Yazı Bu ensiklopedik xarakterli ekspromt-fantaziya tipli



Yüklə 2,06 Mb.
səhifə18/24
tarix09.02.2017
ölçüsü2,06 Mb.
#7977
1   ...   14   15   16   17   18   19   20   21   ...   24

Anarın arxivindən. MŞ sədri Əflatun Amaşov (“Ekspress”, 16 iyul 2004): “İstefa verənlər işimizə maneçilik törədirdilər. ...Qurumdan istefa vermək bu məsələdən yaxasını qırağa çəkməkdir, biganə qalmaqdır. Mən onun ittihamlarını doğru saymıram. Əslində Anar müəllim bu məsələdə geri çəkilməməli, cəmiyyətdə nüfuzu olan adam kimi Şuranın işində fəal iştirak etməli və problemlərin həllinə yardım göstərməli idi.” Elvin, “Yazıçı Anarın “dılğırı” kimdir?” (“Reytinq”, 22 avqust 2004 ): “...Anar müəllim qurşaqdan aşağı zərbəni hədəfə necə vurmaq lazım olduğunu bir daha göstərdi.”

Ruhiyyə (“Aydınlıq”, 18 sentyabr 2004): “Şair Salam bu fikirdədir ki, AYB rəhbərliyində qeyri-demokratik şəxslər əyləşib və təşkilatın dörddə üçü onları qəbul etmir... Xanəmir hesab edir ki, AYB-nin qurultayından sonra Birliyin işində durğunluğun daha da artmasından, bir növ hərəkətsizlik müşahidə olunmasından gileyli yazarların əksəriyyəti bu fikirdədir ki, 60-cı, 70-ci illər yalandı, AYB-nin bugünkü durumu köhnə dövrlərdən də pisdir... Nəticədə iş görməyə həvəsi olan, bacarıqlı insanlar kənarda qaldılar.”

Publisist Elnur Astanbəyli (“Ədalət”, 13 oktyabr 2004): “...Qurultaydan sonra daha hörmətsiz, nüfuzsuz quruma çevrilən AYB... Qurultaya qədər və qurultaydan sonra ədəbi müxalifətin nə qədər haqlı və arqumentli olduğu üzə çıxmış, ictimaiyyətin marağı məhz onların imzası üzərində cəmlənmiş... Günümüzün ədəbi həqiqətləri AYB-dən kənarda yaranır. Və özünü cəmiyyətə mübariz, sağlam, intellektual qüvvə kimi qəbul etdirməyə nail olmuş ədəbi müxalifətin dübarə AYB-nin kiflənmiş divarları arasında qərarlaşmağa, onunla alverə girişməyə və beləliklə, reputasiyasını korlamağa haqqı yoxdur.” ATU-nun kafedra müdiri, əməkdar elm xadimi, professor Abbas Axunbəyli (“İslahat” qəzeti, noyabr 2004): “...2003-cü ilin noyabr ayında AYB-nin sədri Anar müəllimə zəng edib özümü təqdim etdim və məni qəbul etməsini xahiş etdim. O isə sabah saat on birə vaxt təyin etdi... Səhərisi gün vaxtında gəlib gözlədim. AYB sədri keçib yerində əyləşdi, qəlyanını tütünlə doldurub yandırdı, bir neçə qullab vurandan sonra, açıq qapının önünə yaxınlaşıb qəbul üçün icazə istədim. Onun başı ilə razılığını aldım. Əli ilə oturmağa işarə etdi... Qovluqdakı kitablarımı və bir dəstə qəzeti çıxarıb ehmalca Anar müəllimin qarşısına masanın üstünə qoyub söhbətə başladım: -Anar müəllim, mən həkiməm, Tibb Universitetində müəlliməm, fəqət uşaqlıqdan mənim ədəbiyyata və tarixə xüsusi həvəsim olub... Anar müəllim kitablarımı yaxına çəkib bir dəqiqədən də az vaxt sərf etməklə onlara səthi nəzər saldı. -Siz gedin Filan (ad şərtidir) müəllimin yanına, onunla söhbət edin... ancaq... hələ işə çıxmır, hər halda 1-2 həftəyə işə çıxar, - deyib başqa adama tərəf çevrilərək... iclas haqda danışmağa başladı. Mən heç bir söz demədən kitabları və qəzetləri yığışdırıb çıxdım... Mən burdakı söhbətə kimi AYB-ni müqəddəs bilirdim... ”

Müstəqil ekspert Qeyrət Quliyev (“Aydınlıq”, 29.01.2005): “...Yazıçılar naziri Məmməd Arazın qırxına dəvət almadığı üçün getmədiyini deyir... Ruslar buna “sinizm” deyirlər.”

Ə.Qardaşbəyli, “Ədibnameyi-ədəbanə” (“Aydınlıq” qəzeti, 5 fevral 2005): “Kruq”da ol, kar aşmaz poemadan, pyesdən, Başı salim istəyən ağır olmalı vesdən. Burda güclüdü birlik eMDeBedən, YeeSdən, Dostluq üstələr, keçər sənəti, şairliyi - Əcəb birlik yeridir Yazıçılar Birliyi. ***

...Sədr kabinetə qapanıb zəncir çeynəyirdi. Acı tüstü çəkirdi. Amma nə illah edirdi “Anlatmaq problemi”nin müəllifini heç cür anlaya bilmirdi. Bu məmləkətdə rəqib tanımayan dahiyanə təxəyyülünə güc verib ən müxtəlif yozumlar düşünsə də, olayın mənzərəsi tam anlaşılmaz qalırdı. “Axı həqiqətən bir vaxtlar mənim haqqımda iki tərifli məqalə yazan, şəxsi toqquşmalarımız olmayan, kontaktlarımızın problemsiz keçdiyi sakit bir adam (yeri gəlmişkən, Telman Adıgözəlov şahiddir ki, nadir sənətkarımız Rəşid Behbudov da vaxtilə gənc Akif Əliyə mehribancasına “Ey sakit oğlan!” deyərdi) nədən mənə qarşı bir belə sərt olsun? Nədən?!” Tüstü-duman və fikir-xəyal içində bu istiqamətdə düşünən sədr hər halda onun cavabını verməyin zəruri olduğu qənaətinə gəlmişdi. “Mənmi hardasa ona qarşı səhv etmişəm, ya onunmu başqa məqsədləri var, bilmirəm, ancaq bunun cavabını necə verməyi mən yaxşı bilirəm.”

Təbii ki, o lərzəli “cavab” deyəndə heç də ədəbi polemika aparmaq, daha sərrast qələm nümayiş etdirmək, intellekt üstünlüyü göstərmək və s. bu kimi sivil yolları nəzərdə tutmurdu. Çünki ideya, idrak və əqidə mübarizəsində opponentin prinsipial üstünlüyü göz qabağında idi. Publisist kimi də AYB-nin sıravi üzvünün qələmi və dili öz əhəmiyyətinə görə AYB sədrinin imkanlarını üstələyirdi. Mövzu seçimi baxımından Akif Əlinin potensialı daha geniş və daha dərin idi. Belə ki, Akif Əli vətənin namuslu bir vətəndaşı, ziyalı nümayəndəsi, qələm əhli olaraq əsasən xalqın həyatında yaşanan arzulardan, sevinclərdən, kədər və iztirablardan yazırdı, Anarsa bütün yaradıcılığı boyu ancaq şəxsən özünün öz daxilində yaşadığı iztirabları xalqa nümayiş etdirməklə məşğul idi. Akif Əlinin baxış dairəsi min illərlə zaman ənginliyini və minlərlə ağaclıq böyük türk dünyasını, bütün Azərbaycan məmləkətini əhatə edirdisə, Anarın mövzu dairəsi yalnız öz ailəsi, evi və tayfası ilə məhdudlaşırdı. Akif Əli bütün zamanlarda vətənə, xalqa mane olan ciddi problemlərdən kəskinliklə yazırdısa, Anarın əsərlərində heç bir ictimai əhəmiyyət kəsb etməyən şəxsi, ailə və tayfanın məişət qayğıları sızıltı ilə qələmə alınırdı. Akif Əlinin yazdığı məntiqli fikirlərin aydınlığı və yetgin şüurun təzahürü olan dil materialının zənginliyi baxımından da sədri üstələdiyi göz qabağında idi. Ümumiyyətlə, o özü büruzə verməsə də, kimin kim olduğunu çox yaxşı bilirdi və aşağılıq kompleksi sovet propaqandasının əlahiddəlik təlqin etdiyi bu ərköyün intellektualı daha da hiddətləndirirdi... O əmin idi ki, Akif Əlinin savadı, məntiqi və qələmi qarşısında identik qüdrətə malik deyil. Odur ki, rəqibini sağlam məntiqi mübarizə ilə yox, məhz sınaqlardan çıxardığı qeyri-səlis məntiqsiz hərəkətin zoru ilə zərərsizləşdirməyi düşünürdü.

Yəqin ki, qəlbinin dərin bir guşəsində onu da yaxşı duyurdu və bilirdi ki, ömrü boyu qələmə aldığı sızıltılı eşq macəralarından, tayfadaxili ailə-məişət olaylarının təsvirindən, görkəmli adamların həyatına həsr olunmuş ədəbi kompozisiyalardan çap imkanı olsaydı əli qələm tutan hər bir kəs yaza bilərdi. Ancaq Akif Əlinin qələmə aldığı elmi-fəlsəfi, tarixi-sosial və ictimai-siyasi məzmunla zəngin bir publisistik yazısını, bir satirik əsərini, bir elmi araşdırmasını ortaya qoymaq üçün təkcə barmaqların klaviş döyəcləməsi kifayət deyildi. Burada Tanrıdan da bir vəhy gərəkdi. Ola bilsin hansısa məqamlarda AYB sədrinin ürəyindən belə cəsarətli, vətənpərvər ruhlu kəskin yazılar yazmaq arzusu keçib. Amma bunun üçün AYB sədrinin lazım olan qədər mənəvi, mədəni, elmi-fəlsəfi, politoloji, intellektual bazası olmayıb. Hətta bunları da bir təhər yığıb-yığışdırıb toparlasa və Vətənin azadlğı naminə nə isə yazmaq istəsə belə, nə yazıq ki, “zəhləmgetmiş” cəsarət məsələsində ox daşa dirənirdi...

Həqiqətən xüsusi təbliğ olunmağı sevməyərək sadəcə “müstəqil Azərbaycan Respublikasının vətəndaşı” titulunu bütün reqaliyalardan, partiya, birlik və təşkilat üzvlüyündən üstün tutan Akif Əlinin bir ziyalı kimi, alicənab insan, istedadlı qələm sahibi və dövləti təfəkkürlə yaşayan yetgin bir şəxs kimi bütün parametrlər üzrə ondan üstün olması sədrə çox əzab verirdi. Hətta bəlkə o, kabinetində tək olanda rəqibinin yazılarını qarşısına qoyub məchul üfüqü seyr edə-edə mülayimləşir, süstləşir, yumşalırdı, başı üstündəki dahi Nizaminin xofu altında bütün bu düşüncələrini özü-özünə etiraf edirdi. Amma elə ki içəriyə bir adam girdi, dərhal daxili monoloqunu saxlayıb, dahilik maskasını taxır və qəzəblə Akif Əlini asıb-kəsməyə başlayırdı:

“Əcəba, o kimdir elə?!

Kimdir axı o mənim yanımda, ə?

...claf !!”


***
Akif ƏLİ. 20 Éанвар. Ìилли матям эцнц

...Î ýöí òîрïàüûìûçûí áöòþâëöéö, õàëãûìûçûí øÿрÿôè, þëêÿìèçèí àçàäëûüû óüрóíäà øÿùèä

îëàíëàрûí ìöãÿääÿñ рóùó ãàрøûñûíäà áöòöí äöíéà Àçÿрáàéæàíà áàø ÿéäè.

Î ýöí àòàëàр ãÿùÿрëè, àíàëàр ýþçö éàøëû èäè. ßрÿíëÿр êÿäÿрëè, ýÿëèíëÿр þрïÿêëè èäè.

Î ýöíöí ìöñèáÿòèíÿ ýþéëÿр ãàí àüëàéûрäû, òîрïàüà ãÿрÿíôèë éàüûøû éàüûрäû. Ñÿìàìûç

ãàрà þртцéÿ, òîрïàüûìûç ãàí рÿíýëè ÷è÷ÿéÿ áöрöíìöøäö. Éàõûíäà-óçàãäà îëàí áöòöí Âÿòÿí þâëàäëàрû ùÿìÿí ýöí äèíìÿç-ñþéëÿìÿç, áèр-áèрèíèí àрõàñûíæà øÿùèäëÿр õèéàáàíûíäàí êå÷äè, áóрàäà óéóéàí èýèäëÿрèí þíöíäÿ è÷èí-è÷èí ãîâрóëäó, ÿçàá ÷ÿêäè.

Ìèëéîí-ìèëéîí éóìрóã áîéëó öрÿêëÿр î ýöí áèр-áèрèíÿ ñûüûíûá, áèр éóìрóüà äþíäö.

Ìèëéîí-ìèëéîí òèòрÿê ñèíèрëÿр áèр îæàüûí áàøûíäà òîïëàøûá àëîâ ïöñêöрìÿéÿ ùàçûрëàøäû.

Î ýöí ùàìû ÿìèí îëäó: áó õÿéàíÿòè äàùà ùå÷ êèì, ùå÷ âàõò, ùå÷ êèìÿ

áàüûøëàìàéàæàãäû. Ùå÷ êèì, ùå÷ âàõò, ùå÷ êèìÿ!

Áó, äèíìÿç-ñþéëÿìÿç þç øÿùèäëÿрè þíöíäÿ ÿçàá ÷ÿêÿí áþéöê ãÿëáëè áèр õàëãûí ìèí èë

áóíäàí ñîíрàêû þìрö ö÷öí äÿ äÿéèøèëìÿç ãàëàæàã ãÿòè ãÿрàр èäè!


Àллащ сизя рящмят елясин, шящидляр!

(Шÿùèä ìÿçàрëàрû þíöíäÿ äöøöíжÿëÿр)

...Èêè èëäèр êè, Ñèç áó ñîéóã, ãàрàíëûã ìÿçàрëàрäà óéóéóрñóíóç. Èêè èëäèр êè, Ñèçèí

ýþçëÿрèíèç áó èøûã äîëó äöíéàéà éóìóëóäó. Äèíìÿç-ñþéëÿìÿç, ãÿрèá-ãÿрèá, ìÿрä-ìÿрäàíÿ

þç ìÿçàрëàрûíûçäà éàòûøûрñûíûç. Ùÿр áèрèíèçèí îâæóíäà áèр îâóæ Âÿòÿí òîрïàüû...

Óüрóíäà ôÿäà îëäóüóíóç áó òîрïàüûí öñòöíäÿ ýÿçÿí ãàòèëëÿрèíèçäÿ èñÿ î ìÿрäàíÿëèê

éîõ. Ñèçè ãûрüûíà âåрÿíëÿр äÿ, Ñèçèí ãûрüûíà ýåòäèéèíèçè биляíëÿр äÿ, Ñèçÿ ýöëëÿ àòàíëàр äà, ýöëëÿ

àòûí äåéÿ ñàòàíëàр äà, ÿìрÿ ãÿрàр ÷ûõàрàíëàр, ãÿрàрà ãîë ãîéàíëàр äà... ëîâüà-ëîâüà, ÿäàëû-

ÿäàëû, ÿëëÿрè ãàíëû ýÿçèрëÿр àëòûíäà éàòûøäûüûíûç áó òîрïàüûí öñòöíäÿ.

Ùÿр áèрè äÿ þç ùàéûíäà...

Ñèçè äöøöíÿíëÿр, Ñèçÿ éàíàíëàрсà, åëÿ Ñèçèí þçöíöç êèìè êèìñÿñèçëÿрäè, òÿìèçëÿрäè,

ñàôëàрäû, øÿùèäëÿр! Ãÿëáè ãàí ëÿêÿëè ùÿрèñëÿр âóрíóõóрëàр, ÷àрïûøûрëàр, øÿùèä рóùóíóí àüûрëûüû

÷þêìöø ãàíäàëëàрäàí ãóрòóëìàã ö÷öí, íàùàã ãàíëàрûí àùûíäàí ãà÷ìàã ö÷öí.

Êèìè äåéèр - õÿáÿрèì éîõ, êèìè äåéèр - ìÿí áèëìÿçäèì... Êèìè äåéèр - ãîéìàäûëàр, êèìè

äåéèр - àëäàòäûëàр... Êèìè äåéèр - óøàã êèìè ñàäÿëþâùäöì, êèìè äåéèр - èíàíäûì... Êèìè äåéèр –

îëàí-îëóá óíóäàã, êèìè äåéèр - ÿë âåрèí, ÿøè, áàрûøàã...

Ýèäè äöíéà! Àä-ñàíûíà óéüóí, рöòáÿñèíÿ, òèòóëóíà, êöрñöñöíÿ óéüóí àüàéàíàëûã,

ìÿрäàíÿëèê åäÿí, ñóñ-ïóñ ÷ÿêèëèá ýåäÿí, àáûр-ùÿéà ïÿрäÿñèíäÿ ýèçëÿíÿí éîõ. Éåíÿ ýþçëÿр óæàëûãäà, çèрâÿëÿрäÿ, ãóрóëó êöрñöëÿрäÿäèр... Ùàìû þçöíö äöøöíöр, þçöíö õèëàñ åòìÿéÿ æàí

àòûр. Ñèçè ýöëëÿäÿí õèëàñ åòìÿäèêëÿрèíäÿí íÿòèæÿ ÷ûõàрûá èíäè ùÿр êÿñ... þçö ö÷öí, øÿùèäëÿр! Ñèç ÿáÿäèééÿòÿ äîüрó ãÿòè àääûì àòäûüûíûç î ìöäùèø эåæÿíèí ñÿùÿрè þç ùàéûíà ãàëàíëàр äà "èрÿëèéÿ" äîüрó áèр àääûì àòäûëàр. Àääûì-àääûì èрÿëèëÿäèëÿр ãàíûíûç ñîéóìàìûø, рóùóíóç øÿùÿрèí

öñòöíäÿí ãàëõìàìûø, Âÿòÿí òîрïàüûíû ñûõàí áàрìàãëàрûíûç éóìóëìàìûø...

"...Àé ãàрàíëûã áèр ýåæÿäÿ âóрäóëàр ìÿíè" - äåéÿ-äåéÿ äóрíà ãàòàрû êèìè äöçöëöá

ýåòäèíèç áó äöíéàäàí. ßáÿäè ãÿрèáëèéÿ, áèòìÿç òÿíùàëûüà ýåòäèíèç...

Ùÿрÿ èñÿ þç ùàéûíäàäûр...

Ñèçè äöøöíÿíëÿр - Ñèçèí àрõàíûçæà øÿùèäëèê éîëóíà ùàçûр îëàíëàрäû, øÿùèäëèê òàëåéèíè ñåâÿíëÿрäè, àëëàùäàí àëíûíà Âÿòÿí îüóëëàрû ãèñìÿòè éàçûëàíëàрäû...

Éà ìÿäÿä, áó ýöíìö-ñàáàùìû, áó èëìè-î èëìè, áó ÿñрìè-î áèрè ÿñрìè? Ôÿрãè éîõ, Âÿòÿí

íÿ âàõò òÿëÿá åòñÿ ýÿëÿæÿêëÿр! Âÿòÿí íÿ âàõò îüóë äåñÿ онлар да ýÿëÿæÿêëÿр... øÿùèäëÿр!



(йанвар 1992)
***
“Yeni Müsavat” qəzeti həmişə obyektiv, qərəzsiz, təmənnasız olduğunu iddia etdiyindən Akif Əli “Anlatmaq problemi”ni əvvəlcə onların özlərinə göndərdi. Ancaq Anara dörd nömrə həsr edən “YM” bu bir cavabı dərc etmədi və bununla da özünün “demokratiklik” iddialarının yalnız Kompartiya sayağı deklarativ xarakter daşıdığını bir daha ortaya qoydu. Bu fakt həm də Anar-“YM” işbirliyinin mövcudluğunu sübut etmiş olurdu. Akif Əli sonralar bu mövzuda redaksiya əməkdaşları ilə ayrı-ayrılıqda söhbətlər apardı və həmin sıcaq bağların mövcudluğuna şübhəsi qalmadı.

O əvvəlcə “YM”-nin bir xanım əməkdaşına: “Xahiş edirəm redaktorunuzdan soruşun görün Anara yazdığım cavabı niyə dərc etmədi? Olmaya əlbirsiniz Anarla?..”- dedi. Aradan xeli keçəndən sonra həmin əməkdaş yəqin ki “Akif Əli öz sualını artıq unutmuş olar” gümanıyla yenə hansısa informasiyanı dəqiqləşdirmək üçün NK-ya zəng edəndə, o sualını verməyə macal tapmamış Akif Əli: “Xanım, noldu mənim yazım? – dedi. - Redaktorunuzla danışdınızmı? Niyə çap etmədi?” Xanım: “Bəli, - dedi. - Soruşdum. Dedi ki, sizin yazıda Anar müəllimə qarşı çox ciddi tənqid var idi, ona görə çap edə bilməyiblər...”

“Aydındır!” - Akif Əli dərhal “YM” əməkdaşına xatırlatı: - İndi gördünüzmü, xanım, sizin qəzet Anarla əlbirdir? Mən keçən dəfə sizə deyəndə inkar etmişdiniz... Yaxşı, bəs necə olur ki, bu ölkənin Prezidentini, nəhəng bir şəxsiyyəti, möhtərəm Heydər Əliyevi nəinki tənqid, hətta təhqir edirsiniz? Və bunu azad, müstəqil, demokratik mətbuat adlandırırsınız. Amma Anarın adicə tənqid olunmasına razı olmursunuz? Demək, yüzdə-yüz əlbirsiniz və sizi belə əlaqələr qane edir. Bəs Anarın marağı nədir ki, sizinlə bir yerdədir? Demək iki budağa qoyub ayağını, iqtidara və müxalifətə.

Xanım əməkdaş gülə-gülə: - Bəlkə elə yaxşıdır, Akif müəllim? – dedi və sanki öz cəsarətindən xoşhallandı.

Amma Akif müəllim gülmədi: - Xeyr, xanım, - dedi, - elə yaxşı deyil! İki stulda oturmaq əqidəsizlikdir, sərt desək simasızlıqdır. Kişinin bir sifəti olar. Ya iqtidarda ol, ya müxalifətdə...

Bundan sonra xanım əməkdaş mübahisədən çəkildi və dedi ki, belə məsələləri qəzetin rəhbərliyi ilə müzakirə edin...

Akif Əli düşündü ki, əgər bunlar son dərəcə korrektli bir cavabı da Anara qarşı “ciddi tənqid” kimi qəbul etmişdilərsə, bəs o daha sərt yazsaydı, bu “prinsipial qatı müxalifçilər” nə deyərdi? Ona görə belə düşündü ki, həqiqətən yazmaq istədiyi, amma yazmadığı bəzi sərt məqamlar olmuşdu, məsələn, belə ki: Anar öz müsahibəsində qabalıqla istehza etmişdi, “Aqil Abbası AYB rəhbəri kimi təsəvvür etmək üçün güclü yumor hissinə malik olmaq lazımdır”-demişdi. Dostunun ünvanına (onlar qohumluqdan əvvəl əqidə dostları idilər) bu təhqiramiz ifadədən qeyzlənən Akif Əli əvvəlcə adekvat olaraq düzünəqulu cavab vermək istədi ki, “zato” qəlyan çəkən o... yazı makinası arxasında təsəvvür etmək üçün heç bir xüsusi hissə malik olmaq lazım deyil...” və s. Amma sonra fikrindən daşındı, yazmadı. Fikriləşdi ki, Molla Nəsrəddin demişkən, o - odur, mənə nə gəlib?!.. Və indi bu 3-cü yazı üzərində işləyəndə də yenə fikrində qaldı ki, o vaxt düz eləyib o sözləri yazmayıb.

Ancaq korrektli cavab məqaləsinin niyə dərc olunmadığını “YM”-nin rəhbərliyində təmsil olunan vəzifəcə daha səlahiyyətli başqa bir əməkdaşla da müzakirə etdi. Akif Əli ondan Anara cavab məqaləsinin niyə dərc olunmadığını soruşdu. Həmin səlahiyyətli əməkdaş üstüörtülü anlatdı ki... rəhbərlik icazə vermədi! Bəli, bir daha hər şey aydın olurdu! Hərçənd Akif Əli bilmədi bu - qəzetin rəhbərliyidir, yoxsa partiyanın? Ancaq təkrar soruşmağa ehtiyac görmədi, çünki onsuz da bunun elə bir fərqi yoxdu, ikisi də eyni şeydir... Bu ötəri informasiya Akif Əliyə kifayət etdi ki, intuitiv şəkildə duyduğu Anar-“YM” bağlarının mövcudluğuna tam əmin olsun...

(Bu işbirliyinin daha bir işartısı 2006-cı ilin yanvarında görünəcəkdi: Anar uduzduğu parlament seçkiləri ilə bağlı ürəyini deşən bütün fikirləri yenə də özü ilə “müsahibəyə” səpələyib “Yeni Müsavat” qəzetinin dörd nömrəsində çap etdirəcəkdi.)

***

Bu yerdə Anarın özünə söz vermək, onun mövqeyini də eşitmək lazımdır; həm obyektivlik təmin olunar, həm də adamın portret cizgilərinə daha dolğun əlavələr gətirər. Beləliklə, sitatlara şərh vermək hüququnu özümüzdə saxlamaq şərtilə, subyektin təqdimatında bəzi Portret cizgiləri:

1. AYB sədri Anar müsahibələrinin birində (“Yeni Azərbaycan”, 21 aprel 2000) müxbirin suallarını cavablandırarkən AYB sədri olmağın “məziyyətləri” barədə ürək yanğısı ilə danışır:

“...Müəyyən adamlar var ki, burada rəhbərliyə gəlmək istəyirlər. Təki gəlsinlər. Mən böyük məmnuniyyətlə yerimi (“yerimi” ?-A.) onlara verməyə hazıram. Çünki 13 il burada nə əzab çəkdiyimi (?-A.) bircə mən bilirəm. Gəlsinlər otursunlar, görüm, bircə ay işləyə biləcəklər? (Adama deyərlər, bunu sən niyə “görməlisən” ki?-A.) Əlbəttə, bura sahib olmaq niyyətlərini açıq söyləmirlər, fikirlərini dolayı yolla çatdırırlar. O birilər də onlara züy tutanlardı... Mənə şəkər xəstəliyindən, vaxtımın böyük hissəsinin qarət olunmasından, yaradıcılığımdan ayırmaqdan başqa heç nə verməyib (halbuki AYB-də vaxtın nəyə sərf olunduğunu biz artıq Fikrət Qocanın “Lider” televiziyasının “Səhər” proqramına müsahibəsindən eşitmişik – A.).

...”Günay” qəzeti haqqımda hədyanlar yazmaqdan çəkinməyib... Tikanlı atmacalarla, zəhərli bir dillə yazılmış bir sütunluq yazıda ara söhbətlərindən, bazar qeybətlərindən qidalanan yalanları və danosları təkzib etməyi ləyaqətimə sığışdırmıram (Eynən Moskvada Mixail Qorbaçov onu tribunadan qovanda da ona cavab verməyi “tərbiyəsinə, ləyaqətinə sığışdırmamışdı” adam – A.) ...Əgər mən belə “pisəmsə”, “Günay” qəzeti bütün bu “günahlarımı” əvvəllər mənə təriflər çap edəndə, alovlu təbriklər göndərəndə niyə gizli saxlayırdı... “Günay” məni suçlayır ki, muzeylərimizdən oğurlanmış şəkillər barədə bir şey deməmişəm... bütün baş verən cinayətlər barədə mütləq mən söz deməliyəm?

...Cəmiyyətin ziyalıdan umduğu odur ki, nə üçün yazıçı-ziyalılar siyasi proseslərə qoşulmurlar. Mən də əvvəldən demişəm ki, bura yaradıcılıq təşkilatıdır (düz deyir, adam lap əvvəldən – hələ “Ermənistan”dan qovulan didərginləri AYB-dən də qovub MK-ya, Ə.Vəzirovun yanına göndərəndə həmin motivlərdən çıxış edirdi. – A.).

Son zamanlar deyirlər ki, Yazıcılar Birliyi lazım deyil...Əgər lazım deyilsə, bura pisdirsə, nə üçün üzv olmaq istəyirlər (hələ üstəlik pul da verirlər!-A.).

...Yazıçılar Birliyinin bu gün qalmasının əsas xeyiri budur ki, biz ədəbi orqanlarımızı saxlaya bilmişik.” (AYB-nin sədri postunu heç fərqinə varmadan “yerim” deyə özəlləşdirən və guya bu vəzifədə “nə əzablar” çəkdiyini deyən adamın qeyri-səmimiliyindən, qeybət stilində “əgər mən pisəmsə” məntiqindən sonra, “biz ədəbi orqanlarımızı saxlaya bilmişik” yalanı artıq tam əndazəsizlikdir. Çünki artıq hamıya bəllidir ki, “ədəbi orqanları saxlamaq” bir zamanlar qələmə verildiyi kimi “AYB rəhbərliyinin şücaəti” deyil, dövlətin yardımı, birbaşa Heydər Əliyevin qayğısı sayəsində mümkün olmuşdur. Ancaq budur, 2000-ci ildə də “AYB sədrinin xilaskarlıq missiyası” barədə mifin yaşamasını arzu edən və bu ideyanı kütləviləşdirən elə Anarın özüdür. Yalnız 2004-cü ilin aprelində AYB-nin XI qurultayı ərəfəsində AYB-nin büdcəsi barədə açıqlama həqiqəti bəlli edəcəkdi - A. )

2. AYB sədri Anar Rzayev “Faktları təhrif etməklə polemika aparmaq olmaz” sərlövhəli başqa bir məqaləsində (“525-ci qəzet, 23 avqust 2000) jurnalist Xaliq Bahadırın “Azadlıq” qəzetinin 17 avqust 2000-ci il tarixli sayında dərc edilmiş “Fakt Polemikası” adlı yazısına etirazını bildirir. Xaliq Bahadır yazmışdı ki, “1992-ci ildə AXC hakimiyyəti xalqın, dilin adını özünə qaytaranda bu özünəqayıdışa qarşı çıxanlardan biri... Anar idi. Anar onda dilimizin türk dili adlandırılmasına qarşı çıxaraq yazdı: “İki dilin bir adı ola bilməz”. Anar müəllimə görə Türkiyədə “türk dili” var idisə, bizdə olmamalı idi.”

Xaliq Bahadırın bu xatırlatmasına cavab olaraq Anar yazdı: “...Xalıq Bahadırın polemika üslubuna xas olan cəhət burda da görünür. Yəni mübahisəyə girişdiyi opponentin fikirlərinin özünə sərf olmayan tərəflərinin üstündən keçmək və onun mülahizələrini yarımçıq şəkildə təqdim etmək.” (Halbuki bir qədər sonra Akif Əli ilə “mücadiləsində” Anar özü məhz bu üslubdan istifadə edərək, opponentinin fikirlərinin özünə sərf olmayan tərəflərinin üstündən keçməklə onun mülahizələrini yarımçıq şəkildə təqdim və şərh etməyə başlayacaqdı. - A.)

Daha sonra Anar yazırdı: “X.Bahadırın mənə ikinci ittihamı bundan ibarətdir ki, guya mən vaxtilə Moskvada Moskvanın istəyinə uyğun çıxışlar etmişəm ... guya mən indi də Türkiyədə Ankaranın istəyinə uyğun çıxışlar edirəm.”

Təbii, zərbədən sarsılan Anar yalnız patetik suallarla - məgər Xalıq Bahadır yazılarımı oxumayıb, çıxışlarımı eşitməyib? – tipli alovlu nidalarla qeyzə gəlir və öz sualına özü də cavab verir: “Əlbəttə, oxuyub da, eşidib də, amma ona belə demək lazımdır və belə demək üçün konkret faktları qulaqardına vurmaq, aydın-açıq deyilmiş sözləri, fikirləri guya ki, eşitməmək ən əlverişli üsuldur.” (Yenə də eynən özü bu üsulla işləyən Anar Rzayev Akif Əli ilə polemikalarının ilk çağlarında guya belə adam tanımadığını, nə yazdığını bilmədiyini deyəcəkdi. Halbuki o Akif Əlini yaxşı tanıyırdı, amma ona belə demək lazım idi və belə demək üçün konkret faktları qulaqardına vurmaq, deyilmiş sözləri, fikirləri guya ki, eşitməmək Anar üçün ən əlverişli üsul idi... Bax, məhz bu saxtakarlıq xisləti Anarın xasiyyətindəki ikili standartın mövcudluğundan xəbər verməklə onun obyektiv ziyalı olmadığını önə çəkir. Və onu yaxından tanıyan adamları Anardan uzaqlaşdıran amil onun belə “mütəhərrik” xüsusiyyətlərə sahib olmasıdır. -A.)

3. Ədəbi məkanı öz monopoliyasına götürmüş yazıçı-dramaturq-publisist-esseist-ssenarist-rejissor Anar Rzayev hətta şer də yazır (Çap səhvləri. Oxunmalıdır: “O şer də yazırdı”. Getmişdir: “O şerdə azırdı”. Akif Əli, “Unudulmaz yollar” kitabından, B., Gənclik, 1985) . Və təkcə yazsaydı dərd yarı idi. O həmin şerləri həm də çap etdirir. Məsələn, “Ədəbiyyat qəzeti”nin 7 iyun 2002 tarixli nömrəsində “Köhnə foto”, “Zemfirama” və s. başlıqlı dörd şeri çap olunub. Açığı, bəzi misralarını aşağıda diqqətinizə çatdıracağımız belə şerləri yazmaqla “xalq yazıçısı”, “AYB sədri” və s. titullar qazanmaq mümkün olsaydı, onda gərək bu ölkədə 8 milyon “xalq yazıçısı”, 8 milyon da “AYB sədri” olaydı...

“Maşınımız təkərsizmiş, Əsgərimiz təpərsizmiş, Sərhədimiz çəpərsizmiş, Yurdumuz Kəlbəcərsizmiş...”

“Dünyaya göz açanda İşığı gördük öncə - günəş dolu bir aləm. Qaranlıq bir darlıqdan (? – A.) gen dünyanın rəngləri doluşdu gözümüzə: yaşıl, sarı, qırmızı...” Əlbəttə, zövqü, savadı, ədəbi duyumu olan kəs heç vaxt belə şeylər yazmaz, bəlkə də bekarçılıqdan dağda-bağda öz-özünə zümzümə, ya cızma-qara eləsə də, onları heç vaxt ucadan oxumaz (xüsusən “dar deşikdən” gen dünyaya gəlmək məsələsini), hətta oxusa da belə hamının yanında oxumaz və illah da ki, dediyimiz kimi, onları heç vaxt qəzetdə çap etdirib milyonların qarşısına çıxartmaz. Ona görə yox ki, bunu eləyə bilməz. Sadəcə ona görə ki, belə şeylər eləmək olmaz! Açığı, əgər indi Anar durub soruşsa ki, niyə? Niyəsini izah etmək də çətindir. Vallah çətindir! Bunu gərək duyasan, sənət duyumun ola və sözü hiss edəsən... AYB sədri, xalq yazıçısı isə yəqin ki bu yazıları təkcə mühasibatlıq üçün dərc etdirmir...

4. Anarın obrazı üçün xarakterik yazılardan biri də “Vaqif Bayatlı Odərə məktub”dur (“525-ci qəzet”, 7 iyun 2002). Bu Açıq məktubda Anar yazır: “Hörmətli Vaqif! ...Sən mənə şer ithaf etmisən, anama həsr olunmuş gözəl bir şer yazmısan... Vaxtilə, münasibətlərimizin mehriban çağında bir dəfə demişdim ki, atamın arxivində sənin iki məktubun var... Rəsul Rzayla Nigar Rəfibəylinin xatirəsini əziz tutduğun üçün də sənə minnətdaram... Qınından çıxıb qınını bəyənməməyin də, öz qınının içinə qapanıb qalmağın da ziyalılığa dəxli yoxdur. Özünü ədəbi intriqalarla, ona-buna çirkab atmaqla deyil bədii əsərlərlə təsdiq etmək – həqiqi sənətin yeganə və çətin yoludur. ...sənin özünü də, bir sıra başqa qələm dostlarımızı da...Yazıçılar Birliyinə yaxın görmək istəyirəm. Yazıçılar Birliyi nə mənim, nə sənindir, amma o, hamımızındır. Onun işini daha da yaxşı qurmaq üçün hər bir dəyərli təklifi, mülahizəni diqqətlə dinləməyə hazırıq...”



Bizim şərh:

a) Əvvəla, AYB barədə dedikləri həm səmimi deyil (çünki təcrübə göstərir ki, Anar və onun komandası bu ictimai qurumun “işini daha da yaxşı qurmaq üçün” heç bir səmərəli təklifi yaxın buraxmır), həm “dəyərli” sözünü işlətməklə qabaqlayıcı tədbir görür (yəni hər hansı sərf etməyən təklifi dərhal “dəyərsiz” adlandırıb qəbul etməməkçün), həm də ümumiyyətlə, o hər hansı bir təklifi, mülahizəni yalnız “dinləməyə hazır olduğunu” bildirir, konkret əməli addım atacağına isə zəmanət vermir.

Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin