Qrup: 384 Tələbə: Gülay Əliyeva Fənn



Yüklə 1,07 Mb.
tarix02.11.2022
ölçüsü1,07 Mb.
#67196
İqtisadiyyata giriş


Qrup: 384
Tələbə: Gülay Əliyeva
Fənn: İqtisadiyyata giriş
Müəllim: Əsədova Alidə
Rəqabət, onun mahiyyəti, formaları və metodları
“Rəqabət” dedikdə - eyni bir məqsədə nail olunmasında bir neçə şəxslərin rəqabət fəaliyyəti başa düşülür. Sərbəst rəqabət dedikdə, fərdi şəxslərin və firmaların təsərrüfat fəaliyyətlərini tənzimləyən və məhdudlaşdıran hüquqi normaların tamamilə olmaması başa düşülür. Belə sərbəstlik heç vaxt mövcud olmayıb və mövcud da deyildir. Sərbəst rəqabət sistemi elə bir qaydadır ki, burada özəl təsərrüfat fəaliyyətinin hüquqi bazisi şəxsiyyətin sərbəstliyinə, xususi mülkiyyətə və satışın maddi və formal məzmununun müəyyən edilməində dövlətin az iştirakına əsaslanır.
Rəqabət amerika azad sahibkarlıq sisteminin ayrılmaz tərkib hissəsi hesab edilir. Rəqabət həmişə amerika biznesi tarixinin ilk dövrlərindən başlayaraq dövlət tərəfindən qiymətləndirilmişdir. Bu gün də ABŞ-da rəqabət firmalarının ölçüsündən və ixtisaslaşmasından asılı olmayaraq biznesin hər bir növündə baş verir. Amerika standartlarına görə rəqabət iki yerə - xalis rəqabətə və rəqabətə ayrılır.
Xalis rəqabət o sahələrdə müşahidə olunur ki, orada firmaların əksəriyyəti anoloji məhsullar istehsal edirlər və ya xidmətlər göstərirlər, və hər bir firma öz məhsulunu digər sahələrə yenidən profilləşdirə bilərlər. Adətən xalis rəqabətli sahələrdə dövlət tərəfindən tənzimlənmə yoxdur. Əgər sahələrdə az firma fəaliyyət götərirsə, onda rəqabət başqa yönümdə cərayan edir və xarakterizə olunur
Rəqabətin bir neçə növləri vardır:
    • Firmalar arasındakı “xalis” rəqabət;
    • Monopolistik rəqabət;
    • Firmadaxili rəqabət;

    • Xalis rəqabət nəzərdə tutur ki, firmalar bazara çıxarkən bir-birləri ilə əlaqədə olmurlar və sərbəst olaraq alıcılar uğrunda mubarizə aparırlar. Amerika təcrübəsində bu cür rəqabətə fermerlər arasında kənd təsərrüfatı məhsullari bazarında rast gəlinir.

Monopolist rəqabət dedikdə firmalar arasında bazarların və yaxud da onun əksər hissəsinin trest, sindikat, kartel və s. çərçivəsi şəkilində bölüşdürülməsi nəzərdə tutulur.
Firmadaxili rəqabət bir çox iri amerika kompanyalarıda hələ 20-ci illərdə meydana gəlmişdir. Bu rəqabət növünün mahiyyəti ondan mütəlif bölmələr birbirilə rəqabət edirlər. Bu rəqabət də məhsulun keyfiyyətinin yaxşılaşdırılması, istehsal və marketinq xərclərinin aşağı salınması üzrə həyata keçirilir. Bu rəqabət müxəlif bölgələrin maliyyə və mühasibat sənədlərinin müqasisəsi ilə həyata keçirilir.
P.Zavyalov, V.Demidovun “Formula uspexa-marketinq” kitabında marketinqdə rəqabətin üç kateqoriyası haqqındqa ətraflı şərh verirlər. Bunlar funkisional, görünüş və predmet rəqabətləridir. Funkisional rəqabət ona görə ki, istənilən təlabatı müxtəlif üsullarla ödəmək mümkündür. Bu təlabatları ödəyən bütün əmtəələr, uyğun olaraq, funkisional rəqiblər hesab edilirlər.
Görünüş rəqabəti – eyni bir məqsədə xidmət edən əmtəələrin bir-birlərindən xeyli dərəcədə mühüm parametirlərə görə fərqlənməsi nəticəsində meydana çıxır. Məsələn, eyni sinfə mənsub 5-yerli minik avtomobilləri müxtəlif güclərə malik mühərrikləri ilə bir-birindən fərqlənirlər.
Predmet rəqabəti o vaxt yaranir ki, firmalar əslində identik mallar buraxirlar, ancaq hazırlanma keyfiyyətləri və yaxud eyni bir keyfiyyətə malik olmaları ilə birbirlərindən fərqlənirlər. Belə rəqabət adətən firmalar arası rəqabət adlanır.
Hal-hazırda, bazarların çox az sayda firmalar arasında monopolistləşdirilməsi ilə əlaqədar olaraq, istehlakçılar çox nadir hallarda rəqabətin qiymətli metoduna səy göstərirlər. Firmalar, əsas etibarilə, qiymətləri bir bazarda saxlamağa və istehsal xərclərini aşağı salmağa, mənfəətin çoxalmasına daha üstünlük verirlər.
Rəqabətin qiymətsiz metodları hal-hazırda ən geniş yayılmış, xüsusilə də Amerikada, metodlaran biri hesab edilir. Bu metodlar içərisinə, rəqiblərə nisbətən, məhsulun daha yüksək etibarlığı və keyfiyyəti göstərirlir. Bu keyfiyyətlər reklamda qeyd edilir. Yadda saxlamaq lazımdır ki, reklamda rəqiblərin məhsullarının çatışmayan cəhətləri tənqid olunmur. Lakin həmin məhsulların əsas xarekteristlkalarını göstərmək və onları öz məhsulları ilə müqaisə etməyə icazə verilir.
Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin