Multikulturalizm



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix11.06.2023
ölçüsü0,49 Mb.
#128409
1   2   3   4   5   6
Belge (26)

Multikulturalizm” adlı məqaləsində multikulturalizm termininin ədəbiyyatda ən azı 3 
müxtəlif mənada işlədilməsini qeyd edir. Birinci mənada bu termin elə bir sosial-tarixi 
situasiyanı xarakterizə edir ki, orada bir neçə müxtəlif etnik-mədəni qrupun 
nümayəndələri birgə yaşayırlar. Onun fikrincə, bu mənada işlədilən multikulturalizm 
termini deskriptiv (təsviredici) xarakter daşıyır. Dyumoçelin bu mənada işlətdiyi 
multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz multikulturalizm termininin 
sözün geniş mənasında işlədilməsini xatırladır. Dyumoçelə görə, multikulturalizm 
termininin ikinci mənası cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə münasibətdə dövlət 
tərəfindən aparılan konkret siyasətlə bağlıdır. Multikulturalizm termininin ikinci 
mənası onun birinci mənasından irəli gəlir. Belə ki, cəmiyyətdəki multikultural 
situasiyanı idarə etmək məqsədi ilə dövlət bir neçə mümkün siyasət sırasında 
multikulturalizm siyasətinə də müraciət edir. Bu mənada işlədilən multikulturalizm 
termini dövlətin cəmiyyətdəki etnik-mədəni müxtəlifliyə reaksiyasını, daha konkret 
desək, bu müxtəlifliyin qorunmasını, eləcə də bəzi hallarda hətta inkişaf etdirilməsini 
nəzərdə tutan multikulturalizm siyasətini ehtiva edir. Dyumoçelin ikinci mənada 
işlətdiyi multikulturalizm termini bizim yuxarıda qeyd etdiyimiz multikulturalizm 
sözünün dar mənası ilə eynidi. 


Dyumoçelə görə, multikulturalizm termininin üçüncü mənası normativ xarakter 
daşıyaraq çoxmədəniyyətli cəmiyyətin ədalət baxımınından necə olmalı olduğunu 
göstərir. Dyumoçel multikulturalizm termininin bu anlamda multikulturalizm 
fenomeninin tanınmış tədqiqatçıları olan Çarlz Teylorun, Vil Kimlikanın və Ceyms 
Tallinin əsərlərində istifadə edilməsini göstərir. Bu müəlliflər hesab edirlər ki, etnik-
mədəni müxtəliflik olan cəmiyyətdə müxtəliflik qorunmalı və inkişaf etdirilməlidir. Bu, 
multikultural ədalətin normativ tələbidir.
Əslində Dyumoçelin təqdim etdiyi multikulturalizm termininin üçüncü mənası bu 
terminin ikinci mənasının konkretləşdirilməsidir. Bu səbəbdən onu multikulturalizm 
termininin ayrıca bir mənası kimi vermək düzgün deyil.
Beləliklə, siyasət modeli mənasında işlədilən multikulturalizm termini bu sosial 
hadisənin mühüm cəhətini xarakterizə edir- onu dövlət ideologiyasınin tərkib hissəsi

Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin