Akif Aşırlı



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə8/8
tarix06.09.2017
ölçüsü1,19 Mb.
#29088
1   2   3   4   5   6   7   8

 

62 

 

 



Xocalı faciəsi beynəlxalq cinayət olaraq Ermənistanın  

Azərbaycan xalqına qarşı apardığı məqsədyönlü 

soyqırımı siyasətinin tərkib hissəsidir 

 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycan xalqına qarşı həyata 

keçirilmiş ən dəhşətli cinayətlərdən biri 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Dağlıq 

Qarabağ bölgəsindəki Xocalı  şəhərində ermənilərin törətdiyi tarixdə insanlığa qarşı görünməmiş 

vəhşilikdir. Bir gecənin içində yüzlərlə günahsız insan xüsusi qəddarlıqla məhv edilib. Xocalı şəhərinin 

işğalının faciəli nəticəsi bunlardır: 613 nəfər, o cümlədən 106 qadın və 63 uşaq qətlə yetirilib, 487 nəfər 

şikəst olub. 1275 adam erməni  əsirliyinin dəhşətlərindən keçib, 150 nəfər itkin düşüb,  şəhərin özü isə 

yerlə-yeksan edilib. Bu faciənin nəticəsində onlarca uşaq, qadın və qoca güllələnib. Ermənistanın silahlı 

qüvvələri və muzdlular bütöv ailələri məhv edib, insanları amansızcasına qətlə yetirmişlər: adamların 

dərisi soyulub, qulaqları kəsilib və başlarının dərisi soyulub çıxarılmışdır. 

 

IXocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsi 

 

Soyqırımın hüquqi məzmunu BMT Baş  Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı 



qətnaməsi ilə  qəbul edilmiş Soyqırımı cinayətinin qarşısının alınması  və  cəzalandırılması haqqında 

Konvensiya ilə müəyyən olunmuşdur. Hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən 

məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlərdən ibarətdir: 

- bu cür qrup üzvlərinin öldürülməsi; 

- belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; 

- hər hansı bir qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat 

şəraiti yaradılması; 

- bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi; 

- uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi. 

Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması  zəruri ünsür sayılır. Bu, soyqırımı cinayətini 

obyektiv cəhətinə görə oxşar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən 

əməllərdən hər biri öz xarakterinə görə  şüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin 

əməllər heç bir halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin 

əməlləri törətmək niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi əməlin soyqırım kimi 

tövsifı üçün kifayət deyil. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri 

ilə bağlı əvvəlcədən mövcud olan konkret niyyəti ortaya çıxarmaq tələb olunur. 

Qabaqcadan xüsusi olaraq düzəldilmiş pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı 

mülki  əhalinin avtomat, pulemyot və başqa silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini 

sübut edir. 

Həmin cinayətin azərbaycanlı milli qrupuna qarşı yönəlməsi də danılmaz faktdır. 

Soyqırımı cinayətini təhlil edərkən onun üç əsas ünsürünün mövcud olması aydınlaşır: 

- tanınan milli, etnik, irqi və ya dini qrupun olması; 

- bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea); 

- tanınan qrupla bağlı soyqırımı hərəkətlərindən hər hansı birinin törədilməsi (aktus reus). 

Deməli, soyqırımı aktı hökmən milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlməlidir. Başqa qrupa, 

məsələn, siyasi və ya sosial qrupa qarşı yönələn bu cür hərəkətlər soyqırımı kimi qiymətləndirilə bilməz. 

Soyqırımı anlayışı qadağan olunmuş  əməlin ümumi nəticələrinə dair konkret niyyətin olmasını 

tələb edir. Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi niyyət özündə bir neçə cəhəti birləşdirir: 

- niyyət, təsadüfi, bu və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə  şəxsin deyil, 

qrupun məhv edilməsindən ibarət olmalıdır. Fərdin  şəxsiyyət yox, məhz müəyyən qrupa mənsubluğu 

soyqırımı qurbanlarını təyin etmək üçün həlledici meyardır; 

- niyyət, özü-özlüyündə, başqasından fərqlənən bir qrupun məhvindən ibarət olmalıdır. Soyqırımı 

bütöv insan qrupunun mövcudluğu hüququnu tanımaqdan imtinadır. Adamöldürmə (hemosid) isə ayrı-

ayrı insan varlıqlarının yaşamaq hüququnu tanımaqdan imtina kimi səciyyələnir. Deməli, aktus reus 

(qadağan olunmuş  əməl) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğu 

əleyhinə yönəlməlidir; 

- niyyət, qrupun tamamilə və ya qismən məhv edilməsindən ibarət olmalıdır; 

- niyyət məhz, milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır, 



63 

 

Soyqırımı cinayətinə görə  məsuliyyətin ortaya çıxması üçün müəyyən qrupun tamamilə  və ya qismən 



məhv edilməsindən ibarət son nəticənin əldə olunması tələb kimi qoyulmur. Bunun üçün həmin cinayətin 

obyektiv cəhətini təşkil edən əməllərdən hər hansı birinin müəyyən qrupun tamamilə və ya qismən məhv 

edilməsi niyyəti ilə törədilməsi kifayətdir. 

Soyqırımı cinayətinin obyektiv cəhətinə aid olan məhvetmə anlayışı qrupun ən müxtəlif 

vasitələrlə cismən məhv olunmasını 

bildirir. 

"Barselona Trastion Case" işi üzrə  qərarında BMT-nin Beynəlxalq Məhkəməsi soyqırımı 

aktlarının qadağan olunması ilə bağlı öhdəlikləri erga omnes öhdəliklər adlandırmışdır. Beynəlxalq 

Məhkəmə Soyqırımı cinayətinin qarşısının alınması  və  cəzalandırılması haqqında Konvensiyasının 

əsasında duran prinsipləri beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün məcburi xarakter 

daşıyan normalar kimi tanımışdır. 

 

IIXocalı soyqırımının beynəlxalq cinayət kimi 



tanınması üçün əsas verən hüquqi sənədlər 

 

1. BMT Baş  Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III)  saylı  qətnaməsi ilə  qəbul edilmiş 



Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması Haqqında Konvensiya. 

2. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırımı cinayəti 

göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri 

kimi nəzərdə tutulmuşdur). 

3. Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. 4). 

4. Ruanda Beynəlxalq Cinayət Tribunalının Nizamnaməsi (mad. l). 

5. Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad. 6). 

6. Azərbaycan Respublikası Cinayət Məcəlləsi (mad. 103).  

7. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-

ci il tarixli fərmanı. 



 

III

Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri

 

 

Beynəlxalq hüquq soyqırımı cinayəti ilə əlaqədar aşağıdakıları müəyyənləşdirmişdir: 



1. Soyqırımı cinayəti törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. 

2. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaşa 

və açıq təhrikçilik, soyqırımında iştirak etmək də cinayət məsuliyyəti doğurur. 

3. Soyqırımı cinayəti törətmiş şəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır. 

4. Soyqırımı cinayətini törətməkdə  əmrin icrasına istinad, şəxsi cinayət məsuliyyətindən azad 

etmir. 


5. Soyqırımı cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə görə  rəhbər 

şəxs məsuliyyət daşıyır. 

6. Soyqırımı cinayətlərinə cinayət məsuliyyətinə cəlbetmə müddətləri tətbiq edilmir. 

7. Soyqırımı cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir. 

8. Soyqırımı cinayətini törətmiş  şəxslər cinayət məsuliyyətinə  cəlb edilməsi üçün tələb edən 

dövlətə verilməlidir. 

Beləliklə, ermənilər tərəfindən Xocalı  əhalisi olan etnik azərbaycanlılara qarşı törədilmiş bütün 

əməllər beynəlxalq hüquq sənədlərinə uyğun olaraq soyqırımı kimi qiymətləndirilir və beynəlxalq hüquq 

prinsiplərinə görə bəşəriyyətə qarşı cinayət sayılır. 

 


64 

 

 



 

65 

 

 



 

66 

 

 



 

 

 



67 

 

 



 

68 

 

 



 

 

 



69 

 

 



 

 


70 

 

 



 

 


71 

 

 



 

72 

 

 



 

73 

 

 



 

 

 



74 

 

 



 

75 

 

 



 

 


76 

 


77 

 

 



 

Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin