1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) 2ci dünya müharibəsindən sonraki dövrdə (1946-1949’cu illər)



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə25/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   21   22   23   24   25   26   27   28   ...   34
Tarix sualları və cavabları

1) 2ci dünya müharibəsindən sonraki dövrdə (1946-1949’cu illər) 
Azərbaycanın içtimai siyasi və iqtisadi həyatı 
İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli 
dövr olmuşdur. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və 
qəhrəmanlıqları açıqlamaq ciddi elmi-nəzəri, siyasi və əməli əhəmiyyətə 
malikdir. 
1941–1945-ci illərdə qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. 
Onlardan biri Bakı nefti Azərbaycanın cəbhəyə köməyidir. O vaxt Bakı ölkə 
neftinin 70 faizini verirdi. Qələbənin təmin edilməsində Azərbaycanın böyük 
xidmətləri haqqında xalqımızın ümummilli lideri Heydər Əliyev demişdir: "Əgər 
Bakının nefti olmasa idi, Sovetlər İttifaqının qələbəsi mümkün deyildi". Heydər 
Əliyev başqa bir çıxışında xalqımızın xidmətləri haqqında demişdir: "Tarix bu 
gün də bilməlidir ki, İkinci dünya müharibəsində Azərbaycan Respublikasının 
xidməti, fəaliyyəti, rolu çox böyük olmuşdur". 
2) Azərbaycanlıların ermənistandan – tarixi etnik torpaqlarından 
kütləvi deportasiyası 
Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və 
köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, 
ümumiyyətlə müsəlmanların deportasiyası üç mərhələdə aparılıb: 
• 
Birinci mərhələ 1905–1920-ci illər; 
• 
İkinci mərhələ 1948–1953-ci illər[10][11] 
• 
Üçüncü mərhələ 1988–1992-ci illər. 
Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların 
yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və 
yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə 
qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Qərbi Azərbaycandan didərgin 
salınıb. Sonuncu deportasiyada 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı 
erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. 
Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək 
məqsədilə buradakı qəbiristanlıqları, tarixi mədəni abidələri, dini müəssisələri, 
məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra 
Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq 


qəbristanlıq dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim 
kəsildikləri halda bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə 
diqqətsizlik göstərib. İyirminci əsrdə əsrlər boyu Ermənistanın şərqində yaşamış 
azərbaycanlılar, sosial sahədə sıxışdırılaraq və deskriminasiya olunaraq 
çağırılmamış qonağa çevrildilər. Ermənilər bu insanların hesabına vətənlərinə 
olan hüququ realizə etmişdilər. 1918–1920 illərdə on minlərlə azərbaycanlı 
Zəngəzurdanqovuldu. 1940-cı illərdə erməni gəlmələri üçün yer əldə etmək 
üçün daha on minlərlə azərbaycanlı Azərbaycana deportasiya olundu. 1988–
1989-cu illərdə son etnik təmizlənmə vaxtı isə yerdə qalanlar qovuldular. 
Fransa, Rumıniya, Azərbaycan, Türkiyə, Ukrayna, İtaliya parlamentariləri 
tərəfindən imzalanmış Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 
qərarına əsasən "Böyük Ermənistan yaradılmasına yönəlilmiş azərbaycanlı 
əhalinin məcburi köçürülməsi, yüz ildən artıq bir dövrü əhatə edir". 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin