Adpu-nun Şəki filialının tcm2001 qrup tələbəsi Aysu Azaqovanın İqtisadi-sosial coğrafiyanın əsasları fənnindən


Azərbaycan iqtisadiyyatının əsas xüsusiyyətləri



Yüklə 0,91 Mb.
səhifə14/14
tarix06.01.2022
ölçüsü0,91 Mb.
#51047
1   ...   6   7   8   9   10   11   12   13   14
Aysu Azaqova TCM2001 İqtisadi sosial coğrafiya sərbəst iş

12.Azərbaycan iqtisadiyyatının əsas xüsusiyyətləri

Azərbaycan Respublikası 30 ildir ki,öz müstəqilliyini əldə etmiş və iqtisadiyyatı inkişafı keçid dövründə olan ölkədir. Və nəzərə almaq lazımdır ki,burada müxtəlif sahələrə tətbiq edilən hər bir sistem sınaq üçündür. Bu baxımdan ölkədən birbaşa inkişafa keçməyi gözləmək də absurt yanaşmadır.

İqtisadiyyatın inkişafının əsas göstəricilərindən biri kimi dünya bazarına inteqrasiya üçün ilk əvvəl ölkədə azad iqtisadi zonaların yaradılması vacibdir ki, neçə illər söhbət getməsinə baxmayaraq,hələ də Azərbaycanda azad iqtisadi zonalar yaradılmamışdır. Bunun obyektiv və subyektiv səbəbləri vardır. Obyektiv səbəblərə bu sahədə təcrübə və qanunvericiliyin olmaması aiddirsə, subyektiv səbəblərə ilk növbədə bəzi dövlət orqanlarının və məmurların bu işə mane olması və ya ləngitməsi aiddir.BVF da bu prosesə mane olur.

Müasir bazar iqtisadiyyatına keçid şəraitində Azərbaycanda firmaların beynəlmiləlləşmiş təkrar istehsal prosesinə qoşulması mürəkkəb bir prosesdir. Bu iki halda baş verə bilər:



  1. Gizli iqtisadiyyat nümayəndələrinin köməyi ilə

  2. Dövlətin və ya onun strukturlarının birbaşa himayəsi ilə

Respublikada dünya bazarında rəqabət apara bilən,dünya standartlarına uyğun məhsullar istehsal edilmir. Qaçaqmalçılıq və yaxud gömrük işçilərinin “ələbaxımlılığı” nəticəsində gömrük vergisi tutulmayan mallar hələ də gömrük məntəqələrindən keçərək respublikamıza daxil olur və respublikamızdan çıxarılır. Bu kimi negativ halları aradan qaldırmadan dünya təsərrüfat sisteminə daxil olmaq mümkün deyildir.

Azərbaycan xarici əlaqələr sisteminin islahatları zamanı yaranan xüsusi vəziyyətə diqqət yetirməmək mümkün deyildir. Bu həmin islahatların bütün məqamları,amilləri lazımınca nəzərə almadan aparılmasının nəticəsidir. Dünyanın iqtisadi inkişafının makromodelini və onun gələcək təkamül perspektivlərini təhlil etmədən,Qərb bazar modelindən xüsusi Azərbaycan yaratmaq cəhdi islahatların nəticəsinə mənfi təsir göstərir. Bununla da Azərbaycanın iqtisadiyyatının dünya təsərrüfat sisteminə transformasiya edilməsinin tarixi və iqtisadi reallıqlar nəzərə alınmaqla modelinin işlənib hazırlanması kimi yaranmış imkanı əldən verilmişdir. Eyni zamanda bu yeni model Qərb modelindən fərqlənməli və özünün təkmilləşməsi üçün stimul yaratmalıdır.

XX əsrin sonlarından və XXI əsrin ilk illərindən etibarən Azərbaycan yenidən daha intensiv surətdə dünya inteqrasiya prosesinə qoşulur. Dünyada inkişaf edən proseslər təsərrüfat həyatının, siyasətin,elmin,mədəniyyətin beynəlmiləlləşməsinin, xalqların qarşılıqlı surətdə yaxınlaşması və əməkdaşlığa can atmasının obyektiv tarixi ənənələrinin ifadəsidir.

Hazırda respublikada aparılan iqtisadi islahatlar müəyyən səviyyədə məqsədyönlü və nisbətən səmərəli aparılır.Lakin yaxşı nəticələrə nail olmaq üçün aşağıdakıları nəzərə almaq lazımdır:



  1. Əvvəla bu islahatların strateji məqsədi konkret, dürüst və sadə formada ifadə olunmalıdır.

  2. Müasir makroiqtisadiyyatın inkişaf modeli milli atributlara uyğun işlənib hazırlanmalıdır.

  3. İqtisadiyyatın dirçəldilməsinin bütün imkanları, yolları və istiqamətləri dəqiqləşdirilməlidir.

  4. İqtisadi islahatların daha optimal forma və metodları seçilməlidir.

  5. Real iqtisadi bölmədə və idarəetmə sistemində struktur dəyişiklikləri olunmalıdır.

  6. Dağılmış iqtisadi sahələrin yenidən qurulması,milli istehsalın inkişafını təmin etmək lazımdır.

  7. Azərbaycanın dünya bazarına çıxışına,daxili bazarın mükəmməl formalaşmasına və yeni texnologiyaların geniş tətbiqinə nail olmaq lazımdır.

  8. Dövlət xərclərini azaltmaq və vergi qoyma işini təkmilləşdirmək zəruridir.

  9. Uzunmüddətli perspektiv üçün ölkənin iqtisadi inkişaf strategiyasını işləyib hazırlayarkən, banklar və maliyyə,vergiqoyma və biznes sığortası, səhmdarların və əmanətçilərin hüquqlarının qorunması,fond bazarı və əmək bazarı daxil olmaqla normal bazar iqtisadiyyatı təsisatlarının fəaliyyət göstərməsi və mülkiyyət hüquqları üzrə qarşılıqlı əlaqəli və daxili uyğunlaşdırılmış sistem formasında qanunverici bazanın möhkəmləndirilməsi və inkişaf etdirilməsi vacibdir.

Əgər göstərilənlər və digər vacib amillər nəzərə alınarsa,bu,dinamik iqtisadi artıma və sosial-iqtisadi tərəqqiyə səbəb ola bilər. Keçid dövründə bazar iqtisadiyyatının normal formalaşması yalnız dövlətin mükəmməl tənzimləmə siyasəti ilə gerçəkliyə çevrilə bilər. Hətta bazar iqtisadiyyatı tam formalaşmış ölkələrdə də müasir dövrdə müəyyən tənzimləmə siyasətinin aparılması praktiki və həm də elmi baxımdan zəruridir.

Aparılan araşdırmalar aşağıdakı nəticələrə gəlməyə əsas verir:



  • Özünün siyasi müstəqilliyini qazanmış Azərbaycan Respublikası iqtisadiyyatını yeni əsaslar üzərində qurmaqla onun müstəqil və azad inkişafına nail olmalıdır.

  • Müstəqil iqtisadiyyat qurmaq üçün yeni struktur elə formalaşdırılmalıdır ki, respublika bazar iqtisadiyyatına qısa müddətdə keçə bilsin,vahid milli bazarın yaranmasını təmin etsin.

  • İqtisadiyyatın bazar strukturunu elə formalaşdırmaq lazımdır ki,bu zaman struktur dəyişiklikləri xalq təsərrüfatının bütün sahələrini əhatə etsin.

  • İqtisadiyyatda aparılan əsaslı struktur dəyişiklikləri bazarın kortəbii fəaliyyət göstərən mexanizminin öhdəsinə buraxıla bilməz. Bu işi dövlət öz əlinə almalı, əsaslandırılmış struktur siyasəti işləyib həyata keçirməlidir. Belə olarsa Azərbaycanın bazar münasibətlərinə keçməsi prosesi sürətlənər və keçid dövrü qısamüddətli ola bilər.

Ədəbiyyat siyahısı:

1.Dünyanın iqtisadi və sosial coğrafiyası,H.Salmanovanın redaktəsi ilə dərslik, Bakı, “Sabah” nəşriyyatı,2011. Səh:22-58

2.Coğrafiya Məlumat kitabı, Ümumi fiziki və iqtisadi coğrafiya I hissə, Bakı 2000,səh:322;səh:330-357

3.Coğrafiya Məlumat kitabı, Azərbaycanın fiziki və iqtisadi coğrafiyası III hissə, Bakı 2000,səh:87-120



4.Azərbaycan iqtisadi və sosial coğrafiyası,prof.V.Əfəndiyevin redaktəsi ilə. “Bakı Universiteti” nəşriyyatı,2010. Səh:374-389

5. Zərifə Hüseynova,İqtisadi nəzəriyyə(struktur-məntiqi sxemlər) II nəşr, Bakı 2007,səh:61-62;səh:208
Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin