Yazı Bu ensiklopedik xarakterli ekspromt-fantaziya tipli


Çörəyə pul tapmayan zavallılar önündə Belə şık dükanları, bol-bol restoranları neylərdin, ilahi?



Yüklə 2,06 Mb.
səhifə20/24
tarix09.02.2017
ölçüsü2,06 Mb.
#7977
1   ...   16   17   18   19   20   21   22   23   24

Çörəyə pul tapmayan zavallılar önündə Belə şık dükanları, bol-bol restoranları neylərdin, ilahi?

Guya hər şey yerində, qurd quzuyla otlayır, Belə ağ yalanları neylərdin, ilahi?

Kağız üstündə qalan, üstünə milçək qonan, Möhürlü fərmanları neylərdin, ilahi?

Kimsə oxumur kitab, sözə məhəl qoyan yox, Bəs bunca yazanları neylərdin ilahi?

Dediyi böhtan, yalan, heç bir şey anlamayan, Nə qanan, nə qandıran kütbeyin nadanları neylərdin, ilahi?”

“Hay-küy qoparıb, kül üfürüb, çoxlu səs etdik, Çox gec ayılıb dərk elədik ki, əbəs etdik; Qeyrət papağın “şapka” ilə biz əvəz etdik, “Millət necə tarac olur-olsun, nə işim var?” Dəllallara möhtac olur-olsun, nə işim var?”

Kimsə duymaz səsimi, hay verməz fəryadə, Unudarlar adımı, düşməz heç adım yadə. Netməli, neyləməli, gərdişi-dövran belədir, O uzaq günlərə gəl indi qaldıraq badə. Bir içək, bir də içək, yox daha artıq Gələcək, Bizə içmək, unudulmaq qaldı “Bu sönən, kölgələnən dünyadə”.

“Qürbətin həsrəti başqa, mənimki belə gətirdi, Öz elimdə, məmləkətdə, məmləkətdən oldum iraq.

Ölümdən o yana kənd yox, axırıncı kəndə çatdıq, Bir vaxt necə umudluyduq: bu kənd uzaqdı, çox uzaq...”

Arzularım, diləklərim heç oldu, Umudlarım, xəyallarım puç oldu; İstəyimə çatammadım, gec oldu...”



“Çox dəyişdi vəziyyət Artdı ağrı, əziyyət; İnandığın ədalət İldən-ilə kiçilir.”

...Bəli, bu – Anardır! Hər sətrindən qara qanlar axan, inilti-sızıltı süzülən bu qızdırmalı misraların müəllifi - AYB sədri xalq yazıçı Anar Rzayevdir. Ədib onları “Klassik şerlərə təxmislər, uyğunlaşdırmalar” adı altında “Ədəbiyyat qəzeti”nin 20 yanvar 2005-ci il tarixli sayında dərc etdirib. Hamının onu döyməsi, söyməsi ucbatından vətənin içində özünü qürbətdə hiss edən nasir bu qədirbilməz mühitdə ömrünü tamam eləməsindən əndişələnir, qələmə aldığı oxşatmalarında “qaçmağa bir yer axtararkən” adilər tərəfindən başa düşülməyən dahiliyinə işarə vuru... Ölkədə “bu qədər işsiz adam, kasıb, xəstə olduğu halda dərmanların çox bahalığından, bol dükanlardan, restoranlardan” poetikcəsinə şikayətlənən aclar və qullar dünyasının təəssübkeşi, proletar əqidəli yazar özünün vətəndaşlıq mövqeyini ortaya qoymuş olur... “Kağız üstündə qalmaqdan üstünə milçək qonan möhürlü fərmanlardan” danışarkən isə (bunu deməyə məcburuq ki, rəsmi kargüzarlıqda Fərman yalnız ölkə Prezidentinin imzaladığı sənədə deyilir) o, mövcud iqtidara müxalifliyini cəsarətlə bəyan edir.. Kimsənin daha onun kitablarını oxumadığından yanıqlı-yanıqlı ah-uf edəndə də AYB sədri özü də fərqinə varmadan (axı, o sözün bütün “yeddi çalarını” duya bilmir!) əsil həqiqəti etiraf etmiş olur... Nasir bir ictimai xadim əzmi ilə göstərir ki, “çox hay-küy qoparıb, çox səs salıb (yəni sovetləri yıxıb müstəqilliyi gətirib), sonra ayılmışıq və “dərk etmişik” ki, sən demə bu dəyişikliyi “əbəs yerə etmişik”, elə sovet quruluşu daha yaxşı imiş, heç olmasa onda “şapka” yox idi... Ancaq nə etməli ki daha gecdir və “indi əlac içkiyə qalıb”, “çünki yoxdu daha Gələcək”, odur ki o uzaq moskvalı günləri xatırlayıb nostalji içində “badə qaldırmaq”, müxalifətçi gənc demişkən “içib, içib”, sonra da... və s. Nəhayət, “ölümdən o yana kənd olmadığını”, axırıncı kəndə çatdığını kədərlə nəzmə çəkən “baş yazar” bütün arzularının, diləklərinin heç olduğunu, ümidlərinin, xəyallarının puç olduğunu, istəyinə çata bilmədiyini, “öz elində, məmləkətində məmləkətdən iraq düşdüyünü” yana-yana dilinə gətirməklə... gələcəyi haqqında düşünür. O gələcəyi ki, ədibin bu nisgilli, kədərli inilti-sızıltılarını oxuyan tədqiqatçılar onun da əsil böyük klassik sənətkarlar kimi necə qlobal duyğularla yaşadığını, bəşəri kədər içərisində qovrulduğunu, necə dövründə, zamanında başa düşülmədiyin, hakim dairələrə necə cəsarətlə üsyan etdiyini... və s. və i.a. yazacaq, onu da dünyanın dahi klassiklərilə bir taxçaya qoyacaqlar... Daha doğrusu onları bunu etməyə məhkumdurlar! Allah, Allah! Olsun ki, kimlərsə bizim təhlilimizlə razılaşmasın, ancaq hər halda bir filoloq kimi biz bu düşük şerlərə ironiyadan başqa izah tapa bilmədik. Və bundan öncəki səhifələrdə tanış olduğumuz bəndlər haqqında dediyimiz fikri yenə təkrarlayırıq: dərd onda deyil ki, belə səviyyəsiz şerlər yazasan, dərd ondadır ki, onları həm də çap etdirəsən! Bax çağdaş ədəbiyyatımızın müsibəti budur. Çünki məhz belə səviyyəsiz nümunələr ədəbi-mədəni mühitdə sənətkarlıq “plankasını” aşağı salır, pis presedent yaradır, ardıcıllar doğurur və nəticə etibarilə, ictimai inkişafa ləngidici təsir göstərir.

***


Nəhayət, Anarın portretini tamamlamaq üçün onun rəhbərlik etdiyi qurum daxilindəki bəzi strukturların bəyanat və açıqlamalarından nümunələrə də nəzər salmaq vacibdir. Çünki həmin mətnlərin yazılış tərzinə, dil və düşüncə formasına diqqət edən kimi dərhal onların məğzi, mahiyyət, “anarbarı” üslubu haqqında təsəvvür yaranır:
Toqquşduranlara cavab” (“Ədəbiyyat qəzeti”, 26 aprel 2002): “...“Xural” adlanan bir qurum ədəbiyyat məsələlərinə həsr olunmuş müzakirə keçirmişdir.

...İçləri çirkab dolu bəzi “əlli yaşlı cavanların”, lap yaşı altmışı, hətta səksəni ötmüşlərin Yazıçılar Birliyinə çirkab atması ancaq olsa-olsa, beş-on adamın işidir.

...Murad Köhnəqala Yazıçılar Birliyinin hər qurultayı ərəfəsində Anarın yerinə namizəd axtarmqla məşğuldur... Anarın yerinə başqa birisinin gəlməsi həsrəti vaxtilə Akif Səmədi də çulğamışdı...

Yazıçılar Birliyinə qarşı başqa qərəzli və ədəbsiz hücumların da əsas “ideoloqu” Həmid Herisçidir... Həmid Herisçi Yazıçılar Birliyinin rəhbərliynin əlehinə... başdan-başa təhqirlər, yalanlar və böhtanlardan ibarət olan sicilləmələr yazır. Həmid Herisçi ən fəal “anarşünas” olduğu halda, “ədəbiyyatşünaslığın anarşünaslığa” çevrildiyindən gileylənir... Amma... nisgili ürəyində qalacaq. Nə o, nə də onun kimilər heç bir vaxt Yazıçılar Birliyinə öz bayraqlarını sanca bilməyəcəklər. Yazıçılar Birliyi müstəqil Azərbaycanın üçrəngli milli bayrağı altında fəaliyyə göstərir və bu bayrağı kimlərinsə qara pirat bayrağıyla əvəz edəcəyi xam xəyaldır.



Azərbaycan Yazıçılar Birliyinin Katibliyi, 22 aprel 2002

Yaradıcı Qurumların birgə Bəyanatı (“Ədəbiyyat qəzeti”, 6 fevral 2004): “...Son zamanlar... yazıçılarımızın XI qurultayı ərəfəsində bəzi aztirajlı mətbuat orqanlarında (bunu çap edən həftəlik “Ədəbiyyat qəzeti”nin özünün tirajı cəmi bir-neçə yüzdür!-A.) yeni yaradıcı nəsil adından yalan və şayiələr yayanlara, eyni zamanda milli dəyərlərimizə, ziyalılarımıza böhtan atanlara qarşı öz qəti etirazımızı bildiririk. Üzvlərimizin böyük əksəriyyəti, eyni zamanda, ölkəmizin və Türk Dünyasının ən mötəbər peşəkar yaradıcı qurumlarından sayılan AYB-nin sıralarında birləşərək, dövlətimizin yeni mədəniyyət-ədəbiyyat quruculuğu prosesində fəal iştirak edir (vaxtilə komsomolçular da Maqnitoqorsk SES-i belə entuziazmla tikirdilər – A.). Milli əhəmiyyətli bu böyük missiyanı yerinə yetirənlərə isə... türksoylu yazarları birləşdirən bir çox Beynəlxalq qurumların başqanı, AYB sədri, xalq yazıçısı Anar rəhbərlik edir. Məhz Anar müəllimin sədrliyi dövründə AYB postsovet məkanında yeganə yaradıcı qurumdur ki, parçalanma və dağılma prosesinə tab gətirib... ...Lakin son aylar zamanın və dövrün tələblərinə uyğun Anar müəllimin rəhbərliyilə AYB-də gedən təşkilati, texnoloji və (?-A.) başqa islahatlar ədəbiyyata az dəxli olan - biz hələ onu demirik ki, onların əksəriyyəti ya Yazıçılar Birliyinin üzvü deyil, ya da sadəcə jurnalistika ilə ədəbiyyatı səhv salırlar – bəzi “yazarlar” qarşıdakı qurultayla bağlı qeyri-real “təkliflər” irəli sürürlər. Ədəbi-mədəni ictimaiyyət, istedadlı qələm sahibləri bu dedi-qodu yayanların cavabını verib, yerini göstərmədiyindəndir ki (adamları bir-birilə vuruşmağa çağıran təxribat! – A.), onlar daha da həvəslənir, ağızlarına və ağıllarına gələnləri informasiya qıtlığından əziyyət çəkən bir para aztirajlı mətbuat orqanlarının səhifələrinə çıxarır, ölkə ictimaiyyətini çaşdırmaqla məşğuldurlar. ...Bəyan edirik ki, Birliyin sıralarında birləşənlərin, eyni zamanda bizim təmsil etdiyimiz yaradıcı qurumların əksər üzvlərinin Azərbaycan Yazıçılar Birliyinin sədrliyinə vahid namizədi millətimizin tanınmış ziyalı övladı, xalq yazıçısı Anardır. Biz inanırıq ki... müstəqil ölkəmizdə aparılan irimiqyaslı işlərə (məs., Şəmkir SES, ŞimalDRES, Ələt-Qazıməmməd yolu və b. kimi...? – A.) yazarlarımız məhz Anar müəllimin rəhbərliyi ilə öz töhfələrini verəcəklər. Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri,

Avanqard” Yaradıcılıq Forumunun sədri, “Pərvanə” Ədəbi Məclisinin sədri,

Nigar” Elmi-Ədəbi Məclisinin sədri, Gənc Yazarlara Yardım Cəmiyyətinin sədri,

Gənclər Pen-klubu”nun əlaqələndiricisi,“Şam” Ədəbi Məclisinin sədr müavini”



(cəmi iki cüt bir tək imza.)

Hələ gec deyil”. AYB MX-nin bəyanatı. (“Ədəbiyyat qəzeti”, 27 fevral 2004):

“...Ancaq və ancaq şəxsi narazılıqlarına görə Yazıçılar Birliyinə qarşı hər cür təxribat törətsələr də, heç nəyə nail ola bilmirlər və bilməyəcəklər... Yazıçılar Birliyi belə tək-tüklərin heç biriylə mübarizə aparmır... Kimdir sizinlə mübarizə aparan? Ümumiyyətlə, kimdir sizə baş qoşan? (AYB-çilər istəsəydilər burda belə söyüş də yaza bilərdilər, məsələn: “...kimdir sizə baş qoşan? Ay yazıqlar! Kül başuvuza! Qara yerə girəsiniz elə... Ala e! ” və s. Amma bu dəfə nəsə mədəni olub, yazmayıblar. – A. ) Öz istəyinizlə, öz xoşunuzla Yazıçılar Birliyinə üzv olmusunuz, indi də öz xoşunuzla Birliyin üzvlüyündən çıxmaq istəyirsiniz. (“Cəhənnəmə çıxın!” – A.) Xoş getdiniz. Heç kəs sizi xahiş-minnətlə saxlamaq fikrində deyil. Yazıçılar Birliyinin 1030 üzvü var, olsun 1027, ya lap 1025. Bununla Yazıçılar Birliyi nə itirir? Heç nə. Əksinə, təxribat törətmək istəyənlərdən, səmərəli işlərə pəl qatmağa çalışanlardan təmizlənir, saflaşır, sağlamlaşır... (+ “paklaşır, aydınlaşır, ideallaşır, distillə olunur...” və s. – A.) Yazıçılar Birliyinin mövqeyi dəyişməzdir. Azərbaycanda ən demokratik təşkilatlardan biridir və bunu sözdə deyil, əməli işlə təsdiq edir (xüsusən, 1988-94 arası! -A.). Burda hər kəsə yaradıcılığına görə qiymət verilir, siyasi baxışlarına görə yox (istəyirsən vətəni düşmənə sat, amma təki bir şer yaz, Nazım Xikmet kimi. -A.).

...Daşı ətəyinizdən tökün... XXI əsrin tələblərinə cavab verən - yalançı yox, həqiqi yeniləşmə naminə birlikdə mübarizə aparaq.”



AYB MX (“Bakı-xəbər”, 13 may 2004): “Gələnə xoş gəldin demişik, gedənə xoş getdin deməliyik.” (Etika etalonu! – A.)

AYB-nin Katibliyi (“Ədəbiyyat qəzeti”, 3 iyun 2004): “Kəmfürsətlərə məhəl qoymadıqca, qudurub hədlərini aşırlar...” (Burda da əla söyüş yeri vardı! Görünür vəhy gəlməyib, yazmayıblar... – A. ) .

Azərbaycan klassik ədəbiyyat nümunələrinin latın əlifbası ilə yenidən çapına dair Prezident Fərmanından “bəhrələnə” bilməyən AYB işbazları haqqında demək olar ki bütün mətbuat orqanları yazdı, o cümlədən rusdilli “Zerkalo” (24 noyabr 2004) qəzeti də mövzuya geniş məqalə həsr elədi. “Kirilldən latına “kitab aşırımı” adlı həmin məqalədə “Aşırımda atları dəyişmək kimə lazım oldu?” deyə etiraz bildirən tərəfin merkantil maraqlarına ikibaşlı eyham vuran müəllif Cokerin məqaləsindən xeyli qıcıqlanan “maraqlı tərəf” - AYB rəhbərliyi ona da gurultulu bir paskvil həsr etdi:

Zerkalo” qəzetinin redaksiyasına (“Ədəbiyyat qəzeti”, 7 yanvar 2005): “...Məqalə Azərbaycan Yazıçılar Birliyində təəccüb və hiddət doğurdu... belə bir “qeyri-dəqiqlik” dərhal bütün yazıya da etibarı itizdirir (“itizdirir” ? – bax bu sayaq ekzotik sözlərlə AYB yetkililəri də öz ədəbi provinsializmini şəstlə ədəbi paytaxta “gətizdirir”– A.)... Məgər jurnalist bilmir ki, Azərbaycan Yazıçılar Birliyinin başlıca vəzifəsi milli ədəbiyyatın inkişafı və yayılmasına dəstək olmaqdır? (əslində dahilər “inkişafı” yox, “inkişafına” yazmalı idilər – A.) ...Məqalə özü-özlüyündə ikrah və təəccüb doğurur. Belə çıxır ki, Yazıçılar Birliyi Azərbaycan yazıçılarının əsərlərinin çap edilməsinə səy göstərməkdə ancaq “qazanc məqsədi güdür”... Yazı müəllifinin beyninə girib ki, Yazıçılar Birliyinin rəhbərliyi pulgirlik azarına düçar olub. Ən acınacaqlısı odur ki, belə bir məqalə baş redaktoru bizim Birliyin üzvü olan qəzetdə işıq üzü görüb.” (bilinmədi, həmin Baş redaktor bu “xəyanətdən” sonra AYB üzvlüyündə qaldı, yoxsa çıxartdılar? – A.)

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidməti.” Ədəbi prosesdə xeyli fəal iştirak edən “Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidməti” növbəti bəyanatını yazıçı Ələviyyə Babayevaya həsr etmişdi (26 yanvar 2005). Həmin Bəyanatın “ziyalılıq etalonu” olan ən zərif məqamlarından bəzi seçmələrlə oxucuları da tanış edək: “...Böhtançılıq fəaliyyətinə bir müddət ara verən Ələviyyə Babayeva yenidən cuşə gələrək Yazıçılar Birliyinin, Anarın ünvanına növbəti iftiralarını yağdırmağa başlayıb. “Bakı-Xəbər” qəzetində (24-25 yanvar 2005) dərc olunmuş müsahibəsi başdan-ayağa yalanlar üzərində qurulub. Ə.Babayevanın başqa bir sayaqlamasına görə guya Anar sabiq Çin səfirinə deyib ki, niyə Ələviyyənin əsərini çap edirsiniz, mənim əsərimi çap edin. Ə.Babayeva Anara düşmən münasibətinin səbəblərini də yanlış qələmə verir. Anar heç bir vaxt Ə.Babayevanı öz düşməni hesab edə bilməz, çünki belə adam Anarın nəinki dostu, heç düşməni olmağa da layiq deyil. O ki, qaldı Ə.Babayevanın özünün Anara düşmən münasibətinə, bunun səbəbi tamamilə başqa və çox sadədir. Uzun illər boyu Ə.Babayeva kitablarını şit təriflərlə Anara bağışlamış, dəfələrlə onun iş yerinə gəlib şəninə mədhiyyələr söyləməyə cəhd etmişdir. Əlbəttə, təmənnayla. Təmənnası xalq yazıçısı olmaqdı. Bu baş tutmayanda Anara, ümumiyyətlə, Yazıçılar Birliyinə düşmən kəsilmişdir. Anarı şöhrətpərəstlikdə suçlayan Ə.Babayeva özü ən həris şöhrət düşgünüdür...

Ələviyyə Babayeva indi o yaşdadır ki, daha çox haqq dünyasında bütün qara əməllərinə görə nə cavab verəcəyi barədə düşünməlidir...”



...Açığı, bütün bu unikal bəyanatlardakı dil və ünsiyyət formasının müasir Azərbaycan Yazıçılar Birliyinin istifadə etdiyi “rəsmi” dil və forma olduğunu görmək həqiqətən ağırdır. Təsəlli yalnız ondadır ki, bu – Anarın Yazıçılar Birliyidir və Anarın Yazıçılar Birliyi - budur... Ondan başqa ölkənin heç bir idarə, təşkilat və qurumunda rəsmi yazışmalar bu dildə və bu sayaq ünsiyyət formasında aparılmır, bunu kimsə özünə rəva bilmir, ləyaqətinə sığışdırmır...

Şükr!

***


Anarın arxivindən:

Publisist Elnur Astanbəyli (“Ədalət”, 12 fevral 2005): “...rəsmi xalq şairi... AYB boyda ədəbiyyat nazirliyinin ikinci məsul şəxsi Fikrət Qoca durub deyirsə ki, “Yazıçılar Birliyini tənqid eləyən adam orada oturmalı deyil” (bax: “Xalq Cəbhəsi” qəzeti, 4 fevral 2005-ci il) və cəmiyyət də bu feodal qafalıların ağzından çıxanları Quran ayəsindən və Konstitusiya maddəsindən daha keçərli hesab edir, onda həmin cəmiyyətin dünya sivilizasiyasına yox... ”



Jurnalist Əvəz Zeynallı (“Xural”, 13 fevral 2005): “...İblisi Anardan qoruyun!.. Başqalarını bilmirəm, amma Anar mənim üçün toxunulmaz adam deyil, heç olmayacaq da. Yalançı və şərxata ziyanlı... Bu Anar ildə adından minlərlə dollar həzm etdiyi, amma ildə imkansız halımızla bizim çıxardığımız “Xural”ın bir nömrəsi qədər satılmayan qəzetinin son nömrəsində... bir söyləşi edib, hamını söyüb. Məni də söyüb... Anar kinli adammış. Dövrün tələbləri ilə ayaqlaşa bilmir. Əsəbiləşir. Uşağı söyür, böyüyü söyür. Hər şeyi qarışdırır bir-birinə... Hitleri az qala mənim əsərim kimi qələmə verir. Dəhşətdir, bu boyda adam hələ “Mənim savaşım” əsərinin təbliğat yox, tərcümə olduğunu bilmirsə, deməli yazıq olub Azərbaycan ədəbiyyatına! Btün doqmatik düşüncə tərzi ilə kötükləşib Anar da və bizim çox böyük işlərimiz olacaq ki, bu kötükləri dığırlayıb yolumuzdan aşıraq. Bunlar artıq dövlətin və millətin problemi olub... Kin, nifrət, təkəbbür, lovğalıq, darğalıq püskürür bu adam. Və elə bilir ki, bunun yaşadığı dünyada biz yaşamamalıyıq. Hər dəfə də müdafiə bəhanəsi ilə başımıza çıxmağa çalışır... Mən sənin və səninkimilərin təfəkkürü, dünyagörüşü, sistemi və cəsarətsizliyi ilə döyüşürəm, Anar müəllim!” Kinoşünas Aygün Aslanlı (“Ədalət”, 15 fevral 2005): “...Anardan soruşanda ki, niyə “İblis”in ssenarisini, məhz siz yazmalısınız, inciyir. Bu məsələ ilə bağlı onu “Azadlıq” radiosunda müzakirəyə dəvət etmişdilər, məsələ müsabiqə mövzusunun üzərinə gələndə durub verilişi yarımçıq tərk elədi... Çox saysız-hesabsız filmlərin ssenari müəllifi olmaq olar. Anarın dediyi kimi. Amma kəmiyyət hələ keyfiyyət demək deyil. Bir də ki, niyə dövlətin ayırdığı vəsait konkret bir fərdə etibar edilməlidir. Müsabiqə olsun, əgər Anarın ssenarisi doğrudan da layiqdirsə, rəqabətə tab gətirəcək.” Tərcüməçi Əli Əkbər. “Ədəbi düşükləmələr...” (“Ədalət”, 16 fevral 2005). Bu yazı “Ədəbiyyat qəzeti”nin 11 fevral 2005 sayında dərc olunmuş Anar-Kamal Abdulla mükaliməsinə futurustik üslubda cavabdır. Yeni təfəkkürlə, maraqlı metodla yazılmış uğurlu yazıdır. Öz sözlərindən istifadə etməklə Anara əks-cavab qaytarılır, hazırcavablıqla ifşa edilir... Jurnalist Elçin Səlcuq (“Şərq”, 18 02 2005): “...AYB sədri 1990-cı ilin 20 Yanvar hadisələrinin episentirində, xalq üçün gördüyü işlərdən həvəslə və həm də bir qədər minnət qoymaqla danışır. Ancaq nədənsə həmin gün Prezident Aparatı önündə xalqın gözü qarşısında Kommunist Partiyasından imtina etdiyini yadına salmır. Halbuki bu yöndə onun çıxışını dinləyənlərin arasında mən də var idim. Həmin izdihamın gözü qarşısında o zaman sevimli yazıçım bütün ziyalıları onun addımını dəstəkləməyə çağırırdı. Təəssüf ki, AYB sədrinin öz sözünün üstündə sonacan durmağa cəsarəti çatmadı və atdığı... “partbilet”ini orta səviyyəli bir dövlət məmurunun təpkisiylə yenidən ürəyinin başında gəzdirməyi özünə rəva bildi... Bax, mənim əlimdə “Alatoran” jurnalının birinci nömrəsi var. Ötən ilin mart ayında dərc olunub – o zaman Rafiq Tağı hələ AYB-nin üzvü idi. Bu jurnalda Rafiq Tağının AYB-nin qurultay qabağı verdiyi müsahibədən bir neçə yeri sizə oxumaq istəyirəm ki, özünüz nəticə çıxarasınız... Məsələn, “Anar sovet dövründə süni yaradılmış və artıq naftalin qoxusu verən şöhrətin içində boğulmaqdadır”, “Dəstədən geridə qalmamaq üçün yazır. Yazıçılıq boynuna düşüb”, “Kimdir Anar? Dünya ədəbiyyatının təqlidçisi. Artıq o, şöhrətin ən ucuzuna da qanedir”, “Anar ədəbiyyatı mafiozlaşdırdı. O, ədəbiyyatı gücü çatdıqca yedi”, “Anar... şair ata-anasının kölgəsində bitmiş solğun bir yazıçıdır”... AYB sədri yalnız özünün, valideynlərinin ünvanına deyilən tənqidə görə kimlərisə Birlikdən xaric edir... Axı, Əkrəm müəllim 1000-dən çox üzvünə görə Birliyin rəhbərliyinin ədəbiyyat qarşısında cinayət törətdiklərini ANS efirindən xalqa bəyan edib... Əkrəm Əylislinin dediyinin müqabilində AYB sədri rəhbərlik etdiyi quruma böhtan atdığına görə onu da cəzalandırmaq yolunu tutmalıydı, əks təqdirdə, deməli, deyilən ittihamlarla razılaşıb. Sonuncu halda isə öz məsuliyyətini hiss edib, ən azınan 18 il sərasər rəhbərlik etdiyi vəzifə kürsüsünü təhvil verməliydi... Bunu mənəvi dəyərlər də diktə edir. AYB sədri deyir: “Nə üçün cavan yazarlarımız qaçqın düşərgəsinə gedib 1 milyon insanın çəkdiyi əzab-əziyyəti qələmə almırlar!” Gözəl məsləhətdir. Hər qələm əhli məhz gərək gənc yaşlarında mütləq xalqın ən çətin yaşadığı yerlərdən, onların əzab-əziyyətlərindən yazmalıdır... Lap “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kimi. Bu romanda pambıq tarlalarında qız-gəlini ilan-çayanın vurması, əkin sahələrinə səpilən zəhərli dərmanlardan tələf olan uşaqların taleyi çox böyük ustalıqla qələmə alınıb, eləmi?”

***


Xatırladaq ki, arxivə toplanan bütün yazılara Anarın həmişə yalnız bir cavabı olur: məni tənqid edənlər mənə paxıllıq edən, yerimə göz dikən yazıçı olmayanlardır... Ancaq axı, adama “paxıllıq edən” və adamın “yerinə göz dikən” bu qədərmi olur? Bəlkə bunun adını elə ictimai rəy qoyub haqlı tənqidlərdən nəticə çıxarmaq daha doğru yoldur? Düşünün!

***
Akif ƏLİ. Éени тарихи дювр

...Àéäûíäûр êè, Ðóñèéà íå÷ÿ éöç èë (!) äàëáàäàë òÿêæÿ Àçÿрáàéæàíà ãàрøû äåéèë, áöòöí òöрê

äþâëÿòëÿрèíÿ, õöñóñÿí, Òöрêèéÿéÿ ãàрøû ÿí ãàòû äöøìÿí÷èëèê ñèéàñÿòè éåрèäèá, îíëàрûí ÿрàçèëÿрèíè çîр ýöæöíÿ èøüàë åäèá, ÿùàëèñèíè èñòèñìàр åäèá, ìÿäÿíèééÿòèíÿ çÿрáÿ âóрóá âÿ ñ. Ùÿëÿ Äÿëè Ïåòрîíóí

ýþçö Хÿçÿрäÿ îëìóø, Éåêàòерèíà âÿ Àëåêñàíäр äþâëÿòè îíóí òþâñèééÿëÿрèíÿ óéüóí èäàрÿ åäÿрÿê, Àáøåрîíà, Áàêûéà, Ìóüàíà, Ãàрàáàüà éöрöøëÿр åòìèø, “Ýöëöñòàí", "Òöрêìÿí÷àé" ìöãàâèëÿëÿрè

èëÿ òîрïàãëàрûìûçû éûрòûæû åùòèрàñëà пàр÷àëàìûø, Íèêîëàé áó éåрëÿрäÿ àò îéíàòìûø, ñîíрà ëåíèí÷èëÿр ýÿëÿрÿê, "àçàäëûã" àäû àëòûíäà þëêÿìèçäÿ äàùà èрòèæà÷û áèр ãûрìûçû èìïåрèéà рåúèìè

ãóрìóø âÿ ñÿрâÿòëÿрèìèçè ñöìöрöá àïàрìûøëàр...

Éÿíè ñîí áèр нå÷ÿ éöç èëäÿ Ðóñèéàíûí Àçÿрáàéæàíà õàììàë áàçàñû, óæóç èø÷è ãöââÿñè ìÿíáÿéè, Øÿрãÿ äîüрó éîëäà êå÷èä ãàïûñû êèìè áàõìàñû, õöñóñÿí ñîí 70 èëäÿêè èìïåрèéà ìàøûíûíûí

Àçÿрáàéæàíà âóрäóüó çÿрáÿëÿр, àìàíñûç рåïрåññèéà éàрàëàрû òàрèõè éàääàøûìûçäà ÿáÿäè èç ñàëäûüû ö÷öíäöр êè, áó ýöí áèрäÿí-áèрÿ Ðóñèéàíûí "þç Àçÿрáàéæàíûíà" ìöñòÿãèë äþâëÿò êèìè "äþçìÿñè",

öñòÿëèê ìåùрèáàí ãîíøóëóã ÿëàìÿòè îëàрàã ÿìÿêäàøëûã, äîñòëóã âÿ ãàрøûëûãëû òÿùëöêÿñèçëèê áàрÿäÿ ìöãàâèëÿ èìçàëàìàñû, ùÿãèãÿòÿí äÿ, ýþçëÿíèëìÿçäèр. Õöñóñÿí, áó ùàë áèр èë, ö÷ èë, áåø èë þíæÿ

ôàíòàñòèê ïåрñïåêòèâëÿр êèìè àрçóëàíà áèëÿрäè. Æîøüóí õàëã ùÿрÿêàòû ñàéÿñèíäÿ áó ýöí áóíëàр

àрòûã рåàëëûãäûр. ßñрëÿр áîéó áèçè Ðóñèéàíûí "ýåрèäÿ ãàëìûø óæãàр ÿéàëÿòè" êèìè ãÿëÿìÿ âåрÿí

èäåîëîúè òÿáÿãÿ äÿ áó éåíè îрèéåíòàñèéàíûí ýþçëÿíèëìÿçëèéèíäÿí ÷àø-áàø ãàëûá.

Òàрèõ áèр çàìàíëàр õàëãëàрà âÿ ìèëëÿòëÿрÿ ñàéìàçéàíà ìåéäàí îõóéàí Ðóñèéà ùþêóìÿòèíè áó

ýöí þç äóìàíëû ýÿëÿæÿéè ùàãäà äöøöíìÿéÿ âàäàр åäèр. Èìïåрèéà àìáèñèéàëàрûíà àëóäÿ îëàí

Ìîñêâà íÿèíêè èøüàë åòäèéè òîрïàãëàрû âÿ õàëãëàрû, ùÿòòà þç òîрïàãëàрûíû âÿ þç õàëãûíû äà î éîëäà

ýöäàçà âåрìèø, îíó ñÿôàëÿòÿ äö÷àр åòìèøäèр. "Áþéöê, ýåíèø" ÿрàçèëÿр àøèãè áó ýöí þç ÿрàçèñèíäÿ

ñÿëèãÿ-ñаùìàíûí îëìàäûüûíû, ùÿр éàíäà äàüûíòûëàрûí, ïîçóíòóëàрûí, ÿõëàãñûçëыьын вÿ äèëÿí÷èëèéèí áàø

àëûá ýåòäèéèíè ýþрöá äèêñèíìèøäèр… Ìÿùç áó éåíè òàрèõè äþâрöí ùþêìëÿрè ñÿáÿáèíäÿí äÿ áó ýöí

Ðóñèéà èëÿ Àçÿрáàéæàí àрàñûíäà èêè ìöñòÿãèë ñóâåрåí äþâëÿòëÿр êèìè ìöãàâèëÿ èìçàëàíûр. Áåëÿ ñèâèëèçàñèéàëû ìöíàñèáÿòëÿр ùÿр èêè òÿрÿô ö÷öí ôàéäàëû âÿ ñÿìÿрÿëè îëà áèëÿр.

…Óçóí èëëÿрèí, ÿñрëÿрèí ñûõûíòûñûíäàí ãàëõûá äèр÷ÿëÿí Àçÿрáàéæàí äþâëÿò÷èëèéèíèí áàø ìÿãñÿäè

þçöíö ãîрóìàãëà èíàìëû àääûìëàр àòìàãäàí èáàpÿòäèр. Áó áàø ìÿãñÿä äþâëÿò àïàрàòûíûí ñöêàíû àрõàñûíäà äàéàíàí ùÿр áèр áþéöê-êè÷èê âÿçèôÿëè àäàìäàí éàëíûç áþéöê (!) ìÿñóëèééÿò òÿëÿá åäèр.



(октйабр 1992)
***

...Anarın sonuncu qurultaydakı gözlənilməyən və proqnozlaşdırılmayan “qələbəsindən” sonra hadisələr sakit məcrada rəvan surətdə davam etməkdə ikən qəflətən AYB binasının üstündə göy guruldadı, şimşək çaxdı. Və açıq səmada qəfil çaxan şimşəyin gurultusu qulaq batırdı, işığı günəşdən gizlənənlərin gözünü qamaşdırdı. Nə olmuşdu? Akif Əlinin yeni kitabı çapdan çıxmışdı. AzərTAc xəbər verirdi: Mübarizələr qoynunda keçmiş iki böyük ömrün anlarından bəhs edən kitabın təqdimatı olmuşdur.” 2004-cü il dekabrın 25-də Azərbaycanda Atatürk Mərkəzində yazıçı-publisist Akif Əlinin əbədi Türkiyə Cümhuriyyətinin və əbədi müstəqil Azərbaycan Respublikasının qurucuları Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ömür yolundan bəhs edən “Böyük ömrün anları” fəlsəfi-publisistik essesinin təqdimatı olmuşdur. Milli Məclisin deputatlarının, elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin, Türkiyənin ölkəmizdəki səfirinin, Azərbaycan və Türkiyə jurnalistlərinin iştirak etdikləri mərasimi giriş sözü ilə mərkəzin rəhbəri, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov açmışdır. Ümummilli liderimiz Heydər Əliyevin “Biz bir millət, iki dövlətik!” sözlərinin epiqraf seçildiyi kitab haqqında Milli Məclisin deputatları Şahlar Əsgərov, Rəbiyyət Aslanova, İsmayıl Ömərov, Türkiyənin ölkəmizdəki səfiri Turan Moralı, Çağ Öyrətim İşlətmələri Məhdud Məsuliyyətli Müəssisənin prezidenti Ənvər Özərən və başqaları çıxış etmişlər. Kitabın forma və məzmununun, bədii ifadə vasitələrinin orijinallığı qeyd olunmuş, hər iki ulu şəxsiyyətin bənzərsiz həyat yolunun, böyük idealları və dahiyanə fikir-düşüncələrinin, Vətən uğrunda mübarizələrinin, xalq naminə fədakarlıqlarının, dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərinin oxşarlığının araşdırılıb diqqətə çatdırıldığı xüsusi vurğulanmışdır. Nəzərə çarpdırılmışdır ki, mətnin və şəkillərin peşəkarlıqla yerləşdirilməsi nəticə etibarilə Atatürk və Heydər Əliyev barədə müəllifin səmimi bədii-fəlsəfi-publisistik düşüncələrinin mahiyyətini açıqlayır. Qeyd edilmişdir ki, bu kitab Akif Əlinin gərgin axtarışlarının bəhrəsidir, tədqiq etdiyi mövzuya tam bələdliyindən xəbər verir. Müəllif iki dahi türk övladının həyat və fəaliyyətindəki, ömür yollarındakı, mübarizələrindəki, fikirlərindəki, hətta davranışlarındakı, hərəkətlərindəki, yerişlərindəki, duruşlarındakı bənzərlikləri ustalıqla, çox maraqlı bədii priyomla oxuculara çatdırmışdır. Çıxış edənlər onlara daim mübarizələr qoynunda keçmiş iki böyük ömrün anlarını izləmək, bu dahi şəxsiyyətlərin həyat və fəaliyyətləri, fikir-düşüncələri, baxışları, dünyagörüşləri ilə bir daha yaxından tanış olmaq imkanı yaratdığı üçün müəllifə minnətdarlıqlarını bildirmişlər. Akif Əli kitab üzərindəki işindən danışmış, ünvanına deyilən səmimi sözlərə görə təşəkkür etmişdir. O kitabın araya-ərsəyə gəlməsində əməyi olanları xoş sözlərlə xatırlamışdır. (AzərTAc, 26 dekabr 2004)

***
Böyük ömrün anları

(Stenoqramdan sətirlər)



Beləliklə, 2004-cü ilin maraqlı nəşrləri sırasında Türk dünyasının iki dahi oğlu Mustafa Kamal Atatürklə Heydər Əliyevin həyatından bəhs edən “Böyük ömrün anları” kitabı da vardı. Filologiya elmləri namizədi, yazıçı-publisist Akif Əlinin bu yeni kitabının 2004-cü il dekabrın 25-də Azərbaycanda Atatürk Mərkəzində keçirilən təqdimat mərasimi mədəni həyatımızda yaddaqalan hadisə oldu. Milli Məclisin deputatlarının, elm, təhsil, mədəniyyət və incəsənət xadimlərinin, Türkiyənin ölkəmizdəki səfirinin, Azərbaycan və Türkiyə jurnalistlərinin iştirak etdiyi həmin mərasim bütün ölkə mətbuatında işıqlandırıldı, bu barədə çoxlu yazılar dərc olundu, telekanallar kitabın sorağını bütün dünyaya yaydılar. Həqiqətən də kitabın özünə layiq təşkil olunmuş bu tədbir çox böyük uğurla keçdi.
Tədbiri açan Atatürk Mərkəzinin direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov öncə giriş sözü söylədi:

-Hörmətli cənab səfir, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri, əziz dostlar! Sizin hamınızı Atatürk mərkəzində salamlayıram və xoş gəlmisiniz deyirəm! Biz bu gün çox dəyərli, çox qiymətli bir kitabı respublika ictimaiyyətinə təqdim edirik. Bu – yazıçı, jurnalist, mədəniyyətşünas, filologiya elmləri namizədi Akif Əlinin “Böyük ömrün anları” adlı kitabıdır. Bu kitab indiyə qədər Azərbaycanda təcrübəsi olmayan bir metodla, yeni bir yaradıcılıq texnologiyası ilə hazırlanıb.

Biz həmişə danışırıq ki, böyük insanların, böyük dövlət adamlarının, tarixi şəxsiyyətlərin xarakterində, fəaliyyətlərində, hətta həyatlarının ən adi günlərində belə çoxlu oxşarlıqlar olur. Bunların bir hissəsi taledən gələn məsələdir, yəni böyük insanlar bir-birinə bənzəyir, bir hissəsi mənsub olduqları xalqların taleyinin oxşarlığıyla, genetik, mifoloji oxşarlığıyla və başqa zaman müddətindəki oxşarlıqlarla bağlıdır. Bir hissəsi də insan olaraq onların fəaliyyətinin məzmunu ilə bağlıdır.

Akif Əlinin böyük yaradıcılıq gücü ondan ibarətdir ki, bu kitabda Türkiyə Cümhuriyyətinin banisi Atatürkün və müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyevin tam hərəkətdə olan şəxsiyyətlərinin, dinamik xarakterlərinin və eyni zamanda adi insani keyfiyyətlərdən irəli gələn statik məqamlara qədər hamısında çox - yəni bu kitaba sığacaq qədər - oxşarlıqları tapıb, eynilikləri veribdir. Və doğrudan da bu əsəri elə-belə, maraqsız, həyəcansız nəzərdən keçirmək olmur. Baxırsan ki nə qədər də oxşarlıqlar var Atatürklə Heydər Əliyevdə! Biz ümumi oxşarlıqları bilirik: deyək ki, hər ikisi millətinin xilaskarıdır, hər ikisi milli dövlət qurucusudur, hər ikisi hərbçi-generaldır, hər ikisi baxmayaraq ki, hərbçidirlər, siyasətçidirlər, eyni zamanda mədəniyyət məsələlərində, mənəviyyat məsələlərində, hətta məişət məsələlərində bir ideologiya və siyasət səviyyəsində məşğul olublar. Yəni bu cür ümumi, universal paralelliklər var. Amma Akif Əlinin yaradıcılıq gücü elədir ki, o daha çox paralellər tapıb. Bizim görə bilməyəcəyimiz qədər paralellər tapıb! Sanki bu şəxsiyyətlərin həyatlarını, fəaliyyətlərini bir rentgen işığında təhlil edib. Əsərin janrı da çox maraqlıdır. Müəllif özü onu fəlsəfi-publisistik, foto-illüstrativ esse adlandırıb. Yəni janrın özünün texnologiyası maraqlıdır.

Akifin özü bilirsiniz ki, çox geniş planlı, geniş miqyaslı bir yaradıcı şəxsiyyətdir: yazıçıdır, ssenaristdir, gənclik vaxtlarında filmlərə çəkilib, xeyli tele-radio təcrübəsi var... Belə geniş yaradıcılıq imkanlarına malik olan insandır. Akif Əlinin bir böyük qabiliyyəti də ondan ibarətdir ki, o sözün geniş mənasında jurnalistdir. Və biz ona görə də bu gün çox məmnuniyyətlə Türkiyənin müxtəlif mətbuat orqanlarından gələn - “Milliyyət”, “Sabah” qəzetlərindən, TRT-dən, Samanyolu TV-dən olan jurnalistləri, öz həmkarlarını məclisə dəvət etməklə eyni zamanda bir peşəkarlıq mühitində söhbət etmək istəyirik.

Bu kitab haqqında (ümuməm bu mövzu haqqında) danışanda həmişə Heydər Əliyevin sözləri yadıma düşür. Ümummilli liderimiz deyirdi ki, Türkiyə Cümhuriyyəti Atatürkün yalnız adi fəaliyyətinin nəticəsi deyil, daha çox qəhrəmanlığının nəticəsidir... Eyni işi Azərbaycanda Heydər Əliyev gördü. Bu məsələni biz bu sahə üzrə çox ciddi mütəxəssis olan Şahlar müəllimlə tez-tez müzakirə edirik. Biz də düşünürük ki, Azərbaycanda müstəqil dövlət xalqın stixiyası ilə qurulub, amma burda bir qəhrəmanlıq da lazım olub ki, o qəhrəmanlığı da Heydər Əliyev edib Azərbaycan tarixində...


Sonra Nizami Cəfərov “Böyük ömrün anları” kitabının təqdimat mərasimini açıq elan edərək ilk sözü Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının klassik liderlərindən olan, hüquq elmləri namizədi Səyavuş Novruzova verdi.

Səyavuş Novruzov, millət vəkili: “Hörmətli toplantı iştirakçıları! Mən Milli Məclisdə bu kitabı alıb ilk tanış olanda gördüm ki, Azərbaycanda Atatürk haqqında da, Heydər Əliyev haqqında da çoxlu sayda ayrı-ayrı kitablar buraxılıb, müəyyən fikirlər söylənilmişsə də... lakin bu dərəcədə müqayisələrin aparılmasını birinci dəfə Akif müəllimin yaratdığı “Böyük ömrün anları” kitabında rast gəlinir. Həm fikirlə, həm baxışla olan müqayisələr, oxşarlıqlar bu kitabda öz əksini tapıb. Xüsusilə bir məsələyə toxunmaq istəyirəm. Orada seçilib verilən fikirlərlə yanaşı, məhz şəkillər vasitəsilə də danışığın aparılması heç bir kitabda öz əksini tapmamışdı. Adətən insanlar portret tipli şəkillərə daha çox üstünlük verirlər. Ancaq şəkillərin dili ilə danışmaq, şəkillərin dili ilə fikirləri ifadə eləmək, şəkillərin dili ilə oxşarlığı göstərmək və ayrı-ayrı məsələlərə münasibət bildirmək, - ilk dəfə olaraq bu kitabda öz əksini tapıb.

Son dövrlər müasir Avropa və Amerikada yeni siyasi texnologiyalar tətbiq edilir, ona görə də məhz bu səpkidə yanaşma və hər iki şəxsiyyətin ayrı-ayrı cizgilərini şəkillər vasitəsilə göstərmək maraq doğurur. Kitaba baxanda bu şəxsiyyətlər arasında oxşarlığı, onların vətənə, xalqa olan xidmətlərini, dövlətlərinin ağır vaxtında böyük xilaskarlıq missiyasını üzərlərinə götürmək, mürəkkəb prosesləri həyata keçirmək bacarıqları tam aydın görünür. Heydər Əliyev və Atatürk ən ağır vaxtlarda xalqın köməyinə gəliblər, dövləti xilas edib öz xalqlarının gələcəyini təmin ediblər. XX əsrin əvvəllərində Türkiyədə Atatürkün apardığı prosesləri XX əsrin sonlarında imperiya dağılan zaman Azərbaycanda Heydər Əliyev apardı... Bütün bunlar kitabda var. Mən müəllifi təbrik edirəm.

Sonra millət vəkili, fəlsəfə elmləri doktoru Rəbiyyət Aslanova danışdı: “Dorudan da çox gözəl ənənədir. Bu cür dəyərli kitabların Atatürk Mərkəzində təqdimat mərasimi hər birimizin böyük öndərlərə olan məhəbbətinin ifadəsidir. Burada təqdim olunan kitabların hər biri müəllifin o böyük insanlara məhəbbətinin nəticəsi kimi ortaya çıxıb. Bu gün də belə bir kitabın təqdimatındayıq - “Böyük ömrün anları”. Mən bu kitaba baxıram, müəllifin müqayisə etmək, iki şəxsiyyət arasında eynilik axtarmaq, onların öz xalqlarının tarixində oynadığı rola qiymət vermək arzusunun şahidi oluram. Buradakı oxşarlıqları yüksək qiymətləndirirəm.

Şəxsiyyətlər yəqin ki bəşəriyyətin əlçatmaz insanlarıdır və mənə elə gəlir ki, hər bir xalqın tarixində olan insan bəşəriyyətə məxsus insandır. Onları müqayisə edəndə onların taleyində oxşar cəhətlər ola bilər. Lakin onların hər biri özünəməxsus insanlardır, təkrarolunmaz insanlardır. Mustafa Kamal da, Heydər Əliyev də belə şəxsiyyətlərdir. Maraqlı kitabdır. Və oxuduqca fikirləşirəm, bu gün bəşəriyyətə örnək ola biləcək talelər var, hər bir kəs üçün nümunə ola biləcək talelər var... Müəllifə çox sağ olun – deyirəm.”



Türkiyə Cümhuriyyətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Turan Moralı: “Azərbaycana gəlincə məni bir çox görüşlərə dəvət etmişlər. Eyni zamanda bu kitabın təqdimatına da çağırıldım. Mən buraya gəlməyi, bura daha çox vaxt ayırmağı üstün tutdum. Dolayısıyla, belə başarılı bir layihənin təqdimatında olmaqdan məmnunam. Məni dəvət etdiyiniz üçün çox təşəkkür edirəm.

Sizə xüsusi təşəkkür edirəm, sayın Akif Əli, kitaba baxdım, gerçəkdən çox dəyərli işdir. Sizi qutlaram. İlk dəfə hər iki şəxsin həyatındakı oxşarlıqlardan bəhs etdiniz. Bu, kitabda çox gözəl verilibdir. Kitabda həmin oxşarlıqları açıqca görürük. Yəni görürük ki, bunlar təsadüflərin dünyaya gətirdiyi insanlar deyildir, bunlar tarixi zərurətdən irəli gələn müstəsna şəxsiyyətlərdir. Ölkə tarixində belə liderlər nadir hallarda çıxar... Bir daha çox təşəkkür edirəm, sayın Akif Əli!”



Millət vəkili Məlahət Həsənova: “Mən doğrudan da bu neçə illərdə Heydər Əliyev–Atatürk bənzərliyi haqqında çox fikirləşirdim. Bu gün burda bu kitabı görəndə son vaxtlar məni hədsiz dərəcədə narahat edən o narahatçılığın cavabını tapdım. Doğrudan da bu kitab o qədər təsirlidir ki... bu kitab haqqında ümumiyyətlə ürək narahatçılığıyla, gözü yaşsız, qəhərsiz danışmaq mümkün deyil. Ona görə ki, bu insanlar elə bil doğrudan da eyni insanlardır, amma zaman fərqi var.

Mən bu yaxınlarda Türkiyənin əski, qədim kitablarında bir yazı tapdım. Orada Atatürkün portret cizgiləri verilmişdi və o cizgiləri oxuyanda gözümün qabağına ulu rəhbərimiz gəldi, sanki elə bil bu cizgiləri 50-60 il bundan qabaq Heydər Əliyev haqqında demişdi. Və o cizgini oxuyanda fikirləşdim ki, yəqin bunlar hansısa bir uzaqgörən insanın yazısıdır: elə bil gələcəkdə Türk dünyasına ikinci bir Atatürkün veriləcəyini, ikinci bir Atatürkün doğulacağını qeyd etmişdir. Mən doğrudan da hər iki dahi şəxsiyyət arasında, Atatürk - Heydər Əliyev oxşarlıqları haqqında olan bu kitaba görə Akif müəllimə sağ ol deyirəm.”


Millət vəkili, professor Şahlar Əsgərov: “Nizami müəllim məni bu məclisə dəvət edəndə çoxlu arqument gətirərək dedi ki, Akif Əlinin “Böyük ömrün anları” kitabını təqdim edəcəyik, orada iki tarixi şəxsiyyət haqqında parallellər göstərilir. Mən mütləq bu tədbirdə iştirak etmək qərarına gəldim. Tema da mənim üçün çox əziz temadır.”
Alovlu tribun, millət vəkili Mikayıl Mirzə: “Deyir, yüz pis kitabı oxumaqdansa, bir yaxşı kitabı yüz dəfə oxumaq məsləhətdir... Azərbaycanın böyük oğlu, böyük Kişisi Heydər Əliyev və Türkiyənin böyük oğlu, böyük Kişisi, Baş Buğu Mustafa Kamal Atatürk həqiqətən də xalqın yüz dəfə, min dəfə oxunmağa layiq və oxunulmasından doyulmayan Kişiləridir!

Akif Əli də bax bu kitabda özü haqqında heç nə yazmır, heç nə demir, tamam özünü unudub, öz aləmini, düşüncəsini, beynini, təfəkkürünü – nə varsa hamısını yönəldib bu iki böyük şəxsiyyətə doğru. Ona görə də sövq-təbii buradakı natiqlər hamısı danışanda Akif Əlini elə bil ki, fonda saxlayır. Və Akif Əli bundan incimir. Bu Akif Əlinin qələbəsidir. Akif Əli elə bunu nəzərdə tutub ki, orda hadisələrin fonunda görünsün. Axı, öndə gedən iki böyük Kişi var!

Mən kitabın nə boyda zəhmət olduğunu bilirəm və bura gələnlərin, toplaşanların hamısı bilir ki, bu kitab nə boyda zəhmətdir, nə boyda məsuliyyətdir. Bu yaxınlarda qəzetdə qısqanclıq çalarları ilə dolu bir yazı oxudum. Qısqanırlar Heydər Əliyev temasını, qısqanırlar. Özəlləşdirməyə çalışırlar Heydər Əliyev mövzusunu. Özləri istəyirlər yazsınlar!... Amma bir adam nə qədər yazsa da, bir adam – bir rəngdir! Onun o boyda dəyəri olmaz. Qoy hamı yazsın Heydər Əliyev haqqında! Türkiyədə olanda mənə Atatürk haqqında külliyyat bağışlayıblar... Qoy yazsınlar! Sağlam düşüncəli böyük istedad o böyük şəxsiyyətlər haqqında kitablardan boy göstərəcək. Qısqanmaq lazım deyil. Qısqananları biz göydə tanıyırıq. Qısqananlar həmin mövzu ilə özünü göstərmək istəyənlərdi. Ar olsun onlara! – deyirəm. Eşq olsun deyirəm Akif Əliyə! Akif Əli, sağ ol!

Mən bu kitabın dizaynını da bəyənirəm. Bu bir jurnalist dəftəridir, yaddaş kitabıdır Akif Əlinin. Bu elə belə olmalıdır. Onu qalın-qalın bəzəkli cildə büksən, bu gözəlliyi, bu estetikanı verməz. Bu bir jurnalistin yaddaş dəftəridir - bax beləcə! Burda böyük zəhmət çəkilib... Adı da maraqlıdır: “Böyük ömrün anları”. An - əjdahadır, bəzən divləri udur. An – bir an içində adamı öldürə bilər, məhv edər, nəfəsdi getdi, gəlmədi... 1994-cü ildə də bir anın içində Azərbaycan məhv ola bilərdi. Oktyabr hadisələrində Heydər Əliyev xalqı Prezident Aparatının qarşısına çağırmasaydı, Azərbaycan məhv olardı! Mən həmin anda Heydər Əliyevin ürəyində həkimlərin görə bilməyəcəyi bir çat gördüm, şırım gördüm onun ürəyində. Heydər Əliyev o çat hesabına bu ölkəni xilas etdi, qorudu. Bəli, o – bir an idi!

Heydər Əliyevin Azərbaycan üçün görünən və görünməyən zəhmətləri var. H.Əliyevin görünən zəhmətləri bütün Azərbaycan boyda, Bakı boyda, saraylar boyda, heykəllər boyda, yollar, küçələr boydadır... Bir də var onun görünməyən zəhmətləri, əzabları, əziyyətləri, fədakarlıqları, qəhrəmanlıqları... Bax bunlar yazılmalıdır!...

Yenə sözümü gətirirəm ona ki, sağ olsun Akif Əli bu gözəl kitabda Heydər Əliyevin məhz o görünməyən zəhmətlərini göstərib. Mən onu başdan-ayağa oxumuşam, iki dahi şəxsin həyatından nə qədər paralellər verilib, oxşarlıqlar verilib... Atatürk də ömrünü millətinə, xalqına bağışladı, Heydər Əliyev də... Nə böyük kişilərdi!! “Sədərək körpüsü” şerində Xəlil Rza Ulutürk bu mövzunu belə nəzmə çəkib:

Azərbaycan, Türkiyə... Daş qala, qoşa səngər,

Bütün qasırğalara birləşməklə sinə gər.

Bu birlik qarşısında düşmən tük salacaq, tük...

Qucur iki sahili Dədə Heydər - Atatürk.

Sağ ol Akif Əli ki, sən böyük zəhmətin hesabına Heydər Əliyev-Atatürk haqqında deyilənləri külliyyatlardan yığmısan, oxumusan, burda, bu kitabda böyük, azman bir iş var. Sağ ol!”
Çağ” Öyrətim MMM prezidenti Ənvər Özərən: “Müştərək qədəri paylaşdıq biz. 1915-ci ildə, 1918-ci ildə, 1920-ci ildə... Tarixi təkrar yada salmaq istəyirəm, çünki belə bir deyim var: tarixini bilməyən millətlərin coğrafiyasını başqaları çəkər. Bu iki şəxsiyyət də bizim tariximizdir. 1915-ci ili yada salın. Türkiyədə Çanaqqala savaşı olanda Qafqazlardan - Azərbaycandan savaşmaya nə qədər əsgərlər getdi... Erməni soyqırımı... Nuru Paşa... Bunlar bizim müştərək tariximizdir. Eynən Atatürk və Heydər Əliyev də. Bu müştərək tarixin əksini tapdığı bu kitabı yüksək dəyərləndiririk... Sağ olun.”

Millət vəkili Asəf Hacıyev: “Mən Atatürkün dahiyanə sözləri ilə başlamaq istəyirəm: “Nə mutlu Türkəm, deyənə!” Siyasətdə səmimiyyət o qədər də qəbul olunmur. Amma dərin fikirlərin gücü ondan ibarətdir ki, onlar dünyanı fərqli düşünməyə məcbur edirlər. Və bu sözlər doğrudan da dünyanı fərqli düşünməyə məcbur etdi, siyasətə səmimiyyət gətirdi. Bu sözlərdən 40 il sonra okeanın o tayında ABŞ-da Con Kennedi də buna bənzər sözlər dedi: “Soruşma Amerika mənə nə edib, soruş sən özün Amerika üçün nə etmisən?” Bu sözlərdə dərin səmimiyyət var idi, həmrəylik yaradırdı.

Atatürk də, Heydər Əliyev də orduya qalib gəldilər. Xalqın qəlbindən qorxunu qaldırıb imperiya ordularına qalib gəldilər. Və Heydər Əliyev də eynən dedi: “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!”

...Mən bir neçə il İstanbulda yaşamışam, cocuğumuz da orda dünyaya gəlib. Sonra Bakıya köçmüşük. İndi mənim cocuğum yatmaq üçün gözlərini qapadanda deyir gözlərimin önünə İstanbul gəlir. Bax, cocuğun həmin sözləri kimi Türkiyə-Azərbaycan xalqları arasında olan məhəbbəti ifadə edir bu kitab da. Akif müəllim, çox gözəl kitabdır. Məhz o məhəbbəti, o birliyi ifadə etmisiniz. Çox sağ olun!”
Millət vəkili İskəndər Quliyev: “Çox sevinirəm ki, burda gözəl kitabların təqdimatı olur. Mən Akif müəllimə dərin minnətdarlığımı bildirirəm ki, bu gün doğrudan da çox gözəl, məzmunlu bir kitabı bizim diqqətimizə təqdim edir. Bu həqiqətən Heydər Əliyev-Atatürk münasibətlərinə dair çox gözəl kitabdır. Doğrudan da biz taledən çox razı olmalıyıq ki, Türk dünyası iki nəhəng şəxsiyyət verib bizlərə. Atatürkün fəaliyyəti nəticəsində türkün müstəqil dövləti qurullub. Atatürk Böyük Millət Məclisində Türk dünyasına müraciət etdi, bütün xalqa, millət vəkillərinə müraciət etdi, dedi aralıqda olan küsünü qoyun qırağa, birləşib vətənimizi xilas edək. Və onlar birləşib müstəqil Türk dövlətini qoruyub saxlaya bildilər. Bu Atatürkün xidməti idi.

Heydər Əliyevin də tarixi yolu oxşardır. 1993-cü ildə ikinci dəfə hakimiyyətə gələndə məhz Azərbaycan torpaqlarında da müharibə gedirdi və Azərbaycan indiki müstəqil Azərbaycan deyildi. Əgər Heydər Əliyev olmasaydı daha böyük faciələr olacaqdı. Heydər Əliyev sanki Atatürkün fəaliyyətindən istifadə edərək, heç şübhəsiz, özünün də fitri istedadından çıxış edərək, millətə müraciət etdi, özünün səyi nəticəsində vətəndaş müharibəsinə son qoydu, Azərbaycanda müstəqilliyi qoruyub saxlaya bildi...

Bütün bunlar “Böyük ömrün anları” kitabında öz əksini tapır. Kitab Türk dünyasının iki görkəmli şəxsiyyətinin fəaliyyətinə həsr olunub. Onu da deyim ki, burada Ön sözdə Akif Əlinin yazdığı fikirlər – məncə, min kitaba dəyər!”
Ədalət” qəzetinin Baş redaktoru, yazıçı-publisist Aqil Abbas: “Heydər Əliyev haqqında çox qiymətli kitablar yazılıb, çox gözəl əsərlər yaradılıb. Mən heç birinin dəyərini aşağılamadan demək istərdim ki, amma Akif Əlinin kitabı bütün başqa kitablardan tamamilə fərqlənir. Mən də doğrudan da kitabı belə gözləmirdim. Çünki Heydər Əliyevin vəfatının ildönümü ərəfəsində bizim qəzetdə bu kitab haqqında iki səhifə material da getmişdi. Amma kitabın özünü belə təsəvvür etmirdim. Bu kitab göz önündə bir kinofilm kimi izlənilir...

İndicə burada deputat Əliməmməd Nuriyev mənə deyir ki, biz Atatürk və Heydər Əliyev haqqında çox əsərlər oxumuşuq, amma bu kitabda elə şeylər var ki, ilk dəfədir görürük. Yəni burda belə orijinal səhifələr var. Elə paralellər aparılır ki, oxucuda heyrət doğurur...

Mən də belə bir qiymətli kitaba görə müəllifə təşəkkür edirəm. Kitabın təqdimat mərasimini belə yüksək səviyyədə keçirdiyinə görə Nizami müəllimə də təşəkkür edirəm. Və Atatürk Mərkəzinin bütün əməkdaşlarına təşəkkür edirəm. Bura mənim üçün ən müqəddəs yer qədər qiymətlidir. Çünki bura – Atatürk Mərkəzidir!”

Millət vəkili İsmayıl Ömərov: “Nizami müəllim danışanda dedi ki, Akif Əlinin yaradıcılığının çox məziyyətləri var. Amma mən bir televiziya işçisi kimi, Akifi yaxından tanıdığım üçün onu da əlavə edim ki, bu kitabda o həm də vizual sənətin elçisi kimi özünü göstərir. Mən də Akifi bu yeni yaradıcılıq uğuruna görə təbrik etmək istərdim.”

Nəhayət kitabın müəllifi yazıçı-publisist Akif Əli çıxış etdi:

- ...Bu kitabın ideyası məndə çoxdan vardı - hələ 1991-ci ildə mən “Vətən səsi” qəzetinin Baş redaktoru işləyən dövrdən. O zaman Heydər Əliyev Naxçıvanda yaşayırdı. Biz qəzetimizin baş yazısına (manşetinə) tez-tez bu sözləri çıxarardıq: “Vətənə Atatürk gərəkdir!” Məqalələrimiz isə belə bir ideyanı ifadə edərdi ki, bu günkü Azərbycanı – yəni ərazisində müharibə gedən, torpaqları düşmən tərəfindən zəbt olunmuş, işğala məruz qalmış, milyonlarla didərgini olan, iqtisadi-siyasi tənəzzülə uğrayan ölkəni xilas etmək üçün Azərbaycana da Atatürk qüdrətli bir insan gərəkdir. Belə bir şəxsiyyət isə Azərbaycanda yalnız və yalnız Heydər Əliyevdir... Bizim qəzetdəki həmin xəttimiz 1993-cü ilə qədər davam etdi, yəni o vaxta qədər ki, ədalət zəfər çaldı və həqiqəyən də Azərbaycanın Atatürkü olan Heydər Əliyev Naxçıvandan paytaxta gələrək Vətənimizi xilas etdi. O vaxtlar bizim, təbii ki, Heydər Əliyevlə əlaqələrimiz var idi, istər birbaşa, istər telefon əlaqələri. Və o, qəzetdə gedən materiallara öz münasibətini bildirirdi.

Təfərrüata varmadan deyim ki, sonralar Heydər Əliyevlə söhbətlərdə onun Türkiyəyə, Atatürkə münasibətini nəzərə almaqla, dövlətin xilası naminə atacağı addımlar, görəcəyi işlər kontekstində onun özünün də ideyalarını bu kitabda reallaşdırmağa çalışmışam. Və uzun illər ərzində bu ideyanı öz daxilimdə tam formalaşdırmışam. Burada Mikayıl müəllim çox yaxşı dedi ki, mən materialları yüzlərlə əsərlərdən, kitablardan, fotolardan, şəkillərdən qram-qram toplamışam. Kitabda verilən o analogiyanı, o paralelliyi, iki böyük tarixi şəxsiyyətin, Türk dünyasının iki dahi oğlunun bənzərliyinin identifikasiyasını aparmaq üçün çox gərgin axtarışlar nəticədə bu kitabın yaranmasına gətirib çıxarıb.

Bir məqamı da qeyd edim: bir var hər hansı ideyanın mövcudluğu, bir də var bu ideyanın reallaşması üçün şəraitin yaradılması, köməyin olması. Məndə olan ideyanın reallşmasına, kitabın çap prosesinə göstərdiyi yardıma görə Əli Şamil oğlu Həsənova minnətdarlığımı bildirirəm.

Bu gün burada çıxış edənlərin hamısına və hər birinə təşəkkür edirəm. Adətən televiziya ekranlarından gördüyümüz, Milli Məclisdə çıxışlarını eşitdiyimiz tarixi şəxslərin bu gün mənim kitabım haqqında xoş söz demələri böyük fəxrdir, bundan qürur duyuram. Hər biri yüksək intellekt sahibi, zövq sahibi olan bu adamlar kitab haqqında o qədər xoş sözlər dedilər ki, səmimi deyirəm, mənim üçün gözlənilməz oldu. Buna görə də mən çıxış edənlərin hər birinə dərin təşəkkürümü, minnətdarlığımı bildirirəm. Mən fəxr edirəm ki, Azərbaycanın belə dəyərli insanları var.

Təbii ki, mən Nizami Cəfərovun xidmətlərini xüsusi qeyd etməliyəm. Bütün yaxşılıqlarına görə, xüsusən indiki təqdimat mərasimini belə yüksək səviyyədə hazırlayıb keçirdiyinə görə ona öz təşəkkürümü bildirirəm.

Burada müxtəlif dövlət və hökumət qurumlarının nümayəndələri iştirak edir, mətbuat nümayəndələri var, dostlar, tanışlar var, hətta çoxlu tanımadığım adamlar var, onların hər birinə çox sağ ol deyirəm, təşəkkür edirəm ki, vaxt ayırıb tədbirə qatılıbsınız.

Son olaraq yenə də hörmətli millət vəkili Mikayıl Mirzənin dediklərinə qayıdıram ki, doğrudan da mənim üçün çox xoşdur ki, bu kitab haqqında danışanda müəllif fonda qalır, Atatürklə Heydər Əliyev önə çıxır. Çünki bu böyük şəxsiyyətlərin hüzurunda həqiqətən hamımız fonda qalmalı, hamımız bu öndərlərin arxasınca düzlənməliyik.

Hesab edirəm ki, böyük Atatürk kimi Heydər Əliyev də Vətənə, Azərbaycana elə böyük xidmətlər edib ki, hər bir azərbaycanlı onun qarşısında mənən borcludur. Və bu kitabla mən də möhtərəm Heydər Əliyevin qarşısında öz mənəvi borcumun bir qismini yerinə yetirməyə çalışmışam. Ruhu şad olsun!

Diqqətinizə görə minnətdaram!
***

Ancaq Akif Əlinin bu qəfil triumfu təkcə AYB-də deyil, AYB-dən kənar yerlərdə də opponentləri əməlli-başlı qıcıqlandırdı, rahatlıqlarını pozdu. Çünki istisnasız olaraq bütün oxuyanların anoloqu olmayan orijinal yaradıcılıq məhsulu kimi qəbul etdiyi, haqqında bütün kütləvi informasiya vasitələrinin məlumat verdiyi, məqalələr dərc etdiyi, internetlə yaydığı, o cümlədən, Heydər Əliyev Fondunun rəsmi saytına daxil edilən “Böyük ömrün anları” kitabı tək bir ədəbiyyat, mədəniyyət hadisəsi deyildi, o həm də siyasi-ideoloji bir faktor kimi güclü və qeyri-adi idi. Güc və qeyri-adilik isə həmişə zəifləri və adiləri narahat edən amildir. İndiki halda bu müştərək narahatların dinməz-söyləməz birliyi AYB sədrinə cəsarət vermişdi ki, o, dünyada anoloqu olmayan istedadlı bir kitabın böyük əks-sədası hələ səngiməmiş, dilini-dodağını gəmirə-gəmirə anoloqu olmayan çox anti-humanist, anti-demokratik, anti-mədəni, saldafonsayağı bir aksiyaya əl atsın. Görünür AYB sədri AYB-nin sıravi üzvü ilə bağlı xeyli müddət imiş içini deşən ağrıya daha tab gətirə bilmədi: AYB-yə daraşmış patavalıların miskin aksiyası ilə Türk dünyasının iki böyük oğlu Mustafa Kamal Atatürk və Heydər Əliyevdən bəhs edən “Böyük ömrün anları” kitabının prezentasiyasından bir neçə gün sonra (2005-ci il yanvarın 21-də) kuliminasiya nöqtəsinə çatan ədəbi çəkişmələrin düyünü açıldı...

Bundan sonra mühitə sakitlik çökdü, ədəbiyyatdakı “elitarların” ədalətsizliyi, haqsızlığı, imansızlığı daha bir toplum adamda ədəbiyyata marağı, meyli, həvəsi söndürüb ədəbi aləmdə hələ uzun müddət duracaq qeyri-müəyyən bir mühit yaratdı.
***

...Anar yanvarın ilk günlərində hücuma keçdi. Və bu hücumda müxalifət qəzetləri ona fəal dəstək verdilər. Qeyri-ədəbi-mədəni qüvvələrin himayə etdikləri müxalifət qəzetləri. İndiyədək ən ağır ittihamlara dözüb susan, susmasa da başqa-başqa adlar, imzalar, şərti işarələr altında ehtiyacını ödəyən, ümumi frazalarla ehtiyatlı mövqe bildirən AYB sədri birdən-birə cəsarətlənib bütün xoflandığı adamların üstünə şığıdı. Hətta: “...Anar müəllim dünyanın bir təmiz, bütün pis işlərdən xəbərsiz ziyalısıdır” (“Ədalət”, 21 dekabr 2004) - deyərək Anarı da Qarabağın ab-havası kimi öz saf ziyalı arşını ilə ölçən görkəmli yazıçı-publisist Aqil Abbasa da dünyanın bu ən kirli, bütün pis işlərdən xəbərdar ziyalısı qara yaxdı. Gənc ədəbi qüvvələri müdafiə etdiyi, onlara çap imkanı yaratdığı üçün ona “düşmən” dedi, “ədəbiyyatımıza ermənidən betər zərbə vuran adam” yarlıqı yapışdırdı.

Adətən dövranın gərgin vaxtlarında, ekstremal şəraitlərdə hərə öz qeyrətini göstərir. Beləcə dost bildiyi “525-ci qəzet”ə lazım olan məqamlarda dəstək verən, ağına-bozuna baxmadan “...Mübarizənizi qəbul edirik, sizə qoşuluruq” (“Ədalət”, 21 dekabr 2004) - deyən Aqil Abbasa AYB tərəfdən həmin qaralar yaxılanda cavab vermək, dayaq durmaq əvəzinə, Anarın yan-yörəsində dolaşan, tez-tez yanına girib-çıxan və guya həm də Aqil Abbası “platonik məhəbbətlə” sevən “525-ci qəzetin” baş redaktoru daim sifətində gəzdirdiyi bic-bic gülümsər bir ədayla uzun illərin dostluğunu danacaqdı. Aqil Abbası öz təzə patronunun şərindən qorumağa nəinki özü bir cəhd göstərəcək, hətta Akif Əlinin bu məqsədlə yazıb göndərdiyi kiçik bir məqaləni də öz qəzetində çap etməyə qorxub yaxasını kənara çəkəcək, qızıl-qırmızı “Aqil Abbasla Anar qoy öz problemlərini özləri həll eləsin” – deyəcəkdi... Halbuki paytaxtın ədəbiyyat mühitinə, ziyalı aləminə, mətbuat sahəsinə qədəm qoyduğu ilk gündən Anara qoşulub “xoruz banından əvvəl” Aqildən imtina etdiyi o məşum günədək onun bütün problemlərini Aqil Abbas həll eləmişdi, ədəbi mühitə düşməsi də, ayağına yer eləməsi də məhz Aqil Abbasın sayəsində mümkün olmuşdu.

Hadisələrin gedişi göstərdi ki, Aqil Abbası təhqir eləyən Anar Rzayevin həmin gənc redaktoru “əlahiddə xidmətlərinə” görə birbaşa AYB katibi vəzifəsinə təyin edəcəyi də məlum imiş...

Bu gənc isə dost dediyi Aqil Abbası müdafiə eməyi bir yana dursun, üstəlik Aqili müdafiə edən Akif Əlinin də AYB üzvlüyündən çıxarılmasına əl qaldıracaq, xəlvəti toplantıda əleyhinə çıxış edəcək, hökumətə donos əvəzi göndərilmək üçün hazırlanan yekun protokola şövqlə imza atacaqdı.

Bəli, bunlar da dünyamızda olacaq işlərdəndir. Azərbaycan dünyasında...

Amma Aqil Abbasdan xırdaca bir xeyirxahlıq görən bütün vicdanlı qələm sahibləri onu Anarın şərindən müdafiə edəcək, gənc Kənan Hacı kimi cəsarətlə mətbuatda sözünü deyəcəkdi: “Ədəbi gəncliyi himayə etməyə, onların yaradıcılığı ilə maraqlanmağa birbaşa borclu olan AYB yetgililərinin düşüncəsi “Elnur Astanbəyli və Kənan Hacı Aqil Abbasın sifarişi ilə AYB-nin əleyhinə işləyirlər” deyə biləcək qədər qeyri-etik və əxlaqi kateqoriyalardan kənar bir düşüncədir... və AYB-yə qarşı tutduğumuz mövqeyə görə bizi ən çox danlayan və qınayan da elə Aqil Abbasdır.” (“Ədalət”, 15 dekabr 2004)

***


...Latın əlifbası ilə kitab çapı ətrafında alovlanan qalmaqal “Nazim Hikmət”, “AYO” və “AYB büdcəsi” konfliktlərinin üstünə yağ kimi yayılıb daha da şiddətləndirdi. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrinin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən kitabların Anardan xəbərsiz nəşr olunması hadisəsi əvvəlcə AYB rəhbərliyində kəskin etiraz doğurdu, sonra Anara qulluq göstərən “525-ci qəzet”də sərt təpki ilə üzləşdi. Qəzetin 11 dekabr 2004 tarixli sayında Seyfəddin Hüseynli imzası ilə dərc olunan “Prezident sərəncamının icrası üzərində maxinasiya kölgəsi” adlı donosvari məqalədə Prezidentin İcra Aparatının humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə barəsində əndazəsiz tənqid səsləndi: “...Ədəbi nəşrlərin çapı ilə birbaşa bağlılığı olan Yazıçılar Birliyi nədənsə bu prosesdən kənarda saxlanıldı... Şübhə var ki... bu adlar arxasında... F.Abdullazadənin birbaşa iradəsilə gerçəkləşən qaranlıq əməllər dayanır. Axı, ölkədə bir çoxlarının öz neqativ, korrupsiya xarakterli əməllərini məhz belə adların kölgəsində gerçəkləşdirdiyi heç kəs üçün sirr deyil... Yalanın quyruğu olmur, amma Fatma xanım Abdullazadənin başçılıq etdiyi “çevik qrup” burada yalana quyruq da qoyub... Fatma xanım Abdullazadə başçılıq və nəzarət etdiyi... işin hansı səviyyədə görüldüyünün, bu prosesdə nə kimi qanun pozuntularına, maliyyə maxinasiyalarına yol verilib-verilmədiyinin ölkənin təhlükəsizlik və hüquq-mühafizə orqanları tərəfindən araşdırılmasına ciddi ehtiyac duyulur.” Xatırladaq ki, Anarın nəfinə bu sayaq yazıların təşkili “525-ci qəzet” üçün xarakterikdir; orada gah “yaradıcı gənclər” yığışıb qurultay qabağı kollektiv bəyanat verir ki, Anar sədrliyə yeganə namizəddir, gah Anarı “ziyalılıq etalonu” adlandıraraq deputatlığa yeganə namizəd kimi irəli sürürlər, gah Yaradıcı Birliklərin rəhbərləri “sözü bir yerə qoyub” savadsızcasına ölkə Prezidentindən xahiş edirlər ki, xalqın deputat seçmədiyi Anar Rzayevi o öz fərmanı ilə deputat “təyin etsin” və s. Mətbuatda dövlətçiliyə, dövlət məmuruna qarşı hədsiz dərəcədə pis presedent yaradan o biabırçı məqaləyə Elmlər Akademiyasından dərhal iki cavab gəldi. Həmin cavablarda deyilirdi: AMEA-nın müxbir üzvü Ağamusa Axundov: “...Məqalə müəllifi bir desin görək, Yazıçılar Birliyində kimlər lüğətlərin, ensiklopediyaların, xalq ədəbiyyatı nümunələrinin, klassiklərin, dünya ədəbiyyatı nümayəndələrinin əsərlərinin tələb olunan səviyyədə çapa hazırlanması ilə məşğul ola bilər?.. Böyük dövlət işinə məqalə müəllifi S.Hüseynli kimi belə utilitar səviyyədən yanaşmaq olmaz. ” Akademik Bəkir Nəbiyev və f.e.d. Teymur Kərimli: “...Təəssüf ki, təqdimat mərasimində yaşanan sevinc və qürur duyğularını, çox operativ şəkildə, həm də qərəzlə yazılıb “525-ci qəzet”in 11 dekabr sayında çap edilmiş “Prezident sərəncamının icrası üzərində maxinasiya kölgəsi” (müəllifi S.Hüseynli) adlı yazı, gənc nəslin maariflənməsi yolunda görülən bu işə kölgə salmaq cəhdi göstərdi... Öz açıq-aşkar uydurmalarını malalamaq istəyən “müstəntiq”-müəllif ... yayğın ifadələrdən yararlanır ki, bu da sözügedən məqalədəki bir sıra mülahizələrin ciddi araşdırmaya əsaslanmadığını göstərir.” Təbii ki, qəzetin elə həmin nömrəsində redaksiya S.Hüseynlinin də akademiklərə yekəxana cavabına yer ayırmışdı. Kitab qalmaqalıını Elnur Astanbəyli müstəqil jurnalist kimi araşdırdı. Və “Kitab qalmaqalı böyüyür” məqaləsində yazdı (“Ədalət”, 15 dekabr 2004): “Bu yaxınlarda “Gülüstan” sarayında latın qrafikası ilə nəşr edilmiş 45 kitabın təqdimat mərasimində insident yaşandığı barədə yazmışdıq. Belə ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar və katibi Fikrət Qoca təqdimat mərasimini yarımçıq tərk etmişdilər... Sonradan Anar müəllim mətbuata verdiyi açıqlamada bunu həmin tədbirdə ona söz və çap olunmuş kitablardan hədiyyə verilməməsi ilə izah etməyə çalışmışdı... Anar “Bakı-Xəbər” qəzetinə müsahibəsində deyib ki...: “O kitabların necə çıxması şübhə altındadır... kitabların nəşri məlum olmayan səbəblərdən bizə deyil, Elmlər Akademiyasına verildi...” ...AYB katibi Fikrət Qoca isə “Ədalət”ə açıqlamasında deyir: “Deməli, bizə inanmırlar.” Kifayət qədər maraqlı və ikibaşlı açıqlamadır.” Anarın mövqeyini profan heyranlığıyla müdafiə etməkdə olan “525-ci qəzet” isə Elnurdan sonra “Dövlət başçısının müvafiq sərəncamına əsasən həyata keçirilən kitab çapında bəzi müəmmalı məqamları “Yolayrıcı”na toplaşan qonaqlarımızla araşdırmağa çalışdıq” – deyə müzakirə açdı (17 dekabr 2004). Müzakirədə “Yeni nəsil”, “Çaşıoğlu” nəşriyyatlarının və AYB-nin təmsilçiləri iştirak edirdi. Nə deyəcəkləri məlumdur... Bir həftə sonra “İki sahil”, “Ekspress” və b. qəzetlər (24 dekabr 2004) APA-nın belə bir məlumatını yaydılar: “Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” imzaladığı sərəncama uyğun olaraq Milli Elmlər Akademiyası xeyli iş görüb.” Bu sözləri APA-ya Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov deyib. “İndiyədək klassiklərin hər birinin 25 min tirajla kitabları nəşr olunub.” Kitabların keyfiyyətsiz nəşri ilə bağlı səslənən fikirlərə əhəmiyyət vermədiyini deyən MEA prezidenti onların nəşrinin ikinci mərhələdə də davam etdiriləcəyini söyləyib. Qeyd edək ki, bir qədər əvvəl Yazıçılar Birliyi (YB) nəşr olunan kitabların keyfiyyətsizliyi, sərəncamın icrasında qüsurlara yol verilməsi, işin qeyri-peşəkar təşkil olunması barədə açıqlama ilə çıxış etmişdi. YB nəşrlərin dayandırılmasını istəyirdi.” Digər qəzetlər də bu məsələyə öz münasibətlərini bildirdilər. Yanvarın 15-də isə “Azadlıq” qəzeti qızışdırıcı bir anons verdi: “Anar korrupsiyada ittiham edilir. Onu daha nələrdə ittiham etmək olar? "Şərq" qəzetinin dünənki sayında Nazirlər Kabinetinin məsul işçisi Akif Əli yazıçı Anarı şəxsi mənafeyini güdməkdə itiham edib. O bildirib ki, bədii əsərlərin latın əlifbası ilə çap olunmasında Yazıçılar Birliyinin iştirak etmək niyyəti maddi maraqlardan irəli gəlir. Dolayısı ilə Anar korrupsiya cəhdində ittiham edilir. AYB sədri Anar isə öz növbəsində Akif Əlinin və bir sıra başqalarının bu tipli mənasız və əsassız hücumlarından təngə gəldiyini bildirir. Yazıçı Anar onu ittiham edənlərə daha hansı mesajlar göndərir?.."Azadlıq"ın növbəti sayında Anarla müsahibəni oxuyun.”

Bəli, dərhal və “qəzetin növbəti sayında” oxuyun! Çünki bu müsahibə çoxdan hazır idi və onun nömrəyə qoyulması üçün bəhanə axtarılırdı.

***
Beləliklə, qaralar başladı və... “Kim uduzdu, kim uddu?..”

Müxalifət qəzetləri bayram edirdi. Gündəmdə Anarla Akif Əlinin artıq açıq press-debatları idi. “Azadıq”, “Yeni Müsavat”, “Bakı-Xəbər” mövzunun səngiməsinə macal vermirdi... O deyirdi bu cavabını verirdi, bu cavabını verirdi, tez gedib ondan soruşurdular ki, bəs o belə dedi, sən nə deyirsən?.. Sonra gəlib bunu yazıb o birisinə sorğu göndərirdilər... və s.

Daş qayaya rast gəlmişdi. Mətbuatda Anar müxtəlif vaxtlarda yaşlı, orta və gənc nəsil nümayəndələri tərəfindən çox tənqid olunmuşdu və özünün dediyi kimi, qayçı ilə kəsib arxivinə yığdığı tənqidi yazıların sayı artıq mini ötmüşdü. Ancaq yəqin ki, son vaxtlarda ona ünvanlanan qədər sərt həqiqətlərə az-az “qonaq” edilmişdi.

Hər şey bir yana dursun: adamın hikkəsinə bax ki, bütün dövrlərdə ətrafındakılar səni tənqid edə, inkar edə, irad bildirə, qəbul etməyə, amma sən bozara-bozara heç nəyi vecinə almadan və heç kimə məhəl qoymadan həmin məkanda və həmin ətrafın ortasında təkəbbürlə öz qayğını sürəsən, inadla özünə titul toplamaq, kürsü tutmaq, başa çıxmaq barədə düşünəsən... Dünya kulturoloqlarının dediyi kimi, Mədəniyyət amilinin nəzəri əsasında ilk növbədə “özünü yox, özgəsini düşünmək” ideyası dayanırsa, onda bizim qəhrəman tam istisna təşkil edən əsil bir fenomendir!

Hər halda son debatlarda onu sadəlövh adamların gözündə əfsanəviləşdirən “nüfuzu”, “titulu”, “reqaliyaları”, “xidmətləri”, “dahiyanə pozaları” – bir sözlə, mifik obrazın komponentlərini təşkil edən qoruyucu qalxan artıq köməyə gəlmirdi. 1952-ci ildə valideynlərinin əlindən tutub yaradıcılıq dünyasına gətirilən Anarın (hər halda ad günü ərəfəsində “Kaspi”də pərəstişkarı belə yazmışdı) mifik “fövqəladəliyi” və təkəbbürlü ədası elə həmin ildə Tanrının istəyi ilə dünyaya göndərilən Akif Əlinin zəkasının işığında əriyib gedirdi. Mif ifşa olunurdu. Çünki Allah kibirlənənləri sevməz! Allah dərd göndərəndə dərmanın da göndərər...

Hələ imperiya ilə mücadilə illərindən xalqın yaxşı tanımağa başladığı bu “görkəmli ziyalının” qələminin korşaldığı, fəaliyyətinin ictimai əhəmiyyətsizlik həddinə endiyi və saatının yaxınlaşdığı artıq göz qabağında idi. Əlbəttə, bu acı taledir, amma haqsız deyil.

“Bir yandan boşalır, bir yandan dolur, sirrini verməyir sirdaşa dünya!”

Ey dünyanı dərk etmiş dahi Səməd Vurğun!

***


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin