Akif Aşırlı



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə5/8
tarix06.09.2017
ölçüsü1,19 Mb.
#29088
1   2   3   4   5   6   7   8

 

Mirzə Allahverdiyev: 

- Biz həmin gün Horagül istiqamətində postda dayanmışdıq. Amma "Finski" evlər yananda geri 

çəkildik. Fevralın 26-da onların çoxu Beşmərtəbə deyilən yerə toplaşmışdı. 100-ə qədər adam vardı orda. 

Sonra çıxıb Boz Dağ istiqamətində irəlilədik. Fevralın 28-də ermənilər mühasirəyə alıb tutdular bizi. 

Həmin saat əl-ayağımızı bağlayıb başladılar döyməyə, işgəncə verməyə. Sonra apardılar Əsgərana. Orada 

milis idarəsinin həbs otağında bizi saxlayırdılar. Bir neçə  qızıl dişim vardı. Yerə  yıxıb  əl-ayağımı 

bağladılar. Başladılar kəlbətinlə dişlərimi sökməyə. Kəlbətinlə dartır, çəkiclə vururdular dişimə. İnildəyir, 

zarıyırdım ağrıdan. Yalvarır, yaxarır, bu işgəncəyə son qoymağı xahiş edirdim. Neçə saat huşsuz 

qaldığımı bilmirəm. Amma gözümü açanda hiss etdim ki, qızıl dişlərimi sındırıb götürüblər. Ermənilərin 

verdiyi işgəncə yalnız qızıl dişlərimi sındırmaqla bitmədi. Söyüş, təhqir, təpiklə vurmaq, döymək hər gün 

olurdu. Girovluqda qaldığım 18 günün elə bir vaxtı olmadı ki, mənə işgəncə verməsinlər. Yaman vəhşi idi 

ermənilər, gözlərini qan tutmuşdu. Ürəklərində heç bir insaf, ədalət yox idi. Bizi döyməkdən, 

təpikləməkdən ləzzət alırdılar. Bir dəfə isə  məni çılpaq soyundurub dubinka ilə döydülər. Ürəkləri 

soyumadığından götürüb ikinci mərtəbədən atdılar məni yerə. Bütün bədənim  əzilmişdi. Necə kinli, 

qəzəbli idi bu ermənilər bizə qarşı? Edik adında bir erməni vardı. Hər gün içəri girib mənə özünəməxsus 

xüsusi işgəncə verirdi. Ağır çəkmələri ilə əllərimin üstünə çıxıb tapdalayır, əzir və bundan ləzzət alırdı. 

Mənim iniltim, qışqırtım ona təsir etmirdi, əksinə kefi açılırdı... Ermənilər tez-tez bizə deyirdilər: "Sizi 

qıracağıq, buralardan tamam qovacağıq. Donuzlarımızı  gətirib Kürdə suvaracağıq". Hər gün bizə bir 

parça çörək, bir balaca qabda da su verirdilər. O çörəyi, suyu verəndən sonra gəlib möhkəm döyürdülər. 

On səkkiz gün girovluqda qalandan sonra məni dəyişib Ağdama gətirdilər. Öyrəndim ki, anamı da 

ermənilər bir neçə gün girov saxlayıb, qızıl üzüyünü alıb buraxıblar. Qardaşım Elşəni isə mənim günümə 

salıblar. Girovda işgəncələr verib qızıl dişlərini söküblər. Öyrəndim ki, ermənilər iki qardaşımı 

öldürüblər. 

 

Niftalı İbad oğlu Nəbiyev: 

- Fevralın 25-də gecə saat 10-da Əsgəran istiqamətində səngərdə idik. Hər tərəfi ermənilər ağır 

texnika ilə mühasirəyə aldılar. Bir qədər atışdıqdan sonra gedib qadınları, uşaqları da götürüb Dəhraz 

tərəfə çəkildik. Hər tərəfi ermənilər ağır texnika ilə mühasirəyə aldılar. Bir qədər atışdıqdan sonra gedib 

qadınları, uşaqları da götürüb Dəhraz tərəfə çəkildik. Hər tərəfdən mühasirədə olduğumuzu hiss edirdik 

və  hər yandan bizə atırdılar. Üç gün ac-susuz meşədə qaldıq. Sonra ermənilər bizi mühasirəyə alıb 

tutdular. Yanımızda 300-ə qədər qadın, uşaq vardı. Hamımızı yığıb apardılar donuz fermasına. Milli ordu 

paltarında olanlardan 13 nəfəri seçib apardılar. Az keçməmiş güllə səsləri eşitdik. Bildik ki, o yazıqları 

güllələyiblər. Üç gün qaldıq donuz fermasında. Yeməyə heç nə vermirdilər. Elə hərdən gətirib camaata 

azca çiy buğda paylayırdılar. Üç gün sonra gəlib aramızdan iyirmi adamı seçdilər. Qışqırdılar ki, 

iyirminiz də əlləri yuxarı vəziyyətdə çölə çıxın. Bizi "KamAZ"a doldurub gətirdilər Stepanakertin milis 

idarəsinə. Orda bizi möhkəm döydülər. Sonra qeydiyyata aldılar. Mənim paltarımı yoxlayanda paltomun 

cibindən patron tapdılar. Dedilər ki, sən milli ordu əsgərisən. Məni lüt soyundurdular. Dubinka ilə 

başladılar döyməyə. Ermənilərdən biri əlində balta mənə sarı gəldi, qorxdum ki, balta ilə başımı kəsəcək. 

Balta ilə paltomu kəsib doğradı. Sonra da sürüyüb atdılar kameraya. Gecə saat 1-2 olardı. Bu dəfə başqa 

erməni "boyevikləri" içəri girib hirslə qışqırdılar: "Ara, bizim torpaqda siz axı nə edirsiniz?" Başladılar 

bizi döyməyə. İki qızıl dişimi vurub sındırdılar. Hər gün bu vəziyyət təkrar olunurdu. Ermənilər gah ayıq 

başla, gah da sərxoş  vəziyyətdə  gəlib bizi şil-küt edirdilər. Yeməyə bir parça çörək, içməyə  də yeddi 



36 

 

adama bir qab su verirdilər. Yanımızda Qaradağlıdan olan girovlar vardı. Yazıqları bit basmışdı. Bütün 



günü yazıqlar qaşınır, dırnaqları ilə  dərilərini qoparırdılar. Yanımızda Nəbiyev  Əli adlı bir kişi vardı. 

Yazıq zarıya-zarıya öldü. Ermənilər yaman zülmkar idilər. Qadağan etmişdilər ki, gecələr bir-birimizlə 

danışmayaq. Qorxa-qorxa, pıçıltı ilə danışırdıq. Yatanda bir-birimizə, kürək-kürəyə söykənib yatırdıq. 

Döşəmə beton olduğundan daim rütubət vardı. Nəzarətçilər əlində bıçaq dəhlizdə gəzinir, səs eşidən kimi 

içəri girib bizi əzişdirirdilər. Ayaqlarımızdakı corabları da tutub çıxarmışdılar. Yanımdakı yoldaşımın 

iyirmi min pulunu, qızılını almışdılar. Sonra minbir çətinliklə bizi dəyişdilər. Amma indi halım getdikcə 

pisləşir. Qabırğamı da vurub batırıblar. Ciddi müalicəyə ehtiyacım var. Görək axırı nə olacaq. 

 

Əliyev Hüseyn Sarı oğlu: 

- Yatmışdım, həyat yoldaşım məni silkələyib durquzdu və dedi ki, ermənilər kəndə doluşub, camaat 

qaçır. Dedim ki, sən də qaç, camaata qoşul. Qonşumuz Həsəngilə  gəldim. Həsən bayırda idi. Kəndin 

Stepanakert tərəfindən asfaltı, evləri atəşə tutmuşdular. Həsənlə onların bostanından keçib, məktəbin 

həyətinə girdik. Ərik ağaclarının altında Həsən qolundan yaralandı. Onun o biri qoluna girib, məktəbin 

zirzəmisinə tərəf apardım. Amma orda heç kim yox idi. Bilmirdik hara gedək. Ermənilər gəlib bizi tutdu. 

Əliyeva  Şərqiyyəni, qızı Aliməni beş  uşaqla, fermada işləyən Yusifi, arvadını, onların da beş  uşağını 

bizimlə  bərabər Stepanakertin 9 nömrəli məktəbinə  gətirdilər. Sonra arvad-uşaqdan bizi ayırıb, 

avtovağzalın yanındakı  şəhər milis şöbəsinin qazamatına gətirib saldılar. Qənəhət Hacıyev, Qəyyum 

Aslanov, Əşrəf Əliyev, Əbülfət Kərimov, Elbrus Abbasov, Şafanın oğlu Vidadi, Qaradağ stansiyasından 

Əli, Fərraşlı Abbas da burda idilər. Həsənabadlı "Dovşan" Edikin oğlu bir dəstə erməni ilə  gəlib bizi 

təpikləyir, qaldırıb yerə  çırpırdılar. O deyirdi ki, xocalıların hamısını  qıracağam, mənim qardaşımı siz 

öldürmürsünüz. 

Vidadi bıçaq axtarırdı ki, özünü öldürsün. Deyirdi ki, mənim başımı sabah kəsəcəklər. Mənə deyirlər 

ki, Osipin oğlu Tosulu (Armavari), guya mən öldürmüşəm. Vidadi bir şüşə tapıb cibinə qoymuşdu ki, 

lazım gəlsə venasını  kəsib özünü öldürsün. Həsənabadlı Setrakın olğu Jora gəlib Həsəni harasa apardı. 

Həsənin qolu hovlayıb şişmişdi. Sonra eşitdik ki, Həsəni buraxıblar. Üç gün keçmişdi ki, gəlib Vidadini 

apardılar. Dedilər ki, bu gün Tosulun üçüdür, səni onun qəbrinin üstündə  kəsmək üçün qəbiristanlığa 

aparırıq. Vidadi şüşə də cibində getdi... 

 


37 

 

 



Əsirlərin söylədikləri 

 

Səriyyə Müslümqızının "Xocalıya gedən yol" kitabında  əsirlik həyatı yaşayanların bir qisminin 

başına gələn faciələr qələmə alınıb. Bu əsirlərin bəziləri erməni vəhşiliklərindən danışa-danışa, psixoloji 

gərginliklərə dözməyərək həyatdan köçüblər. Kitabdan bəzi hissələri diqqətinizə çatdırırıq. 

 

"...O müdhiş gecə Sədaqət üç azyaşlı övladını itirdi. Bacısı Sara və üç körpə uşağı donub öldülər. 



Sədaqətlə Valeh isə yenicə ailə qurmuşdular. "Ağla, qərənfil, ağla"  şerini söyləyən Sədaqətin o gecə 

əllərinə laxtalanmış qandan xına qoyuldu. Və qandallandı. Valeh isə  əsir düşdü.  Əsirlik  əzab-əziyyəti 

gördü. Valeh musiqiçi idi. Azərbaycan xalq mahnılarını çalar, biz isə tamaşa edərdik. Valeh yanıqlı-

yanıqlı danışır ki, əlimi qaz plitəsinə tutub yandırdılar ki, bir daha Qarabağ mahnısını çalmayım. 

 

"...Şərqiyə xala o gecə  qızı  və onun azyaşlı  uşaqları ilə qaçıb Cəfər müəllimgilin evində gizlənib. 



Çarpayının altına girir ki, tapmasınlar. Lakin həyət darvazası  sındırılır, erməni vəhşiləri evə daxil olur. 

Evdəkiləri qabaqlarına qatıb Xankəndinə aparıblar. Şərqiyə xala deyir ki, yolda iki yaralı əsgər gördüm. 

Başla-rından və üzlərindən axan qanla palçıq bir-birinə qarışmışdı. Erməni vəhşiləri bizi Xankəndindəki 

əqli cəhətdən zəif olan uşaqların məktəbində saxlayırdılar. 366-cı alayın  əsgərləri arasında zənci və 

ərəblər də var idi". 

 

"...Ələsgər müəllim də bu əsirlərin sırasında idi. O qədər döyülmüşdü ki, tanınmaz hala düşmüşdü. O, 



axır dəqiqələrində belə həyat yoldaşı Şəkibəni axtarırdı. "Görəsən, Şəkibə çıxa bildimi?" söyləyirdi". 

 

"...Müharibənin od-alovundan çıxan  əlil Saleh dayı, oğulları Novruz və Ziyadxan və  nəvəsi Mahir 



şəhid oldular". 

"...Məleykə xala oğlu Mirzə  və Elşən  əsir düşdü. Mirzəyə qarşı  qəddarlıq edib, çox işgəncələr 

vermişdilər. Elşən söyləyir ki, fevralın 27-də ermənilərdən biri məni qaldırdı. Dedi ki, Sumqayıtda həlak 

olanların qəbri üstündə başını  kəsəcəm. Ölümcül vəziyyətdə olduğunu görüb, "sənin kimisini onların 

qəbirləri üstündə öldürməyə dəyməz. Elə ölü kimi bir şeysən" söylədi". 

 

"...Ziyadxan isə Xocalıda üç gün vuruşub şəhid oldu". 



 

"...Ermənistandan qovulan Qəndab ananın ah-nalə ilə söylədiyinə görə, məhsəti türkü olan polis 

Əhmədi Xocalıya gələn magistral yolda "İsmayıl qurbanı  kəsirik" deyib, başını  bədənindən üzüblər. 

Bıçağın xırıltısı belə qulaqlarımdan getmir". 

 

"...Kərəm dayı Xocalıda öldü. Oğlu Mehdi ali təhsilini yarımçıq qoyub. doğma ocağını qorumağa 



qayıtmışdı. Mehdi də o dəhşətli gecədə qətlə yetirildi". 

 

"...Övladları öləndə onları kürəyinə bağlayıb gətirən analar da oldu. Bu Nuridə anadır. Oğlu 



Səxavətin meyitini gətirmişdi". 

 

Faciənin qurbanları çox idi. Əsir düşənlərdən isə bəziləri beynəlxalq hüquq müdafiəçilərinin, xarici 



ölkə jurnalistlərinin səyi ilə azad olurdu. Girovların arasında diri-diri yandırılan, başı  kəsilən, gözü 

çıxarılan, əl-qolunu itirənlər də var idi. Xocalı faciəsi oxşarsız bir faciədir. 

 

Əsirlikdən azad olunanların bir qismi Azərbaycanın hüquq mühafizə orqanlarına verdikləri 



izahatlarda bu vəhşiliklərdən söhbət açırlar. 

 

"...Ələmdar Abbasov ifadəsinə bildirib ki, o və 150 nəfərə  qədər Xocalı sakini mühasirədən çıxıb, 



Ağdama gedərkən pusquda duran ermənilər onların bir hissəsini yerindəcə güllələyib, qalanlarını isə həbs 

edərək girov götürüblər. Onu və Salahov Məhəmməd  Əbdül oğlunu dəyişdirmək adı ilə  Əsgəran 

rayonunun milis şöbəsinə gətirib orada hər ikisini armaturla döyərək, işgəncələr verirdilər. İşgəncələrdən 

Ələmdarın iki qabırğası  və qolu sınıb. Salahov isə döyülməkdən, işgəncədən onun qolları üstündə 

ölmüşdür". 

 


38 

 

"...Girovluqda olmuş Abbasov Elbrus Ələmdar oğlu ifadəsində bildirib ki, əsirlik müddətində Artur 



və Slavik adlı serjantlar və Feliks adlı leytenant onları dayanmadan döyüblər. Onlar Xocalı sakinləri 

Novruzov Ələsgər Xanlar oğlunu və Şəliyev Elçin Vəkil oğlunu döyüb işgəncə verməklə öldürmüşdülər". 

 

"...Hümbətov  Əmir Səlim oğlu ifadəsində bildirir ki, gecə saat 00.04 radələrində onu Xocalıda 



"Armo" adlı  dəstə  əsir götürüb. Yaraqlılardan Sergey adlı erməni onun dişlərini sındıraraq qızılını 

götürmüşdü". 

 

"...Kərimova Elmira Şahmalı  qızı bildirir ki, milis şöbəsinin rəisi Ağacanyan girov götürülmüş 



xocalılıları dindirməyə aparmaq adı ilə kişiləri döyüb qətlə yetirir, cavan qızları zorlayırdılar. Ermənilər 

onları girov götürərkən üstlərində olan qızıl və zinət əşyalarım götürüb ruslara verirdilər". 

 

"...Xocalı  şəhər sakini göstərmişdi ki, Xocalıda onlara atəş açıb girov tutan Lola adlı erməni onun 



qızıl dişlərini çıxardıb." 

 

 



39 

 

 



Soyqırım faktları 

 

Xocalıda soyqırıma məruz qalan insanların müstəqil həkimlər tərəfindən tibbi ekspertizası 

keçirilib. Tibbi araşdırmanın nəticəsində bir daha aydın olur ki, bu, tək bəşəriyyətə qarşı deyil, insanlığa 

yönələn vəhşi vandalizm aktıdır. Tibbi komissiyanın müayinə apardığı  cəsədlərin çoxu üzərində 

ermənilər eksperiment aparmış, cəsədlərin dərisi soyulmuş, hamilə qadınların qarnı deşilmiş, kişilərin 

cinsiyyət üzvləri kəsilmişdir. Sıraladığımız bu insanların cəsədləri üzərində aparılan eksperimentləri 

emosiyasız izləmək mümkünsüzdür. Siz də izləyin... 

 

Orucov Telman Ənvər oğlu  - 1956-cı ildə doğulub. Qaçqınlıq taleyi yaşayaraq, 1988-ci ildə 

Xankəndinə gəlib. Soyqırım günü Naxçıvanik yolunda qətlə yetirilib. Başının dərisi soyulub. 



 

Əbdülov Yelmar Ənvər oğlu  - 1949-cu il təvəllüdlü, yerli xocalılıdır. Naxçıvanik yolunda 

güllələnib. Başının dərisi soyulmuşdur. 



 

Ələkbərov Təvəkkül  İskəndər oğlu  - 1956-cı ildə doğulub.  Əslən xocalılı olan Təvəkkül 

Naxçıvanikdə güllə yarası alıb, qətlə yetirilib. Cəsədi üzərində on bıçaq yarası aşkarlanıb. 



Həsənova Fitat Əhəd qızı  - Böyük Vətən Müharibəsindən bir il əvvəl 1940-cı ildə Xocalıda 

doğulub. Cəsədi üzərində zorakılıq əlamətləri var. Gözləri çıxarılıb. 



 

Həsənova Gülçöhrə Yaqub qızı - 1968-ci il təvəllüdlüdür. Yerli xocalılıdır. Döş qəfəsindən və 

qarnından güllə yarası alıb. Sol əli pəncədən kəsilib. 



 

Həsənov  Şöhlət Usub oğlu  - 1944-cü ildən olan bu insan da yerli xocalılıdır. Döş  qəfəsindən 

güllə yarası, yuxarı ətraflarının kəsilməsi müşahidə olunub. 



 

Abışov Əli Əbdül oğlu - 1918-ci ildə doğulub. Bədənin küt travması, skelet sümüklərinin çoxlu 

sınıqları aşkarlanıb. 



 

Səlimov Bahadur Mikayıl oğlu  - 1928-ci il təvəllüdlüdür. Naxçıvanik yolunda yandırılmış, 

cinsiyyət üzvü kəsilmiş, gözləri çıxarılmışdır. 



 

Aslanov  İqbal Qulu oğlu  - 1970-ci ildə doğulub. Naxçıvanik yolunda qətlə yetirildikdən sonra 

cinsiyyət üzvü kəsilib, yandırılıb. 



 

Sahib. Soyadı, atasının adı və doğum tarixi bəlli deyil. Soyqırım günü qətlə yetirildikdən sonra 

cəsədi üzərindən BTR keçib. 



 

Nuralıyeva Dilarə Oruc qızı - doğum tarixi bəlli deyil. Xocalıya hücum zamanı qətlə yetirilib. 

Döş qəfəsindən güllə yaraları alıb. Gözləri və döşləri kəsilərək götürülüb. 



 

Abbasov Taleh Ümidvar oğlu  - 1961-cı ildə dünyaya göz açıb. Yerli xocalılıdır. Taleh 

öldürüləndən sonra qulaqları kəsilib. 



 

Abışova Məruzə Məhəmməd qızı - 1932-ci il təvəllüdlüdür. Naxçıvanik yolunda qətlə yetirilib. 

Məruzənin gözləri çıxarılıb, döş vəzlərini və burnunu kəsib götürüblər. 

 

Kərimov Samran Soltan oğlu - 1924-cü il təvəllüdlüdür. 1988-ci ildə Ermənistanın Əzizbəyov 

rayonundan ermənilər tərəfindən qovulan, öz yurdundan didərgin düşən soydaşımızdır. Qətlə 

yetirildikdən sonra gözləri çıxarılıb, arxa keçəcək dəliyindən butulka yeridilib. 

 

Kərimova Firəngül Məhəmməd qızı - 1935-ci il təvəllüdlüdür. Firəngül Samran kimi 1988-ci 

ildə Ermənistandan qovulan soydaşlarımızdandır. Bədəni tam doğranılıb, gözləri çıxarılıb, qulaqları  və 

döşləri kəsilib. 

 


40 

 

Kərimov Frunz Samran oğlu  - 1960-cı ildə doğulub. 1988-ci ildə Ermənistandan didərgin 

salınan Frunz diri-diri yandırılıb. 

 

Səlimov Araz Bahadur oğlu - 1960-cı ildə Xocalıda doğulub. Yaralı tutularaq, körpə uşağının 

gözü qarşısında armaturla döyülüb öldürülmüşdür. 



 

Behbudova Sürəyya  İbrahim qızı  - 1932-ci ildə Xocalıda doğulub. Zirehli tankla əzilərək, 

ayağından güllə yarası alıb. 



 

Behbudova Sürəyya Yusif qızı - doğum tarixi müəyyənləşdirilməyib. Qətlə yetirildikdən sonra, 

cinsiyyət üzvü kəsilərək götürülüb. 



 

Hüseynov Allahverdi Qulu oğlu  - bu ahıl qoca 88 yaşında erməni qəddarlığının, vəhşiliyinin 

qurbanı olub. Yandırılaraq qətlə yetirilib. 



 

İmani Ağayar Salman oğlu - 1989-cu ildə Xocalıda doğulub. Bu üç yaşlı məsum körpə erməni 

qəddarlığının qurbanı olub, yandırılmışdır. 



 

Məmmədov Saday - doğum ili və atasının adı müəyyən edilməyib. Cəsədi yandırılıb. 

 

Bədəlov Tofiq - doğum və atasının adı müəyyənləşdirilməyib. Tofiqin cəsədi üzərində  vəhşi 

eksperiment aparan ermənilər onun gözlərini çıxarıb, qulaqlarını kəsmişlər. 



 

Rəcəbov Cəbrayıl Mehdi oğlu - 1961-ci ildə doğulub. Tankla əzilmiş, gözləri çıxarılıb, qulaqları 

kəsilmişdir. Cəsədi üzərində yanıq əlamətləri aşkarlanıb. 



 

Fərzəliyev Canan  Binnət oğlu  - 1962-ci ildə doğulub. Yerli xocalılıdır. Erməni vəhşiliyindən 

canını qurtarmaq istəyən zaman Naxçıvanik yolunda diri-diri yandırılıb. 



 

Məmmədova Tamara Səlim qızı - təvəllüdü bəlli deyil. Gözləri çıxarılıb, döşləri kəsilərək qətlə 

yetirilib. 



 

Dadaşova  Əsli Bəbir qızı  - təvəllüdü bəlli deyil. Gözləri çıxarılıb, döşləri kəsilib. Cəsədi 

üzərində yanıq izləri aşkarlanıb. 



 

Əmrahova Mahı  Bəbir qızı  - təvəllüdü bilinmir. Gözləri çıxarılıb, döşləri kəsilib. Cəsədi 

üzərində çoxsaylı güllə yaraları aşkarlanıb. 



 

Hümmətova  Ənahət Eldar qızı  - 1976-cı ildə doğulub. Bədənində çoxsaylı güllə yaraları 

aşkarlanıb. Gözləri çıxarılaraq, döşləri kəsilmişdir. 



 

Nuriyev Hafiz Yusif oğlu - 1962-ci il təvəllüdlüdür. Əlləri məftillə bağlanaraq, başı kəsilmişdir. 

 

Naməlum kişi  - 25-30 yaşlarında. Başı  və üst dodağı  kəsilib. Boynunun ön səthindən güllə 

yaraları alıb. 

 

Naməlum kişi - 20-25 yaşlarında. Döş səthinin arxa hissəsində qəlpə yarası aşkarlanıb. Sifətinin 

dərisi soyulub. 



Naməlum kişi - 22-24 yaşlarında. Sağ gözü kəsilərək götürülüb. Qarın divarlarında onlarca güllə 

yarası aşkarlanıb. 

 

Naməlum kişi - 25-35 yaşlarında. Ürəyindən güllələnib. Qulaqları kəsilib. 

 

Naməlum kişi - 20-30 yaşlarında. Başı kəsilib. Göz almacıqları çıxarılıb. 



 

Naməlum kişi - 20-30 yaşlarında. Başı kəsilib. Bud nahiyəsindən güllə yaraları alıb. 

 


41 

 

Naməlum kişi - əl-ayağı məftillə bağlanılıb, yandırılmışdır. 

 

Nağıyev Yusif Şirin oğlu - 1928-ci il təvəllüdlü, Xocalıda doğulub, soyqırım zamanı öldürülüb, 

gözləri çıxarılıb. 

 

Eyvazov Hidayət Əli oğlu - 1964-cü ildə Xocalıda doğulub, soyqırım zamanı başı kəsilib. 

 

Mustafayev Vidadi Şəfa oğlu - 1963-cü ildə, Xankəndindən qaçqın düşüb. 

 

Məmmədov Zahir Ramiz oğlu  - 1975-ci ildə Xocalıda doğulub, soyqırım zamanı döyülüb, 

işgəncə ilə öldürülüb. 



 

Orucova Xəyalə Telman qızı - 1986-cı ildə doğulub, Xankəndindən qaçqın düşüb. 

 

Salahov Məhəmməd  Əbdül oğlu  - 1931-ci ildə Xocalıda doğulub, soyqırım zamanı döyülüb, 

öldürülüb. 



 

Səlimov Fəxrəddin Bahadur oğlu - 1958-ci ildə anadan olub. Soyqırım zamanı qətlə yetirilib. 

 

Səfiyev Elxan Nəsib oğlu - 1961-ci ildə doğulub, soyqırım zamanı işgəncə ilə qətlə yetirilib. 

 

Əzimov Hüseyn Nəriman oğlu - 1956-cı ildə doğulub, qəddarlıqla qətlə yetirilib. 

 

Əzimov Natiq Abbasqulu oğlu - 1986-cı ildə Əsgəranın Həsənabad kəndində doğulub, erməni 

cəlladları onu qətlə yetirəndən sonra cinsiyyət üzvünü kəsiblər. 



 

Əlməmmədov Faiq Şahmalı oğlu - 1973-cü ildə Xocalıda doğulub, soyqırım zamanı döyülüb, 

öldürülüb. 



 

Əmirov Təvəkkül Baxış oğlu - 1955-ci ildə anadan olub, yandırılıb. 

 

Əsədov Yalçın Asif oğlu - 1963-cü ildə Xankəndində anadan olub, döyülərək qətlə yetirilib. 

 

Rəhimova Şövkət Şükür qızı - 1947-ci ildə Xocalıda doğulub, soyqırım zamanı yandırılıb. 

 

Şəliyev Elçin Vəkil oğlu - 1965-ci ildə doğulub, soyqırım zamanı işgəncə ilə qətlə yetirilib. 



 

İlyasov Əhməd Məmməd oğlu - 1968-ci ildə Özbəkistanda anadan olub, soyqırım zamanı başı 

kəsilib. 

 

 

 



42 

 

"Analar qətlə yetirilmiş körpələrini bellərinə bağlayıb Ağdama gətirirdilər" 

 

... Adım Səriyyə, soyadım Cəfərova, atamın adı Müslümdür. Xalqım məni televiziya və radioda 



yayımlanan müsahibələrimlə, "Qar üstünə qar yağırdı", "Xocalı niskili və ya faciəyə gedən yol" adlı 

kitablarımla, "Səhər", "Millət" və  "Şərq" qəzetindəki imzalarımla tanıyır. Ulu babalarımın təməl 

qoyduqları Xocalıda, sadə, zəhmətkeş bir ailədə doğulmuşam. Atamı erkən yaşlarımda itirdim. Anam 

Rəfiqə "bir saçın ağ, bir saçın qara hörüb" üç qız uşağını kirpikləri ilə od götürə-götürə əmim Mövsümün 

himayəsində böyüdüb. Biz kəndin uşaqlarıyla Xocalının çöllərini gəzər, Xocalı  və  İlisu çaylarının 

kənarlarında axşama kimi oynayardıq. Kəndimizin saf havasını udar və buz kimi bulaqlarının suyundan 

içərdik. Cəfər və Çınqıl təpələrinin yaxınlığındakı magistral yolla Əsgərana maşınlar keçərdi. Biz, balaca 

Xocalı  uşaqları meşədən yığdığımız qaymaqçiçəyini, çobanyastığını, lalələri  əsgərlərlə dolu olan 

maşınlara atardıq. Bizə əl edib "spasibo, spasibo" deyərdilər. Amma bilməzdik ki, düz 32 ildən sonra gül 

atdığımız rus ordusunun əsgərləri Xocalının balaca körpələrinə güllə atacaqlar, cocuqları qanına qəltan 

edəcəklər. 

... Günlər beləcə ötürdü. Sanki bir göz qırpımında böyüdük. Sanki o xoşbəxt günlər tez başa 

çatırmış ki, mənə Xocalı boyda bir faciəni yaşatsın. Sən demə, o illər tez sona yetirmiş ki, anamın, həm də 

yerlilərimin işgəncə ilə öldürülən meyitlərini görüm. İllər başa çatırmış ki, saçlarım tez ağarsın. Kaş mən 

də anam kimi Xocalıda  şəhid olaydım. Nə isə... Ermənilər 1988-ci ildə Xankəndində,  Əsgəranda 

mitinqlərə başladı. Xankəndi mərkəzi xəstəxanasında işləyən cərrah Uqasyan Ediq mitinqdə çıxış edərək, 

çəkinmədən bildirdi ki, apardığı əməliyyatlarda neçə-neçə azərbaycanlını şikəst edib. "Türklərə qarşı mən 

öz cərrah bıçağımla vuruşmuşam" söylədi. Qarabağ azərbaycanlıları bu mitinqlərdən sonra qorxu və 

vahimə içərisində yaşayırdı. 1988-ci il sentyabrın 18-də ermənicə  dərc olunan "Veteran" qəzetində 

Uzalyan yazırdı: "Mitinq başlandı, lakin kimsə belə  şayiə yayırdı ki, Stepanakertin yaxınlığındakı 

Xocalıda erməniləri döyürlər. Mitinqdə toplanan qızğın kütlə Xocalıya yollandı". Əlində quş tüfəngi belə 

olmayan xocalılar bu kütlənin qarşısında gücsüz idi. Ermənilər aeroportdan Xocalıya daxil olub kənddəki 

ot tayalarına və  çəpərlərə od vurdular. Xocalılar bu kütlənin qarşısından qaçmayıb, döyüşdülər. Həmin 

gün Xocalıda toy da vardı. Rasimlə Sədiqə qovuşurdu. Yaxşı ki bəylə gəlini gizlədə bilmişdilər. Gülarə 

xala qızı Arzunun hörüklərini kəsib başına papaq qoymuşdu ki, ölsə, qoy ermənilər elə bilsinlər ki, 

oğlandır. Vəziyyət get-gedə ağırlaşırdı. Xankəndi boşaldılırdı. Xocalını isə yerindən tərpədə bilmirdilər. 

Dörd aydan artıq idi ki, ümid yalnız hava nəqliyyatına qalmışdı. Azərbaycanın hökumət səlahiyyətliləri 

vertolyotla gəlib, qısa bir müddətdə "lazımi tapşırıqlarını  ərz edir, ərzağı, yanacağı  əhaliyə verib, geri 

döndülər. Bir dəfə Əlisahib Orucov bu yolla çörək gətirmişdi. Xocalılar onu dövrəyə alaraq, "bizə silah 

lazımdır" deyib hay çəkdilər. Əhalinin harayı heç yana gedib çıxmırdı. Xocalıya bir mülki və bir döyüş 

vertolyotu lazım idi. Koridor açılmalıydı. Ermənilər Xankəndindəki 366-cı alayla birləşib, müharibəyə 

hazırlıqlar aparırdı.  Əli hər yerdən üzülən həmyerlilərim soyqırım gününədək Xankəndindəki rus 

ordusuna inanmırdılar. İnanırdılar ki, ermənilər tərəfdən olan hücumun qarşısını ruslar yəqin alarlar. Hətta 

sadəlövhcəsinə düşünürdülər ki, əgər ermənilər hücum etsələr, bizi hərbi vertolyotla çıxaracaqlar. Bu 

düşüncələr tərsinə oldu ancaq. Ermənilər ruslarla birləşib, bu soyqırımı törətdilər. Yadımdadır, qanlı 

olaydan bir neçə gün sonra əcnəbi jurnalistlər soyqırım hadisəsini təfsilatı ilə  çəkə bildilər, onların 

Xankəndinə  səfərləri də  təşkil edildi. Azərbaycan hakimiyyəti soyqırımı ört-basdır etməyə çalışır, 

bununla düşmənin dəyirmanına su tökürdülər. Ayaz Mütəllibovun bu cür mənəviyyatsız,  əxlaqsız 

davranmasının səbəbi hakimiyyətdə qalmaq idi. Millətinin qanına qəltan edilməsinin ört-basdır etməsinin 

səbəbi də bu idi. Xalq həqiqətlə şübhə arasında qalmışdı. Şamil Sabiroğlu "Səhər" qəzetinin baş redaktoru 

Məzahir Süleymanzadəyə Xocalı faciəsi ilə bağlı məlumat vermişdi. Xocalıda yüzlərlə adamın, qoca və 

qadınların, körpə uşaqların cəlladlıqla öldürülməsi "Səhər"də dərc olundu. Mən də Allahverdi Əsədovun 

"Üzü bəri baxan dağlar" verilişində ilk dəfə olaraq əsl həqiqəti xalqa çatdırdım. Hələ A. Mütəllibovun 

hakimiyyətdə olduğu dövrdə xocalıların qətlə yetirilməsində dövlət rəhbəri kimi cavabdeh olmasını 

söylədim. 

Xocalının yerli hakimiyyət orqanları da Mütəllibov hakimiyyətdən gedənə qədər bir kəlmə də olsa 

danışmayıb susdular. O günlər xatirəmdən getmir. Hər an, hər gün, hər dəqiqə o günləri yaşayıram. 

Ölmək yaşamaqdan çox asan idi. Xocalının baharı heç yadımdan çıxmır. Dağlar, dərələr yaşıl libasa 

bürünür, ağaclar ağappaq gəlin libası geyinirdi. Ömrü çox qısa olan qarçiçəyi baharın gəlişindən xəbər 

verərdi. Boynubükük bənövşələr baş qaldırar, nərgiz gülünün iyindən bihuş olardıq. Yurdumuza nə gözəl 

bahar gələrdi, ilahi!. Dəstə-dəstə  yığışıb taxıl zəmilərindən novruzgülü toplayardıq. Düz on üç ildir ki, 

yurdumuza bahar gəlir. Amma xocalılar o baharı görə bilmirlər. Qəribsəyir, göyüm-göyüm göynəyirik, 



43 

 

göz yaşlarımız selə dönür. Yurdumuza gələn baharın həsrəti ilə qovruluram. Kaş ki, quş olub o yerləri 



görə biləydim. Dağları, dərələri görə, güllərdən dəstə bağlayaydım. 

Xocalı erməni qəddarlığının, qəsbkarlığının qurbanı olub. Əgər beynəlxalq təşkilatlar bir balaca 

özlərinə əziyyət verib Xocalının, bütövlükdə Qarabağın tarixi ilə məşğul olsalar, hər şey onlara gün kimi 

aydın olar. Bizim eradan neçə min əvvəl Qarabağ torpağında Azərbaycan türkləri yaşayıb və türklərin 

qədim məskənlərindən biri olub. Tarixə bəlli olan və dünya muzeylərinin eksponatlarına çevrilən Xocalı - 

Gədəbəy, Quruçay mədəniyyət inciləri Qarabağla bağlıdır. Qarabağın Füzuli bölgəsində aşkarlanan Azıx 

mağarası  və Azıxantrop dünya alimlərinə türk tarixi elementləri kimi bəllidir. Ancaq ermənilər bu 

eksponatları, tarixi nümunələri dünyada özününküləşdirmək istəyirlər. 

Xocalı faciəsi ilə bağlı xeyli kitablar yazılıb. Qələm  əhli bu faciənin, soyqırımın yaranmasının 

səbəblərini göstərməyə çalışıblar. İki kitabın müəllifi də mənəm. İnanıram ki, hələ tarixçilər, psixoloqlar, 

jurnalistlər, tədqiqatçılar bu faciənin səbəblərini axtaracaqlar, görəcəklər ki, yalnız biz aysberqin görünən 

tərəfindən danışmışıq. İstəyirəm ki, gələcək nəsillər erməni millətinin iblis donunda olan rus qardaşlarının 

köməyi nəticəsində türk övladlarını necə qətlə yetirib, soyqırım törətdiklərini bilsinlər. Qarlı, şaxtalı bir 

gecədə ayaqyalın, başıaçıq meşələrə səpələnən südəmər körpələrə, qadınlara, əlsiz-ayaqsız qocalara aman 

verilməyib. Tarixdə bəşəriyyətə qarşı görünməmiş vəhşiliklər, cinayətlər törədilib. 

Xocalı  şəxsi zəmində  də faciəlidir. Anam soyqırım qurbanı oldu. Anam əllərini Tanrıya uzadıb 

"əsir düşməyim, ay Allah, buradaca ölüm yetir mənə" deyərək düşmən gülləsinin qurbanına çevrildi. 

Qadınların, qız-gəlinlərin üz-başlarına cır-cındır bağlayıb üzlərinə palçıq yaxaraq düşməndən qorunması 

türk qadınların məğrurluğu deyildimi? Faciədə neçə-neçə insanlar səadətini itirdi, məğrurluğunu itirmədi. 

Qətlə yetirilmiş övladlarını kürəklərinə bağlayıb Ağdama gətirmək qəhrəmanlıq deyildimi? Sinələrini 

gülləyə sipər edib, anaları, körpələri, gəlin və qızları qorumaq qəhrəmanlıq nümunəsiydi. Oğullarını belə 

gözləri qarşısında güllələyəndə analar düşməndən göz yaşlarını gizlətdilər. Sinələrini didib, dağladılar ki, 

qoy düşmən görməsin. Tamaşa ana, Matan ana, Sayalı ana oğullarını,  ərlərini erməni vəhşiləri qətlə 

yetirəndə göz yaşlarını  qəlbinə axıtdılar. Xocalı vardı, indi yoxdur. Gün gələcək Xocalı olacaq. 

Yuxularımda gördüyüm qan rəngindəki kimi yox. İnanıram ki, Şah İsmayıl Xətai kimi bir oğulu bizə bəxş 

edəcək. Üzeyiri, Vaqifi, Natəvanı, Bülbülü yetişdirən bu Vətən bir gün azad olacaq. Qədim Xocalı isə bir 

abidə kimi saxlanılacaq. 

 


44 

 


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin