1. Excel cədvəl prosessoru



Yüklə 0,76 Mb.
səhifə21/38
tarix29.12.2021
ölçüsü0,76 Mb.
#48949
1   ...   17   18   19   20   21   22   23   24   ...   38
UNEC 1638823694

Vektor redaktorları. Vektor redaktorlarını rastr redaktorlarından fərqləndirən xüsusiyyət, qrafik verilənlərin təsvir olunma üsuludur.

Vektor təsvirinin elementar obyekti kimi nöqtə deyil, xətt götürülür.

Bu cür yanaşma əlbəttə ki, cizgi qrafiki işlər üçün daha xarakterikdir, çünki burada xətlərin forması, həmçinin xətlərin təşkil olunduğu ayrı-ayrı nöqtələrin rəngləri haqqındakı informasiyadan fərqli olaraq, daha böyük əhəmiyyət kəsb edir.

Vektor redaktorlarında hər bir xətt üçüncü tərtibli riyazi əyri kimi təsvir edilir və buna görə də nöqtələr kombinasiyası kimi yox, riyazi düstur şəklində təsvir edilir (kompüterdə bu düsturun ədədi əmsalları yadda saxlanılır). Bu cür təsvir əlbəttə ki, rastr təsvirindən fərqli olaraq, bir qədər yığcam olub, uyğun verilənlər bir qədər az yer tuturlar. Lakin istənilən obyektin təsviri ekranda nöqtələrin sadə təsvirindən yox, əyrinin parametrlərinin ekran və ya çap təsvirlərinin koordinatları şəklində olur. Buna görə də, vektor qrafiki ilə işlədikdə hər dəfə koordinatları hesablamaq üçün daha məhsuldar hesablama sistemlərindən istifadə etmək lazımdır. Vektor qrafiki təsvirlər CDR və AI formatında saxlanılır.

Elementar obyektlərdən (xətlərdən) sadə həndəsi obyektlər yaradılır, sonra isə bunun əsasında tam bitmiş kompozisiyalar təşkil edilir. Vektor qrafiki vasitəsilə yerinə yetirilən bədii illyustrasiya bir-birilə qarşılıqlı əlaqədə olan on minlərlə sadə obyektlərdən ibarət olur.

Vektor qrafiklərinin yaradılması və emalı üçün istifadə olunan əsas proqram vasitələrinə qrafik redaktorlar (məs, Adobe Illustrator, Macromedia Freehand, Corel Draw) və vektorizatorlar - rastr təsvirlərini vektor qrafikinə çevirən xüsusi paketlər (məs, Adobe Stream Line, Corel Trace) aiddirlər.




Yüklə 0,76 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin