1. Excel cədvəl prosessoru



Yüklə 0,76 Mb.
səhifə26/38
tarix29.12.2021
ölçüsü0,76 Mb.
#48949
1   ...   22   23   24   25   26   27   28   29   ...   38
UNEC 1638823694

Softimage 3D - Microsoft firmasının istehsalı olub, əvvəllər yalnız SGI stansiyaları üçün nəzərdə tutulmuşdu və yalnız son zamanlar Windows əməliyyat sistemi ilə işləməyə imkan yaranmışdır. Bu proqram modelləşdirmək üçün zəngin imkanlara və böyük miqdarda tənzimlənən fiziki və kinematoqrafiya parametrlərinə malikdir. Bəzi hallarda daha keyfiyyətli və kifayət qədər sürətlə işləyən Mental Ray modulundan istifadə edilir. Bu paketin funksiyalarını genişləndirən və digər firmalar tərəfindən istehsal olunan çoxlu miqdarda tətbiqi proqramlar da mövcuddur. Bu proqram demək olar ki, "de-fakto" dünyada SGI tipli xüsusiləşdirilmiş qrafik stansiyaların arasında standart kimi qəbul edilmişdir. IBM PC platformasında çox da istifadə edilə bilməyib, daha güclü aparat vasitələrini tələb edir.

İnterfeys və imkanlar nöqtəyi-nəzərindən daha güclü Maya proqram paketi Alias Systems Corporation tərəfindən yaradılmışdır. Müxtəlif əmə­liyyat sistemləri üçün, о cümlədən Windows üçün bu proqramın müxtəlif variantları mövcuddur. Bu paket modul strukturuna malik olub, aşağıdakı bloklardan təşkil olunur:



  • Base - proqramın əsas blokudur. Modelləşdirmənin əsas alətlərini, invers kinematikasını, səslərin emal olunmasını, fiziki bərk maddələrin imitasiyasını, effektlərin əsas toplusunu təşkil edir;

  • Maya F/X - kiçik hissəciklər sisteminin emal olunmasını dəstəkləyən və yumşaq cisimlərin qarşılıqlı əlaqə fizikasını modelləşdirməyə imkan verən əlavə modullar toplusudur;

  • Maya Power Modeler – obyektlərin poliqon və splayn modelləşdirilməsi üçün güclü vasitələrə malik olur;

  • Maya Artisan – heykəltaraş və rəssamların real işləri üçün xarakterik olan üsullarla virtual modelləri emal etməyə imkan verən ən qabaqcıl moduldur; bu obyektin səthi üzərində güya "fırça" ilə rəsm çəkməyə, səthi hamarlaşdırmağa və ya səth üzərində müəyyən qabarıq yerlərin yaradılmasına imkan verir.

  • Maya Cloth - geyim paltarlarını modelləşdirilməsinə imkan verir;

  • Maya Fur - yun və ya хəz ilə örtülmüş səthlərin imitasiyasına im­kan verir;

  • Maya Live - ssenari modulu olub, real çəkiliş ilə kompüter animasiyasının birləşməsini təmin edir.

Maya proqramının alət vasitələri 4 qrup şəklində birləşdirilmişdir: Animation (Animasiya), Modeling (modelləşdirmə), Dynamic (fiziki modelləşdirmə), Rendering (vizuallaşdırma).

Hal-hazırda Maya proqramı fərdi kompüterlər üçün üçölçülü qrafiklərin yaradılması və emalı sahəsində ən qabaqcıl paketlərdən biridir. Bu proqram paketinin aşağıdakı versiyaları mövcuddur:



paketinin sonuncu versiyası Maya 2008-dir.

Blender modelləşdirmə vasitələri, animasiya, renderinq, videonun ema­lı və interaktiv oyunların yaradılmasını özünə daxil edən üçölçülü kompüter qrafikasının yaradılması üçün pulsuz proqram paketidir. Bu paketin əsas xüsusiyyəti həmçinin kiçik olmasi, renderinqin yüksək sürətli olması və bir çox əməliyyatlar sistemləri üçün müxtəlif versiyaların olmasıdır.


Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin