5 "qabusnamə" VƏ onun müƏLLİFİ haqqinda


On ikinci fəsil  QONAQ ETMƏK, QONAQ ҜETMƏK VƏ ONLARIN



Yüklə 4.44 Kb.
Pdf просмотр
səhifə6/15
tarix29.12.2016
ölçüsü4.44 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   15

 
On ikinci fəsil 
QONAQ ETMƏK, QONAQ ҜETMƏK VƏ ONLARIN                             
ŞƏRTLƏRİ HAQQINDA 
Yad adamları hər gün qonaq etməyə çalışma, çünki hər gün 
qonaqlıq xərcini çatdırmaq olmaz. Bax gör, ayda neçə  dəfə 
qonaqlıq edə bilərsən, üç dəfə edə bilsən, bir dəfə et, lakin 
həmin üç qonaqlığın xərcini bir qonaqlığa sərf et, qoy süfrəndə 
heç bir eyb olmasın və eyb axtaran adamların ağzı sənin süfrən 
haqqında bağlansın. Evinə qonaq gəldikdə onu qarşılamaq üçün 
adam göndər, ona mehribanlıq et. Hər kəsə özünə layiq qayğı 
göstər, necə ki Əbu Şükur deyir: 
    Şe'r 
Qonaq ya dost olsun və yaxud düşmən,  
Gərək layiqincə hörmət edəsən 
Meyvə varsa, xörəkdən  əvvəl meyvə  gətir yesinlər bir az 
ara ver, sonra xörəkləri süfrəyə düzdür, lakin özün oturma, qoy 
qonaqlar sənə bir dəfə, iki dəfə desinlər "otur", əgər qonaq çox 
böyük deyilsə  və  sənin oturmağın münasibsə, yalnız bundan 
sonra onların təklifini qəbul edib yemək ye və hamılan aşağı 
otur. Qonaqdan üzr istəmə, çünki qonaqdan üzr istəmək qara 
camaat və bazar əhlinin xasiyyətidir və  hər saatbaşı demə ki, 
"filankəs, heç yemirsən, yaxşı ye, utanma, bağışla, sənin üçün 
74 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
elə bir şey hazırlaya bilməmişəm, inşAllah gələcəkdə 
xəcalətindən çıxaram və s.". Belə sözlər adlı-sanlı adamların 
sözü deyil, bu, ildə yalnız bir dəfə qonaqlıq verə bilən, məsələn, 
bazar  əhli kimi adamların sözüdür. Belə sözlərdən adamlar 
utanar və çörək yeyə bilməz və  sənin süfrəndən yarımac, 
yarımtox durarlar. Bizim Gilanda
60
 yaxşı bir dəb vardır: elə ki, 
qonağı evə apardılar qabağına süfrə açıb yanına kuzələrdə su 
qoydular, qonaq sahibi olan ev yiyəsi və xidmətçilərin hamısı, 
yalnız bir nəfərdən başqa, çıxıb gedərlər. O bir nəfər uzaqda 
dayanıb qonağa lazım olan qulluğu edər, beləliklə, qonaq 
istədiyi qədər yeyib qurtardıqdan sonra ev yiyəsi qayıdar
61 
Ərəblərdə də qayda belədir. 
Qonaqlar xörəyini yeyib qurtardıqdan və əllərini yuduqdan 
sonra,  əmr et, gülab və  ətir gətirsinlər. Qonağın nökər və 
xidmətçilərinə də yaxşı bax, çünki adamı tə'rifləyib rüsvay edən 
onlar olar. Əmr et, məclisə çoxlu ətirli göyərtilər qoysunlar, 
gözəl mütrüblər gətirsinlər. Yaxşı  şərabın yoxdursa, qonaq 
etmə, çünki onsuz da özü şərab içir. Gərək içki və musiqi gözəl 
olsun ki, xörəyində nöqsan olsa, eybini onlar örtə bilsin. İçki 
günah olduğu üçün elə etmə ki, həm günah işlə məşğul olasan, 
həm də kef çəkmə yəsən. 
Elə ki, mənim bu dediklərimin hamısını etdin, qonaqların 
haqqını yerinə yetirmiş olarsan. 
Qonaqların bu haqqını  sən özün üçün vacib hesab 
etməlisən. 
H e k a y ə t. Belə  eşitmişəm ki, İbn Müqlə
62
  Bəsrənin 
divan işlərini Nəsr ibn Mənsur Təmimiyə
63
 tapşırır. Bir il 
keçdikdən sonra geri çağırıb ondan hesabat tələb edir. O çox 
dövlətli bir adam idi və onun dövlətində xəlifənin gözü var idi. 
Elə ki, hesab verir, onun ayağında çoxlu mal qaldığı  aşkara 
çıxır.  İbn Müqlənin oğlu deyir: "Ya bu malı ödə, ya zindana 
get"! Nəsr deyir: "Ya mövlana, mənim malım vardır, lakin 
burada deyildir, bir ay mənə  aman  ver.  Bu  qədər mal üçün 
həbsxanaya getmək mənə yaraşmaz". 
Müqlənin oğlu bilirdi ki, o kişinin bu qədər malı verməyə 
imkanı vardır və doğru söyləyir, ona görə deyir: 
"Əmirəlmö'minindən əmr yoxdur və sən bu malları verməyincə 
başqa yerə gedə bilməzsən, hələlik burada, mənim sarayımda 
hücrələrin
64
 birində otur, bu bir ayı  mənim qonağım ol". Nəsr 
deyir: "Əmrinə razıyam". Sonra ibn Müqlənin sarayında məhbus 
kimi qalır. Təsadüfən ramazan ayının əvvəli imiş. Axşam olanda 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
İbn Müqlə deyir: "Filankəsi gətirin, bizimlə orucunu açsın". 
Xülasə, Nəsr bütün ramazan ayını onun yanında iftar edir. Elə 
ki, orucluq bayramı qurtarır və bir neçə gün keçir, Müqlənin 
oğlu xəbər göndərir ki, "malın gətirilməsini yubadırlar, nə tədbir 
görək?" Nəsr deyir: "Mən qızılları vermişəm". Müqlənin oğlu 
deyir: "Kimə veribsən?" Nəsr deyir: "Sənə vermişəm". 
Müqlənin oğlu təəccüb edib Nəsri çağırtdırır, ona deyir: "A kişi, 
sən qızılı kimə veribsən?". Nəsr deyir: "Mən qızıl verməmişəm, 
lakin bir ay pulsuz sənin çörəyini yemişəm, sənin çörəyinlə tam 
bir ay oruc açıb, sənin qonağın olmuşam, indi bayram çatdıqda 
mənim zəhmət haqqım budur ki, məndən qızıl istəyirsən?" 
Müqlənin oğlu gülüb deyir: "Qəbzini alıb salamatlıqla get, mən 
o malı sənə diş muzdu verdim, sənin əvəzinə o qızılı mən özüm 
qoyaram". 
Beləliklə, Nəsr malını müsadirə olunmaqdan xilas etdi. 
Deməli, xalqın minnətini götürən, xoşsifət, gülərüz ol, 
lakin yersiz gülmə,  şərab az iç və qonaqlardan tez məst olma, 
Elə ki, gördün qonaqlar kefləniblər, bu zaman öz məharətini 
göstər, onların sağlığına badələr qaldır və ləzzətlə iç, qonaqlarla 
mehriban olub zarafatlaş,  şuxluq et, lakin yersiz gülən olma, 
çünki yersiz gülmək dəlilik kimi bir şeylir. 
Qonaq sərxoş olduqdan sonra getmək istəsə, bir iki dəfə 
qalmasını xahiş et, qayğıkeşlik göstər, qoyma getsin, üçüncü 
dəfə icazə ver getsin. 
Əgər sənin qulamlarından bir xəta baş versə, bağışla, 
qonaqların yanında danlama, üzünü turşudub onlarla dava-
dalaşa başlama və demə ki, "bu niyə belə pisdir, bu niyə belə 
yaxşıdır".  Əgər bir şey sənin xoşuna gəlməyibsə, başqa vaxt 
deyə bilərsən belə etməsinlər. Bu dəfəlik isə  gərək özünü 
saxlayıb dözəsən.  Əgər qonağın min axmaqlıq edib nalayiq 
sözlər desə, hamısını bağışla və ona layiqincə xidmət et, H e k a 
y  ə t. Eşitmişəm, bir dəfə  xəlifə Mö'təsim
65
 öz qarşısında bir 
günahkarın boynunun vurulmasını  əmr edir. O kişi deyir: "Ya 
əmirəl-mö'minin, o böyük Allah xatirinə mənə bir içim su verib 
qonaq edin, yaman susuzam, sonra nə istəyirsiniz onu da edin". 
Mö'təsim and xatirinə  əmr edir ona su versinlər. O kişi suyu 
içdikdən sonra ərəb adətinə görə deyir: "Ya əmirəlmö'minin, 
Allah sənin payını artıq eləsin, mən bu bir içim su ilə  sənin 
qonağın oldum, indi isə insanlıq naminə qonağı öldürməzlər, 
məni öldürməyi  əmr etmə, bağışla ki, sənin  əlinlə tövbə etmiş 
olum". Mö'təsim deyir: "Doğru deyirsən, qonağın haqqı 
76 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
böyükdür, səni bağışladım, bundan sonra bir daha xəta etmə ki, 
sənə də qonaqlıq haqqını yerinə yetirmək vacibdir". 
Lakin qonaqlıq haqqı haqq qanan, qədir bilən adamlar 
üçündür, yoxsa bu o demək deyildir ki, hər qabağına çıxanı, ya 
hər tüfeylini evinə aparıb, yedirdib içirdəsən,  əzizləyib yola 
salasan ki, nə var bu mənim qonağımdır. Kimə yaxınlıq edib, 
kimə ürək verməyi bilmək lazımdır. 
H a ş i y ə. Əgər qonaq olsan, hər kəsə qonaq olma ki, ada-
sana ziyanı vardır. Qonaq getdikdə ac getmə, tox da getmə ki, 
bir  şey yeyə biləsən və süfrə sahibinin ürəyinə  dəyməyəsən. 
Şərab iç, lakin ifrat etmə, eyib olar. Süfrə sahibinin evinə 
getsən, dostlarının evlərindən olsa da, elə yerdə otur ki, ora 
sənin yerin olsun, sırtıq olma, o evdə, süfrə başında və mey 
məclisində füzulluq etmə  və süfrə xidmətçilərinə demə ki, "ay 
filankəs, filan nimçəni, filan kasanı filan yerə qoy", özünü elə 
göstərmə ki, guya mən də bu ev adamıyam. Üzlü qonaq olma, 
camaatın kasa və nimçəsinə göz tikmə. Öz nökərlərinə süfrədən 
bir  şey vermə ki, deyiblər: "Süfrədən pay səfillikdir".  Şərab 
düşkünü olma, elə et ki, yol gedərkən sənin sərxoşluğunu 
bilməsinlər, elə keflənmə ki, insanlıq simasını itirəsən. Məstliyi 
evində et, dilinə bircə  qədəh  şərab dəyibsə, nökərlərin yüz 
günah etsələr və  tənbihə layiq olsalar da, yenə onlara cəza 
vermə, çünki heç kəs onu tərbiyə tədbiri kimi qəbul etməz, hamı 
deyər ki, kefli olduğu üçün belə edir. Nə istəyirsənsə,  şərab 
içməmiş et, onda bilərlər ki, məqsədin budur, içdiyin üçün deyil. 
Sərməst nə etsə, onu sərxoşluğa yozarlar, deyərlər ki, dəliliyi 
tutub. Deyirlər: "Əlcünün-fünun", yə'ni "dəlilik cürbəcür olar". 
Sərməstliyin növü müxtəlifdir: çoxlu əl çalıb ayaq yerə 
döymək, ağlamaq, gülmək, mahnı oxumaq, yeməkdə  şitini 
çıxarmaq, zayvaqlayıb çox danışmaq, danışmayıb hey susmaq, 
mehribanlıqda həddini aşmaq, qulluq göstərməkdə ifrata 
varmaq, bunların hamısı sərməstlikdir, ya dəlilik. 
Bütün bu dediklərimdən özünü qoru, ailə üzvlərindən və 
qullarından başqa heç bir yad adamın qarşısında sərməstlik 
etmə. Hərçənd cavanlara yüngül musiqi xoş gəlir, onu sevirlər, 
çalırlar və çalınmasını  tələb edirlər, lakin əgər sən xanəndə  və 
mütrüb çağırsan təkcə yüngül hava oxumalarını istəmə, qoy səni 
diringəçi və mey düşkünü hesab etməsinlər. 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
 
On üçüncü fəsil 
ZARAFAT, NƏRD, ŞAHMAT VƏ ONLARIN ŞƏRTLƏRİ 
HAQQINDA 
Bil, ey oğul, deyiblər: "zarafat şərrin müqəddiməsidir", 
yə'ni zarafat bütün bəlaların bələdçisidir.  
Bacardıqca  şit zarafatlardan qaç, əgər zarafat etsən, heç 
olmazsa, məst vaxtı etmə, belə halda şərr və bəla daha çox olar. 
İstər ayıq ol, istərsə  məst-nalayiq zarafatlardan və söyüş 
söyməkdən utan, xüsusilə  nərd və  şahmat oynadıqda, çünki bu 
iki oyunda adamlar daha tez əsəbiləşir və zarafata az davam 
gətirirlər. Çox nərd və  şahmat oynamağı özünə adət etmə 
oynamalı olsan, hərdənbir oyna, quş, qoyun, qonaqlıqdan və ya 
bunlardan daha kiçik olan bir şeydən oyna. Girov və puldan 
oynama, puldan oynamaq tərbiyəsizlikdir və qumar hesab 
edilər. Oynamağı yaxşı bilirsənsə, qumarbazlıqda ad qazanmışla 
oynama ki, sən də qumarbaz kimi tanınarsan; oynayırsansa. 
özündən daha adlı-sanlı və daha şöhrətlisi ilə oyna. 
Nərd və  şahmatda nəzakət qaydası belədir ki, gərək sən 
əvvəlcə  zərə  əl atmayasan, qoy hərif istədiyini götürsün. Əgər 
nərd oynasan, zərləri qoy əvvəlcə  rəqib götürsün, şahmatda da 
ilk gedişi ona ver. Lakin türklər, cığalbazlar, xidmətçilər, 
arvadlar, uşaqlar və tündxasiyyətli adamlarla girovdan oynama, 
içindən cəncəl çıxar. Zərin xalları üstündə  rəqiblə mübahisə 
edib hay-küy qaldırma, and içmə ki, filanı atmışdım. Andın 
doğru olsa da, camaat onu yalan güman edər. Bütün şərr və 
fəsadın əsası zarafat dır; zarafat etməkdən özünü qoru. Hərçənd 
zarafat nə günahdır, nə eyib. Peyğəmbər də zarafat edib. 
Aişənin evində bir qarı var idi, bir gün peyğəmbərdən 
soruşdu: "Ey Allahın elçisi, mənim üzüm behiştə gedənlərinki 
kimidir ya cəhənnəmə", yə'ni: "Mən behiştliyəm, ya 
cəhənnəmlik?" Deyiblər ki: "Allahın elçisi zarafat edərdi, lakin 
həm də doğrusunu deyərdi". Sonra peyğəmbər zarafatyana 
qarıya demişdir: "O dünyada heç bir qoca qadın behiştdə 
olmayacaqdır". Qarının kefi pozulur, ağlamağa başlayır. 
Peyğəmbər gülərək deyir: "Ağlama, mənim sözümdə xilaf ola 
bilməz, doğru dedim ki, heç bir qoca behiştdə olmayacaqdır, 
çünki qiyamət günü hamı qəbirdən cavan qalxacaqdır". Qarının 
könlü açılır. Zarafat etmək olar, lakin söyüş söymək yaramaz. 
78 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Əgər söyüş söyməli olsan, barı az söy və öz taylarına de ki, 
cavab qaytarsalar, eyib olmasın.  Şit zarafat etdikdə  də ona 
ciddilik qarışdır, lakin söyüşdən qaç. Doğrudur. hər zarafatda 
bir şitlik olar, lakin həddini bilmək lazımdır. Hər nə desən onu 
da eşidərsən, xalqa nə edirsənsə, onu da xalqdan gözləməlisən. 
Lakin heç kəslə dalaşma, dalaşmaq kişi işi deyil, arvad və uşaq 
işidir. Əgər, işdir, biri ilə dalaşmalı olsan, bildiyin və bacardığın 
hər şeyi etmə, elə dalaş ki, barışığa yer qalsın. Çox da sırtıq və 
inad olma. Alçaq adamların ən pis xasiyyəti sırtıqlıq və inaddır. 
Ən gözəl sifət təvazökarlıqdır. Təvazö elə bir vergidir ki, heç 
kəs ona həsəd etməz. Hər sözbaşı demə: "a kişi!", çünki 
səbəbsiz olaraq "a kişi" deyən adam, kişini kişilikdən salmış 
olar. 
Şərab içmək, zarafat etmək, eşqbazlıq-bunların hamısı 
cavanların işidir, lakin işlərin  əndazəsini bilsən, bunları elə 
gözəl təşkil etmək olar ki, camaat sənə irad tuta bilməz. 
İndi ki, şərab içmək, zarafat etmək, nərd və  şahmat 
haqqında bir neçə söz deyildi, istər-istəməz məhəbbət, eşqbazlıq 
qaydaları  və onların  şərtləri haqqında da bə'zi  şeylər demək 
lazım gəlir. 
Yerinə yetirib yetirməyəcəyini bilmirəm, çünki, ürəyə 
hökm etmək çətin işdir.  
 
 
 
 
 
 
 
On dördüncü fəsil
66
  
EŞQBAZLIQ VƏ ONUN QAYDALARI HAQQINDA 
Aşiq olmaq barədə bil, ey oğul, kimin təbiəti zərif olmasa, 
o aşiq də ola bilməz. Eşq təbiətin zərifliyindən doğur, 
zəriflikdən doğan hər  şey isə,  şübhəsiz, zərif olar. Odur ki 
deyiblər: 
Təbiət lətif olduqda, mə'lum  şeydir ki, o, zərif təbiətə 
qoşulmağa meyl köstərəcəkdir. 
B e y t 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
Bu eşqdir, incəlik, lətiflik istər, 
Hər yerdə özü tək zəriflik istər. 
 
Görmürsənmi, cavanlar qocalara nisbətən daha tez aşiq 
olurlar? Çünki cavanların təbiəti qocalarınkına görə daha 
incədir. Bir də ki, heç kobudtəbiət, bədniyyət adam aşiq ola 
bilməz. Bu elə bir xəstəlikdir ki, ona yalnız incə ruhlu adamlar 
tutular. 
İstər kobudtəbiət ol, istərsə incətəbiət, çalış  aşiq olma. 
Aşiqlik çox başı  bəlalı bir işdir, xüsusilə yoxsulluqda. Hansı 
yoxsul aşiq olsa, öz canına qəsd etmiş olar. Bil ki, aşiqlik və 
yoxsulluq mütləq can vermək kimi bir şeydir xüsusilə qocalıq 
vaxtı, çünki qoca pul xərcləməsə  məqsədə nail ola bilməz. 
Mənim dediyim kimi: 
 
R ü b a i 
Pulsuz idim, tutmuşdum bu azardan,  
Pulsuzluqdan məhrum oldum o yardan.  
Bu halıma uyğun bir məsəl də var:  
"Pulsuz gedən boş qayıdar bazardan". 
 
İşdir, əgər bir vaxt birindən xoşun gəlsə, ürəyinə salıb onun 
haqqında fikirləşmə, həmişə  qəlbinə  eşqə qalib gəlməyi öyrət, 
heç zaman şəhvət əsiri olub iztirab çəkmə. Bu ağıllı adamların 
işi deyil, çünki aşiqlikdə insan ya vüsalda olar, ya fəraqda. Bil, 
bir saatlıq vüsal, bir illik fəraq oduna yanmağına dəyməz. 
Aşiqlik şirin də olsa, başdan ayağa məşəqqət, ürək ağrısı, iztirab 
və  əziyyətdir. Fəraqda olsan əzabdasan. Mə'şuq ilə bir yerdə 
olsan, sevgilin hal əhlidirsə, ürəyini çəkəcək, naz-qəmzəsi ilə 
səni  əldən salacaq. Onun şıltaqlığı sonra isə  fəraq qorxusu 
vüsaldan da ağır olacaqdır, çünki ardınca fəraq gələn vüsal 
fəraqdan daha ağır olar. Fərzən mə'şuqən mələk təbiətli olsa 
belə, yenə  məzəmmətdən yaxanı qurtara bilməzsən, həmişə 
sənin qeybətini qırar və  mə'şuqən haqqında  şayiələr yayarlar. 
İndi camaatın xasiyyəti belə olmuşdur. 
Deməli, özünü saxla və  aşiqlikdən qaç. Ağıllı adamlar 
özlərini aşiqlikdən qoruya bilərlər, çünki ilk baxışdan birinin 
birinə  aşiq olması mümkün deyildir. Əvvəl göz görür sonra 
könül bəyənir. Elə ki, könül bəyəndi, ürəyin ona mail oldu, 
könül ikinci dəfə görmək istəyir.  Əgər sən öz şəhvətini ürəyin 
ixtiyarına versən, ürəyi isə şəhvətə tabe etsən, sonra mə'şuqəni 
bir daha görmək üçün tədbir düşünməyə başlarsan. Görüş ikinci 
80 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
dəfə baş tutduqda, könül ikiqat meyl edir, qəlb daha çox 
döyünməyə başlayır, insan üçüncü görüş  eşqinə düşür. Elə ki, 
üçüncü dəfə gördün, əhvalatı açıb söylədin, söz deyib cavab 
eşitdin, iş bitdi. 
 
M i s r a  
Çuvalı suya verdin, it də getdi, ip də getdi. 
 
Bundan sonra özünü ələ almaq istəsən də bacarmazsan, 
çünki iş işdən keçmiş olar, vaxt uzandıqca eşqin də artar, qəlbin 
hökmünə tabe olmağa məcbur olarsan. 
Lakin,  əgər sən ilk görüşdə özünü saxlaya bilsən, ürək 
istədikdə onu ağlın ixtiyarına versən və ağıl ürəyi bir daha onun 
adını çəkməyə qoymasa, özünü başqa şeylə məşğul etsən və ya 
şəhvətini başqa yol ilə söndürsən və gözü onu görməkdən 
məhrum etsən, bir həftədən artıq  əziyyət çəkməzsən, daha o 
sənin yadına düşməz, tezliklə özünü bəladan qurtarmış olarsan. 
Lakin belə edə bilmək hər adamın işi deyildir, çox ağıllı 
olmaq lazımdır ki, adam bu xəstəlikdən yaxasını qurtara bilsin. 
Məhəmməd Zəkəriyya
67
 özünün "Xəstəliklərin təqsimatı" adlı 
əsərində  eşq xəsəstəliyi və onun dərmanı haqqında danışarkən 
dediyi kimi, eşq xəstəliyi ara vermədən oruc tutmaq, ağır yük 
daşımaq,uzun səfər etmək, həmişə işləmək, həddindən artıq kefə 
aludə olmaq və bu kimi bir xəstəlikdir. Lakin əgər hər görüşü 
sənə zövq və rahatlıq gətirən bir adamı sevirsənsə, bunu rəva 
bilirəm. Şeyx Əbu Səid bul-Xeyrin
68
 dediyi kimi, insanlar dörd 
şeysiz keçinə bilməz: birincisi çörək, ikincisi paltar, üçüncüsü 
xaraba (ev), dördüncüsü sevimli dost. Hər kəsin özünə görə
istər halal, istər haram,öz arzusu olar. Lakin dostluq başqadır, 
aşiqlik başqa. Hərçənd o aşiq şair bir beytdə demişdir: 
B e y t 
Xoşdur sənnn bu atəşin, gözəl yar, 
Heç yandıran bir atəş də xoş olar?! 
Bil ki, insanlar dostluqdan həmişə  ləzzət çəkərlər, 
aşiqlikdən isə əziyyətə düşərlər. Əgər cavanlıqda aşiq olsan, yeri 
var, başa düşərlər, üzrlü sayarlar, deyərlər cavandır. Çalış qoca 
vaxtı  aşiq olma. Qocanı üzrlü hesab etməzlər.  Əgər qara 
camaatdan olsan, iş bir az asanlaşar,  şah olsan, amandır, belə 
işlərə baş qoşma, zahirdə heç kəsə könül vermə, çünki qocalıq 
aşiqliyi şahlara çox baha başa gələr. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
H e k a y ə t. Babam Şəmsülməalinin
69
 vaxtında xəbər 
gətirirlər ki, Buxarada bir tacirin iki min dinar qiymətində bir 
qulu var. Bu əhvalatı, Əhmədi Coğdi
70
 əmirin yanında danışır. 
Əmir Sə'd Nəxxası
71
 
çağırıb Buxaraya göndərir, həmin qulu iki min iki yüz 
dinara alıb Gürgana gətirir.  Əmir qulamı  bəyənir, onu özünə 
dəsmaltutan tə'yin edir. Əmir  əlini yuyanda, o, dəsmalı tutar, 
əmir isə  əlini qurulayarmış. Bir müddət keçdikdən sonra, bir 
dəfə əmir əlini yuyur, qulam dəsmalı ona verir. Əmir əlini silə-
silə  dəsmalı buraxmayıb hey ona baxır, mə'lum olur ki,qulam 
onun xoşuna gəlir, sonra dəsmaldan əl çəkir.  
Bir az keçdikdən sonra o, Əbul-Abbas Qanimiyə
72
 deyir: 
"Bu qulamı azad edirəm və filan kəndi ona bağışlayıram. 
Fərman yaz, bir kətxuda qızı da onun üçün tap. Qoy onun 
evində otursun və saqqalı gələnə qədər evdən xaricə çıxmasın". 
Əbul-Abbas vəzir idi, deyir: "Əmr hökmdarın  əmridir, 
lakin  əgər mümkünsə,  əmir buyursun, görək burada nə hikmət 
var?"  Əmir deyir ki: "Bu gün bir hadisə baş verdi, çox da pis 
oldu. Yetmiş yaşında  şah hara, aşiqlik hara! Mənə yetmiş 
yaşdan sonra Allah bəndələrini dolandırmaq, ordu, xalq və 
ölkənin hayına qalmaq lazımdır. Mən eşqbazlıqla məşğul 
olsam,nə Allah yanında üzrlü sayılaram, nə bəndə yanında". 
Bəli, cavan nə etsə, üzürlüdur, lakin adam nə qədər cavan 
olsa da, gərək birdən, dəlicəsinə  eşqini büruzə verməsin, 
beləliklə siyasət və hörmətə sədəmə vurmasın.  
H e k a y ə t. Qəzneyndə
73
  eşitmişəm, Məs'udun 
xidmətində on qulam var imiş, onu da onun şəxsi paltar 
saxlayanı imiş. Onların arasında Nuştəkin adlı bir qulam 
sevimlisi imiş. Bir neçə il keçir, lakin: heç kəs, o cümlədən bu 
on qulam da bilmir ki, Soltanın sevimlisi kimdir, çünki Soltan 
Nuştəkinə nə bağışlayırmış, hamıya da ondan verirmiş ki, hərə 
elə bilsin Məs'udun sevimlisi odur. Soltanın bu bəxşişləri 
verməkdən məqsədi isə Nuştəkin imiş. Beş il bu münval ilə 
keçir. Bir gün Soltan sərxoş ikən deyir: "Mənim atam Ayaza nə 
bağışlamışdısa, onların hamısının bütün pul, qəbz və iqtaları
74
 
ilə birlikdə Nuştəkinə verilməsi haqqında fərman yazın. Yalnız 
bundan sonra bilirlər ki, onun sevimlisi Nuştəkin imiş. 
Hərçənd mən bu əhvalatları danışıram, lakin bilirəm ki, 
aşiq olanda mənim dediklərimə  əməl etməyəcəksən, ona görə, 
eşq haqqında qocavarı bir rübai demək istəyirəm: 
R ü b a i 
82 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Kimdə həyat ola, həm natiq ola,  
Gərəkdir o, Üzra, ya Vamiq ola.  
Əgər ikiüzlü deyilsə insan 
Mutləq gərək sevə, ya aşiq ola! 
Hərçənd mən belə demişəm, amma sən mənim rübaimə 
fikir vermə, ona əməl etmə, çalış  aşiq olma. Birini sevməli 
olsan, eləsini sev ki, sevməyinə  dəysin.  Əlbəttə, mə'şuq 
Ptolemey
75
 ya Əflatun olmayacaqdır, lakin bir az ağıllı 
olmalıdır; bilirəm, Yə'qub oğlu Yusif də olmayacaqdır, lakin bir 
az gözəlliyi, incəliyi olmalıdır ki, camaatın ağzını bağlaya 
biləsən və  sənin üzrünü qəbul etsinlər. Axı camaat bir-birinin 
qeybətini qırıb, bir-birinə eyib tutmağa adət etmişlər. Birindən 
soruşdular: "Eybin varmı?" Dedi:Yox". Dedilər: "Eyib tutanın 
necə"? Dedi: "Nə qədər istəyirsən"! Dedilər: "Onda dünyada ən 
eybli adam sənsən".  
Qonaq getsən, sevgilini özünlə aparma, aparsan xalqın 
qabağında onunla mazaqlaşma, bütün fikir-zikrini ona vermə, 
qorxma, onu heç kəs yeməz. Elə  təsəvvür etmə ki, o, hamının 
gözünə sənə görünən kimi görünər. Bu barədə şair belə deyir: 
Bey t 
Mən yazığın halına vay olsun o gün ki, sən  
Mənə görünən kimi, hamıya görünəsən. 
 
Sənin gözünə hamıdan gözəl göründüyü kimi, başqalarının 
da gözünə hamıdan çirkin görünə bilər. 
 Bir  də ona fasiləsiz olaraq meyvə, noğul vermə, 
dəqiqəbaşı qonaq etmə, hər saatdan bir çağırıb qulağına söz 
demə, guya mən xeyirli-zərərli  şeyləri gizli deyirəm, camaat 
biləcək ki, sən nə dedin. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
 
 
 
 
 
 
 
 
 
On beşinci fəsil 
KEF ÇƏKMƏK QAYDALARI HAQQINDA 
Birini sevsən, ayıq və  məst halda onunla əlaqədə olma, 
səndən ayrılan hər nütfədə, mə'lumdur ki, bir şəxsin, bir canlının 
toxumu vardır.  Əlaqədə olsan, heç olmasa, sərxoş vaxtı olma, 
ziyanı daha çoxdur, lakin xumar vaxtı daha yaxşıdır. Nə vaxt 
yadına düşdü, o saat onunla məşğul olmağa başlama. Bu, 
heyvan xasiyyətidir. Heyvan hər işin yerin bilməz, nə vaxt 
yadına düşsə, o vaxtda məşğul olar. Adama müəyyən vaxt 
lazımdır ki, onunla heyvan arasında bir fərq olsun... 
Dediyim kimi, çox əlaqədə olmağın ziyanı var, ona görə 
hər nə etsən iştaha ilə et, zorla etmə, ziyanı az olar. Lakin istər 
meylin olsun, istərsə yox, yayın istisindən və qışın soyuğundan 
özünü qoru. Bu fəsillərdə ziyanı daha çox olar, xüsusilə 
qocalara. Bütün fəsillərdən ən yaxşısı bahardır, ən münasibi də 
budur. Bahar fəslində hava mülayim olar, sular çoxalar, dünya 
gözəlliyə  və rahatlığa doğru üz qoyar. Böyük aləm belə 
olduqda, kiçik aləm sayılan bizim bədənimiz də onun tə'sirindən 
mülayimləşər. Bədəndə olan ünsürlər arasında müvazinət 
yaranar, damarlardakı qan artar, beldəki kişilik maddəsi çoxalar 
və insanlar təbii olaraq bir-biri ilə  əlaqədə olmağa meyl 
göstərərlər. Bu meyl təbii ehtiyacdan doğduğundan ziyanı az 
olar. 
Bir də bacardıqca yayın istisində  və  qışın soyuğunda qan 
aldırma. Bədənində qanın artdığını hiss etsən, yemək içməklə 
qaydaya sal. Fəslə zidd heç nə yemə
76
. Yayda və qışda qadınlara 
çox meyl etmə. 
Bu barədə qısa danışdım, bundan artıq danışağa da ehtiyac 
yoxdur. 
84 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
 
 
 
 
 
 
On altıncı fəsil  



Поделитесь с Вашими друзьями:
1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə