Adpu-nun Şəki filialının tcm2001 qrup tələbəsi Aysu Azaqovanın İqtisadi-sosial coğrafiyanın əsasları fənnindən


Maşınqayırma sənayesinə daxil olan müəssisələrin işini bərpa etmək üçün



Yüklə 0,91 Mb.
səhifə12/14
tarix06.01.2022
ölçüsü0,91 Mb.
#51047
1   ...   6   7   8   9   10   11   12   13   14
Aysu Azaqova TCM2001 İqtisadi sosial coğrafiya sərbəst iş

Maşınqayırma sənayesinə daxil olan müəssisələrin işini bərpa etmək üçün onlar texnoloji cəhətdən yenidən qurulmalı, istehsal edilən məhsulların keyfiyyəti artırılmalı, özəlləşdirilmə aparılmalı, ölkədaxili kooperasiya əlaqələrinə üstünlük verilməlidir.Neft sənayesinə yönəldilən xarici sərmayələrin bir hissəsini neft-mədən avadanlıqları istehsal edən zavodların yenidən qurulması üçün ayırmaq zəruridir.

Qara metallurgiya

Azərbaycanda qara metallurgiyanın əsas xammalı Daşkəsən rayonunda yerləşən dəmir filizi yataqlarıdır. Əvvəllər hasil edilən xammal Daşkəsən filizsaflaşdırma kombinatında ilkin emaldan keçirdi. Sonra o Gürcüstanın Rustavi şəhərinə,az bir hissəsi Sumqayıta göndərilirdi. Son vaxtlarda isə hasilat tamamilə dayanmışdır. Azərbaycanın qara metala olan tələbatı əsasən kənardan (Rusiya və Ukraynadan) gətirilən xammal hesabına ödənilir.

Respublikanın əsas qara metallurgiya xammalından əlavə xromit(Kəlbəcər və Laçında), manqan (Xanlarda), kobalt (Daşkəsəndə) yataqları da mövcuddur. Köməkçi materiallar kimi flüslü əhəngdaşı, dolomit, bentonit gilindən istifadə olunur və onların ölkədə ehtiyatları müəyyən edilmişdir.

Əlvan metallurgiya

Azərbaycanda əlvan metallurgiya sənayesi qara metallurgiyaya nisbətən daha zəngin xammal ehtiyatlarına malikdir,gəncdir və daha sürətlə inkişaf edir. Həmçinin ölkənin əlvan metallurgiya müəssisələrində hasil edilən xammallar tam və son məhsula qədər emaldan keçirilir.

Əlvan metallurgiya sənayesinin inkişafı üçün Daşkəsəndə Zəylik, Göygöl yaxınlığında Göyçay alunit yataqları vacib önəm daşıyır. Azərbaycanda polimetal filizlərinin olduğu Şəki-Zaqatalada Filizçay,Katexçay və Kasdağ yataqları, Yuxarı Qarabağda Mehmanə yatağı, Naxçıvanda Ağdərə polimetal yatağı və s.kəşf edilmişdir. Ölkədə həmçinin mis,civə, sürmə, qızıl, gümüş,mərgümüş(arsen) yataqları da vardır.

Son vaxtlarda sənayenin digər sahələrində olduğu kimi əlvan metallurgiya sənayesində də məhsul istehsalı azalır,lakin xarici ölkələrin dəstəyindən istifadə edilir.



Kimya sənayesi

Bu sənaye neftin inkişafı ilə əlaqədar nisbətən daha yaxşı inkişaf etmiş sahədir. Onun inkişafına müxtəlif xammallar (neft-qaz, dağ-mədən kimyası məhsulları),əmək ehtiyatları, istehlakçıların olması və kənardan çoxlu xammal gətirilməsi şərait yaradır. Azərbaycanda kimya sənayesi sahələrinin yaradılması üçün neftayırma zavodlarının propan,piroqaz,butan-butilen və benzin kimi məhsullarından istifadə edilir. Həmçinin dağ-mədən sənayesinin məhsulları da buna şərait yaradır.



Kimya sənayesi müəssisələrinin Abşeronda dəmlənməsi nəticəsində burada gərgin ekoloji vəziyyət yaranmışdır. Bu ekoloji böhranın aradan qaldırılması və ərazinin çirklənməsinin qarşısının alınması üçün müəssisələr texnoloji cəhətdən yenidən qurulmalı, onların təmərküzləşmə səviyyəsi azaldılmalı,zərərli müəssisələr iqtisadi rayondan çıxarılmalıdır.

Tikinti materialları və konstruksiyaları istehsalı

Təsərrüfatda əhəmiyyətinə və istehsal edilən məhsulların miqdarına görə tikinti materialları istehsalı sənaye və k.t.-dan sonra üçüncü yeri tutur. Təsərrüfatın ekstensiv inkişafında, istehsal və sosial infrastruktur obyektlərinin tikintisində,yeni ərazilərin mənimsənilməsi və yaşayış məntəqələrinin salınmasında bu sahənin məhsullarından geniş istifadə olunur. Bir çox sahələrin xammal və köməkçi materiallarla təmin edilməsində tikinti materialları sənayesinin rolu böyükdür.

Tikinti materialları sənayesinin tərkibində 3 yarımsahə ayrılır:


  1. Mineral-tikinti xammalları istehsalı (Ehtiyatları Abşeron və Kiçik Qafqazda yerləşir)

  2. Sement,əhəng və gips kimi hörgü materialları istehsalı

  3. Dəmir-beton və beton konstruksiyaları istehsalı

Azərbaycanda tikinti materialları istehsal edən sənaye müəssisələri əsasən yerli xammal ehtiyatlarından istifadə edilməsi ilə işləyir. Ölkənin daxili tələbatını istehsal olunan sement tam ödəmir və bu məqsədlə kənardən xeyli məhsul gətirilir.

Azərbaycanda tikinti materialları sənayesinin ixtisaslaşma istiqamətlərinə və inkişaf səviyyəsinə görə fərqlənən Abşeron, Gəncə-Qazax, Mingəçevir-Şəki, Qarabağ, Aşağı Kür,Kəlbəcər-Qubadlı, Dağlıq Şirvan, Quba-Xaçmaz və Lənkəran rayonları ayrılır.



Meşə və ağac emalı sənayesi

Xammalın azlığı, mövcud meşələrin tədarük üçün lazım olan ağaclarla məhdudluğu, meşələrin əsasən dağlıq rayonlarda yerləşməsi respublikada meşə sənayesinin inkişafına mane olur. Ölkənin daxili tələbatını ödəmək üçün yaradılan müəssisələr ağac xammallarını Rusiyadan alır. Ağac emalı və mebel istehsalı sənayesi müəssisələrinin əsas hissəsi Abşeron iqtisadi rayonuna daxil olan Bakıda, Sumqayıtda və Xırdalanda yerləşir.



Azərbaycanda meşə sənayesinin inkişafı üçün kənardan yarımfabrikatlar və ehtiyat hissələri gətirilməsi, həmçinin kimya sənayesinin məhsullarından bu sahədə istifadə edilməsi zəruridir. Əhalinin mebelə olan tələbatını ödəmək üçün hazır məhsulların kənardan gətirilməsinə və gətirilən ehtiyat hissələri əsasında son məhsul istehsalına üstünlük vermək lazımdır.


Yüklə 0,91 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin