1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) Milli Qurtuluş Hərəkatı



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə30/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   26   27   28   29   30   31   32   33   34
Tarix sualları və cavabları

9) Milli Qurtuluş Hərəkatı 
AXC-Müsavat iqtidarı Heydər Əliyevin nüfuzundan ehtiyatlanaraq, 1991-ci ilin 
dekabr ayından Naxçıvan MR-ə qaz, 1992-ci ilin iyul ayından enerji verilməsini
Bakı-Naxçıvan qatarının hərəkətini dayandırdı. Naxçıvan MR blokadaya alındı. 
Lakin, 1992-ci il martın 22-25-də Heydər Əliyev Türkiyəyə səfər edərək apardığı 
danışıqlar nəticəsində Türkiyə Respublikası Naxçıvana 100 min dollar kredit 
verdi və bunun hesabına ərzaq, əkin üçün toxum, avadanlıq göndərdi [60, s. 
607]. İqdır-Naxçıvan elektrik xətti çəkildi, Muxtar Respublika Türkiyənin elektrik 
şəbəkəsinə qoşuldu. Sədərək-Türkiyə yolu salındı və 1992-ci il mayın 28-də 
Sədərək-Dilucu 228 m-lik “Ümid” körpüsü açıldı. 1992-ci il avqustun 22-26-da 
Heydər Əliyevin İran İslam Respublikasının dəvəti ilə Tehrana səfəri zamanı 
İranla da 483 münasibət qaydaya salındı. Dekabrın 3-də Şaxtaxtı-Poldəşarası 
üzən körpü istifadəyə verildi, İran Muxtar Respublikaya elektrik enerjisi 
verməyə başladı. Naxçıvan qonşu ölkələrdən enerji almaqla tələbatın qismən də 
olsa ödənilməsinə nail oldu. Ölkədə qurtuluş hərəkatı başladı. Hakimiyyət 
dairələri xoflanaraq Naxçıvanda çevriliş etməyə və Xalq Cəbhəsini hakimiyyətə 
gətirməyə cəhd etdilər. Xalq Cəbhəsinin silahlı dəstələri 1992-ci il oktyabrın 24-
də Naxçıvan Muxtar Respublika Daxili İşlər Nazirliyinin binasını, Televiziya və 
Radio Verilişlər Komitəsini, Rabitə İdarəsi, şəhər elektrik şəbəkəsi binalarını, 
habelə telestudiyasını ələ keçirsələr də, H.Əliyevin çağırışı ilə ayağa qalxan əhali 
(50 mindən çox adam) onları geri oturtdu. Iqtidar hətta Naxçıvanın mövcud 
statusunu ləğv etməyə və ya Muxtar Respublika Ali Məclisinin hüquqlarını 
məhdudlaşdırmağa cəhd göstərirdi. Lakin bu, Moskva (1921-ci il 16 mart) və 
Qars (1921-ci il 13 oktyabr) müqavilələrinə, o cümlədən, 1969-cu il Vyana 
konvensiyası tələblərinə zidd idi. 1992-ci il noyabrın 21-də Naxçıvanda 


H.Əliyevin sədrliyi ilə Yeni Azərbaycan Partiyası (YAP) yarandı, Proqram və 
Nizamnaməsi müzakirə olunub qəbul edildi. 1992-ci ildən AXC-Müsavat cütlüyü 
daxildən parçalanmağa başladı, ölkədə siyasi vəziyyət daha da gərginləşdi. 
Hökumət aprelin 3-dən fövqəladə vəziyyət, aprelin 8-dən isə Bakıda qadağan 
saatı tətbiq etdi. 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin