz ay idi ki, toyu 

olmuşdu. Dişimnən, dırnağımnan yığıb qızıma cehiz almışdım, 12 min manatlıq mebel alıb toyunu 

etmişdim. İndi yazıq balam torpağa döşənmişdi. Halsız, hərəkətsiz uzanmışdı. Zavallı qızımdan çətinliklə 

də olsa ayrıldım. Meşə ilə gedirdim. Şelli istiqamətinə üz tutmuşdum. Qəfildən aralıda erməniləri 

gördüm. Qaçıb girdim bir körüyün içinə. Ermənilər xoşbəxtlikdən görmədilər məni. Bir müddət kötüyün 

içində qaldım. Qorxudan çıxa bilmirdim. Sonra minbir çətinliklə Ağdama gəlib çıxdım. Amma qızımın 

meyitindən nigaranam. Bircə meyiti gətirib basdırsaydım, rahatlanardım. Meyitin yeri yaxşı yadımdadır. 

Amma ora getmək mümkün olacaqmı? 



 

Vüqar Qarayev: 

- Gecə saat 11-də evdən çıxdıq. Gəldik meşəyə. Meşədə çoxlu adam vardı. Uşaqlar ağlaşır, 

qışqırırdılar. Arvadlar uşaqların ağzına dəsmal tıxadılar ki, səsləri eşidilməsin. Sonra ermənilər 

mühasirəyə alıb çoxunu girov tutdular. Babək adlı bir oğlan vardı. Yolu gedə bilmirdi, təngnəfəs olurdu. 3 

kilometrə qədər onu mən apardım. Sonra qüvvəm çatmadı. Ayaqlarımı şaxta vurmuşdu. Bədənim heç elə 

bil ki, mənim deyildi. Düz iki gün sürünmüşəm. Mənə elə gəlirdi ki, erməninin üstünə gedirəm. Amma 

mənim üçün daha heç bir fərqi yox idi. Onsuz da tam haldan düşmüşdüm. Xoşbəxtlikdən 

döyüşçülərimizin postuna gəlib çıxdım. 



 

Salnıan Qasımov: 

Ermənilər Xocalıya hücum edəndə qaçdıq Dəhraz tərəfə. Dəhrazda bizi mühasirəyə alıb tutdular. 

Yaşlı bir qadını  və cavan oğlanı yerindəcə güllələdilər. Sonra bizi Naxçıvanikə  gətirib mal pəyəsinə 

saldılar. Az keçməmiş gəlib aramızdan on üç adamı seçib apardılar güllələməyə. O güllənin səsini də biz 

eşitdik. Bir müddət pəyədə saxladıqdan sonra bir yük maşınına mindirib bizi gətirdilər Xankəndinə. Orda 

bizi maşından düşürəndə bir erməni kobudluqla çeşməyimi alıb dedi: "Gedərsən Kürün o tayında verərlər 

çeşməyini!" Sonra bizi saldılar həbsxanaya. Həbsxanada hansı  işgəncələri çəkmədik? On günə kimi 

dilimizə heç nə  dəymədi. Çörək-su həsrətiynən gözümüzü tikirdik qapıya. Qapının nə vaxt açılacağını 

səbirsizliklə gözləyirdik. Amma qapını açıb içəri girənlər bizə nə su gətirirdi, nə də çörək. Başlayırdılar 


35 

 

təpikləməyə, döyməyə, qol-qabırğamızı  sındırmağa. Elə döyürdülər, elə hala salırdılar ki, yerdə döşəli 



qalıb tərpənə bilmirdik. Düz on gündən sonra gətirib hərəmizə 70 qram çörək, hər üç adama bir stəkan su 

verdilər. Bir də görürdün gecə saat 2-də, 3-də ermənilər sərxoş halda gəlib içəri girir, pis söyüşlər söyüb, 

istədikləri işgəncəni verirdilər. Qaldığımız yer olduqca soyuq idi. Pəncərə soyuq olduğundan külək 

içəridə  vıy-vıy vıyıldayırdı. Hamımız soyuqdan titrəyirdik. Yerə salmağa bir adyal da verməmişdilər. 

Bütün gecəni, gündüzü oyaq qalırdıq. Yanımızda Qaradağlıdan yazıq bir kişi vardı. Bizdən çox qabaq onu 

tutub bura salmışdılar. Yazığın susuzluqdan ciyəri yanırdı. Gecənin bir vaxtında halı lap pisləşdi. "Su, su" 

deyib inildəməyə başladı. Dözə bilmədim, gedib qapını döydüm ki, bir az su versinlər yazığa. Nəzarətçi 

erməni qapının o tayından məni söyüb təhqir etdi və təkrar qapını döydükdə öldürəcəyini bildirdi. Yazıq 

kişi "su, su" deyə-deyə canını tapşırdı. Bir dəfə xaricdən - Qırmızı Aypara Cəmiyyətindən bir dəstə adam 

gəlib vəziyyətimizlə maraqlandı. Halımızı, görkəmimizi görəndə təəssüflə başlarını buladılar. Ermənilər 

isə bizə  əvvəlcədən xəbərdarlıq edirdilər ki, gələn qonaqlara şikayətlənməyək.  Əksinə ermənilərdən 

razılıq edək ki, guya bizə yaxşı baxırlar. Əgər belə deməsəydik, ermənilər bizə elə işgəncələr verərdi ki... 

Düz 48 gün ermənilərin əsarətində əzab çəkdim. 48 gündən sonra məni bir erməni ilə dəyişdilər. 


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin