5 "qabusnamə" VƏ onun müƏLLİFİ haqqinda


TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA



Yüklə 4.44 Kb.
Pdf просмотр
səhifə5/15
tarix29.12.2016
ölçüsü4.44 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   15
TƏVAZÖ VƏ BİLİYİN ARTIRILMASI HAQQINDA 
Oğul, bil və agah ol ki, sənəti olmayan adamlar gövdəsi 
olub gölgəsi olmayan Muğilan
14
 ağacı kimi faydasız olarlar, nə 
özlərinə xeyir verərlər, nə başqalarına.  Əsil-nəsəbli adamlar 
sənət və hünər sahibi olmasalar da, əsil-nəsəblərinə görə 
başqalarının yanında hörmətdən məhrum olmazlar. Pisi odur ki, 
nə cövhərin ola, nə hünərin! Lakin əsil-nəsəbli olanda çalış 
özünün müəyyən sənət və  şöhrətin də olsun, çünki özünün 
şöhrəti olmaq əsil-nəsəb şöhrətindən daha yaxşıdır. Deyiblər ki
"Ləyaqət  əql və  ədəbdədir,  əsil-nəsəbdə, deyildir!". Böyüklük 
mə'rifət və bilikdədir, haralı və kimlərdən olmaqda deyildir. Bil 
ki, sən ata və ananın şan-şöhrəti ilə kifayətlənməməlisən, çünki 
o, xarici bəzəkdir. Əsil ad-san ona deyərlər ki, onu öz iste'dad və 
bacarığınla  əldə etmiş olasan, bu zaman səni "Zeyd", "Cəfər", 
"əmi", dayı"  əvəzinə "müəllim", "alim", -"fəqih"
15
, "həkim" 
çağırarlar. Əgər  əsil-nəsəbi olan adamın öz bacarıq və ləyaqəti 
yoxsa, o heç kəsin işinə yaramaz. Lakin bir adamda hər iki 
46 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
xüsusiyyət olsa, ondan bərk yapış əldən buraxma ki, o, hamının 
işinə yarayar. 
Onu da bil ki, bütün sənətlər içində  ən gözəl sənət 
danışmağı bacarmaqdır. Böyük yaradan (cəlalı artıq olsun) 
insanı bütün məxluqatın  ən  şərəflisi yaratmış  və onu on 
xüsusiyyətə görə
16
 (beşi bədənin daxilində, beşi xaricində), 
başqa canlılardan üstün yapatmışlır. 
Daxildə olan beş xüsusiyyət: təfəkkür, hafizə, təxəyyül, 
təsəvvür və danışıqdır, xarici beş xüsusiyyət: eşitmə, görmə, 
qoxu bilmə, toxunma və dad bilmə xüsusiyyətidir
17

Bu xüsusiyyətlərdən heyvanlarda olanları insanlardakı 
kimi deyil, ayrı cürdür. Buna görə  də insan başqa heyvanlara 
üstün gəlmiş və onların üzərində hökmranlıq əldə etmişdir. 
İndi ki, bunu bildin, gərək sən dilini gözəl danışmağa və 
yaxşı  şeylər söyləməyə öyrədəsən, yaxşıdan başqa heç bir şey 
deməyə adət etdirməyəsən, çünki dilə nə öyrədibsən, nəyə adət 
etdiribsənsə həmişə onu da deyəcəkdir. Odur ki, deyiblər: "dili 
xoş olanın havadarı çox olar".  
Nə  sənətin sahibi olursan ol, ancaq sözü yerində deməyi 
bil, çünki yersiz deyilən söz nə qədər gözəl olsa, yenə də çirkin 
görünər. Faydasız sözlərdən qaç,çünki faydasız sözlərdən 
həmişə ziyan gələr. Yalan iyi verən və hikmət  ətri saçmayan 
sözlər deyilməsə, daha yaxşıdır. Müdrik adamlar sözü şəraba 
oxşatmışlar o, həm məst edər, həm məsti ayıldar
18

Dindirilməmiş danışma, xahiş edilməmiş məsləhət verib nəsihət 
etmə, xüsusilə  nəsihətə qulaq asmayana, elə adam axırda özü 
yıxılar. Camaat içində heç kəsə  nəsihət etmə. Deyiblər ki: 
"adamlar içərisində. nəsihət məzəmmətə  bərabərdir". Çoxdan 
yolunu azmışları düzəltmək fikrinə düşmə, bacarmazsan. Əyri 
bitmiş,qol-budaq atmış  və yüksəlmiş  ağacı  kəsib yonmayınca 
düzəltmək olmaz. Söz deməkdə  xəsislik etmədiyin kimi, 
imkanın olsa, mal verməkdə  də  xəsislik etmə,çünki adamlar 
sözə nisbətən mala daha çox şirnikərlər. Pis ad qazanmış 
yerlərdən uzaq gəz, bədxah dostdan və pis yola çəkən yoldaşdan 
qıraq qaç, özün haqqında səhvə yol vermə, elə yerə get ki, səni 
axtarsalar və orada tapsalar rusvay olmayasan. Malını elə yerə 
qoy ki,istəyəndə tapa biləsən
19

Xalqın qəm və  kədərinə gülmə ki, xalq da sənin qəm və 
kədərinə gülməsin, ədalətli ol ki, ədalət görəsən, xoş de ki, xoş 
eşidəsən. Şoranlıqda toxum əkmə ki, bar verməz, əməyin hədərə 
gedər, yə'ni namərd adama yaxşılıq etmək  şoranlığa toxum 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
atmaq kimi şeydir. Lakin yaxşılığı layiq olan adamlardan 
əsirgəmə  və yaxşılıq öyrədən ol ki, peyğəmbər  əleyhissəlam 
demişdir: "yaxşılıq yolunu göstərən adam yaxşılıq edən adama 
bərabərdir". Yaxşılıq et və yaxşılığı öyrət, çünki bunlar bir-
birindən ayrılmaz ekiz qardaşdırlar. Yaxşılıq etməkdən peşman 
olma, çünki yaxşı və pisliyin mükafatı sənə hələ bu dünyada, o 
dünyaya getməmişdən  əvvəl çatacaqdır. Bir adama yaxşılıq 
edən vaxt o adam nə  qədər rahat olursa, sən də o qədər rahat 
olursan bir adama pislik etdikdə o nə  qədər inciyirsə, sənin də 
qəlbin bir o qədər ağrı və sıxıntı duyur, buna görə sən heç kəsə 
pislik etmə. Həqiqət gözü ilə baxsan, görərsən ki, sən özün əzab 
çəkmədən heç kəsə ziyan vura bilməzsən və  sənin öz xoşun 
olmadan heç kəs səndən yaxşılıq görə bilməz. Deməli, "yaxşı və 
pisin mükafatı o dünyaya getməmiş hələ bu dünyada yetişəcək" 
sözləri tamamilə doğrudur. Heç kəs mənim bu dediklərimi inkar 
edə bilməz. Kim bütün ömrü boyu birinə yaxşılıq ya pislik 
edibsə, dərindən düşünsə, o mənim haqlı olduğumu anlar və bu 
dediyim sözləri təsdiq edər. Deməli, nə  qədər bacarırsansa, 
yaxşılığı heç kəsdən  əsirgəmə, yaxşılıq axırda bir gün öz 
bəhrəsini verəcəkdir. 
H e k a y ə t. Eşitmişəm, Mütəvəkkilin
20
  Fəth adlı çox 
gözəl camallı, xoşbəxt və savadlı, tərbiyəli bir qulu var imiş. 
Mütəvəkkil onu oğulluğa götürmüş və doğma uşaqlarından daha 
çox sevərmiş. 
Bu Fəth üzməyi öyrənmək arzusuna düşür. Üzgüçülər 
çağrılır, Dəclədə
21
 ona üzməyi öyrətməyə başlayırlar. Fəth uşaq 
olduğundan üzməyi hələ yaxşı öyrənə bilməmişdi. Lakin bütün 
uşaqlar kimi, özünü elə göstərirdi ki, guya üzməyi öyrənmişdir. 
Bir gün müəllimindən gizlin Dəcləyə atıldı, su bərk 
axdıdığından Fəthi gicəllətməyə başladı. Fəth suya üstün gələ 
bilməyəcəyini anladıqda özünü suyun ixtiyarına verdi, suyun 
axarı üzrə camaatın gözündən itdi. Su bir müddət onu belə 
apardı. Dəclənin kənarında ovuqlar var idi, Fəth bu cür 
ovuqlardan birinin yanından keçərkən  əl atıb, çox əlləşdikdən 
sonra özünü onun içinə sala bildi. Orada oturub öz-özünə dedi: 
"Görək Allah dalısın neyləyəcək, hələ ki özümü bu 
qaniçici suyun əlindən qurtarmışam". Yeddi gün o, bu ovuqda 
qaldı. Elə birinci gün Mütəvəkkilə xəbər verəndə ki, Fəth suya 
atılıb boğulmuşdur, o, taxtdan düşüb yerə oturmuş və üzgüçüləri 
çağıraraq demişdi: "Kim Fəthi ölü ya diri gətirsə, ona min dinar 
48 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
verəcəyəm". Sonra and içdi ki, nə qədər ki onu necə varsa, elə 
tapıb gətirməyiblər, yeməyə əl vurmayacaqdır. 
Üzgüçülər Dəcləyə gedib suya baş vurdular, ümid gələn 
hər yeri axtardılar. Nəhayət yeddinci gün, üzgüçülərdən biri 
hamin ovuğa rast gəldi, Fəthi görüb çox sevindi və dedi: 
"Burada ol, gedim qayıq gətirim". Oradan qayıdıb Mütəvəkkilin 
yanına gəldi və dedi: "Ya Əmirəlmö'minin, Fəthi diri gətirsəm, 
mənə  nə verərsən? Dedi: "Beş min dinar nəqd verərəm". 
Üzgüçü dedi: "Fəthi diri tapmışam". Qayıq gətirib Fəthi 
apardılar. Mütəvəkkil  əmr etdi üzgüçüyə verdiyi və'də  dərhal 
əməl etsinlər. Sonra vəziri çağırıb dedi: "Get xəzinəmə, orada nə 
varsa, yarısını payla yoxsullara". Sonra dedi: "Yemək gətiriniz, 
axı o, yeddi gündür acdır". Fəth dedi: "Ya Əmirəlmö'minin, mən 
toxam". 
Mütəvəkkil dedi: "Dəclənin suyundanmı toxsan?". 
Fəth dedi: "Yox, mən bu yeddi günü heç ac olmamışam, 
çünki hər gün üzərində iyirmi çörək olan bir tabaq su üzərində 
aşağı axırdı, mən  əlləşib ondan iki-üç dənəsini  ələ  gətirir, 
onlarla dolanırdım. Hər çörəyin üstünə yazılmışdı: "Məhəmməd 
ibn əl-Hüseyn əl-Əskaf". 
Mütəvəkkil  əmr etdi şəhərdə car çəksinlər və desinlər ki, 
Dəcləyə çörək atan kimdirsə, qorxmasın gəlsin, Əmirəlmö'minin 
ona yaxşılıq edəcəkdir. Belə  də car çəkdilər. Sabahısı gün bir 
kişi gəlib dedi. "Mənəm o adam". Mutəvəkkil dedi:"Sübut!". 
Kişi dedi: "Sübutum odur ki, hər çörəyin üzərində mənim adım 
yazılmışdır: "Məhəmməd ibn əl-Hüseyn  əl-Əskaf". Mütəvəkkil 
dedi: "Doğrudur. indi de görüm, nə vaxtdan sən Dəcləyə çörək 
atırsan?" Məhəmməd ibn əl-Hüseyn dedi: "Bir ildir". 
Mütəvəkkil soruşdu: "Nə üçün belə edirsən?". Kişi dedi; 
"Eşitmişdim deyirlər: yaxşılıq elə, at suya, bir gün gələr, xeyrini 
görərsən. Mənim  əlimdən başqa yaxşılıq gəlmirdi, elə bunu 
bacarırdım ki, onu da etdim və öz-özümə dedim: "görək xeyri 
nə olacaq". 
Mütəvəkkil dedi: "Eşitdiyini etdin, gördüyün işdə xeyir 
götürdün". Sonra Mütəvəkkil kişiyə Bağdadda bir malikanə  və 
beş parça kənd bağışladı. Kişi hamin malikanəyə köçüb, varlı-
sanlı oldu. Onun övladından hələ indi də Bağdadda yaşayanı 
var. 
Mən  əl-Qaim Bi-əmrillah
22
 dövründə  həccə getmişdim, 
yaradan mənə öz evini ziyarət etmək imkanı vermişdi, onun 
övladını gördüm və bu əhvalatı Bağdadın qocalarından və 
ağsaqqallarından eşitdim. 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
Deməli, nə qədər bacarırsansa yaxşılıq etməkdən əl çəkmə 
camaata özünü yaxşılıq edən adam kimi tanıtdır, elə ki 
tanıtdırdın, və'dəxilaf olma, dildə bir şey deyib, ürəyində başqa 
şey tutma ki, buğda göstərib arpa satanlara oxşamayasan. 
Bütün işlərdə  ədalətli ol, çünki özü ədalətli olanın qazıya 
ehtiyacı olmaz. 
Qəm və sevincini yalnız o adama de ki, qəminə qəmlənib, 
şadlığına  şadlansın, qəm və  şadlıqını adamlar içində büruzə 
vermə, hər yaxşı  və pis şey üçün tez şadlanıb tez kədərlənmə. 
Belə  iş  uşaqlara yaraşar. Çalış  hər xırda  şey üstündə özündən 
çıxma. Böyük adamlar hər doğru və yalan üstündə öz 
yerlərindən oynamazlar. 
Nəticəsi  şadlıq olan qəmi qəm, nəticəsi qəm olan şadlığı 
şadlıq hesab etmə. 
Ümidsizlik baş verdikdə ümidini itirmə, çünki ümidsizlik 
ümidlə, ümid ümidsizliklə bağlıdır. 
Dünyada bütün işlərin dəyişkən olduğunu bil. Nə qədər ki, 
sağsan haqqı inkar etmə. Kim səninlə höccətə başlasa susmaqla 
onu susdur, çünki axmaqların cavabı susmaqdır. 
Lakin heç kəsin əməyini itirmə, hər kəsə özünə layiq haqq 
qazandır. Xüsüsilə öz qohüm-qardaşının haqqını unutma 
bacardıqca onlara yaxşılıq elə, ailə  və tayfanızın qocalarının 
hörmətini saxla, Peyğəmbər (Allah ona xeyir-dua versin) 
demişdir: "Peyğəmbər öz ümməti arasında necədirsə, ağsaqqal 
da öz tayfası arasında elədir". Lakin onlara çox da valeh olma 
ki, məziyyətlərini görə bildiyin kimi, eyblərini də görə biləsən. 
Başqasından təhlükə gözləyirsənsə, tez çalış ki, müvafiq 
şəkildə öz təhlükəsizliyini tə'min edəsən. 
Təhlükə gözlədiyin adamdan "heç bir şey edə bilməz" deyə 
arxayın olma, "heç bir şey olmaz" deyə  zəhər içmək ağıllı  iş 
hesab edilə bilməz. 
Öz iste'dadınla qürrələnmə, dolanmaq üçün ağılsız və 
iste'dadsız olmaq lazımsa, ağılsız və iste'dadsız ol, belə olmaq 
lazım deyilsə, o zaman bir sənət öyrən, öyrənməkdən və yaxşı 
sözə qulaq asmaqdan ar etmə, beləliklə  sən arsızlıqdan 
qurtarmış olarsan. 
Yaxşı  və pisə fikir ver, insanların müsbət və  mənfi 
cəhətlərini öyrən, onların nədən və nə qədər xeyir götürüb ziyan 
çəkdiklərinə diqqət yetir və öz xeyrin üçün onlardan istifadə et. 
Bax gör, insanları zərərə yaxınlaşdıran nədir, ondan qaç və ona 
yaxınlaş ki, o, insanları xeyrə yaxınlaşdırır. 
50 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Bədənini elm və  sənət kəsb etməyə öyrət bilmədiyin  şeyi 
öyrənməyə çalış. Bunun sənə iki faydası olar: ya bildiyin şeyi 
təcrübədən keçirmiş olarsan, ya bilmədiyin şeyi öyrənərsən. 
Sokrat
23
 demişdir: "Bilikdən daha zəngin xəzinə, pis 
xasiyyətdən daha rəzil düşmən ola bilməz, bilikdən daha böyük 
izzət, həyadan daha qəşəng zinət ola bilməz" 
Deməli, oğlum, sən bilik yollarını tapmalısan, elə 
etməlisən ki, hansı  vəziyyətdə olursan ol, bir saatın belə elm 
öyrənmədən boş keçməsin; axı biliyi nadanlardan da öyrənmək 
olar. 
Əgər sən nadana qəlbinin gözü ilə baxıb, ağlının nəzəri ilə 
diqqət yetirsən onun xoşa gəlməz hərəkətlərini görərsən və 
bilərsən ki, nələri etmək lazım deyildir. İskəndər
24
 demişdir: 
"Mən xeyri yalnız dostlardan deyil, düşmənlərdən də götürürəm. 
Məndən çirkin bir xəta baş verdikdə, dostlar dostluq xatirinə 
onu ört-basdır edirlər ki, mən bilməyim, düşmənlər isə  əksinə
düşmənçilik üzündən açıb deyirlər, mən də ondan xəbərdar 
olub, hamin pis işi bir daha təkrar etmirəm. Deməli, mən bu 
xeyri dostdan deyil, düşməndən görmüş oluram". Sən də o biliyi 
alimdən deyil, cahildən öyrənmiş olarsan. 
Elm və sənət öyrənmək, istərsə böyük olsun, istərsə kiçik, 
hamıya vacibdir, çünki insan öz tay-tuşları arasında üstünlüyü 
yalnız elm və sənətə görə əldə edə bilər. Tay-tuşlarda olmayan 
bir iste'dadı insan özündə gördükdə, həmişə üstünlük hiss edir, 
camaat da onu bilik və iste'dadına müvafiq olaraq başqalarından 
üstün tutur. Ağıllı adamlar bilik və iste'dadlarına görə tay-
tuşlarından daha üstün tutulduqlarını gördükdə çalışarlar ki, öz 
bilik və iste'dadlarını daha kamil etsinlər. Deməli insan belə 
edərsə, az keçməz ki, o, hamıdan böyük olar. 
Bilik  əldə etmək tay-tuş üzərində üstünlük əldə etməkdir, 
elm və sənətdən əl çəkmək isə geriliklə razılaşmaq deməkdir. 
Bilik  əldə edib sənət öyrənmək, bədəni tənbəllik 
xəstəliyinə tutmağa qoymamaq çox faydalıdır. Deyiblər ki, 
tənbəllik bədən üçün fəsaddır. Bədən sənin sözünə baxmırsa, 
ayıq ol, buna yol vermə, bil ki, bədən tənbəllik və rahatlığı 
sevdiyindən sənin sözünə baxmır. Bədənimizin hərəkəti təbii və 
özbaşına olmadığından və  bədən istədiyi kimi deyil, əmr 
edildiyi kimi hərəkət etdiyindən, nə  qədər ki, sən  əmr 
etməmisən, heç vaxt sənin bədənin işləməyi arzu etməyəcəkdir. 
Deməli, sən bədənini sözə qulaq asmağa və  sənə tabe olmağa 
zorla məcbur etməlisən, çünki öz bədənini sözə baxmağa vadar 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
edə bilməyənlər başqalarının da bədənini özlərinə tabe edə 
bilməzlər. Elə ki, öz bədənini sənə tabe olmağa məcbur etdin, 
sonra sənət öyrənməklə  hər iki dünyanın ne'mətinə sahib 
olarsan. Hər iki dünyanın ne'məti sənətdə, bütün sənətlərin açarı 
elm və tərbiyədədir. Xüsusilə nəfsi tərbiyə etmək, təvazö'karlıq, 
pəhrizkarlıq, düz danışmaq, mö'minlik, təmiz adlı olmaq. 
başqalarına əziyyət verməmək və həyalı olmaq çox yaxşıdır. 
Hərçənd həyalılıq haqqında hədisdə deyilibdir ki: "həya 
imandan doğur", lakin çox yerdə utanmaq insana ziyan vurur. 
Elə utancaq olma ki, utancaqlıq üzündən vəzifəndə ehmallıq 
edib, öz işlərinə  zərər vurasan. Çox zaman elə yerlər olur ki, 
məqsədə çatmaq üçün həyasızlıq etmək lazım gəlir. Lakin 
həmişə yalan danışmaq rüsvayçılıq etmək, sırtıq olmaq kimi 
harəkətlərdən utan, düz danışmaq, yaxşı  işlər görməkdən isə 
utanma. Çox adam ancaq utancaqlıq üzündən arzusuna çata 
bilmir. 
Əgər utanmaq imandan doğursa, yazıqlıq da utancaqlıqdan 
doğur, ona görə utanmağın və utanmamağın hər ikisinin yerini 
bilmək lazımdır, məqsədə hansı uyğundursa, onu etmək 
lazımdır. Deyiblər ki: "yaxşının müqəddiməsi utancaqlıqsa, 
pisin də müqəddiməsi utancaqlıqdır". 
Nadan adamı adam hesab etmə  əməlsiz alimi isə alim. 
Elmsiz pəhrizkarı zahid bilmə, cahil adamla isə dostluq etmə. 
Xüsusilə özlərini ağıllı hesab edən və öz avamlığı ilə lovğalanan 
axmaqlarla oturub durma. Müdrik adamlardan başqa heç kimlə 
ünsiyyət saxlama, çünki yaxşılarla ünsiyyət saxlayanın adı da 
yaxşıya çıxar. Görmürsənmi yağı küncüddən alırlar, lakin 
küncüd yağını  bənövşə ya qızıl güllə qarışdırdıqda və ya bir 
müddət onlarla bir yerdə saxladıqda yaxşıların kəraməti 
sayəsində artıq ona küncüd yağı deyil, qızıl gül yağı  və ya 
bənövşə yağı deyirlər!? 
Yaxşıların məsləhətlərini və onların yaxşı  işlərini unudub 
naxələf çıxma, sən möhtac olan adama etdiyin yaxşılığı da 
başına vurma. Yaxşılığı başa vurmaq yaxşılıq etməmək kimi bir 
şeydir. Xoşxasiyyət və insanpərvər olmağı özünə peşə et, pis 
adətlərdən qaç və ziyankar olma, ziyankarlığın səmərəsi 
məhrumiyyət, məhrumiyyətin meyvəsi ehtiyac, ehtiyacın 
bəhrəsi alçalmaq olar. Cəhd et səni tə'rifləyən xalq olsun, mədh 
edən bir neçə cahil olmasın, çünki cahillərin mədh etdiyi, 
eşitdiyimə görə, alimlər içərisində pislənir. 
H e k a y ə t. Deyirlər ki, bir gün Əflatun
25
  şəhərin adlı-
sanlı adamları ilə bir yerdə oturub, söhbət edirdi. Birisi onun 
52 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
görüşünə  gəlib salam verdi yanında oturub oradan-buradan 
danışdıqdan sonra dedi: Ey filosof,bu gün filankəsi gördüm, 
sənin barəndə danışır və  tə'rifləyərək deyirdi: "Əflatun çox 
böyük filosofdur,indiyə  qədər onun kimisi nə olub, nə  də 
olacaqdır. İstədim onun tə'rifini sənə çatdıram". 
Filosof  Əflatun bu sözü eşitcək başını  aşağı salıb ağladı, 
bərk qanı qaraldı, halı pozuldu. O kişi dedi: "Ey filosof, mən 
sənə  nə  ağır bir söz dedim ki, halın belə pozuldu?". Filosof 
Əflatun dedi: "Ey xacə,  şəxsən sən mənə elə  ağır bir söz 
demədin, lakin bundan daha ağır müsibət olarmı ki, nadanın biri 
məni tə'rifləsin, mənim gördüyüm iş ona xoş gəlsin? Bilsəydim 
nə nadanlıq etmişəm ki, onun təbiətinə yaxın olmuş, xoşuna 
gəlmiş  və  məni tə'rifləmişdir, tövbə edib o işdən  əl çəkərdim. 
Halımın pozulması ondandır ki, mən hələ  də nadanam, çünki 
nadanların tə'riflədikləri adamlar yalnız nadanlar olar". 
Bu barədə bir hekayət də yadıma düşdü. 
H e k a y ə t. Deyirlər ki, Məhəmməd Zəkəriyya ər-Razi
26
 
bir dəstə  şagirdi ilə  gəzərkən bir dəliyə rast gəldi. Dəli 
Zəkəriyyadan başqa heç kəsə baxmadı, onu diqqətlə  nəzərdən 
keçirdikdən sonra üzünə güldü. Məhəmməd Zəkəriyya geri 
dönüb evinə  gəldi,  əmr etdi əftimun
27
  dəmlədilər, onu içdi. 
Şagirdləri soruşdular: "Ay müəllim, bu otun dəmini nə üçün indi 
içdiniz?". Dedi: "O dəli güldüyü üçün. Əgər o, məndə öz halına 
oxşar bir şey görməsə idi, üzümə gülməzdi" Deyiblər: "hər quş 
öz tayı ilə uçar!". 
Bundan əlavə, tünd xasiyyət olub özündən tez çıxmağı adət 
etmə, bir az da helmin olsa yaxşıdır, lakin o qədər yumşaq olma 
ki. səni çox yumşaq və həlim olduğun üçün hop eləyib udsunlar, 
o qədər də  sərt olma ki, sənə salam verməyə  də qorxsunlar. 
Hamı ilə yola getməyi bacar, bu üsulla həm dostdan, həm də 
düşməndən istifadə edib arzuna çata bilərsən. Heç kəsi pislik 
etməyə öyrətmə, pislik öyrətmək pislik etmək kimi bir şeydir. 
Əgər günahsız olaraq biri səni incitsə, sən çalış onu incitmə, 
çünki özgəni incitməmək insanlığın bir hissəsidir. Deyiblər ki, 
əsl insanlıq camaatı incitməməkdir. Deməli, insan olmaq 
istəyirsənsə  gərək adamincidən olmayasan adamlarla yaxşı 
rəftar edəsən. Gərək insan aynaya baxsın, görünüşü yaxşıdırsa, 
işi də görünüşü kimi yaxşı olmalıdır, çünki gözələ çirkinlik 
yaraşmaz, buğdadan arpa, arpadan buğda bitməməlidir. Bu 
barədə mənim bir dübeytim də vardır: 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
Şe'r 
Gözəlim, bizə hey pislik edirsən,  
Neçin bəs yaxşılıq umursan bizdən?!  
Get, əzizim, get ki, səhv eyləyirsən-  
Arpa əkibsənsə, buğda biçməzsən! 
 
Aynaya baxdıqda özünü kifir görsən, yenə yaxşılıq et, 
çünki çirkinlik etsən kifirliyi artırmış olarsan. Bu isə çox pis 
şeydir. Bir çirkinlik üstünə bir də çirkinlik gəlsən, bir yerdə iki 
çirkinlik olar. 
Səmimi sözə qiymət verən, dünya görmüş, sınaqdan çıxmış 
dostların nəsihətinə qulaq as və öz məşvərətçilərinlə  həmişə 
təklikdə  məsləhətləş, çünki sənin onlardan ala biləcəyin fayda 
yalnız təklikdə ola bilər. Sən mənim bu dediklərimi oxuyub 
öyrənə bilsən və əməl etsən, o zaman nə qədər qabil olduğunu 
dərk edərsən, lakin bunu anlayandan sonra öz bilik və 
iste'dadınla lovğalanma. Hər şeyi öyrənib bildiyin halda, özünü 
bilməyən hesab et, çünki sən yalnız o zaman alim hesab edilə 
bilərsən ki, hələ  də özünün nadan olduğunu başa düşəsən. Bu 
barədə belə bir hekayət də vardır. 
H e k a y ə t. Eşitmişəm, Xosrovun
28
 hakimiyyəti və 
Büzürcmehrin
29
 vəzirliyi dövründə Rumdan çox savadlı bir elçi 
gəlir. Xosrov o zamankı fars şahlarının adətinə görə taxta oturub 
elçini qəbul edir. Elçi öz e'tibarnaməsini təqdim etdikdən sonra 
şah da özünün Büzürcmehr kimi vəziri olduğunu göstərmək 
üçün e'tibarnaməni onun vasitəsilə alır və söhbət zamanı elçinin 
yanında Büzürcmehrə deyir: "Filankəs, dünyada nə varsa, 
hamısını sən bilirsən..." və istəyir o desin: "Bəli bilirəm", lakin 
Büzürcmehr deyir: "Xeyr, hökmdarım, bilmirəm". Xosrov pərt 
olur, elçidən utanır və soruşur: "Bəs hər  şeyi bilən kimdir?". 
Büzürcmehr deyir: "hər  şeyi hamı birlikdə bilir, hamı isə  hələ 
anadan olmamışdır. 
Ey oğul, sən özünü hamıdan bilikli hesab etmə, elə ki, 
özünü bilməyən hesab etdin, bilən olarsan, əsil bilən ona 
deyərlər ki, bilmədiyini bilə. Sokrat, bütün böyüklüyünə 
baxmayaraq, demişdir: "Mən özümdən sonra gələcək böyük və 
ağıllı adamların mənə  tə'nə vuracaqlarından və "Sokrat bir 
dəfəlik dünyanın bütün biliklərini öyrənmək iddiasında 
olmuşdur"-deyəcəklərindən qorxmasaydım, mütləq deyərdim ki, 
mən heç nə bilmirəm və öyrənməyə də acizəm, lakin bunu deyə 
bilmirəm, çünki bu mənim tərəfimdən çox böyük iddia olardı". 
54 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Əbu Şükur Bəlxi
30
 bir beytdə özünün çox böyuk alim olduğunu 
tə'rifləyir, o beyt budur: 
 
Beyt 
O yerə çatmışdır indi elmim ki,  
Anlayıb bilməmişəm hələ nadanam. 
 
Ey oğul, nə  qədər böyük alim olsan da, öz biliyinlə 
qürrələnmə, öhdəsindən gələ biləcəyin işlərdə  də öz rə'yin 
haqqında böyük fikirdə olma, özləri haqqında böyük fikirdə 
olanlar həmişə peşmançılıq çəkərlər. Başqaları ilə 
məsləhətləşməyi özünə  əksiklik hesab etmə, ağıllı qocalar və 
sınanmış dostlarla məsləhətləş. Bütün hikmət və 
peyğəmbərliyinə, müəlliminin və  işlərini sahmana salanın 
Allah-taalanın özü olmasına baxmayaraq, Allah yenə  də 
Məhəmməd Mustəfa səlləllahü  əleyhi və  səlləmə bununla 
kifayətlənməyə razılıq verməmiş və: "işlərində onlarla məsləhət 
et" demişdir. Demiş ki: "ya Məhəmməd, öz əshabə  və 
dostlarınla məsləhət et, çünki sizdən hərəkət Allah olduğum 
üçün isə, məndən bərəkətdir". Bilməlisən ki, bir adamın rə'yi iki 
adamınkı kimi ola bilməz, bir göz iki gözün gördüyünü görə 
bilməz, görmürsənmi təbib xəstələndikdə  və  xəstəliyi 
şiddətləndikdə, nə qədər hazır həkim olur olsun, yenə də özü ilə 
kifayətlənməyib, başqa bir həkimi çağırar, onun məsləhəti ilə 
müalicə olunar. Yaxın bir adamın sənə  işi düşsə, ona kömək 
etməyə çalış, rəqib və düşmənin olsa belə, yardım  əlini və 
malını ondan müzayiqə etmə.  İşi düzəlsə, etdiyin kömək onun 
sənə qarşı  məhəbbətini artırar və ola bilər ki, o düşmən dönüb 
dost olsun. Görüşünə gələn söz ustadlarına hörmət edib, onlara 
bəxşiş ver ki, sənin görüşünə  həris olsunlar (yə'ni tez-tez 
gəlsinlər). Adamların  ən yazığı odur ki, alim olsa da, heç kəs 
onun görüşünə getməsin. 
Camaat ilə mehriban danış və qaş-qabağını turşutma. Qaş-
qabaqlı adam yaxşı sayılmaz. Adam nə qədər hikmət sahibi olsa 
belə, qaş-qabağını tökdükdə onun nə hikmətində hikmətlik 
qalar, nə sözündə gözəllik. Xülasə, bil ki danışmağın qaydası 
necədir və nədir, qalanına Allah kərimdir. 
 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yeddinci fəsil 
NATİQLİK MƏHARƏTİNİ ARTIRMAQ HAQQINDA 
Ey oğul, insan söz anlamağı və söz deməyi bacarmalı, pis 
adamlardan isə dilini saxlamalıdır. Ey oğul, sən doğru danışan 
ol, özünü doğru danışan tanıt ki, işdir bir gün zərurət üzündən 
yalan deməli olsan, doğru qəbul etsinlər. Lakin yalana oxşar 
doğru danışma. Doğruya oxşar yalan, yalana oxşar doğrudan 
yaxşıdır, çünki o yalana inanarlar, bu doğruya yox. Qəbul 
edilməyən doğrulardan qaç ki, rəhmətlik əmir Bus-Suvar
31
 Ğazi 
Şapur ibn əl-Fəzl ilə  mənim başıma gələn  əhvalat sənin də 
başına gəlməsin. 
H e k a y ə  t.  Ey  oğul, bil ki, mən  əmir Bus-Suvar 
dövründə, həccdən qayıtdığım il Gəncəyə cihad
32
 davasına 
getmişdim. Mən Hindistan cihadında çox iştirak etmişdim, indi 
də Rum
33
 cihadında iştirak etmək istəyirdim.  Əmir Bus-Suvar 
böyuk  şah idi, dediyini eyləyən, müdrik, ləyaqətli,  ədalətli, 
56 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
şücaətli, fəsahətli, dini sevən, uzaq görən idi, yə'ni  şahlara xas 
olan bütün müsbət xüsusiyyətlər onda var idi, çox ciddi adam 
idi, zarafatı xoşlamazdı. 
Məni görəndə çox hörmət etdi, mənimlə söhbətə başlayıb 
cürbəcür  şeylər danışdı, mən də ona qulaq asırdım, lazım olan 
cavablar verirdim, Cavablarım onun çox xoşuna gəldi, mənə 
çoxlu kəramətlər göstərdi və geri qayıtmağa qoymadı. Mənə o 
qədər lütfkarlıq etdi ki, axırda mən də ürəkdən meylimi ona 
saldım, bir neçə il Gəncədə qaldım. Mən həmişə onun 
qonaqlıqlarında olurdum, şərab məclisində  iştirak edirdim. O 
məndən müxtəlif  şeylər soruşur, keçmiş  şahların tarixi ilə 
maraqlanır, dünyanın vəziyyəti haqqında suallar verirdi. Bir gün 
bizim vilayət haqqında söz düşdü, hər yerin əcayib-qərayib 
adətlərindən soruşmağa başladı. Mən dedim: "Gürganın
34
 
yaxınlığında, dağın ətəyində bir kənd, bu kənddən uzaqda isə bir 
bulaq vardır. Kəndin arvadları su gətirmək üçün bir yerə 
toplanır, sonra həmin bulağa gedərək sərniclərini su ilə 
doldurur, başlarına qoyub qayıdırlar. Qadınlardan biri qabaqda 
sərnicsiz gəlir, yola diqqətlə baxır. O yerlərdə  təsadüf edilən 
yaşıl bir qurd (cücü) var, ona rast gələndə götürüb kənara atır ki, 
suaparan qadınlar onu tapdalamasınlar. Kim hamin qurdu 
tapdalayıb öldürsə, başında olan sərnic suyu dərhal iylənir, ona 
görə suyu yerə boşaldıb geri dönmək, sərnici pak eyləyib 
yenidən su ilə doldurmaq lazım gəlir". 
Mən bu sözü dedikdə əmir Bus-Suvar üz-gözünü turşutdu, 
başını  yırğaladı, bir neçə gün mənimlə  əvvəlki kimi mehriban 
olmadı. Bir dəfə Piruzan
35
 Deyləm mənə dedi: "Əmir səndən 
gileylənib deyir ki, filankəs ciddi adama oxşayır, ancaq 
bilmirəm nə üçün mənə uşaq-uşaq sözlər danışır, onun kimi bir 
adam mənim kimi birisinə nə üçün yalan deyir?". 
Mən o saat Gəncədən Gürgana bir qasid göndərdim və əmr 
etdim ki, belə bir kəndin hamin yerdə olduğu və hamin cücü 
əhvalatının düzlüyü haqqında qazi rəis, xətib, üləma və bütün 
e'timadlı adamlar tərəfindən imza edilmiş bir arayış  gətirsin. 
Dörd ay zəhmətdən sonra mən həmin arayışı alıb  əmir 
BusSuvarın qarşısına qoydum. Oxuyub güldü və dedi: "Mən 
özüm bilirəm ki, sənin kimi adamdan yalan çıxmaz, xüsusilə 
mənim yanımda, lakin elə  də doğru danışmaq lazım deyil ki 
inandırmaq üçün dörd ay zəhmət çəkib iki yüz mö'təbər adamın 
imzası ilə sənəd hazırlayasan!" 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
Onu da bilməlisən ki, söz dörd cürdür: birini nə bilərlər nə 
deyərlər, birini həm bilərlər, həm də deyərlər, birini deyərlər, 
lakin bilməzlər, birini bilərlər, lakin deməzlər. Bilinməyən və 
deyilməyən sözlər dinə ziyanı olanlardır, bilmək lazım olmayıb 
deyiləsi sözlər: haqq-taalanın kitabında, peyğəmbər 
əleyhissəlamın hədislərində, elmi kitablarda, üləmanın 
əsərlərində olan sözlərdir, çünki belə sözlərin  şərhi yalnız 
təqliddən ibarət olar, onlardakı ziddiyyət ixtilaf və  çətinlikləri 
açıb göstərmək vəhydən xəbər vermək və ona bənzər kimi bir 
şeydir. Ona görə, kim belə  şeyləri  şərh etmək həvəsinə düşsə, 
xüdavəndi-aləm onun cəzasını verər həm bilməli, həm deməli 
sözlərə gəldikdə, onlar həm dinə, həm dünyaya lazım olan, yə'ni 
hər iki dünyada işə yarayan sözlərdir. Belə sözlərin həm 
danışana, həm də dinləyənə faydası olar. Bilib deyilməyəsi sözə 
misal onu göstərmək olar ki, böyük bir adamın və ya bir dostun 
sənin yanında bir eybi ola, ya ehtimal üzündən və ya işin 
gedişindən elə güman edəsən ki, o, şəriətə düz gəlmir, desən ya 
həmin böyük adamın qəzəbinə səbəb olarsan, ya o dostuna ziyan 
vurarsan, ya qara camaatın tə'nəsinə  mə'ruz qalarsan. Belə bir 
söz bilib deyiləsi mümkün olmayan sözdür. Dediyim bu dörd 
növ sözün ən yaxşısı odur ki, onu həm bilmək olar, həm də 
demək. 
Lakin bu dörd növ sözün hərəsinin iki üzü vardır: biri 
gözəl, biri çirkin. Camaat arasında danışarkən gözəllərini danış 
ki xalqın xoşuna gəlsin və qabiliyyətinin dərəcəsi mə'lum olsun. 
Böyük və  ağıllı adamları sözlərinə görə tanıyarlar, sözləri 
adamlara görə yox. Hər adam öz sözünün altında gizlənmişdir. 
Əli  Əmirəlmö'minin (Allah ondan razı olsun) belə demişdir: 
"Hər kəs öz dilinin altında gizlənmişdir". Söz var bir cürə 
deyərsən, insanın ruhu təzələnər, başqa cürə deyərsən adamın 
qəlbi kədərlənər. 
H e k a y ə t. Eşitmişəm, bir dəfə Harun ər-Rəşid
36
 yuxuda 
görür ki, bütün dişləri tökülübdür. Səhəri yuxuyozanı çağırıb 
soruşur: "Bu yuxunun mə'nası  nədir?". Yuxuyozan deyir: 
"Əmirəlmö'minin ömrü uzun olsun, bütün qohum-əqrəban 
səndən qabaq öləcək, belə ki, heç kəs qalmayacaqdır". Harun ər-
Rəşid deyir: "Bu yuxuyozana yüz çubuq vurun, o belə bir ağır 
xəbəri nə üçün mənim üzümə dedi, bütün qohum-qardaşım 
məndən əvvəl öləcəksə, onda mən kimə lazımam?!". 
Əmr etdi, başqa yuxuyozanı çağırdılar, yuxunu ona 
danışdı. Yuxuyozan dedi: "Əmirəlmö'mininin gördüyü bu yuxu 
göstərir ki, Əmirəlmö'minin bütün qohum-əqrabasından çox 
58 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
yaşayacaqdır". Harun ər-Rəşid dedi: "Ağlın hökmü eynidir, 
tə'bir hamin tə'birdir, lakin ibarələrdə böyük fərq vardır".  Əmr 
etdi, hamin kişiyə yüz dinar versinlər. 
Deməli, sözün dalına-qabağına fikir vermək lazımdır, 
dediyin sözü ən gözəl tərzdə demək lazımdır ki, həm söz 
anladan olasan, həm söz anlayan. Əgər dediyin sözü anlamasan, 
səninlə o tutuquşunun nə  fərqi var? O da söz deyə bilir, lakin 
söz anlayan deyil. Söz anlayan ona deyərlər ki, onun da sözünü 
başqaları anlasın, belələri ağıllı adamlar hesab edilər, əks halda 
insan deyil, heyvan zümrəsindən sayılarlar. Sözü böyük hesab 
et, söz göydən enmişdir, onun qədrini bil, yerində deyilməli 
sözü saxlama, de, lakin yersiz danışmaqla da onu qiymətdən 
salma ki, hikmətə zülm etmiş olmayasan! 
Nə desən düzünü de, mə'nasız müddəalarda olma. Hər 
müddəa üçün isə çox da sübuta can atma. Bilmədiyin elmdən 
dəm vurma, o elmdən çörək gözləmə, çünki sən elə elmdən, elə 
minbərdən məqsədinə çata bilməzsən, yalnız bildiyin elmdən 
məqsədə çata bilərsən. Bilmədiyin  şeydən heç şey də  əldə edə 
bilməzsən. 
Hekayət. Eşitmişəm, deyirlər ki, Xosrov
37
  (Ənuşirəvan) 
dövründə bir qadın Büzürcmehrin
38
 yanına gəlib bir məsələ 
haqqında ondan söz soruşur. Bu zaman Büzürcmehrin başı 
qarışıq imiş, deyir: "Ey qadın, sən soruşduğun  şeyi mən 
bilmirəm". Qadın deyir: "Bunu bilmirsənsə, bəs nəyə görə bizim 
hökmdarın çörəyini yeyirsən?". Büzürcmehr deyir: "Bildiyim 
şeyə görə,  şah yalnız bildiyim şeyə  mənə bir şey verir. 
Bacarırsansa gəl özün hökmdardan soruş, gör o bilmədiyim şey 
üçün mənə bir şey verir, ya yox?!". 
Lakin işlərdə  həddini aşma, ifratı  zərərli hesab et, hər 
məsələdə orta olmağa çalış. Bizim şəriət sahibi deyibdir: "İşlərin 
xeyirlisi ortada olanıdır". Söz deyib iş görməkdə tələsmə. Mən 
ağır oturub yavaş  tərpənmək üstə danlanmağı, yüngüllük edib 
tələsmək üstə  tə'riflənməkdən üstün tuturam. Sənin yaxşı  və 
pisliyinə  dəxli olmayan sirləri öyrənməyə çalışma, özündən 
başqa heç kəsə sirr demə, desən, onu artıq sirr hesab etmə. Söz 
daxilən yaxşı olsa da, xaricən onu pisə yoza bilərlər, çünki 
insanların çoxu bir-birindən bədgüman olar. Hər işdə sözün, 
əməlin, vəziyyətin imkanına münasib olmalıdır. Hər nə desən, 
elə de ki, hamı sənin sözlərinin doğruluğunu təsdiq etsin. 
Söz ustaları yanında doğru  adam  kimi  tanınsan da, özünü 
hörmətdən salmaq istəmirsənsə, heç bir şey haqqında  şahid 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
olmağa razılıq vermə.  Əgər versən canfəşanlıq gestərmə  və 
könüllü olaraq şahidlik etmə. Hər deyilən sözə qulaq as, lakin 
əməl etməyə  tələsmə, fikirləş danış. Dediyindən peşman 
olmamaq üçün əvvəl düşün, sonra sözü ağzından çıxar. 
Əvvəlcədən düşünə bilmək bacarmağa bərabərdir. 
İşinə yarasa da, yaramasa da, heç bir sözü dinləməkdən 
darıxma, beləliklə, qoyma söz qapıları  sənin üzünə bağlansın, 
sözün faydasından məhrum olasan. Heç vaxt soyuq danışma, 
soyuq danışmaq elə toxumdur ki, onun meyvəsi düşmənlik olar. 
Alim olsan özünü nadan hesab et ki, bilik qapıları  sənin 
üzünə açılsın. Nə  qədər ki, sözün eybini və hüsnünü 
anlamayıbsan, heç vaxt onu kəsmə  və ya tə'rifləmə.  İstərsə 
böyük olsun, istərsə kiçik, hər kəslə öz dili ilə danış ki, 
hikmətdən xaricə  çıxmayasan və dinləyicini darıxdırmayasan. 
Lakin danışarkən səndən dəlil və sübut tələb edilərsə, belə yerdə 
elə danışmalısan ki, onları razı sala biləsən və onların arasından 
canını salamat qurtara biləsən. 
Əgər sən söz ustadı olsan, özünü bildiyindən az 
göstərməyə çalış ki, söhbət vaxtı piyada olduğun meydana 
çıxmasın. Çox bilən, lakin az danışan ol, az bilib çox danışan 
olma. Deyiblər ki, susmaq salamatlığa, çox danışmaq isə 
ağılsızlığa bərabərdir. Çox danışan adam ağıllı olsa da, onu 
ağılsız hesab edərlər, az danışan ağılsız olsa da, az danışdığı 
üçün camaat onu ağıllı hesab edər. Nə  qədər düz, təmiz və 
mö'min adam olsan da özünü öymə, çünki sənin özün 
haqqındakı  şahidliyini heç kəs qəbul etməz, çalış  səni xalq 
tə'rifləsin, nəinki özün özünü. Çox bilirsənsə, yalnız kara 
gələnini, işə yarayanını de ki, zənganlı  ələviyə
39
 kimi sənə  də 
ziyan gətirməsin, 
He k a y ə t. Eşitmişəm, deyirlər ki, Sahibin
40
 dövründə 
Zənganda bir qoca var idi. Bu qoca adlı-sanlı Şafei
41
 (Allah ona 
rəhmət eləsin)  əshabələrindən idi. Özü din xadimi, müfti, vaiz 
olmaqla qazı yanında müşavirlik də edərdi. Zəngan rəisinin də 
ələvi, (yə'ni  Əli nəslindən olan) bir oğlu var idi, o da vaiz və 
qazı yanında müşavir idi. Bunlar hər ikisi həmişə bir-birini ifşa 
edər və minbərdən bir-birinə ağır sözlər deyərdilər. Bir gün bu 
ələvi minbərdən hamin qocanı "kafir" adlandırdı. Xəbəri qocaya 
çatdırırlar, o da minbərdən hamin cavanı "haramzadə adlandırdı. 
Bu xəbəri də  ələviyə çatdırdılar. Bərk özündən çıxdı, tez 
yerindən qalxıb Rey
42
  şəhərinə, Sahibin yanına getdi, hamin 
qocadan  şikayət edib, ağladı  və dedi: "Sizin dövrünüzdə 
60 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
yaramaz ki, peyğəmbər övladını "haramzadə" adlandırsınlar". 
Sahibin həmin qocaya açığı tutdu, qasid göndərib onu Reyə 
çağırtdırdı.  Şəriət üləması  və seyidlərlə birlikdə  məhkəmə 
düzəldib qocaya dedi: "Ey şeyx, sən  şafei (Allah ona rəhmət 
eləsin) imamlarının adamlarındansan, özün də alimsən, bir 
ayağın buradadır, bir ayağın gorda, heç sənə yaraşarmı, 
peyğəmbər övladına "haramzadə" deyəsən?  İndi ki, bunu 
deyibsən, gərək sübut edəsən,yoxsa sənə  şəriətin vacib bildiyi 
elə bir cəza verəcəyəm ki, xalq bundan ibrət alsın və heç kəs 
belə  ədəbsizlik və hörmətsizliyə  cəsarət etməsin". Qoca dedi: 
"Sözümün doğruluğuna sübutum həmin  ələvinin özüdür, onun 
üçün onun özündən daha inandırıcı sübut ola bilməz. Lakin 
mənim sözümə görə, o, halalzadə  və  təmizdir, öz sözünə görə 
isə haramzadədir". 
Sahib dedi: "Bunu neçə sübut edə bilərsən?" Qoca dedi: 
"Bütün Zəngan bilir ki, onun anasının kəbinini atasına mən 
kəsmişəm, o isə məni minbərdən kafir adlandırmışdır. Əgər o bu 
sözü ürəkdən deyirsə o, zaman kafirin kəsdiyi kəbin haramdır, 
bu halda, onun öz dediyinə görə, o, haramzadədir; yox, əgər 
ürəkdən demirsə, deməli yalançıdır, ona tənbeh lazımdır". 
Sonra qoca əlavə etdi: "Hər halda ya yalançıdır, ya 
haramzadə. Peyğəmbər övladı isə yalançı olmamalıdır, necə 
istəyirsiniz, onu elə  də adlandırın,  şübhəsiz ki, bu ikisindən 
birisini qəbul etmək lazım gələcəkdir". 
O cavan bərk tutuldu, heç bir cavab tapa bilmədi. Bu sözü 
fikirləşməyib dediyi üçün ağrısını çəkdi. 
Ey oğul, söz danışan ol, söz güləşdirən olma. Söz 
güləşdirmək divanəlik kimi bir şeydir. Hər kimlə danışsan, 
diqqət et, gör, o sənin sözlərinin müştərisidir, ya yox. Əgər yağlı 
müştəri tapsan əl çəkmə, sözlərini sat, yox müştəri deyilsə, o 
sözü saxla, onun xoşuna gələn başqa  şeylər danış, qoy dönüb 
sənin müştərin olsun. Lakin çalış adamla adam ol, insanla insan, 
çünki adam başqadır, insan başqa. Qəflət yuxusundan ayılanlar 
xalqla mən dediyim kimi rəftar edər. 
Bacardıqca söz deyib, söz eşitməkdən çəkinmə, çünki 
insanlar söz eşitmək vasitəsi ilə söz deməyi bacaran olarlar. 
Sübut: əgər uşağı anasından ayırıb zirzəmiyə salsalar, orada süd 
verib böyütsəlar, anası  və dayası onunla danışmasalar, ona 
nəvaziş etməsələr, o heç kəsin səsini eşitməsə, böyüdükdə lal 
olar, lakin belə adam uzun müddət eşidib öyrəndikdən sonra 
yenə dilə gəlib danışar. Başqa bir s üb u t: anadan kar doğulan 
lal olar. Görmürsənmi, lalların hamısı kardırlar? 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
Deməli, sözlərə qulaq as və yadında saxla, xüsusilə 
hökmdarların və alimlərin dedikləri hikmətli sözləri. Demişlər 
ki, alimlərin, hökmdarların nasihətlərinə qulaq asmaq ağlın 
gözünü işıqlandırar, çünki ağıl gözünün tutiya
43
  və sürməsi 
hikmətdir. Bu dediyim sözlərə canla-başla qulaq asıb onlara 
e'tiqad etmək lazımdır. 
İndi belə mə'nalı və nadir sözlərdən bə'zisi yadıma düşdü. 
Bu sözlər  əcəm  şahlarının  şahı  Ənuşirəvan Adilin dilindən 
deyilmişdir, mən onları bu kitabda ona görə xatırladıram ki, sən 
oxuyub öyrənəsən və onlara əməl edəsən. O padşahın sözlərinə 
və  məsləhətlərinə  əməl etmək bizə daha vacibdir, çünki biz o 
şahların nəslindənik. 
Bil, mən keçmiş  xəlifələr haqqındakı  xəbərlərdə belə 
oxumuşam ki, xəlifə  Mə'mun
44
 (Allah ona rəhmət eləsin) 
Ənuşirəvanın məzarını ziyarətə getmişdi. Onun daxmasına
45
 
çatanda gördü ki, bədəni taxt üzərində çürüyüb torpağa 
dönmüşdür. Onun taxtının üzərində, daxmanın divarında pəhləvi 
dilində qızıl su ilə yazılmış bir neçə sətir yazı var idi. Mə'mun 
əmr etdi, pəhləvi dili bilən alimləri gətirdilər, onlar hamin 
yazıları oxudular və  ərəb dilinə  tərcümə etdilər. Hamin ərəb 
tərcüməsi əcəmdə məşhurdur. 
Birinci növbədə deyilirdi: "Nə  qədər ki, mən sağ idim, 
Allahın bütün bəndələri məndən kömək alırdılar, elə bir adam 
olmamışdır ki, mənim qapıma gəlsin, mənim ne'mətimdən bir 
qismət aparmasın. Ölüm qarşısında aciz qaldığım zamanda isə 
bu sözləri divara yazdırmaqdan başqa heç bir çarə tapmadım. 
Dedim,  əgər bir adam bir vaxt məni ziyarətə  gəlsə, bu yazıları 
oxuyub yadda saxlasa, qoy o da mənim mərhəmətimdən 
məhrum olmasın, bu nəsihət və öyüdlər o adamın ayaq 
zəhmətinin mükafatı olsun". 
Bu nəsihətlər aşağıdakılardır. 
 
 
 
 
 
 
 
62 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Səkkizinci fəsil 
NUŞİRƏVAN ADİLİN NƏSİHƏTLƏRİNİN                                                  
XATIRLADILMASI HAQQINDA 
Əvvəl demişdir: "Nə  qədər ki, gecə-gündüz gəlib gedir, 
illərin dəyişilməsinə təəccüb etməyin". 
Və demişdir: "İnsanlar bir dəfə peşman olduqları  işlərdən 
nə üçün bir də peşman olsunlar?" 
Sonra demişdir: "Həyatı arzu etdiyi kimi keçməyən adam 
nə üçün özünü diri hesab edir?". 
Sonra demişdir: "Sənə pis deyəni onu sənə  xəbər 
gətirəndən daha tez bağışla!". 
Sonra demişdir: "Faydasız qulaq asan adamın başı 
başsağlığı verilən adamınkından daha çox ağrayar". 
Sonra demişdir: "Ziyan dəyənlər içərisində  ən çox ziyan 
çəkən onu hesab et ki, ziyanını gözü ilə görmüş olsun". 
Sonra demişdir: "Alınıb-satılan qulu öz qarnının qulu olan 
adamdan daha azad hesab et!". 
Sonra demişdir: "Elmi olub ağlı olmayan adama elm 
əziyyət verər". 
Sonra demişdir: "Həyatdan dərs ala bilməyən adama heç 
kəs dərs verməməlidir, çünki əməyi hədərə gedər". 
Sonra demişdir: "Nadana hər  şeyi qorumaq özünü öz 
nadanlığından qorumaqdan daha asandır". 
Bir də demişdir: "İstəyirsən xalq səni tə'rifləsin, sən də 
xalqı tə'riflə". 
Sonra demişdir: "İstəyirsən sənin xalqa sərf etdiyin əmək 
hədərə getməsin, xalqın sənə sərf etdiyi əməyi hədər etmə!". 
Sonra demişdir: "Dostunun az olmasını istəmirsənsə, kin 
saxlayan olma!". 
Sonra demişdir: "Artıq dərəcədə  kədərli olmaq 
istəmirsənsə, paxıl olma". 
Bir də demişdir: "İncidilmək istəmirsənsə, özünə  rəva 
bilmədiyini başqasına da rəva görmə". 
Sonra demişdir: "İstəyirsən ki, asudə yaşayasan, işlərini 
hadisələrin gedişinə uyğun qur". 
Sonra demişdir: "İstəmirsən ki, sənə divanə desinlər, 
tapılmayan şeyi axtarma". 
Sonra demişdir: "Həya-abırla yaşayıb dolanmaq 
nstəyirsənsə, başqalarını rüsvay etmə". 
Sonra demişdir: "Aldanmaq istəmirsənsə, görülməmiş  işi 
görülmüş hesab etmə". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
Sonra demişdir: "İstəyirsən ki, sirrinin üstü açılmasın 
başqalarının sirrini açma". 
Sonra demişdir: "Dalda ələ salınmaq istəmirsənsə,  əlin 
altında işləyənlərlə mülayim dolan". 
Sonra demişdir: "Uzun müddət peşman olmaq 
istəmirsənsə, nəfsinə tabe olma". 
Sonra demişdir: "Zirək olmaq istəyirsənsə, öz üzünü 
başqalarının aynasında gör". 
Sonra demişdir: "Qorxusuz yaşamaq istəyirsənsə, 
başqalarına yamanlıq etmə". 
Sonra demişdir: "İstəyirsən sənin qədrini bilsinlər, 
başqalarının qədrini bil". 
Sonra demişdir: "İstəyirsən sənin dediyinə  əməl etsinlər, 
özün dediyinə əməl et". 
Sonra demişdir: "İstəyirsən xalq səni ağıllı hesab etsin, ağlı 
olmayan adama sirr vermə". 
Sonra demişdir: "İstəyirsən camaatdan üstün olasan, duz-
çörək verən ol". 
Sonra demişdir: "Nə üçün o adamı düşmən saymayasan ki, 
o özünün igidliyini xalqı incitməkdə görür?". 
Sonra demişdir: "Nə üçün o adama dost deyəsən ki, o sənin 
düşmənlərinlə dostluq edir?". 
Sonra demişdir: "İste'dadsız adamla dostluq etmə
iste'dadsız adam nə dostluğa yarayar, nə düşmənliyə" 
Sonra demişdir: "Özünü alim sayan nadandan uzaq gəz". 
Sonra demişdir: "Ədalətli ol ki, ədalət məhkəməsinə  işin 
düşməsin". 
Sonra demişdir: "Haqq acı olsa da, onu dinləmək 
lazımdır". 
Sonra demişdir: "İstəyirsən düşmən sənin sirrini bilməsin, 
onu dosta demə. 
Sonra demişdir: "Xırdaçılıq edən və böyük ziyan verən 
olma". 
Sonra demişdir: "Ləyaqətsiz adamları diri hesab etmə". 
Sonra demişdir: "Sərvəti olmadan dövlətli olmaq 
istəyirsənsə, gözü tox ol". 
Sonra demişdir: "Hədərə alma ki, hədərə də satasan. 
Sonra demişdir: "Tay-tuşa möhtac olmaqdansa, ölmək 
yaxşıdır". 
Sonra demişdir: "Əclaf adamın çörəyi ilə dolanmaqdansa, 
acından ölmək yaxşıdır". 
64 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
Sonra demişdir: "Hər düşündüyünü etibarsız adama demə, 
lakin etibarlı adamdan da gizlətmə". 
Sonra demişdi: "Özündən aşağı adama möhtac olmaq 
böyük müsibətdir, suda boğulmaq alçaq adamdan kömək 
ummaqdan yaxşıdır". 
Sonra demişdir: "Bu dünya üçün çalışan təvazökar fasiq
46
 
o dünya üçün çalışan mütəkəbbir abiddən
47
 yaxşıdır". 
Sonra demişdir: "Ən nadan adam odur ki, birisi kiçiklikdən 
böyüklüyə çata, lakin ona yenə də kiçik kimi baxa". 
Sonra demişdir: "Ondan daha bədtər rüsvayçılıq olmaz ki, 
biri bilmədiyi  şeyin doğruluğunu iddia edə, sonra yalançı 
olduğu meydana çıxa". 
Sonra demişdir: "Ən aldadılmış adam ona deyərlər ki, 
nağdı nisyəyə dəyişə". 
Sonra demişdir: "Ən alçaq adam odur ki, birinin ehtiyacı 
ona düşə, imkanı ola, lakin kömək etməyə". 
Sonra demişdir: "İstəyirsən ki, ədalətlilər sırasında adın 
çəkilsin, sənə tabe olanları imkanın daxilində yaxşı saxla". 
Sonra demişdir: "İstəyirsən ki, sənin adını  nəciblər 
sırasında çəksinlər, tamahkar olma və tamahkarlığı yaxına 
buraxma". 
Sonra demişdir: "İstəyirsən qara camaat səni pisləməsin, 
onların işini tə'riflə". 
Sonra demişdir: "İstəyirsən ki, ürəklərdə özünə yurd salıb 
seviləsən və xalq səndən nifrət etməsin, xalqın xeyrinə danış". 
Sonra demişdir: "İstəyirsən ki, xalq arasında ən yaxşı və ən 
bəyənilmiş adam olasan, özünə  məsləhət bilmədiyini 
başqalarına da məsləhət görmə". 
Sonra demişdir: "İstəyirsən ki, ürəyinə heç bir məlhəmlə 
sağalmayan yaralar vurulmasın, nadan adamla höccətə girişmə". 
Sonra demişdir: "Adamların ən yaxşısı olmaq istəyirsənsə, 
heç şeyi xalqdan əsirgəmə". 
Axırda demişdir: "İstəyirsən ki, dilin uzun olsun, əlini 
gödək et". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
Nuşirəvan Adilin öyüd və  nəsihətləri bunlardan ibarətdir. 
Ey oğul, oxuyarkən, bu sözlərə xor baxma, bunlardan həm 
hikmət iyi gəlir, həm hökmdarlıq iyi, çünki bunlar həm 
həkimlərin
1
 sözüdür, həm hakimlərin. Bunların hamısını öz 
malın et. İndi nə  qədər ki, cavansan öyrən, qocalanda özün 
qulaq asmaq istəməyəcəksən. Çünki qocalar elə  şeylər bilərlər 
ki, onları cavanlar bilməzlər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                       
 
 
 
 
 
 
 
1
 * Щяким - бурада  алим,  щикмят  сащиби 
мя'насында ишлядилмишдир.-Р. С. 
66 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
 
Doqquzuncu fəsil 
QOCALIQ VƏ CAVANLIQ QAYDALARI HAQQINDA 
Ey oğul, cavan olsan da qocaağıl ol. Demirəm ki, cavanlıq 
etmə, lakin özünü ələ ala bilən cavan ol, dağınıq və ölüvay 
cavan olma, diribaş cavan yaxşı olar. Filosof Ərəstu
48
 demişdir: 
"Cavanlıq da dəliliyin bir növüdür, ona görə cavana dəliqanlı 
deyirlər". Bundan əlavə süst cavan olma, diribaşlıqdan bəla 
törəməz, amma süstlükdən törəyər. Bacardığın qədər 
cavanlıqdan istifadə et, qocaldıqda özün bacarmayacaqsan. 
Necə ki, bir qoca kişi demişdir: "Cavanlığımda yaman fikir 
çəkirdim ki, heyf, qocalığımda gözəllər məni sevməyəcəklər, 
indi qocalmışam, mən özüm onları istəmirəm"
49

 
B e y t 
Böyük tanrım, coşqun cavan çağımda  
Gecə, gündüz bu idi fikrim, sözüm:  
Qocaldıqda kim sevəcəkdir məni?  
Qocalmışam indi, sevmirəm özüm! 
 
Nə qədər cavan olsan da, izzətli və böyük Allahı unutma, 
heç vaxt ölümdən arxayın olma, çünki ölüm qocalıq və 
cavanlığa baxmır. Bu barədə Əscədi
50
 belə demişdir: 
 
Yaşla olsa idi ölüm, hər zaman  
Qocalar ölərdi, ölməzdi cavan! 
 
Bil ki, doğulan mütləq öləcəkdir. Eşitmişəm ki: 
Hekayət. Bir şəhərdə bir dərzi var idi. Bu dərzi  şəhər 
dərvazasının yanında dükan açmışdı. Qəbristanlığın yolu bu 
dükanın qabağından keçirdi. Dərzi mıxdan bir kuzə asmış  və 
adət etmişdi ki, hər cənazə şəhərin darvazasından çıxarılanda, o 
kuzənin içərisinə bir daş salsın. Ay qurtardıqda kuzənin ağzını 
açıb daşları sayar, neçə adamın öldüyünü bilərdi. Sonra kuzəni 
boşaldar və yenidən daş salmağa başlardı. Bir gün çatdı, dərzi 
özü də öldü. Bir kişi dərzini çağırmaq üçün gəldi, onun 
öldüyünü bilmirdi. Dükanı bağlı gördükdə qonşusundan 
soruşdu: "Dərzi hardadır ki, qapısı bağlıdır?". Qonşusu cavab 
verdi: "Kuzədə". 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
Ey oğul, ayıq ol, cavanlığına qürrələnmə. İstər taətdə
51 
 ol, istərsə mə'siyətdə5
2
, hər vəziyyətdə olursan ol, lakin o 
böyük yaradandan çəkin və bağışlanmanı istə, həmişə ölümdən 
qorx ki, ağır günahlarınla birlikdə  dərzi kimi qəflətən kuzəyə 
düşməyəsən.  
Həmişə cavanlarla oturub durma, hərdən bir qocalarla da 
gəlib-gedişin olsun. Dost və  aşnalarını  həm cavan və  həm 
qocalardan seç. Cavanlıq edib nalayiq bir iş görmək fikrinə 
düşsən qocalar ona mane olarlar, çünki qocaların bildiklərini 
cavanlar bilə bilməzlər. Hərçənd qocalara sataşıb gülmək 
cavanların adətidir, qocaların cavanlığa ehtiyacı olduqları üçün 
onları bu səbəbə görə  ələ salıb hörmətsizlik etmək cavanlara 
yaraşmaz.  Əgər qocalar cavanlıq arzu edirlərsə, cavanlar da, 
şübhəsiz, qocalıq arzusunda olarlar. Qocalar cavan olub, onun 
bəhrəsini də görüblər, lakin cavanların vəziyyəti daha çətindir, 
onlar bu arzuya çata da bilərlər, çatmaya da bilərlər. Diqqətlə 
baxsan, hər ikisinin bir-birinə ehtiyacı vardır. Hərçənd cavanlar 
özlərini hamıdan ağıllı, çoxbilən hesab edirlər, sən belə 
cavanlardan olma və qocalara hörmət et, onlara nalayiq sözlər 
demə, qocaların cavabı ağır olar. 
H e k a y ə t. Eşitmişəm, yüz yaşlı bir qoca varmış, beli 
bükülmüş, qəddi kaman tək  əyilmiş,  əsayə  təkyə edərək 
gəlirmiş. Bir cavan onu ələ salmaq üçün deyir: "Ey şeyx, bu 
kamanı neçəyə alıbsan, de mən də alım". Qoca deyir: "Əgər 
ömrün olsa, səbr etsən, onu sənə havayı bağışlayarlar". 
Nə  qədər ləyaqətli və iste'dadlı olsan da, yüngülbeyin 
qocalarla oturub durma, ağıllı-kamallı cavanlarla həmsöhbət 
olmaq yüngül qocalarla həmsöhbət olmaqdan yaxşıdır. Nə qədər 
cavansan cavanlıq et, qocaldın-qocalıq. Bu barədə iki beyt də 
mən demişəm: 
 
B e y t 
Dedim ört qapını, buyur otağa,  
Könlümə hakim ol, qəlbimə ağa!  
Dedi: "Get ağ saçı tutdur boyağa, 
Qocaldın, qoca ol, qoyulma lağa!" 
 
Cavanlara qocalıq yaraşmadığı kimi, qocalara da cavanlıq 
yaraşmaz. Qocalıqda cavanlıq eşqinə düşən məğlubiyyət zamanı 
qələbə  şeypuru çalana oxşar, necə ki, mən "Zöhdiyyat"
53
da 
demişəm: 
68 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
"Qoca vaxtı  eşqə düşüb cavanlığa başlamaq Məğlub ikən 
zəfər təbli çalmaq kimi bir işdir. 
Şıltaq qoca olma. Deyiblər ki, şıltaq qoca daha pis olar. 
Murdar şıltaq qocalardan özünü gözlə. Qocalığa qarşı cavanlığa 
nisbətən daha lütfkar ol! Çünki cavanın hələ qocalmaq ümidi 
var, qocanın isə ölümdən başqa bir gözləməsi yoxdur və başqa 
bir  şey gözləyə  də bilməz. Ona görə ki, sünbül ağardıqda onu 
biçməsələr özü tökülər, eləcə də meyvə dəydikdə dərilməsə özü 
düşər. Mən bu barədə demişəm: 
 
B e y t 
Əgər taxtın ayaqların ay üstünə belə qoysan,  
Süleyman
54
 tək dövlət və bəxt sahibi də əgər olsan,  
Ömrün başa çatan zaman, gərək yükü bağlayasan,  
Çünki meyvə yetişdimi ağacda saxlayanmazsan! 
 
Əli Əmirəlmö'minin də (Allah ondan razı olsun) demişdir: 
Ömr axıra yetəndə tez görünər nöqsanı, Elə ki sona çatdı, 
tərk eyləyər insanı. 
Onu da bilməlisən ki, səni həmişə olduğun kimi qalmağa 
qoymayacaqlar. Hisslərin kardan düşməyə başlayanda, görmə, 
danışma, eşitmə, qoxu bilmə, toxunma və dad bilmə qapıları 
sənin üzünə bağlananda nə  sən öz həyatından bir ləzzət 
alacaqsan, nə  də xalq sənin varlığından razı qalacaq, camaata 
yük olacaqsan. Belə yaşamaqdansa, ölmək yaxşıdır. 
Lakin elə ki qocaldın, gərək cavanlıq hoqqabazlıqlarından 
əl çəkəsən, çünki ölümə yaxın olduqca cavanlıqdan bir o qədər 
uzaqlaşırsan.  İnsanların ömrü günəş kimidir: cavanların günəşi 
şərqdə, qocalarınkı isə  qərbdə olar. Qərbdə olan günəşi isə 
batmış hesab et. Mənim dediyim kimi: 
 
B e y t 
Qocalığın əlində acizdir dünya şahı,  
Sinn altmışa çatdımı, demək yaxındır səfər.  
Gündüz namazı keçmiş, gəlmişdir əsr namazı,  
Əsr namazı getdimi, gecəninki tez gələr. 
 
Buna görə qoca cavanlıq fikrinə düşüb özünü cavan kimi 
aparmamalıdır. 
Həmişə qocalara qarşı mərhəmətli ol, çünki qocalıq elə bir 
xəstəlikdir ki, heç kəs onu yoluxmağa gəlməz, elə bir dərddir ki, 
ölümdən başqa heç bir həkim onu sağalda bilməz. Ona görə 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
qoca ölməyincə canını əziyyətdən qurtara bilməz, hər xəstəlikdə 
yaxşılaşmaq ümidi var, qocalıqdan başqa. O hər gün ağırlaşar və 
yaxşılaşmaq ümidi olmaz. Bir kitabda oxumuşam ki: "Adam 
otuz dörd yaşına qədər hər gün boyca və qüvvətcə artar, otuz 
dörddən qırx yaşa qədər olduğu kimi qalar, artıb  əksilməz 
(Günəş  də zirvəyə çatdıqda batana qədər yavaş  hərəkət edir), 
qırxdan əlliyə qədər hər il keçmiş ilə nisbətən özündə daha çox 
zəiflik hiss edər,  əllidən altmışa qədər hər ay keçmiş aylara 
nisbətən daha çox zəifləməyə başlar, altımışdan yetmişə  qədər 
hər həftə keçən həftəyə nisbətən daha çox gücdən düşər, 
yetmişdən həştada qədər hər gün özünü dünənə nisbətən daha 
dis piss edər.  Əgər həştaddan çox yaşasa, saatbasaat dərdi və 
əziyyəti artar".  
Nərdivanın pilləsi qırx olduğu kimi, ömrün də  həddi qırx 
ildir, pilləkənın kəlləsində yuxarıya yol tapa bilmədiyin üçün 
qalxdığın yolla yenə də aşağı enməyə məcbur olacaqsan. 
Hər saat dərd və əziyyətinin üstünə yeni ağrı və sancı artan 
bir adam şadlana bilərmi? 
Ey oğul, görünür, qocalıqdan sənə çox şikayət etdim. Nə 
etməli?  İnsanlar qocalıqdan çox gileylənərlər və bu heç də 
təəccüblü deyildir. Çünki qocalıq düşməndir, düşməndən isə 
şikayət edərlər. Necə ki, mən demişəm: 
 
N ə z m  
Ondan şikayət etsəm, təəccüblənmə məndən, 
O mənim duşmənimdir, giley olar düşməndən! 
 
Ey oğul, mənim  ən yaxın dostum sənsən, düşməndən isə 
şikayəti yalnız dostlara edərlər. Allah qoysa, sən də mənim kimi 
bu şikayəti öz övladının övladına edəcəksən. Bu barədə mənim 
iki beytim də vardır: 
 
B e y t 
Qocalıqdan, ah, kimə edim şikayət?  
Sənsən dərman bu dərdə, digəri yoxdur.  
Ey qoca, gəl, dərdimi söyləyim sənə,  
Cavanların bu dərddən xəbəri yoxdur. 
 
Odur ki, qocalığın iztirabını qocalardan başqa heç kəs başa 
düşməz. 
H e k a y ə t. Atamın hacibləri
55
 içərisində bir hacib var idi, 
ona Kamil hacib deyərdilər, yaşı həştadı keçmiş bir qoca idi, at 
70 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
almaq istəyirdi. Mehtər ona bir cins at gətirdi, rəngi gözəl, özü 
kök,  əliayağı düz idi. Haçib atı gördükdə  bəyəndi, 
qiymətləşdilər, lakin dişlərinə baxdıqda, qoca olduğunu bildi, 
almadı, başqa birisi aldı. Mən ona dedim: "Ey hacib, filankəs 
alan atı  sən nə üçün almadın?" Dedi: "O cavan bir adamdır, 
qocalıqdan xəbəri yoxdur, o at isə zahirən cözəldir,  əgər elə 
adam belə bir ata vurulursa, üzrlü hesab edilə bilər. Lakin 
mənim qocalıq əzab və əziyyətindən xəbərim var, qocalığın nə 
olduğunu bilirəm, qoca at alsam, bu, mənim üçün üzrlü 
sayılmaz". 
Ey oğul, çalış, qocalıqda bir yerdə özünə  məskən sal. 
Qocalıqda səfərə çıxmaq yaxşı iş deyildir, xüsusilə yoxsul üçün. 
Çünki həm qocalıq düşməndir, həm yoxsulluq. İki düşmənlə 
yola çıxmaq isə ağıllı adama yaraşmaz. Lakin əgər təsadüfən və 
ya zərurət üzündən səfərə çıxmalı olsan, Allah-taala sənə rəhm 
edib qürbətdə işini düz gətirsə, bu, bir yerdə oturub qalmaqdan 
yaxşıdır, belə halda öz doğma yurdunun havası başına vurmasın, 
harada işin düz gətiribsə, orada da özünə  məskən sal. Harada 
sənə yaxşı keçirsə, oranı da özünə  vətən hesab et. Doğrudur 
deyiblər ki, "Vətən ikinci anadır", lakin buna çox da aludə olma 
və öz işlərinin yaxşı getməsinə çalış. Deyiblər ki, "xoşbəxtləri 
xoşbəxtlik özü çəkər, bədbəxtləri isə doğma yurd". Lakin elə ki, 
işlərinin yaxşı getdiyini gördün, əlinə faydalı bir peşə keçdi, 
çalış onu əldən buraxma, özünü orada möhkəmlət. Elə ki, 
möhkəmləndin, artıq  şey tələb etmə, qorx ki, artıq  əvəzinə, 
azlığa düşməyəsən! Deyiblər: yaxşı qoyulmuş  şeyi daha yaxşı 
qoyma ki, artıq tamahlıq üzündən daha pis vəziyyətə 
salmayasan. Lakin gün keçirib dövran sürməkdə başı pozuq 
olma.  İstəyirsən dost-düşmən gözündə  qədir-qiymətin olsun, 
gərək xalq arasında əsil-nəsəbin, dərəcə və rütbən aydın olsun. 
Avara həyat keçirmə, öz yaşayışına fikir ver, ifrata varma. 
 
 
 
 
 
 
 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Onuncu fəsil 
ÖZÜNÜ İDARƏ ETMƏK VƏ YEMƏK QAYDALARI 
HAQQINDA 
Ey oğul, bil ki, adi adamların işlərində müəyyən bir qayda-
qanun, nizam-intizam olmaz, onlar bir şeyin vaxtı olub 
olmadığına fikir verməzlər. Ağıllı  və böyük adamlarda isə  hər 
işin öz vaxtı olar, gecəgündüzün iyirmi dörd saatını öz işləri 
arasında bölərlər.  İşlər bir-birinə qarışmasın deyə, onların 
hərəsinə müəyyən vaxt və  hədd-hüdud qoyarlar. Onların 
xidmətçiləri də bilər ki, nə vaxt nə ilə məşğul olmaq lazımdır ki, 
işlər öz qaydasında getsin. Hər şeydən əvvəl yemək haqqında. 
Bil ki, bazar adamlarının adəti gecə çox yeməkdir və onun 
böyük ziyanı vardır, həmişə mə'dələri qıcqırır. Hərbi adamların 
72 /
 ﻪﻣﺎﻨﺳﻮﺑﺎﻗ   .……………………………………………..
 
peşəsi elədir ki, onlar vaxta baxmazlar, harada və  nə vaxt 
tapsalar, orada da yeyərlər, bu isə heyvan adətidir, çünki harada 
ələf tapsalar, orada da yeyərlər. Böyük və  əsil-nəsəbli adamlar 
isə kecə-gündüzdə bir dəfə yeyərlər. Bu, özünü saxlamaq 
(pəhriz) qaydasıdır, lakin bu, adamı  zəiflədib qüvvətdən salar. 
Deməli, elə etmək lazımdır ki, böyük və hörmətli adam səhər 
tezdən xəlvətdə bir şey yeyib, sonra dişarı  çıxsın və günorta 
namazına qədər öz işləri ilə məşğul olsun. 
Yemək vaxtı çatdıqda kim səninlə bir yerdə çörək 
yeyəcəksə, de, onları çağırsınlar ki, gəlib səninlə birlikdə 
yesinlər. Lakin yeyərkən tələsmə, təmkinlə ye və süfrə başında,  
şəriətdə deyildiyi kimi, adamlara hədis danış, lakin başını aşağı 
sal, camaatın tikəsinə baxma. 
Hekayət. Eşitmişəm, deyirlər ki, bir dəfə Sahib Əbbad
56
 öz 
nədimləri və yaxın adamları ilə birlikdə çörək yeyirmiş. 
Oradakılardan biri kasadan bir tikə götürür, Onda tük var imiş. 
Sahib görüb deyir: "Tükü tikəndən götür". O adam tikəsini yerə 
qoyur, durub gedir. Sahib əmr edir, onu geri qaytarırlar. Sahib 
soruşur: "Filankəs, nə üçün çörəyi yeməmiş süfrədən qalxdın"? 
O addm deyir: "Tükü tikəmdə seçən bir adamın çörəyini yeməyi 
özümə layiq bilmədim". Sahib o sözdən bərk utanır. 
Lakin həmişə özünə fikir ver, bir səbrlə gözlə, sonra əmr 
et, xörək gətirsinlər, Böyük adamlarda iki adət vardır: bə'ziləri 
əvvəlcə özünün, sonra isə başqalarının kasalarının verilməsini 
əmr edər, bə'ziləri isə əksinə, əvvəlcə başqalarının, sonra isə öz 
kasasının verilməsini buyurar. Bu kəramət, o isə siyasət 
üsuludur. 
Əmr et, müxtəlif xörəklər hazırlasınlar, həm turşu olsun, 
həm şirini. Elə et ki, çox yeməyə adət etmişlər də, az yeyənlər 
də  sənin süfrəndən tox qalxsınlar.  Əgər sənin qarşında yemək 
olsa, başqasının qabağında olmasa, öz qarşında olan yeməyi ona 
göndər. Süfrə başında üzünü turşutma, qaş-qabaqlı oturma, 
xörək hazırlayıb mizi sahmana salanlarla dalaşma, demə ki, "nə 
üçün filan xörək yaxşıdır, filan yemək pis". Belə sözləri başqa 
zaman, sonra da demək olar. 
İndi ki çörək yemək şərtlərini bildin, şərab içmək üsulunu 
da bil, çünki onu da nizama salmaq üçün xüsusi qayda-qanun 
vardır. 
 
 
 
 
www.duddud.com - Elektron kitab, proqram yükləmə saytı
www.duddud.com saytından yüklənlib
1   2   3   4   5   6   7   8   9   ...   15


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə