1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) Azərbaycan Respublikasının yeni neft strategiyası “Əsrin



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə32/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   26   27   28   29   30   31   32   33   34
Tarix sualları və cavabları

11) Azərbaycan Respublikasının yeni neft strategiyası “Əsrin 
müqaviləsi və onun reallaşdırılması” 
Prezident Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan yeni neft strategiyası 
müvəffəqiyyətlə yerinə yetirilməyə başlandı. Neft istehsalını inkişaf etdirmək 
üçün Azərbaycan dövlətinin həyata keçirdiyi “açıq qapı” siyasətinə uyğun olaraq 
xarici investorlara və kreditorlara təminat verən, onları müdafiə edən 
qanunların qəbuledilməsi xarici investisiyanın daha geniş cəlb olunmasına 
imkan verdi. Beynəlxalq Valyuta Fondu, Ümumdünya Bankı, Beynəlxalq İnkişaf 
Assosiasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, İslam İnkişaf Bankı ilə 
əlaqədar yaradıldı. Təkcə Dünya Bankı və Beynəlxalq Valyuta Fondu 
Azərbaycana 1 milyard 300 milyon dollardan çox kredit verdi. Nəticədə 1995-ci 
ildə inflyasiya 85 %-ə endi. 1996-cı ildə inflyasiya cəmi 6,7% oldu. Onun 
səviyyəsi 2000-ci ildə cəmi 2 %, 2001-ci ildə isə 1,5 % idi. H.Əliyevin ABŞ, Böyük 
Britaniya, Fransa, Almaniya, İtaliya, Polşa, Norveç, Rumıniya və s. ölkələrə rəsmi 
və işgüzar səfərləri 490 nəticəsində həmin dövlətlərlə Azərbaycan arasında 
iqtisadi əməkdaşlıq münasibətləri yaradıldı. Bu ölkələrlə imzalanmış 90-a yaxın 
mühüm sənəd Azərbaycanın Avropa iqtisadi münasibətlər sisteminə 
inteqrasiyası prosesini sürətləndirdi. 1994-cü il sentyabrın 20-də Bakının 
“Gülüstan” sarayında ADNŞ ilə ABŞ, Böyük Britaniya, Norveç, Rusiya, Türkiyə, 
Səudiyyə Ərəbistanı, Yunanıstanın iri neft şirkətləri daxil olan konsersum 
(sonralar bu konsersuma Yaponiya şirkəti də qoşuldu) arasında Xəzər dənizinin 
Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının bir 
hissəsinin birgə işlədilməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi 
haqqında 30 il müddətinə imzalanmış “Əsrin müqaviləsi”nə əsasən 30 neft 
şirkəti ilə 57 milyard sərmayə qoyuluşu nəzərdə tutulan 20 neft müqaviləsi 
imzalandı. Respublika Prezidenti Heydər Əliyevin Fərmanı ilə 20 sentyabr 2001 - 
ci ildən başlayaraq “Neftçi günü” kimi qeyd edilir. “Əsrin müqavilə”sinin 
şərtlərinə əsasən investisiyanın 80 %-i konsersumun payına düşür,Azərbaycanın 
ümumi gəliri isə hasil olunacaq neftin qiymətinin 80 %-i miqdarında müəyyən 
olunurdu. 1995-ci il noyabrın 10-da Xəzərin “Qarabağ” strukturu üzrə Rusiya
İtaliya, ABŞ şirkətləri ilə imzalanan müqaviləyə əsasən əldə olunan daxili gəlirin 
65-80 %-i Azərbaycana çatmalı idi. 1996-cı il 4 iyunda Xəzərin “Şahdəniz” 
yatağında birgə işlərin aparılması haqqında ADNŞ ilə Böyük Britaniya, Norveç, 


Türkiyə, Rusiya, Fransa və İranın neft şirkətləri konsersumu müqavilə 
imzaladılar. Bu sazişə görə də ümumi gəlirin 80 %-i Azərbaycan Respublikasına 
çatmalı idi. 1996-cı il dekabr ayının 14-də Xəzərdə “Dan ulduzu” və “Əşrəfi” 
dəniz yataqlarının birgə işlədilməsi barədə ABŞ, Səudiyyə Ərəbistanı və 
Yaponiya, 1997-ci il yanvar ayının 13-də “Lənkərandəniz” və “Talış-dəniz” neft 
yataqlarının birgə istismarı üzrə Fransa neft şirkətləri ilə ADNŞ arasında 
müqavilələr imzalandı. 1997-ci il 1 avqustda Vaşinqtonda – “Ağ Ev”də ABŞ-ın 
qabaqcıl neft şirkətləri ilə ADNŞ arasında Xəzər dənizinin Azərbaycan 
sektorundakı “Abşeron”, “Naxçıvan”, “Oğuz” və “İnam” neft yataqlarının birgə 
işlədilməsi haqqında 3 müqavilə imzalandı

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin