GÖRKƏMLİ azərbaycan pedaqoqi MİRZƏ cabbar əSGƏrzadə bağÇaban



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə1/5
tarix31.01.2017
ölçüsü1,14 Mb.
#7224
  1   2   3   4   5

GÖRKƏMLİ AZƏRBAYCAN PEDAQOQİ  

MİRZƏ CABBAR ƏSGƏRZADƏ BAĞÇABAN 

VƏ ANA DİLİMİZDƏ YARATDIĞI BƏDİİ ƏSƏRLƏRDƏN ÖRNƏKLƏR 

 

 

 (1264 – 1345) – (1885 – 1966)



 

«Bağçaban» ləqəbi ilə tanınmış olan Mirzə Cabbar Əsgərzadə Azərbaycanın, bütün Qafqazın və İranın böyük 

humanist, adlım pedaqoq və ictima xadimlərindən biri dir. O öz mədəni fəaliyyətini Qafqazda, siyası- satirik 

dərgilərin müxbiri və yazıçısı kimi başlayıbdır. Ömrü boyu uşaqların haqları üçün, xüsusilə «dilsizlər və sağırların» 

(lallar və karlar) təlim- tərbiyəsi uğrunda çalışb və mübarizə edibdir. Cabbar Bağçaban, Təbriz şəhərində, İranın 

birinci «dilsizlər və sağırlar» məktəbini qurub və ilk uşaq bağçasını açıbdır. O, İranda uşaq tamaşaları və kitablarının 

ilkin müəllifi, naşir və rəssamlarındandır. Onun ibda etdiyi yeni təlim üsulu tərkib metodi adlanıbdır. Əsərlərini 

türkcə və farsca yazıbdır. Cabbar Bağçaban qadınların azadlıq hərəkatının gəlişəməsi yolunda böyük addımlar 

atıbdır. Təbrizdə, müəllimləri himayə etmə cəmiyyəti və teatr cəmiyyətini qurmaqla, müəllimlərin və ümümiyyətlə 

kütələnin haqqlrı uğrunda köklü mübarizə aparıb və olduqca əmək qoyubdur. “Azadlıq cəbəhəsi”nin əzasından olan 

«Zəban» (dil) adlı qabaqcıl, siyasi-pedaqojik və tənqidi dərgini Tehranda nəşr edibdir və müəllimlərin əlbirliyi 

yolunda çalışıbdır. Dərgidə günün ictimai-siyasi çətinliklərini açıb-araya qoyub, diktatorluq və müstəmləkəçilik 

əleyəhinə kəsgin çıxış edibdir.  

1- Qafqaz: gənclik dönəmi / jurnalistik çalışmalarının başlanması  

2- İctimai- mədəni mübarizə / Dustaq  

3- İran- Cənubi Azərbaycan / Mərənddə müəllimlik / tərkibi təlim metodu / İranda ilk uşaq tamaşaları  

4- Təbriz: İranda ilk qarışıq məktəb və uşaq bağçası / teatr və tamaşalar/ qadınların təlimi uğrunda  

5- İctimai- mədəni dərnəklərin qurması  

6- Hakimiyyətin əritmə siyasəti / qarşıdurmalar / İranın birinci «Dilsizlər və Sağırlar» məktəbi  

7- Şiyraz: uşaq bağçası və tamaşalar  

8- Tehran: «dilsizlər və sağırlar» məktəbi / yardımçı cihazların ixtira etməsi 

9- «Zəban» (dil) və «Bəhare kudəkan» (uşaqların yazı) dərgiləri 

10- «Dilsizlər və Sağırlar»ın təhsil proqramı və ocağı, müəllim becərmə kılasları / kudeta / dustaq / Türkiyə səfəri 

11- Son dönəmlər 

12- Cabbar Əsgərzadə Bağçabanın bədii yaradıcılığı 

13- Son anlarında 

14- Qeydlər 

15- Mirzə Cabbar (Əsgərzadə) Bağçaban həqqində dəyərli qaynaqlar, faydalı bağlantılar 

16- Azərbaycan Türkcəsində yazdığı əsərlərindən örnəklər 

 

 



Qafqaz: gənclik dönəmi / jurnalistik çalışmalarının başlanması  

Cabbar Bağçaban öz həyatından belə yazıbdır: « Mən 1885 (1264)- ci ildə İrəvanda anadan olmuşam. Babam «Riza», 

Təbrizli idi və atam «Əsgər» İrəvanda qənnadlıq və memarlıq ilə yaşayardı.» «Anamın adı Bənövşə idi. Atam da 

hamı kimi onu sayqı üzündən Kəlbə Bənövşə xanım səslərdi. Yazıb oxumaq bilmədiyinə baxmayaraq aydın və gözü 

açıq bir qadın idi... » «Təhsilatımı qədimi üsul üzərə, məçidlərdə (mollaxanalarda) almışam.» « Şeyx Əli Əkəbər adlı 

bir molla, atamı inandırmışdı ki, yeni açılan dövlət məktəbəlrinə gedərsəm dindən dönəcəyəm. Buna görə onun 

mollaxanasına getməli oldum...» «...15 yaşında ikən yoxsulluq üzündən təhsili buraxmalı olub və atamın peşəsində 

çalışmaqla geçinmişəm.». (

1

)  


Mollaxanaya gedən zaman «... molla «təlb əlelm fərizətün əla küll müslim və müslimat»ın mənasını deyəndə , 

qızların məktəbə getməmələrini və anam ilə bacımın dərs oxumadıqlarının səbəbini ondan soruşdum. Ustadın 



dediyinə görə « qadınlara aid olan elmdən söz gedəndə, Quran elmi nəzərdə tutulur, özü də Yusif surəsini oxumamaq 

şərtilə. Çünki qadının ruhu fəsada sarı meyəl edəndir...» onun fikrincə qadına elm öyrənmək gərkəməmişdir, hətta 

Quranın Yusif surəsinə də baxamamalıdır...» (

1

)  



Uşaqların və qadınların təlim-tərbiyəsinə çox əhəmmiyyət verən Mirzə Cabbar Əsgərzadə , gəncliyindən onlara dərs 

verməyə başlamışdır. Yaşadığı dövrün ağır məzhəbi şəraitinə və xətərlərinə baxmayaraq gizlicə qızlara evdə dərs 

verib, bütün ömrü boyuca onların haqqlarını müdafiə etmişdir.  

Onun jurnalistik fəaliyyəti, «Qafqaz» qəzetinin müxbirliyi ilə başlanmışdır. «Molla Nəsrəddin» məcmuəsinin 

əməkdaşı olub, Qafqazda türkcə çap olunan dərgilərin müxbiri və yazıçısı kimi çalışıbdır. (

13

)  



 

İctimai- mədəni mübarizə / Dustaq  

Mirzə Cabbar Əsgərzadə (1284) 1905-ci ildə İrəvanda, ictimai mübarizədə iştirak etməsinə görə, Çar rejiminin 

körüklədiyi dini və etnik çaxnaşmaların (erməni- müsəlman davaları) cərəyanında bir neçə ay dustaq olunubdur. 

Dustaqda olarkən jelatin çapı vəsaitinin zindana gətirilməsini zəncirdaşının yardımı ilə təşkil edərək, gizlicə «Molla 

nəhib» və «Molllabaşı» həftəlik dərgilərini nəşr edirmiş. Dərgilərin yazılarını özü yazıb rəsmlərini də özü çəkirmiş. 

Dərgiləri satış üçün dustaqdan dışarıya çıxaran isə onun zəncirdaşı və həbs yoldaşı idi. Siyasi məhbus Vartan ilə 

apardığı danışıqlar, tartışmalar və dustaqlıq dövrü onun gələcək ictimai həyatında və görüşlərində dərin izlər 

buraxmışdır. Zindandan qurtulduqdan sonra həyatını insanlığa və barışa həsr edib, bu yolda var gücü ilə mədəni və 

ictimai fəaliyyətə başlamışdır. (

1

) Bu dönəmdə Daşnaklarla mübarizə etmək üçün «Müdafei Məzluman» cəmiyyətini 



qurmuşdur. (

6

)  



Onun uşaqlar üçün yazdığı ilk əsərləri «Qızıllı yapraq» və «Bayramçılıq» adlı mənzüm həkayələr idi. Bu iki əsər 

(1292 )-1913-cü ildə «Aciz» təxəllüsü ilə İrəvan şəhərində (

2

) Kultura mətbəəsində çap olunubdur.(



 11

) (


bax: 

örnəklər


)  

 

İrəvan 1914 (1293 

 

Mirzə Cabbar, (1293) 1914-cü ildə İrəvan şəhərində birinci dəfə olaraq, ilk Türk dilli mətbuat orqanı,«Lək lək» (



12-

11 -2


) adlı dərgini nəşr edibdir. «Lək lək» həfətliyinin dili, üslubu, ifadə tərzi, onda verilən bədii yazılar, şeir və 

filyetonların həyat həqiqətlərinə əsaslanması, onun oxucularının maraq dairəsinin genişlənməsində önəmli rol 

oynamışdır. «Molla Nəsrəddin» yolu ilə gedən «Lək lək»in xalq qarşısındakı xidmətlərinin tarixi əhəmiyyətindən, 

ictimai-siyasi mahiyyətindən söhbət açan Zahid Əkbərofun fikrincə «Lək lək» nəşr olunduğu müddətdə Azərbaycan 

ictimai-siyasi və ədəbi düşüncəsinin inkişafına müəyyən kömək göstərmiş, azadlıq, tərəqqi və demokratiya 

ideyalarına xidmət etmişdir. (

10

)  


«Bu məcmuədə ictimai bərabərsizliklərin mövcud vəziyyəti, tənqid olunanın kimliyindən, nəçiliyindən asılı 

olmayaraq tənqid hədəfində olmuşdur. Yeni tipli maarif və mədəniyyət uğrunda mübarizə jurnalın əsas ğayələrindən 

biri olmuşdur. Burada özəlliklə maarif məsələləri: yeni üsullu məktəblərdə təlim və tərbiyə metodlarının tətbiqi, 

tələbələrin yaxşı oxuması, soydaşlarının maariflənməsi yolunda əlindən gəlni əsirgəməməyə sövq etmək kimi 

məsələlər öz əksini tapmışdır.» (

11

)  



Birinci dünya savaşı dönəmində, Daşnakların törətdiyi dəhşətli hadisələr zamanı minlərlə soydaşı kimi Cabbar 

Əsgərzadə İrəvanı tərk etməli olub, Türkiyəyə köçmüşdür. Türkiyənin İğdır şəhərində öncə təhvildar və sonra oranın 

valisi (fərmandar) kimi işləmişdir. Savaşın sonlarında İrəvana qayıtmalı olub, həyat yoldaşı Səfiyə xanım Mirbabyı 

ilə birlikdə «Noraşen» kəndində uşaqlar üçün bir qarışıq məktəb qurmuşdur. Amma gərginliklər üzündən bu işi 

davam etdirə bilməmişlər. Uzun sürən ağır xəstəlik (Həsbə) və yoxsulluq ailəliklə onları ayaqdan salmışdır. 

Dözülməz qızdırma içində baş götürüb çöllərə üz qoymuş Cabbarın ayaqlarını soyuq aparıb qaraltmışdır. Qəti 

ölümdən qurtarmaqdan ötrü, ayaq barmaqlarını kəsməli olmuşlar.  


 

 

 

 

Təbriz 1924 (1303) 

Təbriz 1925 (1304) 

Aciz Əsgərzadə təxəllüsü1925 (1304)  

Təbriz 1925 (1304) 

 

İran- Cənubi Azərbaycan / Mərənddə müəllimlik / tərkibi təlim metodu / İranda ilk uşaq tamaşaları  

Valideynlərini itirməsi, qıtlıq, yoluxucu xəstəliklər, gərginlik və çatışmaların şiddətlənməsi ilə, 1919- cu (1298) ildə 

otuz dörd yaşında ikən ayləsi ilə birlikdə çoxlu təhlükələr başdan sovaraq, xəstə ikən İrana- Cənubi Azərbaycana, 

köçmüşlər. İş dalıca çox gəzdikdən sonra, nəhayətdə Mərəndin «Təcəddüd» firqəsinin başçısı Mirzə Qafarxan 

Mükafatın yardımı ilə «Əhmədiyyə» məktəbində birinci sinif (kilas) müəllimi olaraq işə başlamışdır. Mükafatın 

təşviqi ilə İranda yazdığı ilk əsəri, «Xor xor» adlı uşaq tamaşasını türkcə yazıb «Əhmədiyyə»nin şagirdləri üçün 

məktəbin həyətində icra etmişdir. (

2

)  



Bağçabanın təlim tərbiyə sahəsində özünə məxsus metodu var idi, (tərkib metodi adilə tanınmaqdadır), şagirdlərin 

sağlamlığı yolunda ürəkdən və təmənnasız əmək qoyurdu. Bu zaman İranda, yoluxucu baş və göz xəstəlikləri uşaqlar 

arasında çox yayqın idi. O mali yardım yığmaqla dərman alıb və öz əli ilə onların başını yuyub və dərman yaxırdı. 

Sonralar Təbrizdə, Şiyrazda və Tehranda da belə edirmiş. O dönəmdə, şiddət işlətmək təlim- tərbiyə sahəsinin 

qaçınılmaz metodlarından sayılırdı. Bağçaban «əti sizin, sumuyu bizim» kimi ifadələrə uymağı cinayət sanırdı və 

onun tərsinə olaraq yeni metodlar işlədirdi. Ürək yandırmaq və məhəbət ilə başa salmağı düzgün yol bilirdi. Uşaqlar 

üçün öz cibindən qələm- kağız alıb və onlara rəssamlıq öyrədirdi. O, ilk dəfə olaraq uşaqların təlimində tamaşadan 

istifadə edib, məktəbdə idman üçün vaxt ayırmışdı. O, şagirdlərdə öyrənməyə sevgi oyatmışdı. Bu yolda olmazın 

çətinliklərə və maneələrə sinə gərməli, qarayaxmalara və kiçiltmələrə tab gətirməli idi. Yorulmadan apardığı 

mübarizə olduqca uğurlu idi. Öncəki illərdə imtahanların ohdəsindən gələ bilməyən uşaqların təhsil işində sürətlə 

irəli getmələri qabarıqcasına gözə çarpırdı.  

Bağçaban, Mərəndin əmək qədri bilən maarifçiləri və əhalisinin dərin hörmətini və alqışını qazanmışdısa da, geriçi 

qüvvələrin qarşıdurmalarına dözməli olmuşdur. Özü belə yazmışdır: 1920-ci (1299) ildə «qız məktəbi açmaq üçün 

cavaz almışdım. Məktəbi açanda lapdan şəhərin sözü keçərli, qafası qara bir mollasının qurğusuna aldanmış təəsüblü 

bazar əhli başıma tökülüb Mərəndin qoçularından göndərməklə canıma qəsd etdilər və məktəbin açılmasının qabağını 

aldılar... (

1

)  


 [1920-1299 kudeta ili] O il, olduqca acı hadisələrin yolunu çəkirdi. O ildə Xiyabanı şəhid oldu, (Taği) Rəfət özünü 

öldürdü və azadlıq sevər insanların tıfağı dağılmış oldu...» (

1

)  


 

Təbriz: İranda ilk qarışıq məktəb və uşaq bağçası / teatr və tamaşalar/ qadınların təlimi uğrunda  

Təbriz və Şiyrazın maarif idarələrinin rəisləri (Zəka əl Dövlə Diybac, Əbülqasım Fiyuzat

*

), Bağçabanın başaracığı 



və ustalığını eşidib, onun yeni təlim metodi (tərkib metodi adlanmış) və icra etdiyi uşaq tamaşaları ilə yaxından tanış 

olmaqdan ötrü, 1920-ci (1299) ildə Bağçabanı Təbrizə çağırdılar. O, Təbrizə çatanda Azadistan dövlətinin başçısı, 

Şeyx Məhəmməd Xiyabanı öldürülmüş və hərəkat yatırılmaqda idi. Hərəkata qoşulanlar, o cümlədən onu Təbrizə 

çağıranlar işdən çıxarılıb və ya xud gizlənmişdilər. Şəhərdə böyük dəyişikliklər aparılırdı, ictimai- siyasi gərginlik 

hökm sürürdü. Onun da gələcəyi bəlli deyildi. Bir sürə didərginlik və işsızlikdən sonra əski dostu, adlım və yorulmaz 

mübariz Mirza Qafarxan Siyahpuş

*

 (Zunuzı) onu Azərbaycanın görkəmli azadlıq sevər və demokrat inqılabçısı 



Mirza Nurulla xan Yekani

*

 ilə görüşdürmüşdür. Yekani maarif idarəsilə yaxından tanış idi və Bağçabanın ora 



getməsini düzgün bilməyib və onu Yekandakı məktəbə müəllimçiliyə göndərmək istəmişdi. Bağçaban, Qafarxan 

Siyahpuşun çalışmaları nəticəsində maarif rəisi Məhəmədəli Tərbiyət (tanınmış mədəniyyət xadimi)  ilə görüşüb 

danışandan sonra, Təbrizdə «Daneş» adlı məktəbin birinci sinifində müəllimçilik etməyə başlamışdır. Təbrizin maarif 


idarəsi Mirzə Cabbarın tədris üsulunu bəyənib, kiçik uşaqların təlim- tərbiyəsi sahəsində onun təcrübəsindən istifadə 

edirdi. (

1

)  


1923-cü (1302) ildə Əbulqasım Fiyuzat Azərbaycanın maarif rəisı olandan sonra Bağçabana uşaq bağçası açmasını 

təklif etmişdir. O günlərdə yalnız dini azınlıqlara aid bir uşaq bağçası var idi. Bağçaban, iranın maarif nazirliyində  

baş müdir işləyən aşırı fars millətçisi Doktor Möhsüninin və başqa geriçi güclərin daş atmaları və qarşıdurmalarına 

baxmayaraq, 1924-cü (1303) ildə Təbrizdə Məqsudiyyə məhəlləsinin Əncümən küçəsində, İranın ilk uşaq bağçasını 

(kudəkestan- «bağçeye ətfal» adilə), birinci qarışıq qız-oğlan (moxtəlet) məktəbi olaraq, qura bilmişdir. O dönəmdə 

qarışıq məktəb açmaq irəliyə atılmış çox böyük bir addım və beyinə sığmaz bir iş idi, hansı ki, bir çoxları oğlanların 

da məktəbə getməsinə könül 

verməyirdilər. Bağçaya gələn uşaqlardan bir neçəsi dilsiz və sağır idilər və ona 

görə başqa məktəblərin qapısı üzlərinə bağlı idi.  

Bağçaban Təbrizdə olan zaman uşaqların tamaşa ədəbiyyatının təməlini qoyubdur. Tamaşalar yazıb 

səhnəyə çıxartmaq, surud oxumaq, uşaqlara nağıl demək gəzintiyiə aparmaq və idman üçün vaxt ayırmaq, 

ilk dəfə onun tərəfindən məktəblərdə icra olunubdur.  

Tamaşalarada uşaqlar özləri də qatılıb və aktiv rol oynayırdılar. Səhnəni düzəldib bəzəməkdə və tamaşada 

işlənən paltarları tikmək və maskaları qayırmaqda, həyat yoldaşı Səfiyə xanım olduqca yardım edirdi. 

Bağçaban, yazdığı uşaq şeirləri və tamaşalara Səfiyə xanımın yardımı və əməkdaşlığı ilə musiqi 

bəstələyirdi. Böyük qızı Səminə xanımın söylədiyinə görə anası, uşaqlığında tarçalmaq öyrənərdi və musiqi 

ilə tanışlığı var idi. (

2

) Bağçaban onun yardımı və əməkdaşlığı ilə qızlara məxsus siniflərdə dərs verməkdə 



də böyük uğurlar qazanmışdır. Bu zamanlarda, Təbrizin aydınlarından bir neçə nəfərini əməkdaşlığa çağırıb 

və qadınların kişilər səviyyəsində təlim tərbiyə ala 

bilməsi üçün «Məktəbe nesvan» adlı qadınlara məxsus bir 

məktəb açmağa baş qoşmuşdur. Bu işdən ötrü bir cəmiyyət yaratmağa da çalışmışdır. Amma geriçi qüvvələr və 

təəsübkarların qarşıdurmaları üzündən bu iş baş tuta bilməmiş idi.  

 

 

 



Təbriz, uşaq bağçası 1926 (1305) 

uşaqlarin əl işləri ilə 

Təbriz 1926 (1305)  

divarda uşaqlarin əl işləri  

Təbriz uşaqlarin tamaşası  

1926 (1305) 

 

Təbrizdə olan zaman «Fədakar müəllim» və « Erkək xalaqızı» adlı tənqidi tamaşaları türkcə və «Əlfbaye asan» adlı 



dərsliyi farsca yazıbdır. Bağçabanın oğlu Səmin bəy öz xatirələrində atasının gənclikdən teatr ilə maraqlanmasını 

onun öz dilindən belə nəql edibdir: « Yeni yetməlik və gənclik dövründə, Qafqazda İrəvan şəhərində yaşadıqda 

Üzeyir Hacıbəyofun «Məşədi İbad» operetində oynamışdım, və onun yazdığı «Arşın-mal alan» operetini dəfələrlə 

görmüşdüm ... Təbrizdə olarkən yaşlılar üçün türkcə iki tamaşa əsəri yazmışam...» (

3

)  


 

İctimai- mədəni dərnəklərin qurması  

Bağçaban (1925) 1304-cu ildə Təbrizdə «Müəllimlər Birliyi» və «Teatr» cəmiyyətlərini (Cəmiyyəte Ettefaqe 

Moəllemin- Cəmiyyət Teatr) qurubdur. Xalq tərbiyəsi üçün ən önəmli ocaqlardan biri olan teatr sahəsində 

yorulmadan işləyib müntəzəm surətdə tamaşalar verməklə, ictimai çətinlikləri işıqlandırmağa çalışıbdır. O, «İbrət 

Güzgüsü» (Aiyneye Ebrət) adlı teatr aktiyorlar heyətinin əsli üzvlərindən biri idi.  

Bağçaban, uşaqların çeşidli dərsləri rahatcasına başa düşəmələrindən ötrü «səmi və bəsəri» (eşitməyə və görməyə 

aid) vəsait və cihazlar düzəldirdi, onların səhiyyəsi və sağlamlığı üçün əlindən gələni əsirgəməyirdi. Təbriz əhalısının 

bütün təbəqələri, aydınlardan tutmuş kütləsinə qədər ona böyük sevəgi bəsləyır, onu alqışlayırdılar. O, kiçik uşaqların 



məktəbini uşaq bağçası və onların təlimçilərini bağçaban adlandırmaq istəyirdi, bundan ötrü özünün soy adını 

«Bağçaban» seçmişdir.  

Özünün yazdığına görə, heç zaman siyası və hizbi fəaliyyətlərə baş qoşmamışdısa da, ictimai və mədəni fəaliyyətləri 

üzündən xalq içərisində sevilirdi, buna görə də polis ona şübhələniırdı. Azərbaycanın mədəniyyət xadimləri və maarif 

sevərləri onun sədaqətlə və təmənnasız qulluq etməsini görür əməyinin qədrini bilirdilər. Buna görə Bağçabanı İran 

Şura Məcəlisi nümayəndəliyinə kandid etmək istəmişdilər. Lakın o mədəniyyət sahəsində fəaliyyət etməyi üstünraq 

sayıb kandid olmağa boyun qoymamışdır. (

1

)  



 

Hakimiyyətin əritmə siyasəti / qarşıdurmalar / İranın birinci «Dilsizlər və Sağırlar» məktəbi  

1926-cı (1305) ildə doktor Möhsüni adlı

 

qatı irtıcaçı və tanınmış şovinist Azərbaycanın maarif rəisliyinə 



göndərilmişdi. Bağçaban öz bioqrafısında belə yazıbdır: «... onun əkid fərmanı üzərə şagirdlər bir birlərilə, 

təlimatçılar onlarla və maarif idarəsinin əməkçiləri (işləyənləri) məktəbə rücu edənlərilə hamılıqca farsca danışmalı 

idilər, yoxsa işdən çıxarılacaq idilər. Bunun çətinliyi və əməldə mümkün olmadığı bir yana qalsın, o, bu söz ilə böyük 

bir qövmun həqqini və tarixi əlaiqini danırdı və Azərbaycanlıların yurdsevərlik hislərini kiçiltməklə onları 

yaralayırdı. Doktor Möhsüninin Azərbaycanlılarla ilgili yaramaz davranışını, tamamilə Hitlerin yəhüdilərə qarşı 

yürütdüyü davranışa bənzətsəm, bəlkə də yanlış olmasın... Bu geniş ölkənin hankı yanına baxsaq, orada yaşayan 

xalqın min illər uzununda anadan gəlmə (qərizi) və təbii olaraq öz dilinə, dəbinə və rüsumatına alışdığını anlamaq 

olar. Güc və quldurluq ilə, adətlərini və dillərini onlara unutdurmaq olası bir iş deyildir... »(

1

)  


[Doktor Əhməd Mohseni. Emadoldovlə- maarif naziri olubdur. 1876-da Xoradanda anadan olub, Tehran, London və Pariddə təhsil almışdır.] 

«... Doktor Möhsüni işi oraya dək gətirib çıxarmışdı ki, onun yaramaz davranışlarından bezib, canları boğazlarına 

yığışmış əhalıdan bir iddəsi onun evini dövrələyib daşa basmaqla canına qəsd etmişdilər. Təbrizin valısı onun canını 

qorumaqdan ötrü bir dəstə soldat göndərməli olmuşdur.» (

1

)  


Günlərin birində Doktor Möhsüni, Bağçabanı çağırıb və onun uşaqlar üçün türkcə qoşduğu şeirlərinə irad tutmuşdu. 

Şeirlərin siyasi məzmun daşıdığını vurğulamışdı. Onu sorğu- suala çəkərək «Gümüş qəfəsli bülbül» şeirini 

qoşmaqdan nə məqsəd güddüyünü, bülbülün kim olduğunu, gümüş qəfəs ilə nəyi anlatmağını və gülüstanın 

şənlənməsindən nə andırmağını soruşmuşdu. (Şeirdə deyilirmiş: bülbülün ötməsini sevdim, onu gülüstandan ayırdım, 

tutub gümüş bir qəfsə saldım. Çox keçmədən bülbül nəfəsdən düşdü, mən də həvəsimi itirdim. Onda bildiım qəfəs 

gümüşdən olsa belə, bülbül qəfəsi sevməz. Qəfəs dustağında saxlanmasına qıymadım, qapısını açdım, bülbülüm 

qəfəsdən qurtardı, sevincək cəh-cəh vurub ötərək gülüstanı şənləndirdi.) Bağçaban, heyvanlara nisbət uşaqlarda 

məhəbbət hissini oyatmaq qəsdilə qoşduğu başqa şeirlərini Möhsüniyə xatırlatmışdır. (

1

) Ancaq onu inandıra 



bilmədikdə, Möhsüninin gəzək dalıca gəzməsini başa düşmüş idi.  

Doktor Möhsüni qabacasına davranmaqdan çəkinmirdi. Bağçaban neçə vaxtdan sonra, dilsiz və sağırlara (karlar və 

lallara) məxsus məktəb qurmaq fikrini Doktor Möhsüniyə danışdıqda, o çox başı soyuqluqla demişdi: «bizə, dilsizlər 

və sağırlar məktəbi lazım deyildir. Dilsizlərin dillərini aça bilmək bacarığı vardındırsa, gücünü, uşaq bağçasında fars 

dilninin yayılması uzərinə qoy! Bu, ondan yeyraqdır. Türk camatının fars dilini öyrənməsi bizim üçün lalların 

dillənməsindən vacibraqdır.» Bağçaban onun cavabında demişdir:«Mən qumarbazxana açmaq istəmirəm ta sizdən 

icazə almalı olam. Mən, yarın məktəbin kətəbəsini yuxarı qaldıracağam, siz də dəstur verərsiz aşağı endirərlər.» (

1



və qapını çırparaq otaqdan dışarıya çıxmışdır. Nəhayət, 1926-cı (1305) ildə çeşidli müxaliftlərə sinə gərərək Təbrizin 

Əncümən küçəsində, uşaqlar bağçasının yanında yerləşən məruf Əncümən İmarətində İranın birinci «Dilsizlər və 

Sağırlar» məktəbini qura bilmişdir. Altı ay sonra, Əncümən həytini döşəyib Təbrizin maarif sevərləri, rəsmi 

məqamları və xarici konsulxanaların təmsilçiləri qarşısında, Bağçabanın təlim verdiyi üç uşaq səhnəyə çıxmışdılar. O 

gün dam- divar üstündə və qonşuluqdakı ağacların başında belə adam qımıldayırdı. İgnə salmağa yer yox idi. 

Xiyabanının nitq etdiyi həyətdə, hamınının heyrətdən bərəlmiş gözləri önündə üç uşaq yazı oxuyur, onlara (barmaq 

ilə göstərməklə) diktə olunanları tabloda yazırdılar. Beləliklə Cabbar Bağçaban ilk dəfə olaraq İranda dilsizlər və 

sağırlar məktəbinin təməlini qoymüş idi...  

Doktor Möhsüni, gizlətmədən açıqcasına əritmə (asımılasya) və öncədən işlənilmiş farslaşdırma «siyasətini» 

yürüdürdü. Demokrat və azadixah şəxsiyyətləri maarif sahəsindən uzaqlaşdırmaq üçün var gücünü vurub, əlindən 

gələni əsirgəməyirdi. Bağçaban da, aşırı pan-iranistin sonsuz kiynəsinə tuş gələn müəllimlərin içərisində idi. 1927-ci 

(1306) ildə Doktor Möhsüni, siyasi səbəblər üzündən (

4

), Bağçabanın açdığı «Uşaq Bağçası»nın , pulunu kəsib və 



basqı altında oranı bağlatdırmışdır və üzə çıxartmadan, onun Tehrana göndərilməsini düzəltmiş idi. Bağçaban parlaq 

xidmətlərinə rəğmən və könlü istəməyərək Təbrizi tərk etməyə məcbur olmuşdur. (

6-2

)  


 

Şiyraz: uşaq bağçası və tamaşalar  

Fars vilayətinin maarif rəyisi, köhnə dostu Əbülqasım Fiyuzat macəranı eşitcək, onu Şiyrazda uşaq bağçası qurmağa 

çağırmışdır. Tehranda nəzmiyyə idarəsi yubanmasını gəzək tutub, onun yola çixma (müsafirət) cavazına qol 

çəkməyirdi. Onu başda dolandırırdı. Bağçaban etiraz etdikdə döyülüb söyülmüş və sərtib Dərgahının dəsturu ilə neçə 

gün həbs edilmişdi. (

6-1


) Dustaqdan qurtardıqda çox çətinliklər çəkəndən sonra özünü Şiyraza yetirmişdi. İşı 

yubatmadan haman ildə [1927 (1306)] Şiyrazın uşaqlar bağçasını qurmuşdur. Uşaqlar orada, oynamaq, idman etmək, 

şeir və sürud oxumaq və rəssamlıq ilə birlikdə, tikiş tikmək, paltar yumaq, toxuculuq, bənnalıq və ... kimi əl işlərini 

də öyrənirdilər. O Şiyrazda da pedaqoji, ədəbiyyat və teatr sahəsində fəaliyyətlərini davam etdirirdi. Uşaqlara yazdığı 

tamaşa əsərləri «Qurd ilə Çoban», «Xəzuk xanım» və s. (Gorg və Çupan, Xanom Xəzuk...) dönə- dönə Şiyrazın uşaq 

bağçasında icra edilmişdir.  

 

 

 



 

 


Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin