Akif Aşırlı



Yüklə 1,19 Mb.
Pdf görüntüsü
səhifə7/8
tarix06.09.2017
ölçüsü1,19 Mb.
#29088
1   2   3   4   5   6   7   8

Heydər Əliyev,  

Azərbaycan Respublikasının prezidenti.  

 

Bakı şəhəri, 26 mart, 1998-ci il.



 

56 

 

Beynəlxalq cinayət faktı 

 

Azərbaycan Milli Elmlər Akademiyasının  İnsan Hüquqları  İnstitutunun Ekspert Şurası 

toplaşaraq, 19 fevral 2002-ci ildə Xocalı faciəsinin soyqırım faktı kimi dünya ictimaiyyətinə 

çatdırılmasını təmin edən qətnamə qəbul etdi. Xocalı faciəsinin beynəlxalq cinayət olaraq Ermənistanın 

Azərbaycana qarşı soyqırım siyasətinin tərkib hissəsi olması  sənəddə  ətraflı izah edilir. Sənədin 

əhəmiyyətini nəzərə alaraq Ekspert Şurasının üzvü V. İbavevin toplantıdakı məruzəsi ilə birlikdə kitaba 

daxil etməyi məqsədəuyğun sayırıq. 

 

Azərbaycan xalqının tarixində soyqırımı kimi siyasi və hüquqi qiymətini almış hadisələr tarixi 



kökü etibarı ilə bir zamanlar Osmanlı imperiyasının torpaqlarının bölüşdürülməsi - Şərq məsələsinin 

həyata keçirilməsi üçün uydurulmuş,  əslində mövcud olmayan "erməni məsələsi" ilə bağlıdır.  Şərq 

məsələsinin həyata keçirilməsindən bəhrələnmək istəyən erməni millətçiləri XVIII əsrin sonlarından 

başlayaraq Türkiyə, XIX əsrdən isə Azərbaycanın torpaqları hesabına "Böyük Ermənistan" yaratmaq 

xülyasına düşmüş və bundan sonra məqsədlərinə çatmaq üçün müxtəlif yerlərdə milli zəmində qırğınlar 

törətmişlər. 

Rusiya və  İran arasında bağlanmış Gülüstan və Türkmənçay müqavilələrindən sonra ermənilər 

kütləvi  şəkildə Azərbaycan torpaqlarında məskunlaşdırılmışlar. Azərbaycan torpaqlarında 

azərbaycanlılara qarşı 1905-1907-ci illərdə, 1918-ci ildə qırğınlar törədilməklə soyqırımı siyasəti həyata 

keçirilməyə başlanmışdır. 

Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı aparılan etnik təmizləmə siyasəti SSRİ-nin 

yarandığı ilk illərdən başlanmışdır. Belə ki, Azərbaycan SSR-in tərkibində Dağlıq Qarabağ Muxtar 

Vilayətinin yaradılması ilə Azərbaycanda ermənilərin milli azlıqda olması probleminin öz həllini 

tapmasına baxmayaraq, həmin dövrdə Ermənistan SSR ərazisində yaşayan azərbaycanlılara muxtariyyət 

verilməməsi tarixi ədalətsizlik kimi qiymətləndirilməli idi. Qarabağın dağlıq ərazisində yaşayan 80 minlik 

erməni  əhalisinə muxtariyyət verildiyi halda, həmin dövrdə Ermənistanın 580 minlik, həmçinin 

Gürcüstanda yaşayan 600 minlik azərbaycanlı əhalisinə muxtariyyət verilmədi. 

Bundan soma ermənilərin Azərbaycana qarşı millətçi-separatçı siyasəti aşağıdakı istiqamətlərdə 

həyata keçirilirdi: 

- Dağlıq Qarabağı Azərbaycan SSR-dən qoparmaq; 

- Azərbaycan SSR-in ərazilərinə yiyələnmək; 

- Ermənistan SSR-dən azərbaycanlıların köçürülməsinə nail olmaq. 

Hazırda Ermənistan adlanan əzəli Azərbaycan torpaqlarından etnik təmizləmə siyasətinin tərkib 

hissəsi kimi azərbaycanlıların 1948-1953-cü il deportasiyası təşkil edilir. 

1948-1952-ci illərdə xaricdən gələn ermənilərin yerləşdirilməsi bəhanəsi ilə 150 mindən çox 

azərbaycanlı əhalisi öz vətənindən çıxarıldı. 

Azərbaycanlıların Ermənistandan köçürülməsi Ermənistan  ərazisindəki azərbaycanlıların qədim 

məskənləri olan dədə-baba torpaqlarının boşaldılması siyasətinin həyata keçirilməsi üçün təşkil 

olunmuşdur. Bu haqsızlığa uzun müddət heç bir siyasi qiymət verilməyibdir. Yalnız Azərbaycan 

Respublikasının Prezidenti Heydər  Əliyevin "1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR 

ərazisindəki tarixi torpaqlarından kütləvi surətdə deportasiyası haqqında" 18 dekabr 1997-ci il tarixli 

fərmanı ilə həmin ədalətsizliyə hüquqi qiymət verildi. 

Ermənistanda həyata keçirilən etnik təmizlənmənin yeni kütləvi dalğası SSRİ-nin süqutunun son 

illərinə təsadüf etdi. 1988-ci ilin qışından başlayaraq Ermənistanda azərbaycanlılara qarşı etnik təmizləmə 

başlandı. "Azərbaycanlılarsız Ermənistan"  şüarı altında həyata keçirilən etnik təmizləmə  nəticəsində 

Ermənistan hakim dairələrinin himayəsi və razılığı  əsasında hazırkı Ermənistan adlanan dövlətin 

ərazisindən 40897 azərbaycanlı  məcburi qaydada deportasiya olundu. Təkcə 3 gün ərzində - 1988-ci ilin 

noyabr ayının 27-dən 29-dək Ermənistan SSR-in Quqark, Spitak və Stepanavan şəhərlərində 33 nəfər 

azərbaycanlı öldürülmüşdü. Ümumiyyətlə, Azərbaycan Respublikası Prokurorluğunun məlumatına 

əsasən, 1988-1989-cu illərdə Ermənistanda aparılan etnik təmizləmə dövründə 216 nəfər azərbaycanlı 

öldürülmüşdür. Onlardan 49 nəfəri divan tutulmaqdan qorxub qaçarkən dağlarda donmuş, 41 nəfər 

qəddarlıqla döyülməkdən ölmüş, 35 nəfər uzun işgəncələrdən sonra öldürülmüş, 115 nəfər diri-diri 

yandırılmış, 16 nəfər güllələnmiş, 10 nəfər təhqirlərə dözməyib infarktdan ölmüş, 2 nəfər erməni 

həkimləri tərəfindən xəstəxanada öldürülmüş, 3 nəfər suda boğulmuş, bir nəfər asılmış, bir nəfər 

əzablardan qurtarmaq üçün özünü öldürmüş, bir nəfər elektriklə öldürülmüş, iki nəfərin başı kəsilmiş, 29 

nəfər qəsdən avtomobil altına salınmaqla öldürülmüş, 3 nəfər xəstəxanada olarkən tibbi xidmət 



57 

 

göstərilməməsi nəticəsində ölmüş, 8 nəfər oğurlanmış  və  xəbərsiz itkin düşmüşdür. Həyatdan məhrum 



edilmiş azərbaycanlıların yeganə günahı onların azərbaycanlı olmaları idi. "İnsan Hüquqlarının Ümumi 

Bəyyana-mə"sinin 2-ci maddəsinə  əsasən isə  hər bir şəxs irqindən, dərisinin rəngindən, cinsindən, 

dilindən, dinindən, siyasi və digər əqidəsindən, milli və sosial mənşəyindən, əmlak, sosial mövqe və digər 

vəziyyətindən asılı olmayaraq bütün hüquq və azadlıqlara malik olmalıdır. Lakin yuxarıda göstərilənlər 

insan hüquq və azadlıqlarının pozulmasının adi halı deyildi. Əsrin əvvəllərindən başlayaraq plana uyğun 

surətdə azərbaycanlılara qarşı həyata keçirilən "etnik təmizləmə", soyqırımı idi. 

Ermənistan tərəfindən azərbaycanlılara qarşı soyqırımı  təkcə Ermənistan  ərazisində deyil, eyni 

zamanda Azərbaycan  ərazilərində  də davam etdirilirdi. Bu da bir daha təsdiq edir ki, azərbaycanlılara 

qarşı soyqırımı siyasəti Ermənistanın dövlət siyasətinin tərkib hissəsidir. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycan xalqına qarşı 

törədilmiş ən amansız cinayətlərdən biri də 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə baş vermiş 

Xocalı genosidi idi. Həmin gecə Ermənistan Respublikasının silahlı qüvvələri öz havadarları və bir qrup 

muzdlu dəstələri ilə birlikdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda yerləşən Xocalı 

şəhərinə hücum edərək heç bir günahı olmayan mülki əhalinin  şəhəri tərk edə bilməmiş hissəsini də 

qəddarlıqla qətlə yetirmişlər. Şahidlər təsdiq edirlər ki, həmin gecə onlarla qadın, 2 yaşından 15 yaşınadək 

uşaq və qoca güllələnmiş, bəzi meyitlərdə bir neçə xəsarət yerləri aşkar edilmişdir ki, onlardan biri yaxın 

məsafədən baş nahiyəsinə yetirilmiş odlu silah xəsarətləri olmuşdur. Bu da onu göstərir ki, yaraqlılar 

sonradan odlu silahla öldürülmüşdür. Bir neçə  uşaq meyitinin qulaqları  kəsilmişdir. Yaşlı qadının 

sifətinin sol yanağının dərisi soyulmuş, qoca kişinin qafa sümüyü çıxarılmışdır. İlk dəfə 28 fevral 1992-ci 

ildə hadisə yerinə vertolyotla gələnlər 500 metr radiusda ərazinin meyitlərlə örtüldüyünü görmüşlər. 

Xocalı sakini Canan Orucov çoxsaylı insan tələfatı, xüsusən qadın və  uşaqların öldürülməsi 

barədə məlumat vermişdir. Onun 16 yaşlı oğlunu güllələmiş, 23 yaşlı qızmı əkiz uşaqları ilə birlikdə və 

ikinci 18 yaşlı hamilə qızmı girov götürmüşlər. 

Səriyyə Talıbova adlı  şəxs göstərmişdir ki, erməni döyüşçüsünün qəbri üstündə 4 nəfər mesxet 

türkünün və 3 azərbaycanlının başını  kəsmişlər. Valideynlərinin yanında uşaqlara işgəncə vermiş  və 

onları öldürmüşlər. Milli hərbi geyimdə olan azərbaycanlı əsgərin gözlərini oymuşlar. 

Xocalıda mülki əhalinin tələf edilməsinin planauyğun surətdə  həyata keçirilməsini təsdiq edən 

faktlardan biri də odur ki, əhalinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən qabaqcadan xüsusi 

olaraq düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Xocalı İcra Hakimiyyəti başçısı Elman Məmmədovun 

məlumatına görə, Naxçıvanik kəndi  ərazisində Xocalıdan qaçan əhali avtomat, pulemyot və başqa 

silahlardan gülləbaran edilmişdir. Xocalılara qarsı  həmin hərəkətlər ermənilərin niyyətinin məhz 

soyqırımı cinayətini törətməyə yönəlmiş olduğunu göstərir. 

Xocalı sakini Sənubər  Ələkbərova Naxçıvanik kəndində qadın, uşaq və qoca meyitlərindən 

yaranmış  təpəni heç vaxt unutmayacağını bildirib. Həmin kənddə ermənilərin qurduğu pusquya 

düşdükdən sonra onun əri, iki qızı - Sevinc və Hicran öldürülmüş, özü isə yaralanmışdır. Orada 200 nəfər 

azərbaycanlı girov götürülmüşdür. Cəmil Məmmədov da girov düşmüş azərbaycanlılardan olmuşdur. 

Onun dırnaqlarım çıxarmış, təpiklə sifətinə xəsarət yetirmiş, nəvəsini isə ondan alıb götürmüş, anası və 

qızı xəbərsiz itkin düşmüşdür. Uşaqların zorla bir qrupdan alınıb başqa bir qrupa verilməsi də soyqırımı 

cinayətinin obyektiv cəhətini təşkil edən əlamətlərdəndir. 

Soyqırımı hadisəsindən sonra cinayətin baş verdiyi yerdə olmuş fransız jurnalisti Can İv Yunet 

demişdir: "Mən müharibələr haqqında, alman faşistlərinin qəddarlığı haqqında çox eşitmişəm. Ancaq 

ermənilər 5-6 yaşlı uşaqları, mülki əhalini öldürməklə onları ötüb keçiblər". 

"İzvestiya" qəzetinin müxbiri V. Bulıx göstərmişdir ki, Xocalı hadisələri zamanı gözləri oyulmuş, 

qulaqları kəsilmiş, qafa sümükləri çıxarılmış, başları kəsilmiş meyitlərin şahidi olmuşdur. 

Azərbaycan Müdafiə Nazirliyi tibbi xidmətinin rəisi Xanlar Hacıyev xidməti işi ilə əlaqədar çox 

ölüm və  əzablarla qarşılaşsa da, Xocalı hadisələri zamanı törədilmiş  vəhşiliklərdən dəhşətə  gəlmişdir. 

Donmuş  qızın üzünün bıçaqla kəsilməsi, döyüşçünün bağırsaqlarının çıxarılaraq qarışdırılması bu cür 

vəhşiliklərə misaldır. 

Mayor Leonid Kroveç özü 200 meyit müşahidə etdiyini, onunla bir yerdə olan polis nəfərinin 4 

yaşlı  uşağının meyitini tapıb, başının  əzildiyini gördükdə, ağlını itirməsinin  şahidi olmasını  təsdiq 

etmişdir. 

Moskva "Memorial" hüquq-mühafizə  mərkəzinin Xocalı  şəhərinin işğalı zamanı insan 

hüquqlarının kütləvi pozulması faktları barədə məlumatında göstərilir: "Qaçanlar ermənilərin pusqusuna 

düşmüş və gülləbaran edilmişlər... Dörd gün ərzində Ağdama 200 meyit gətirilmiş, onlarca meyitə təhqirə 

məruzqalma  əlamətləri olmuşdur. Dörd meyitin başının dərisinin soyulduğu və bir meyitin başının 

kəsildiyi qeydə alınmışdır. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) dövlət 



58 

 

məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertlərin rəyi ilə müəyyən edilmişdir ki, 151 nəfərin 



ölümünə güllə yaraları, 20 nəfərin - qəlpə yararları  səbəb olmuş, 10 nəfər küt alətlə vurulmaqla 

öldürülmüşdür... Ağdamda sanitar qatar jurnalında qeydiyyatdan keçirilənlərin 598 nəfərində xəsarət və 

donma faktları müşahidə olunmuşdur. Orada diri adamın baş dərisinin soyulması faktı qeydə alınmışdır. 

Ermənistanın Azərbaycana təcavüzü nəticəsində minlərlə insan həyatdan məhrum edilmiş, şikəst 

olmuş, 900 yaşayış məntəqəsi dağıdılıb talan edilmiş, mülki əhalinin ümumi sahəsi 9 milyon kv. m. olan 

mülkləri dağıdılıb yandırılmışdır. Dağıdılmış  və  əmlakı aparılmış yaşayış evlərinin ümumi dəyəri on 

milyardlarla dollar həcmindədir. 

 

IIXocalı soyqırımının beynəlxalq cinayət kimi səciyyəsi 

Beynəlxalq cinayət - ayrı-ayrı dövlətlərin hüquq və qanuni mənafelərini, beynəlxalq səviyyədə 

tanınmış insan hüquqlarım kobud və ya kütləvi  şəkildə pozan, hüquqi tərkibi beynəlxalq hüquq 

normalarında müəyyən olunmuş, beynəlxalq hüquqa zidd olan əməllərə deyilir. Beynəlxalq hüquq 

elmində "beynəlxalq cinayət" və "beynəlxalq xarakterli cinayət" kateqoriyaları  fərqləndirilir. Soyqırımı 

cinayəti beynəlxalq cinayət kateqoriyasına aiddir. Həmin cinayətlərin  əsas tərkibləri  İkinci Dünya 

müharibəsindən sonra yaradılmış beynəlxalq hərbi tribunalların (Nürnberq və Tokio) Nizamnaməsində 

ifadə olunmuşdur. Sonradan həmin cinayət tərkibləri Yuqoslaviya və Ruanda beynəlxalq cinayət 

tribunallarının nizamnamələrində  və Beynəlxalq Cinayət Məhkəməsinin Statusunda təkmilləşdirilməklə 

bir daha təsdiqini tapmışdır. Nürnberq Tribunalı Nizamnaməsində beynəlxalq cinayətlər üç qrupa 

ayrılmışdır: 

* sülh əleyhinə cinayətlər; 

* müharibə cinayətləri; 

* insanlıq əleyhinə cinayətlər. 

İkinci Dünya müharibəsindən sonra beynəlxalq birlik genosidi müstəqil beynəlxalq cinayət kimi 

fərqləndirdi. Nürnberq Tribunalı Nizamnaməsi və hökmlərində soyqırımı termini işlədilməmişdir. 

Nürnberq Tribunalı Nizamnaməsinin təsnifatına görə, soyqırımı insanlıq  əleyhinə cinayətlərə daha 

yaxındır. Lakin soyqırımı insanlıq  əleyhinə cinayətlərdən müəyyən  əhali qrupuna qarşı repressiyanın 

miqyasına və  dəqiq ifadə olunan məqsədinə görə  fərqlənir. Soyqırımı müəyyən mənada müharibə 

cinayətlərinə  də oxşardır. Belə ki, həmin cinayətin törədilməsi hərbi  əməliyyatların aparılması vaxtı ilə 

üst-üstə düşə bilər. Lakin soyqırımı müharibə cinayətlərindən də  məqsədinə görə  fərqlənir, həm də 

soyqırımı dinc dövrdə də törədilə bilər (məsələn, Kambocada Pol Pot öz xalqına qarşı soyqırımı həyata 

keçirmişdi). Məhz həmin  əlamətlərinə görə Yuqoslaviya və Ruanda Tribunalları nizamnamələrində, 

Beynəlxalq Cinayət Məhkəməsi Statusunda soyqırımı cinayəti müharibə cinayəti və insanlıq  əleyhinə 

cinayətlərdən ayrılmışdır. 

Soyqırımının hüquqi məzmunu hər hansı milli, etnik, irqi, yaxud dini qrupu tam və ya qismən 

məhv etmək məqsədilə törədilən aşağıdakı hərəkətlər təşkil edir: 

* bu cür qrup üzvlərinin öldürülməsi; 

* belə qrup üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli pozğunluq yetirilməsi; 

* hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fiziki məhvini nəzərdə tutan həyat 

şəraitinin yaradılması; 

* bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş tədbirlərin görülməsi; 

* uşaqların zorla bir insan qrupundan alınıb başqasına verilməsi. 

Soyqırımı cinayəti üçün xüsusi niyyətin olması  zəruri ünsür sayılır. Bu, soyqırım cinayətini obyektiv 

cəhətinə görə oxşar beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırımı cinayətini təşkil edən əməllərdən hər 

biri öz xarakterinə görə  şüurlu, bilərəkdən və iradə ilə diktə olunan əməllərdir. Həmin  əməllər heç bir 

halda təsadüfən və ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, həmin  əməlləri törətmək 

niyyəti və onların mümkün nəticələrinin ümumən dərk edilməsi  əməlin soyqırımı kimi tövsifi üçün 

kifayət deyildir. Burada cinayətkarın fikrinin xüsusi istiqamətini və ya əməlin neqativ nəticələri ilə bağlı 

olan konkret niyyətini ortaya çıxarmaq tələb olunur. 

Qabaqcadan xüsusi düzəldilmiş pusqulardan qaçıb canını qurtarmaq istəyən azərbaycanlı mülki 

əhalinin avtomat, pulemyot və başqa silahlardan gülləbaran edilməsi məhz soyqırımı niyyətini sübut edir. 

Həmin cinayətin azərbaycanlı milli qrupuna qarşı yönəlməsi də göz qabağındadır. 

Soyqırımı cinayətini təhlil edərkən onun əsas üç ünsürünün mövcud olması aydınlaşır: 

* tanınan milli, etnik, irqi və ya dini qrupun olması; 

* bu cür qrupu tamamilə və ya qismən məhv etmək niyyətinin olması (mens rea); 

* tanınan qrupla bağlı genosid hərəkətlərdən hər hansı birinin törədilməsi (astus reus). 


59 

 

Deməli, soyqırımı aktı hökmən milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlməlidir. Başqa qrupa, 



məsələn, siyasi və ya sosial qrupa qarşı yönələn bu cür hərəkətlər genosid kimi qiymətləndirilə bilməz. 

Soyqırımı anlayışı qadağan olunmuş  əməlin ümumi nəticələrinə dair konkret niyyətin olmasını 

tələb edir. 

Soyqırımı cinayətinin tövsifedici əlaməti kimi niyyət özündə bir neçə cəhəti birləşdirir: 

- niyyət, təsadüfi, bu və ya digər konkret qrupa məxsus olan bir, yaxud bir neçə  şəxsin deyil, 

qrupun məhv edilməsindən ibarət olmalıdır. Fərdin  şəxsiyyəti yox, məhz müəyyən qrupa mənsubluğu 

soyqırımın qurbanlarmı təyin etmək üçün həlledici meyardır; 

- niyyət, qrupun bir qrup kimi, özü-özlüyündə, başqasından fərqlənən bir ayrıca qurum kimi məhv 

edilməsindən ibarət olmalıdır. Soyqırımı bütöv insan qrupunun mövcudluğu hüququnu tanımaqdan 

imtinadır. Adamöldürmə (hemosid) isə ayrı-ayrı insan varlıqlarının yaşamaq hüququnu tanımaqdan 

imtina kimi səciyyələnir. Deməli, astus reus (qadağan olunmuş əməl) bir adamla məhdudlaşa bilər, lakin 

mens rea (niyyət) qrupun mövcudluğu əleyhinə yönəlməlidir; 

- niyyət, qrupun "tamamilə və ya qismən" məhv edilməsindən ibarət olmalıdır; 

- niyyət məhz, milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır. 

Soyqırımı cinayətinə görə məsuliyyətin ortaya çıxması üçün müəyyən qrupun məhv edilməsindən 

ibarət son nəticənin əldə olunması  tələb olunmur. Bunun üçün həmin cinayətin obyektiv cəhətini təşkil 

edən əməllərdən hər hansı birinin müəyyən qrupun bir qrup kimi tamamilə və ya qismən məhv edilməsi 

niyyəti ilə törədilməsi kifayətdir. 

Genosidin obyektiv cəhətinə aid olan məhvetmə anlayışı qrupun fiziki və ya bioloji vasitələrlə 

fiziki məhv olunmasını bildirir. Burada söhbət qrupun milli, din, dil, mədəni və ya digər 

özünəməxsusluğunun məhv olunmasından getmir. Soyqırımı cinayətinin obyektiv cəhətinə "mədəni 

genosid" aid deyildir. 

"Barselona Trastion Kase" işi üzrə  qərarında BMT-nin Beynəlxalq Məhkəməsi soyqırımı 

aktlarının qadağan olunması ilə bağlı öhdəlikləri erga omnes öhdəliklər adlandırmışdır. 

Beynəlxalq Məhkəmə Soyqırımı cinayətinin qarşısının alınması  və  cəzalandırılması haqqında 

Konvensiyanın  əsasında duran prinsipləri beynəlxalq adət hüququnun bir hissəsi, bütün dövlətlər üçün 

məcburi xarakter daşıyan normalar kimi tanımışdır. 

Soyqırımı cinayətinin olduğu kimi qiymətinin verilməsi və beynəlxalq hüquq normalarının tələb 

etdiyi kimi onu törədənlərin layiqli cəzalarını alması zəruridir. 

 

III



Xocalı soyqırımının beynəlxalq cinayət 

kimi hüquqi əsasları 

 

Xocalı soyqırımının beynəlxalq cinayət kimi tövsifi üçün hüquqi əsaslarla aşağıdakılar hesab 



olunmalıdır: 

1) BMT Baş  Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) saylı  qətnaməsi ilə  qəbul edilmiş 

Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya (Konvensiya 1951-ci 

ildə qüvvəyə minmişdir); 

2) Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (Nizamnamədə birbaşa soyqırım cinayəti 

göstərilməsə də, həmin cinayəti təşkil edən əməllər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri 

kimi nəzərdə tutulmuşdur); 

3) Yuqoslaviya Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad. 4). 

4) Ruanda Beynəlxalq Cinayət Tribunalı Nizamnaməsi (mad. l); 

5) Beynəlxalq Cinayət Məhkəməsinin Statusu (mad. 6); 

6) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (mad. 103); 

7) Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-

ci il tarixli Fərmanı. 

 

IV. Xocalı soyqırımının beynəlxalq hüquqi nəticələri 

 

Beynəlxalq hüquq soyqırımı cinayəti ilə əlaqədar aşağıdakıları müəyyənləşdirmişdir: 



1. Soyqırımı cinayəti törətmiş  şəxslərin cinayət mühakiməsi və  cəzalandırılması labüddür. 

Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş 

şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, Soyqırımı cinayətinin qarşısının alınması  və 

cəzalandırılması haqqında Konvensiyanın 5-ci maddəsinə əsasən iştirakçı dövlətlər soyqırımı cinayətini 



60 

 

törətməklə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbirlər görməlidirlər. Konvensiyanın 6-cı 



maddəsinə əsasən həmin şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, 

beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidirlər. 

2. Soyqırımı cinayətinin təkcə icraçıları deyil, soyqırımı törətməyə sui-qəsd, soyqırımına birbaşa 

və açıq təhrikçilik, soyqırımına cəhd və soyqırımında iştirak etmək də cinayət məsuliyyəti doğurur. 

3. Soyqırımı cinayəti törətmiş şəxslərə universal yurisdiksiya prinsipi tətbiq olunmalıdır. Ənənəvi 

olaraq milli məhkəmə orqanlarının yurisdiksiyası dövlətin  ərazisində cinayət törətmiş  şəxslərlə 

məhdudlaşır. Hazırda beynəlxalq hüquq beynəlxalq cinayətlərin dövlətin  ərazisindən kənarda 

törədilməsindən, cinayəti törədənin və ya zərər çəkmişin həmin dövlətin vətəndaşı olmamasından, eyni 

zamanda həmin cinayətlərin ölkənin dövlət maraqlarına ziyan vurub-vurmamasından asılı olmayaraq 

milli məhkəmə orqanlarına həmin cinayətlərlə bağlı yurisdiksiyanı həyata keçirməyə imkan verir. Hətta 

beynəlxalq hüquq milli məhkəmə orqanları üzərində bu cür öhdəlik qoyur, yəni universal yurisdiksiya 

tələb edir. 

Yurisdiksiyanın universallığı aut yudisare, aud dedere (ya cəzalandır, ya da ver) prinsipindən irəli 

gəlir. 


Bu prinsipə müvafiq olaraq dövlət müharibə cinayətini törətməkdə  şübhəli bilinən və ya bu 

cinayətin törədilməsi barədə əmr vermiş şəxsi axtarmalı və vətəndaşlıq mənsubiyyətindən asılı olmayaraq 

məhkəmə məsuliyyətinə almalıdır. 

4. Soyqırımı cinayətini törətməkdə əmrin icrası istinad şəxsi cinayət məsuliyyətindən azad etmir. 

Dövlətin aktları onun vəzifəli  şəxslərinin fəaliyyəti olduğundan, təqsirə görə yalnız dövlətə 

sanksiya tətbiq edilməsi ilə kifayətlənmək olmaz. Belə hallarda cinayətkar  əməlin təşkilatçıları, 

rəhbərləri, icraçıları - konkret fiziki şəxslər də cəzalandırılmalıdır. 

Soyqırımı cinayəti törədilməsinə görə dövlətin cinayətkar  əmrlər verən, bu əmrləri icra edən 

vəzifəli şəxsləri də məsuliyyət daşıyır. 

Cinayətkar əmr verən şəxsin məsuliyyəti şübhə doğurmur. Çünki vəzifəli şəxsin əməli iki tələbi - 

tabeliyində olan şəxsin hüquqauyğun davranışını  təmin etmək və hüquqamüvafiq fəaliyyət göstərmək 

tələbini pozur. 

Nürnberq Hərbi Tribunalı Nizamnaməsinin 8-ci maddəsi ilə müəyyən edilmişdir ki, müqəssirin 

hökumət sərəncamı və ya rəisin əmrinə görə fəaliyyəti onu məsuliyyətdən azad etmir, lakin tribunal ədalət 

mühakiməsinin maraqları tələb etdiyi hallarda bunu, cəzanı yüngülləşdirmək üçün əsas hesab edə bilər. 

Yuqoslaviya Beynəlxalq Tribunalının Nizamnaməsində də tabelikdə olan şəxslərin öz cinayətkar 

hərəkətlərini hökumətin və ya yüksək, vəzifəli  şəxsin  əmri  əsasında törətməsi onların məsuliyyətini 

aradan qaldıran hal kimi nəzərdə tutulmamışdır. 

Beynəlxalq Cinayət Məhkəməsinin Statusuna əsasən Məhkəmənin yurisdiksiyası altına düşən 

cinayətlərin, hökumətin, mülki və ya hərbçi rəisin əmri ilə törədilməsi, aşağıdakı hallar istisna olmaqla, 

şəxsi cinayət məsuliyyətindən azad etmir: 

- müvafiq hökumətin və ya rəisin göstərişini yerinə yetirmək bu şəxsin qanuni vəzifəsidirsə

- bu şəxs əmrin qeyri-qanuniliyini bilməmişdirsə; 

- əmr açıq-aşkar qeyri-qanuni olmamışdırsa. 

Statusa  əsasən, soyqırımı cinayətinin və insanlıq  əleyhinə cinayətlərin törədilməsi haqqında 

əmrlər açıq-aşkar qeyri-qanunidir. 

5. Soyqırımı cinayətinin törədilməsinin qarşısının alınması üçün tədbir görməməyə görə  rəhbər 

şəxs məsuliyyət daşıyır. 

Komandirin məsuliyyət prinsipi onun tabeliyində olan şəxs tərəfindən beynəlxalq humanitar 

hüququn pozulmasının qarşısını almaq və ya aradan qaldırmaq üçün tədbir görmədiyi hallara 

şamil edilir. 

Cinayət hüququnda tədbir görməməyə görə cinayət məsuliyyətinin sərhədləri dəqiqləşdirilmiş və 

məsuliyyət konkret hallardan asılı olaraq meydana çıxır. Beynəlxalq humanitar hüquq pozuntusunun 

qarşısının alınması üçün komandirin açıq surətdə  tədbir görməməsi Cenevrə Konvensiyalarında ciddi 

pozuntu kimi müəyyənləşdirilmiş  və cinayətlərin qarşısının alınması sisteminin bir hissəsini təşkil edir. 

Tabeliyində olan şəxslərin ciddi pozuntu törətməsi rəisin də həmin cinayətlərə görə məsuliyyətini yaradır. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı  təkcə birbaşa beynəlxalq cinayət 

törətmiş şəxslər deyil, həm də həmin cinayətlərin qarşısını almaq üçün tədbir görməmiş mülki hakimiyyət 

və hərbi rəis heyəti də cinayət məsuliyyəti daşıyır. 

6. Soyqırımı cinayətlərinə cinayət məsuliyyətinə cəlbetmə müddəaları tətbiq edilmir. 

BMT Baş Məclisinin 26 noyabr 1968-ci il tarixli 2931 (XXIII) saylı qətnaməsi ilə qəbul edilmiş 

"Müddətin müharibə cinayətləri və insanlıq  əleyhinə cinayətlərə  tətbiq edilməməsi haqqında" 



61 

 

Konvensiyasının 1-ci maddəsinə əsasən müharibə cinayətləri törədildiyi vaxtdan asılı olmayaraq, onlara 



cinayət məsuliyyətinə cəlbetmə müddəti tətbiq olunmur. 

Azərbaycan Respublikası CM-nin 75.5 maddəsinə əsasən Məcəllənin Xüsusi hissəsinin müvafiq 

maddələrində  nəzərdə tutulmuş sülh və insanlıq  əleyhinə cinayətlər və müharibə cinayətləri törətmiş 

şəxslərə müddət barədə müddəalar tətbiq olunmur. Həmin cinayətləri törətmiş  şəxslər cinayətin 

törədilməsindən asılı olmayaraq cinayət məsuliyyətinə  cəlb olunmalı  və  məhkum edilməlidirlər. Bu 

müddəa ona əsaslanır ki, həmin cinayətlər nəticəsində Beynəlxalq Birliyə və bəşəriyyətə vurulmuş ziyan 

öz ağırlığına görə istisna təşkil edir və  əgər həmin cinayəti törətmiş  şəxs  ədalətli məhkəmə  qərarına 

əsasən cəzalandırılmasa, ödənilə bilməz. 

Beynəlxalq cinayətlərə məsuliyyətə cəlbetmə müddətinin tətbiq olunmaması ona dəlalət edir ki, 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş beynəlxalq cinayətlərdən nə 

qədər vaxt ötsə də, həmin cinayətləri törətmiş şəxslər cinayət məsuliyyətinə alınmalıdırlar. 

7. Soyqırımı cinayətinə görə qanunun retroaktiv tətbiqinə yol verilir. 

Dövlətdaxili qanunvericilikdə  nəzərdə tutulmamasından asılı olmayaraq beynəlxalq aləm 

tərəfindən qəbul edilmiş hüquq prinsiplərinə  əsasən cinayət sayılan hər hansı  əmələ görə cinayət 

məsuliyyətinə  cəlbedilmənin zəruriliyi Nürnberq Hərbi Tribunalının Nizamnaməsində  və  həmin 

Tribunalın qərarlarında ifadəsini tapmış, beynəlxalq hüququn prinsipləri kimi tanınmış müddəalarda 

nəzərdə tutulmuşdur. 

Vətəndaş  və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 15-ci maddəsinin 2-ci hissəsində 

göstərilir ki, bu maddədə heç nə  hər hansı bir şəxsin törədilərkən beynəlxalq aləm tərəfindən qəbul 

olunmuş hüquq prinsiplərinə əsasən cinayət olan hər hansı bir əməlinə, yaxud xətasına görə məhkəməyə 

verilməsinə və cəzalandırılmasına mane olmur. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı törədilmiş bir sıra cinayətlər onların 

baş verdiyi dövrdə Azərbaycan Respublikası Cinayət Məcəlləsində beynəlxalq cinayət kimi ifadəsini 

tapmamışdı. Lakin bu, heç də həmin cinayəti törədən şəxslərin cinayət məsuliyyətini istisna etmir. Çünki 

yuxarıda qeyd olunan beynəlxalq cinayətlərə görə məsuliyyətin zəruriliyi barədə müddəa artıq Beynəlxalq 

Birlik tərəfindən qəbul edilmiş və beynəlxalq hüququn adət norması kimi fəaliyyət göstərir. Ona görə də 

azərbaycanlılara münasibətdə törədilmiş  vəhşiliklər beynəlxalq aləm tərəfindən qəbul olunmuş hüquq 

prinsiplərinə müvafiq olaraq beynəlxalq cinayət kimi tanınmış və həmin cinayət əməllərinə görə heç nə 

həmin cinayəti törətmiş şəxsləri cinayət məsuliyyətindən azad edə bilməz. 

8. Soyqırımı cinayətini törətmiş  şəxslər cinayət məsuliyyətinə  cəlb edilməsi üçün tələb edən 

dövlətə verilməlidir. 

Beynəlxalq hüquq və cinayət hüququnda cinayətkarların verilməsi dedikdə, cinayət törətmiş və ya 

onu törətməkdə şübhəli hesab edilən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi və ya ona münasibətdə 

ittiham hökmünün icra olunması üçün bir dövlət tərəfindən başqa dövlətə verilməsi başa düşülür. 

Müharibə cinayəti törətmiş  şəxslərin verilməsi ilə  əlaqədar beynəlxalq səviyyədə bağlanmış 

müqavilələrdə  nəzərdə tutulan məsələlər milli qanunvericilikdə  də öz əksini tapmışdır. "Müddətin 

müharibə cinayətləri və insanlıq  əleyhinə cinayətlərə  tətbiq edilməməsi haqqında" Konvensiyanın 2-ci 

maddəsinə müvafiq olaraq 

iştirakçı dövlətlər müharibə cinayəti törətmiş şəxslərin beynəlxalq hüquqa müvafiq olaraq təhvil verilməsi 

üçün  şərait yaradılmasına yönəldilmiş qanunvericilik və digər xarakterli bütün lazımi daxili tədbirləri 

görməyi öhdələrinə götürürlər. BMT Baş  Məclisinin qəbul etdiyi Müharibə cinayətləri törətməkdə 

müqəssir olan şəxslərin aşkara çıxarılması, həbs edilməsi, təhvil verilməsi və  cəzalandırılmasına dair 

beynəlxalq  əməkdaşlığın prinsiplərində  də müharibə cinayətləri törətmiş  şəxslərin verilməsi barədə 

müddəalar öz əksini tapmışdır. 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı beynəlxalq cinayət törətmiş şəxslərin tələb 

olunması  və mühakimə edilməsi üçün hüquqi baza mövcuddur. Həmin hüquqi əsaslara söykənərək 

soyqırım cinayəti, müharibə cinayətləri və insanlıq əleyhinə cinayət törətmiş şəxslərin axtarılıb tapılması, 

tələb olunması və mühakimə edilməsi istiqamətində fəaliyyət canlanmalıdır. 



Yüklə 1,19 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin