Multikulturalizm



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix11.06.2023
ölçüsü0,49 Mb.
#128409
  1   2   3   4   5   6
Belge (26)



Multikultrializme giriş fənnindən imtahan suallarinin cavablari 
1)Multikultrializme giriş Fənnin predmeti obyekti və ehemiyyeti-
Elmi ədəbiyyata 
Multikulturalizm” termini təxminən XX əsrin 60-cı 70-ci illərində daxil olmuşdur. 
Multikulturalizm məfhumu iki mənada işlədilir: geniş  dar mənalarda. Geniş 
mənada işlədilən multikulturalizm məfhumu onun etimologiyasını əks etdirir. Məlum 
olduğu kimi, “multikulturalizm” məfhumu iki sözün birləşməsindən əmələ gəlmişdir- 
“multi” və “kultura” (latın dilindən tərcümədə çoxmədəniyyətlilik deməkdir). Buna 
görə də sözün geniş mənasında multikulturalizm termini onun etimologiyasından irəli 
gələrək çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi işlədilir. Çoxmədəniyyətlilik 
dedikdə isə ilk növbədə etnik, irqi, dini və mədəni müxtəlifliklər, eləcə də bu 
müxtəlifliklərin əsasını təşkil edən etnik, dini və mədəni dəyərlər nəzərdə tutulur. 
Müasir dövrdə dünya dövlətlərinin əksəriyyətində etnik, irqi, dini və mədəni 
müxtəlifliklər mövcuddur. Bu müxtəlifliklər tarixi prosesin inkişafının nəticəsi kimi 
obyektiv xarakter daşıyır. Müxtəlifliklər xalqların etnik-mədəni dəyərlərini, 
mədəniyyətlərini xarakterizə etməklə onların dünyagörüşü və fəaliyyətlərinin əsasını 
təşkil edir. Biz müxtəlif etnik, irqi, dini və mədəni qrupların nümayəndələrinin birgə 
yaşadıqları cəmiyyəti multikultural adlandırırıq. Buna görə də sözün geniş mənasında 
müasir dövrdə əksər dövlətlər multikulturaldır.
Sözün dar mənasında isə multikulturalizm məhfumu cəmiyyətdə mövcud olan etnik, 
irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret siyasəti - 
bu müxtəlifliklərin qorunmasını əks etdirir. 
İlk baxışda etnik, irqi, dini və mədəni müxtəlifliklərlə yanaşı çoxmədəniyyətlilik 
mənasında işlədilən multikulturalizm termininə kişi-qadın bərabərliyi, cinsi azlıqların 
hüquqları kimi məsələlər də daxildir. Lakin multikulturalizm məhfumu 
çoxmədəniyyətlilik məfhumunun sinonimi kimi ilk növbədə etnik, irqi, dini və mədəni 
müxtəliflikləri və bu müxtəlifliklərin əsasını təşkil edən etnik-mədəni dəyərləri ehtiva 
edir. Bununla əlaqədar Stenford Ensiklopediyasında qeyd olunur ki, multikulturalizm 
məfhumuna bütün məzlum qruplar – afro-amerikalılar, qadınlar, cinsi azlıqların 
nümayəndələri, şikəstlər və s. – aid edilsə də, multikulturalizmin tədqiqatçılarının 
əksəriyyəti adətən bu məfhuma etnik və dini azlıqları təşkil edən immiqrantları 
(mühacirləri) (məs., ABŞ-dakı Latın Amerikalıları, Qərbi Avropada müsəlmanları), milli 
azlıqları (məs. katalonları, baskları, uelsliləri, kvebekliləri) və yerli xalqları (məs., Şimali 
Amerikadakı yerli xalqları, Yeni Zellandiyadakı maoriləri) daxil edirlər. Yuxarıda qeyd 
etdiyimiz kimi, multikulturalizm termini iki mənada işlədilir: geniş və dar mənalarda. 
Sözün geniş mənasında multikulturalizm termini çoxmədəniyyətlilik məfhumunun 
sinonimi kimi işlədilirsə, sözün dar mənasında bu termin cəmiyyətdə mövcud olan 
etnik, irqi, dini və mədəni müxtəlifliklərə münasibətdə dövlətin apardığı konkret 


siyasəti xarakterizə edir. Bu siyasətin əsasında cəmiyyətdəki etnik, irqi, dini və mədəni 
müxtəlifliklərin qorunması durur.
Kanadalı tədqiqatçı Pol Dyumoçel (Paul Dumouchel) “Müqayisəli 

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin