Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009- cu illər) təsdiq edilməsi haqqında azərbaycan respublikasi prezidentiNİn səRƏncami



Yüklə 96,45 Kb.
tarix02.03.2017
ölçüsü96,45 Kb.
#9911
Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009- cu illər) təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN
SƏRƏNCAMI

“Dövlət gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 29 iyul tarixli 169 nömrəli Fərmanı dövlət gənclər siyasətinin həyata keçirilməsinə, uşaq və gənclərlə işləyən kadrların hazırlanmasına, gənclərin həyatında baş verən proseslərin elmi şəkildə öyrənilməsinə, ayrıayrı dövlət orqanlarının gənclərlə iş sahəsində əlaqəli və məqsədyönlü fəaliyyət göstərməsinə, uşaq, yeniyetmə və gənclərin üzləşdikləri problemlərin həlli istiqamətində əməli tədbirlərin görülməsinə şərait yaratmışdır. Həmin Fərmanla müəyyənləşdirilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə 1999-2004-cü illər ərzində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmiş, o cümlədən normativ hüquqi aktlar qəbul edilmiş, Azərbaycan Respublikası Gənclər, İdman və Turizm Nazirliyinin nəzdində Gənclərin Problemləri üzrə Elmi Araşdırmalar Mərkəzi və Respublika Uşaq İstirahət və Sağlamlıq Mərkəzi yaradılmışdır.

Uşaq və gənclərin hərtərəfli inkişafını təmin etmək, onların problemlərinin həlli və hüquqlarının müdafiəsi sahəsində daha təsirli tədbirlər görmək, həyata keçirilən gənclər siyasətini tənzimləmək məqsədilə 2002-ci ildə “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Qanunda gənclər siyasətinin əsas prinsipləri öz əksini tapmış, gənclərin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onların yaradıcılıq potensialının ölkənin inkişafına və ümummilli problemlərin həllinə səfərbər olunması, hüquq və azadlıqlarının hər hansı şəkildə məhdudlaşdırılmasının yolverilməzliyi əsas istiqamətlər kimi müəyyənləşdirilmişdir.

Son illər həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirmiş, onların ictimai-siyasi fəallığının artmasına kömək etmişdir. Eyni zamanda bu sahədə hələ də öz həllini gözləyən bir sıra məsələlər mövcuddur. Yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin daha da gücləndirilməsi, gənclərin məşğulluğunun təmin edilməsi, onların sahibkarlıq fəaliyyətinə kömək göstərilməsi, sosial problemlərinin həlli, yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, o cümlədən onların mənzil şəraitinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və bu kimi məsələlər dövlət gənclər siyasəti çərçivəsində bir sıra tədbirlərin həyata keçirilməsini zəruri edir. Azərbaycan Respublikasında dövlət gənclər siyasətini daha da inkişaf etdirmək, gəncləri dövlət idarəçiliyində aparıcı yerlərdən birini tutan qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. bu Sərəncamın 1-ci bəndi ilə təsdiq edilən Dövlət Proqramında həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin illər üzrə maliyyələşdirilməsini iki ay müddətində müəyyənləşdirib təsdiq etsin;

2.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

3. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 avqust 2005-ci il

982



Azərbaycan Respublikası Prezidentinin

2005-ci il 30 avqust tarixli 982 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

AZƏRBAYCAN GƏNCLİYİ DÖVLƏT PROQRAMI

(2005-2009-cu illər)
1. Dövlət Proqramının məqsədi

Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında onların fəal iştirakını təmin etmək üçün sosial-iqtisadi və təşkilati-hüquqi şərait yaratmaqdır.

2. Dövlət Proqramının vəzifələri

Dövlət Proqramının məqsədinə uyğun olaraq aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur:

- gənc nəslin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, mədəni irsinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyə olunması;

- gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, onların hərbi xidmətə hazırlanması;

- gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin profilaktikası sahəsində tədbirlərin həyata keçirilməsi;

- istedadlı gənclərin aşkar edilməsi, onların öz qabiliyyətlərini inkişaf etdirə bilmələri üçün şəraitin yaradılması;

- gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi, bazar iqtisadiyyatının əsaslarına dair biliklərə yiyələnməsi, peşə hazırlığının yüksəldilməsi və məşğulluğunun təmin edilməsi məqsədilə tədbirlərin həyata keçirilməsi;

- sosial müdafiəyə ehtiyacı olan gənclərin, o cümlədən gənc ailələrin problemlərinin həllinə kömək göstərilməsi;

- gənclərin sağlamlığının qorunması sahəsində tədbirlərin həyata keçirilməsi, kütləvi bədən tərbiyəsinin və idmanın inkişaf etdirilməsi;

- ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı, uşaq və gənclər üzrə təşkilatların formalaşması və inkişafı üçün şəraitin yaradılması;

- gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihələrin həyata keçirilməsinə, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına kömək göstərilməsi.

3. Dövlət Proqramının həyata keçirilmə müddəti

Proqram 2005-ci il sentyabrın 1-dən 2009-cu il dekabrın 31-dək olan dövrü əhatə edir.

4. Dövlət Proqramı üzrə həyata keçiriləcək tədbirlərin əlaqələndirilməsi

Dövlət Proqramının icrasına məsul olan təşkilatlar tərəfindən nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi əlaqələndirir.

Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi Dövlət Proqramının həyata keçirilməsinə aidiyyəti qeyri-hökumət təşkilatlarının cəlb edilməsini təmin edir.

5. Dövlət Proqramının həyata keçirilməsinin maliyyə mənbələri

Dövlət Proqramının həyata keçirilməsi üçün əsas maliyyə mənbəyi dövlət büdcəsidir. Eyni zamanda büdcədənkənar vəsaitlərin (sponsorların ayırdığı vəsait, qrantlar və s.) cəlb olunması nəzərdə tutulur.


Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər) üzrə həyata keçiriləcək

TƏDBİRLƏR

I. Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi

№ Tədbirin adı Tədbirlərin məqsədi İcraçılar İcra müddəti

1 2 3 4 5

1.1. Ölkənin şəhər və rayonlarında yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi klublarının yaradılması Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi işinin gücləndirilməsi, müasir tərbiyə üsullarının praktiki təcrübədə yoxlanılması və tətbiq olunması Gənclər, İdman və Turizm Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2005-2008

1.2. Ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı fənninin təkmilləşdirilməsi, məktəblərin təlim silahları və əyani vəsaitlərlə təmin edilməsi Məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, 2005-2009

1.3. Hərbi vətənpərvərlik düşərgələrinin təşkil edilməsi Yeniyetmə və gənclərin hərbi xidmətə hazırlanmasında yeni üsulların tətbiq olunması, yay mövsümündə məktəblilərin istirahətinin səmərəli təşkil edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi 2005-2009

1.4. Gənclərdə vətənpərvərlik hisslərini aşılayan bədii ədəbiyyatın nəşr edilməsi və bədii əsərlərin müsabiqələrinin keçirilməsi Azərbaycanın görkəmli sərkərdələrinin, Vətənin müdafiəsi zamanı şücaət göstərmiş vətəndaşların, Milli Qəhrəmanların gənclər arasında təbliğ edilməsi və vətənpərvərlik mövzusunda əyani vəsaitlərin, bədii əsərlərin yaradılması Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Milli Elmlər Akademiyası 2005-2008

1.5. Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanların mənzil və məişət problemlərinin həll edilməsi sahəsində əlavə tədbirlərin görülməsi Vətənin müdafiəsi zamanı xəsarət almış və əlil olmuş gənclərin sosial problemlərinin həll edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi 2006-2009
1.6. Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinə xidmət edən bədii tərtibat işlərinin aparılması Gənclərin mənəvi-əxlaq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi Mədəniyyət Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2006-2008

1.7. Gənclərin vətənpərvərlik tərbiyəsinin aktual məsələləri üzrə elmi-praktiki konfransların, müşavirələrin, dəyirmi masaların, mədəni-kütləvi və s. tədbirlərin keçirilməsi Gənclərin Vətənə məhəbbət, Azərbaycan xalqının tarixinə, milli-mənəvi dəyərlərinə hörmət ruhunda tərbiyəsi sahəsində iş aparan təşkilatların fəaliyyətinin gücləndirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi 2005-2009

1.8. "Heydər Əliyev irsi və Azərbaycan gəncliyi" adlı çoxseriyalı elmi-publisistik filmin çəkilməsi Ümummilli Lider Heydər Əliyevin ideyalarının gənclər arasında təbliğ edilməsi Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2006-2007

1.9. Azərbaycanın tarixinin, mədəniyyətinin və incəsənətinin dərindən öyrənilməsinə və təbliğ olunmasına yardım edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların keçirilməsi, televiziya və radio verilişlərinin hazırlanması Yeniyetmə və gənclərin azərbaycançılıq ruhunda tərbiyə edilməsi, Azərbaycan tarixinin təbliğində kütləvi informasiya vasitələrinin rolunun artırılması Gənclər, İdman və Turizm Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2005-2009

1.10. Yeniyetmə və gənclərin hərbi xidmətə həvəsləndirilməsi məqsədilə mədəni-kütləvi tədbirlərin keçirilməsi Gənclərin hərbi xidmət keçməsinə hazırlanması Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2005-2009

1.11. Ordu sıralarında xidmət edən gənclərin asudə vaxtının səmərəli təşkili sahəsində əlavə tədbirlərin həyata keçirilməsi Hərbi xidmətdə olan gənclərin asudə vaxtının səmərəli təşkil olunması, hərbi hissələrin hamiliyə götürülməsi işinin təkmilləşdirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2005-2009

1.12. Orta məktəb şagirdləri arasında "Şahin" və "Cəsurlar" hərbi-idman oyunlarının, "Marş irəli" devizi altında "Vətənin müdafiəsinə hazıram" çoxnövçülük yarışlarının keçirilməsi Məktəblilərin hərbi xidmətə hazırlanması, onların fiziki hazırlığının yüksəldilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi 2005-2009

1.13. Gəncləri hərbi xidmətə yolasalma mərasimlərində işinin gücləndirilməsi Gənclərin hərbi xidmətə həvəsləndirilməsi Müdafiə Nazirliyi, Gənclər, idman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi 2005-2009

1.14. Vətənpərvərlik mövzusunda mahnıların və hərbi marşların müsabiqələrinin keçirilməsi Vətənpərvərlik mövzusunda mahnıların, hərbi marşların təbliği və yenilərinin yaradılması Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi 2006-2008

1.15. Gənclərin və gənclər təşkilatlarının vətəndaşlıq, vətənpərvərlik və mənəvi-əxlaqi tərbiyəsi sahəsində layihə və proqramların müsabiqələrinin maliyyələşdirilməsinə və həyata keçirilməsinə kömək göstərilməsi Gənclərin mənəvi-əxlaqi və vətənpərvərlik tərbiyəsi sahəsində keçirilən kütləvi tədbirlərin səmərəliliyinin yüksəldilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi 2006-2009

1.16. Hərbi-idman oyunlarının inkişaf etdirilmə-si məqsədilə şəhər və rayonlarda, təhsil müəssisələrinin bazasında təlim-məşq mərkəzlərinin yaradılması Çağırışyaşlı gənclərin hərbi xidmətə hazırlanması işinin təkmilləşdirilməsi, "Şahin" və "Cəsurlar" hərbi idman oyunlarının yüksək səviyyədə keçirilməsinin təmin edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2006-2009

1.17. Gənclərin milli-mənəvi və dini dəyərlərə uyğun tərbiyə olunması işinin təkmilləşdirilməsi, mənəviyyata zidd olan amillərlə mübarizədə yeni üsulların işlənməsi və tətbiq olunması Gənclərin azərbaycançıhq və ölkədə fəaliyyət göstərən dini konfessiyalara hörmət ruhunda tərbiyə olunması, onların mənəviyyatına mənfi təsir göstərə bilən amillərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi, bu məqsədlə dərs prosesində və əlavə məşğələ saatlarında xüsusi mühazirələrin keçirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, rayon (şəhər) icra hakimiyyəti orqanları 2005-2009

1.18. "Azərbaycan tarixi" adlı çoxseriyalı elmi-publisistik filmin çəkilməsi Azərbaycan tarixinin təbliğ olunmasında kino sənətinin rolunun artırılması Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2006-2007

II. Gənclər arasında hüquq pozuntuları, narkomanlıq, QİÇS və digər neqativ halların profilaktikası

2.1. Gənclər arasında hüquq pozuntularının, narkomanlığın, QİÇS-in və digər zərərli vərdişlərin profilaktikasına dair metodiki vəsaitlərin hazırlanması, nəşr edilməsi, təlim və təkmilləşdirmə kurslarının təşkili Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması sahəsində iş aparan dövlət orqanlarına, qeyri-hökumət təşkilatlarına hüquqi və metodiki yardımın göstərilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası 2005-2009

2.2. Gənclər arasında hüquq pozuntularının və zərərli vərdişlərin profilaktikası sahəsində mühazirələrin, seminarların və digər hüquqi maarifləndirici tədbirlərin təşkil olunması Gənclərin hüquqi maariflənməsi işinin gücləndirilməsi, hüquq pozuntuları hallarının profilaktikası sahəsində qəbul edilmiş qanunvericilik aktlarının müddəalarının gənclər arasında təbliğ edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi 2005-2009

2.3. Gənclərə sağlam həyat tərzi aşılayan bədii tərtibat materiallarının, əyani vəsaitlərin hazırlanması, nəqliyyat vasitələrində, küçə və parklarda, asudə vaxt obyektlərində yerləşdirilməsi Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması rayon (şəhər) icra hakimiyyəti orqanları, Mədəniyyət Nazirliyi 2005-2009

2.4. "Narkomanlığa və QİÇS-ə qarşı mübarizə - mənəviyyatın xilası deməkdir" devizi altında tədbirlərin və kütləvi təbliğat kampaniyalarının keçirilməsi Narkomanlığın və QİÇS-in profilaktikası sahəsində tədbirlərin səmərəliliyinin artırılması Gənclər, İdman və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Müdafiə Nazirliyi 2005-2009

2.5. Cəzaçəkmə müəssisələrindən azad olunmuş gənclərin sosial reabilitasiyası sahəsində tədbirlərin həyata keçirilməsi Gənclər arasında cinayətkarlığın azaldılması, cəzaçəkmə müəssisələrindən azad olunmuş gənclərin sosial problemlərin həll edilməsi, onların sosial mühitə uyğunlaşmalarının təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, 'Səhiyyə Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2005-2009

2.6. Orta məktəb şagirdləri arasında "Azərbaycan gəncləri narkotiklər əleyhinə" mövzusunda inşa yazı və rəsm müsabiqələrinin keçirilməsi Narkomanlığın fəsadları haqqında məktəblilərdə düzgün təsəvvürlərin formalaşdırılması və onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi 2006-2009

2.7. Hər il 26 iyun - narkomanlıq əleyhinə ümumdünya mübarizə gününün qeyd olunması münasibətilə silsilə tədbirlərin keçirilməsi İctimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemlərin həllinə cəlb olunması Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası 2006-2009

III. İstedadlı və yaradıcı gənclərə dövlət qayğısı

3.1. Elm, təhsil, mədəniyyət və incəsənət sahəsində istedadlı gənclərin aşkar edilməsi və onlarla fərdi işin qurulması üçün müsabiqələrin, festivalların, olimpiadaların, yarışların və s. tədbirlərin keçirilməsi Yaradıcı və istedadlı gənclərə dövlət qayğısının artırılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli şəraitin yaradılması Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi 2005-2009

3.2. İntellektual oyunlar üzrə ölkə və beynəlxalq miqyaslı çempionatların, müsabiqələrin keçirilməsi Yeniyetmə və gənclərin intellektual səviyyəsinin inkişafının təmin edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası 2005-2009

3.3. Uşaq və yeniyetmələrin elmi-texniki yaradıcılıq müsabiqələrinin keçirilməsi Uşaq və yeniyetmələr arasında elmi-texniki yaradıcılığın inkişaf etdirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi 2006-2009

3.4. Texniki yaradıcılıq mərkəzlərinin işinin təkmilləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi Gənclərin elmə və texnikaya marağının artırılması, texniki yaradıcılıq mərkəzlərinin fəaliyyətinin gücləndirilməsi Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Maliyyə Nazirliyi 2005-2009

3.5. Maraqlar üzrə gənclər klublarının yaradılması Yaradıcı təfəkkürün inkişafına kömək göstərilməsi, gənclərin asudə vaxtının səmərəli təşkilində klub tipli müəssisələrin rolunun artırılması Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2005-2009

3.6. Tələbələrin və gənc alimlərin elmi-nəzəri və elmi-praktiki konfranslarının keçirilməsi Tələbələrin və gənc alimlərin elmi biliklərinin yüksəldilməsi, elmin müxtəlif sahələri üzrə son nailiyyətlər barədə məlumatlandırılması və onlar arasında təcrübə mübadiləsinin aparılması Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası 2005-2009

3.7. Yeniyetmə və gənclərin müasir informasiya və kommunikasiya texnologiyaları sahəsində biliklərə yiyələnməsi üçün əlavə tədbirlərin həyata keçirilməsi Yeniyetmə və gənclərin müasir informasiya texnologiyalarına marağının artırılması, onların bu sahədə bilik səviyyəsinin yüksəldilməsinə xidmət edən təlim kurslarının, yarışların, müsabiqələrin, olimpiadaların keçirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 2005-2009

3.8. İstedadlı şagird, tələbə və gənc alimlərin beynəlxalq müsabiqələrdə, elmi konfranslarda, simpozium və seminarlarda iştirakının təmin edilməsi Xarici ölkələrin qabaqcıl elmi təcrübəsinin mənimsənilməsi, Azərbaycanda elmin inkişafının beynəlxalq səviyyəyə çatdırılması, istedadlı gənclərin bilik səviyyəsinin artırılmasına kömək göstərilməsi Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası 2005-2009

3.9. İstedadlı və yaradıcı gənclərin xarici ölkələrdə təhsilini davam etdirməsinə, ixtisaslarını artırmasına, elmi tədqiqat işlərini aparmasına kömək göstərilməsi Gənclərin təhsil səviyyəsinin yüksəldilməsi, onların elmi potensialının inkişaf etdirilməsi Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, Milli Elmlər Akademiyası 2005-2009

3.10. Musiqi sənəti sahəsində müsabiqə və festivalların keçirilməsi Azərbaycanda musiqi sənətinin inkişaf etdirilməsi, bu sahədə bacarıqlı gənclərin üzə çıxarılması, onlarla fərdi işin qurulması Gənclər, İdman və Turizm Nazirliyi, Mədə-niyyət Nazirliyi 2005-2009

3.11. Gənc kinematoqrafçıların festivallarının keçirilməsi Azərbaycanda kino sənətinin inkişaf etdirilməsində yaradıcı gənclərin rolunun artırılması Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi 2005-2009

3.12. Gənclərin təsviri sənət əsərlərindən ibarət sərgilərin keçirilməsi Təsviri sənət sahəsində bacarıqlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə kömək göstərilməsi, Azərbaycanın mədəniyyətinin xarici ölkələrdə təbliğ olunması Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi 2005-2009

3.13. Gənclər siyasətinin aktual məsələləri üzrə gənc jurnalistlərin müsabiqələrinin keçirilməsi KİV-in gənclərin problemlərinin işıqlandırılmasında və həllində rolunun artırılması Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi 2006-2009

3.14. Gənc yazarların əsərlərinin nəşrinə kömək göstərilməsi Ədəbiyyat sahəsində istedadlı gənclərə dövlət qayğısının artırılması Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi 2005-2009

3.15. "Şən və hazırcavablar klubu" komandalarının çempionatının keçirilməsi Gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, intellektual oyun növlərinin təbliğ edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi 2005-2009

3.16. Uşaqların müasir rəqs müsabiqələrinin keçirilməsi Uşaqların asudə vaxtının səmərəli təşkil edilməsi, müasir rəqs növlərinin inkişaf etdirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi 2006-2009

3.17. Uşaqların folklor musiqi müsabiqələrinin keçirilməsi Azərbaycanda yaşayan xalqların mədəniyyətinin və incəsənətinin uşaqlar arasında təbliğ edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi 2006-2009

3.18. "İstedadlar sorağında" devizi altında yeniyetmə və gənclər arasında yaradıcılıq festivallarının keçirilməsi İncəsənət və mədəniyyətin ayn-ayrı sənət növləri üzrə istedadlı gənclərin üzə çıxarılması, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2006-2009

3.19. Tələbə gənclərin bədii-yaradıcılıq festivallarının keçirilməsi Tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi, onların yaradıcılıq qabiliyyətinin inkişaf etdirilməsi Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi 2005-2009

3.20. Sosial müdafiəyə xüsusi ehtiyacı olan uşaq, yeniyetmə və gənclərin iştirakı ilə yaradıcılığın müxtəlif istiqamətləri üzrə müsabiqələrin və festivalların keçirilməsi Sosial müdafiəyə ehtiyacı olan uşaq və gənclərə dövlət qayğısının artırılması, onlar arasında istedadlı gənclərin üzə çıxarılması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi 2005-2009

3.21. Qaçqın və məcburi köçkün gənclərin yaradıcılıq festivallarının keçirilməsi Qaçqın və məcburi köçkün gənclərin asudə vaxtının səmərəli təşkil edilməsi, onlar arasında yaradıcı gənclərin aşkar edilməsi və qabiliyyətlərinin inkişaf etdirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi 2006-2009

3.22. Sosial müdafiəyə ehtiyacı olan təhsil alan gənclərə təhsilini başa vurduqdan sonra qaytarmaq şərtilə kreditlərin verilməsinə dair təkliflərin hazırlanması Sosial müdafiəyə ehtiyacı olan gənclərə dövlət qayğısının artırılması Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Milli Bank 2005-2009

3.23. Yüksək nailiyyətlər qazanmış istedadlı və yaradıcı gənclər üçün xüsusi mükafatların təsis edilməsi İstedadlı və yaradıcı gənclərin həvəsləndirilməsi üçün yeni stimulların yaradılması, onların peşəkarlıq səviyyəsinin artırılması Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi 2005-2009

3.24. İstedadlı uşaq, yeniyetmə və gənclərin ölkəmizdə və xarici ölkələrdə keçirilən yay düşərgələrində iştirakına kömək göstərilməsi İstedadlı uşaq və yeniyetmələrin qabiliyyətlərini inkişaf etdirmələri üçün əlverişli şəraitin yaradılması, onların yay istirahətinin səmərəli təşkil edilməsi və fiziki sağlamlığının möhkəmləndirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2006-2009

3.25. Gənclərin yaradıcılıq fəaliyyətinin aktual məsələləri üzrə elmi-praktiki və elmi-nəzəri konfransların, simpozium, seminar və digər tədbirlərin keçirilməsi Yaradıcı gənclərin mövcud problemlərinin öyrənilməsi və həlli yollarının müəyyən edilməsi, onlar arasında təcrübə mübadiləsinin aparılması Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi 2005-2009

3.26. Uşaq və gənclərin bədii yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, mədəni-kütləvi və asudə vaxt tədbirlərinin təşkili məsələləri ilə bağlı elmi-metodiki vəsaitlərin hazırlanması, bu sahədə seminar, konfrans və təlim kurslarının keçirilməsi Uşaq və gənclərlə işləyən kadrların bilik səviyyələrinin artırılması, onlar arasında təcrübə mübadiləsinin aparılması Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi 2005-2009

3.27. Gənclərin teatr, konsert və sərgi salonlarından, yaradıcılıq emalatxanalarından, studiyalardan, laboratoriyalardan güzəştli istifadəsinə dair təkliflərin hazırlanması Gənclərin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsində mədəniyyət müəssisələrinin rolunun artırılması, yaradıcı və istedadlı gənclərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi 2006

3.28. Ödənişli təhsil alan əlaçı və istedadlı tələbələrin təhsil haqqı ilə bağlı güzəştlər barədə təkliflərin hazırlanması İstedadlı gənclərə dövlət qayğısının artırılması, yüksək bilikli kadrların hazırlanması Təhsil Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi 2006

IV. Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi

4.1. Azərbaycan Respublikasında gənclərin məşğulluğunun təmin edilməsi sahəsində Milli Fəaliyyət Planının hazırlanması BMT-nin Baş Assambleyasının 18 dekabr 2002-ci il tarixli 57/165 saylı "Gənclərin məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi" Qətnaməsinin icrasının təmin edilməsi, gənclər arasında işsizliyin azaldılması, onların məşğulluğuna və sahibkarlıq fəaliyyətinə kömək göstərilməsi, bazar iqtisadiyyatına uyğun peşə hazırlığının və yenidən hazırlığın təmin edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi 2006

4.2. Gənclərin məşğulluğunun təmin edilməsi və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş xarici ölkələrin qabaqcıl təcrübəsinin öyrənilməsi və onun tətbiqi ilə bağlı təkliflərin hazırlanması Beynəlxalq təcrübənin tətbiq edilməsi yolu ilə gənclər arasında işsizliyin azaldılması Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi 2006

4.3. Daimi yaşamaq üçün sərhədyanı və dağlıq ərazilərə köçən, fermer təsərrüfatı və ya digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə torpaq sahələrinin və güzəştli kreditlərin ayrılması ilə bağlı təkliflərin hazırlanması Azərbaycanın sərhədyanı rayonlarının və dağlıq ərazilərinin sosial-iqtisadi inkişafının və problemlərin həllinin təmin edilməsi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Maliyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu, Milli Bank, rayon (şəhər) icra hakimiyyəti orqanları 2006-2009

4.4. Orta ümumtəhsil məktəblərində şagirdlərin peşə hazırlığı işinin təkmilləşdirilməsi Gənclərin bazar iqtisadiyyatının tələbatına müvafiq olaraq peşə almasının təmin edilməsi Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2005-2009

4.5. İşsiz və ordudan tərxis olunmuş gənclərin məşğulluğunun təmin edilməsi sahəsində əlavə tədbirlərin həyata keçirilməsi Gənclər arasında işsizliyin azaldılması, on-ların yeni peşələrə yiyələnməsi üçün peşə hazırlığı və yenidən hazırlığı işinin qurulması və sahibkarlıq fəaliyyətinin təşkili sahəsində metodiki və praktiki köməyin göstərilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2005-2009

4.6. Yeniyetmələrin, gənclərin mövsümi və ictimai işlərə cəlb olunmasma dair təkliflərin hazırlanması Yeniyetmə və gənclərin məşğulluğunun təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2006

4.7. SəmərəSi və yeni texnologiyalar əsasında hazırlanmış proqramların həyata keçirilməsi üçün subsidiya və ya güzəştli kreditlərin verilməsi ilə bağlı təkliflərin hazırlanması Gənclər arasında sahibkarlığın inkişafının təmin edilməsi, onların yenilik gətirən proqramlarının səmərəli texnologiyalar əsasında həyata keçirilməsinə kömək göstərilməsi İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2006

4.8. "Azərbaycanın iqtisadi inkişafı gənclərin gözü ilə" mövzusunda elmi-praktiki konfransların və dəyirmi masaların keçirilməsi Azərbaycanın iqtisadi potensialının gücləndirilməsində gənclərin rolunun artırılması Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi 2006

4.9. Uşaq və yeniyetmələrin əmək vərdişlərinə yiyələnmələri və iqtisadi fəaliyyətin əsaslarmı öyrənmələri üçün metodiki vəsaitlərin və təlim proqramlarının hazırlanması Gənclərin erkən yaşlarından əmək fəaliyyətinə hazırlanması işinin təkmilləşdirilməsi Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi 2006-2009

4.10 Yeniyetmə və gənclər arasında sahibkarlıq fəaliyyətinin nəzəri və praktiki əsasları ilə bağlı olimpiadaların, müsabiqələrin, intellektual oyunların keçirilməsi Gənclərin sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi, onların inkişafına kömək göstərilməsi Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi 2006-2009

4.11. Gənclər arasında kiçik sahibkarlığın inkişaf etdirilməsi üçün innovasiya layihələri müsabiqəsinin keçirilməsi Gənclərin sahibkarlıq fəaliyyətinə kömək göstərilməsi, sahibkarlığın inkişafına yönəlmiş maliyyə vəsaitlərinin səmərəli istifadəsinin təmin edilməsi İqtisadi İnkişaf Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu 2006-2009

4.12 Məşğulluğun təmin edilməsi və sahibkarlıq fəaliyyəti sahəsində gənclərin qeyri-hökumət təşkilatlarının proqram və layihələrinin müsabiqə əsasında seçilərək həyata keçirilməsinə kömək göstərilməsi Gənclərin qeyri-hökumət təşkilatlarının məşğulluq problemlərinin həllinə və sahibkarlığın inkişafına cəlb edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi 2006-2009

4.13. Gənc sahibkarlar, o cümlədən fermerlər üçün biznes-məsləhət mərkəzlərinin yaradılması, maliyyə və kommersiya işlərinə dair məsləhət xidmətinin göstərilməsi, biznes kursların və treninq məşğələlərinin təşkil edilməsi Gənclər arasında kiçik sahibkarlığın inkişaf etdirilməsi İqtisadi İnkişaf Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2005-2009

4.14. "Gənc sahibkar" bülleteninin nəşr edilməsi Gənclərə sahibkarlıq fəaliyyəti sahəsində informasiya yardımının göstərilməsi, sahibkarlıq fəaliyyətinin əsaslarının öyrənilməsi, ölkədə toplanmış və beynəlxalq təcrübənin yayılması İqtisadi İnkişaf Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Maliyyə Nazirliyi 2006-2009

4.15. Sahibkarların qabaqcıl təcrübəsinin yayılması Gənclər arasında sahibkarlığın inkişafına KİV-in rolunun artırılması İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Milli Televiziya və Radio Şurası 2006


4.16. "Azərbaycan gəncliyi" adlı illik analitik məcmuələrin hazırlanması Azərbaycan gənclərinin inkişaf meyillərinin proqnozlaşdırılması, həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması Gənclər, İdman və Turizm Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi 2005-2009

4.17. "Gənclər evi" sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Gənclərin ahəngdar inkişafına kömək göstərilməsi, onların problemlərinin həllində və mədəni inkişafında bu sahədə fəaliyyət göstərən sosial xidmət müəssisələrinin rolunun artırılması Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2005-2009

V. Gənc ailələrə dövlət yardımı

5.1. Orta ümumtəhsil məktəblərində reproduktiv sağlamlığın əsaslarına dair təhsil proqramlarının həyata keçirilməsi, bu sahədə yeni tövsiyələrin, dərsliklərin və dərs və-saitlərinin hazırlanması Gənclərin reproduktiv sağlamlıq sahəsində biliklərə yiyələnməsi, bu sahədə maariflənmə işinin səmərəliliyinin artırılması Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2005-2009

5.2. Ailə planlaşdırılması və reproduktiv sağlamlıq sahəsində fəaliyyət göstərən mərkəzlərin işinin təkmilləşdirilməsi və yenilərinin yaradılması Gənclərə ailə planlaşdırılması və reproduktiv sağlamlıq sahəsində biliklərin verilməsi, bu sahədə xidmət göstərən müəssisələrin işinin təkmilləşdirilməsi Səhiyyə Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2005-2009

5.3. Gənc ailələrin sosial-məişət problemlərinin həllinə kömək göstərilməsi Gənc ailələrin həyat şəraitinin yaxşılaşdırılması Gənclər, İdman və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2005-2009

5.4. Fərdi yaşayış evi tikmək və ya mənzil al-maq, ev təsərrüfatı yaratmaq üçün gənc ailələrə güzəştli kreditlərin verilməsinə dair təkliflərin hazırlanması Gənc ailələrin mənzil problemlərinin həll edilməsi, onların həyat səviyyəsinin yüksəldilməsi Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Milli Bank, rayon (şəhər) icra hakimiyyəti orqanları 2005-2009

5.5. Gənc ailələrin asudə vaxtının səmərəli təşkil edilməsi Ailə institutunun möhkəmləndirilməsi, onun tərbiyəvi funksiyasının artırılması, gənc ailələrin iştirakı ilə müsabiqələrin, festivalların və idman yarışlarının keçirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2005-2009

5.6. Gənclərin ailə problemləri ilə bağlı kino və sənədli filmlərin çəkilməsi, televiziya və radio verilişlərinin hazırlanması Gənclər arasında nikahın pozulması sayının azaldılması, ailələrdə sağlam münasibətlərin qorunub saxlanılması üçün maarifləndirmə işinin gücləndirilməsi Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2005-2009

5.7. Ailəvi istirahətin səmərəli təşkil edilməsi sahəsində əlavə tədbirlərin həyata keçiril-məsi Ailənin uşaqların tərbiyəsində rolunun artırılması, sağlam həyat tərzinin təbliğ edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2005-2009

5.8. Gənc ailələrlə bağlı sosioloji-tədqiqat işlərinin aparılması və informasiya bankının yaradılması Gənc ailələrin sosial problemlərinin səmərəli həll edilməsi, baş verən proseslərin inkişaf meyillərinin proqnozlaşdırılması Gənclər, İdman və Turizm Nazirliyi, Dövlət Statistika Komitəsi, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2006-2009

VI. Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı üçün şəraitin yaradılması

Uşaq və gənclər təşkilatlarına dövlət yardımı

6.1. "Azərbaycan gənclər mərkəzi"nin yaradılması Gənclərin və onların təşkilatlarının beynəlxalq əlaqələrinin genişləndirilməsi, onlara informasiya yardımının göstərilməsi, gənclərlə iş sahəsində milli və beynəlxalq səviyyəli tədbirlərin, təlim kurslarının, seminar və konfransların təşkil edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi 2005-2006

6.2. Gənc seçicilər arasında maarifləndirmə və təbliğat işinin təşkil olunması Gənclərin dövlət quruculuq işlərinə geniş cəlb olunması, bələdiyyə, parlament və prezident seçkilərində gənclərin fəal iştirakının təmin edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Mərkəzi Seçki Komissiyası, rayon (şəhər) icra hakimiyyəti orqanları 2005-2008

6.3. 6.4. , Yeniyetmə və gənclər arasında "Siyasi biliklər olimpiadaları"nın keçirilməsi

Ali, orta ixtisas təhsilli müəssisələrində ictimai əsaslarla və ya daxili imkanlar hesabına fəaliyyət göstərən "gənclərlə iş üzrə nümayəndə" vəzifəsinin təsis edilməsi Yeniyetmə və gənclərin siyasi maariflən-məsinə əlverişli şəraitin yaradılması

Dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə tədbirlərin yerlərdə həyata keçirilməsinin gücləndirilməsi Gənclər, İdman və Turizm Nazirliyi

Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2006

2005


6.5. Uşaq və gənclər təşkilatlan haqqında informasiya bankının yaradılması Uşaq və gənclər təşkilatlarının dövlət orqanları ilə birgə fəaliyyətinin əlaqələndirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Ədliyyə Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2006

6.6. Ölkənin şəhər və rayonlarında uşaq və gənclər təşkilatları üçün resurs-təlim mərkəzlərinin yaradılması Ölkənin ayn-ayrı regionlarında uşaq və gənclər təşkilatlarının inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin ictimai fəallığının artırılması Gənclər, İdman və Turizm Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2006-2008

6.7. Gənclərlə bağlı məsələlərin KİV-də geniş i işıqlandırılması üçün müsabiqələrin, dəyirmi masaların, konfrans və seminarların keçirilməsi Dövlət gənclər siyasəti sahəsində həyata keçirilən tədbirlərin təbliğ edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qa-pah Səhmdar Cəmiyyəti 2005-2009

6.8. Uşaq və gənclər təşkilatlarının fəalları üçün yay təcrübə məktəblərinin və düşərgələrin təşkil olunması Uşaq və gənclərlə işləyən kadrların peşə səviyyəsinin yüksəldilməsi, yeni gənc liderlərin hazırlanması, təşkilat liderləri və tələbələr arasında təcrübə mübadiləsinin aparılmasına şəraitin yaradılması Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi 2006-2009

6.9. Uşaq və gənclər təşkilatlarına metodiki və əməli köməyin göstərilməsi, onların iştirakı ilə təlim kurslarının və seminarların təşkil edilməsi Uşaq və gənclər təşkilatlarının fəaliyyətinin səmərəliliyinin və gənclərlə iş sahəsində kadrların bilik səviyyəsinin artırılması Gənclər, İdman və Turizm Nazirliyi 2005-2009

6.10. Uşaq və gənclər təşkilatlan tərəfindən dövlət gənclər siyasətinin əsas istiqamətləri üzrə hazırlanmış proqram və layihələrin müsabiqə əsasında seçilərək maliyyələşdirilməsi Uşaq və gənclər təşkilatlarının gənclərlə iş sahəsində fəaliyyətinin gücləndirilməsi, maliyyə vəsaitlərinin səmərəli istifadə edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Maliyyə Nazirliyi 2005-2009

6.11. Uşaq və gənclər təşkilatlarının fəaliyyətini əks etdirən sərgilərin təşkil edilməsi Ölkənin rayon və şəhərlərində uşaq və gənclər təşkilatlarının fəaliyyətinə əlverişli şəraitin yaradılması Gənclər, İdman və Turizm Nazirliyi, rayon (şəhər) icra hakimiyyəti orqanları 2006-2008

6.12. Azərbaycan Gənclərinin IV Forumunun keçirilməsi Forumlararası görülən işlər haqqında hesabatların ictimaiyyətə çatdırılması, dövlət gənclər siyasəti sahəsində yeni vəzifələrin müəyyən edilməsi Gənclər, İdman və Turizm Nazirliyi 2008

VII. Gənclərin beynəlxalq əməkdaşlığının və turizmin inkişafı

7.1. Hökumətlərarası beynəlxalq müqavilələr çərçivəsində və beynəlxalq təşkilatlarla birlikdə gənclər siyasəti sahəsində birgə layihələrin həyata keçirilməsi Azərbaycan gənclərinin beynəlxalq əlaqələrinin gücləndirilməsi Gənclər, Idman və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi 2005-2009

7.2. Uşaq və gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin qurulmasına, onların nümayəndələrinin beynəlxalq tədbirlərdə iştirakına kömək göstərilməsi Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, gənclərin beynəlxalq qurumlarda təmsil edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi 2005-2009

7.3. Beynəlxalq təşkilatların dəstəyi ilə dövlət gənclər siyasətinə dair müxtəlif mövzular üzrə tədris kurslarının təşkil edilməsi Gənclərlə iş sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə tətbiq olunması Gənclər, İdman və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi 2005-2009

7.4. Bakı şəhərində Dünya azərbaycanlı gənclərinin I Konqresinin keçirilməsi Dünya azərbaycanlı gənclərinin tarixi Və-tənləri ilə əlaqələrinin möhkəmləndirilməsi, onların potensialının ölkənin inkişafına səfərbər edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi 2006

7.5. Bakı şəhərində GUAM iştirakçısı olan dövlətlərin gənclərlə iş sahəsində fəaliyyət göstərən dövlət qurumlarının və gənclər təşkilatlan milli şuralarının görüşünün keçirilməsi Gənclər siyasəti sahəsində təcrübə mübadiləsi və Azərbaycan gənclərinin beynəlxalq əlaqələrinin genişləndirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi 2006

7.6. Azərbaycan Respublikasında Avropa Gənclər Forumunun Üzvlər Şurasının yığıncağının keçirilməsi Azərbaycan gənclərinin beynəlxalq qurumlarda təmsil edilməsi və əlaqələrinin gücləndirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi 2006
7.7. Azərbaycanda beynəlxalq uşaq və gənclər düşərgələrinin təşkil edilməsi Azərbaycan gənclərinin dünya gəncləri ilə dostluq əlaqələrinin genişləndirilməsi, birgə əməkdaşlığın gücləndirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi 2006-2009

7.8. Gənclər arasında ekoturizmin inkişafı sahəsində tədbirlərin həyata keçirilməsi, Azərbaycanda beynəlxalq ekoturizm düşərgələrinin təşkil edilməsi Azərbaycan gənclərinin beynəlxalq əməkdaşlığının və ekoturizmin genişləndirilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xarici Ölkələrdə Yaşa-yan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi 2006-2009

7,9. Turizm sahəsində Azərbaycan gənclərinin xarici ölkələrdə ixtisaslarının artırılması, bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə tətbiq olunması Turizm sahəsində yüksək ixtisaslı kadrların hazırlanması Gənclər, İdman və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi 2005-2009

7.10. Ekoloji təhlükəsizliyin təmin olunması və ətraf mühitin mühafizəsinə dair deyirmi masaların, konfransların, simpoziumların və müşavirələrin keçirilməsi, bu məsələ ilə bağlı ədəbiyyatın nəşr edilməsi Gənclərin ətraf mühitin mühafizəsi və qorunub saxlanması sahəsində biliklərinin artırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi 2005-2009

7.11. Ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin mühafizəsinə dair televiziya və radio verilişlərinin hazırlanması Gənclərin ekoloji maarifləndirilməsinin gücləndirilməsində KİV-in rolundan səmərəli istifadə olunması Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti 2005-2009

7.12. Xarici ölkələrdə "Azərbaycan haqqında nə bilirsiniz?" mövzusunda müsabiqələrin keçirilməsi Azərbaycanın tarixinin, mədəniyyətinin, incəsənətinin dünya ölkələrində təbliğ edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi 2006-2009

7.13. Azərbaycanın turizm üçün əlverişli region-larında ətraf mühitin mühafizəsi məqsədilə tədbirlərin keçirilməsi Azərbaycanın təbii irs yerlərinin qorunub saxlanılması, turizmin inkişafının təmin edilməsi Gənclər, İdman və Turizm Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi 2006-2009

7.1.4. Ölkədə uşaq və gənclər turizminin inkişaf etdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi Yeniyetmə və gənclərin iştirakı ilə turizm və diyarşünaslıq hərəkatının inkişaf etdirilməsi Gənclər, İdman və Turizm Nazirliyi 2005-2009



7.15. Azərbaycanın təbiət abidələri, flora və faunasının qorunmasına dair təkliflərin hazırlanması Gənclərin bu abidələrə qayğısının artırılması və onların məskunlaşdığı mühitin ekoloji şəraitinin bərpası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Mədəniyyət Nazirliyi 2006

7.16. "Mövcud meşələrimizi qorumaq - sağlam gələcəyimizin təminatıdır" devizi altında toplantıların, dəyirmi masaların, seminarların və s. tədbirlərin keçirilməsi Ölkənin mövcud meşə sərvətlərinin qorunub saxlanılmasında gənclərin rolunun artırılması Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Mədə-niyyət Nazirliyi, Təhsil Nazirliyi 2005-2009
Yüklə 96,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin