Xülasə Onomastikanın əsas və ən geniş yayılmış sahəsini antroponimika təşkil edir. Bu termin dilçilikdə "insan adları haqqında elm" mənasında işlənir



Yüklə 22,94 Kb.
tarix06.11.2019
ölçüsü22,94 Kb.
#29533
növüXülasə
Bədii əsərdə onomastik vahidlərin roluu

Bədii əsərdə onomastik vahidlərin rolu

Xülasə


Onomastikanın  əsas və  ən geniş yayılmış sahəsini antroponimika təşkil edir. Bu termin dilçilikdə “insan adları haqqında  elm” mənasında işlənir. Bədii üslubda digər onomastik vahidlər kimi antroponimlər də, bütövlükdə əsərin ideyasına, süjet xəttinə, hadisələrin inkişafına xidmət edir. Əlbəttə, sənətkar antroponim seçərkən daha çox yaşadığı dövrün, mühitin səsinə qulaq asır, çünki “dil хalqın malıdır və bu cəhətdən, tamamilə təbiidir ki, hər bir dil mənsub olduğu хalqın tariхi ilə bağlıdır

Açar sözlər antroponimika,onomastika,dil,bədii əsər

Onomastikanın  əsas və  ən geniş yayılmış sahəsini antroponimika təşkil edir. Bu termin dilçilikdə “insan adları haqqında  elm” mənasında işlənir. Antroponimika insan adlarının  əmələ  gəlməsini, inkişafını, təkmilləşməsini bir sözlə, adların  
keçmişini və müasir vəziyyətini öyrənir. Mühitin təzahüründə  bütün  əşyalar kimi insanları da adlandırmaq, fərqləndirmək, cağırmaq,   еhtiyacı yaranmışdır ki, buradan da  zəngin хüsusi adlar sistеminə daхil olan adlar, ləqəblər, müхtəlif  
cür adlandırmalar əmələ gəlmişdir.(2,24)Antroponimlər insan cəmiyyəti yarandığı  gündən bir qədər   sonra dilin yaranması, yəni ünsiyyətlə bağlı olaraq meydana  gəlmişdir .Bəşəriyyətin yaranması və inkişafı ilə əlaqədar olaraq  antroponimsiz keçinmək mümkün olmamışdır.  Şifahi və yazılı  mənbələrimizdə mövcud olan xüsusi adlar həmin fikri təsdiq edir. Azərbaycan mədəniyyyətinin və ədəbiyyatının qədim abidəsi kimi Kitabi Dədə Qorqud dastanından tutmuş müasir dövrümüzə qədər olan əsərlərimizdə öz əksini tapır . Bədii üslubda digər onomastik vahidlər kimi antroponimlər də, bütövlükdə əsərin ideyasına, süjet xəttinə, hadisələrin inkişafına xidmət edir. Əlbəttə, sənətkar antroponim seçərkən daha çox yaşadığı dövrün, mühitin səsinə qulaq asır, çünki “dil хalqın malıdır və bu cəhətdən, tamamilə təbiidir ki, hər bir dil mənsub olduğu хalqın tariхi ilə bağlıdır. Dil еlə bir güzgüdür ki, хalqın tariхi bu və ya digər şəkildə öz əksini tapır.” (1,200). Antroponimlər bədii ədəbiyyatda müxtəlif vəzifələr daşıyır:

1. Antroponimlər vasitəsi ilə personajlar fərdiləşdirilir.

2. Antroponimlər əsərə millilik gətirir.

3. Obrazların mənəvi keyfiyyətləri çoх zaman adlarla səciyyələndirilir.

4. Sənətkar əsərin ideyasının təsirli çıxması üçün antroponimlərdən istifadə edir

5. Düzgün ad seçimi oxucunun marağını artırır.

6. Personajların antroponimləri onların yaşadıqları dövr haqqında məlumat verir.( 2,32)

ХХ əsrin sonu Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndələrindən biri də S.Əhmədli olmuşdur. S.Əhmədli yaradıcılığını şərti də olsa, iki hissəyə bölmək olar: sənətkarın sovet dövrü və müstəqillik dövrü ədəbiyyatı.Ədəbi yaradıcılığa hələ tələbə ikən başlayan S.Əhmədlinin ilk qələm məhsulu olan “Poçtalyon” hekayəsi “Pioner” jurnalında dərc edilmişdir. Bundan sonra ardıcıl olaraq “Bir payız axşamı”, “Aran”, “Pillələr”, “Görünməz dalğa”, “Dünyanın arşını”, “Yamacda nişanə”, “Toğana”, “Yasamal gölündə qayıqlar üzür”, “Mavi günbəz”, “Yanvar hekayələri”, “Gedənlərin qayıtmağı”, “Kütlə”, “Axirət sevdası”, “Şəhid ruhu”, “Uyuq” və s. kitabları işıq üzü görmüşdür.  Sabir Əhmədli zamanın nəbzini tutan, onun qarşıya qoyduğu problemləri vaxtında duyan, hətta hardasa zamanı qabaqlayan bir yazıçı idi. Ona görə də keçən əsrin əllinci illərindən başlayaraq heç bir hadisə onun yazıçı nəzərindən uzaq düşmədi.



Yazıçıdan obrazın xarakterinə uyğun ad seçmək tələb olunur.Xarakterə uyğun olmayan bir ad oxucunu cəlb etmir, onu düşündürmür.S.Əhmədli bədii əsərlərində antroponim seçmək, antroponimi tanıtmaq üsulları müxtəlifdir, və üslubi məqsədə xidmət edir. ”Yaşıl teatr” romanının qəhrəmanı zooparkın xidmətçisi Şiraslan və sifarişlə evdə işləyən Kainatdır. İctimai sosial mühitin yetişdirdiyi Kişibəyov kimilərin diktatorluğu ilə bu mühitdə çabalayan Kainatın ağıllı və insanları sevən düşüncələri qarşılaşdırılır. Mühitin eybəcərliyindən yararlana Kişibəyov “Qadir Şeytanlar”adlı qeydləri ilə insanları da heyvanlaşdırmaq ,sosial mühitdə cansız insanlar yaratmaq istəyir. Romanda Kişibəyov çirkin, ifrat duyğularının və mənəvi diktatorluğunun cəzasını çəkir.S.Əhmədov bilərəkdən zərərli və təhlükəli antiqəhrəmana qarşı qarşı Kainat obrazını qoyur. Yazıçı müsahibələrinin birində bildirir ki, “Yaşıl teatr” jurnalda da bir xeyli qalmışdı. Onda “Azərbaycan” dərgisinin baş redaktoru Cəlal Məmmədovdu. 
“Doroqoy” ayaması ilə bu kəs – qatı mürtəce kimi tanınırdı. 
Qəribədir, bu adam roman barədə mənə elə məsləhətlər verdi, olduqca yetərli!
Romanı ilk dəfə oxuduqdan, cavabı yubatdıqdan sonra onunla görüşmüşdüm. 
O mənə dedi: “Sən təsvir etdiyin adamların əməyini də gətir əsərə. Onlardan ötrü bir iş tap”. Ağlabatan məsləhətdi. Romandakı həyətdə özümüz kirayədə qalmışdıq. “Lermontov” küçəsində qaldığımız evdi. 
O evin bir yanı “Yaşıl teatr”, bir yanı “Drujba” restoranı, Dağüstü park, bir yanı Bayılda zoopark, onun yaxınlığında Doğum evi və məhkəmə idi. Mən bu yerləri qovuşdurmağa, yalnız hadisə ilə deyil, içəridən, mənaca, mahiyyətcə bağlamağa çalışmışdım.
Buradakı insanları yaxşı tanıyırdım. Baş redaktor doğru tutmuşdu. Bu adamlar əsərin ilk variantında işsiz, əməlsiz, avara idilər. Bəs mən onların əmək səhnəsini haradan, necə tapım gətirim? Birdən yadıma düşdü. 
Biz oradan, Çəmbərəkənddən mənzil alıb Yasamala köçdükdən sonra təzə binada qonşu, beşinci mərtəbədə bir iri ailə yaşayırdı. Balkonlarımız açıq, bir-birinə bitişikdi. Divarın o üzü onlar, bu üzü bizdik. Səmimi, yaxşı insanlardı, birevli təki qonşulardı. Arvadın beş qızı vardı. 
Evin ağsaqqalı kişi də bizimlə yaxındı. Balkonda, yanaşı yaşamağımızla mehribanlaşmışdıq. Qonşular olduqca zəhmətkeş insanlardı. Qızlar anaları ilə birgə bütün günü eyvanda çalışırdılar. Gördükləri iş də bu idi: onlar “evə iş” sexindən mal götürürdülər. 
Bu olurdu xalça, örtük, şal. Gətirib evdə onun qalan işlərini görürdülər, saçaq bağlayırdılar, tirmə çəkirdilər. Şal, xalça-örtük, süfrə onların üstəlik əməyilə tamamlanır, bitirdi. Lapca yerinə düşürdü. Elə mən orada “Yaşıl teatr”dakı Kainat xanımı bütünlüklə belə bir əməklə bağlaya bilərdim. Belə də elədim. Qonşuların gördükləri iş sonra mənə gərək olacaqmış. Onlar toxumuş, hörmüş, mən də öz eyvanımızda dayanıb, oturub onları izləmiş, öyrənmişdim.
Mənim əməkçi insana böyük rəğbətim var. Iş görən, zəhmətə qatlaşan, istehsalla bağlı neftçiyə, əkinçiyə, taxılçıya, kimin əlləri cibində deyilsə, işləyirsə, belə insanlara böyük ehtiramım var.
Deyirlər, yer kürəsi iki öküzün buynuzunda qərar tutub. Yox, yer kürəsi əməkçi insanın əlləri üstədir. 
Yazıçının xüsusilə seçilən romanlarından biridə “ Kütlə” romanıdır.90-cı illərin ortasından etibarən Azərbaycan ədəbiyyatı yeni mövzularla tanış oldu və.s.S.Əhmədovun da yaradıcılığında yeni bir mərhələ başladı.Dövrün nəbzini tutmaqla yazıçı mürəkkəb və ziddiyyətli meydan hərəkatı haqqında yazdığı yeni romanıyla hadisələrə sadəcə bir ədəbiyyatçı gözü ilə baxmamış eyni zamanda bir vətəndaş kimi hadisələri təhlil etmək, qiymətləndirmək istəmişdir. S.Əhmədovun meydan hərəkatı , milli azadlıq mübarizəsi haqqında yazdığı “Kütlə” romanı bu baxımdan spesifikdir. Əsərin adının “Kütlə” qoyulması da çox mənalıdır. Yazıçı ,bununla bir millətin, bir xalqın hərəkatından deyil, mənafeələri birləşən, ancaq çox fərqli məqsədi, dünyagörüşü, ideologiyası, hətta təmənnaları olan insanların kütlə halında meydana çıxmalarını , ,meydanın əslində görünənlər tərəfində deyil,görünməyən qüvvələr tərəfindən idarə olunduğunu göstərmək istəmişdir. Ancaq bu kortəbii surətdə başlamış azadlıq hərəkatıdır, milli dirçəliş, milli özünəqayıdışdır. “Bədii əsərlərdə mənfi və müsbət surətlərə verilən ad birinci növbədə yazıçının həmin surətə münasibəti,əsərin janrı ilə bağlıdır.Bunu toponimər haqqında da demək olar.Bədii əsərlərdə onomastik vahidlərin seçilməsinə yazıçılar şüurlu münasibət bəsləyir,onları əsərin ideyası ilə uyğunlaşdırmağa çalışırlar. Sabir Əhmədlinin əsərlərinində onomastik vahidlərin işlənmə xüsusiyyətləri rəngarəngdir.S.Əhmədli həyati gerçəklikləri təqdim edərkən onomastik vahidlərin köməyilə oxucu üçün bədii mühitin tam şəkildə həqiqət kimi dərk olunmasına münbit şərait yaratmış.Azadlıq meydanı adlandırılan Meydan da böyük amallar uğrunda çarpışan insanların doğru –düzgün nicat yoluna çağırışlarını deyil,sadə insanların etiraz səsini yaymaq üçün tribuna vasitəsidir.Romanda surətlərin çoxu Meydan hərəkatından tanıdığımız Nemət,Sabir Rüstəmxanlı,o dövrün partiya işçiləri olan Ə.Vəzirov,M.Qorbaçov,Axundov kimi və.s konkret şəxsiyyətlərin obrazlarıdır. Onlar haqqında söylənən fikirlər sadəcə ayrı-ayrı şəxsiyyətlərin keyfiyyyətləri haqqında deyil,ümumiyyyətlə dövrün, mühitin səciyyəvi xüsususiyyətləri barədə təsəvvür yaratmağa kömək edir. Romanda işlənən toponimlər 90 -cı illər Azərbaycanın vəziyyətindən xəbər verirdi. Bu toponimər yazıçının yaxın tarixlə səsləşən problemləri həllini tapmaq yolunu göstərməyə xidmət edir.

Onun son romanları içərisində Qarabağ müharibəsindən söz açan «Ömür urası» xüsusilə fərqlənir. «Bağlar sovulanda yığılan axır bara el arasında «peşxurd», «meşari» deyirlər. Biçilmiş zəmidən düşən tək-tük sünbül «başaq» adlanır. Bostan, dirrikdən qalma son məhsulsa «ura»dır. Məsəl var: «Gedər bostan urası, qalar üzün qarası». İnsan ömrünün sovulan çağına da «ura» söyləmək olar. Oxuculara çatdırılan bu romanda yazıçı ömrünün son yetirməsi «ura»dır. Bundan sonra nə yazsa, həmin ad altında gedəcək» Roman çox maraqlı və orijinal bir tərzdə yazılıb. Belə ki, romanda keçmişlə gələcək vəhdətdə təsvir edilir. Cəbrayılın işğala məruz qaldığı 1993-cü il, rayonun sanki məlum ssenari üzrə verilməsi bir daha acı təəssüf hissi ilə qeyd edilir. Ancaq romanda elə bu xətlə yanaşı Cəbrayılın azad edilməsindən sonrakı ilk günləri də təsvir olunur. Bu nədir? Oxucu üçün bir anlaşılmazlıqmı? Bəlkə fantaziya, yuxu, irreal bir görünüş? Yox, nə fantaziya, nə yuxu, nə də irreal bir mənzərə… Bədii ədəbiyyat-söz sənəti əgər təsir və təlqin xüsusiyyətinə malikdirsə, onun ehya gücü varsa, nə üçün də illər boyu ürəyimizdə yatıb qalan Qarabağ dərdi özünün sehriylə, möcüzəsiylə bir çarə bulamasın? Sehr və möcüzə isə yaxında, uzaqda, davayla ya sülh yoluyla başa gələcək qələbəni arzudan həqiqətə çevirməkdir. Bu həqiqət S.Əhmədlinin romanında özünün ilkin obrazını tapıb. Roman düşüncələr axarı formasında qələmə alınıb. Yəni burada sırf ədəbi qəhrəman, yaxud da bu qəhrəmanla bağlı personajlar axtarmaq əbəsdir. Bütün hadisələr və reallıqlar təhkiyəçi obrazında təmərküzləşib. Əslində, bu təhkiyəçi S.Əhmədlinin özüdür. L.Cəbrayıllı “525”-ci qəzetində nəşr olunan məqaləsində yazırdı. " Yeni romanımın adı "Ura"dır. Ura - qədim sözümüzdür, kənddə-kəsəkdə indi də işlənir. Bostanın son məhsuluna, ən axıra qalanına deyilir. Axır məhsul şirin olur, əvəzsiz olur...Bu gün çox işlək olan məşhur "Ura!" - kəlməsi ilə bir yaxınlığını da duyuram, o da son, finiş, axır deməkdir, ola bilər ki, bu söz elə türk dilindən gəlmədir..." - Sabir Əhmədli romanının adını ilk dəfə "Şans"a demişdi. Ad qəribəydi, heç bilmirdik yazaq, yoxsa yox, yadımdadır, uzun-uzadı müzakirələri, axır ki, rəhmətlik Hüseyn Əfəndi yekunlaşdırdı: "Uralamaq feli dilimizdə var -axıra qalanı yığmaq, son məhsulu toplayıb seçmək, ayırmaq deməkdir, onda elə kök də uradır". Sabir müəllim yazdı, mətbuat yazdı, söz işləkliyini qaytardı, indi hamı işlədir, rahat yazır.

  1. Ədəbiyyat siyahısı

  2. Aхundov A.A. Ümumi dilçilik. Bakı: Maarif, 1979. 256s

  3. Ə.N.Mikayılova. Onomastik vahidlərin üslubi imkanları Bakı, 2008, 302 s

  4. Əhmədov.S.Kütlə.Bakı.1999.274 s

  5. Əhmədov.S.Yaşıl teatr.Bakı.Yazıçı.1978.210s

  6. Hüseynova.H.Bədii əsərlərdə onamatik vahidlərin rolu.Bakı.2017.190 s

  7. Məmmədova.Z.Bədii ədəbiyyatda şəxs adlarının xarakterioloji əhəmiyyəti.Bakı.№1.2005.345s

  8. L.Cəbrayıllı”.525”-ci qəzet.23.04.2009

Yüklə 22,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin