Adpu-nun Şəki filialının tcm2001 qrup tələbəsi Aysu Azaqovanın İqtisadi-sosial coğrafiyanın əsasları fənnindən



Yüklə 0,91 Mb.
səhifə7/14
tarix06.01.2022
ölçüsü0,91 Mb.
#51047
1   2   3   4   5   6   7   8   9   10   ...   14
Aysu Azaqova TCM2001 İqtisadi sosial coğrafiya sərbəst iş

6.Maşınqayırma sənayesi

Maşınqayırma təsərrüfatın bütün sahələri üçün maşın və avadanlıqlar, onların hissələrini istehsal edir, insanların təsərrüfat həyatında böyük rol oynayır. Maşınqayırma həm məşğul olanların sayına,həm də istehsal etdiyi məhsulların dəyərinə görə sənaye sahələri arasında birinci yeri tutur. O metal emalı ilə birlikdə 200-ə qədər müxtəlif istehsal və yarımistehsal sahələrindən ibarətdir. Müasir maşınqayırma sənayesi sahələrin mürəkkəb kompleksi olmaqla bölünür: ümumi maşınqayırma, elektrotexnika və elektronika, nəqliyyat maşınqayırması.

Onlar da yaranma tarixinə (köhnə,yeni və ən yeni sahələr), təyinatına görə (ümumi, nəqliyyat maşınqayırması, elektronika və elektrotexnika,kənd təsərrüfatı,tikinti-yol avadanlığı və maşınları, cihazqayırma),texnoloji xüsusiyyətlərinə görə (metaltutumlu,əmək tutumlu,elmtutumlu) qruplaşırılır.

ETT dövründə elmtutumlu maşınqayırma istehsalına daha çox diqqət yetirilir. Köhnə maşınqayırma sahələrinə lokomotiv,vaqon,gəmi və mürəkkəb olmayan bəzi avadanlıqlar,yeni sahələrə avtomobil,təyyarə, elektrotexnika,EHM,robot istehsalı,ən yeni sahələrə isə aviakosmik texnika,radioelektronika,raketqayırma və s.daxildir.



Ağır maşınqayırmada metaltutumlu (dəzgah,traktor və s.) sahələrin inkişafı ixtisaslı kadrlar olan rayonlara meyl edir. Dəzgahqayırma ümumi maşınqayırmanın aparıcı sənayesi olub,metal emalı dəzgahları, dəmirçi-presləmə avadanlıqlarının istehsalını təşkil edir. Dünyanın ən iri dəzgah ixracatçıları AFR, İtaliya, İsveçrə və ABŞ-dır. Ən iri idxalçıları isə ABŞ, Çin,Almaniya, istehlakçılara isə ABŞ, Çin,AFR, Rusiya, Koreya Respublikası aiddir. Sənaye robotları istehsalı daha yüksək sürətlə inkişaf edir ki,bu sahədə Yaponiya və Çin liderdir.

Gəmiqayırma köhnə sənaye sahəsi olub, onun inkişaf mərhələsi XX əsrin ikinci yarısına təsadüf edir. XX əsrin sonu ,XXI əsrin əvvəllərində ən çox yeni gəmi hazırlanması sifarişi Yaponiya və Cənubi Koreya tərsanələrinə məxsus olmuşdur.İOÖ arasında Braziliya bu sahədə fərqlənir.

Maşınqayırmanın əsas sahələrindən olan avtomobil istehsalı dünya təsərrüfatına təsir dairəsinə görə yalnız neft sənayesindən geridədir. Avtomobil sənayesi nəqliyyat maşınqayırmasının əsas tərkib hissəsi kimi plastik kütlə,rezin, şüşə,boyaq istehsalı kimi sahələrlə sıx bağlıdır. Dünyanın ən iri avtomobil şirkətlərinə “Ceneral-Motors”, “Ford-Motors”, “Kraysler”(ABŞ), “Tayota”, “Nissan” , “Honda” , “Mazda”(Yaponiya), “ Folsvagen”, “Mersedes”, “BMW”, “Opel”(Almaniya), “Fiat”(İtaliya), “ Reno”, “Pejo”, “Sityoren”(Fransa), “Zil”, “Qaz”, “AvtoVAZ”, “KAMAZ”(Rusiya) daxildir. Dünya bazarında avtomobil ixracatçılarından Yaponiya, Almaniya,Fransa və Cənubi Koreya xüsusilə seçilir.

Aviasiya maşınqayırması mürəkkəbliyi ilə fərqlənir və təqribən 20 ölkədə inkişaf edib. Bu sahədə ABŞ (“Makdonnel-Duqles”, “Loksid-Martin”, “Boinq”, “Nortrop”, “ Yunayted”), Böyük Britaniya (“Britiş Eyrveys”),Rusiya(“İl”, “Tu”, “Miq”, “Atlant”) fərqlənir.Raket texnikasının və kosmik aparatların istehsalı ərazi baxımından bir qədər məhdud olsa da,bu sahədə ABŞ,Rusiya,Fransa, Böyük Britaniya fərqlənir. Son illər bu sahədə İran və Pakistan dövlətləri də bir sıra uğurlar qazanıblar.Elektrotexnika və elektron avadanlıqlar istehsalına görə ABŞ, Yaponiya,Fransa, İtaliya, Böyük Britaniya, Rusiya Federasiyası və inkişaf etmiş digər ölkələr başlıca yer tutur.




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin