Adpu-nun Şəki filialının tcm2001 qrup tələbəsi Aysu Azaqovanın İqtisadi-sosial coğrafiyanın əsasları fənnindən



Yüklə 0,91 Mb.
səhifə2/14
tarix06.01.2022
ölçüsü0,91 Mb.
#51047
1   2   3   4   5   6   7   8   9   ...   14
Aysu Azaqova TCM2001 İqtisadi sosial coğrafiya sərbəst iş

1.Sənaye və onun tərkib hissələri

Sənaye təsərrüfatın əsas sahəsi olub iqtisadiyyatın əsasını təşkil edir.Burada digər təsərrüfat sahələri üçün lazım olan maşın və avadanlıqlar,istehlak malları istehsal edilir,enerji alınır, faydalı qazıntılar çıxarılır və emal edilir. Sənaye ölkənin sosial-iqtisadi inkişaf səviyyəsini və tempini müəyyən edir, şəhərlərin, nəqliyyat yollarının salınmasına təsir göstərir.Sənaye təkcə iqtisadiyyata yox,eyni zamanda ictimai həyatın başqa sahələrinə də güclü təsir göstərir.Sənaye dünya təsərrüfatının ərazi strukturunu müəyyən edərək bir növ onun əsasını qoyur. Sənayenin inkişafı, ümummilli məhsulun payının artması iqtisadi inkişafın əsas amilidir. Dünya sənaye istehsalında təqribən 500 mln nəfərə qədər insan çalışır.Onu da qeyd etmək vacibdir ki,sənaye malları həm həcminə,həm də dəyərinə görə dünya ticarətinin 85-90%-ni təşkil edir.

Sənayenin tərkinə 16 iri sahə daxildir. Sənaye sahələri mərkəzləşmiş qaydada idarə edilən,eyni tipli məhsul istehsal edən,eyni xammal və texnologiya əsasında işləyən müəssisələr birliyidir. Yanacaq, elektroenergetika, metallurgiya, maşınqayırma,kimya, meşə,tikinti, yüngül və yeyinti sənayeləri sənayenin əsas sahələridir.Bu sahələr isə öz növbəsində 400-ə qədər ixtisaslaşmış yarımsahələrə ayrılır ki, onların da sayı inkişafdan asılı olaraq getdikcə artır. ETİ-nin inkişafı, bütün təsərrüfat sahələrini əhatə etməsi avtomatlaşdırma vasitələrinin,hesablama və robot texnikasının istehsalının artırılmasını tələb edir. Sənayenin yanacaq, elektroenergetika, metallurgiya, maşınqayırma və kimya sahələri ağır sənaye sahələrində birləşir.

İstehsal edilən məhsulların istifadə edilməsinə görə sənayedə istehsal vasitələri istehsalı istehlak vasitələri istehsalı kimi iki sahə ayrılır. İstehsal vasitələri istehsalı sahələrinə təkrar istehsal üçün maşın və avadanlıqlar hazırlanır. Bu sənayenin A qrupu adlanır ki, buna ağır sənaye sahələri, yüngül sənayenin məhsullarının bəziləri aid edilir. İstehlak vasitələri istehsalına sənayenin B qrupu deyilir, ağır sənaye məhsullarının bir çoxunun, yüngül və yeyinti sənayesi sahələrinin məhsullarının istehsalı bu istehsala aiddir. Bunlar istehsal edildikdən sonra birbaşa istehlakçıya (istifadəçiyə) göndərilir.



Təbii ehtiyatlardan istifadəyə görə sənayenin hasilat (dağ-mədən sənayesi də deyilir) və emal sahələri aiddir. Hasilat sənayesində faydalı qazıntılar çıxarılır, meşə tədarükü aparılır və balıq ovlanır. Emal sənayesi obyektlərində hasilat sənayesi məhsulları son məhsula çevrilir. Emaledici sənaye sahələri daha mürəkkəb tərkibə malik olub,100-dən artıqdır. Ümumi olaraq isə 4 bloka ayrılır:

  • Tikinti materialları,kimya(15%) və meşə məhsulları istehsalı

  • Maşınqayırma(40%) və metal emalı(7%)

  • Yüngül sənaye(9%)

  • Yeyinti sənayesi(14%)

Emaledici sənayenin strukturunda elektron və elektroenergetika dünya maşınqayırmasının ən tez inkişaf edən sahəsidir. Ümumi maşınqayırma üçün də artım səciyyəvidir.Kənd təsərrüfatı,toxuculuq maşınları və avadanlıqları, dəmiryolu qatarlarının istehsalı azalda belə, yol-nəqliyyat maşınlarının və xüsusilə robotların, konstruktor avadanlıqlarının və s.istehsalı artır.

Hasilat sənayesinin yerləşməsinə təbii ehtiyat mənbələri, təsərrüfatın inkişaf səviyyəsi,həmin sərvətlərə olan tələbat və İCM güclü təsir göstərir. Emal sənayesi müəssisələrinin yerləşməsi üçün isə daha geniş imkanlar vardır. Məhsul vahidinə sərf edilən xammalların,yanacaq və enerjinin miqdarı,əmək ehtiyatları və onların əmək vərdişləri, nəqliyyat yollarının kəsişməsi emal sənayesinin yerləşməsinə təsir edir. Həmçinin sosial amil,ətraf mühitə təsirin nəzərə alınması, sahələrarası və sahədaxili əlaqələr, infrastruktur sahələrin inkişafı,xarici iqtisadi əlaqələr emal sənayesi müəssisələrinin yerləşməsini müəyyən edən amillərdir.

Dünya sənayesinin sahə strukturundakı dəyişikliklərlə yanaşı,onun ərazi strukturunda da dəyişikliklər qeydə alınır. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrlə inkişafda olan ölkələr arasında nisbət son 10-15 il ərzində xeyli dəyişilmişdir. İOÖ-in ÜDM-dakı sənaye istehsalının payı təqribən 40-45% artmışdır. Dünya sənayesinin xəritəsində onun yerləşməsinin qeyri-bərabərliyi,nisbətən bəzi iri regionlarda aydın nəzərə çarpır. Dünya sənayesinin coğrafi mənzərəsi sənaye istehsalının və şəhər əhalisinin yerləşməsi arasında sıx əlaqəni əks etdirir. Həm də sənaye istehsalının dünya okeanı sahələrinə meyl etməsi aydın müşahidə edilir və onun əsas məhsulları coğrafi əmək bölgüsündə getdikcə artır.




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin