İRƏvan türkləRİNİN ƏDƏBİ MƏtbuat abiDƏSİ



Yüklə 0.65 Mb.

səhifə1/10
tarix01.05.2017
ölçüsü0.65 Mb.
  1   2   3   4   5   6   7   8   9   10

 

1

 



 

 

 

 

 

 

İRƏVAN TÜRKLƏRİNİN ƏDƏBİ  

 

 

MƏTBUAT ABİDƏSİ  

 

 

“LƏK-LƏK” 

 

 

JURNALI 

 

 

 

 

 

 

 

 

 

 

 

BAKI – 2008

 

 

2

 



 

Məsləhətçilər:  Şamil Vəliyev 



                         İsrafil Məmmədov

 

Elmi redaktoru: İsrafil Abbaslı 



 

 

 

İrəvan türklərinin ədəbi mətbuat abidəsi 

“Lək-lək” 

 Transliterasiyanın , ön sözün və lüğətin müəllifi Ziyəddin Məhərrəmov, filologiya elmləri namizədi. 

“Açıq dünya” 

 jurnalı nəşriyyatı, Bakı, 2008, 149 səh. 

 

 

Oxuculara təqdim olunan bu məcmuə XX əsrin ininci onilliyində  Qərbi Azərbaycanda – oğuz 



yurdu  İrəvanda 1914-cü il fevral ayının 22-dən həmin ilin 30 iyunundadək nəşr olunmuş, cəmi 12 

nömrəsi işıq üzü görmüş “Lək-lək” (əslində senzura sənədlərində “Leylək” (Aist) jurnalının  ərəb 

qrafikalı əlifbadan transliterasiyasıdır. “Lək-lək” “Molla Nəsrəddin” ədəbi məktəbi ənənələrini davam 

etdirmişdir. Jurnalının naşir və redaktoru Mirməhəmməd Mirfətullayev və Cabbar Əsgərzadə 

olmuşdur, jurnal İrəvandakı “Luys” mətbəəsində çap edilmişdir. Onun nəşrinin dayandırılması ilə 

bağlı müəllifin qeydləri vardır.  Həmin dövrün ictimai-siyasi, ədəbi və mədəni hadisələri ilə yaxından 

tanış olmaq mümkündür.  

 

 



AB. 022619- 5 -08 

“Açıq dünya”- 2008 

 

Tərtib, ön söz  və lüğət 

 Z. Məhərrəmov, 2008. 


 

3

İrəvan türklərinin mətbuat abidəsi 



 

XIX  əsrin axırlarında qədim  İrəvan quberniyasının və xanlığınin  ctimai-siyasi və  mədəni 

həyatında mühüm idəyişiklər baş verməkdə idi. Görkəmli və qabaqcıl maarifçilərin səyi sayəsində 

Irəvan  şəhərində Azərbaycan dilində  dərsliklərin meydanə  gəlməsi, kitab nəşri , xarici ölkələr 

ədəiyyatına dair tərcümə  əsərlərinnin işıq üzü görməsi xüsusilə maraq doğururdu. Bu faydalı  iş üç 

istiqamətdə inkişaf etdirilirdi. İrıvanın hüdudlarından kənarlarda  yerli müəlliflərin kitabları  nəşr 

olunurdu. Müəlliflər işıq üzü görən  əsərlərinin Təbriz, Tehran, Tiflis, Baxçasaray və Bakı kimi 

şəhərlərdə çap olunmasına baxmayaraq, əsərlərinin adı ilə yanaşı doğma vətənləri  İrəvanın adını 

müəllif kimi xatırladırdılar. Məsələn:  Şair Arif İrəvani,  şair və diplomat Fəxri Mirzə Abbas İrəvani, 

Molla Hacı İrəvani və onlarca başqa müəlliflər əslən İrəvandan olduqlarını göstərmişlər...  Bu yazıda 

İrəvanda nəşrinə rəsmi icazə verilən  jurnallar barədə söhbət açmaq oxucuların marağına səbəb olar.  

1913-cü ildə “Lək-lək”in nəşrinə icazə verilməsi haqqında senzura sənədlərində Gürcüstan SSR 

Mərkəzi Dövlət Tarix Arxivindəki 480-ci fondun 1-ci siyahısının 968 nömrəli iş- qovluğunda İrəvan 

qubernatorunun “Lək-lək”i buraxmaq haqqında Mir Məhəmməd Mir Fətullayevə  və Cabbar 

Əsgərzadəyə verdiyi 21 yanvar 1914-cü il tarixli şəhadətnaməsində jurnalın baş məqalələr, şeir, şəhər 

işləri, Qafqaz xəbərləri, teleqramlar, xarici və daxili xəbərlər, felyeton, təmsil, poçta qutusu, elanlar 

çapına icazə verilmişdir.  

İrəvanda “Lək-lək”(1914), “Bürhani-həqiqət”



*

 (1917) jurnalları nəşr olunmuşdur.  

“Lək-lək” Ermənistanda türk dilində  nəşr olunan ilk mətbuat orqanı,      həftəlik məzhəkəli 

məcmuədir. Bürhani-həqiqət”  İrəvanda ayda iki dəfə  nəşr olunan ədəbi, siyasi, tarixi, elmi və  fənni 

jurnalıdır. “Bürhani-həqiqət”jurnalın  İrəvan  şəhərindəki “Luys”mətbəəsində ilk nömrəsi 1 yanvar 

1917-ci ildə, sonuncu nömrəsi isə elə  həmin ilin iyununda çapdan buraxılmışdır. Sərlövhə altında 

“Etiraf, tərəqqi, etimad... hələlik ayda iki dəfə  nəşr olunan ədəbi, siyasi, tarixi, elmi və  fənni 

məcmuəsidir”. Müdiri və mühərriri  Əli Hacı Zeynalabdınzadə  Rəhimov (Məhzun), naşiri Həsən 

Mirzəzadə(Əliyev)dir. “Bürhani-həqiqət” jurnalının cəmi 9 nömrəsi işıq üzü görmüşdür. Həmin 

nömrələrdə  əsasən bədii və publisistik materiallar dərc edilmişdir. “Bürhani-həqiqət”in səhifələrində 

Əli Məhzun, Cabbar Əsgərzadə Aciz İrəvani,  Əbdülhəq Mehrülnisa, Səri Xanım, T.Fikrət,  Ə.Sədi, 

Təhsin Nahid, H.Rəmzi, Təhsin İrəvani, Mirzə Cabbar Məmmədov və başqalarınin orijinal, iqtibas və 

tərcümə əsərləri çap olunmuşdur. Jurnal əsasən maarifçi-realist ədəbiyyatın mövqeyini müdafiə edirdi. 

“Bürhani-həqiqət” jurnalını nəşr etmək barədə Ə.H.Zeynalabdınzadəyə icazə verilməsi haqqında 

Gürcüstan SSR MDTA-də xüsusi qeyd də yazılmışdır.

*

 

“Lək-lək”  jurnalının 1914-cü il fevral ayının 22-də 1-ci nömrəsi, 12-ci nömrəsi isə həmin ilin 30 



iyununda nəşr olunmuşdur. “Lək-lək” (əslində senzura sənədlərində “Leylək” (Aist) “Molla 

Nəsrəddin” ədəbi məktəbi ənənələrini davam etdirmişdir. “Lək-lək” jurnalının naşir və redaktoru Mir 

Məhəmməd Mir Fətullayev və Cabbar Əsgərzadə olmuşdur, jurnal İrəvandakı “Luys” mətbəəsində çap 

edilirdi. 

Əvvəla,  “Lək-lək”  məcmuəsinin mühərrir və naşirləri barədə oxucularda bir qədər  əhatəli 

təsəvvür yaratmaq məqsədəuyğundur.  

Zamanının istedadlı ziyalılarından olan, Tiflisdə, Bakıda,  İrəvanda nəşr olunan “Molla 

Nəsrəddin”,  “Tartan-Partan”, “Zənbur”, “Kəlniyət”, “Məzəli” “Bəhlul”, “Rəncbər”, “Zəngi”,  “Qızıl 

Şəfəq” 

*

kimi məcmuə  və  qəzetlərdə satirik şeirlər və  kəskin publisistik məqalələr müəllifi kimi 



tanınan, xalqımızın maariflənməsi və istiqlaliyyəti uğrunda  əlindən gələni  əsirgəməyən Cabbar 

Əsgərzadənin   yaradıcılıq fəaliyyəti Azərbaycan ədəbi ictimaiyyətinin yaşlı nəsillərinə bəllidir. Onun 

tərcümeyi-halının hamıya hələ tam aydın olmayan məqamlarını  təfərrüatı ilə çatdırmaq məqsədilə 

ermənilərin tarix boyu müsəlmanların, o cümlədən də  azəri türklərinin başına açdığı müsibətlərin acı 

nəticələrini ürək ağrısı ilə  qələmə  alan , bu dəhşətlərin təsvirini ictimaiyyətə  mətbu sözlə çatdıran 

maarifpərvər və ictimai xadim olması barədə “Yazıçı” Nəşriyyatında görkəmli alim Zahid Əkbərovun 

1991-ci ildə nəşr etdirdiyi “Cabbar Bağçaban” toplusunda  daha ətraflı məlumatlar diqqətə çatdırılır. 

                                                 

*

 Azərbaycan SSR Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası, Azərbaycanda Dövri Mətbuatı (1832-1920) biblioqrafiyası, Bakı, 



1987, səh., 16,17. 

  

*



 

Gürcüstan SSR MDTA, f. 1183, iş 680, vərəq 9.

 

*

 İsrafil Məmmədov, İrəvan dəftəri, I kitab, ikinci , təkmilləşdirilmiş nəşr, “ADILOĞLU”, Bakı-2008. 



 

4

Müəllif göstərir ki, bütün şüurlu həyatını doğma xalqının azadlıq hərəkatına,  maarifinə, 



mədəniyyətinə, incəsənətinə sərf edən  C. Əsgərzadə öz dövrünün ziddiyyətlərindən baş çıxartmaqla, 

ədəbi fəaliyyətini xalqının gələcəyi naminə mütərəqqi amallara yönəltməyi, yaradıcılığında irəli 

sürdüyü, geniş kütlələrə təlqin etmək istədiyi vacib məsələləri işıqlandırsın. Bunun üçün İrəvanda türk 

dilində  çıxan  ilk mətbuat abidəsi  “Lək-lək”in redaktoru olması, bu məcmuəni “Molla Nəsrəddin” 

jurnalının  ənənələrinə sadiq olan bir tribunaya çüvirmək missiyası onun öhdəsinə düşmüşdü. “Lək-

lək”in xalq qarşısındakı xidmətlərinin tarixi əhəmiyyətindən, ictimai-siyasi mahiyyətindən  söhbət 

açan Z. Əkbərov yazır: “Lək-lək” nəşr olunduğu müddətdə Azərbaycan ictimai-siyasi və ədəbi fikrin 

inkişafına  müəyyən kömək göstərmiş, azadlıq, tərəqqi və demokratiya ideyalarına xidmət etmişdir. 

Məcmuə ictimai-satirik və yumor dili ilə siyasi irticanı, geriliyi, ətaləti, cəhaləti özünə tənqid hədəfi 

seçmişdir. O, anlaşıqlıə dili və demokratik məzmunu sayəsində Zaqafqaziyada , ümumən Qafqazda  

olan azərbaycanlılar içərisində çox yayılmış nəşrlərdən biri olmuşdur”

*

  



Yeri gəlmişkən qeyd edim ki, görkəmli tarixçi-alim, yorulmaz tədqiqatçı, Qərbi Azərbaycan 

ədəbi mühitinin çoxlarımıza istənilən səviyyədə bəlli olmayan müəyyən məqamlarına arayıb-axtardığı  

arxiv sənədlərindən aydınlıq gətirən İsrafil Məmmədov özünün bu yaxınlarda ictimai fikir tariximizin 

qəribsəyən üfiqləri seriyasından  işıq üzü görən  “İrəvan dəftəri” kitabının təkrar nəşri ilə 

oxucularımıza daha maraqlı  məqamları xatırladır.  

Müəllif  burada “İrəvanda Azərbaycan mətbuatı”,  “Kitab nəşri”, “Dövri mətbuat”, “Molla 

Nəsrəddin” və ermənistan,  “Lək-lək”,  “Bürhani-həqiqət”  məcmuələri başlıqları altında XİX  əsrin 

sonu və  XX əsrin başlanğıcında İrəvanda  baş verən ictimai-siyasi olayların xronologiyasını vermişdir. 

Həmçinin o zamankı dünyada hökm sürən hərki-hərkiliyi, dini-xurafat buxovunda əzab çəkənlərin 

çıxılmaz vəziyyətini, “möminlərə” pənah gətirənlərin acı taleyinə, gedən proseslərə biganə qalan 

şəhvət düşgünlərinin heysiyyatsızlığını   oxuculara çatdıran, bu eybəcərlikləri satira atəşinə tutan 

ədəbi-bədii materialları ümumiləşdirməklə  həmin məcmuələrdə öz əksini tapan konkret faktlarla 

səciyyəvi təhlillər vermişdir.  

“Lək-lək”in  bütün nömrələrinin üz qabığında abunə qiyməti və mündəricatı ilə yanaşı, 

redaksiyanın yerləşdiyi ünvanı bildirilir. “Məsləkimizə müvafiğ və millətimizə mənfəətli olan hər cür 



xəbər təhrirat üçün məcmuəmuzin səhifələri açığdır. İmzasız yazılar dərc olunmadıyı kibi marğasız 

gondərilən  məktublar da  ğəbul olunmaz. Yazılar açığ türk dilində olmalıdır. Adres dəgişdirənlər 

yeddi  ədədini  ğəpiklik marğa göndərməlidir. Dərc olunmayan yazılar  əldə olunmaz.”cümlələri ilə 

məcmənin məqsəd və məramı oxucuların diqqətinə çatdırılır. Məcmuə fəaliyyətə başladığı andan onun 

ətrafında cəmləşən qələm sahibləri “Milla Nəsrəddin”  ənənələrinə sadiqliklərini nümayiş etdirməyə 

böyük səylə yanaşırdılar. 

Tədqiqatçı alim İslam Ağayev mətbuat və publisistika problemlərindən apardığı elmi 

araşdırmalarında göstərir ki, “Molla Nəsrəddin” jurnalı Əliqulu Qəmküsarın (1880-1919) redaktorluğu 

ilə daha geniş  ədəbi mübarizə    cəbhəsi yaratdığı bir zamanda jurnalın səhifələrində    Əli Rza 

Şamçızadə(Dabanı çatdağ xala) Gəncədən, Cabbar Əsgərzadə (Aciz) İrəvandan, Salman Mümtaz 

Əsgərov (Xortdan bəy) Aşqabatdan, Zeynal  Məmmədov (Səffəl) Təbrizdən, Sabit Manafzadə ( 

Dastançı) Aşqabaddan,  Əli Nəzmi (Məşədi Sicimqulu) Gəncədən, Məhəmmədəli Sidqi Bakıdan 

jurnala yazırdılar. “Məlik Naqqal” imzası 1914-cü ildə mollanəsrəddinçi  şair və publisist Cabbar 

Əsgərzadə Acizin redaktorluğu ilə  İrəvanda çıxan “Leylək” jurnalında  təsadüf edilir. Sual olunur, 

1914-cü ildə Tiflisdə dərc edilən“Molla Nəsrəddin” jurnalının redaktoru Qəmküsar ilə İrəvanda çıxan  

“Leylək” arasında  hansı cəhətdən  əlaqə ola bilərdi? Bu suala cavab vermək üçün, hər şeydən əvvəl, 

“Leylək” redaktorunun şəxsiyyətinə  diqqət yetirilməlidir. Çünki,  “Leylək”in redaktoru Cabbar 

Əsgərzadə “Molla Nəsrəddin”inin köhnə  əməkdaşlarından idi. O öz jurnalına  dostlarını    dəvət edə 

bilərdi.  Bu məcmuələrdə M.S.Ordubadi (Hərdəmxəyal), Qəmküsar (Məlik Naqqal) imzaları ilə çıxış 

etmişdilər.

1

 Söz yox ki,  məcmuələrdə müxtəlif imzalarla çıxış edən çoxsaylı qələm sahibləri ictimai-



siyasi və  mədəni həyatda baş verən hadisələrə  həssaslıq göstərir, hamı üçün maraqlı  və aktual olan 

həyat həqiqətlərini əks etdirən müxtəlif məzmunlu şeirləri, hikmətli sözləri, İrəvan, Ordubad, Gəncə, 

Mərənd, İstanbul, Təbriz, Tiflis və digər şəhərlərdən əldə olunan xəbərləri və felyeton əvəzi yazıları 

                                                 

*

 Zahid Əkbərov, “Cabbar Bağçaban”, “Yazıçı” Nəşriyyatı, Bakı, 1991. 



1

 İslam Ağayev. “Ədəbiyyat, mətbuat və publisistika problemləri”, səhifə 427, 447.Bakı, “Elm”, 2008.  



 

5

maraq dairəsində saxlamaqla məcmuənin səhifələrini daha oxunaqlı etməkdə bütün imkanlardan 



istifadə edirdilər.  

Məcmuə fəaliyyətə başladığı andan onun ətrafında cəmləşən qələm sahibləri “Milla Nəsrəddin” 

ənənələrinə sadiqliklərini nümayiş etdirməyə böyük səylə yanaşırdılar. Onlar ictimai-siyasi və mədəni 

həyatda baş verən hadisələrə həssaslıq göstərir, hamı üçün maraqlı və aktual olan həyat həqiqətlərini 

əks etdirən müxtəlif məzmunlu  şeirləri, hikmətli sözləri,  İrəvan, Ordubad, Gəncə, Mərənd,  İstanbul, 

Təbriz, Tiflis və digər  şəhərlərdən  əldə olunan xəbərləri və felyeton əvəzi yazıları maraq dairəsində 

saxlamaqla məcmuənin səhifələrini daha oxunaqlı etməkdə bütün imkanlardan istifadə edirdilər.  

Jurnalın səhifələrində mollanəsrəddinçi yazıçılardan C. Əsgərzadə Aciz( Lək-lək, Müqəllid və s), 

Əli Məhzun Rəhimov(Yetim cücə), M.S.Ordubadi(Hərdəmxəyal), M.Mir Fətullayev və başqaları 

iştirak etmişlər. Bədii cəhətdən müəyyən mənada bir qədər zəif çıxmasına baxmayaraq, “Lək-lək” 

oxucuların rəğbətini qazanmışdır. Sonuncu on ikinci nömrədə  mündəricat verilməsə  də, “Axtar” 

başlığı ilə  “Lək-lək” in aqibəti barədə oxucular məlumatlandırılır.  Qeyd olunur ki,  bəzi səbəblərə 

görə məcmuənin  bağlanacağı, müştərilərinə onun əvəzinə daha mükəmməl, daha nəfs, daha parlaq və 

oxunaqlı “Çınqı” adlı satirik jurnal çıxacaqdır. Həmin yeni nəşr  olunacaq “Çınqı” Əli Məhzun Hacı 

Zeynəlabdinzadə  və  “Lək-lək” müdirlərindən Hacı  Əsgərzadənin təht müdiriyyətlərində olub, 

İrəvanın maarifpərvər  cavanlarının maddi və  mənəvi  köməkliyi ilə  nəşr olunacaqdır.  Ancaq 

Marksizm-Leninizm  İnstitutunun Ermənistan filialının partiya arxivindəki 4 nömrəli fondun 26-cı 

siyahısının 172 saylı işinin 10-13 vərəqlərində “Çınqı” adlı jurnalın nəşr edilmədiyi göstərilmişdir. 

“Lək-lək”in 10-cu nömrəsinə  əlavə  şəklində “Lək-lək” can verir” adlı  uşaqlar üçün nəzmlə 

yazılmış alleqorik bir kitabça çap etmişdir. Həmin  əsərdə müxtəlif sinif və  təbəqələrin həyatına 

istehzalı nəzər salınmışdır.

*

 Oğrular, damdələnlər, şərab içənlər, nəşəxorlar, qumarbazlar, yolkəsənlər, 



rəzalət bataqlığında çabalayanlar,  zəhmətkeş insanların imkanlarını öz mənafeləri üçün hər an 

yararlananlar, ictimai-siyasi hadisələrin cəmiyyətdə doğurduğu  əks-səda məcmuənin  əsas 

mövzularındandır. “Molla Nəsrəddin” jurnalının  ənənələrinə sadiq qalmaq yolunda mövcud 

imkanlarından qədərincə istifadə edən “Lək-lək”çilər  sosial mənşəcə  aşağı  təbəqəyə  mənsub olan 

sadə, kasıb, yoxsul, məzlum kütlələrə  rəğbət bəsləməyin, tüfeylilərə qarşı barışmaz mövqedə 

dayanmağın mahiyyətini geniş xalq kütlələrinə çatdıran mütərəqqə ziyalılar olduğunu nümayiş etdirə 

bilmişilər. “Molla Nəsrəddin”də olduğu kimi, “Lək-lək”də  də  ən çox böyük əhəmiyyət və diqqət 

verilən məsələlər, ilk növbədə, müsəlman –islam dünyasındakı  vəziyyət, çatışmazlıqlar, dövlətçilik 

sahəsindəki uyğunsuzluqlar, dini-xurafat, orucluq, məhərrəmlik ayinlərinə verilən rəvac, milli 

münasibətlərin kəskinləşməsi istiqamətində yeridilən siyasət, xeyriyəçilik, maarif, ədəbiyyat, qadınlara 

münasibət  və  bu kimi  məsələlər öz həllini əsasən tapmışdı. “Molla Nəsrəddin” jurnalınım, “Əkinçi” 

qəzetinin yenidən bir bütöv halında transliterasiya  edilməsi ədəbi publisistika sahəsində çöx böyük və 

həm də önəmli hadisələrdəndir.  Şərqdə yayılan bu nüfuzlu mətbuat abidələrinin yenidən  nəşri 

ənənəsinə sadiqlik  nümunəsi kimi qədim Azərbaycan torpağı  İrəvanda nəşr olunan “Lək-lək” 

məcmuəsinin indi nəzərdə tutulan nəşri Azərbaycanın  ictimai-siyasi durumu baxımından bir  mətbuat 

orqanı kimi  mühüm əhəmiyyət kəsb edir.  

Mən “XİX  - XX əsrlərdə  Qərbi Azərbaycan  ədəbi mühiti (1800-1920-ci illər) ” mövzusunda 

elmi-tədqiqat işinin  ərsəyə  gətirilməsi üçün filalogiya elmləri doktorları, professorlar – İsrafil 

Abbasovun və  Şamil Vəliyevin məsləhətlərinə  əsaslanaraq, lazım olan əsas  ədəbi abidələr sırasında 

qədim  İrəvan  şəhərində 1914-cü ildə  “Lyus” mətbəəsində    Türk  dilində  nəşr olunan “Lək-lək” 

məcmuəsinin transliterasiya edilməsi kimi nəcib, həm də olduqca gərəkli bir işin icrasına  əməli 

təşəbbüs edildi. Həmin məcmuənin nömrələrini olduğu kimi əks  əlifbalı qrafikadan müasir latın 

qrafikasına transliterasiya edildiyini nəzərə alaraq, onun nəşrə hazırlanmasını  məqsərə müvafiq 

sayılmışdır. Qeyd edilməlidir ki,  “Lək-lək”in nəşr olunduğu dövrün ədəbi dil normalarına, üslubuna, 

yazılış qaydalarına xələl gətirilmədən verilməsinə böyük əhəmiyyət verilmişdir. Çünki, bu mətinlərin 

bir çoxunun yazılışında o zamanın dialekt və şivələrinin əks olunmasını nəzərə alaraq, onlara heç bir 

düzəliş edilmədən, gələcəkdə tədqiqatç araşdırmalarına zərurət yarana biləcəyi ehtimalının da daha çox 

olduğuna görə  ifadə və cümlələrə  toxunulmamış, olduğu kimi saxlanılmışdır. Lakin demək olar ki, 

bəzi məqamlar istisna edilməklə, mətnlərin əksəriyyəti və şeir nümunələri oxucular üçün həm yenidir, 

                                                 

*

 

Azərbaycan SSR Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanası, Azərbaycanda Dövri Mətbuatı (1832-1920) biblioqrafiyası, Bakı, 



1987, səh., 16,17.

 


 

6

həm də müasirlik baxımından  zamanla səsləşir. Məcmuənin  nömrələrindəki  mətnlərdə oxucular üçün 



anlaşılması çətinlik törədə biləcək sözlərin lüğətinin hazırlanmasını müsbət hal hesab etmək olar.       

 

Ziyəddin Məhərrəmov,   



filologiya elmləri namizədi , dosent 

   

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

7

 



22 Fevral  1914 cü il, ŞƏNBƏ  N o  1.  

Lək-lək türk dilində həftəlik məzhəkəli məcmuədir. 

Hər nüsxəsi 7 qəpikdir. 

 

 

Mündəricat 

 

Lək-lək. Baş məqalə.  



Lək-ləkin salamı.  

Məncim Sadiq. Təğvimdən bir bənd.  

Hərif . Nifrətnamə

Kəmbaş. Qaranlıq istiqbal 



Qafqaz xəbərləri. 

İrənan xəbərləri. 

Elanlar. 

 

Abunə haqqı  



Qafqazda 

 İlliyi:_ 3 manat  OO  qəpik; Altı aylığı,-  2  manat  



Xaric üçün İlliyi: - 6  manat; altı aylığı:-  3  manat 50 qəpik Elan qiyməti – İkinci səhifədə hər sətiri 

30 qəpik, səkkizinci səhifədə 20 qəpik. Adres: İrəvan, Leylək jurnalının redaksiyası, M.Mirfətullaye, 



telefon No 117. 

Məsləkimizə müvafiq və millətimizə  mənfəətli olan hər cür xəbər təhrirat üçün məcmuəmuzin 

səhifələri açıqdır.  İmzasız yazılar dərc olunmadıyı kibi marğasız gondərilən  məktublar da  qəbul 

olunmaz. Yazılar açığ türk dilində olmalıdır. Adres dəyişdirənlər yeddi ədədini  ğəpiklik marğa 

göndərməlidir. Dərc olunmayan yazılar əldə olunmaz. 

 

  

Kövrənxananalofun Sağsunski mağazəsində    ğabağdakı novruz bayramı 

münasibətilə  ən ucuz satış davam edir.  Malların  ğiymətləri çox ucuzdur 

 

BAŞ MƏQALƏ 



 

 

Məqaləmizin sərlöhəsini  (baş məqalə) yazmaqda qarelərə məlum olsun ki, hər məcmuə 

və qəzetə nəşrə başladı, əvvəlcə gərək bir baş məqaləsi olsun. Və o məğalə ilə gərək məcmuə öz 

məsləkini  məlum etsin. Ona görə  biz də borcluyuq ki,  həmin məcmənin məsləkini qarelərimizə 

yazaq, tain ki oxucularımız  bu məsələni mükəmməl bilsinlər; 

 

Məsləkimiz Lək-lək olubdur ki,  biz Molla Nəsrəddin kimi hər kəsin eybini və iradını 

apaçıq söyləməyib və onun kimi sadəcə yazıbsa, anladılıb, tərəfdarı olubsa lək-ləkə şəlalə kimi 

əftilərin cini töküşdürüb ən qiymətli soğatlar çıxardacayığ. 

 

Məcmuə  yolkəsəndə, müğəddəsdə, ğumarbazda, bəydə, mollada, məşədidə, kərbəlayidə, 

mömində, damdələndə, çaxıriçəndə heç rəcuhimiz    olmayacağ. Ondan otrü ki,  biz mollaya 

fətər qədəri olduğumuzdan və  şəriyyətmədarlarə  təğlid gərək(şərh zahirə hökm eyilər) 

məsələsini nəzərə  alax. Müğəddəslərimizin və mollanəmalərimizin zahiri ğiyafələrini yaxşi 

gördüyimiz kimi, yaxşı da yazağ. Daha nə işimizə doşab içindən ciçan çıxardağ; mərhaba deyüb 

hamının ağzını şirin eliyəciyik.  

  

Ğaldı xanlar, bəylər , ağalar; bunları  dakı  allah özü hörmətli yaradıbdır. Borcumuzdur 

ki, hörmət eliyək. Onlarda nə qədər hörmətsizlik , mərifətsizlik, ənayətsizlik görsək gözümüz kor 

olacağ, eşidən ğulağımız  kar olacağ 

 

8

 Danışmağ istəsək dilimiz lal olacağ. Qaldı yol kəsən, damdələn, adam öldürənlərimiz, 



bunların hörmətləri necə ki xana, bəyə, dövlətliyə, mollaya, möminə vacibdi, bizə də öylə. 

 

Ğaldı  ğumarbaz, tazıbaz, uşağbazlar. Buna da bir sözümüz yoxdur. Çünki hər millətin 

içində  tərəqqi  üçün sənətli ixtirah olunduğu kimi bu  sənətlər də müsəlman qardaşlarımızın 

tərəğğisindən ötrü ixtirah olunmuş. Gözəl sənətlərdir. İstəmiyənlər kor olsun. 

Və qaldı maarif məsələsi. Qızlarımızın oxuması, hicabın atılması, biz bunlara(pasu)deyib 

özümüzə küfrdən nicat öyrədəcəyik. 

Bizim yazımız (Tofiğ) ğəzitəsi kimi əyanları tərif eyləmək Hacı Səməd xanların dövlət və 

ğəzetində  əl eyləyib məsiyəxanların qonallarını  əldə edib, mollanamələrımızın  əmmamələrini, 

hənalı sağğallarını,  əbalarını, yoğun  şallarını, heylə  şərlərini, təsəvirlərini tərif edib həmişə 



  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə