1. Excel cədvəl prosessoru



Yüklə 0,76 Mb.
səhifə9/38
tarix29.12.2021
ölçüsü0,76 Mb.
#48949
1   ...   5   6   7   8   9   10   11   12   ...   38
UNEC 1638823694

Безопасность (Securite) vərəqindəki parametrlər cari kitab faylının şifrələməsi, kitaba ümumi müraciət və makrosların təhlükəsizliyi üçün parametrləri təyin edir.

Орфография (Spelling) orfoqrafiyanın yoxlanılmasını və müxtəlif dillərin tənzimlənməsini həyata keçirir.

Параметры (Options) dialoq pəncərəsinin vərəqlərində seçilən bütün parametrlərin qiyməti yadda saxlanılır və susmaya görə cədvəl prosessoru onlardan növbəti dəyişiklik aparılanadək istifadə edir.



1.3. Işçi kitabın yaradılması, saxlanılması və açılması

Yeni işçi kitabın yaradılması yeni sənəd faylının yaradılması ilə eyni­dir. Yeni işçi kitab Файл (File) menyusunun Создать (New) əmrinin köməyi ilə və ya alətlər panelindəki Создать Книгу (New Workbook) düyməsini sıxmaqla mümkündür. Burada birinci halda şablondan istifadə mümkündürsə, ikinci halda buna imkan yoxdur.

Создать Книгу (New Workbook) düyməsi sıxılarsa Excel Лист I ÷ ЛистN (Sheet 1 ÷ SheetN) təmiz vərəqələri olan Книга 1 (Book l) adlı işçi kitab açır. Burada N Параметры (Options) dialoq pəncərəsinin Общие (General) vərəqində Листов в новой книге (Sheets in New Workbook) parametrinin qiymətindən seçilir.

Ф айл (File) menyusunun Создать... (New...) əmrinin yerinə yetirilməsi ilə ekranda bir neçə vərəqəli Создание документа (New) dialoq pəncərəsi görünür. Əgər Общие (General) vərəqində Книга (Workbook) elementi seçilərsə, bu əvvəlki üsul ilə eynidir. Excel-də olan şablonların birindən istifadə etmək üçün Шаблоны dialoq pəncərəsinin Решения (şək.3) vərəqi seçilir və lazım olan şablonun adı göstərilir.


Şəkil 3. Şablonların seçilməsi üçün "Решения" vərəqi
Vərəqə verilənlərlə dolduqdan sonra işçi kitab faylda yadda saxlanılmalıdır. Kitabın yadda saxlanılması ya Файл (File) menyusunun Сохранить (Save) və ya Сохранить как...(Save As ...) əmrinin yerinə yetirilməsi ilə, ya da alətlər panelindəki Сохранить (Save) düyməsini sıxmaqla həyata keçirilir. Bu zaman ekranda Сохранение документа (Save As) (şək.4) dialoq pəncərəsi görünür. Pəncərənin Имя файла (File) sahəsinə yeni kitabın adı yazılır. Bu zaman fayl yazılan qovluqda seçilə bilər.

Pəncərənin Параметры (Options) düyməsinin sıxılması ilə Параметры Сохранения (Save Options) dialoq pəncərəsi açılır. Yadda saxlanılan faylın parametrlərini vermək üçün pəncərədə aşağıdakı bayraq və sahələr mövcuddur:



  • Всегда создавать резервную копию (Always Create Backup) bayrağının təyini ilə, hər dəfə yadda saxlanılan faylın əvvəlki versiyası eyni adda, genişlənməsi isə .bak olan faylda saxlanılır.

  • Пароль для открытия файла (Protection Password) sahəsi işçi kita­bın parolla açılmasına imkan verir.

  • Пароль разрешения записи (Write Reservation Password) sahəsindəki parolu göstərmədən işçi kitabda hər hansı dəyişiklik mümkün deyil.

  • Əgər Рекомендовать доступ только для чтения (Read Only Recomended) bayrağı qeyd olunarsa, həm eyni adda, həm də digər adda fayl yadda saxlandıqda, parol göstərilməlidir.




Şəkil 4. Сохранение документа (Save As) dialoq pəncərəsi

Excel-in işçi kitabının açılması alətlər panelinin Открыть (Open) düyməsinin və ya Файл (File) menyusunun Открыть (Open...) əmrinin köməyi ilə baş verir. Qeyd edək ki, Файл (File) menyusuna Excel ilə işdə əvvəlki seanslarda sonuncu açılan dörd faylın adı daxil olur ki, bu siyahıdan istənilən işçi kitab faylını seçmək olar.

Əgər açılan kitabdakı dəyişiklikdən sonra fayl yeni adla yadda saxlanlarsa, onda Сохранить как (Save As) əmri yerinə yetirilir. Bu zaman Сохранение документа (Save As) dialoq pəncərəsi açılır. Digər hallarda Сохранить (Save) əmrindən və ya düyməsindən istifadə olunur ki, bu zaman Сохранение документа (Save As) dialoq pəncərəsi açılır.


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin