Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə40/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   36   37   38   39   40   41   42   43   ...   80

BAMMAT (Ba mmatov) Heydər (?-? )- dağlı ict ima i-siyasi hərəkat ının liderlərindən biri, libera l-de mokrat. Fevra l 

inqilabından  (1917)  sonra  Dağıstan  əhalisinin  Temirxan-Şurada  seçdiyi  (1917,  9  mart)  Müvəqqəti  Vilayət  İcraiyyə 

Ko mitəsinin ü zvü olmuşdur. 1917  il sentyabrın 1-dəTe mirxan -Şurada təşkil edilən Dağ ıstan Milli Müs əlman  Ko mitəsinin  

tərkib inə  da xil  idi.  Ümu mrusiya  Müəssislər  məclisinə,  III  Ümu mdağıstan  qurultayında  (1918,  yanvar)  Dağ ıstan  İcraiyy ə 

Ko mitəsinə  üzv  seçilmişdi.  Müvəqqəti  Dağlılar  höku mət inin  üzvü,  Cənubi  Qafqa z  birliyi  ilə  danışıqlar  aparmaq  üçün 

Tiflisə  göndərilən  nümayəndə  heyətinin  sədri  olmuşdur.  1918  ilin  martında  Tiflisdə  Zaqafqaziya  seyminin  Müs əlman  

fraksiyası  ilə  Şimali  Qafqaz  nümayəndə  heyətinin  birgə  iclasında  Azərbaycanla  Şimali  Qafqaz  arasında  münasibətləri 

tənzimlə mə k üçün yaradılan  xüsusi ko missiyanın dağlılar tərəfindən üzv lərindən biri də Ba mmat idi. Trabzon konfransında 

qeyri-rəsmi  iştirak  et miş,Ə.M.Çermoyevlə  birlikdə      1918    il    mayın       11-də    Qa fqaz  Dağ lıla r  İtt ifaqı  dövlətinin  

müstəqilliy ini elan edən İstiqlal bəyannaməsini imzalamışdır. Şimali Qafqaz nü mayəndə heyəti Batum konfransında (1918) 

rəsmən  iştirak  et miş,  Ba mmat   burada  Alman iyanın  Türkiyədəki  səfiri  Bensdorf,  Batu m  konfransında  alman  diplo matik 

heyətinin  rəhbəri  fon  Lossov,  Türkiyə  və  Cənubi  Qafqa z  dövlətlərinin  nümayəndələri  ilə  Şima li  Qa fqaz  Respublikasının  

müstəqilliy inin tanın ması ilə bağlı danışıqlar aparmışdır. 1918 il iyunun 8-də Şimali Qafqaz Respublikası Os manlı dövləti ilə 

dostluq haqqında müqavilə  imzalamış və ondan hərbi yardım təminatı almışdı.  Bammat  xarici  işlər naziri  kimi Avropaya 

getmiş, 1918 ilin dekabrında təşkil edilən yeni höku mətin tərkibində də xarici işlər naziri təyin o lun muşdu.  1919 il iyunun 

12-də  Ba mmat A zərbaycan və  Gürcüstan nümayəndə heyətlərinə  Qafqa z əra zisində qarşılıqlı  münasibətləri tənzimlə mə k 

və vəziyyəti yerində öyrənmə k  məqsədilə bu regiona xüsusi komissiya göndərilməsi üçün Paris sülh k onfransına müraciət  

olunmasını təklif etmiş,  iyunun 15-də isə bolşevizmlə  mübarizə adı  ilə Den ikinə  kö mək göstərilməsin in dağlı  xalq ları və 

dövlətini  məhvə  sürüklədiyin i  bildirərək,  Gü rcüstan  və  Azərbaycanı  Denikin in  hərəkətlərinə  qarşı  etiraz  notası  verməyə 

çağırmışdır.  A zərbaycan  və  dağlı  nümayəndə  heyətlərinin  18  iyun  tarixli  birgə  iclasında  Antantanın  Kolçak  höku mətin i 

Ümu mrusiya  höku məti  kimi  tanıması  ilə  əlaqədar  Bammatın  rəhbərlik  etdiyi  ko missiyanın  hazırlad ığı  nota  qəbul 

olunmuşdur. 

Bammat  Qafqaz  Konfederasiyası  tərəfdarı  olmuş,  Azərbaycana  qarşı  ərazi  iddiaları  qald ıran  bəzi  Dağ lılar  höku-

mət i nü mayəndələrinə qəti etira zın ı b ildirmişdir. 1919  il  mayın  30-da  Parisdə Azərbaycan və  Şima li  Qafqa z dağlılarının  

Paris  sülh  konfransındakı  (1919-20)  nü mayəndələ-rinin  Əlimərdan  bəy  Topçubaşovun  sədrliy i  ilə  keçirilən  iclasında 

Bammat Qafqaz Konfederasiyası yaradılmasının tərəfdarı olduğunu bildirmişdi. 

Bammatın ərəb, türk və A zərbaycan dillərində çap edilən "Qərb  mədəniyyətinin in kişafında müsəlman ların rolu"  

kitabında  islamın  ü mu mdünya  mədəniyyətinə  təsirindən  bəhs  edilir.  O,  həmin  əsərində  Qərbə  pərəstişin,  "qərbmər-

kə zçilik" nə zəriyyəsinin əleyhinə çıxmışd ır. 

 

 Əsəri: 



Qərb mədəniyyətinin inkişafında müsəlmanların rolu, B., 1994.   

Əd.: 

Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-1920 illər), B., 1993; Göyüşov A., 1917-1920 illərdə 

Şimali Qafqaz dağlılarının azadlıq uğrunda mübarizəsi, B., 2000. 

 

BARATOV N.N. (? -?)- rus generalı. Birinci dünya müharibəsi (1914-18) illərində İrandakı rus ordusunun korpus 

ko mandiri olmuşdur. 1919  ilin yayında A.İ.Den ikin höku mətinin  Cənubi Qafqaz respublikalarında rəsmi nü mayəndəsi idi. 

Denikin  Baratova  göndərdiyi  təlimatda  Cənubi  Qafqaza  Rusiyanın  tərkib  hissəsi  kimi  baxd ığın ı  bild irir,  hələlik  isə  yerli 

hökumətlərin  mövcudluğunun  qəbul  olunmasın ı  tövsiyə  edirdi.  Bu  təlimata  əməl  edən  Baratov  Azərbaycan  Xalq  

Cü mhuriyyəti  rəsmilərinə  bəyan  etmişdi  ki,  Denikinin  Könüllü  ordusunun  Cənubi  Qafqaza  münasibətdə  təcavüzkar 

niyyətləri yo xdur; Cənubi Qafqa z məsələsi gə ləcək Rusiya Müəssislər məc lisinin işi olacaq, a mma  Könüllü ordu tə ləb edir 

ki, Sovet Rusiyasına qarşı blokada siyasətinə əməl olunsun. Baratov bu missiya ilə Tiflisdə olarkən, 1919 il sentyabrın 13-

də gürcü kommun isti A.K.Elbakid ze tərə findən ağır yaralan mışdı. 



BAġ  ƏRKANĠ-HƏRB,  Baş  qərargah-  qoşun  hissələrinin  formalaş masına,  təlim-tərbiyəsinə,  döyüş  hazırlığ ına, 

hərbi  ə mə liyyatların  ic rasına  rəhbərlik  edən  ali  hərbi  idarəç ilik  o rqanı.  1919  il  mart ın  26-da  hərbi  nazir  Sə məd   bəy 



Mehmandarovun  əmri  ilə  yarad ılmışdı.  Hə min  va xta   qədər  Baş  ə rkan i-hərb in  funksiya larını  ü mu mi  qərargah  həyata 

keçirirdi. A zərbaycan ordusu inkişaf etdikcə onun gündəlik fəaliyyət məsələlərinin və təsərrüfat problemlərinin  həllin in bir 

orqanda  -  ümumi  qərargahda  cəmləşdirilməsi  səmərə li  nəticə  vermirdi.  Ona  görə  də,  Baş  ərkani-hərb  yaradılmaq la, 

qoşunların formalaşdırılması, təlim- 



267 

 

tərbiyəsi,  dislo kasiyası  və  b.  məsələlər  ona  həvalə  ed ild i.  Çar  Rusiyası  ordusu  tərkibində  yaradılmış  1-c i  Müsəl man 



k orpusunun keçmiş ko mandiri general-leytenant Məmməd bəy Sulk eviç Baş ərkani-hərb in rə isi təyin edildi. Bu  idarəet mə  

strukturunun  tərkibində  general-kvartirmeyster,  hərbi  topoqrafiya  və  hərbi  daşınmala r  idarə ləri  var  idi.  General-



k vartirmeyster  idarəsi  müharibəyə  hazırlıq  planların ın  işlənilməsi,  toplanış  məntəqələrinin seçilməsi,  onların  hər  cəhətdən 

hazırlan ması və səfərbərlik planın ın tərtib edilməsi ilə məşğul o lan əməliyyat-səfərbərlik bölməsindən, orduda təlim-tərb i - 

yəni  təşkil  edən  niza mi  bölmədən  ibarət  idi.  Hərb i  topoqrafiya  idarəsi  qoşun  hissələrini  və  qərargahları  hərbi  xəritələrlə  

təmin  ed irdi.  Bir  müddət  sonra  Baş  ərkani-hərb in  tərkib inə  keç irilmiş  hərbi  daşın mala r  idarəsi  də mir  yollarını  və  d igər 

yolları hərb i məqsədlər üçün hazırlayır, arxa cəbhəni bütün zəruri ləvazimatlarla təmin edirdi. 

Baş ərkani-hərbin  rəhbərliyi altında ordunun yeni hərbi hissələrin in yaradılması və  möhkəmləndirilməsi sürətlən-

dirildi, Abşeronun müdafiə sistemi, Bak ının müdafiə sistemi yaradıldı,  Ba kın ın dənizdən  müdafiəsi  işlənib hazırlandı, şima l 

sərhədinin müdafiə sistemi quruldu. 

1921

 

il  fevralın  27-də  general  Məmməd  bəy  Sulkeviç  Baş  ərkani-hərb in  rəisi  vəzifəsindən  azad  edild i.  Həmin  



vəzifənin  icrası  müvəqqəti  olaraq  general-mayor  Həbib  bəy  Səlimova  tapşırıldı.  Azə rbaycan  ordusunun  idarəetmə  

orqanlarında  aparılan  islahatlarla  əlaqədar  o laraq  1920  il  martın   1-də  Baş  ərkan i-hərb  ləğv  edildi  və  onun  funksiyaları 

Azərbaycan ordusu baş qərargahına həvalə olundu.    

 

 



 

 

 



 

 

 



1922

 

Əd.: 

Azərbaycan tarixi, 7 cilddə, c.5, B., 2001; Süleymanov M ., Azərbaycan ordusu (1918-1920), B., 1998. 

 

BAġ  TOPÇU  ĠDARƏS Ġ  -  A zərbaycan  ordusunun  topçu  hiss ə  və  bölmələrin in  formalaşdırılması  və  təlim-

tərbiyəsinə,  həmç inin  at ıcı  və  topçu  ehtiyat  əmla kının  yaradılması,  qorunması  və  qoşun  hissələrinə  çatdırılması  işinə  

rəhbərlik  edən  hərbi  qurum.  Türk  hərbi  qüvvələri  A zərbaycanda  olarkən  bu  vəzifə lər  Qafqaz  İslam  Ordusunun  müvafiq  

strukturları tərəfindən həyata keçirilirdi.  Hərbi nazirlik bərpa ed ild ikdən sonra 1918  il noyabrın  15-də Azərbaycan ordusu 

ümu mi  qərargahın ın  tərkib ində  topçu şöbəsi  yaradıldı  və  general-mayor  Murad  Gəray  Tlexas  həmin  şöbənin  rəisi  təyin  

edildi.  Qoşun hissələrinin təşkili sürətləndikcə, topçu şöbəsinin fəaliyyətinin və statusunun genişləndirilməsinə də ehtiyac 

artırd ı. Hərbi nazirin  1918 il 31 dekabr tarixli əmri  ilə topçu şöbəsinin bazasında Baş Topçu İdarəsi yaradıldı.  Yeni quru m 

Ümu mi qərargahın tərkibindən çıxarılaraq b irbaşa hərbi nazirə tabe edildi. Baş Topçu İdarəsinin rəisi Əlahiddə A zərbaycan 

korpusunun tərkibinə da xil olmayan bütün topçu hissələrinin, müəssisələrin in rə isi idi. Korpusun topçu hiss ələri üçün isə o, 

müfəttiş funksiyasını yerinə yetirird i. İdarə rəisi həmin  hissələrdə təlim-tərb iyə işlərin i nəzarət altında saxlamaqla, vaxtaşırı 

hərbi nazirə  bu barədə məlu mat verməli idi. 

Baş Topçu İdarəsi iki bölmədən  ibarət  idi:  1-ci bölmə texn iki, 2-ci bölmə isə  müfəttiş bölməsi.  Bölmələrə rəisin  

texn iki  və  mü fəttiş  bölmə ləri  ü zrə   müavinlə ri  rəhbərlik  edird ilə r.  Te xn iki  bölmə  A zərbaycan  ordusunun  bütün  niza mi 

hissələrini topçu texn ikası, sursat və ləvazimat la təchiz 



268 

 

edir, topçu əmlakının  mühafizəsini həyata keçirirdi. Müfəttiş bölməsi 



isə  topçu  hissə  və  bölmə lərinin  döyüş  hazırlığına  cavabdeh  idi.  Baş 

Topçu  İdarəsinin  tabeliyində  iki  topçu  anbarı  vardı.  Mərkəzi  anbar 

Lə ki stansiyasında, digəri isə Kürdə mirdə yerləşird i. 

1919  il  dekabrın  1-dən  general-mayor  Murad  Gəray  Tlexas  



Bakı  istehkamçılar  hissəsinin  rəisi  vəzifəsini  icra  etdiyindən,  onun 

yerinə  1-ci  topçu  briqadasının  ko mandiri  general-mayor  Məhə mməd  

Mirzə  Qacar  təyin  olundu.  1920  ilin  mart ında  ordunun  təchizat  və 

təminat strukturlarında Azə rbaycan ordusunun təchizat rə isinin idarəsi 

yaradıldı.  Baş  Topçu  İdarəsi  ordunun  topçu  təchizatı  idarəsi  adı  ilə 

ordunun təchizat rəisinin tabeliyinə verildi. General-mayor Məhə mməd  

Mirzə  Qacar  A zərbaycan  ordusunun  təchizat  rəisi  təyin  edildiy indən 

polkovnik Əlibəyov topçu təchizatı idarəsinin rəisi təyin o lundu. 



Əd.: 

Azərbaycan  tarixi,  7  cilddə,  c.5,  B.,  2001;  Süleymanov  M ., 

Azərbaycan ordusu (1918-1920), B., 1998. 

 

BATUM  KONFRANSI  -  Osmanlı  Türkiyəsi  və  Za-

qafqaziya  seymi  nümayəndələrinin  iştirakı  ilə  keç irilmiş  konfrans 

(1918,  11  may-4  iyun).  45  nəfərlik  Cənubi  Qa fqaz  nü mayəndə 

heyətinə  Zaqafqaziya  hökumətin in  sədri  və  xarici  işlər  na ziri 

A.Çxen keli  başçılıq  edirdi.  Nü mayəndəliyin   həlledici  səsə  malik  6 

üzvü  arasında  M.Ə.Rəsulzadə  və  M.H.Hacınski  də  vardı.  Os manlı 

nümayəndə  heyətinə  ədliyyə  naziri  Xəlil  bəy  Menteşe  rəhbərlik  edirdi;  heyətə  Qafqaz  cəbhəsi  Osmanlı  ordu larının  Baş 

ko mandanı  Mehmet  Vehib  paşa  və  b.  da  daxil  id ilər.  A lmaniya  təmsilçisi  fon  Lossov  müşahidəçi  statusu  ilə  konfransa 

qatılmışdı. 

Cə mi bir rəs mi toplantısı keç irilən  konfransda Türkiyə nü mayəndə heyətinin başçısı Xəlil bəy Menteşe "Osmanlı 

imperiyası ilə Transqafqaz Konfederasion Respublikası arasında sülh və dostluq haqqında" müqavilə layihəsini mü zakirəyə 

çıxardı.  Osman lı  tərəfinin   bir  sıra  yeni  tələb  və  təkliflərini  özündə  əks  etdirən  bu  sənədə  münasibətdə  Cənubi  Qafqaz 

nümayəndəliyində  fikir  ayrılıq ları  yarandı  və  mövqelərin  qütbləşməsi,  xarici  güclərə  mey llən mənin  qüvvətlənməsi  baş 

verdi. 

Azərbaycandan olan təmsilçilə r Os manlı lay ihəsini dəstəklədilər.  Çünki onlar e rmənilərin də yaşadıqları bə zi əra -



zilə rin  (A xalka laki  və  Ahısqa  qəzalarının  bütünlüklə,  Sürmə li,  Ale ksandropol,  Eç miəd zin  qəzala rın ın  isə  müəyyən 

hissələrinin)  Os manlı  dövlətinə  gü zəştə  gedilməsinin  Cənubi  Qafqa zda  Azə rbaycanın  mövqelərin i  qüvvətləndirəcəyi 

qənaətində  idilər.  Qa fqaz  türklə rinin  yaşadıqları  mü xtəlif  əra zilə rdən  Osman lı  dövləti  ilə  b irləşməyə  dair  çağırışla r, 

azərbaycanlılara  qarşı e rmənilərin törətdiy i soyqırımla rı, Bak ı Xalq Komissarları Soveti qoşunlarının  Gəncəyə yürüşünün 

qarşısının  alın ması  zərurəti,  nəhayət,  Türkiyəyə  meylli  siyasət  də  Xəlil  bəyin  mövqeyinin  dəstəklənməsində  az  ro l 

oynamadı. 

Bu dövrdə Almaniya-Osmanlı  münasibətlərində ö zünü göstərən gərginliyə ü mid bağlayan ermənilər və gürcülər 

Almaniya nü mayəndəliyin in konfransa daha yaxından cəlb edilməsinə yönəlmiş dip lo matik gedişlərə əl atdılar. Bu, Cənubi 

Qafqaz nü mayəndəliyinin  Xəlil bəyin  layihəsi  müqabilində irəli sürdüyü təkliflər paketində özünü aydın göstərdi. Cənubi 

Qafqazın  müqaviləni yalnız Türkiyə ilə deyil,  Dördlər  İttifaqın ın (Mərkəzin) digər dövlətləri  ilə də bağlaması təklifi və s. 

Almaniyanın  maraqları  baxımından  cəlbedici  idi.  Çünki  bu  halda,  birincis i,  Ənvər  paşanın  Şərq  siyasəti  hər  vasitə  ilə 

əngəllənər,  ikincisi,  Şimali  Qafqazı  Almaniyaya  tabe  etmək  imkanı  yaranar,  üçüncüsü,  Gürcüstanda  Almaniyanın  təsiri 

qüvvətlənər, dördüncüsü, Osmanlı dövləti bütün gücünü ingilislərin Bakıya yolunu bağlamağa yönəldərdi. 

Bir  sıra  ciddi  səbəb  və  amillər  Batum  konfransında,  daha  sonra  isə  Zaqafqaziya  seymində  siyasi  qarşıdurman ı 

sürətləndirdi:  Cənubi  Qafqaz  nümayəndəliyinin  təklifləri  Osman lı  sülh  heyəti  tərəfindən  rədd  edildi;  Osman lı  hərb i 

hissələri  Ermən istanın içərilə rinə doğru irə liləd i; Xə lil bəy alman vasitəçiliy indən imtina etdi və Almaniya nümayəndəliy i 

(fon  Lossov)  Batu mdan  çıxd ı;  müs əlman   fraksiyası  Zaqafqaziya  höku mətinin  bolşeviklərin  Bakıdan  çıxarılması  üçün 

tədbirlər görməyəcəyi halda, seymi tərk edəcəyi barədə bəyanat verdi; Türkiyə tərə fi mayın 26-da konfransa me mo randum 

(ultimatum) təqdim etdi. 

Bütün  bunlar  Qafqazın  ictimai-siyasi  həyatında  keyfiyyətcə  yeni  mərhələyə  keçidin  yaxınlaşdığın ı  göstərirdi. 

Vəziyyətdən  çıxış  yolları  arayan  tərəflər  vahid  dövlət  şəklində  birləşmə k  imkanlarının   tükən məsində  həmrəy  idilə r.  Bu  

şəraitdə Azərbaycan nümayəndələrinin gürcülərə vahid dövlət yaratmaq təklifi də baş tutmadı.  Gü rcülər, artıq, almanların  

himayəsində ayrıca gürcü dövləti yarat maq qənaətinə gəlmişdilər. 

 

 



 

 

 



 

269 

 

Dövlətçiliyə  və  xarici  ölkələrin   himayəsinə  fərqli  baxışların  gerçekləş məsi  Zaqafqaziya  seymi  və  höku mətinin  



dağılması, müstəqil Cənubi Qafqaz dövlətlərinin yaran ması ilə nəticələndi. Yeni siyasi durum Batum konfransının yarımçıq  

qalması  təhlükəsini  yaratdı.  Lakin  müsəlman  fraksiyasının  Batum  danışıqların ın  davam  etdirilməsinə  dair  qərarın  

(27.5.1918) digər tərə flə rin dəstəklə məsi konfransı uğursuzluqdan xilas etdi.  

 

 



 

 

 



Yeni yaran mış Cənubi Qafqaz cü mhuriyyətləri  Batum danışıq larının davam etdirilməsi  ilə razılaşdılar.  Danışıqlar 

1918  il  iyunun 4-də  Os manlı dövləti  ilə   Cənubi  Qafqa z  respublika ları a rasında ayrı-ayrılıqda  müqavilə lər bağlan ması ilə  

yekunlaşdı. Batum müqavilələri ilə Osman lı dövləti, Brest-Litovsk sülhünə zidd olmasına baxmayaraq, 1828 il sərhədlərin i 

bərpa etdi 

 

 

 



 

 

 



 

 

 



 

 

Konfransın  Azərbaycan  Xalq  Cü mhuriyyətii  üçün  mühü m  nəticəsi  oldu.  Osman lı  dövləti  ilə  A zərbaycan  Xalq  



Cü mhuriyyəti  arasında  Batu mda  ikitərəfli  müqavilə  bağlandı.  Batum  müqaviləsi  Azərbaycan  Xalq   Cümhuriyyətinin 

müdafiəsi üçün etibarlı hərb i-siyasi dəstək oldu. 



Əd.:

 

Azərbaycan tarixi, 7 cilddə,  c.5, B., 2001; Həsənov C, Azərbaycan beynəlxalq münasib ətlər sistemində (1918-1920-ci 



illər), B., 1993; Qasımov M ., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər), 3 hissədə, 

h.2, B., 2001; Musayev İ., Azərbaycanın xarici siyasəti (XX əsr),3 hissədə, h.l, B., 2003. Şahin E., Trabzon ve Batum Konfransları ve 

Anlaşmaları (1917-1918), Ankara, 2002. 

BATUM   MÜQAVĠLƏLƏ RĠ   (1918)  Osmanlı  imperatorluğu  ilə  Cənubi  Qafqaz  Respublikaları  arasında 

müqavilələr.  1918  il  martın  14-dən  aprelin  14-dək  keçirilən  Trabzon  və  mayın  11-dən  iyunun  4-dək  keçirilmiş  Batu m 

konfranslarında aparılan danışıq lar nəticəsində iyunun 4-də imzalan mışdır. 

O s  m a n  l  ı  d ö v l ə t i   i  l ə   A z ə r b a y c a n X a  l q   C ü  m h u r  i y y ə t  i  a  r a s ı n d a   m ü q a v i  l ə . 

Müqaviləni Os manlı höku məti tərəfindən ədliyyə naziri və Dövlət  Şurasının sədri  Xəlil paşa Menteşe, Qafqaz cəbhəsinin 

ko mandanı  Mehmet  Vehib  paşa,  Azərbaycan  Xalq  Cümhuriyyətii  tərəfindən  isə  Milli  Şuran ın  sədri  Məhəmməd  Əmin  

Rəsulzadə  və  xarici  işlə r  naziri  Mə mməd  Həsən  Hacınski  imza la mışdıla r.  Batu m  müqaviləsi  Azə rbaycan  Xalq  

Cü mhuriyyətinin   xarici  dövlətlərlə  imzaladığ ı  ilk  müqavilə  id i  və  Azərbaycan-Türkiyə  münasibətlərin in  hüquqi  əsasını 

təşkil edirdi.  On bir  maddədən ibarət müqavilənin giriş hissəsində göstərilirdi: "Bir tərə fdən Osmanlı  imperator höku mət i, 

digər tərəfdən isə öz  müstəqilliyin i yenicə e lan etmiş Cü mhuriyyəti Hö ku məti ö z ö lkə ləri a rasında siyasi, hüquqi, iqtisadi 

və intelle ktual zə mində mehriban dostluq münasibətləri bərqərar et məklə, qarşıklıqlı surətdə razılığa gə lirlə r". 

Müqavilənin  birinci  maddəsində  Osmanlı  İmperiyası  ilə  A zərbaycan  Xalq  Cü mhuriyyəti  arasında  sülh  və 

dostluqdan  bəhs  edilir.  İkinci  maddə  isə  Osmanlı  İmperiyası  ilə  üç  Cənubi  Qa fqaz  respublikası  a rasında  s ərhəd  xəttinin  

müəyyən  edilməsinə  aid  id i.  İkinci  maddəyə  əsasən,  Azərbaycan  Türkiyə  ilə  geniş  sərhədləri  olan  dövlət  idi.  Üçüncü 

maddə  yenə  də  sərhədlərə  a id  o lub,  Cənubi  Qafqaz  respublikala rı  arasında  sərhədləri  müəyyən  edən  protokolların  

imzalan masını nəzərdə tuturdu. 

Müqavilənin  dördüncü  maddəsi  Azərbaycan  üçün  daha  önəmli  id i.  Os manlı  höku məti  sülh  və  əmin -amanlığı, 

ölkənin  təhlükəsizliy ini  təmin  etmək  üçün,  ehtiyac  yaranarsa,  Azərbaycan  Respublikasına  hərbi  yardım  göstərməyi  ö z 

üzərinə  götürürdü.  Müqaviləyə  əsasən,  Azərbaycan  Höku məti  onun  sərhədboyu  ərazilərində  yaradılmış  silah lı  quldur 

dəstələrin i  (dinc  türk-müsəlman  əhaliyə  qarşı  soyqırımı  həyata  keçirən  silahlı  daşnak  dəstələri  nəzərdə  tutulur  -  red.)  

tərksilah et mə k və qov maq barədə öhdəlik qəbul edird i. 

Müqavilənin digər maddələrində dəmir yol yüklərinin  daşınmasında tərəflərin  öhdəliklərindən, konsulluq konven-

siyası, ticarət müqaviləsi və s. aktların hazırlan masından, sərbəst gediş-gəlişdən, poçt-teleqraf əlaqələrindən, Brest-Litovsk 

müqaviləsinin tərəflər arasında qüvvədə olmasından danışılırdı. Sonuncu maddədə müqavilənin bir ay ərzində ratifikasiya 

olunması  və  təsdiq  edilmiş  mətnlərin  İstanbulda  mübadiləsi  nəzərdə  tutulurdu.  Müqavilə  bağlandığı  zaman  A zərbaycan 

Xalq  Cü mhuriyyəti Höku məti hələ Tiflisdən Gəncəyə köçməmişdi.  Özünü Sovet Rusiyasının yerli höku məti elan edən və 

S.Şau myanın başçılıq etdiyi  Bakı  Xalq Ko missarları Sovetinin daşnak-bolşevik ordusu Gəncə üzərinə hücuma başlamışdı. 

Azərbaycan  xa lqına qarşı soyqırımı həyata keç irilirdi.  Hərbi və ziyyətin A zərbaycan Xa lq  Cü mhuriyyəti üçün son dərəcə 

ağır o lduğu belə məqamda A zərbaycan nü mayəndələri Məhəmməd Əmin Rəsulzadə və Məmməd  Həsən Hacınski Os manlı 

dövləti ilə Azərbaycan Xalq  Cü mhuriyyəti arasında Batum  müqaviləsinin dördüncü maddəsinə əsasən, Azərbaycana hərbi 

yardım  göstərilməsi  barədə  Os manlı  dövlətinə  mü raciət  etdilər.  Müraciət  qəbul  o lundu  və  Azərbaycan  Xalq  Cü mhu-

riyyətinə yardım göstərildi. 

Batu m  konfransının  yekunu  kimi  Osman lı  dövləti  Gürcüstanla  və  Azərbaycan  nümayəndələrin in  yard ımı  ilə 

Ermənistanla da "sülh və dostluq müqavilə ləri" imza layıb onla rın müstəqilliyin i tanıyırdı. 

1918 il iyunun 4 - d ə  O s m a n l ı d ö v l ə t i i l ə  G ü r c ü s t a n   a r a s ı n d a  b a ğ l a n  m ı ş  m ü q a  v i l ə 13 

maddədən ibarət o lmuşdur. Müqaviləni  Gü rcüstan Respublikası tərəfindən baş nazir və da xili  işlər naziri N.Ra mişvili və  

C.Odişelidze,  G.Gvazava,  G.Ritkiladze  imzalamışdılar.  Müqavilənin  ikinci  maddəsi  sərhəd  xəttin in  müəyyən  edilməsinə 

aid  idi.  Müqaviləyə  əsasən,  Qars,  Ərdəhan  və  Batu mun,  həmçinin  A xalsıx  və  A xalkalakinin  Türkiyəyə  keçdiyi  təsdiq 

edilird i.  Lakin  Türkiyə  may ın  11-də  elan  etdiyi  tələbləri  yumşaldaraq  Abastuman  və  Askurun  Gürcüstanda  qalmasına 

razılıq verdi. Müqavilənin altıncı maddəsinə əsasən, Gürcüstan Respublikası ərazisində məskun olan müsəlmanlar dini ayin  

və adətlərinə riayət edəcəkdilər.  Bu  müsəlmanlar da digər  Gürcüstan vətəndaşları  kimi bərabər  mü lki və siyasi hüquqlara 

malik olmalı və milli dil və din ləri ü zrə təhsil ala bilərdilər. 

 

 

 



 

 


270 

 

O s m a n  l ı  d ö v l ə t  i  i  l ə   E  r  m ə n is t a n  a r a s ı n d a  b a ğ l a n m ı ş   m ü q a v i l ə n i  Ermənistan 



tərəfindən  O.RKaça znuni,  A.Xat isyan  və  M.Papacanov  imzala mış dılar.  14  maddədən  ibarət   müqaviləyə   əsasən, 

Ermənistan  Brest-Litovsk  müqaviləsinin  şərtlərin i  qəbul  etdi.  Eç miəd zin  və  A leksandropol  (Gü mrü)  Türkiyəyə  keçir, 

Türkiyə  Aleksandropol-Culfa  dəmir  yolundan  istifadə  etmək  hüququ  alırdı.  Ermənistanın  sərhədi  İrəvan  yaxın lığından 

keçirdi. Onun ixtiyarında cəmi 6 km-lik dəmir yolu qalmışdı. 

Batu m  müqaviləsinə  görə,  Ermənistan  Respublikasının  ərazisi  10  min   kv.  km  müəyyən  edilirdi.  Gürcüstan  və 

Ermənistan  hökumət ləri  ö z  əra zilərində  yaşayan  müsəlman  əhalisinin  təhlü kəsizliyin i,  a zad  inkişafın ı  tə min  et mə k,  ana  

dilində təhsil almaq, din i ayin lərin sərbəst icrasına şərait yaratmaq haqqında təəhhüd götürürdülər. 

1918 il 4 iyun tarixli müqavilələ rə ə lavə sazişlər də imzalan mışdı (ba x Batum müqavilələrinə əlavə sazişlər). 

Batu m  müqavilələri və ona əlavə sazişlər  Cənubi  Qafqaz respublikalarının Os manlı höku məti tərəfindən tanınması 

demə k idi. 



Əd.:

 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Внешняя  политика  (документы  и  материалы)  ,  Б.,  1998;  



Azərbaycan tarixi, 7 cilddə,  c.5, B.,2001; Həsənov C, Azərbaycan beynəlxalq  münasibətlər sistemində (1918-1920-ci  illər), B., 1993; 

Nəsibzadə N, Azərbaycanın xarici siyasəti (1918-1920), B., 1996; M usayev İ., Azərbaycanın xarici siyasəti (XX  əsr), 3 hissədə, h.l, B., 

2003. 


Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin