1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) Heydər Əliyevin 1ci rəhbərliyi dövründə (1969-1982ci illərdə)



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə26/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   22   23   24   25   26   27   28   29   ...   34
Tarix sualları və cavabları

3) Heydər Əliyevin 1ci rəhbərliyi dövründə (1969-1982ci illərdə) 
Azərbaycanın sosial iqtisadi və mədəni həyatı 
1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərliyinin Birinci dövrü başlandı. 
Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev totalitar rejimin 
hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən 
qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində 
geniş islahatlar proqramı həyata keçirməyə başladı. Azərbaycanın XX əsr 
tarixinin əlli ildən çox bir dövrü Heydər Əliyev şəxsiyyəti ilə, onun böyük 
quruculuq fəaliyyəti ilə sıx bağlıdır. HEYDƏR ƏLİYEV YENİ AZƏRBAYCANIN 
QURUCUSUDUR. O, bu quruculuğa hələ 1969-cu ildə Azərbaycan rəhbərliyinə 
gəlməzdən də əvvəl, XX yüzilliyin 40-cı illərindən başlamışdı. Bu illərdə 
Azərbaycanın hüquq-mühafizə oqranlarında fəaliyyətə başlayan Heydər Əliyev 
qarşısına çıxan (daha doğrusu çıxarılan!) bütün maneələri və çətinlikləri dəf 
edərək ittifaq dövlətinin — SSRİ-nin Azərbaycanda əsas dayağı olan Azərbaycan 
Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinədək ucaldı. Onun bu dövrdə, 
son dərəcə gərgin və mürəkkəb şəraitdə göstərdiyi məqsədyönlü və səmərəli 
fəaliyyəti nəticəsində Dövlət Təhlükəsizliyi Komitəsinin xalqımızın 
düşmənlərindən təmizlənməsi sahəsində çox ciddi addımlar atıldı və ilk dəfə 
olaraq xalqımızın layiqli övladlarının fəal surətdə təhlükəsizlik orqanlarında işə 
cəlb olunmasına başlandı. 
4) SSRİ-də yenidən qurma xətti Dağlıq QARABAĞ münaqişəsinin 
başlanması 


SSRİ-də 1980-ci illərdən etibarən reallaşdırılan iqtisadi və siyasi sistemi yenidən 
konfiqurasiya və islahat hərəkatı.[1] İlk olaraq 1979-cu ildə Leonid Brejnev 
tərəfindən təqdim olunmuş, dövrün dövlət başçısı Mixail Qorbaçovtərəfindən 
dəstəklənmiş və təşviq edilmişdir. 1905-ci ilin fevral ayında erməni terror 
təşkilatları Bakı, İrəvan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər yerlərdə 
azərbaycanlılara qarşı kütləvi qırğınlara başlayırlar, 50 min nəfərdən artıq 
azərbaycanlı qətlə yetirilir. 1905-ci ildə erməni dəstələri Şuşanın azərbaycanlılar 
yaşayan məhəllərinə hücuma keçirlər, 100-ə qədər azərbaycanlı ödürülür, 20-ə 
qədər ev yandırılır. 1905-ci il dekabrda Əhməd bəy Ağaoğlunun başçılığı altında 
"Difai" (Müdafiə) təşkilatı yaradılır. 1905-ci il 26 dekabrda Ağdərə rayonunun 
500 nəfərlik Umudlu kənd sakinləri Ağdama pənah apararkən yolda Avram 
Hampanın dəstəsi tərəfindən qətlə yetirilirlər. 1906-cı ilin iyul ayında erməni 
silahlıları ikinci dəfə Şuşaya hücum edirlər. 1918-ci ildə İrəvan quberniyasının 4 
mahalında 199 Azərbaycan kəndi dağıdılır, 135 min nəfər azərbaycanlı didərgin 
salınır. 1918-ci il 17 martda Urmiya şəhərində erməni terrorçuları 10 min 
nəfərdən artıq azərbaycanlını qətlə yetirirlər. Həmin tarixdən başlayaraq bir ay 
ərzində Urmiya, Salmas, Xoy, Maku, Şərəfxanvə digər yerlərdə 100 mindən artıq 
adam öldürülür. 1918-ci il 18 martda Şamaxı qəzasının 53 kəndində ermənilər 8 
min 27 nəfəri, o cümlədən 4190 kişi, 2560 qadın, 1277 uşağı qətlə yetirmişlər. 
Həmin ayın sonuna qədər öldürülənlərin sayı 12 min nəfərə çatdırılır. 1918-ci il 
mart ayından aprelə kimi Bakı şəhərində ermənilər tərəfindən 18 min 
azərbaycanlı qətlə yetirilir və bu hadisələr tarixdə Mart soyqırımı kimi qalır. 
1918-ci il 1-9 mayda Quba qəzasında 122 kənd dağıdılır, 2800 nəfər 
azərbaycanlı öldürülür. 1918-ci il 29 mayda Azərbaycan parlamenti (Milli Şura) 
Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın 
Ermənistana verilməsi haqda qərar qəbul edir. 1918-ci ilin yay və payız 
aylarında Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi ermənilər tərəfindən 
dağıdılır, 7729 azərbaycanlı öldürülür. 1919-cu il 29 yanvarda Qarabağ general-
qubernatorluğu yaradılır. 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin