Adpu-nun Şəki filialının tcm2001 qrup tələbəsi Aysu Azaqovanın İqtisadi-sosial coğrafiyanın əsasları fənnindən


Qaz sənayesinin inkişafı tarixi iki mühüm mərhələyə bölünür



Yüklə 0,91 Mb.
səhifə4/14
tarix06.01.2022
ölçüsü0,91 Mb.
#51047
1   2   3   4   5   6   7   8   9   ...   14
Aysu Azaqova TCM2001 İqtisadi sosial coğrafiya sərbəst iş

Qaz sənayesinin inkişafı tarixi iki mühüm mərhələyə bölünür.Birinci mərhələ XX əsrin 50-60-cı illərinədək davam edib. İkinci mərhələ isə təbii qazın hasilatı və istehlakının sürətlə artması dövrünü əhatə edir.

İkinci Dünya müharibəsindən sonra dünya qaz hasilatında ABŞ üstünlük təşkil edirdi ki,sonralar hasilatda MDB ölkələri,Cənub-Qərbi Asiyada,Qərbi Avropa, Şimali Afrika və digər bölgələrdə qaz sənayesinin yeni rayonlaşması mərhələsi başlayıb.XX əsrin ikinci yarısından hasılat təxminən 12 dəfə artıb. Qazın istehlakı isə hasilatdan çox fərqlənir, çünki hasil edilən və alınan qaz dərhal nəql olunur. Şimali Amerika həm qazın hasilatı,həm də onun istehlakı üzrə birinciliyi saxlayır. Qazın ixrac-idxal əməliyyatı magistral qaz kəmərləri (75%) və mayeləşmiş olaraq dəniz nəqliyyatı(25%) vasitəsilə aparılır. Qazın mayeləşməsi onun daşınması imkanlarını xeyli artırmışdır. Və nəticədə Əlcəzair-İtaliya boru kəməri istifadəyə verilmişdir,müasir dövrümüzdə isə Əlcəzair-Fransa,Liviya-İtaliya,Nigeriya-Avropa, Azərbaycan-Türkiyə, Azərbaycan-Qərbi Avropa(NABUKO) və oradan Rusiya-Qərbi Avropa qaz kəmərlərindən istifadə edilir.

Dünya okeanı akvatoriyasında neft və qaz hasilatının tarixi qədim olub,XIX əsrdə Rusiya(Xəzər),ABŞ və Yaponiyada həyata keçirilirdi. Keçən əsrin 30-cu illərindən Xəzər dənizi(Neft daşları)və Meksika körfəzində ilk cəhdlər həyata keçirildi,60-cı illərdən neft və qaz hasilatının sürətlənməsi başladı.Artıq 1990-cı illərin əvvələrində şelf zonalarından bu yanacaqları hasil edən ölkələrin sayı 50-yə çatmışdı.

Kömür sənayesi

Bu sənaye sahəsi energetikanın mühüm sahələrindən biri olub dünya enerji istehlakının strukturunda neftdən sonra üçüncü yeri tutur. Bu sahə inkişafının sabitliyi ilə fərqlənir. Kömür hasilatının əsas hissəsini qonur kömür hasilatı təşkil edir. Kömürün əsas hasilatçıları Çin (ölkənin şərqi),ABŞ(Appalaç),Rusiya(Peçora,Kuznetsk,Lena,Kansk-Açinsk,İrkutsk-Asiya),AFR(Rur,Saar), Avstraliya (Yeni cənubi Uels,Kvinsled, Viktoriya), Hindistan (şimal-şərqində), Polşa (Sileziya),CAR, Ukrayna (Donetsk), Qazaxıstan (Qaraqanda), Böyük Britaniya (Midlend), Kanadadır(mərkəzi düzənliklər).

ABŞ, Avstraliya və CAR-da kömür açıq üsulla çıxarılır ki,bu Avropa ölkələri ilə müqayisədə üç dəfə ucuz başa gəlir. Emal prosesində isə açıq fərqlə inkişaf etmiş ölkələr fərqlənir: kokslaşan kömürün əsas idxalçıları Fransa, İtaliya, Belçika, digər bəzi Avropa ölkələri və Yaponiyadır.


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin