1 Azərbaycan xanlıqlarının yaranması. Şəki xanlığı


) 1920-1945-ci illərdə Azərbaycand mədəni quruculuq



Yüklə 483,55 Kb.
Pdf görüntüsü
səhifə24/34
tarix22.01.2023
ölçüsü483,55 Kb.
#80211
1   ...   20   21   22   23   24   25   26   27   ...   34
Tarix sualları və cavabları

 
15) 1920-1945-ci illərdə Azərbaycand mədəni quruculuq 
1923-cü ildə savadsızlıqla mübarizə üçün Xüsusi Komitə yaradılmışdı. 30-cu 
illərin sonlarında Azərbaycanda 4500-ə qədər ümumtəhsil məktəbi fəaliyyət 
göstərirdi. Bu məktəblərdə 695 min şagird təhsil alırdı. 1919-cu ildən Bakı 
Universiteti (tərkibində 2 fakultə-tibb və tarix-filologiya), 1921-ci ildən 
Azərbaycan Dövlət Pedaqoji İnstitutu, Azərbaycan Politexnik İnstitutu, Şərq 
dünyasında ilk Konservatoriya, Ali Rəssamlıq Məktəbi, 1929-cu ildən Gəncədə 
Azərbaycan Kənd Təsərrüfatı İnstitutu fəaliyyət göstərirdi. 1930-cu ildə 
Azərbaycan Tibb İnstitutu, Sənaye Akademiyası, Azərbaycan Dövlət Bədən 
Tərbiyəsi İnstitutu açıldı. Politexnik İnstitutu Neft İnstitutuna çevrildi. 1934-cü 
ildə Sənaye İnstitutu və Xalq Təsərrüfatı İnstitutu yaradıldı. 1938-ci ildə 
Gəncədə və Şəkidə müəllimlər institutları işə başladı.
1923-cü ildə “Azərbaycanı 
Öyrənən Cəmiyyət” yaradıldı, 1929-cu ildə bu, Dövlət Elmi Tədqiqat İnstitutuna 
çevrildi. 1932-ci ildə bunun əsasında SSRİ Elmlər Akademiyası Cənubi Qafqaz 
Filialının Azərbaycan şöbəsi təşkil edildi. 1935-ci ildə bu şöbə SSRİ EA 
Azərbaycan filialına çevrildi. 1945-ci ilin yanvarında isə Azərbaycan SSR Elmlər 
Akademiyası yaradıldı. 1922-ci ildə Azərbaycan Arxeologiya cəmiyyəti yaradıldı, 
1923-cü ildə bu cəmiyyət Arxeologiya Komitəsinə, 1927-ci ildə isə Tarix, 
İncəsənət və Təbiət Abidələrinin Mühafizəsi Komitəsinə çevrildi.1924-cü ildə 
Bakıda ilk dəfə radio qurğusu quraşdırıldı. 1926-cı ildən radiostansiya fəaliyyətə 
başladı. Elə həmin ildə kinostudiya yaradıldı. 1926-cı ildə Bakıda I Ümumiittifaq 
Türkoloji Qurultayı ke çirildi. 20-30-cu illərdə Respublikada “Kommunist”, 
“Bakinskiy raboçi” qəzetləri, “Molla Nəsrəddin”, “Şərq qadını” və s. jurnallar 
nəşr edilirdi.


4 ulduzlu suallar və cavablar 

Yüklə 483,55 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin