Adpu-nun Şəki filialının tcm2001 qrup tələbəsi Aysu Azaqovanın İqtisadi-sosial coğrafiyanın əsasları fənnindən



Yüklə 0,91 Mb.
səhifə5/14
tarix06.01.2022
ölçüsü0,91 Mb.
#51047
1   2   3   4   5   6   7   8   9   ...   14
Aysu Azaqova TCM2001 İqtisadi sosial coğrafiya sərbəst iş

4.Elektroenergetika sənayesi

Elektrik enerjisi bütün ölkələrdə istehsal edilir,lakin 70%-i İEÖ-in payına düşür. Ümumi istehsalına görə ABŞ,adam başına düşən istehsalına görə Norveç birinci yeri tutur.

Dünya elektrik enerjisinin 2/3 hissəsi istilik elektrik enerjisi stansiyalarının(İES) payına düşür və ABŞ,MDB,Avropa və Asiya ölkələrinin əksəriyyətində və Avstraliyada bu stansiyalar üstünlük təşkil edir. ABŞ, Çin və Yaponiya isə istilik enerjisindən istifadəyə görə başlıca yeri tutur.

Su elektrik stansiyaları isə enerji istehsalının 20%-ni təşkil edir və dünya hidroenerji potensialının 17%-i istifadə edilir. Hidroenerjidən istifadəyə görə ABŞ və Rusiya fərqlənir, Avropanın Skandinaviya və Alp bölgələrində,Kanadada, Çində, Latın Amerikasının,Afrika və Asiyanın bir sıra ölkələrində də böyük SES-lər enerji istehsalında mühüm rol oynayır.Dünyada ən iri SES Braziliyada İtaypu stansiyasıdır (12.6 mln KVt). SES-lərin tikintisi gec v ə baha başa gəlsə də,ətraf mühiti çirkləndirmir.

İstehsalın 1/5 qədəri isə AES-lərin hesabına olub 30-dan çox ölkədə mövcuddur. Üstünlük təşkil etdiyi ölkələr isə Fransa, Belçika, Sloveniya,Slovakiya və Litvadır. Elektrik enerjisinin ən iri ixracatçıları isə Fransa,Kanada, Paraguay,Almaniya olduğu halda, idxalçıları ABŞ, Almaniya,İtaliya, Braziliya və İsveçrədir. Rusiya da stansiyaların gücünə görə yalnız ABŞ-dan geri qalır.

AES-lər xammal az,lakin enerjiyə tələbat çox olan ərazilərdə tikilir. Stansiyaların üstünlüyü uran və torium ehtiyatlarının üzvi yanacaq ehtiyatlarından çox olması,mənfi cəhəti isə baha başa gəlməsi, təhlükəsizlikdə problemlərin olmasıdır.

Energetika sənayesi istehsalında ənənəvi olmayan(alternativ) enerji mənbələri də vardır ki,bunlara günəş, külək,geotermal,qabarma , gübrə,tullantı və s. aiddir.ABŞ,Rusiya, Yaponiya,Fransa, Çin,Meksika, Braziliya, Avstraliya və s.kimi ölkələrdə artıq bu mənbələrdən istifadə olunur. Gələcək zamanlardan ekoloji cəhətdən təmiz və əlverişli olan bu mənbələrin istifadəsinin artmasına heç bir şübhə yoxdur.


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin