Multikulturalizm



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə5/6
tarix11.06.2023
ölçüsü0,49 Mb.
#128409
1   2   3   4   5   6
Belge (26)

Tolerantlıq — dini dözümlülük. Yəni digər inanc 
və əqidələrə dözümlü yanaşma. Tolerantlıq 
insan
 hüquqları və vicdanı ilə bağlıdır. Tolerantlıq 
insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Onun 
üçün həm də 
irqçilik

ksenofobiya
, dini dözümsüzlük, 
terror
 və 
ekstremizmin
 qəbul 
edilməməsi xarakterikdir.
Anlayış və fenomen kimi terminin ifadə olunması üçünistifadə 
olunan “tolerantlıq” sözü etimoloji cəhətdən latın tolerantlıq dözümlülüklə eynilik təşkil etmir. 
Baxmayaraq ki, bu anlayışlar bir-birinə xeyli yaxındır, bununla belə onları sinonim hesab 
etmək ol- maz. Tolerantlıq ideyalarının mənbələrinə qədim zamanların mütəfəkkirlə- rinin 


işlərində rast gəlmək mümkündür. Sidhartha Qautama, Sokrat və digər mütəfəkkirlər 
tərəfindən irəli sürülən və fəlsəfi fikirlərin əsasında duran bir sıraideyalar buna bir daha 
sübutdur. Bəşəriyyət tarixində tolerantlıq haqqında məsələ ilk dəfə ənənəvi cəmiyyətdən 
vətəndaş cəmiyyətinə keçid zamanı irəli sürüldü. Ənənəvi cəmiyyətdə sosiomədəni fəaliyyət 
subyektlərinin qrup şəkilli tolerantlığı hakimiyyətin dini xarakteri, sosial ierar- xiyanın kobud 
şəkildə müəyyən edilməsi, sosial mobilliyin olmaması, kollektivlik prinsipinin üstünlük təşkil 
etməsi vasitəsilə təşkil edilmişdi. Çünki Qədim Yunan sivilizasiyası dövründə siyasətdəki 
çiçəklənmə zamanı vətəndaş cəmiyyətində tolerantlıq ideyaları daha inkişaf etmiş formada ilk 
dəfə özünü büruzə vermişdir, kulturogenezin göstərilən mərhələsində tolerantlıq da 
sosiomədəni reallıq kimi şüurlu formada özünü göstərə bilər. Məhz bu zaman hakimiyyətin 
desakralizasiyası ilə, sosial mobilliyin, rasionalizmin yaranması ilə, mədəni ssenarilərin azad 
vətəndaşların özləri tərəfin- dən həyata keçirilməsindəki müxtəliflik və dünyəviləşmə ilə 
əlaqədar olaraq mədəni icraçıların fərdiyyətlər kimi subyektliliyi geniş spektrda formalaşmağa, 
möhkəmlənməyə, qorunub saxlanmağa başlayır. Sosiomədəni fəaliyyətin yeni subyektlərinin 
meydana çıxması, cəmiyyətdə daxili təbəqələşmə dərəcəsinin artması və bu təbəqələrin 
statuslarının mükəmməl dərəcədə qəbul edilməsinə cəhd edilməsi sosial qarşılıqlı təsirlərin 
konfliktli formalarının aktuallaşmasına gətirib çıxarırki, bu da sosiumun strukturunu 
optimallaşdırır və tolerant münasibətlərin subyektlər dairəsini genişləndirirBeləliklə, müstəqil 
Yunanıstan yeni – aqonal mədəniyyət tipini yaradır ki, burada yarış, mübahisə, mübarizə 
yaxşıların içərisindən ən yaxşısını müəyyən edən universal kütləvi mədəni mərasimə çevrilir[6]. 
Yarışmaq və rəqabət aparmaq və buna müvafiq olaraq tənqidə açıq olmaq gələcəkdə istənilən 
tolerant cəmiyyətin ayrılmaz bir hissəsinə çevrilir. Afinanın mədəni çiçəklənməsindən tutmuş 
Spartanın son dərəcə hərbiləşdirilməsinə qədər Qədim Yunan siyasətində mövcud olmuş bu 
müxtəliflik inkişafın mədəni vektorlarındakı azad seçimdən xəbər verir. Lakin, artıq antik 
dünya, eləcə də antik mədəniyyət ümumilikdə tolerantlığın iki müxtəlif tarixi tipini nümayiş 
etdirir: tolerantlıq ya azadlıq fenomenindən qarşılıqlı şəkildə istifadə edil- məsinin üstünlük 
təşkil etməsi ilə, ya da plüralizm fenomeninin müxtəlif növlərinin üstünlüyə malik olması ilə 
müəyyən edilir 
Multikultrializm-
Multikulturalizm çoxm
ədəniyyətli cəmiyyətin təşkilinin elə bir mədəni və siyasi 
prinsipidir ki, burada müxt
əlif mədəniyyətlərə, dinlərə, irqlərə mənsub insanlar mədəni 
özün
əməxsusluqlarını qoruyub saxlaya və dinc yanaşı yaşaya bilərlər. Lakin XXI əsrin birinci 
onilliyinin sonunda Almaniya, Böyük Britaniya v
ə Fransa rəhbərləri multikulturalizm siyasətinin 
w
iflasa uğradığını bəyan etdilər. 2007-ci ildə İngiltərədə aparılmış sosioloji tədqiqat nəticəsində 
m
əlum olmuşdur ki, Britaniya müsəlmanlarının üçdə biri başqa ölkələrdən olan müsəlmanları 
soydaşları olan ingilislərdən özlərinə daha yaxın hiss edirlər. Britaniyanın Baş naziri Devid Kemeron 
“fəal liberalizm” adlandırdığı xüsusi liberal-vətəndaş konsepsiyasını təklif etmişdir. Bu 
konsepsiyada 
əsas fikir bundan ibarət idi ki, vətəndaş mədəniyyəti milli mədəniyyətlərin əvəzinə 
deyil, onlarla birlikd
ə inkişaf edir. Tədqiqatçıların fikrincə, “problemin həllinə mühafizəkar və liberal 
t
ənqidi yanaşma yarandı. “Mədəni imperializm”, “yeni irqçilik” adlanan birinci yanaşma 
multikulturalizm 
əvəzinə dominant icmalar üçün imtiyazların olduğu monokulturalizmi təklif edir. 
İkincisi yanaşma – liberal tənqid isə fərdin qeyd-şərtsiz hüququ kimi mədəni özünəməxsusluğunu 
qoruyub saxlamaq ideyasını irəli sürür”.
Fikrimizc
ə, insan hüquq və azadlıqlarının mütləq şəkildə bərqərar olunması mənfi tərəfə yönəldiyi 
zaman multikulturalizm böhranını klassik vətəndaş cəmiyyəti böhranının nəticəsi kimi qəbul etmək 
daha 
ədalətli olardı.
Hazırda mühacir qruplarının güzəşt və sanksiyaların identlikliyi sistemindən istifadə etməklə onları 
q
əbul edən cəmiyyətə inteqrasiyasının vacibliyindən tez-tez danışılır. İctimai və özəl sahələrdə 
“mədəniyyət sahələrinin bölünməsi” siyasəti də təklif olunur.


C
ənubi Qafqaz ölkələrində, xüsusən də Azərbaycanda vəziyyət Avropadakından əsaslı şəkildə 
f
ərqlidir. Azərbaycan tarixən sivilizasiya, mədəni, etnik və dini ənənələrin kəsişdiyi məkan olub. 
Ona gör
ə də bu torpaqlarda müxtəlif (hətta sivilizasiya mənasında) mədəniyyətlərin, dinlərin 
birg
əyaşayışı əsrlərdir davam edir.
M
əqalənin məqsədi multikulturalizm və dini müxtəlifliyin qarşılıqlı münasibətləri problemini, Qərbdə 
v
ə Azərbaycanda fəlsəfi aspektdən müqayisəli araşdırmaqdır.
Bir çox Avropa ölk
ələrində multikulturalizmin böhranının bir neçə səbəbi var. Birincisi, bu, liberal 
demokratiya, klassik tipli v
ətəndaş cəmiyyəti, insan hüquqları və şəxsiyyət azadlığının mütləq 
şəkildə bərqərar olunmasıdır. İkincisi, siyasətçilərin çoxmədəniyyətli cəmiyyətdə dinin (İslamın) 
xüsusi rolunu qiym
ətləndirməmələridir. Avropada mühacirlərin vahid cəmiyyətə inteqrasiyasına 
mane olan 
ən davamlı amil mentalitet və qədimliyinə görə dini adət-ənənələrdən xeyli üstün olan 
etnik m
ədəniyyətin elementləri deyil, məhz dindir. Yəqin ki, dinin gücü müxtəlif etnosların və 
mill
ətlərin nümayəndələrinin daha böyük sosiuma birləşməsində və çoxmədəniyyətli cəmiyyətin 
əsas hissəsinə qarşı durmasındadır”.
XX 
əsrin ikinci yarısı-XXI əsrin əvvəllərində Qərbin inkişaf etmiş ölkələrinə mühacirlərin intensiv 
axını baş vermişdir. Bu da əhalinin əhəmiyyətli dərəcədə etnik, mədəni və dini müxtəlifliyinə səbəb 
olmuşdur. Bütün mədəniyyətlərin tanınmasını təmin etmək məqsədilə aparılan multikulturalizm 
siyas
əti vahid cəmiyyətlərin yaradılmasına nail ola bilmədi. Multikulturalizm onu əsas götürürdü ki, 
f
ərd mədəniyyətlə formalaşır, lakin onun müəyyən tərəfləri – etnik, irqi, cinsi, milli, cinsi oriyentasiya, 
m
ədəniyyətinin sekulyar aspektləri ictimai məkanda əhəmiyyətli idi. Din və dil isə fərdi sahəyə aid 
idi. Yalnız sonralar multikulturalizm dini müxtəliflik məsələsinə müraciət etmişdir.
İNTERKULTRIALIZM

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin