AĞirliq qüVVƏsi sahəSİNDƏn neft-qazliliqla əlaqəLƏNDİRİLƏn lokal anomaliyalarin ayrilmasi metodikasi



Yüklə 49.27 Kb.
Pdf просмотр
tarix28.04.2017
ölçüsü49.27 Kb.

AĞIRLIQ QÜVVƏSI SAHƏSİNDƏN NEFT-QAZLILIQLA ƏLAQƏLƏNDİRİLƏN  

LOKAL ANOMALİYALARIN AYRILMASI METODİKASI  

 

V.Q.Qədirov 

 

Geofizika ETİ, 

 Az.1012, Bakı, Moskva pr., 73 

 

Məqalədə  ağırlıq  qüvvəsi  sahəsindən  neft-qazlılıqla  əlaqələndirilən  lokal  qravitasiya 



minimumlarının ayrılması məsələsinə baxılır. Göstərilir ki, ağırlıq qüvvəsi potensialının 3-cü 

tərtib törəməsi heç də həmişə birmənalı nəticələr vermir, qırılmalar üzərində də minimumlar 

müşahidə  edilir.  Neft-qazlılıqla  əlaqələndirilən  lokal  minimumları  müəyyənləşdirmək  üçün 

əvvəlcə  regional  fon  vasitəsilə  müşahidə  əyrisindən  lokal  maksimumların  ayrılması,  sonra 

horizontal  qradiyentlərdən  istifadə  edərək  maksimumun  bərpa  edilməsi  təklif  olunur.  Bu 

zaman  bərpa  edilmiş  əyri  ilə  lokal  maksimumun  əyrisi  arasında  yaranan  fərq  neftlilik-

qazlılıqla əlaqələndirilən lokal minimumu əks etdirəcəkdir.  

 

Neft-qaz  yataqlarının  hesablanmış  qravitasiya  effektləri  zəif  olduğundan,  yataqla  əlaqədar  olan 



anomaliyaları müəyyənləşdirmək üçün xüsusi interpretasiya üsullarından istifadə edilir. Ağırlıq qüvvəsi 

potensialının  3-cü  tərtib  törəmələrinin  (W

zzz

)  hesablanması,  tam  normallaşdırılmış  qradiyent,  “qrad”, 



ağırlıq  qüvvəsinin  aşağı  yarımfəzaya  davam  etdirilməsi,  hamarlama  və  s.  üsullar  buna  misal  ola  bilər 

[Берёзкин и др., 1978; Гравиразведка. Спр., 1990]. 

Neft-qaz  yataqlarının  proqnozlaşdırılmasında  daha  geniş  istifadə  edilən  potensialının  3-cü  tərtib 

törəməsi (W

zzz

) minimumlarının neftlilik-qazlılıq konturuna uyğun gəldiyi, eyni zamanda, bu kəmiyyətin 



təsadüfi  səhvlərə  və  digər  amillərlə  bağlı  olan  anomaliyalara  (məsələn,  kəsilişin  üst  hissəsindəki  qeyri-

bircinslilik) qarşı çox həssas olduğu bildirilir. Digər tərəfdən, hesablama zamanı profillərin kənarlarında 

böyük  hissələr  geoloji  interpretasiyadan  kənarda  qalır.  Alınmış  W

zzz


  əyrisinin  özü  Δg  əyrisindən  daha 

mürəkkəb alınır ki, kəmiyyət interpretasiyası üçün ondan istifadə etmək olmur [Берёзкин и др., 1978].  

Orta  Kür  çökəkliyində  alınmış  qravimetrik  məlumatların  interpretasiyası  zamanı  məlum  olmuşdur 

ki,  potensialın  üçüncü  tərtib  törəməsi  (W

zzz

)  struktur  quruluşa  qarşı  da  həddindən  artıq  həssasdır. 



Differensasiya  parçası  2L=4  km,  bu  parça  daxilində  istifadə  olunan  nöqtələrin  sayı  M=9  olan  düstur 

əsasında  [Берёзкин  и  др.,  1978]  Muradxanlı  sahəsində  işlənilmiş  03-05  saylı  profil  üzrə  əldə  edilmiş 

Buge anomaliyası W

zzz


-ə transformasiya edilmişdir (şəkil 1).  

 

Şəkil 1. Ağırlıq qüvvəsi potensialının üçüncü tərtib törəməsi (W

zzz

) vasitəsilə lokal 



anomaliyanın ayrılması (Muradxanlı sahəsi,  pr. 03-05; pr.01-81). 

 

1 – müşahidə olunmuş Δg



B

 əyrisi; 2 – interpolyasiya düyün nöqtələri; 

3 – regional fon; 4 – axtarış-kəşfiyyat quyuları; 5 - W

zzz


 əyrisi. 

 

Bu  profildə  təxminən  90-95-ci  piketlər  arasında,  seysmik  və  qravimetrik  kəşfiyyatla  Mezozoy 



çöküntülərinin  səthinə  uyğun  gələn,  amplitudu  300-400  m  olan  qırılma  qeyd  olunur.  W

zzz


  əyrisində  bu 

zonada  dərin  minimum  alınır  ki,  bunu  heç  cür  neftlilik-qazlılıqla  əlaqələndirmək  olmaz.  Qırılmanın 

cənub-şərq  qanadında  qazılmış  21  saylı  quyu  W

zzz 


-in  dərin  minimum  zonasına  düşdüyü  halda  burada 

neftlilik müəyyənləşdirilməmişdir. 55 və 98 saylı quyular isə neft verdiyi halda W

zzz 

-in minimumu ilə əks 



olunmamışdır. 

Muradxanlı sahəsində təxminən 194, 77, 45, 213, 64, 58, 61, 13 saylı quyulardan keçən, qərb-şərq 

istiqamətli  01-81  saylı  digər  profil  üzrə  hesablanmış  W

zzz


  əyrisində  periodik  olaraq  maksimum  və 

minimumlar müşahidə edilir (şəkil 1). Yüksək debitlə neft vermiş 58 saylı quyu W

zzz 

 əyrisinin minimum 



zonasına düşsə də, neft vermiş 45, 77, 213, 61 saylı quyular maksimum zonasına təsadüf edir. 13 saylı 

quyu  rayonunda  W

zzz

  əyrisində  nəzərə  çarpacaq  minimum  ayrılsa  da,  quyu  məhsuldar  deyildir.  Bu 



rayonda  seysmik  kəşfiyyat  və  quyu  məlumatları  ilə  qırılmanın  olduğu  müəyyənləşdirilmişdir.  W

zzz


 

minimumu da göründüyü kimi, qırılma zonasına təsadüf etmişdir. 

Bu  misallar  neft-qaz  yataqlarının axtarışında ağırlıq  qüvvəsi  potensialının 3-cü  tərtib törəmələrinin 

birmənalı  nəticələr  vermədiyini  göstərir.  Potensial  sahə  sakit  xarakterlı  olduqda,  anomaliya  yaradan 

kütlələrin  sayının  az  olduğu  şəraitdə,  qravitasiya  yaradan  horizontun  qırılmalarla  mürəkkəbləşmədiyi 

sahələrdə W

zzz

 effektli ola bilər. Lakin, geoloji mühit olduqca mürəkkəb və rəngarəngdir. 



Ağırlıq  qüvvəsinin    aşağı  yarımfəzaya  davam  etdirilməsi 



)

,

(



z

x

g

,  tam  normallaşdırılmış 



qradiyent 



)

,

(



z

x

G

N

 üsullarında da bir çox çatışmazlıqlar meydana çıxır ki, bu da neft-qaz məsələsinin 

birmənalı həllinə imkan vermir [Берёзкин и др., 1978]. 

Azərbaycanın  müxtəlif  neftli-qazlı  sahələrində  aparılmış  qravi-maqnit  kəşfiyyatının  nəticələri 

göstərir ki, xüsusi yanaşma ilə məlum neft-qaz yataqları üzərində xarakterik lokal qravitasiya, eləcə də, 

maqnit  anomaliyalarını  ayırmaq  mümkündür  [Амирасланов,  1998;  Гадиров,  1991,  2009;  Мамедов, 

1984; Gadirov, 1994]. Bunun üçün ilk növbədə müşahidə əyrisinin minimum qiymətlərindən keçməklə 

düyün  nöqtələrini  seçmək,  Laqranj  interpretasiya  çoxhədlisindən  istifadə  edərək,  həmin  nöqtələrdən 

keçən  approksimasiya  əyrisini  (regional  fonu)  qurmaq  lazımdır.  İndiki  halda  fərdi  kompüterdəki 

approksimasiya  proqramlarından  istifadə  etmək  daha  əlverişlidir.  Sonra  ağırlıq  qüvvəsi  sahəsindən 

ayrılmış  lokal  maksimumlar  onların  kənar  hissələrindəki  qradiyent  üzrə  (ağırlıq  qüvvəsinin  horizontal 

qradiyentlərinin dəyişmələri üzrə) bərpa edilir. Bu zaman, müşahidə və bərpa edilmiş sahə arasındakı fərq 

neft-qazlılıqla  əlaqələndirilən  xarakterik  lokal  qravi-maqnit  anomaliyanı  (yataq  tipli  anomaliya  -  YTA) 

əks etdirir.  

Qeyd edək ki, ağırlıq qüvvəsi sahəsi əyrisinin müəyyən istiqamətlər üzrə bərpa olunması hələ 1967-

ci ildə L.D.Nemtsov tərəfindən təklif edilmişdir. Lakin, bu yanaşmanın riyazi əsasları zəif işləndiyindən, 

interpolyasiya  düyün  nöqtələrinin  sayı  və  seçilmə  xüsusiyyəti  dəqiqləşdirilmədiyindən  geniş  tətbiqini 

tapmamışdır [Берёзкин и др, 1978].  

Tümen, Özbəkistan, Dnepr-Donetsk çökəkliyi, Belorusiya, Krım, Volqa boyu sahələrində aparılmış 

qravimetrik  kəşfiyyat  işlərinin  nəticələri  göstərmişdir  ki,  geoloji  kəsilişdəki  strukturların  konturları 

müsbət qravitasiya anomaliyalarının konturları ilə, neft-qaz yatağının konturları isə lokal minimumların 

konturları  ilə  üst-üstə  düşür.  Müxtəlif  ərazilərdə  müşahidə  edilən  bu  əlamətlər  onun  təsadüfdən 

yaranmadığını  göstərir  [Михайлов,  1982].  Beləliklə,  ağırlıq  qüvvəsi  sahəsinin  mikrostrukturlarının 

analizi  əsasında  neft-qaz  yataqlarının  qravitasiya  sahəsində  əks  olunmasının  aşağıda  göstərilən  bir  çox 

qanunauyğunluqları aşkar edilmişdir: 

- bütün növ karbohidrogen (KH) yataqları ağırlıq qüvvəsi sahəsində xarakterik lokal minimumlarla 

səciyyələnir. Lokal minimumlar qanadlarda kəskin qradiyentə malik olur və profildən profilə izlənilir; 

- lokal minimumların amplitudu 0,1-0,3 mQal və daha çox olur; 

-  praktiki  olaraq  KH  yatağının  qravitasiya  sahəsində  əks  olunması  geoloji  quruluşun 

mürəkkəbliyindən, tələnin tipindən, yatağın dərinliyindən asılı deyil; 

-  horizontal  qradiyentlərin  kəskin  dəyişmə  zonalarından  istifadə  etməklə  ayrılmış  lokal  minimum 

konturları əksər hallarda neft-qaz yatağının konturlarına uyğun gəlir və s. [Гравиразведка. Cпр., 1990].  

Neft-qaz  yataqlarının  kənarlarında  (su-neft,  su-qaz  kontakt  zonaları)  müşahidə  edilən  anomal 

dəyişmələrin  (məsələn,  qravitasiya  sahəsində  qradiyentin  dəyişməsi)  təbiətinə  gəldikdə,  onlar  yataqdan 

kənar, bəzən yer səthinə qədər gəlib çatan  tektonik gərginlik və deformasiya amilləri ilə əlaqələndirilir. 

Yataq  ətrafındakı  belə  subvertikal  qeyri-bircins  zonalar  qravitasiya  sahəsinin  kəskin  dəyişmələri,  qra-

diyentin  dispersiyasının  anomal  qiymətləri  ilə  səciyyələnir  [Михайлов,  1982;  Gadirov,  1994]. 

Azərbaycanın müxtəlif neftli-qazlı rayonlarında aparılmış qravimetrik tədqiqatlar da məlum qalxımlar və 

neft-qaz  yataqları  üzərində  ağırlıq  qüvvəsi  anomaliyalarının  müşahidə  edildiyini  və  anomaliyaların 

konturlarının  goloji  obyektlərin  konturlarına  uyğun  gəldiyini  göstərir  [Амирасланов,  1998;  Гадиров, 

1991, 2009; Мамедов, 1984; Gadirov, 1994]. 

Göstərilən bu faktlara baxmayaraq, neft-qazlılıqla əlaqələndirilən lokal qravitasiya minimumlarının 

ayrılması məsələsi əhəmiyyətli olduğu qədər də mürəkkəbdir. Bu, müşahidə edilmiş Buge anomaliyasının 

mürəkkəb  xarakterə  malik  olması,  eyni  formalı  anomaliyaların  müxtəlif  geoloji  amillərdən  yarana 

bilməsi, tətbiq olunan alqoritm və metodların bu tipli məsələlərə dayanaqsız olması, neft-qaz yığımlarını 

əks  etdirən  anomaliyaların  diaqnostik  əlamətlərinin  müəyyənləşdirilməməsi,  çöl  metodikasındakı 

çatışmazlıqlar və digər səbəblərlə əlaqədardır. 

Müşahidə  edilmiş  ağırlıq  qüvvəsi  əyrisindən  (sahəsindən)  neft-qazlılıqla  əlaqələndirilən  xarakterik 

lokal  minimumu  (YTA)  etibarlı  ayırmaq  üçün  çöl  işlərindən  başlayaraq,  emal  və  interpretasiya  işləri 

müəyyən ardıcıllıqla və dəqiqliklə həyata keçirilməlidir [Гадиров, 2009; Qədirov, 2010]. Struktur quru-

luşla  əlaqələndirilən  lokal  maksimumlar  qravitasiya  sahəsindən    regional    fon    vasitəsilə    ayrılandan  

sonra, onun qanadlarında seçilmiş nöqtələrdən istifadə etməklə maksimumlar bərpa  edilir. Bərpa edilmiş 

əyri ilə lokal maksimum  əyrisi arasında yaranan fərq isə neft-qazlılıqla  əlaqələndirilən lokal anomaliya 

olacaqdır. 

Muradxanlı  yatağı  üzərində  aparılmış  tədqiqatlar  göstərir  ki,  yuxarıda  göstərilən  üsulla  lokal 

qalxımları,  qırılmaları  və  neft-qaz    yataqlarını  aşkar  etmək  mümkündür  (şəkil  2).  Göründüyü  kimi, 



qravitasiya  sahəsindən  regional  fon  vasitəsilə  ayrılmış  lokal  maksimum  194,  77,  45,  213,  58,  61  saylı 

quyularla müəyyənləşdirilmiş struktur qalxıma, 13 saylı quyu rayonunda qravitasiya sahəsində müşahidə 

edilən kəskin qradiyentli zona isə quyu və seysmik kəşfiyyatla təsdiq edilən qırılmaya uyğun gəlir. Lokal 

qravitasiya  maksimumu  fonunda  qradiyentlərin  dəyişmə  zonalarına  görə  ayrılmış  xarakterik  lokal 

qravitasiya anomaliyaları (YTA-lar) quyularla müəyyənləşdirilmiş yatağın konturlarına uyğun gəlir. 

 

 



Şəkil 2. Fiziki-geoloji model və neft-qazlılıqla əlaqələndirilən lokal qravitasiya 

anomaliyalarının ayrılması (Muradxanlı sahəsi, pr.01-81). 

 

1 – müşahidə olunmuş Δg



B

 əyrisi;  2 – interpolyasiya düyün nöqtələri; 

3 – regional fon;  4 və 5 – lokal maksimum və minimum; 6 – bərpa olunmuş maksimum;  7 – axtarış-kəşfiyyat 

quyuları;  8 – neft yatagı; 9 – effuziv süxurlar. 

 

Analoji olaraq, son illərdə Orta  və Aşağı Kür çökəkliklərinin  Şm.Naftalan-Gödəkboz, Qazanbulaq, 



Zərdab-Şıxbağı,  Cəfərli,  Pənahlı,  Oruclu,  Bəndovan  və  d.  sahələrində  aparılmış  qravimetrik  kəşfiyyat 

işləri ilə düzxətli və paralel profillərdə neft-qazlılıqla əlaqələndirilən xarakterik qravitasiya minimumları 

müəyyənləşdirilmişdir (şəkil 3).  


 

Şəkil 3. Ağırlıq qüvvəsi sahəsindən (Δg

B

) neft-qazlılıqla əlaqələndirilən lokal 



anomaliyaların ayrılması (Zərdab-Şıxbağı; Şimali Naftalan-Gödəkboz; Pənahlı-Oruclu  və Bəndovan sahələri). 

 

1 – müşahidə olunmuş Δg



B

 əyrisi; 2 – regional fon; 3 – lokal maksimum; 4 – bərpa olunmuş  maksimum; 5 – lokal 

minimum. 

 

Göründüyü kimi, Zərdab-Şıxbağı, Pənahlı-Oruclu sahələrində ağırlıq qüvvəsi müsbət, Şm.Naftalan-



Gödəkboz,  Bəndovan  sahələrində  isə  mənfi  qiymətlərlə  səciyyələnir.  Zərdab-Şıxbağı,  Şm.Naftalan-

Gödəkboz  sahələrində  regional  fon  maksimumla,  Bəndovan  sahəsində  minimumla  ifadə  olunmuşdur. 

Bunlara  baxmayaraq,  göstərilən  sahələrdə  lokal  maksimumların  fonunda  neft-qazlılıqla  əlaqələndirilən 

xarakterik qravitasiya minimumlarını təklif olunan metodika ilə ayırmaq mümkün olmuşdur.  

 

Ədəbiyyat 

 

Qədirov V.Q., 2010. Azərbaycanın Kür çökəkliyində neftli-qazli strukturların    axtarışında qravi-



maqnit kəşfiyyatının tətbiqi. – Bakı “Qanun”, 223. 

Амирасланов Т.С., 1998. Способ прогнозирования залежей углеводородов в вулканогенно-

осадочных  образованиях  по  данным  высокоточной  гравиразведки.  Доклады  АН  Азербайджана, 

том LIV, №2, С. 82-86. 

Березкин  В.М.,  Киричек  М.А.,  Кунарев  А.А.,  1978.  Применение  геофизических  методов 

разведки для прямых поисков месторождений нефти и газа. -  М. «Недра», 223 с. 

Гадиров 

В.Г., 


1991. 

Прогнозирование 

вулканогенных 

образований 

мезозоя 

Среднекуринской  депрессии  и  их  нефтегазоносности  по  комплексным  геофизическим  данным. 

Aвтореферат дис. на соис. уч. ст. к.г.-м.н., Баку, 22 с. 

Гадиров  В.Г.,  2009.  Результаты  применения  грави-  и  магниторазведки  при 

прогнозировании залежей нефти и газа в Куринской впадине Азербайджана. – Москва, Геофизика, 

№2, С. 51-56. 



Гравиразведка. Справочник геофизика. 1990 Под ред. Е.А.Мудрецовой и К.Е.Веселова. М. 

«Недра», 607 с. 

Мамедов  С.Г.,  1984.  Результаты  высокоточной  гравиметрии  при  поиске  залежей  нефти  и 

газа в условиях Азербайджана. АНХ, №2, С. 30-35. 

Михайлов И.Н., 1982. Разработка новых принципов интерпретации гравииразведки. В кн. 

«Повышение  геологической  эффективности  и  практические  способы  интерпретации 

гравиразведочных работ», сб. науч.тр., ВНИИГеофизики, Москва, С. 40-80. 

Gadirov  V.G.,  1994.  The  physical-geological  prinsiples  of  application  of  gravity  and  magnetic 

prospecting in the search of oil and gas deposits. Proseedings of 10

th 


petroleum congress and exhibition of 

Turkey, Ankara, Р. 197-203. 



 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə