1. Excel cədvəl prosessoru


EXCEL-DƏ HESABLAMA ƏMƏLİYYATLARI



Yüklə 0,76 Mb.
səhifə38/38
tarix29.12.2021
ölçüsü0,76 Mb.
#48949
1   ...   30   31   32   33   34   35   36   37   38
UNEC 1638823694

5. EXCEL-DƏ HESABLAMA ƏMƏLİYYATLARI

5.1. Excel-də ünvan anlayışı
Excel-in hər bir işçi vərəqi 256 sütun və 65536 sətirdən ibarətdir. Sütunların adları latın hərfləri ilə (“A”-dan “IV”- yə qədər: «A» hərfi ilə başlayır və sonra hərflərin kombinasiyalarından istifadə edilir. Məsələn: AA, AB və s.), sətirlərin adları isə ədədlərlə (1-dən 65536-ya qədər) adlandırılır. Sütun və sətrin kəsişməsində xana yerləşir. Məlumat vərəqdəki ayrı-ayrı xanalarda yerləşdirilir, hər bir xananın “ünvan” adlanan unikal koordinatları vardır. Məsələn, AF sütunu ilə 10 sətrinin kəsişməsində duran xana AF10 ünvanına malikdir. «AF10» şəklində yazılmış ünvan nisbi ünvan adlanır. Xananın ünvanından düsturlarda istifadə edilir. Nisbi ünvanlara istinad edən düsturların surətini çıxararkən və ya bir yerdən digər yerə köçürərkən düsturda istifadə olunan nisbi ünvanlar yazılma qanunauyğunluğuna uyğun olaraq dəyişir, yəni düsturların surətini sütun üzrə çıxararkən xanaların ünvanlarında sətirlərin adları, surətini sətir üzrəçıxararkən isə xanaların ünvanlarında sütunların adları dəyişir. Bəzən düsturda olan xananın ünvanı dəyişilməz qalmalıdır. Onda Excel-də mütləq ünvan anlayışından istifadə olunur. Ünvanlara istinad edən düsturlarda «$AF$10» şəklində yazılmış ünvana mütləq ünvan deyilir. Ünvan qarışıq da ola bilər. Məsələn: $AF10 – sütunun koordinatı mütləqdir; AF$10 – sətrin koordinatı mütləqdir. Mütləq və ya qarışıq ünvan anlayışları düsturun surətini çıxararkən aktual olur. Düsturların surətini çıxararkən mütləq ünvanlar dəyişilməz qalır. Excel-in bir çox əlavələrində ( diaqram, xəritə və s.), funksiyalarında ünvan əsasən avtomatik olaraq mütləq şəkildə yazılır.





A

B

C

1










2




= A$2

=B$2

3




=A$2

=B$2








A

B

C




1













2




= A2

=B2




3




=A3

=B3

































































A

B

C

1










2




= A2

=B2

3




= A3

=B3






A

B

C

1










2




= $A2

=$A2

3




= $A3

=$A3


B2 xanasındakı düsturun surətinin

çıxarılma istiqamətini göstərir




5.2. Hesabi əməliyyatlar, düsturların yazılması
Xanalara verilənlər daxil edilən zaman hesablama əməliyyatları avtomatik olaraq icra edilir.

Excel – elektron cədvəlində bütün hesabi əməliyyatlar və onların yerinə yetirilmə ardıcıllığı ənənəvi qaydadadır.

Hesabi və məntiqi əməliyyatlar:

+ - toplama ^ - qüvvətə yüksəltmə

- - çıxma = - mənimsəmə

* - vurma OR - və ya

/ - bölmə AND - və
Əməliyyatların ardıcıllığı riyazi qanunlarla gedir, yəni üstünlük qüvvətə yüksəltməyə, mötərizəyə, sonra vurma, bölmə, toplama, çıxmaya verilir. Düsturların yazılışı «=, -, +» işarələrindən biri ilə başlamalıdır. İstifadəçilər düsturların yazılışını əsasən “=” mənimsəmə əməliyyatı ilə başlayırlar. Düsturlarda sabitlərdən (ədədlərdən), xanaların ünvanlarından, funksiyalardan, hesabi əməliyyatlardan, mötərizələrdən istifadə edilə bilər.

M əsələn:

-5+17 5+17

=A7+B9*14 A17+B9*14

=(130+59)*C4 (130+59)*C4 düstur

=D6 bunlar D6 deyildir,

-A15+B4-92 hamısı A15+B4-92 çünki öndə

-E12 düsturdur E12 «=,-,+»

+25-F14 25-F14 işarələrindən

=$K$2+$M$12*(A7-B7) $K$2+$M$12*(A7-B7) biri



=($F3*$E3)*18% ($F3*$E3)*18% yazılmayıb

5.3. Düsturların yazılışında qarşıya çıxan səhvlər


  1. Xanaya düstur yazıldıqdan sonra nəticə əvəzinə xanada “#Name\#Имя” yazılır, bu o deməkdir ki, düsturda verilənin adı (xananın ünvanı) düz yazılmayıb.

  2. Əgər düsturun nəticəsi «Div/0\Дел/0» (sıfra bölmə) olarsa, bu o deməkdir ki, düsturda bölən 0-a bərabərdir (bölən kimi göstərilən ünvan boşdur və ya 0-a bərabərdir)

  3. Əgər düsturun nəticəsi «###» - kimi görünürsə, bu o deməkdir ki, alınan nəticə xanaya yerləşmir, sütunun eni böyüdülməlidir.

  4. Əgər düsturun nəticəsi «#Value\#Знач» olarsa, bu o deməkdir ki, düsturda istifadə olunan verilənlər eyni tipli deyillər (yəni ədəd və mətn; göstərilən ünvanda mətn yerləşib və s.)


5.4. Excel-də funksiyalar və onlarla iş
Eletron cədvəldə hesablamalar zamanı tez-tez təkrarlanan, bəzi qanunauyğluqların yadda saxlanılmasını tələb edən, yazılışına görə mürəkkəb düsturlar yazmaq lazım gəlir. Bu iş çox vaxt aparır, yorucu və bezdirici olur. Hazır düsturlardan istifadə etmək daha asandır. Hazır düsturlara funksiyalar deyilir. Excel-də müxtəlif əməliyyatlara aid 300 hazır funksiya vardır. Bu funksiyalar bir çox sahələri əhatə edir: riyazi, iqtisadi, statistik və s. Məsələn: SUM, AVERAGE, COUNT, MAX, MİN, ABC, TAN, SİN, COS və s.

Excel-də standart iqtisadi funksiyalar çoxdur, ancaq onların əksəriyyəti məhz ABŞ qanunvericilik bazasına əsaslandığından bizim ölkəmizdə istifadəyə yaramır.

Bu funksiyaları həm müstəqil, həm istifadəçinin yazdığı düsturda, həm də digər funksiyalara əlavə etməklə işlətmək olar. Funksiyanı həm funksiyalar siyahısından seçməklə, həm də sintaksisini bildikdə klaviaturada yığmaqla tətbiq etmək olar. İstifadəçi özünə lazım olan funksiyanı VBasic dilində makros şəklində yazıb, funksiyalar siyahısına əlavə də edə bilər.
Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin