Xalqımızda azadlıq, müstəqillik fikirlərini daha da gücləndirmiş oldu


BATUM  MÜQAVĠLƏLƏRĠNƏ ƏLAVƏ SAZĠġLƏR



Yüklə 19,75 Mb.
Pdf görüntüsü
səhifə41/80
tarix31.01.2017
ölçüsü19,75 Mb.
#7086
1   ...   37   38   39   40   41   42   43   44   ...   80

BATUM  MÜQAVĠLƏLƏRĠNƏ ƏLAVƏ SAZĠġLƏR  -  Batu m  müqavilələrin in (1918,  4  iyun) konkret detalları 

üzrə  razılaşdırılmış  sazişlər.  Bakı-Batu m  neft  kəmərinə  aid  saziş.  Osmanlı  imperiyası  ilə  Azərbaycan  və  Gürcüstan  ara-

sında,  dəmir  yollarına  aid  ikinci  saziş  isə  dörd  dövlət  -  Cənubi  Qafqaz  respublikaları  ilə  Os manlı  imperiyası  arasında 

imzalan mışdı. 

Osmanlı imperiyası ilə Azərbaycan Xalq Cü mhuriyyəti arasında "Sülh və dostluq" müqaviləsinə əlavə olaraq, 1918 

il  iyunun  14-də  Batu mda  daha  iki  saziş  imzalandı.  Birinci  sazişdə  4  iyun  müqaviləsinin  Alman iyaya  və  Avstriya-

Macarıstana da aid olduğu bildirilir, Türkiyə öz  müttəfiqləri tərəfindən Azərbaycanın  müstəqilliy inin  tanınacağı haqqında 

üzərinə  təəhhüdlər  götürürdü.  İkinci  sazişə  görə,  Dördlər  İttifaqı  ilə  müharibə  edən  ölkələrin  hərbi  və  mü lki  məmurları 

təcili olaraq respublika əra zisindən çıxa rılmalı və bu ölkə lərin zabit ləri hərbi  xid mətə qəbul edilmə mə li  idi.  Osman lı hərb i 

ko mendantlığı A zərbaycan dəmir yolundan hərbi məqsədlərlə istifadə hüququ alırdı. 

Gəncədə 1918  il  iyulun 14-də  Osman lı dövləti hərbi də mir yolla rı və limanları baş idarəsinin rəisi  İsmayıl  Hakkı 

paşa və Azərbaycanın ticarət və sənaye naziri Ağa Aşurov 5  maddədən ibarət müqavilə  imzalamışdılar. Müqaviləyə görə, 

Azərbaycan  Höku mət i  Osman lı  imperatorluğu  hökuməti  qarşısında  dəmir  yollarını  və  dəniz  gə miç iliyini  neft  və  neft  

məhsulla rı ilə tə min və  təchiz ed ilməsini öhdəsinə götürürdü; birinci maddə Ba kı və  neft rayonu Azərbaycan Höku mət inin  

tabeliyinə  keçdiy i  andan  qüvvəyə  minirdi;  neft  və  neft  məhsullarının  qiy məti  və  te xn iki  şərtlər  Batum  müqavilələrinə 

(1918)  uyğun  olaraq  yaradılmış  qarışıq  ko missiya  tərəfindən  hazırlan malı  idi;  Osman lı  höku mət inə  verilən  yanacağın 

əvəzində qısa müddətdə Azərbaycan Höku mətinin hesabına kred it olaraq, 500 min türk lirəsi verilməli id i və s. 

Hə min  tarixdə   İs mayıl  Hakkı  paşa,  Azə rbaycanın  yolla r  na ziri  X.Mə lik-Aslanov  və  xa ric i  işlə r  na ziri 

M.H.Hacınski  7  maddədən  ibarət  digər  bir  müqavilə  də  imzalamışdılar.  Müqaviləyə  görə,  A zərbaycan  yolları  5  il 

müddətinə  Osman lı  dövlətinin  istifadəsinə  verilirdi.  Azərbaycan  Höku məti  respublikanın  bütün  yolların ın  daşınar  və 

daşınmaz  əmlakını  və  bütün  materialların ı  Os manlı  hərbi  dəmir  yolları  baş  idarəsinə  verirdi.  Dəmir  yolları  Osmanlı  baş 

idarəsi tərə findən yaradılan müəssisələr və qu lluqçular tərəfindən onun vəsaiti ilə  idarə  olun ma lı idi. Də mir yollarının ilkin  

gəlirinin  75%-i  A zərbaycan  Hökumətinə  verilmə li  id i;  hərəkət  heyətinin  və  digər  materia lla rın  təhvil-təslimi  qarışıq  

ko missiya  tərəfindən  tədricən  həyata  keç irilirdi.  Türk  qulluqçuları  Gəncəyə  gələn  kimi  A zərbaycan  Höku mət i  müvafiq  

ko missiya yaratmalı və təhvil-təslim aparmalı idi. Müqavilələr imzalandığı andan qüvvəyə min irdi. 



 

Əd.: 

Aзepбaйджанская  Демократиская    Pecnублика  (1918-1920),  Внешняя  политика  (документы  и  материалы)  ,  Б.,  1998; 

Qasımov M.C., Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər), 3 hissədə, h.2 (1917-ci  il 

noyabr-1918-ci il noyabr), B., 2001; M usayev İ., Azərbaycanın xarici siyasəti (XX əsr), 3 hissədə, h.l. B., 2003. 



 

BATUM  VĠLAYƏTĠ  (Acarıstan) -  Cənubi Qafqazda tarixi vilayət. 16 əsrdən Osmanlı dövlətin in tərkibinə daxil 

idi. 1877-78  illə r  Rusiya-Türkiyə  müharibəsi nəticəsində Qars və Ərdəhanla birlikdə  Rusiya imperiyasına ilhaq edilmişdi. 

Batu m v ilayəti Artvin və  Batu m dairə lərindən ibarət  id i.  Qafqa z təqvimin in (1917)  mə lu mat ına görə, ə ra zisi 6129,41 k v. 

verst,  əhalisi  122811  nəfər  idi  (95292  nəfəri  yerlilər,  27519-u  müvəqqəti  yaşayanlar).  Əha lin in  böyük  çoxluğunu 

müsəlman lar təşkil ed irdi.  Vilayət əhalisin in 16,3%-i  (20020 nəfər) Batu m şəhərində yaşayırdı.  Batu m  Qafqaz cəbhəsinin 

arxa  h issəsini  təşkil  etdiyindən,  burada  hərbi  hissələr  yerləşdirilmişdi.  Fevral  inq ilab ından  (1917)  sonra  Batu mda  ş əhər 

icra iyyə  ko mitəsi  yaradılmış,  13  (26)  mayda  OZAKOM -a  tabe  olan  vilayət  icra iyyə  ko mitəsi  seçilmişdi.  Onunla  yanaşı 

fəhlə  və  əsgər  deputatları  soveti  də  fəaliyyət  göstərirdi.  Oktyabr  çevrilişindən  (1917)  sonra  Batu m  vilayətində  siyasi 

vəziyyət  kəskin ləşdi.  Eser-menşeviklə r  və  daşnaklar  2  (15)  noyabrda  ictima i  təhlükəsizlik  inqilab i  ko mitəsi  yaratdıla r. 

Ko mitə  dekabrın  ortala rında  Qa fqaz  cəbhəsindən  qayıdan  rus  əsgərlərinin  tərksilah  olunması  haqqında  qərar  qəbul  etdi. 

1918  il  Brest sülhünə görə,  Batum vilayəti,  Ərdəhan və  Qars Tü rkiyəyə  keçməli  idi. Zaqafqaziya  ko missarlığ ı və seymi 

Türkiyə  ilə  danışıqlara  başlamağı  qərara  aldı.  Danışıqlar  martra  14-də  Trab zonda  başlandı  (bax  Trabzon  konfransı). 

Zaqafqaziya seyminin nü mayəndə heyəti Brest-Litovsk müqaviləsini tanıyıb-tanımamaq haqqında vahid fikrə gələ bilməd i.  

 

 

 



 

271 

 

Aprelin  13-də  Sey m  Türkiyəyə  müharibə  elan  etdi.  Türk  qoşunları  aprelin  14-də  Batumu  tutdu,  22-də  sülh  təklifi  irəli 



sürdü.  Aprelin  22-də  Sey m  müstəqil  Zaqafqaziya  Demokratik  Federativ  Respublikasının  yarandığını  bəyan  etdi.  Türkiyə 

aprelin  28-də yeni dövləti tanıdı. Tərəflər a rasında danışıqlar mayın 11 -də Batu mda başlandı (ba x Batum k onfransı). 

Batu mda Türkiyə idarə üsulu bərqərar edild i. Türkiyə hərbi qubernatorluğu ilə b irgə şəhər duması və  məclis fəa-

liyyətə  başladı.  Türkiyə  ilə  Gürcüstan  De mokratik  Respublikası  arasında  bağlan mış  1918  il  4  iyun  müqaviləsinə  görə, 

Batu m  v ilayətin in  Türkiyəyə  keç məsi  rəs mən  qəbul  edildi.  Lakin  Türkiyə  Birinci  dünya  müharibəsində  (1914-1918) 

məğ lub olduğundan türk hərbi qüvvələri Cənubi Qafqa zı tə rk et mə li oldu. Dekabrın 16-da ingilis gə miləri Batum limanına  

daxil o ldu. Vilayətdə hakimiyyət ingilislərin ə linə  keçdi və burada Batu m vilayətini ida rə şurası yaradıldı. İngilislə r Batu m 

vilayətini ö zlə rinin hərb i-siyasi dayaq məntəqəsinə çevirmə k üçün onu müstəqil e lan etdilər. La kin vilayət şurası "vahid və 

bölünməz  Rusiya"  tərəfdarı  kimi  çıxış  edird i.  İngilislər  yaran mış  vəziyyəti  nəzərə  alıb,  aprelin  28-də  şuranı  ləğv  etdilər. 

Batu m vilayəti ingilislərin işğal  zonası kimi idarə o lunurdu. 1919 il sentyabrın 13-də "Gürcüstan müs əlmanla rın ın azadlıq  

ko mitəsi" Batu mda Acariya  məclisi yaratdı.  1920 il aprelin 8-də Antanta Ali Şurası Batu mu azad liman (portofran ko) elan  

etdi. Sovet Rusiyası Batu m ətrafında gedən hadisələrdə fəal iştirak edirdi. Rusiya Sovet Federativ Sosialist Respublikası ilə 

Gü rcüstan arasında bağlanmış 1920  il  müqaviləsində də bu məsələdən bəhs olunurdu. İyulun 14-də  müttəfiq lər Acarıstanı 

Gü rcüstana verməyi qərara ald ılar.  Gürcü höku məti burada "fövqəladə idarə" qurdu. Bolşevik  müdaxiləsinin gücləndiyin i 

görən  hökumət  1920  ilin  sonlarında  Türkiyə  ilə  danışıqlara  başladı.  Türkiyənin  kö məy i  müqabilində  Acarıstanın  ona 

verilməsi vəd olunurdu. Gürcüstanda sovet hakimiyyətinin qurulması ilə (1921, fevra l) vəziyyət dəyişdi. 

Türkiyə  martın  11-də qoşunlarını  Batuma yeritdi.  Lakin 1921  il  Sovet-Türkiyə müqaviləsinə əsasən, Türkiyə  Gür-

cüstan Sovet Sosialist Respublikasının  Batu m v ilayəti üzərində hüququnu tanıdı və öz qoşunların ı oradan çıxard ı. Martın  

18-də Batum vilayətində sovet hakimiyyəti elan o lundu. İyunun 16-da Gü rcüstanın tərkibində Acarıstan MSSR yarad ıld ı. 

 

Əd.:   

Борьба  за  победу  Советской  власти  в  Грузии,  Тбилиси,  1958;    Российскай  Советская  Федеративная  

Социалистическая республика и Грузинская Демократическая Республика,M., 1922. 

 

BAYRAMƏLĠBƏYOV  Teymu r bəy Məmməd bəy oğlu (22.7.1862,  Lənkəran qəzasının 

Yeddioy maq k.  (indiki Masallı rayonu) - 4.9.1937,  Bakı)  - ictimai  xadim, etnoqraf, folklorşünas və 

maarifçi.  Lən kəran  şəhər  idarəsin in  üzvü  olmuşdur.  İlk  təhsilin i  kənd  mollaxanasında, 

Lənkə randakı 

üçillik  ikisinifli  rus 

məktəbində  almış,  Tiflis  feldşer 

məktə-bində 

oxu muşdur.Bayraməlibəyov Qori  müəllimlər seminariyasının Azərbaycan şöbəsini bitirmiş  ilk üç 

azərbaycanlıdan  birid ir.  1881  ildə  seminariyanı  b itirmiş,  Lən kəran  şəhər  mə ktəbində  müəllim  və 

müdir işləmişdir. Xalq  maarifi nazirliyi sistemində  qüsursuz əməyinə görə 1898 ildə ordenlə təltif 

olunmuşdur. 19 əsrin sonlarından  1917  ilədək etnoqrafiya tarix və iqtisadi  mövzu larda  50-də ço x 

məqa ləsi,  topladığ ı  əfsanə,  nağıl  və      lət ifə lər      "Kaspi"      qə zetində  Qafqaz  tədris  dairəsinin 

məc muə lərində  dərc  o lunmuşdur.  Lənkə ran  qəzasın ın  etnoqrafiyasına  dair  ilk  əsərin  müə llifid ir. 

Lənkə randa dra m dərnəyi yarat mış, rus-müsəlman qiraət xanası aç mışdır.  

 

 

 



 

 

 



 

 

 



 

Bayra mə libəyov  Lənkəranda  ilk  rus-müsəlman  mə ktəbinin   banisidir. 

Ço xcəhətli  maarifçilik  fəaliyyəti,  mütərəqqi  fikirləri,  fəal  ictimai  mövqeyi  çar  hakimiyyət  orqanları  tərəfindən  təqiblə 

qarşılanan  Bayraməlibəyov  1906  ildə  Lənkəran  şəhər  məktəbi  müəllimliy indən  azad  edilmiş,  üzərinə  siyasi  nəzarət 

qoyulmuşdu.  Bir  müddət  Lənkəranda"Behcət"  adlı  rus-fars,  özünün  təşkil  etdiyi  "Ziya"  məktəblərində  dərs  demişdir. 

Bayra mə libəyov  Lənkəran  qəzasında  orta  təhsilin  əsasını  qoyaraq,  dördsinifli  progimna ziyanın  açılmasına  (1910)  nail 

olmuşdur.  Sonradan  bu  progimnaziya  onun  xah işi  ilə  üçsinifli  gimnaziya  kimi  təşkil  olun muşdur.  Bayraməlibəyovun 

pedaqoji və   ictimai   fəaliyyətinin  30  illiy i  1911  ildə  Lən kəranda təntənəli şəkildə  qeyd olunmuşdur. Hə min  il onun fəal 

iştirakı ilə Lən kəranda rus-müsəlman məktəbi açılmış, 1917 ilədək orada çalış mışdır. Qadın ların təhsilinə böyük əhəmiyyət 

verən  Bayra mə libəyov  1917  ildə  Lənkə randa  "Ünas"  (qızlar)  məktəbi  aç mışdı.  Qızı    Mə ryə m  Bayraməlibəyova-Məlik -



Yeqanov həmin mə ktəbin müdiri və müəllimi o lmuşdur. 

Bayra mə libəyovun  inqilabi  hərəkatda  fəa l  iştira kı  bəhanə 

göstərilərək, o, 1918 ildə Muğan Radası tərəfindən həbs edilmiş və Bakıya gətirilmişdir.  

 

 



 

 

 



 

 

 



 

Teymur bəy Bayra mə libəyov 1917   ilin payızında "Müsavat" 

partiyasının  Lənkəran   şöbəsinin  ilk  sədri  seçil-mişdir.    Den ikinçilərin   Lənkəranda  törətdiyi    azğınlıqlara  etiraz  əlaməti 

olaraq,  Lən kəran  ictima iyyətinin nü mayəndəsi kimi  1918 ilin noyabrında ingilis konsuluna mürac iət et mişdi. Avetisovun 

başçılığı  ilə  ermən i-daşnak  silah lı  quldur  dəstəsinin  Muğanda  və  Lənkəranda  dinc  əhaliyə  d ivan  tutması,  törətdiyi 

cinayətlər barədə B.Britaniyanın  İrandakı konsuluna mə lu mat vermiş, bununla bağlı toplan mış s ənədləri ona təqdim edərə k 

təsirli tədbirlər görülməsini tə ləb etmişdi. 

Azərbaycan    Xa lq    Cü mhuriyyət  hakimiyyəti    devrildikdən  sonra,  1920  ildə  

ailəsi  ilə  Bakıya  köç müş,  1929      ilədə k  67  saylı  orta  məktəbdə  müəllim  işlə mişdir.  1929  ildə  təqaüdə  çıxsa  da,  folklor 

sahəsində tədqiqatlarını davam     etdirmişdir.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



Bayra məlibəyov  şəxsən  repressiyaya  məruz  qalmasa  da,  kürəkəni  C.Məlik -

Yeqanov, qızı Məryə m Bayra məlibəyova "xa lq düşməni" kimi cə za landırılmışdılar. 

 

 

 

 

 

 

 

272 

 

Əd



.:    Ağazadə  Y.,  Teymur  bəy  Bayraməlibəyov  və  folklor,  B.,  2003;  Таирзаде Н.,   Просветительская  и научная деятельность 

Теймурбека Байрамалибекова, Изв.  АН  А зерб. ССР (серия истории, философии и права), 1974, № 2. 



 

BAYRAMƏLĠBƏYOVA-MƏLĠK-YEQANOVA  Məryəm  Tey murbəy  qızı  (22.1.1898,  Lənkəran-02.12.1987, 

Bakı)  -  maarif  xadimi.  İbtidai  təhsilini  "Nicat"  xeyriyyə  cəmiyyətinin  hesabına  Bakıda,  Hacı 

Zeynalabdin Tağıyevin qız  məktəbində almışdır (1906-11). Orta təhsilin i "Müqəddəs Nina" qızlar 

mə ktəbində başa vurduqdan sonra, 1917  ildə 8-ci əlavə pedaqoji sinfi b itirmişdir. Moskvada tibb 

institutuna daxil olan  Bayra mə libəyovanın təhsil  xərc lərini  Ba kı  milyonçu -  xeyriyyəçisi Murtuza  

Muxtarov ö z üzərinə götürmüşdü. Oktyabr çevrilişi (1917) nə-ticəsində vəziyyətin dəyişməsi  ilə 

əlaqədar  vətənə  dönmüş  və  müəllimlik  fəaliyyətinə  başlamışdır.  Lən kəranda  50  uşağın  təhsil 

aldığı  ilk  müsəlman qız  məktəbində dərs demiş, 1919 ilədək bu  məktəbə rəhbərlik etmiş, dram və 

xo r dərnəkləri təşkil et mişdi. Lənkəranda ilk qadın xeyriyyə cə miyyəti yarat mışdır. 

1919  ilin  yayında  Azərbaycan  Xalq  Cü mhuriyyətinin  cənub  bölgəsində  hərbi  şəraitin 

xeyli  kəskinləş məsi,  ağ-qvardiyaçı  rus  zabit lərinin  hakimiyyəti  ə lə  keç irməsi  ilə  ə laqədar 

Cü mhuriyyət  Hö ku məti  Parlament  ü zvü  Cavad  bəy  Məlik-Yeqanovu  Lənkəranın   general-qubernatoru  təyin  etmişdi. 

Lənkə randa elan ed ilmiş hərb i və ziyyət şərait ində əsgərlərin  qız g imna ziyasına  müda xiləsi  Bayra mə libəyovanın etira zına  

səbəb  olmuş  və  o,  Cavad  bəy  Məlik-Yeqanova  yazılı  mü raciət  et mişdi.  Təsadüfi  görüş  onların  gələcək  a ilə  həyatının  

əsasını qoymuşdu. 

Aprel işğalından (1920) sonra pedaqoji fəaliyyətini davam etdirən Bayraməlibəyova 1920-21 illərdə savadsızlığın  

ləğv  olunması  üzrə  ilk  qadın  kursları  təşkil  et miş,  bütün  qəzada  yeganə  qadın  müəllim  kimi  siyasi  maarif  işində  fəal 

çalış mışdır. 1921 ildə ailəliklə Bakıya köçmüş, 1921-23 illərdə Azərbaycan nümunəvi - təcrübə məktəbində türk qrupunun 

rəhbəri  o lmuşdur.  1922  ildə  həbs  olunmuş,  Bakıdan  kənara   çıxma maq   barədə  iltiza m  verd ikdən  sonra  həbsdən  azad 

olunmuş, pedaqoji fəaliyyətini davam etdirmişdir. 

Müəllimlərin  I  Ümu mittifaq  qurultayının  (Moskva,  1925),  Bakıda  keçirilmiş  I  Ümu mittifaq  türkolo ji  qurultayın  

(1926)  nü mayəndəsi  olmuşdur.  Nəriman   Nərimanov  adına  sənaye  texn iku munda,  Azərbaycan  Tibb  İnstitutunda  dərs 

demişdir. " Yen i  məktəb" jurnalın ın fəal əməkdaşlarından olmuş, "Şərq qadını", "Maarif işçisi" və s.  mətbuat orqanlarında 

pedaqoji  mövzularda  məqalələrlə  çıxış  etmişdir.  Bayraməlibəyova  bir  sıra  Azərbaycan  ədiblərinin  əsərlərin in  rus  dilinə 

tərcüməsində də ya xından iştirak et mişdir. 1931 ildə A zərbaycan Mərkə zi İc raiyyə Ko mitəsi nəzdində Sovet quruculuğu və 

Hüququ İnstitutunun məh kəmə işi şöbəsini əla qiy mətlərlə b itirmiş, "Azərbaycanda qadın əməyi" möv zusunda dissertasiya 

üzərində işləmişdir. 

"Əksinqilab i  müsavat mövqeyində", antisovet fəaliyyətində suçlandırılan  Bayraməlibəyova 1937 il o ktyabrın 15-

də həbs edilərə k, hə min il dekabrın  12-də, 5  il siyasi hüquqları alın maqla , 10 il  müddətinə azadlıqdan məhru m olundu. Bu  

za man   Bay ra məlibəyovanm  ə ri  -  Cavad  bəy  Mə lik-Yeqanov  sürgündə  idi.  Uzaq   Şima lda,  Arxangelskdə  həbsxana  

şəraitində Bayraməlibəyovanın səhhəti pisləşmiş, gözləri tutulmuşdu. 1948 ildə həbsdən qayıdan Bayraməlibəyova əvvəlcə 

Gəncədə, sonra isə Rusiyanın  Lipetsk ş əhərində yaşamalı olmuşdu. Azərbaycan SSR Ali Məhkə məsinin  1956  il  27 apre l 

tarixli qəra rı ilə Bayra mə libəyovaya bəraət verilmişdir. 1964 ildən ümu mittifaq əhə miyyətli fə rdi pensiyaçı idi. 



 

Əd.:  

M əmmədov S., Azərbaycanın ilk maarifp ərvər qadınları, B., 1960; Elşad Qoca,  Sibir dərsi, B., 2000.

 

 

BAYRAMOV  Əli  Bayra m  oğlu  (1889,  Şa ma xı  qə zasının  Lahıc  k.  -  23.3.1920,  Bakı)  -  A zərbaycanda  sovet 

hakimiyyəti  qurulması  uğrunda  fəal  mübarizə  aparmış  siyasi  xadim.  1912  ildə  Ba kı  gə miçilik  mə ktəbini  b itirmişdir.  So l 

eserlərin  fəa l  nümayəndəsi  olmuş,  Fevral  inqilabından  (1917)  sonra  Bakı  fəhlə  və  hərbi  deputatları  Sovetinin  deputatı 

seçilmiş,  1917-18  illərdə  Bakı,  Salyan,  Lənkəran,  Şamaxı  və  s.  qəzalarda  sovet  hakimiyyəti 

qurulması  uğrunda  fəaliyyət  göstərmişdir.  1918  ildə  Bakı  Xalq  Komissarları  Sovetinin    silahlı  

qüvvələri tərkibində gəmi kap itanı vəzifəsində döyüşmüş, Bakı  Qafqaz İslam  Ordusu  tərəfindən 

azad  edildikdən  (15  sentyabr  1918)  sonra  Azərbaycan  Xalq  Cü mhuriyyətinə  qarşı  Gəncədə  gizli 

inqilab i  iş aparmışdır.  1919  ilin  əvvəllərində  Bakıya qayıt mış,  mayda  Cü mhuriyyət Hö ku mətinə 

qarşı fəhlə tətillərinin  keçirilməsində fəal  iştirak etmişdir.  1919-20  illərdə "Hü mmət" təşkilatının 

rəhbərlərindən  biri,  RK(b)P  Qa fqaz  Ölkə  Ko mitəsi  yanında  gizli  hərbi  inqilab  qəra rgahının  və 

Bakı  bolşevik  partiya  ko mitəsi  tərəfindən  yaradılmış  hərbi  təşkilatın  üzvü  olmuşdur.  Komitənin 

gizli fəaliyyət göstərən "Xüsusi dəniz e kspedisiyası"nın iştira kçısı idi. Ekspedisiya Ba kıdan Sovet 

Rusiyasına neft və neft məhsulları aparır, oradan isə Bakıya pul, döyüş sursatı, siyasi ədəbiyyat və 

s. gətirirdi. Paris sülh k onfransı (1919-20) Ali Şurasının  Azərbaycanın istiqlaliyyətini tanımasını 

Əli  Bayramov  Azərbaycan  xalq ına  və  bütün  Şərqin  müsəlman  xalq larına  qarşı  "böyük  xəyanət"  adlandırmışdı.  "Paris 

cəllad larının  Zaqaf-qaziyada  siyas əti"  adlı  məqaləsində  o,  Antanta  dövlətlərinin   bu  addımını  impe ria list  dövlətlərin  

qəsbkarlıq  plan ları  kimi  qiy mət ləndirird i.  Bayra mov  A zərbaycan  Ko mmun ist  (bolşeviklə r)  Part iyasının  I  quru ltayında 

(1920,  fevra l)  Mərkə zi  Ko mitənin  üzvü  seçilmişdi.  Azə rbaycan  Xalq  Cü mhuriyyəti  Höku mət ini  silahlı  üsyan  yolu  ilə  

devirməyə, dövlət çevrilişi et məyə çağıran bəyannamən i Əli Bayra mov da imza la mışdı.   

 

 



 

 


273 

 

Silahlı üsyana hazırlıq və hakimiyyəti ələ  keçirmək  məqsədilə yaradılmış hərbi təşkilatın rəhbəri  kimi Əli  Bayramov 1920 



il  martın 20-də həbs olunmuş, əldə əsaslı dəlil-sübut olmad ığından  martın  22-də azad edilmiş,  martın  23-ə  keçən gecə isə 

qətlə  yetirilmişdir.  Onun  cəsədi  aprelin  3-də  tapılmış,  aprelin  5-də  tanın mış  və  aprelin  7-də  dəfn  olun muşdur.  Əli 

Bayramovun şəxsi ədavət zəminində qoçular tərəfindən qətlə yetirilməsi tarixçəsi də məlu mdur.  Bununla belə, hakimiyyət 

çevrilişinə hazırlaşan bolşeviklər onun qətlində Azərbaycan Xalq  Cü mhuriyyəti Hö ku mətin i  ittiham etmiş, A zərbaycanda 

sovet hakimiyyəti qurulduqdan sonra Əli Bayra movun öldürülməsi ilə ə laqədar məsuliyyətə cəlb edilənlər Azə rbaycan SSR 

Ali  İnqilabi  Tribunalının   28  may  1920  il  tarixli  hökmü   ilə  müqəssir  sayılmış  və  onların  15  nəfəri  güllə lən məklə  ö lü m 

cəzasına,  digərləri  isə  uzun müddətli  həbs  cəzasına  məh ku m  o lunmuşdular.  Hökm  A zərbaycan  İnqilab  Ko mitəsinin  sədr 

müavini  Mirzə  Davud  Hüseynov  tərəfindən  elə  həmin  gün  təsdiq  edilmiş,  may ın  29-a  keçən   gecə  saat  2.30-da  yerinə 

yetirilmişdir.  Lakin  Əli  Bayramovun  qatilinin   kim  o lması  konkret  müəyyənləşdirilməmiş,  hökm  mü xtəlif  fərziyyələr 

əsasında  çıxarılmışdır.  Azərbaycan  Xalq   Cü mhuriyyəti  Parlamentin in  1920  il  1  aprel  tarixli  iclasında  Əli  Bayramovun 

öldürülməsi  ilə  əlaqədar  daxili  işlər  nazirin in  müavin i  Şəfi  bəy  Rüstəmbəyli  məlu mat  verərək,  onun  öldürülməsində 

Höku məti  günahkar  b ilən lərə  etiraz  etmişdir.  Məhəmməd  Əmin  Rəsulzadə  Əli  Bayramovun  qətlindən  Hö ku mətə  qarşı 

böhtan məqsədilə istifadə olunduğunu bildirmişdir. 

 

Əd:

Борьба за победу Советской власти в Азербайджане.1918-1920. Документы и материалы, Б., 1967; Azərbaycan tarixi, 3 

cilddə, c.3., B., 1973; Azərbaycan tarixi, 7 cilddə, C.5., B., 2001; Əli Bayramovu kim öldürüb?, " Yeni fikir", 1990, №5, 7,11. 

 

"B EDNOTA"  - gündəlik leqa l bolşevik qəzet i. 1919 il sentyabrın 14-dən oktyabrın  26-sı da xil o lmaqla   Bakıda  

rus dilində çıxmışd ır.  Cə mi  30 nö mrəsi bura xılmışdır. Məsul redaktoru  Əliheydər Qa rayev olmuşdur.  Qəzetdə  Ba kı  fəh-

lələ rin in  həyatından,  həmkarla r  ittifaq ları,  fəhlə   konfransı,  d igər  fəhlə   təşkilat larının  fəaliyyətindən,  fəhlə lərin  kolle ktiv  

müqavilə uğrunda mübarizəsindən bəhs edən materiallar,  Rusiya Ko mmunist (bolşeviklər) Partiyası Mərkəzi Ko mitəsinin, 

Ko mmunist  İnternasionalının  bir  sıra  rəsmi  sənədləri  dərc  olun muşdur.  Azərbaycanda  sovet  hakimiyyətin in  qələbəsi 

uğrunda mübarizə aparmış, davamlı olaraq Azərbaycanın  müstəqilliyi əleyhinə yönəldilmiş  məqalələrlə çıxış etmiş, buna 

görə də Cü mhuriyyət Hö ku məti tərəfindən bağlanmışdır. 

B EHB UD  XAN CAVANġĠR  (1886-1921) - Azə rbaycan Xalq  Cü mhuriyyətinin dövlət və  ictima i  xadimi (ba x 



Cavanşir Behbud xan). 

B EHB UDOV  Lütfəli bəy Rəhim ağa oğ lu (1879, Şuşa qəzasının  Üçoğlan  kəndi - 1918, Şuşa) - Azə rbaycan milli 

azadlıq  hərəkatının  fəal  iştirakçılarından  biri.  Zaqafqaziya  seymi  Müs əlman  fraksiyasının  üzvü  olmuşdur.  Bakı  realn ı 

mə ktəbini  bit ird ikdən  (1903)  sonra  Peterburq  Te xno loji  İnstitutuna  daxil  olmuş,  1899  ild ə   kütləv i  tə ləbə  iğtişaşlarında 

iştirakına görə institutdan çıxarılmış, lakin  sonra bərpa edilmişdir. 1903 ildə həmin institutu mühəndis-mexanik ixtisası üzrə 

bitirə rək,  Bakıya  qayıt mışdır.  1904  ildən  Xə zər  t icarət  donanması  gə mi  me xanikləri  kursunda  nəzəri  me xanikadan  dərs 

demiş, 1908 ildə Kür-Xəzər gəmiçilik cəmiyyətinin rəhbəri olmuşdur. 

Lütfəli bəy Behbudov "Difai" partiyasının, Zaqafqaziya seyminin ("Müsavat" və demokratik b itərəflər qrupundan 

seçilmişdir) ü zvü  kimi  ictimai-siyasi  fəaliyyət göstərmiş, "Nicat"  xeyriyyə cəmiyyətinin  işində iştirak etmişdir. 1918  ildə 

Şuşada türk-müsəlman əhaliyə qarşı soyqırımı törədən erməni-daşnak quldurları tərəfindən qətlə yetirilmişdir. 

B EHB UDOV  Məc id  Behbudalı  oğlu   (18.4.1870,  Şuşa  -  6.9.1945,  Qa za x)  -  A zərbaycan  xanəndəsi.  Məşhur 

müğənni  Rəşid  Behbudovun  atasıdır.  Uşaqlıq  illərindən  şerə,  nusiqiyə  həvəs  göstərmış,  xanəndə  olmaq  arzusu  ilə 

yaşamışdır.  1904  ldə  xanəndəliyə  başlamış,  gözəl  səsi  və  sənəti  ilə  tez  bir  zamanda  əvvəlcə 

Qarabağda,  sonra  bütün  Azərbaycanda,  daha  sonra  Cənubi  Qa fqazda   məşhurlaşmış,  nəhayət, 

Tiflisə köç müşdür. Məcid Behbudov uzun müddət xanəndə dəstələri ilə birlikdə konsertlərdə, toy 

məc lislərində,  el  şənliklərində  çıxış  etmiş,  opera  tamaşalarında  bir  a ktyor  kimi  məharət  

göstərmişdır.    İstedadlı  nüğənni  1914  ildə  tarzən  Məşədi  Cəmilin  müşayiəti  ilə  məharətlə  ifa 

etdiyi  "Mirzə  Hüseyn  segahı",  "Şüştər",  'Çahargah"  muğamlarını,  b ir  ço x  təsnif  və  xa lq  

mahnılarını Riqa şəhərində "Qrammofon" şirkətində vala yazd ırmışdır. 

Məcid  Behbudov  Azərbaycan  Xalq  Cü mhuriyyəti  dövründə  (1918-20)  xanəndə  və 

çalğıçıların  musiq ili  səhnəciklərində,  konsert  salonlarında  xeyriyyə  konsertləri  vermiş,  Üzeyir 

Hacıbəylinin   opera  və  operettalarında  çıxış  etmişdir.O,  Qafqazın   bir  ço x  şəhər  və  kəndin i 

dolaşmış,  Azərbaycan  milli  musiqisinin  gözəl  təbliğatçısı  kimi  fəaliyyət  göstərmiş,  Təbriz, 

İstanbul, Sofiya şəhərlərində konsertlər vermişdir. 



Yüklə 19,75 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin