Yazı Bu ensiklopedik xarakterli ekspromt-fantaziya tipli



Yüklə 2,06 Mb.
səhifə23/24
tarix09.02.2017
ölçüsü2,06 Mb.
#7977
1   ...   16   17   18   19   20   21   22   23   24

(декабр 1992)

***
AYB və onun sədrinin həm dəyərdən, həm nəzərdən düşməsi artıq ədəbi mühitin bir nömrəli mövzusuna çevrilmişdi və onların ifşası istiqamətində demək olar ki hər gün külli miqdarda yazılar yazılırdı. Qəzetlərdə, jurnallarda, internet səhifələrində mövzu daim gündəmdə idi. Hərə bildiyi həqiqətləri açıb ortaya tökürdü. Və məlum olurdu ki, mif puç mif imiş. Hamı hər şeyi çox gözəl görürmüş, bilirmiş, sadəcə indiyə qədər demirmiş, indi isə artıq deyir...


“Alatoran” internet forumunun 9 fevral 2005 tarixli səhifəsində Narxanım imzalı oxucu yazırdı: “Çingiz xan ova çıxdığı zaman atı büdrəmiş, böyük sərkərdə yıxılaraq xəsarət almışdı. Bu büdrəmək hadisəsi xana çox əsər eləmişdi, həyatı boyu heç vaxt büdrəmədiyinə görə bu hadisəni göylərin bir xəbərdarlığı kimi qəbul etmiş, xəstələnib yatağa düşmüşdü.

Ədəbiyyatımızın xaqanı, məşhur yazıçı Anarın son günlər başına gələnlər, onun səhhəti haqqında mətbuatda oxuduqlarımız Çingiz xanın həmin büdrəmək hadisəsini xatırlatmaqdadır. Heç bir zaman sözü daşa dəyməyən, hər istəyi əlüstü yerinə yetirilən hörmətli yazıçımız həyatında ilk dəfə latın əlifbası ilə kitabların çapı məsələsində büdrədi, sözü yerə düşdü, əhvalı pərişan oldu. Təqribən 20 mln. dollar məbləğində dəyərləndirilən kitabların latın əlifbası ilə yenidən çapı layihəsi deyəsən Anar müəllimin həyatı boyu gerçəkləşdirəcəyi ən böyük layihə olacaqdı, lakin bədxahlar buna imkan vermədi. Kitabların çapı Milli Elmlər Akademiyasına həvalə olundu.”

“Alatoran” intrnet forumun 10 mart 2005 tarixli səhifəsində Emin Həsənli yazırdı: “...Məncə Anarın ədəbiyyatda işi müxtəlif əsərlər, yaxud da folklor nümunələrinə əl gəzdirib teatr, kino üçün ssenarilər yazmaqdan başqa bir şey olmayıb.”
“Ədalət” qəzetinin 11 mart 2005 tarixli sayında istedadlı publisist Elnur Astanbəyli “Yaşasın mədəniyyətrubrikası altında yazırdı: “...Mədəniyyətdə sürətli nəsil dəyişimi prosesinin baş verməsi qaçılmaz həqiqətə çevrilir. Bu proses əvvəl-axır baş verəcək. Sadəcə özlərindən sonra heç bir dəyərli sənət örnəyinin yaranmasını arzulamayan, hər şeyin özləri ilə bitib-tükəndiyini iddia edən "köhnə qvardiya", xüsusilə onun ifrat mühafizəkar və həddən artıq diletant nümayəndələri nəsil dəyişimi prosesini mümkün olduğu qədər ləngitmək istəyirlər. Bu, onların karyerasının bir az da uzunömürlü olmasını təmin edə bilər hər halda.  

Mədəniyyətin ayrı-ayrı sahələrini inhisara almış yaradıcı qurumlar Azərbaycanda nəsil dəyişkənliyi prosesinin sürətli getməsini əngəlləməkdə başlıca rol oynayır. Həmin qurumlar dövlətlə gənc yaradıcı qüvvələrin arasına girib və ikinciləri birincidən narazı salmaqla məşğuldu. Əvvəla, büdcədən yaradıcı prosesi canlandırmaq, yeni yaranan nümunələrin təbliğini məqsədyönlü şəkildə təmin etmək, dünyaya çıxış üçün yollar aramaq, yaradıcı insanların sosial və məişət durumunu azacıq da olsa, yaxşılaşdırmaq üçün ayrılan yüzminlərlə dollar vəsait naməlum istiqamətdə xərclənir, əvəzində statistika həvaskarları üçün daha maraqlı görünən ənənəvi tədbirlər keçirilir və ölkədə mədəni-ədəbi prosesin ölgün olmadığı, durğunluqdan çıxdığı barədə yalançı fon yaradılır.

Əbəs yerə mətbuatda Yazıçılar Birliyində maxinasiyaların baş alıb getdiyi barədə həqiqətəuyğunluğu çox az adamda şübhə doğuran məlumatlar yayılmayıb. Acınacaqlı haldır ki, dövlətin mərhəmətindən sui-istifadə edən "yaradıcı" qurumlardan kimsə, onlara ayrılan külli miqdarda vəsaitin hara və necə israf edildiyi barədə hesabat tələb etmir.

Normal ölkələrdə büdcədən ayrılan ən kiçicik məbləğin belə təyinatı üzrə xərclənib-xərclənmədiyinin hesabatı sorulur. Sovet dövründən qalmış və sırf bürokratik əsaslarla, kommunizm dövrünün tələblərinə uyğun fəaliyyət göstərən Yazıçılar Birliyi, Teatr Xadimləri İttifaqı, Bəstəkarlar və Kinematoqrafçılar ittifaqları nəinki nəsil dəyişikliyi kimi zəruri bir prosesə dəstək və təkan vermək gücündədir, ümumiyyətlə bu qurumlar çağdaş ədəbi-mədəni proseslərə təsir gücünü belə itirib. İndi bu qurumlar və onların başında dayananlar yalnız şəxsi yaradıcılıq "uğurlar"ından konfet düzəltməklə, necə olursa olsun gənc yaradıcı qüvvələrin mövcudluğunu inkar etməklə məşğuldarlur. Beyni tormozlanmış bu adamlar əllərindəki bütün imkanları, rıçaqları, hətta hökumət telefonlarını belə şəxsi maraqlarının güdükçüsünə çeviriblər, sanki Azərbaycan mədəniyyətinin gələcəyi omurlarına belə deyil. ...Və biz nəsil dəyişikliyinin bəhrəsini mədəniyyətimizdəki keyfiyyət dəyişikliyinin fonunda da aydın şəkildə görəcəyik. Görəcəyik ki, mədəniyyətimiz uydurma miflərin, qondarma bütlərin, saxta dəyərlərin və kiflənmiş ənənələrinə əsarətindən azad olacaq və o zaman özlərini mədəniyyətin "ölməz Kaşşey"ləri kimi aparan sovet ziyalı tipləri tarixə və təbiətə qarşı çıxdıqlarına görə də layiqli cəzalarını alacaqlar, şübhəsiz.

Eyni mərəzə başqa formada xalq yazıçısı Anar da tutulub. Bu adamın iddiası daha gülməli və absurd səslənir. Dədə Qorqud dastanları əsasında, eləcə də Mirzə Cəlil haqqında ondan başqa kimsə yaza bilməz, yazmaq üçünsə günlərlə onun qapısı ağzında növbəyə durub, icazə almaq lazımdı. Əks təqdirdə, yazılanlar dəyərsizdir. Əgər bunu yazan hansısa gəncdirsə, onda daha pis...”
***
2005-c il martın 17-də bütün qəzetlər “Yazıçılar Birliyi orduya diqqətsizlikdə günahlandırıldı” başlıqlı məlumat yaydı. Həmin məlumatlarda bildirilirdi ki: “Ordunun Dostları Mətbuat Klubu dünən növbəti tədbirini keçirdi. "Müasir dövrdə hərbi vətənpərvərliyin təbliğində ədəbiyyat və incəsənətin rolu" mövzusundakı tədbirdə çıxış edən Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin rəhbəri Emin Həsənli dedi ki, ordu başdan ayağa silahlanmış olsa belə, mənəvi gücü və xalqın dəstəyi olmadan uğur qazana bilməz. O, bu işdə ədəbiyyatın və incəsənətin üzərinə böyük yük düşdüyünü dedi. "Ədəbiyyatın və incəsənətin ordunu, xalqı mənəvi-psixoloji baxımdan müharibəyə hazırlaması artıq sınanmış üsuldur. Təəssüf ki, indi Azərbaycanda ədəbiyyat və incəsənət nümayəndələrinin bu yöndəki fəaliyyətində obyektiv və subyektiv səbəblərdən qaynaqlanan müəyyən problemlər var".

Millət vəkili, Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov, professor Nizaməddin Şəmsizadə, millət vəkili Zahid Oruc və başqaları mövzu ətrafında fikir-düşüncələrini bölüşdülər.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov isə bu işdə Yazıçılar Birliyinin üzərində böyük məsuliyyət olduğunu dedi. Bildirdi ki, Yazıçılar Birliyində hərbi vətənpərvərlik şöbəsinin olmasına baxmayaraq, onların silahlı qüvvələrdə tədbir keçirdiyini heç kim deyə bilməz: "Şairlərin də səngərdə poeziya tədbiri keçirdiyini görən olmayıb. Azərbaycan ordusu inkişaf ərəfəsindədir. Təbii ki, həyat olan yerdə problemlər də olur. Amma ordunun inkişafını görmək istəməyən qüvvələr mövcuddur. Bunu həmin qüvvələrə ədəbiyyat göstərməlidir. Azərbaycan ədəbiyyatı hərbi mövzuda əsərlər yaratsa da, hər halda "Buz heykəli" kimi məşhur əsərlər yoxdur..." Onun fikrincə, Qarabağ müharibəsində qələbəmizə yol açan dəyərli bədii əsərlərin yaradılmasına böyük ehtiyac var: "Təəssüf ki, ədəbiyyatımız bədəninə qumbara bağlayıb özünü düşmən tankının altına atan Etibar İsmayılov, canı bahasına bayrağımızın təəssübünü çəkən Rasim İsmayılov kimi qəhrəmanlarımızın layiqli bədii obrazlarını hələ də yarada bilməyib...”

11 may 2005 tarixli “Ədalət” qəzetində dərc olunan NAR əlavəsində BDU-nun tələbəsi Tural Cəfərov xalq yazıçısı Anara Açıq məktubla müraciət edirdi:

“Bizim nəslin cəmi 4-5 yaşı olanda Meydan hərəkatı başladı, sonra isə Qarabağ savaşı. Sözüm odur ki, uşaq ola bilmədik biz… uşaqlığımız 8 yaşımız olanda Xocalı faciəsinə tökdüyümüz göz yaşları ilə başa çatmışdı. Biz hələ o zaman anladıq ki, dünyada Dərd də var və o haradasa uzaqlarda deyil, lap bizim yanımızdadır. ” Bunu deyən müəllif sonra Anara sual verir: “Nəyə görə cəmiyyətimizin mənəvi-əxlaqi vəziyyəti sizin qələminizə tuş gəlmir? 1970-ci ildə yazdığınız "Fransa mayı" adlı yol qeydlərinizdəki bu yer yadımdan cıxmır: – Marselin Sepilye küçəsində, tin başında 18 yaşlı qız hələ də dayanıb, gözləri yol çəkir. Nə sevgilisini gözləyir, nə qardaşını, nə də ərini. O, müştəri gözləyir… Buyurun, Anar müəllim. İndi bizim də küçə tinlərimiz, metro stansiyalarımızın qabağı belələləri ilə doludur. Yazın. AYB sədri kimi, xalq yazıçısı kimi, millət vəkili kimi, Rəsul Rzanın oğlu kimi...” Sonra T.Cəfərov: “Mirzə Cəlil demişkən "indi qələmlə təşəxxüs satmaq zamanı deyil"...- yazaraq əlavə edir ki: “…Lakin sizin yeri gəldi, gəlmədi atanızı müdafiə etməyiniz, bu barədə son zamanlarda "Mübarizə bu gün də var" kitabını, həmçinin Ə.Əylislinin əleyhinə "Yaradıcılığın yalan janrı" adlı məqalə çap etdirməyiniz heç də sizin haqqınızda xoş təəssürat oyatmır. Əlbəttə ki, mən R.Rzanı bir şair kimi inkar etmirəm. Lakin siz Rəsul Rzanın oğlu olmaqdan əlavə və daha artıq dərəcədə yazıçılarımızın atası olmalı, onları müdafiə etməlisiniz, onları hücumlardan qorumalısınız. Lakin bu belə olmur, siz vəzifə səlahiyyətlərinizdən qeyri-səmərəli istifadə edirsiniz. Bu vəzifənin verdiyi imkanlarla Azəri ədəbiyyatına daha artıq dərəcədə xidmət etmək mümkündür… 

Başqa bir məsələ; son dövrlərdə mətbuat səhifələrinə Tural Anaroğlu imzası daxil olub. Mən əvvəlcə sevindim ki, böyük yazıçımızın oğlu yazmağa başlayıb, ədəbiyyatımız yeni bir nasir qazandı. Və bu ümidlə Turalın "İclas", "Sinifkom seçkiləri", "Xəstəxana" hekayələrini oxuduqdan sonra mənə aydın oldu ki, bu hekayələrdə ədəbiyyat adına heç nə yoxdur… Atanızın sizə ünvanladığı məktubdakı bir cümləni xatırlayıram. R.Rza ədəbi mübarizə haqqında sizə yazırdı ki, "yarışı qazanmaq üçün biz üçqat artıq layiq olmalıyıq". Amma çox təəssüf ki, Tural nəinki üçqat, heç yarım qat da çap olunmağa layiq deyildir. Doğrudur siz bas redaktor deyilsiniz, AYB sədrisiniz, lakin Turalın hekayələri AYB-nin rəsmi orqanlarında- «Azərbaycan», «Ulduz» jurnallarında, «Ədəbiyyat Qəzeti»ndə çıxır və bu fakt özü-özlüyündə sizin AYB sədri kimi fəaliyyətinizin üstünə ləkə salır. Əgər onlarla istedadlı gənc baş redaktorların mərhəmətini gözləyə-gözləyə qocalırsa və bunun müqabilində Tural Anaroğlunun hekayələri asanlıqla mətbuata yol tapırsa deməli vəziyyət heç də xoş deyildir və sizin əleyhinizədir.”

Sonda müəllif AYB sədrinə yeni yaradıcılıq və təşkilatçılıq uğurları arzulayır və arzu edir ki, gələcək nəsil onu ədəbiyyatın yolunu kəsən cəllad kimi mühakimə etməsin.
Bu fikirlərə dəstək olaraq əlavə edək ki, Nərmin Kamal kimi istedadlı gənclərin ünvanına təhqirlər yağdıran “Ədəbiyyat qəzeti”ndə (22.X.2004) Sona Xəyalın “Mən atamı ötmüşəm, ötür məni övladım...” adlı bir məqaləsi dərc edilib. AYB sədrinin qızı Günelin ilk hekayələrinə həsr olunmuş bu məqalədə müəllif yazır: “Günel Anarqızının “Oğlun Qarabağ” adlı kitabına yazılmış ön söz (onu da Anar yazıb – A.) əslində bir yazıçının öz xələfinə verdiyi xeyir-duadır... İstedadlı gənc yazar... Günelin yaradıcılığında... yaradıcılıq laboratoriyasının məhsulu... Daha bir cəhət müəllifin atası, babası kimi əsərə az işlənən sözləri gətirməsidir. Hətta bizim Bakı dialektində elə sözlər var ki, yazıçı onu yerində işlədir: oxucu onu ədəbi dildə olmayan söz kimi qəbul eləmir. Özü də bu ifadələri neçə illər rusca yazan, yenicə Azərbaycan dilində yazmağa başlayan bir müəllif işlədir... Bu əsərlərdə... nasir... böyük bir varlıq... yazar... Günel nəsrdə atası Anarı da ötüb keçə bilər...”

Bəli, altını cızdığımız bu sözləri AYB-nin orqanı olan qəzet AYB üzvlərinin çoxunu yazıçı hesab etməyən, ancaq bir sətir yazısı olmayanları tanışlıqla irəli çəkib birbaşa AYB katibi qoyan AYB sədrinin “neçə illərdi rusca yazan və yenicə Azərbaycan dilində yazmağa başlayan” qızının ilk (!) qələm təcrübələri haqqında yazır. Burada AYB sədrinin ədəbiyyata “təmənnasız” xidmətindən, özünün “mənəvi” keyfiyyətlərindən, “nümunəvi ziyalılığından” və s. həqiqətən xeyli danışmaq olar.


NAR əlavəsinin 44-cü sayında (3 avqust 2005 ) müəllif R.Q.-nın “Aktual” rubrikası altında “İşbazlar ön sırada” adlı çox ciddi bir yazısı var: “...Sovet yazıçılarının siyas mövqeyi açıqda idi, totalitar siyasi quruluş başqa cür düşünənləri, məsələn Hüseyn Cavid kimiləri sadəcə olaraq «təmizləyirdi». İndiki yazıçıların siyasi mövqeyi gizlindədir, kimin hansı məzhəbə qulluq etdiyi açıqda deyil, dolayısıyla, məsələn əski türk düşmənləri bu gün özlərini çox asanlıqla türk dostları kimi təqdim edə bilirlər, çünki türk dostu olmaq bu gün aktualdır. Məsələn, «türklər bizə qardaş deyib elimizi talayanda, rus xalqının qardaş əli sıxdı bizim əlimizi» və bənzəri ədəbi məhsulların müəllifi bir Sovet şairinin (R.Rzanın) maskalanmış varisi Anar Rzayev bu gün özünü «böyük türk dostu» kimi qələmə verməkdə, lakin rus xalqının qardaş əlini də əlindən buraxmamaqdadır. Türkiyədə yayınlanan «DA» (rusca “hə” mənasını verən “da” sözünü Türkiyəyə daşımaq üçün jurnalın adı da rus stilində - «Dialoq Avrasiya» qoyulub, nədən?) dərgisinə verdiyi bir müsahibədə söylədikləri bunları təsdiq üçün yetərli ola bilər: «Rusiya ilə münasibətlərimiz də olduqca önəmlidir, Rusiyayla iki əsrlik ünsiyyətimizin (oxu: Rusiyanın sümürgəsi altında olmağımızın) çox olumlu yönləri də var ki, bunu kimsə inkar edəməz...” Qeyd edim ki bu müsahibə 80-ci ilərdə deyil, 2003-cü ildə yayınlanıb və Anarın Rusiya mövzusunda nə qədər ehtiyatla danışdığı göz qabağındadır, onun sözündən anlaşıldığı kimi, hələ də bizim Türkiyə ilə qardaşlığımızın taleyi Rusiyanın buna anlayış göstərməsindən asılıdır.

Anarın gizli türk düşmanlığını sübut etməyə ehtiyac yoxdur, bunu onun yazmış olduğu əsərlərində də müşahidə etmək mümkündür. Bir qayda olaraq bu əsərlərdə Moskva romantik nağıllar dünyasıdır, sevgililər oradan gəlir və ya orada görüşürlər. İstanbul isə pəzəvənglər dünyası, insanın hər addımda aldadıldığı, atıldığı, içindən sağ-salamat çıxa bilmədiyi bir şəhərdir. Yazıçı beyninin şüuraltı axınları onun bədii əsərlərində öz ifadəsini qabarıq şəkildə tapmışdır. Türkiyəyə qarşı belə bir təhtəlşüur antipatiyanın genetik əsasları olduğu insanın ağlına gəlməyə bilmir. Lakin, olsun deyəcəksiniz, burada nə var ki, qoy bir insan, lap elə bir yazıçı Türkiyəni sevməsin, öz əsərlərində də nə istəyirsə yazsın (onsuz da bu əsərləri oxuyan yoxdur), Orxan Pamuk böyüklükdə bir yazıçı Türkiyni sevmir də dünya dağılmır ki? Lakin Anar Rzayevin Türkiyə ilə mədəni əlaqələrimizdə anaxtar isim olduğunu, «Türkiyə-Azərbaycan dostluq cəmiyyətinə» başçılıq etdiyini və s. nəzərə alsaq bu münasibətin fərdi olmadığını anlayarıq və 15 illik müstəqillik dövründə Türkiyə ilə mədəni əlaqələrimizin nə üçün belə aşağı səviyyədə qaldığını dərk edərik.

Bakı” qəzetində dərc olunmuş “ “Azərbaycanfilm”in yeni çəkilişləri” adlı yazıda (3 fevral 2005) deyilirdi: “...2005 –ci ildə “Azərbaycanfilm” kinostudiyasında çəkiləcək bədii filmlərdən biri Hüseyn Cavidin “İblis” əsərinin motivləri əsasında çəkiləcək kinolentdir. “Azərbaycanfilm” kinostudiyasının direktoru Xamiz Muradov bildirmişdir ki, bu filmin rejissoru Anar və Ramiz Həsənoğlu olacaq (xatırladaq ki, ssenari müəllifi də Anardır)... Filmdə Cavidin tək “İblis” əsərindən yox, bir çox digər əsərlərindən də istifadə ediləcək. Bu film vasitəsilə dövrün ədəbi portreti yaranacaq. Hüseyn Cavid, Mikayıl Müşfiq, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev... Bu siyahını uzatmaq da olar.”

...Bəli, Dədə Qorqud, Mirzə Cəlil, Üz.Hacıbəyli temalarından sonra Anar Hüseyn Cavidə əl atıb “İblis” adlı növbəti ədəbi kompozisiyasını işə saldı. Halbuki bu filmə ona görə dövlət sifarişi verilib ki, ümummilli lider Heydər Əliyev “İblis” tamaşasını teatrda görüb bəyəndikdən sonra onun ekranlaşdırılmasını məqsədəuyğun saymışdı. Və əsərin olduğu kimi ekranlaşdırılması sifariş verilib. Ancaq Anarın yazdığı “Dövrün portreti” artıq başqa bir mövzudur. Belə məlum olur ki, tamaşaçılara Hüseyn Cavidin məşhur əsərinin ekran həlli əvəzinə, yenə də Bert Lankasteri yamsılayan “Üz.Hacıbəyov. Uzun ömrün akkordları” sayaq sənədlivari bir telefilm təqdim olunacaqdır. Amma nə Heydər Əliyev bunu arzulamışdı, nə də dövlətin istəyi bu idi... “Dədə Qorqud” filmindəki Tural Anarın oğlu olduğu kimi, “İblis” də Hüseyn Cavidin yox, Anarın məhsulu olacaqdır...

Ümumiyyətlə, Hüseyn Cavidin “İblis” pyesi əsasında çəkiləcək filmin ssenarisinin Anara tapşırılması mətbuatda böyük etirazlar doğurdu. Xüsusən, Elnur Astanbəylinin “İblis”i Anardan qoruyun” silsilə yazıları, Tural CəfərovunHüseyn Cavidə Anar Rzayev zərbəsi” və s. məqalələr bu mövzuda oxucuya bir çox mətləbləri açıqladı, Anarın belə bir əsərə əl qoymağa nə yaradıcı potensialının, nə də mənəvi haqqının çatmadığı vurğulanırdı.

Amma və lakin...


***
Biz bu 3-cü yazı boyu nəzər saldığımız külli miqdarda sitatlardan gördük ki, Anar Rzayev Azərbaycan ədəbiyyatında ən çox tənqid olunan və ən geniş spektrdə qəbul edilməyən, ancaq buna baxmayaraq ən çox da ictimai fikrə məhəl qoymadan “öz işində olan” mədəniyyət xadimidir. Bu – artıq dediyimiz kimi unikal fenomendir. Yəni ömrün boyu üzünə tənqid edələr, “öz yerini bil” deyələr, sənsə təkəbbürlə özünü o yerə qoymayıb ortalıqdan çıxmayasan. Anara ünvanlanan tənqidlər təkcə son beş-on ilin, yəni cəmiyyətdə demokratikləşmə proseslərinin getdiyi vaxtla, aşkarlığın, fikir plüralizminin bərqərar olması ilə bağlı deyil. Adam bütün ömrü boyu Azərbaycan ədəbiyyatçıları tərəfindən qəbul olunmayıb. Onun təbliği əsasən Moskva və moskvapərəst ədiblər tərəfindən qurulub, “milli ziyalı” obrazı yapılıb və Azərbaycana yeridilib. Hətta Anar özü də yazır ki: “...Mən ədəbiyyata gəldiyim ilk günlərdən hücumlara məruz qalmışam. Bu təkcə son vaxtların işi deyil. Mənim haqqımda sovetlər dövründən də tənqidi yazılar çap olunurdu...” Demək həqiqətən o ömrü boyu qəbul edilməyib. Amma axı adama “paxıllıq edən” bu qədər olmaz? Bəlkə bir düşünək?

Yaxın dostu, məsləkdaşı Çingiz Abdullayev müsahibələrinin birində deyir: “Anara qarşı sərt münasibətə səbəb vəzifəsidir” (“Olaylar”, 8 mart 2005). Müxbirin: “Anar müəllimə qarşı edilən təzyiqlərin səbəbini nədə görürsünüz? Sizcə, ona qarşı nə üçün bu cür münasibət var?” – sualına isə Ç.Abdullayev belə cavab verir: “...16 ildir ki, eşidirəm Anar müəllimə qarşı sərt münasibət var. Hər şeyə səbəb onun vəzifəsidir. Yazıçılar Birliyindən və quruma tabe olan hər hansı qəzetin, jurnalın mövqeyindən xoşu gəlməyən hər bir şəxs Anar müəllimi hədəf seçir. Biz artıq buna adət etmişik. Ən çox söz-söhbətlər də məhz qurultay öncəsi başlanır... Hətta onun haqqında qəzet səhifələrində lehinə olan yazılar çap ediləndə də heç kəs oxumur. Hamı əleyhinə olan məqalələrə can atır. Mən bunu artıq təbii hal kimi qarşılayıram. Əgər bütün söz-zöhbətlərdən uzaq olmaq istəyirsənsə, vəzifədən getmək lazımdır. Amma hələlik biz burda çalışırıq.” (kursiv - A.)

Bəli, həqiqətən adamın durumu ağırdır.



a) AYB sədri olan gündən Anar tənqid olunur. Amma nəticə çıxarmır. b) Demək vəzifəsini özündən çox istəyir, amma öhdəsindən gələ bilmir deyə onu qəbul etmirlər. Başqa sədrlər bu qədər tənqid olunmayıb. Bu nə işləyə bilir, nə də postdan əl çəkir... c) Etirazların qurultay öncəsi olması təbiidir. AYB üzvləri hər dəfə rəhbərliyin yeniləşməsini tələb edir. Bu isə qurultayda mümkündür. d) Adamlar hətta “onun haqqında müsbət yazı olanda da oxumurlar”. Ləyaqəti şöhrətdən üstün tutan heç bir adam özünə bu cəzanı rəva bilməz. Ətrafındakıların rəyinə reaksiya verər, düzgün nəticə çıxarar. Təbii, Anarın da reaksiyası var, amma o özünü yox, hamını günahlı bilir. Hesab edir ki, hamı pisdir, hamı yalançıdır, hamı şərçidir, hamı böhtançıdır, - tək bircə o idealdır! Alicənabın reaksiyası budur!

Nəhayət, burada çox sadə bir sual da meydana çıxır: əgər əlli il sərasər tənqid olunmusansa və heç vaxt həmkarların səni qəbul etmək istəməyibsə, demək yumşaq desək, yerində olmayan adamsan və bunu sənə mütəmadi xatırladırlar; bəs niyə öz yerinə çəkilmirsən? Hər halda nə ziyalıda, nə də söz adamında həqiqətə bu qədər dirəniş olmur! Ola bilməz! Olması mümkün deyil!.. Bu mümkün deyilsə, onda hər dara düşəndə saxta “kollektiv xahişlər” təşkil etməklə, gülünc iclaslar qurmaqla özünə müxtəlif titullar (“xilaskar”, “etalon”, “cəfakeş”...) mənimsəmək az qala özünə Napoleon, Lenin, Hitler, Peyğəmbər kimi gurultulu adlar götürməyə bənzəmirmi? Halbuki ilk (gərək ki, həm də son!) dövlət vəzifəsi Azərbaycan Radiosunun Uşaq verilişləri redaksiyasında kiçik redaktor olan, radio əməkdaşlarının yaddaşında “Xoruz babanı” oynayan artist studiyaya gəlməyəndə “Xoruz olmasa sabah açılmaz?”-deyə bədahətən yeni bir Xoruzsuz radio-proqramı yazmaq bacarığı ilə qalan adamın, sonralar Dədə Qorqud, Mirzə Cəlil, Üzeyir bəy Hacıbəyli və b. klassiklərin əsərləri əsasında tərtib etdiyi, çapa verdiyi, kinofilm çəkdirdiyi, teatr tamaşası qurdurduğu eyni-eyni ədəbi-bədii kompozisiyalarla öyünməsi... həmən taxma adlar götürənlərin fəxrlə öyünməsinə, döşünə döyə-döyə gərdiş etməsinə bənzəmirmi?

***
3 yanvar 2005-də təqribən saat 14.00 radələrində Akif Əliyə telefon açan tanımadğı bir şair (o inkoqnito qalmağı üstün tutdu) söhbət zamanı maraqlı mətləblərə toxunmuşdu. O həyəcanla telefonda deyirdi:

“...Müəllim, bunlar Sizi bəyənmir? Çox gülməlidir! Axı AYB-nin binasına girəndə sanki bekarlar məhləsinə girirsən. Mərtəbələrin birində qocalar və bekarlar nərd atıb vaxt öldürür. Mərtəbələrin o birində hər tərəfi qutab və araq iyisi basıb. Mərtəbələrin birində ümumiyyətlə səs-səmir yoxdur, adam gözə dəymir, sanki burda həyat dayanıb. “Rəhbər işçilər” 12.00-dən tez işə gəlmir, 15.00-dan sonra da burada adam tapılmır. Mən Türkiyədə və Rusiyada çox olmuşam və oralarda çox azəri gəncləri görmüşəm ki, qəzet-jurnal çıxarır, şer, hekayə yazırlar. Hamısı da deyir ki, Bakıda AYB bizə fikir vermədi, qapıya getdik, yaxın qoymadı, axırda hər şeyə tüpürüb ölkədən çıxdıq... Bir dəfə mən də AYB-də bir nəfərlə şer barədə söhbət edirdim. O isə şerlərimə yox, mənə baxıb dedi: “İstəyirsən, 2 saatın içində səni Birliyin üzvü edim?”

Naməlum şair daha mühüm mətləblərdən də söz açdı: “...Şər söyləyən, qara yaxan, ağ yalanlar danışan dostlarına Anar ona görə belə tapşırıqlar verir, yaxud ona görə mane olmur ki, özü belədir: həmişə yalan danışıb, iş vurub, partbiletini atıb, sonra xəlvəti geri götürüb, xalqın çətin məqamlarında qaçıb gizlənib, ara sakitləşəndə qayıdıb gəlib... 15-16 oktyabr hadisələri zamanı da Fransaya, Strasburqda, guya YUNESKO-nun hansısa tədbirinə getmişdi. Respublika sarayında yazıçı-dramaturq İlyas Əfəndiyevin 90 illik yubiley mərasimində AYB sədri yox idi, soruşdum, dedilər Türkiyədədir... Halbuki, Prezidentin Fərmanı ilə bu yubiley tədbirinin keçirilməsi AYB-yə həvalə olunmuşdu. Amma qısqanclıq yenə Anarı öz qoynuna alıb tədbirdən qaçırmışdı... 1988-də Anar “Dədə Qorqud” povestini çap etdirdi və bu saxtalaşdırmasına görə qohumu Ə.Vəzirovdan ev aldı...”

Açığı, “inkoqnito” çox dedi, biz burda azı yazırıq. Amma Akif Əli ilk dəfə idi Anarın Vəzirovla qohum olduğunu və ondan ev hədiyyə aldığını eşidirdi. Ümumiyyətlə, bu naməlum şairin dediklərinin hansının düz olub-olmadığını yəqinləşdirə bilmədi, toxunduğu məqamlardan yalnız birini, “Dədə Qorqud” kitabı ilə bağlı yoxlama apara bildi. Sözügedən kitabın millətdən uzaq rusbabı Vəzirov tərəfindən məhz hansı “məziyyətlərinə” görə mükafatlandırılması maraq doğururdu.

Dərhal kitabı tapdı. Araşdırdı. Məlum oldu ki, 1988-də Bakıda “Gənclik” nəşriyyatında rus dilində çap olunmuş Anarın həmin kitabı bundan öncə 1980-də Moskvada “Detskaya literatura” nəşriyyatında çapdan çıxıbmış. Kitabın ön sözündə filologiya elmləri doktoru X.Koroğlu yazırdı: “Dədə Qorqud abidəsinin əsas personajı olan oğuz Təpəgözü Homerin “Odisseya” əsərindəki siklop Polifemin doğma qardaşı idi. Maraqlıdır, qədim Yunan mifoloji obrazı ilə XI əsrdə Mərkəzi və Orta Asiyadan Azərbaycan və Kiçik Asiya ərazilərinə köçüb gəlmiş oğuzların da eynən mifoloji personajı arasında nə əlaqə ola bilər?.. Bəs oğuzlar özləri kim idi? Hələ VI-VIII əsrlərdə Altayda və Mərkəzi Asiyada, X əsrədək isə Mərkəzi Asiyada və Volqa boyunda yaşamış türkdilli tayfalar toplumu özünü oğuz adlandırırdı. X əsrin sonlarından XIII əsrədək onlar Zaqafqaziyaya axışaraq burada məskən saldılar və köçəri həyat tərzi sürməyə başladılar. Zaman ötdükcə bu tayfalar yeni yaranmağa başlayan bir xalqın – azərbaycanlıların etnogenezinin əhəmiyyətli hissəsini təşkil etdilər. Oğuzların zəngin folkloru, xüsusən də şifahi şəkildə bir nəsildən o biri nəslə ötürülən dastanları vardı. Onlar XIII əsrdə özlərinin yeni vətənləri olan Azərbaycanda qədim bahadırlar, Təpəgöz sayağı mifik personajlar haqqında on iki xalq rəvayətini sintez edərək, üzərinə artıq Zaqafqaziyadakı və Kiçik Asiyadakı həyatlarından alınmış çoxlu hadisələri də artıraraq, beləliklə XVI əsrin əlyazması şəklində bizlərə gəlib çatmış dil və stil baxımından gözəl bir epik abidəni - “Kitabi-Dədə Qorqud”u yaratmışlar...”

Bu sətirləri oxuyanda heyrətlənməmək mümkün deyildi. Artıq bundan o yana Anarın kitabında daha nələr yazıldığını bilmək maraqlı deyildi. Çünki bundan sonrakı hissə nağıldı... Anarla mübahisənin bütün məğzi isə bu məqamda gizlənir. Akif Əli ədəbiyyatın ictimai mahiyyətini qiymətləndirir, onun xalqın taleyində oynadığı rola önəm verir, Anar isə ədəbiyyatı cəmiyyətdən təcrid olunmuş halda, distillə edilmiş vəziyyətdə və avtonom olaraq başa düşür. Odur ki, “gözəl bir lirik əsər yazıb vətəni satmaq olar” prinsipi onun üçün məqbuldursa, Akif Əli üçün dəhşətdir! Elə son vaxtlar Anarın və onun əlaltılarının şəstlə “biz AYB-ni siyasiləşdirməyə qoymadıq, burada bütün siyasi qüvvələrin nümayəndələri üçün yer var” - tipli danışıqları da məhz xəyanət motivləri üçün “hüquqi bazanın” hazırlanması, iki stulda əyləşmək niyyətinə bəraət qazandırılması üçün yeridilən “konsepsiyadır”. Anarla mətbu debatları zamanı tanıdığı və tanımadığı çoxlu sayda qələm adamlarının, ziyalıların Akif Əliyə müraciət etməsi, dəstək verməsi onu göstərirdi ki, Anardan başqa hamı vətəni, xalqı, dövləti lirikadan üstün tutur...

Anarın “Dədə Qorqud” kitabında tariximizi saxtalaşdıran düşmən dəyirmanına su tökən bu dəhşətli yazının da əsas konsepsiyası – “Azərbaycan xalqının Qafqazda yerli xalq olmaması və bu əraziyə son zamanlar gəlməsi, köçəri tayfalar şəklində yaşayaraq özgə torpaqlarına yerləşməsi” – ideyasından ibarət idi. Məhz bu konsepsiya rus-erməni məkri olaraq zaman-zaman xalqımızın başına gətirilən dəhşətli müsibətlərin ideya-nəzəri əsasını təşkil edib. Və XX əsrin əvvəllərində olduğu kimi, sonlarında da azərbaycanlıların öz doğma yurd-yuvalarından didərgin salınması, vəhşiliklərə məruz qalaraq soyqırımı fəlakətlərinə uğraması, milyonlarla soydaşımızın faciələrinə bütün dünyanın biganəliyinin kökündə də bu “yad gəlmələr, köçəri tayfalar” konsepsiyası durur. Vaxtilə Göyçə, Zəngəzur, indi isə Qarabağ və Naxçıvanın üstünə ermənilər məhz bu konsepsiya bəhanələri ilə gediblər.

Türk dünyasının ən qədim ədəbi-mədəni abidələrindən olan “Kitabi Dədə Qorqud”un XVI əsr (?!) əlyazması kimi göstərilməsi və onun guya cəmi 500 illik tarixi olmasını demək isə xalqımızın tarixini, mədəniyyətini, mənşəyini saxtalaşdırmaq baxımından düşmənlərimizlə açıqca əlbirliyə-dilbirliyə dəlalət edir. Öz xalqının taleyini düşünən heç bir qeyrətli ziyalı heç vəchlə belə namussuz addım atmaz, bu qədər vicdansızlıqla düşmən dəyirmanına su tökməzdi... Amma tanış olduğumuz mətni öz kitabında yerləşdirən (lap olsun yerləşdirilməsinə razılıq verən), özü də ardıcıl olaraq 1980-də və 1988-də rusca çap etdirib SSRİ-yə yayan “milli təəssübkeş ziyalı” Anarın əməli (yəni hansı variantda olur-olsun) – təkcə onun “Kitabi-Dədə Qorqud” eposundan bixəbərliyi və onu düzgün anlamamasının əlaməti deyildi, həm də ocaq başındakı düşmən əməli və milli qeyrətsizlik əlaməti idi. Yox əgər “başqa bir şeydirsə”, qoy onu öz vicdanı bilsin...

Amma 80-ci illərdən qalma belə riya onun naturasında zaman-zaman özünü göstərəcəkdi. Məsələn, 2000-ci il aprelin 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Prezident sarayında “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyi üzrə dövlət komissiyasının yekun iclasında Anar mətləbə dəxli olmayan şeylərdən – məs., Akademiya yaratmaqdan, türk dili ilə azəri dilinin fərqlərindən, rusca əsər çap etdirməkdən... (yenə də?!) və s. danışacaq, amma Dədə Qorqud dastanının qədimliyindən, xüsusən onun 1300 illik tarixindən bir kəlmə belə deməyəcək, hamının fəxrlə, milli qürurla vurğuladığı bu qədimliyi dilinə gətirməyəcəkdi...

Yəni güman edirsiniz bu - təsadüfdür?!

Həmin yubiley iclasında Azərbaycan Prezidenti Heydər Əliyev dedi: “Üç il bundan öncə, elə aprel ayında “Kitabi-Dədə Qorqud”un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar fərman imzalandı... “Kitabi-Dədə Qorqud”un 1300 illiyi bütün sənədlərlə tamamilə təsdiq olunur və bu 1300 illiyi də biz qeyd etməliyik... İndi demək olar ki, bizim xalqımız öz ulu əcdadını – Dədə Qorqudu tanıyır və güman edirəm ki, bundan sonra heç vaxt unutmayacaq... Şəxsən mən çox qürur hissi keçirirəm ki, xalqımız, millətimiz öz tarixini, mənşəyini, keçmişini, mədəniyyətinin zənginliyini dünyaya bir daha sübut etdi. Xalqımız özü-özünü tanıdı, dərk etmək yoluna düşdü, haradan gəldiyini, kim olduğunu, hansı kökdən çıxdığını tamamilə dərk etdi... ”

Bəli, xalqı həqiqətən sevən dahi şəxsiyyət tarixə bu cür qiymət verdi! Ancaq təbii ki, ümummilli liderin hüzurunda Anarın onu deməyə cəsarəti çatmazdı ki, axı vaxtilə onun öz kitabında bu abidənin 1300 deyil, cəmi 500 yaşı olduğu göstərilmişdi! Və o təkcə “Dədə Qorqud” motivləri və obrazları üzərində sərbəst interpretasiyalarını xalqa qədim epos kimi təqdim etməsilə yox, düşməncəsinə yazılmış “Ön sözün” saxta mətnini öz kitabına daxil etməklə daha böyük səhv etmişdi... Və indi bu səhvindən utanır... Xalqdan üzr istəyir...və s.

Təbii, o bu etirafları etməzdi, ona görə etməzdi ki, xasiyyətinə istefa mədəniyyəti kimi, etiraf mədəniyyəti də yad idi. Və o bu etirafı həm də ona görə edə bilməzdi ki, Heydər Əliyevin dərhal düzəliş verəcəyindən, bunun adının “səhv” yox, xəyanət olduğunu oğuz türkünə xas bir qəzəblə ucadan bəyan edəcəyindən qorxurdu.

***
Bəli, Anarın əsil, bər-bəzəksiz, propaqandasız, örpəksiz mahiyyəti budur və bu mahiyyətin xalq üçün, vətən üçün, ictimaiyyət üçün tam əhəmiyyətsizliyi göz önündədir.

Bu gün Anar süni yaradılmış mifik obrazına xas sima ilə milli deyil, yalnız hansısa bir regional qrupa məxsus eksponat kimi ədəbiyyat muzeyinin marağını ödəyə bilər (son parlament seçkiləri isə onun heç regionda da nüfuz sahibi olmadığını aşkara çıxardı). Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Ceyran Məmmədovanın Anarın əsərlərinin sadalanmasına həsr olunmuş məqaləsində də məhz bu həqiqətin əksini gördük. Belə ki, son dövrlərdə nadir hallarda rast gəlinən və guya Anarın “yaradıcılığının təhlilinə” həsr edilən elmi yazılardan biri olan həmin məqalə ədəbiyyatşünaslıq və ədəbi tənqid-təhlil nöqteyi-nəzərindən deyil, yalnız ədibin əsərlərinin adlı siyahısı, yaxud kataloq forması kimi statistika baxımdan muzey işçisi üçün əhəmiyyət kəsb etdiyi görünürdü. Çünki artıq Anarın əsərlərinin təhlilinə sərf olunan zəhmət öz aktuallığını itirmiş məşğuliyyətdir. Bu əsərlər ədəbi proses üçün xarakterik olmadığı və köhnə təfəkkürü ehtiva etdiyi üçün, onların təhlili də xüsusi maraq doğurmur. Onların yalnız adları sadalanır. Bu hal müasir Anarın bir ziyalı kimi keçdiyi ömür yolunun məntiqi aqibətidir.

***



Akif ƏLİ. ßразисиндя мцщарибя эедян юлкя

...Äöíéà ìöùàрèáÿñè èëÿ ìöãàéèñÿäÿ ôÿрã îíäàäûр êè, Ãàрàáàü ñàâàøûíäà þëÿíëÿрèí,

èòÿíëÿрèí, éàрàëàíàíëàрûí ùàìûñû áèçèìêèëÿрäèр. Äàüûäûëàí êÿíäëÿр äÿ áèçèìäèр, øÿùÿрëÿр äÿ.

Áèçèì, éÿíè Àçÿрáàéæàíûí, éÿíè ìÿíèì, ñÿíèí, îíóí, ãîùóì-ãîíøóíóíäóр. Äöøìÿí áèçèì

äîüìàëàрû, êþрïÿëÿрè, ãîæàëàрû, ãàäûíëàрû ìÿùâ åäèр. Ìÿùâ åäèр, éÿíè - þëäöрöр, éÿíè ýþçöíÿ,

öрÿéèíÿ ýöëëÿ âóрóр, ñöíýö ñîõóр, ÿçàá âåрÿ-âåрÿ íÿôÿñèíè êÿñèр, äîüрàéûр, ñîéóр, éàíäûрûр.

×öíêè äöøìÿí æèääè øÿêèëäÿ äöøìÿí÷èëèê åäèр. Äöøìÿí êÿíäëÿрäÿí, ãÿñÿáÿëÿрäÿí ñÿрâÿòëÿрèìèçè òàëàéûр, âàр-äþâëÿòè, ìàë-ãàрàíû éûüûá àïàрûр. Âÿ áöòöí áóíëàр äà áèçèìäèр, áèçèì äîüìà

éóрäóìóç, Âÿòÿíèìèç Àçÿрáàéæàíûíäûр. Ìÿíèìäèр, ñÿíèíäèр, îíóíäóр... Ùàìûìûçûíäûр!


...Î çàìàíлар "Áþéöê Âÿòÿí ìöùàрèáÿñè" àäû àëòûíäà àçÿрáàéæàíëû èýèäëÿрè êÿíä-кÿíä, ãàïû-

ãàïû, åâ-åâ éûüûá àïàрûрäûëàр ôàøèçì ÿòäîüрàéàíûíûí àüçûíà âÿ íÿ îíó òàíûéàí, íÿ äÿ îíóíëà

ìöùàрèáÿ åëÿìÿéÿ ýÿëÿí àëìàíëàрëà âóрóøäóрóрäóëàр. Àçÿрáàéæàí ñÿрùÿäëÿрèíäÿí íå÷ÿ ìèí êèëîìåòрëÿр óçàãëàрäà, Ðóñèéà ÷þëëÿрèíäÿ, Ñòàëèíãрàä, Ëåíèíãрàä, Ìîñêâà, Âàрøàâà, Áåрëèí

óüрóíäà äþéöøëÿрäÿ íÿ ãÿäÿр àçÿрáàéæàíëû þëäö, ãàëäû, èò-áàòà äöøäö... Øþùрÿòëè Áàêû î ÁÂÌ

èëëÿрèíäÿ íÿ ýåæÿ áèëèрäè, íÿ ýöíäöç, àæ ãàëûрäû, ñóñóç ãàëûрäû, àììà áóрàëàрäàí ÷îõ-÷îõ

óçàãëàрäà, ùàрàëàрäàñà Ðóñèéà ÷þëëÿрèíäÿ âóрóøàí òàíêëàрû, òÿééàрÿëÿрè, мàøûíëàрû éàíàæàãñûç ãîéìóрäó... Èíäè áóäóр, ÞÇ ñÿрùÿäëÿрèìèçäÿ, ÞÇ òîрïàãëàрûìûçäà, Áàêûäàí æÿìè 300 êì, ö÷æÿ

éöç (!) êèëîìåòр àрàëûäà þëöì-îëóì ñàâàøû âàр, äè ýÿë öìóìè ëàãåéäëèéÿ, áèýàíÿëèéÿ áàõ!

Àäàìäà åëÿ òÿñÿââöр éàрàíûр êè, Áàêû - ÿрàçèñèíäÿ àüûр ìöùàрèáÿ ýåäÿí þëêÿíèí éîõ,

ãÿëÿáÿ ñåâèíæè èëÿ éàøàéàí äèíæ áèр äèéàрûí ïàéòàõòûäûр.
…Ãÿрáèíäÿ øûäûрüû ãàí àõûäûëàí áèр äèéàрûí Øÿрãèíäÿ øûäûрüû àëâåр ýåäèр.

Ãÿрáèíäÿ ÿëëÿрäÿ ñèëàù îéíàéûр, Øÿрãèíäÿ ïóë. Ãÿрáèíäÿ éàñ ìÿæëèñëÿрè áèр-áèрèíÿ æàëàíûр,

Øÿрãèíäÿ òîé... Ãÿрáèíäÿ ñÿíýÿрäÿ éàòàí ÿñýÿр ñèãàрåò ùÿñрÿòèíäÿäèр, Øÿрãèíäÿ ìèëéîíëàрëà

ãóòó ñèãàрåò àëûíûр-ñàòûëûр. Ãÿрáèíäÿ éåìÿê, ýåéìÿê ÷àòûøìûр, Øÿрãèíäÿêè ñÿрùÿä ãàïûëàрûíäàí

öçö Èрàíà ñÿрâÿòëÿрè äàøûíûр, ìàë-ãàрàñû àïàрûëûр, ÿâÿçèíÿ ñàããûç ýÿòèрèëèр.

Ãÿрáèíäÿ äöøìÿíëÿ âóрóøìàüà ñèëàù ÷àòûøìûр, Øÿрãèíäÿ ùþêóìÿò áàø÷ûëàрû þëêÿíèí

ìàë-äþâëÿòèíè ñàòûá âèäåî, õàрèæè ìàøûí, ñèãàрåò ýÿтиräèр...

Áèр àéäûр, áåø àéäûр, îí áåø àéäûр áó áåëÿæÿäèр.

Àììà áåëÿ ìöùàрèáÿ åòìÿçëÿр, áàáà!

...Âÿòÿíè ãîрóìàã ö÷öí, òîрïàãëàрû ãàéòàрìàã, øÿрÿôÿ éаõûëàí ëÿêÿíè ñèëìÿê ö÷öí àäûíäàí

âÿ ãóëàüû íÿ äÿрÿæÿäÿ îõøàéûá-îõøàìàìàüûíäàí àñûëû îëìàéàрàã, áàøãà êåéôèééÿòëè èäàрÿ÷èëèéÿ êå÷ìÿëèéèê. Þíæÿ - Âÿòÿí îëäóüó ö÷öí, þíæÿ äÿ þçöìöçöí éîõ, Âÿòÿíèí òàëåéèíè

äöøöíìÿëèéèê. ×öíêè Âÿòÿíñèç - íÿ äåìîêрàò âàр, íÿ äåìîêрàòèéà; Âÿòÿíñèç - íÿ ïåéüÿìáÿр

âàр, íÿ îíóí ìöрèäëÿрè; Âÿòÿíñèç - íÿ âÿçèôÿ âàр, íÿ âàр-äþâëÿò, íÿ äÿ øÿрÿô.

Âÿòÿíñèç ùå÷ êèì âÿ ùå÷ íÿ éîõäóр...

ßрàçèñèíäÿ ìöùàрèáÿ ýåäÿí þëêÿíèí ñèéàñÿòè ìöäàôèÿ éîõ, ùöæóì õàрàêòåрëè îëìàëûäûр.

Òîрïàãëàрû çÿáò åäèëìèø, àäàìëàрû ãÿòëÿ éåòèрèëìèø, ùåéñèééÿòè òàïäàëàíìûø äþâëÿòèí

"ãåéрè-ñöëùñåâÿр" ýþрöíìÿêäÿí ãîрõìàñû, þç ìÿíàôåéèíè áèр êÿíàрà ãîéàрàã éàëíûç "ñöëùñåâÿр" àäëàíìàã õàòèрèíÿ ïàññèâ ñèéàñÿò éåрèòìÿñè èêè ñÿáÿáäÿí îëàр: éà ñÿрèøòÿñèçëèê, éà õÿéàíÿò!

Áó áåø èëäÿ èêèñèíè äÿ ýþрöрöê...

ßрàçèñèíäÿ ìöùàрèáÿ ýåäÿí þëêÿíèí ìöùàрèáÿ äþâрöíÿ óéüóí èäåîëîúè òÿìèíàò ìåõàíèçìè

îëàр. Óéüóí, ñÿрèøòÿëè èäåîëîúè èø õàëãû èíäèêè ëàãåéäëèê, áèýàíÿëèê ùàëûíäàí ìöáàрèçëèê,

áàñûëìàçëûã, ãÿùрÿìàíëûã ñÿâèééÿñèíÿ ãàëäûрûá ùàìûíû, ùÿр êÿñè Ãàрàáàü ìöáàрèçÿñè ÿòрàôûíäà ñÿôÿрáÿр åòìÿéÿ ãàáèëäèр. Áóíóí äà åäèëìÿìÿñèíèí èêè ñÿáÿáè âàр:

éà ñÿрèøòÿñèçëèê, éà äà õÿéàíÿò!

Âÿ áó áåø èëäÿ áó ñàùÿäÿ äÿ ùÿр èêè ùàëëà рàñòëàøìûøûã...

ßрàçèñèíäÿ ìöùàрèáÿ ýåäÿí þëêÿíèí ïîëиòîëîãëàрû, äèïëîìàòëàрû, èæòèìàè-ñèéàñè õàäèìëÿрè

äàõèëè ÷ÿêèøìÿëÿрÿ ìîрàòîрèóì ãîéóá, âÿçèôÿ åùòèрàñëàрûíäàí ÿë ÷ÿêèá, íÿôñèíè áàñûá ÿëáèр øÿêèëäÿ äþâëÿòèí õàрèæè ñèéàñÿò êîíñåïñèéàñûíû ùàçûрëàìàëû, êîррåêñèéàëàр àïàрìàëû, åíåрúè âÿ

áàæàрûãëàрûíû îíó ùÿéàòà êå÷èрìÿéÿ ñÿôÿрáÿр åòìÿëèäèр. Äèïëîìàòèê äàíûøûãëàрà ýåòìÿëè, þëêÿíèí ìþâãåéèíè èçàù åòìÿëè, ÿëàãÿëÿр éàрàòìàëûäûрëàр. Áó àäàìëàр áåéíÿëõàëã àëÿìäÿ äöøìÿíèí òÿæàâöçêàрëûüûíû à÷ìàëû, âÿùøèëèêëÿрèíè éàéûíëàìàëû, áèçèì ëàáöä îëàрàã þç ÿрàçèìèçè âÿ

âÿòÿíäàøëàрûìûçû ãîрóìàã íàìèíÿ ñèëàùà ñàрûëäûüûìûçû, éÿíè âóрóøìàëàрûí "ãåéрè-ñöëùñåâÿр" îëäóüóìóçäàí èрÿëè ýÿëìÿäèéèíè àíëàòìàëûäûрëàр.


Yüklə 2,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin