1. Excel cədvəl prosessoru



Yüklə 0,76 Mb.
səhifə20/38
tarix29.12.2021
ölçüsü0,76 Mb.
#48949
1   ...   16   17   18   19   20   21   22   23   ...   38
UNEC 1638823694

2. QRAFİK REDAKTORLAR

Informatikanın xüsusi bir sahəsi da kompüter qrafikasıdır. Kompüter qrafikası proqram və aparat vasitələrinin köməyi ilə təsvirlərin yaradılması üçün metod və vasitələri öyrənir. Kompüter qrafikasının köməyi ilə vizuallaşdırılan verilənlər insan həyatının müxtəlif sahələrində öz tətbiqini tapır. Məsələn, tibbdə kompüter tomoqrafiyasını, elmi-tədqiqatlarda modellərin qurulmasının vizuallaşdırılmasını və s. misal göstərmək olar.

Gündəlik həyatda təsvirin iki tipi ilə rastlaşırıq: xüsusi alətlərin köməyi ilə yaradilan şəkillər və fotoaparatın köməyi ilə dəqiq təsviri olan fotoqrafiya. Kompüter qrafikası da bu tip təsvirlərlə işləyir. Burada fotoqrafiya rastr qrafikası, şəkil isə vektor qrafikası adlanır.

Нər bir tip qrafika üçün müxtəlif redaktorlardan istifadə olunur. Qrafiki təsvirlərin yaradılması və emalı məqsədilə istifadə olunan qrafiki redaktorların aşağıdakı sinifləri mövcuddur:



  • Rastr redaktorları;

  • Vektor redaktorları;

  • Üçölçülü qrafiklərin təşkil edilməsi və emalı proqram vasitələri (3-D redaktorlar);

• Avtomatlaşdırılmış layihələndirmə sistemləri (CAD-sistemləri).
Rastr redaktorları. Qrafik obyekt rastrı yaradan nöqtələr kombinasıyasından ibarət olduqda və həmin nöqtələr müəyyən parlaqlığa və rəngə malik olduqda, rastr redaktorundan istifadə edilir. Bu cür yanaşma о vaxt müəyyən təbəqəyə malik olur ki, qrafik təsvir çoxlu sayda yarımləkələrə malik olsun və obyektin təşkil olunduğu elementlər haqqındakı informasiya, elementlərin hansı formaya malik olması informasiyasına nəzərən daha vacib olsun. Bu mülahizələrimiz əlbəttə ki, foto və poliqrafiya təsvirlərinə aiddir. Rastr redaktorları təsvirlərin emalı, onların retuşlanması (foto neqativ şəkillər üzərində lazımi düzəlişlərin aparılması), fotoeffektlərin və bədii kompozisiyaların (kollajların) yaradılmasında daha çox istifadə olunur.

Rastr redaktorları vasitələrilə yeni təsvirlərin yaradılması imkanı bir qədər məhdud olur və çox vaxt rahat olmur. Əksər hallarda rəssamlar ənənəvi alətlərdən istifadə edib, alınmış rəsmi kompüterə xüsusi aparat vasitələri ilə (skanerlər) daxil edir və sonra rastr redaktorunun köməyilə xüsusi effektləri tətbiq etməklə, başladıqları işi sona çatdırırlar.

Rastr təsvirlərin saxlanılmasında JPEG, BMP, TIFF, GIF, PSD və PNG kimi formatlardan istifadə olunur. Təsvirlər TIFF-Tagged Image File Format (faylın genişlənməsi TIF) formatında saxlandıqda heç bir sıxılma üsulundan istifadə olunmur və orijinalın maksimal keyfiyyətli sürəti alınır. TIF yeganə formatdır ki, реşəkаr dizaynlər yüksək keyfiyyətli təsvirlərin saxlanıl­masında istifadə edirlər. Təsvirlərin sıxılması vacib olduqda JPEG-Joint Photographic Experts Group (faylın genişlənməsi JPG) formatından istifadə olunur. JPG formatı təsvir faylını 10 dəfələrlə sıxmağa imkan verir. PSD -PhotoShop Document Adobe Photoshop proqramının xüsusi formatıdır. Bu formatda da sıxılma üsulu yoxdur. GIF - Graphics Interchange Format for­matı Internet üçün yaradılıb. Bu format milyon rəngdən 64, 128 və ya 256 rəng qalmasına imkan verir. GIF ilə demək olar analoji olan pulsuz PNG-Portable Network Graphics formatından da istifadə olunur. BMP formatının keyfiyyəti aşağı olur və ya standar Paint proqramı vasitəsi ilə yaradılır.

Rastr təsvirinin yaradılması üçün ən əsas proqram vasitələri -Fractal Design kompaniyasının istehsalı olan Painter, Macromedia kompaniyasının istehsalı olan Free Hand və Fauve Matisse proqramlarıdır. Şəkil çəkmək və rənglərlə işləmək üçün ən yaxşı proqram Painter proqramıdır. Bu proqram müxtəlif rəsm alətlərini (qələmi, karandaşı, kömürü, aeroqrafı, fırçanı və s.) modelləşdirir, lazımi materialların (yağlı boya, yağ, tuş) varlığını imitasiya edir. Öz növbəsində Free Hand proqramının son versiyaları təsvir və mətnlərin redaktə olunması üçün külli miqdarda vasitələrə, xüsusi effektlər kitabxanasına və müxtəlif rənglərlə işləmək üçün alətlər toplusuna malikdirlər.

Macintosh platformasında təsvirləri yaratmaq üçün rastr rəsmlərini və təsvirləri redaktə etməyə imkan verən Pixel Resources kompaniyasının yaratdğı Pixel Paint Pro paketini göstərmək olar.

Rastr qrafikinin emalı üçün isə Adobe kompaniyasının Adobe Photoshop paketini göstərmək olar. Bu qrafiki redaktorun sonuncu versiyası Adobe Photoshop CS adlanır. Burada CS - Creative Suite, yəni yaradıcılıq üçün dəst.




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin