Adpu-nun Şəki filialının tcm2001 qrup tələbəsi Aysu Azaqovanın İqtisadi-sosial coğrafiyanın əsasları fənnindən


Dünya sənayesinin inkişaf mərhələləri və xüsusiyyətləri



Yüklə 0,91 Mb.
səhifə3/14
tarix06.01.2022
ölçüsü0,91 Mb.
#51047
1   2   3   4   5   6   7   8   9   ...   14
Aysu Azaqova TCM2001 İqtisadi sosial coğrafiya sərbəst iş

2
. Dünya sənayesinin inkişaf mərhələləri və xüsusiyyətləri





3.Yanacaq-energetika sənayesi

XIX əsrin ortaları XX əsrin əvvəllərində avtomobil və hava nəqliyyatının inkişafı,sənayedə daxili yanacaq mühərriklərinin tətbiqi ilə əlaqədar neft və qazın rolunu xeyli artırdı. Yanacaq-energetika sənayesi (YES) kompleksi müxtəlif növ enerji(yanacaq) hasilatı, istehsalı və istehlakçıya çatdırılmasını özündə birləşdirir. YES yanacaq sənayesi və elektroenergetika sahələrinə bölünür.Energetika ehtiyatlarının istehsalı və istehlakının həcmi daim artır.XX əsr ərzində enerji istehlakı 10-11 dəfə artmışdır. XXI əsrdə də bu artım davam edir.

Ötən əsrin 60-cı illərində yaradılan OPEK(neft ixrac edən əsas ölkələrin təşkilatı) dünya üzrə neft hasilatını öz əlinə alaraq,neftin satış qiymətini bir neçə dəfə qaldırmışdır ki,hazırda neftin bir barelinin qiyməti sabit deyil. Ötən əsrin 70-ci illərinin əvvəllərində İEÖ-də baş verən energetika böhranının səbəbi təbii ehtiyatların məhdudluğu yox,sosial amillər olmuşdur.XX əsrin ortalarınadək başlıca yanacaq sayılan kömür öz mövqeyini neft və qaza görə dəyişdi (35% kömür təşkil edirsə,50% neft və qaz təşkil edir). Ötən əsrin 80-ci illərindən bərpa olunan və tükənməyən enerji ehtiyatlarından istifadəyə maraq artmışdır və bu istiqamətdə işlər hələ də davam edir.

Energetika ehtiyatlarının istehsalı və istehlakı daim artır.Belə ki,2000-ci ildə onun istehsalı 1trln ton şərti yanacaqdan 10-11 trln tona qədər,2010-cu ildə isə 13-14 trln tona qədər artmışdır. Lakin istehlakın ərazi üzrə paylanmasında kəskin fərqlər vardır. Dünya əhalisinin 15%-i yaşayan İEÖ-lər dünya energetika istehsalının təxminən 60%-ni,əhalinin 5%-i yaşayan ABŞ isə 25%-dən artığını istehlak edir.Hər bir ölkə və regionda yanacaq-enerji balansının özünəməxsus xüsusiyyətləri var. Məsələn Norveç, İsveç, Finlandiya,Kanada hidroenerji,İran körfəzi ölkələrində neft ümumi balansda yüksək faiz təşkil edir. Dünyanın yanacaq-energetika balansında neft(45%),təbii qaz(31%) və kömürün (20%) ümumi payı 96% təşkil edir(2009). Atom enerjisinin xüsusi çəkisi 3%,torf,yanar şist,oduncaq isə 1%-ə bərabərdir.



Neft sənayesi

Dünya yanacaq-energetika sənayesinin aparıcı sahəsi olub, dünya iqtisadiyyatına,həm də dünya siyasətinə ciddi təsir göstərir. Bu sahə iri həcmli kapital tutumu ilə fərqlənir və sənayenin coğrafiyası ehtiyatların yerləşməsi ilə müəyyən edilir. XX əsrin əvvəllərində dünyanın 20 ölkəsində neft hasil olunurdusa,bu ötən əsrin 90-cı illərində 95-ə çatmışdır. Neft hasilatının cəmləşdiyi əsas regionlar Yaxın və Orta Şərq (Səudiyyə Ərəbistanı,İraq,İran, Küveyt,BƏƏ və s.), Şərqi Avropa (Rusiya) və Azərbaycan,Mərkəzi və Cənubi Amerika (Meksika,Venesuella),Cənub Şərqi Asiya(İndoneziya),Afrika(Nigeriya,Liviya,Əlcəzair), Şimali Amerika (ABŞ,Kanada),Qərbi Avropadır(Böyük Britaniya, Norveç). Ehtiyatın 2/3-si Yaxın və Orta Şərqdə cəmlənibdir ki,məhz buna görə də bu region “dünyanın neft çəlləyi” adlandırılır. Neft hasil edən ölkələr sırasında ilk üçlüyə Səudiyyə Ə rəbistanı, ABŞ və Rusiya daxildir(2009).

Neftayırma müəssisələri isə əsasən iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə yerləşir,belə ki,emal olunan neftin əsas hissəsi Şimali Amerika, Şərqi Avropa və MDB ölkələri, Yaponiyanın,qalan hissəsi isə inkişafda olan ölkələrin payına düşür. Hazırda isə bu müəssisələrin 43%-i İOÖ-in ərazisindədir. XXI əsrin başlanğıcında Xəzər hövzəsində yerləşən Azərbaycan, Qazaxıstan və Türkmənistan neftin və təbii qazın mühüm hasilatçı və ixracatçılarına çevrildilər.Əsrin ilk illərində neft daşınması üçün daha sərfəli olan yeni boru kəməri Bakı-Tbilisi-Ceyhan(1710 km) çəkildi ki,bu kəmərlə ildə 35 mlm ton neft ixrac edilir. Neft istehsalı və istehlakının əsas rayonları arasında ərazi uyğunsuzluğunun aradan qaldırılması üçün İran körfəzi-Yaponiya,Koreya respublikası,İran körfəzi-Qərbi Avropa,İran Körfəzi-ABS,Cənub Şərqi Asiya- Yaponiya,Karib dənizi hövzəsi-ABŞ, Şimali Afrika- Qərbi Avropa,Qərbi Afrika- Qərbi Avropa,Qərbi Afrika-ABŞ “neft portları”(əsasən okean üzrə) inkişaf etdirilmişdir.

Qaz sənayesi

Ən sərfəli, ekoloji cəhətdən təmiz yanacaq olan təbii qaz kimya sənayesinin mühüm xammalıdır. Təbii yanacaq kimi qaz yüksək istilik vericilik qabiliyyəti,nəql olunmanın asanlığı,neft və kömürlə müqayisədə ekoloji cəhətdən təmiz olması kimi bir çox müsbət keyfiyyətlərə malikdir. Bu kimi xüsusiyyətlər onun həm kommunal təsərrüfatda,həm elektroenergetika da daxil olmaqla ümumiyyətlə sənayedə,həm də nəqliyyatda istifadəsinin artırılması üçün zəmin yaradır.




Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin