1. Excel cədvəl prosessoru



Yüklə 0,76 Mb.
səhifə36/38
tarix29.12.2021
ölçüsü0,76 Mb.
#48949
1   ...   30   31   32   33   34   35   36   37   38
UNEC 1638823694

4.3. Ədədi verilənlərlə iş
Excel-in əsas təyinatı hesablama aparmaqdır, deməli, o, ədədi verilənlərlə işləyir. Ədədi verilənlərin tiplərinin müxtəlifliyi hesablama imkanlarını və dəqiqliyini daha da çoxaldır.

Ədədi verilənlər bir neçə qrupa bölünürlər:



1. Tam ədədlər, məsələn: 8; 15;

2. Onluq ədədlər, məsələn: 7,5; 15,35;

Ədədi verilənləri redaktə etmək: təmizləmək, düzəliş vermək, surətini çıxarmaq; formatlaşdırmaq: xanaya bucaq altında şaquli və ya üfüqi yerləşdirmək, rəngini dəyişmək, onluq nöqtədən sonra rəqəmlərin sayını təyin etmək mümkündür.

Ədədi verilənlərin bir neçə ədədi təsvir formatları vardır:


  • Tam ədəd şəklində (Integer\Целый);

  • Onluq ədəd şəklində (Decimal\Десятичный);

  • Pul vahidi ilə (Currency\Денежный);

  • Faiz şəklində (Percentage\Процентный) və s.

Ədədi bir təsvir formatından asanlıqla digərinə keçirmək olar. Excel-də verilənin yığılma forması əslində WINDOWS-un Regional Settings bölməsindəki hansı ölkə standartlarının seçilməsindən asılıdır, yəni ABŞ standartıdırsa, onluq ədəd «.», pul vahidi «$» ilə; Rusiya standartında onluq ədəd «,»; pul vahidi «rub», Azərbaycanın pul vahidi «man.» ilə və s. ifadə olunar.


Format

Nəticə

tam

1

onluq

1,18

faiz

118%
Xanaya ədədi verilən formatlaşdırılmamış xananın sağ sərhəddindən yazılır. Ədədi verilənlər üzərində riyazi əməliyyatlar aparmaq mümkündür: onların yerləşdiyi xanaların ünvanları, ədədlər (sabitlər) özləri düsturlarda istifadə edilə bilərlər. Ədədi verilənlər funksiyalarda da istifadə edilirlər. Düsturlarda istifadə edilən ədədi verilənlər (dəyişənlər və sabitlər) müxtəlif tipli ola bilər, ancaq nəticə xanaya təyin edilmiş və ya xana üçün qəbul olunmuş formatda veriləcəkdir. Məsələn, tutaq ki, xanaya «=59*2%» düsturunu yazmışıq. Burada müxtəlif tip ədədi verilənlərdən istifadə edilib: tam və faiz şəkilli ədədlərdən. Xanaya tətbiq edilən formatdan asılı olaraq nəticə cədvəldəki kimi ola bilər:

Ədədin təsvir formatını dəyişdikdə xananın məzmunu dəyişmir, görünüş dəyişir. Məsələn: xanaya 3,5 yazdıqda və tam ədəd formatı daxil etdikdə xanada 4 görünür, lakin düstur sətrində və ya redaktə rejimində 3,5 qalır; xanaya tam format verilibsə, hesablamanın nəticəsi tam ədəd kimi görünəcək, lakin bu nəticədən başqa düsturda istifadə etdikdə, onluq ədəd dəqiqliyi ilə hesablanacaq. Məsələn: nəticə 3,48 olmalıdır, 4 göstərir, lakin digər hesablamalarda 3,48 kimi iştirak edir.


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin