1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) 1ci QARABAĞ müharibəsi və onun nəticələri



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə29/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   26   27   28   29   30   31   32   33   34
Tarix sualları və cavabları

8) 1ci QARABAĞ müharibəsi və onun nəticələri
Qarabağ müharibəsi (erm. Ղարաբաղյան պատերազմ) — 1980-ci illərin 
sonlarından 1994-cü ilin mayına kimi Azərbaycanın cənub-qərb hissəsində 
yerləşən Qarabağ bölgəsində Ermənistan Respublikası və onun tərəfindən 
dəstəklənən Qarabağın etnik ermənilərinin əksəriyyəti ilə Azərbaycan 
Respublikası arasında baş vermiş etnik və ərazi münaqişəsi. Keçmiş DQMV-də 
Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatının tələbi 1988-ci ildə 
nisbətən dinc şəkildə başlasa da, növbəti aylarda SSRİ dövlətinin süqutunun 
yaxınlaşması səbəbindən fərqli istiqamətdə vüsət alaraq, etnik azərbaycanlılar 
ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrilmiş və hətta 
etnik təmizləmə iddialarına səbəb olan qanlı toqquşmalarla müşaiyət 
olunmuşdur. Baş verənlərin fonunda, keçmiş SSRİ respublikaları olan 
Azərbaycan və Ermənistan 1988-ci ildən başlamaqla Dağlıq Qarabağın 
yüksəkliklərində uzun və elan edilməmiş müharibə aparırdı. Azərbaycanın ilk 
vaxtlarda əsas məqsədi separatçı hərəkatı məhv etmək, Ermənistanın niyyəti 
isə Azərbaycanın beynəlxalq çərçivədə tanınan ərazilərinin bir hissəsini ilhaq 
etmək idi. Bu zaman kəsiyində, DQMV-nin yerli parlamenti DQMV-nin 
Ermənistanla birləşdirilməsinin lehinə səs verib, referendum keçirdi. Dağlıq 
Qarabağın azərbaycanlı əhalisinin referendumu boykotuna rəğmən erməni əsilli 
seçicilərin əksəriyyəti sözügedən aktın lehinə səs verərək münaqişənin yeni 
qarşıdurmalar fazasına keçid etməsini sürətləndirdi. Azərbaycandan ayrılmaq 
haqqında bəyənnamə bu torpaq münaqişəsinin son nəticəsi 
olmuşdur.Azərbaycan SSR-dən müstəqilliyini elan etdikdən sonra Qarabağ 
ermənilərinin əksəriyyəti, Azərbaycandan çəkilmək qərarına gəlmiş və 
qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini elan etmişdirlər. 
Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamışdır. 
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, 
tərəflər arasındakı münaqişənin həllinin sonunu gətirmək istəsə də, cəhdlər 
uğursuz olmuşdur. 1993-cü ilin yazında Ermənistan qüvvələrinin anklavın 
tərkibində olmayan torpaqları işğal etməsi, regiondakı digər ölkələrin 
müharibəyə qatılması üçün təhdid yaratmışdır. 1994-cü ildə müharibə başa 
çatana qədər ermənilər Qarabağın əksər hissəsini demək olar ki, tam 
nəzarətlərinə keçirib, əlavə olaraq anklavın tərkibində olmayan Azərbaycan 
torpaqlarının 9%-nə nəzarət edirdilər.Münaqişə nəticəsində Azərbaycandan 


230.000 erməni, Ermənistan və Qarabağdan isə 800.000 azərbaycanlı məcburi 
köçkün vəziyyətinə düşmüşdür.[29] 1991–1994-cü illərdə Qarabağda və dövlət 
sərhədində baş vermiş döyüş əməliyyatlarında 11.557 Azərbaycan hərbçisi 
şəhid olub.[30] Ən çoxsaylı itkilər 1992–1994-cü illərdə davam edən hərbi 
əməliyyatlar zamanı baş verib.[31] Erməni qüvvələrinin əsas itkiləri Azərbaycan 
ordusunun 1992-ci ilin yayında həyata keçirdiyi uğurlu hücum əməliyyatları 
zamanı qeydə alınıb.[31] Azərbaycan ordusunun itkiləri isə əsasən Ağdam 
döyüşlərində, habelə 1994-cü ilin qış-yaz aylarında Kəlbəcəri geri almaq üçün 
təşkil edilmiş hücum əməliyyatlarında baş verib.[31] 1994-cü ilin mayında 
Rusiyanın dəstəyi ilə atəşkəs əldə olunmuşdur. Daha sonra münaqişənin ATƏT-
in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün ATƏT-in Minsk 
qrupu yaradılıb. 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin