Akif Aşırlı



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə2/8
tarix06.09.2017
ölçüsü1,19 Mb.
#29088
1   2   3   4   5   6   7   8

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


11 

 

Bilmirəm bu nə istisnalardır ki, erməni millətinə  məxsusdur?! 



Xristian olub rus ilə həmmillət olmaları, mədəni və dövlətli olmaları bəs 

deyil, gərək terrorları da olsun! Bizim də terrorlarımız ola bilər. Bu 

mauzer tüfəngləri saxlayıb bomba ata bilərik, biz ermənilərdən yaxşı 

məntiq sahibləriyik, qubernator da öldürə bilərik. Lakin biz bunların heç 

birisini etmirik, çünki bu bir rəzil, alçaq, səltənətə layiq olmayan işlərdir. 

 

Kərbalayı İsrafil Hacıyev 

 

Bağanıs-Ayrım soyqırımı 

 

Xocalını yerlə-yeksan edərək yer üzündən silən, yüzlərlə insanı  vəhşicəsinə  qətlə yetirən erməni 



terrorçu dəstələri, Xocalı soyqırım faktından iki il öncə Qazax rayonunun Bağanıs-Ayrım kəndini də eyni 

aqibətlə üz-üzə qoydu. Bu qətliama gedən yol Meşəlinin, Malıbəylinin, Kərkicahanın, Həsənabadm, 

Quşçuların, Qaradağlının işğalından, torpaqlarının göyə sovrulmasından, yüzlərlə insanın vəhşiliklə 

öldürülməsindən başlamadı. Bağanıs-Ayrımdan başladı bu yol... 

Ərazi və  əhalisinə görə kiçik bir türk kəndi olan Bağanıs-Ayrım 1990-cı ilin mart ayının 24-də 

axşam saat 7 - 8 radələrində erməni quldurlarının basqınına məruz qaldı. Nəticədə  kəndin böyük bir 

hissəsi yandırıldı, 7 nəfər vəhşicəsinə  qətlə yetirildi. Xocalıda törədilən qanlı olayın ilkin ssenarisi 

Bağanıs-Ayrımda həyata keçirildi. 

Hadisəni araşdıran istintaq komissiyasının təhqiqatları  nəticəsində  bəlli olub ki, müxtəlif odlu 

silahlarla yaraqlanmış 3 erməni quldur dəstəsi ayrı-ayrı istiqamətlərdən kəndə  qəflətən basqın edərək 

kənd sakinləri - 1915-ci il təvəllüdlü Əsliyev Dədəkişi Bayram oğlunu və onun ailə üzvləri - 1923-cü il 

təvəllüdlü Əsliyeva Pakizə Qulu qızmı, 1959-cu ildə doğulan Əsgərova Havaxanım Dədəş qızını, 1963-cü 

il təvəllüdlü Adıgözəlova Alya Dədəş  qızını, 1990-cı ilin fevral ayında anadan olan südəmər körpə 

Adıgözəlov Hafiz Ramiz oğlunu, digər kənd sakinləri 1942-ci il təvəllüdlü Məhərrəmov Alməmməd 

Gülməmməd oğlunu və xidməti vəzifəsini həyata keçirən polis əməkdaşı  Məmmədov Məcid Oqtay 

oğlunu qətlə yetirmiş, Adıgözəlov Mülkədar İsrafil oğlunu və polis əməkdaşı Əhmədov Zirəddin Musa 

oğlunu yaralamışlar. Bundan əlavə erməni quldurları kəndi talayaraq evləri yandırmışlar. Bağanıs-Ayrım 

kənd sakinlərinin cəsədlərinin tibbi ekspertizası zamanı  əldə olunan rəylər Xocalıda törədilmiş 

vəhşiliklərlə təxminən üst-üstə düşür. Dədəkişi Əsliyevin tibbi ekspertizası nəticəsində bəlli olub ki, onun 

sol qulağı kəsilib götürülmüş, odlu silahla qətlə yetirildikdən sonra yandırılmışdır. Havaxanım Əsgərova 

qətlə yetirildikdən sonra onun sol qulağı kəsilib atılmışdır. Daxili orqanlarında 3-4-cü dərəcəli yanıqlar 

aşkar edilmişdir. Erməni quldurları 40 günlük körpəyə qarşı da xüsusi amansızlıq göstərərək bəşər 

tarixində görünməmiş vəhşilik törətmiş, südəmər körpəni güllələyərək yandırmışlar. Bələyi, əmziyi qana 

batmış körpənin bu sayaq qətli bəşəriyyəti lərzəyə  gətirəcək dəhşətli faktlardan biridir. Körpə Hafizin 

timsalında bu vəhşiliyi ermənilər türklərin gələcəyinə qarşı törədib. Təəssüf ki, dünya türklərə qarşı 

törədilən soyqırım aktlarına münasibətdə hörümçək toru kimi gözləri pərdələmiş erməni mifmi kənar 

etmək, ikili standartlardan əl çəkmək istəmir. 

Bağanıs-Ayrımda törədilən bu dəhşətli olayı gözləri ilə görmüş Fərmuz Xanluman oğlu söyləyir ki, 

martın 23-də  səhər saat 6 radələrində avtomat və karabin silahlan ilə silahlanmış  təxminən 150-200 

nəfərdən ibarət erməni quldur dəstələri kəndə hücum etmişlər. Onların ardınca kəndə "Ural" markalı 

yanacaqdaşıyan maşın, "QAZ-66" markalı  və iki təcili yardım maşını  gəlmişdir. Maşınlar dayandıqdan 

sonra ermənilər vedrə ilə "Ural" maşınından yanacaq daşıyaraq Adıgözəlov  Ələddin, Məhərrəmov 

Səməd, Məhərrəmov  Əliməmməd və  Əsliyev Dədəkişi adlı  kənd sakinlərinin evlərini yandırmışlar. 

Erməni quldurları eyni zamanda polis əməkdaşlarım da qətlə yetirmişlər. Məhərrəmova Ofeliya Şəmsi 

qızının söylədiyinə görə, səhər saat 7 radələrində güllə  səslərinə ayılaraq görüb ki, ermənilər kəndi 

mühasirəyə alaraq sakinləri odlu silahlardan atəşə tuturlar. Ofeliya Məhərrəmova, onun həyat yoldaşı 

Alməmməd, oğlu Vüqar, qaynı Səməd, onun həyat yoldaşı Gülşən dərhal çarpayının altında gizlənmişlər. 

Bir neçə dəqiqədən sonra ermənilər evə daxil olaraq onların var-dövlətini talayırlar. İnsan qanına susayan 

quldurlar 18 min rubl dövlət istiqraz vərəqələrini, 500 min rubl nəqd pulu, 1000 rubl dəyərində boyunbağı 

və  qızıl zənciri, brilyant qaşlı digər zinət  əşyalarmı götürmüşlər. Erməni soyğunçuları  əşyaları qarət 

edəndən sonra yorğan-döşəyə od vuraraq evi tərk etmiş  və 50-100 metr aralıda yerləşən digər evləri 

yandırmışlar. 



 

 

 

12 

 

"Erməni Daşnaksütyun komitəsinin məstəbid bir 



idarə üsulunu təşkil etmiş etdirmişdir ki, Qafqazda bir sıra 

qanlı terror oynandı" 

 

M.S. Ordubadi 

"Qanlı illər" əsərindən 

 

Yuxularımızın qədim şəhəri 

 

Türklərin yaratdığı  qədim maddi-mədəniyyət nümunəsiydi Xocalı. Türkün tarixinin qədim 



zamanlarının qorunduğu, mühafizə olunduğu dünyanın ən qədim mərkəzlərindən olan bu şəhər təkcə son 

əsrdə bir neçə  dəfə erməni terrorunun hədəfinə çevrildi. Tarixiliyi və  zənginliyi paralel şəkildə özündə 

yaşadan "Xocalı" toponiminə fikir vermək gərəkdir. "Xoca" türkcə  ağ-saqqal, "böyük" mənasını 

daşıyaraq hörmət  əlamətini bildirir. Bəli, təkcə Azərbaycan türklərinin deyil, dünyanın "ağsaqqal" 

şəhəriydi Xocalı.  İndi  əsirlikdədir. Yüzlərlə türk övladı kimi soyulur, sökülür, dağıdılır. Dünyanın  ən 

qədim tarix nümunələri kimi çox az-az axtarılıb, üzə  çıxarılıb öyrənilən arxeoloji mənbələrin sayı 

etibarilə Xocalı yüzlərlə elmi əsərlərin, monoqrafiyaların, dissertasiyaların mövzusudur. Xocalı-Gədəbəy, 

yaxud Gəncə-Qarabağ  mədəniyyəti kimi qeyd olunan bu abidələr haqqında elmi ədəbiyyatda ilk sözü 

XIX  əsrin 80-ci illərində Rusiya Coğrafiya Cəmiyyətinin üzvü S. Veyssentrof deyib. XIX əsrin 90-cı 

illərində  Şuşa realnı  məktəbində müəllim işləmiş E. Resler, Rusiya-coğrafiya Cəmiyyətinin üzvü 

A.A. İvanovski bu abidələrin tədqiqi ilə  məşğul olaraq, arxeoloji tədqiqatlar aparmışlar. 1926-cı ildə 

akademik  İ.İ. Mişaninovun rəhbərliyi və  İ. Cəfərzadənin iştirakı ilə Xocalıda yeni tədqiqatlar dövrü 

başlanıb. Abidələrin tədqiqi və öyrənilməsi işi 1984-cü ildə tarix elmləri doktoru Hidayət Cəfərovun 

ekspedisiyaları ilə sona yetib. Xocalıda son tunc və ilk dəmir dövrlərinə, yəni e.ə. XII-VII əsrlərə aid 

xeyli mədəniyyət abidələri aşkarlanıb. Bu abidələr daş qutu və kurqanlardan ibarətdir. Burada saxsı 

qablara, silahlara, qızıl zinət  əşyalarına, balıqqulağına,  şüşə parçalarına rast gəlinib. Görkəmli 

Azərbaycan alimi, tədqiqatçı Rəşid Göyüşov məhz buna görə Xocalını "qədim dünyanın mədəni mərkəzi" 

adlandırıb. 

Abidələrin bir qismi kompleks yaşayış yerindən, kurqanlardan, tikililərdən ibarətdir. Arxeoloji 

qazıntılar zamanı müəyyən olunub ki, xocalıların tayfa evləri uzunsov, üçbucaqlı formada inşa edilib. 

Bəzən uzunluğu 17-18 metr, eni 8-10 metr olan bu cür evlər arakəsmələr vasitəsilə bir neçə hissəyə 

bölünür. Tunc dövrünün sonu, dəmir dövrünün əvvəlində, yəni 22 min il bundan öncə evlərin döşəmələri 

və divarları ağ maddələrlə suvanıb. Əhalinin tikinti texnikasına yiyələndiyi aşkarlanır. Həmçinin burada 

aşkarlanan dulusçuluq məmulatları, müxtəlif çeşidli saxsı qab nümunələri həm forma kamilliyi, həm də 

naxış süjetləri, kompozisiya quruluşu baxımından  əvəzedilməz sənət nümunələridir. Çoxsaylı metal 

əşyaları, tuncdan hazırlanan silah növləri, xəncər, qılınc, balta, nizə  və ox ucluqları,  əmək alətləri, 

müxtəlif çeşidli bəzək  əşyaları, qolbaq və  sırğalar, asmalar yerli əhalinin bədii zövqü, ustaların 

sənətkarlıq bacarığından xəbər verir. Tuncdan hazırlanan kəmər üzərindəki süjet mifik dünyagörüşlə real 

həyatın harmonik vəhdətini təşkil edir. Burada həmçinin sümükdən, qiymətli daşlardan, qızıldan bəzək 

nümunələri də tapılıb. 

Maddi mədəniyyət nümunələrinin bəziləri yüksək sənətkar əməyinin məhsulu olmaqla yanaşı, həm 

də xarici iqtisadi mədəni əlaqələri izləmək baxımından da böyük əhəmiyyət kəsb edir. Bunların içərisində 

Xocalı kurqanlarının birində tapılmış  əqiq muncuq xüsusi yer tutur. Muncuq üzərində Assuriya mixi 

yazısı ilə çar Adadnirarinin adı yazılıb.  İşarənin yazılış qaydası bu muncuğun Assuriya çarı I 

Adadnirariyə (e.ə. 1310-1281) yaxud II Adadnirariyə (e.ə. 911-981) məxsus olmasını söyləməyə imkan 

verir. Azərbaycan tayfalarının hələ  qədim zamanlarda ətraf aləmlə, xüsusilə  şərq ölkələri ilə  mədəni-

iqtisadi münasibətlərdə olması söylədiyimiz bu faktla yanaşı, xeyli dəlillərlə də tamamlanır. 

Xocalıda aşkar olunmuş qiymətli sənət nümunələrinin  əksəriyyəti Moskva və Sankt-Peterburqun 

dünya  şöhrətli muzeylərində, Moskva Dövlət Tarix Muzeyi və Ermitajda mühafizə olunur, dünyanın 

başqa incəsənət əsərləriylə bir sırada nümayiş etdirilir. Xocalı abidələri dini mərasimlər, ayinlər, ibtidai 

memarlıq, təsərrüfat və  sənətkarlıq sahələri haqqında qiymətli mənbədir. Bu abidələr kompleksi 

Qarabağda mövcud olan qədim abidələr silsiləsində özünəməxsus yer tutur. Eramızdan əvvəl III minilliyə 

aid Xankəndi və Xocalı kurqanları, Qarağacı yaşayış məskəni, e.ə. II minilliyin I yarısına adi Üzərliktəpə 

şəhər yeri, Xocalı ilə həmdövr olan Axmalı, Dovşanlı, Balıqqaya, Sırxavənd abidələri bu qəbildəndir. 

Xocalı başdan-başa tarixi memarlıq abidələri diyarıdır. XIV əsrə aid olan Hacı Əli günbəzini, 1356-

cı ildə inşa olunmuş dairəvi türbəni, XIV əsrdə tikilmiş Əsgəran qalası və onlarla başqa tarixi memarlıq 



13 

 

nümunələri bu torpağın qədimliyinin təsdiqidir. Bu abidələrlə birlikdə Xocalıda Allahverdi bəyin, 



Qəhrəman bəyin, Cəfər bəyin, Səməd bəyin, Mikayıl bəyin, Səfiyar kişinin, Məhəmməd ağanın və daha 

kimlərin qəbirləri qaldı. Azərbaycanın xanlıqlar dövründə Xocalıda 46 nəfər bəy titulunun daşıyıcısı olub 

ki, bu da Tiflis arxivində qorunan sənədlərdə öz əksini tapıb. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


14 

 

 



Köçəryan Xocalıda ilk qırğınları törədib 

 

Terrorçuluğu, insan alverini, narkotiklərin qanun dövriyyəsini rəhbəri olduğu Ermənistan dövlətinin 



rəsmi siyasətinə çevirən Robert Köçəryan 1988-ci il fevralın 12-dən sonra Xankəndində başlayan 

mitinqləri emosiyalara, vəhşiliklərə çevirərək erməni quldur birləşmələrini azərbaycanlıların yaşadıqları 

kəndlərə doğru istiqamətləndirməklə onlara rəhbərlik etmişdir. Xocalıda ilk dağıntı  və  fəlakətlərin 

müəllifi də Robert Köçəryan və bu gün onun komandasında təmsil olunan Serj Sərkisyanlar, Arkadi 

Qukasyanlardır. 1953-cü ildə Xankəndində anadan olan, 80-ci illərdə Xarkov Sənaye İnstitutunda təhsil 

alaraq, geri dönən Köçəryan 1986-cı ildən Xankəndi  İpək kombinatında azad partiya təşkilatı katibi 

seçilib. Bu təyinatdan başlayaraq kombinatda daşnak ab-havası yaradılıb, milli ayrı-seçkilik düşmənçilik 

səviyyəsinə çatdırılıb. Köçəryan müxtəlif bəhanələrlə kombinatın azərbaycanlı  işçilərini bir-bir işdən 

kənarlaşdıraraq, burada yalnız ermənilərin çalışmalarına  şərait yaradıb. Vəziyyət o yerə  gəlib çatıb ki, 

artıq sözügedən kombinatda 1988-ci ildə bir nəfər belə azərbaycanlı işləmirdi. 

O, öncə Dağlıq Qarabağda fəaliyyət göstərən hərbi yaraqlılara, soyğunçuluqla məşğul olan 

cinayətkar qruplara rəhbərlik edir, Yuxarı Qarabağ  və  ətraf rayonlarda Azərbaycan türklərinə qarşı 

intensiv soyqırım hərəkətlərinə istiqamət verir, bu yöndə müxtəlif planlar düşünərək həyata keçirirdi. 

Köçəryan Rusiyanın Dağlıq Qarabağda yerləşən hərbi kontingentinin rəhbərliyi ilə sıx münasibətlər 

quraraq bu hərbi birləşmələrin müasir hərbi texnikasından, canlı qüvvələrindən, azərbaycanlıların tarixi 

torpaqlarından qovulması prosesində ardıcıl istifadə etmişdir. Xocalı soyqırımım törədən sovet ordusunun 

366-cı alayının komandiri general-leytenant Zoviqarov onunla çox yaxın münasibətlərdə olub. Yüzlərlə 

terror aktlarının, faciələrin sifarişçisi olmuş Köçəryan 1988-ci il fevral ayının 18-də Xocalıya hücum 

planının müəllifədir. Xocalının girəcəyindəki 4 evin yandırılması və bir neçə azərbaycanlının yaralanması 

ilə nəticələnən hücum əməliyyatları Köçəryanın, S. Sərkisyanın, Arkadi Qukasyanın bilavasitə rəhbərliyi 

altında törədilmişdir. Bu barədə MTN-in arxiv materialları  əsasında çap olunmuş "Erməni cinayətləri" 

kitabında məlumat verilir. Köçəryan  İpək kombinatında işləyən zaman tokar sexini odlu silahlar, 

partlayıcı maddələr sexinə çevirərək müxtəlif döyüş sursatları hazırlamışdır. Bu işə erməni millətçilərini 

cəlb etməklə yanaşı, özü də silah-sursat istehsal edən dəzgahın arxasında dayanmışdır. 

Sərkisyanın, Qukasyanın, Samvel və Karol Babayanların terrorçu ekstremist qruplarının başında 

dayanan Köçəryanın fitvası ilə 1988-ci il sentyabr ayının 16-da Xankəndində Azərbaycan türklərinə 

məxsus 50 ev yağmalanaraq yandırılmışdır. O, qarətçilik, talançılıq hərəkətlərini tədricən genişləndirərək 

irimiqyaslı terror aktlarına keçmişdir. Ağdam-Şuşa marşrutunda hərəkət edən avtobusun əvvəlcə daş-

qalaq edilməsi, daha sonra odlu silahla atəşə tutulması  nəticəsində 25 nəfərin qətli, 1989-cu ildə 

Ağdamdan  Şuşaya uçan "Mİ-8" vertolyotunun vurulması, Malıbəyli kəndinə ilk hücum da Köçəryanın 

başçılığı altında törədilib. Erməni millətçiliyinin bütün mənfur keyfiyyətlərini özündə  cəmləşdirmiş bu 

sima hazırda Ermənistan Respublikasının prezidentidir. 

Çağdaş dünyamız sözdə terrora, terrorçulara qarşı dayanıb. "Biz terrorizmə qarşıyıq" - Amerikanın, 

Avropa dövlətlərinin, beynəlxalq təşkilatların az qala gerbinə, bayrağına yazılan bu deyimin Ermənistana

onun başında dayanan Köçəryana görünür aidiyyəti yoxdur. Əgər aidiyyəti olsaydı, Köçəryan məşhər 

ayağına çəkilər, sorğu-suala tutular, ondan indiyə  qədər türklərə qarşı törətdiklərinin hesabı sorulardı. 

Qarabağda törədilmiş  qırğınlar, Xocalı soyqırımı beynəlxalq cinayət subyektləridir ki, nə vaxtsa bu 

əməllərə qarşı dünya sözünü deyəcək. 

 


15 

 

 



Fevralın 25-dən 26-na keçən gecə... 

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terror təşkilatları, rus hərbi birləşmələrinin 

366-cı polkunun müasir silahlarla təchiz olunmuş muzdlularının genişmiqyaslı hücumu ilə Xocalı 

soyqırımı törədildi. Xocalıda minlərlə əliyalın, dinc azərbaycanlının qətli icra olundu. Xəstələrə, ağsaqqal 

və  ağbirçəklərə, körpə  uşaqlara, qadınlara aman verilmədi. Azərbaycan xalqına qarsı amansız  şəkildə 

soyqırım həyata keçirildi. Bu soyqırım siyasəti  əvvəlcədən düşünülmüş, ciddi planlaşdırılmış  və  dəqiq 

yerinə yetirilmişdi. Milli Təhlükəsizlik Nazirliyinin soyqırımı araşdıran istintaq komissiyasına təqdim 

etdiyi Xocalı  şəhərinə  hərbçilərin danışıqlarının lent yazısı da planın  əvvəlcədən hazırlandığını  və bu 

faciədə 366-cı rus hərbi alayının iştirakmı  təsdiqləyir. Belə ki, hərbçilərin telefon söhbətində Xocalıya 

hücuma hazırlıq getdiyi, danışıqların milyon rəqəmlərlə hesablanan pulu gözlədikləri anlaşılır. 

1992-ci il fevralın 16-da, soyqırım planından on gün əvvəl məlum 366-cı alayın nəzdində 

"Klukin, erməni cəbhəsi" deyilən "rota'" yaradılır. Sözügedən "rota"nın özəyini Livan, Amerika, Kanada, 

İran, İsveç və Hollandiyadakı erməni icmalarmı təmsil edən, beyinlərinə yeridilən, başı üstlərində "Böyük 

Ermənistan" xəritəsi asılan silahlı quldur erməni birləşmələri təşkil edirdi. Fevralın 17-də qızlardan ibarət 

"Şuşanik" adlı snayperçilər dəstəsi həmin cəbhəyə qoşuldu. Düşüncələrinə türk düşmənçiliyi hopdurulan, 

insani idrakdan uzaq olan "Şuşanik" snayperçiləri Livandan gətirilmişdi. "Klukin, erməni cəbhəsi"nə 

Xaçik Vartanyan rəhbərlik edirdi. 

1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı işğal olundu, yerlə-yeksan edildi. Bəşəriyyət 

növbəti Xatın faciəsi yaşadı. Beynəlxalq miqyasda millətçi kimi tanınan erməni icmalarının, diaspora və 

lobbiçilərinin birgə hazırladıqları "Böyük Ermənistan" planının ilkin fazası, hərəkatın ilk bəndi "Haydad" 

və "ASALA" terror təşkilatlarıyla birgə icra olundu. Bu soyqırım  əməliyyatı zamanı keçmiş SSRİ 

Müdafiə Nazirliyinə məxsus hərbi texnika, tərkibində zəhərli kimyəvi maddələr olan mərmilər, istifadəsi 

qadağan olunan "dairəvi" güllələr, digər silahlar sınaqdan çıxarıldı. Həmin qanlı gün, saat 23.00 

radələrində Xocalıya 11 istiqamətdən hücum həyata keçirildi. Qarqar çayının Həsənabad kəndi tərəfindən, 

təyyarə limanının  şərqindən,  İncik təpədən, donuzçuluq kompleksi istiqamətindən - çayın sol və sağ 

tərəfindən, Daşbulaq-Xocalı yolu səmtindən, Norgux-Xocalı istiqamətindən, Daştəpə tərəfdən, Bozdağ və 

nəhayət  Əsgəran tərəfdən Xocalı üzərinə qoşun yeridildi. Ətraf aləmdən ayrı düşmüş, gücü yalnız 

özünümüdafiə qruplarının ov tüfənglərinə çatan əhali nizami rus ordusu və  vəhşi erməni quldurlarına 

müqavimət göstərmək iqtidarında deyildi. Xocalılar vəhşiliklə üz-üzə qaldı. 613 nəfər  şəhid oldu. 

Onlardan 56-sı xüsusi qəddarlıq və  işgəncələrlə öldürüldü. 27 ailə tamamilə  məhv edildi. 230 ailə öz 

başçısını itirdi. 1275 nəfər  əsir düşmüş xocalılı amansız işgəncələrə düçar oldu. Bu soyqırım 

əməliyyatlarında xüsusi hazırlıq keçmiş 366-cı alayın zabitlərinin və digər muzdluların iştirakı tələfatın 

miqyasmı daha da artırdı. 

Xocalı soyqırımında iştirak edən hərbi hissələrin birinin əks-kəşfiyyat şöbəsinin rəisi, polkovnik 

V. Savelyev özünün "Məxfi arayış"ında erməni terror təşkilatlarıyla Rusiya qoşun birləşmələrinin Dağlıq 

Qarabağda keçirdikləri hərbi  əməliyyatları izləyərək, fakt və  sənədlərdə bütün olub-keçənlərin  şərhini 

verib etiraf edirdi: "Mən bütün bunları yazmaya bilmərəm.  İnsanların, uşaq və qadınların, hamilə 

gəlinlərin güllədən keçmiş bədənlərini unuda bilmərəm. Qoy azərbaycanlılar məni bağışlasınlar ki, bütün 

bu qanlı  və amansız sonluğu olan hadisələrdə  əlimdən heç nə  gəlmədi. Təkcə yazdığım arayışı  həm 

Kremlə, həm də SSRİ Müdafiə Nazirliyi Baş  Kəşfiyyat  İdarəsinin generallarına göndərdim. Oxuyun, 

dedim. Biz rusların zabit şərəfi görün necə ləkələndi". 

 

"Rusların "zabit şərəfini ləkələyən 55 zabit və kiçik rütbəli 

hərbçilərin adları qoy tarix üçün yaddaşlara yazılsın". 

 

1. Zarviqorov Yuri Yuriyeviç - 02.03. 1955-ci ildə Qazaxıstanın Cambul vilayətinin Luqovaya 



stansiyasında anadan olub. 366-cı motoatıcı alayın komandiri. 

2. Çitçiyan Valcri İsaakoviç - 366-cı motoatıcı alayın 1 saylı batalyonunun qərargah rəisinin 

müavini, mayor. 

3. Ağriyan Vaçaqan Qriqoryeviç - mayor, alayın kəşfiyyat rəisi. 

4. Ohanyan Seyran Muşeqoviç - 1961-ci ildə anadan olub. Mayor, alayın 2-ci batalyonunun 

komandiri. 

5. Arutyunov Aleksandr Aleksandroviç - mayor, 2-ci batalyon komandirinin köməkçisi. 


16 

 

6. Akopyan Nerses Qrantoviç - baş leytenant, 1-ci batalyonun 2-ci rotasının komandiri. 



7. Arutunyan Vladislav Vladimiroviç - kapitan, 2-ci batalyonun komandiri. 

8. Bəyləryan Armen Volodiyeviç - praporşik, 1-ci rotanın texniki. 

9. Ayrapetyan Vaçik Qurgenoviç - 3-cü rotanın starşinası. 

10. Mirzoyan Vaçik Qrantoviç - 3-cü rotanın starşinası. 

11. Şixanyan Andrey Artyuşeviç - 1-ci batalyonun təşkilat üzrə komandiri. 

12. Xaçaturyan - 6-cı rotanın starşinası. 

13. Abramyan V.V. - 2-ci batalyonun böyük texniki, praporşik. 

14. Bəyləryan Sergey Yurikoviç - 2-ci batalyonun vzvod komandiri, praporşik. 

15. Danilyan Armen Barinoviç - 2-ci rotanın starşinası. 

16. Avanesyan - 2-ci batalyonun böyük texniki. 

17. Zaxaryan - zenit vzvodunun komandiri, praporşik. 

18. Boqdasaryan Valeri - tank rotasının starşinası. 

19. Kisəbəyyan Qriqoriy Akopoviç - rabitə rotasında vzvod komandiri, praporşik. 

20. Arustamyan - rabitə rotasında böyük texnik. 

21. Amelyan Qarik - yeməkxana rəisi, praporşik. 

22. Avanesyan Robik - ərzaq anbarının rəisi, böyük praporşik. 

23. Arutunyan Kamo Rafaeloviç - təmir rotasında vzvod komandiri, praporşik. 

24. Musaelyan - təmir rotasında vzvod komandiri. 

25. Sarkisyan Aleksandr - təmir rotasında böyük texnik, praporşik. 

26. Osipov Yuri - raket artilleriya anbarının rəisi. 

27. Simonyan Valeri - maddi təchizat rotasının starşinası. 

28. Petrosyan Aşot - məxfi hissənin rəisi, praporşik. 

29. Nabokix Yevgeni - mayor, 3-cü batalyonun komandiri (arvadı erməni) 

30. Lixodey İqor İvanoviç - artilleriya divizionunun komandiri; 

31. Miroşniçenko İqor - maddi təchizat rotasının komandiri, baş leytenant

32. Smaqin - leytenant, tank divizionunun komandiri; 

33. Kuznetsov Andrey - kimyəvi müdafiə rotasının komandiri; 

34. Qarmaş Viktor - baş leytenant, tank rotasının komandiri; 

35. Balyazin - tank rotasında vzvod komandiri, leytenant; 

36. Mirxaydarov - 3-cü batalyonun 7-ci rotasının komandiri, baş leytenant; 

37. Fotimski - 2-ci batalyonun 3-cü rotasının komandiri, kapitan; 

38. Buqayenko - 2-ci batalyonun 4-cü rotasının 3-cü vzvodunun komandiri, leytenant; 

39. Potapov - 2-ci batalyonun 4-cü rotasının komandiri, kapitan; 

40. Krut - 2-ci batalyonun 6-cı rotasının komandiri, kapitan; 

41. Savintsev - 2-ci batalyonun 4-cü rotasının komandiri, leytenant; 

42. Dobranski 2-ci batalyonun 4-cü rotasının kəşfiyyat vzvodunun komandiri, 

43. Bobolev - 2-ci batalyonun qərargah rəisi, kapitan; 

44. Minin - 2-ci batalyon komandirinin müavini, kapitan; 

45. Tevosyan - 2-ci batalyonun 5-ci rotasının komandiri, kapitan; 

46. Boqaçev - 3-cü batalyonun zabiti, baş leytenant; 

47. Kurçatov - 3-cü batalyonun zabiti, baş leytenant; 

48. Maftullin 3-cü batalyonun zabiti, baş leytenant; 

49. Kuzmanoviç - 3-cü batalyonun zabiti, baş leytenant; 

50. İvanov - 3-cü batalyonun zabiti, kapitan; 

51. Matveyev - 3-cü batalyonun artilleriya divizionunun komandiri, kapitan. 

 

Yuri Poleneyev "Qarabağ qan girdabında " kitabında yazır: 

 

"Xocalı hadisəsi Hitler faşizminin Xatın kəndində törətdiyi müsibətlə müqayisədə daha dəhşətli 



idi. Ermənilər bu qəddar terror aktı ilə öz vəhşiliklərini bütün dünyaya bəyan etdilər. 1992-ci ilin fevralın 

25-dən 26-na keçən gecə Xocalı  şəhərinin sakinlərinə vəhşicəsinə divan tutuldu. Xocalıda yalnız ölülər 

qaldı". 

Xocalı soyqırımı törədilən zaman müsibəti gözləri ilə görən jurnalist Viktoriya İvleva isə faciəni 

belə  təsvir edir: "Xocalının girəcəyində bir tərəfdə buluda bənzər nəyinsə  hərəkət etdiyini gördüm. Bu 

bulud yarıçılpaq insanların toplusu idi. Azərbaycanlıların dəstəsinin sonunda üç uşaqlı qadın gedirdi. O, 

qar üzərində ayaqyalın çətinliklə yeriyir və tez-tez yıxılırdı. Sən demə, onun uşaqlarından biri ikigünlük 


17 

 

imiş. Digər yüzlərlə qaçqın kimi bu qadının və onun uşaqlarının sonrakı taleyini mən televiziya 



lentlərindən izlədim. Bu, televiziya lentlərində  səs zolağı operatorunun hönkürtüsündən ibarət idi. Bu 

adamların cəsədləri eybəcərləşdirilmiş şəkildə qar üzərində qalaqlanmışdı". 

Viktoriya İvlevanın televiziya müşahidəsində izlədiyi hönkürtü, Xocalı soyqırımını ilk dəfə lentə 

alan cəsur jurnalist Çingiz Mustafayevin qəzəbinin göz yaşlarına çevrilməsiydi. Erməni vəhşiliklərinin 

qurbanı olan, qar üzərində donub qalan məsum körpələrin qurumuş cəsədləri qarşısında tab gətirmək, bu 

faciəni sakit lentə almaq mümkün deyildi. Çingiz Mustafayev yerlə-yeksan edilən soyqırıma məruz qalan 

Xocalını  çəkirdi, köməksiz dinc əhalinin faciəsini tarixin yaddaşına yazırdı. Kamerası ilə. Bu kamera 

ermənilərin güllələrinə  də tuş  gəlmiş, "yaralanmışdı". Martın ilk günlərində dünyanın efir məkanından 

bütün evlərə "Xocalı soyqırımı" boylandı. Çingiz Mustafayev bu qanlı olayı belə xatırlayırdı: "İlk dəfə 

fevralın 28-də iki hərbi vertolyotun müşayiəti ilə hadisə yerinə gəldik. Havadan gördük ki, bütün bir sahə 

insan meyitləri ilə doludur. Təyyarəçilər vertolyotu yerə endirməyə qorxurdular. Çünki həmin ərazi artıq 

ermənilərin nəzarəti altında idi. Buna baxmayaraq, biz vertolyotdan çıxdıq və bu zaman güclü atəşə 

məruz qaldıq. Bizimlə olan milis əməkdaşları meyitləri vertolyota götürməli idilər ki, onların 

qohumlarına verilsin. Gördüyümüz vəziyyətdən şoka düşdük. İki nəfər isə huşunu itirmişdi. Martın 2-də 

xarici jurnalistlərlə hadisə yerinə  gəlmişdik. O zaman meyitlər dəhşətli hala salınmışdı. Bir neçə sutka 

ərzində onların üzərində təhqiredici hərəkətlər edilmişdi". 

İnsanı dəhşətə gətirən bu açıqlama, soyqırımı ilk dəfə lentə alan Çingiz Mustafayevin fikirləridir. 

Erməni dəhşətlərindən, vandalizmdən yaxa qurtarmaq üçün üzü Ağdama tərəf qaçan, əliyalın  əhali 

vəhşicəsinə güllələrə tuş  gəlmişdi. Ahıllara, körpələrə belə aman verilməyib.  İnsanları bir-birlərinə 

bağlayaraq, üzərlərinə neft tökərək yandırıb, uşaqları diri-diri süngüyə keçirib faşistlərin törətdiklərindən 

betər faciəni bəşəriyyətə "bəxş etdilər" Qətlə yetirilənlərin cəsədləri üzərində  vəhşicəsinə davranaraq, 

qadınların döşlərini, kişilərin cinsiyyət üzvünü kəsərək, uşaqların beyin dərisini soyaraq bəşəriyyət üçün 

yeni olan vandalizm nümunəsi ortaya qoydular. Budur erməni xidməti, budur erməni qəssablarının 

yaramazlığı. Xocalıda törətdikləri cinayətin miqyasmı düşünmədən, bu gün beynəlxalq ictimaiyyətə 

humanizmdən, insanlıqdan danışanların nə qədər məkrli, qəddar olduqları Xocalıda göründü. Nə yazıqlar 

ki, insanlığa, bəşəriyyətə qarşı törədilən bu faciə ermənilərin xəcalət hissinə çevrilmədi. Dünya 

qınağından yeni məkrli planları, yalanları ilə qurtarmağa çalışan erməni vəhşiliyi Xocalıdan sonra 20 faiz 

Azərbaycan torpağının işğalı ilə nəticələndi. 

 


Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin