1. Excel cədvəl prosessoru


Excel pəncərəsinin elementləri



Yüklə 0,76 Mb.
səhifə31/38
tarix29.12.2021
ölçüsü0,76 Mb.
#48949
1   ...   27   28   29   30   31   32   33   34   ...   38
UNEC 1638823694

3.5. Excel pəncərəsinin elementləri
Excel pəncərəsinin görünüşü MS Office paketinin digər proqramları ilə oxşardır. Pəncərə başlıq (Title bar\Заголовок), menyu sətri, alətlər paneli, düstur sətri (Formula bar\Строка формул), işçi sahəsindən, vəziyyət sətrindən (Status bar\Строка состояния) ibarətdir. İşçi sahəsinin solunda və aşağı hissəsində sürüşdürmə panelləri yerləşir.

Alətlər Paneli – sənədin yaranmasına, redaktəsinə və formatlaşdırılmasına xidmət edən nişanlardan ibarətdir. İşçi sahəsi – ekranın bütün işi yerinə yetirdiyiniz və nəticə əldə etdiyiniz hissəsidir. Marker – sizin işləyəcəyiniz xananı göstərir. Sürüşdürmə panelləri – sənədin hal-hazırda görünməyən hissələrinə çatmağa imkan verir. Vəziyyət sətri – işçi sahənin vəziyyəti haqqında məlumat verir. Excel-də düstur sətri xananın məzmununu xanada yazıldığı şəkildə - tərtibatsız göstərir. Məsələn: xanaya düstur yazılıbsa, xanada nəticə, xananın üzərində duranda düstur sətrində isə düsturun özü görünəcəkdir; xanaya 3,45 ədədi yazılıb və tam ədəd formatı tətbiq edilibsə, xanada 4, xananın üzərində duranda düstur sətrində isə 3,45 görünəcəkdir.

Pəncərəni idarəetmə düymələri:



Minimize (Свернуть) – pəncərəni Tapşırıq panelində nişan şəklində yığır.

Reset (Восстановить) – pəncərəni ilkin ölçülərini bərpa edir.

Maximize (Развернуть) – pəncərəni ekran boyu açır.

Close (Закрыть) – işçi pəncərəni bağlayır.



Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin