1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


partizan dəstəsi “Şors” Ukraynada fəaliyyət göstərirdi



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə22/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   18   19   20   21   22   23   24   25   ...   34
Tarix sualları və cavabları


partizan dəstəsi “Şors” Ukraynada fəaliyyət göstərirdi. 
13) Cənubi Azərbaycan 2ci dünya müharibəsi illərində 
Müharibə illərində Cənubi Azərbaycanda baş vermiş milli oyanış və aşkar 
mədəni dirçəliş 1946-cı ildə Milli hökumətin qısamüddətli fəaliyyəti dövründə 
milli mədəniyyətin tərəqqisinə möhkəm zəmin yaratmışdı. Müharibənin 
əvvəllərində İran hökuməti öz bitərəfliyini elan etsə də, Rza şah və onun 
dairələri açıq nasistpərəst mövqe tutaraq, ölkəni Almaniyanın kəşfiyyat 
meydanına çevirmişdilər. Belə ki, Almaniya İranın sənaye müəssisələrində və 
hərbi idarələrində mühəndis, texnik, məsləhətçi kimi öz hərbi və xüsusi idarə 
nümayəndələrini yerləşdirir, Təbriz, Miyanə, Maku, Mərənd, Xoydakı 
firmalarında xüsusi xidmət orqanları işçilərini sayca artırırdı. İrandan 
Almaniyaya qeyri-qanuni yollarla benzin aparılırdı. Almanpərəst İran dövlət 
məmurları SSRİ müharibədə məğlub olduqda “Cənubi Qafqaz və Orta Asiyanın 
16 şəhərinin” İrana birləşdirilməsi haqqında planlar qururdular. Dövlət Müdafiə 
Komitəsinin (DMK) qərarı ilə 1921-ci il 26 fevral 424 tarixli Sovet – İran 
müqaviləsinin 6-cı maddəsinə görə 1941-ci il avqust ayının 25-də gecə saat 2-də 
SSRİ, az sonra Böyük Britaniya, 1942-ci ilin dekabrında ABŞ İrana qoşun 


yeritdilər. Sovet ordusu avqust ayının 26-da Təbriz və Ərdəbilə, 30-da Zəncana, 
31-də Qəzvinə daxil oldular. Sentyabr ayının 17-də sovet, 18-də isə Böyük 
Britaniya qoşunları Tehrana daxil oldular. Sovet ordu hissələri Uşnu-Miyandab-
Zəncan-QəzvinBabol-Zirab-Semnan-Şahrudda, şərqdə isə Əliabadda yerləşdilər. 
İngilis qoşunları Xanəkin-Kermanşah-Xürrəmabad-MəscedeSüleyman-Rame -
Hörmüz-Bəndər-Deyləm xəttindən cənub və qərb istiqamətində olan ərazini 
tutdular. Sovet ideologiyasını Cənubi Azərbaycanda yaymaq məqsədilə 1941-ci 
il sentyabr ayının 21-də Azərbaycan SSR-nin sovet, partiya,
hüquqmühafizə, 
təsərrüfat və mədəniyyət işçilərindən – Süleyman Rəhimov, Mirzə İbrahimov, 
Mustafa Quliyev və b. təşkil olunmuş qrup AK(b)P MK-nın 3-cü katibi, Təbrizdəki 
47-ci ordunun Hərbi Şurasının üzvü Ə.M.Əliyevin rəhbərliyi ilə fəaliyyətə 
başladı. 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin