1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) Erməni təcavüzünə qarşı xalq hərəkatının güclənməsi. Qanlı



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə27/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   23   24   25   26   27   28   29   30   ...   34
Tarix sualları və cavabları

5) Erməni təcavüzünə qarşı xalq hərəkatının güclənməsi. Qanlı 
Yanvar 
1988-ci ildə Azərbaycan SSR-də xalq hərəkatı başladı. İlk etiraz mitinqi 1988-ci il 
fevralın 19-da Bakıda başladı. Topxana hadisələri ilə mitinqlərin yeni dalğası — 
Meydan hərəkatı (1988-ci il 17 noyabr — 5 dekabr) yarandı və dekabrın 4-də 
hakimiyyət orqanları Azadlıq meydanındakı oturaq mitinqi ordunun köməyi ilə 
dağıtmağa nail oldular 


XX əsrin 80-ci illərinin sonunu Azərbaycan xalqının siyasi oyanışı, onun siyasi 
proseslərdə fəal iştirakı dövrü kimi səciyyələndirmək olar. Azərbaycan xalqının 
siyasi oyanışı 1987-ci ilin axırları – 1988-ci ilin əvvəlində başlanmış, 1990-cı ilin 
yanvar hadisələrindən sonra keyfiyyətcə yeni hərəkata – milli azadlıq 
hərəkatına çevrilmiş xalq hərəkatı ilə bağlıdır.Xalq hərəkatı fonunda 23 sentyabr 
1989-cu ildə Azərbaycan SSR Ali Soveti "Azərbaycan Sovet Sosialist 
Respublikasının suverenliyi haqqında" Azərbaycan SSR-in Konstitusiya 
Qanununu qəbul etdi. Bu qanunun 5-ci maddəsində qeyd edilir ki, "Azərbaycan 
SSR-in suverenliyi Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan MSSR və Dağlıq 
Qarabağ Muxtar Vilayəti də daxil olmaqla respublikanın bütün ərazisinə şamil 
edilir" və "Azərbaycan SSR-in digər müttəfiq respublikalarla sərhədləri yalnız 
müvafiq respublikaların qarşılıqlı sazişi üzrə dəyişdirilə bilər". 1990-cı il yanvarın 
20-də Azərbaycanın o vaxtkı rəhbərliyinin istəyi və SSRİ rəhbərliyinin əmri ilə 
Azərbaycanda kommunist rejimini hakimiyyətdə saxlamaq və güclü milli-azadlıq 
hərəkatına çevrilməkdə olan oyanışı boğmaq məqsədilə Bakıda Sovet Ordusu 
tərəfindən 20 Yanvar faciəsi törədildi. 
6) Azərbaycan mədəniyyəti 20ci əsrin 40-80ci illərində 
Müharibədən sonrakı dövrdə Sovet rejimi dünyaya öz nüfuz dairəsini daha da 
artırdı. 1946-cı ilin martında İ.V.Stalin SSRİ Nazirlər Sovetinin sədri təsdiq 
olundu. Siyasi hakimiyyət ÜİK(b)P MK Siyasi Bürosunun, KP-nın rəhbəri olan 
İ.V.Stalinin, respublikalarda isə Kommunist Partiyası Mərkəzi Komitələri Birinci 
katiblərinin əlində idi. Mövcud totalitar rejimin güclənməsinə təsir göstərən 
amillər – Stalinin şəxsiyyətinə pərəstiş, Beriyanın dövlətin və partiyanın 
prinsiplərinə zidd fəaliyyəti və s. idi. Azərbaycanda totalitar rejim 
M.C.Bağırovun (1933-1953) şəxsi nəzarəti altında fəaliyyət göstərən Dövlət 
Təhlükəsizlik və Daxili İşlər Nazirliyi vasitəsi ilə həyata keçirilirdi. Bu dövrdə 
fikirlərə nəzarət, gizlin izləmə, çuğulluq (donos) xeyli genişləndi [121, s. 118]. 
Günahsız insanlar repressiyalara məruz qalırdılar. Onlar əsasən əsirlikdən xilas 
olmuş müharibə iştirakçıları idilər. ÜİK(b)P MK 1947-1951-ci 437 illərdə dilçilik, 
fəlsəfə, fiziologiya, biologiya, siyasi iqtisad və bu kimi bir sıra elm sahələrinin 
“hakim idealogiyaya” tabe etdirmək siyasəti yürüdürdü, bu isə elmin inkişafına 
mənfi təsir göstərirdi. Məsələn, genetika bir elm kimi qadağan edilmişdi. 
Azərbaycan xalqının tarixinin saxtalaşdırılması, xalqın soykökünün 
öyrənilməsində qəsdən dolaşıqlıq yaradılması, Rusiya tərəfindən Şimali 
Azərbaycanın istilası, bundan başqa Azərbaycan Xalq Cümhuriyyəti tarixinin və 
digər tarixi proseslərin ciddi surətdə təhrif olunması ən yüksək mərhələyə 
çatmışdı. Mir Cəfər Bağırovun əlaltıları Markaryan, Qriqoryan, Yemelyanov-


Borşov və SumbatovTopuridze, Atakişiyev tərəfindən Azərbaycan xalqının 
alimlərindən Ələşrəf Əlizadə, Əli Muradbəyli Cəmil, Baxışbəy Sultanov, Yusif 
Səfərov, filosoflardan Heydər Hüseynov, Əli Əlizadə, yazıçılardan Əbülhəsən 
Ələkbərzadə, şairlərdən Səməd Vurğun, bəstəkarlardan Üzeyir Hacıbəyov və 
başqaları təqiblərə məruz qalırdılar. 1949-cu ildə “XIX əsr Azərbaycanda ictimai 
və fəlsəfi fikir tarixindən” əsərində Şeyx Şamil hərəkatını Rusiyanın 
müstəmləkəçilik siyasətinə qarşı mübarizə kimi qiymətləndirdiyinə görə 
görkəmli filosof, akademik Heydər Hüseynov ona verilən “Stalin” mükafatının 
geri alınmasına və haqsız təqiblərə məruz qalmasına dözməyərək intihar 
etmişdi. 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin