1. Excel cədvəl prosessoru



Yüklə 0,76 Mb.
səhifə23/38
tarix29.12.2021
ölçüsü0,76 Mb.
#48949
1   ...   19   20   21   22   23   24   25   26   ...   38
UNEC 1638823694

Corel Draw vektor redaktoru - Windows mühitində vektor qrafiklərinin yaradılması və emalı sahəsində əsas paketlərdən biridir. Onun üstun cəhəti inkişaf etmiş idarə sisteminə və alətlərin parametrlərinin sazlanması üçün geniş vasitələrə malik olmasıdır. Ən mürəkkəb bədii kompozisiyaların yaradılması imkanlarına görə Corel Draw bütün öz rəqiblərini geridə qoyur, lakin öyrənmək üçün bu proqramın interfeysi çox mürəkkəbdir.

Adobe Stream Line paketi – Cizgilərin emalı sahəsində daha güclü paketlərin olmasına baxmayaraq, öz proqramlar sinfində о qabaqcıl yer tutur. Stream Line paketi vektorlaşmaq üçün parametrləri daha dəqiq sazlamaq imkanı verir ki, bu da lazımi dəqiqlik alınmasına kömək edir. Veklorlaşma prinsipi cizgiləri, ağ-qara rəsmləri və kölgəsiz digər sadə qrafikləri çevirmək üçün çox rahatdır. Yarımləkəli və rəngli təsvirlər bir qədər pis emal olunur və nəticədə onlar üzərində əlavə olaraq daha çox işləməyi tələb edir.

Vektor redaktorları təsvirlərin yaradılması üçün çox rahat olmasına baxmayaraq, hazır rəsmlərin emalı üçün bu redaktordan istifadə edilir. Bu cür redaktorlar çox vaxt reklam biznesində geniş tətbiq edilir. Bundan əlаvə, poliqrafik nəşrlərin üz qabığının tərtibatında və ən nəhayət, bədii iş üslubu cizgi üslubuna yaxın olan bütün yerlərdə bu redaktordan geniş istifadə edilir.




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin