1. Excel cədvəl prosessoru


Elektron cədvəlin əsas anlayışları



Yüklə 0,76 Mb.
səhifə2/38
tarix29.12.2021
ölçüsü0,76 Mb.
#48949
1   2   3   4   5   6   7   8   9   ...   38
UNEC 1638823694

1.1. Elektron cədvəlin əsas anlayışları

Excel ilə işləyərkən aşağıdakı element və anlayışlardan istifadə olunur.

Excel-in əsas sənədi işçi kitabdır. Bu sənəd genişlənməsi .xls olan fayl şəklində yadda saxlanılır. Işçi kitabı yaratdıqda və ya açdıqda о ayrıca bir рəncərə şəklində (şək. 9.5) təsvir olunur. Нər bir kitab işçi vərəqlərdən təşkil olunur.

Vərəqə cədvəl, diaqram və makrosların yaradılması və yadda saxlanılması üçün nəzərdə tutulub. Нər bir vərəqə sətir və sütunlardan təşkil olunur. Sətirlər 1, 2, 3,……. və sütunlar A, B, C,…….. kimi işarələnir. Excel-də verilənlərin təsvir formalarından asılı olaraq vərəqlərin aşağıdakı tipləri mövcuddur:



  • cədvəllərin yaradılması və emalı üçün cədvəl vərəqi;

  • diaqramların yerləşməsi üçün nəzərdə tutulan diaqram vərəqi:

  • cədvəllərin emalı prosesini avtomatlaşdıran makroəmrlərin saxlanması üçün makroslar vərəqi. Excel kitabdakı vərəqlərin sayını artırıb və azaltmağa imkan verir. Bir qayda olaraq bir vərəqdə bir cədvəl yaradılır.

Xana verilənləri işçi vərəqin daxilində yerləşdirmək üçün ən kiçik struktur vahididir. Нər bir xana verilənləri mətn, ədədi qiymət, düstur və ya formatlaşdırma parametrləri şəklində saxlayır. Verilənlərin daxil edilməsi ilə Excel verilənlərin tipini müəyyən edir və bunlarla bağlı əməliyyatlar siyahısını təyin edir. Xanalar öz tərkibinə görə ilkin asılı olmaqla iki hissəyə bölünür. Asılı xanalarda düsturlar yazılır ki, bunlar da cədvəlin digər xanalarına istinad edir. Asılı xanaların qiymətləri cədvəlin ilkin xanalarının tərkibindən təyin olunur. Göstəricinin köməyi ilə seçilən xana aktiv və ya cari xana adlanır. Cədvəldəki hər hansı bir xananın hündür­lüyünü və ya enini dəyişmək üçün, buna uyğun sətrin hündürlüyünü və ya sütunun enini dəyişmək lazımdır.


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin