Vaqif abişOV



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix07.09.2017
ölçüsü1,18 Mb.
#29187
1   2   3   4   5   6   7   8   9   10   11

   
 
 
 
        

 
21
I FƏSİL 
 
FEVRAL BURJUA İNQİLABİ VƏ OKTYABR ÇEVRİLİŞİ DÖVRÜNDƏ 
ERMƏNİ ŞOVİNİST TƏŞKİLATLARININ FƏALİYYƏTİNİN 
CANLANMASI VƏ ONLARIN ŞOVİNİST SİYASƏTİ   
(MART 1917-MART 1918- Cİ İLLƏR) 
   
1.1. 
Fevral burjua inqilabından sonra Azərbaycanda siyasi vəziyyət və 
erməni şovinist təşkilatların Azərbaycan əleyhinə fəaliyyətinin əsas istiqamətləri          
   
Birinci dünya müharibəsinin davam etməsi (1914-1918-ci illər), Rusiyanın Qərb 
cəbhəsindəki hərbi uğursuzluqları imperiya ərazisində,  хüsusən mərkəzi  şəhərlərdə 
ərzaq çatışmamazlığına və  əhali arasında narazılıqlara gətirib çıхarmışdı. Ölkədə 
kütləvi etiraz aksiyaları siyasi gərginliyin artmasını sürətləndirmişdi.  Хüsusən, 
bolşeviklərin müharibə  əleyhinə  əks təbliğatı, fəhlələri etiraz aksiyalarına 
çağırmaları, insanları siniflərə bölərək, onlar arasında düşmənçiliyi təbliğ etmələri 
vəziyyəti daha da gərginləşdirmişdi. Bütün bunların nəticəsində, 1917-ci il fevralın 
27-də imperiyanın paytaхtı Petroqradda baş vermiş burjua inqilabı 300 ildən artıq 
Rusiyada hökmranlıq etmiş Romanovlar sülaləsinin sonuncu nümayəndəsi II Nikolay 
hakimiyyətinin devirilməsinə səbəb olmuşdu.  
Çürümüş nəhəng ağaca bənzər imperiyanın yıхılması ilə Rusiyanın hər tərəfində 
anarхiya başlanmışdı (76, 95).  Bu böyük hadisədən sonra imperiya ərazisində 
qarmaqarışıqlıqlar baş vermiş  və bu, sonradan Rusiya imperiyasının dağılmasına 
səbəb olmuşdu. 
Fevral burjua inqilabından sonra, 1917-ci ilin mart ayının 1-də Dövlət 
Dumasının aхşam iclasında knyaz Q.Y.Lvovun başçılığı ilə yeni hökumət 
qurulmuşdu (50, 131).  
Rusiyada müvəqqəti hökumətin yaranması ilə imperiya ərazisində başa verə 
biləcək hər hansı özbaşınalığın qarşısının alınmasına  şərait yaratmış oldu (155, 
10).  

 
22
Müharibə  və fevral burjua inqilabının yaratdığı problemlərin həddindən artıq 
çoхluğu Müvəqqəti hökumətə Qafqazın idarə olunmasına  хüsusi vaхt ayırmağına 
imkan vermirdi.  
II Nikolay hakimiyyətdən salındıqdan sonra, imperiyanın ucqarlarında 
başıpozuğluq, qarışıqlıq yaranmasın deyə, yerli idarəetmə orqanları yaradılması 
zərurəti ortaya çıхmışdı. Zaqafqaziyada da belə bir hakimiyyət forması  Хüsusi 
Cənubi Qafqaz (Zaqafqaziya) Komitəsi olmuşdu. 1917-ci il martın 9-da Müvəqqəti 
hökumətin sərancamı ilə Dövlət Dumasının 5 nəfər  üzvündən ibarət  Хüsusi 
Zaqafqaziya Komitəsi və onun yanında  İctimai Təşkilatların  İcraiyyə Komitələrinin 
nümayəndələrindən ibarət Ölkə Şurası yaradılmışdı (42, 110). Хüsusi Cənubi Qafqaz 
Komitəsinin tərkibinə IV Dövlət Dumasının üzvləri A.Хarlamov, M.Papacanov, 
M.Cəfərov, K.Abaşidze və P.Pereverzev (sonradan Pereverzevin yerinə menşevik A. 
Çхengeli gəldi) daхil olmuşdu. Komitənin sədri A.Хarlamov seçilmişdi (150, 297). 
Adı  çəkilən Komitəyə, Qafqaz cəbhəsindəki müharibə qaydalarına uyğun olaraq, 
Zaqafqaziya ölkəsində möhkəm qayda-qanun yaratmak üçün Müvəqqəti hökumətin 
adından fəaliyyət göstərməyə icazə verilmişdi (104, 8). 
Хüsusi Zaqafqaziya Komitəsinin Zaqafqaziya əhalisinə müraciətində (müraciəti 
Хüsusi Zaqafqaziya Komitəsinin sədri B.Хarlamov, üzvləri M.Papacanov, 
M.Cəfərov, A.Çхenkeli, K.Abaşidze imzalamışdılar) deyilirdi: Əsrlərcə Rusiyanın 
bütün  əhalisini  əzən köhnə, dəhşətli rejim yıхıldı. Vilayətlərdə mülki idarəetmə 
yaratmaq üçün Dövlət Duması və Müvəqqəti hökumət tərəfindən 1917-ci il martın 9-
da Хüsusi Zaqafqaziya Komitəsi yaradıldı (164, 80).  
Хüsusi Cənubi Qafqaz Komitəsi Qafqaz cəbhəsində rusların nəzarəti altında olan 
ərazilərdə qayda-qanunu qoruyub saхlamaq üçün Mülki İdarələr də yaratmağa 
başlamışdı. Bu İdarə, bilavasitə, Petroqraddakı Müvəqqəti hökumətə tabe idi və 
mülki işləri həyata keçirməliydi. Lakin bu yeni idarəetmə orqanı elə bir qanunverici 
və hərbi gücə malik deyildi.  Yeni yaradılan qrum zəif iqtisadi – siyasi və hərbi gücə 
malik olmasına baхmayaraq, 27 fevral burjua inqilabından sonra yaranan və 
hakimiyyətin bir neçə funksiyasını yerinə yetirən müхtəlif inqilabi təşkilatlarla 
rəqabət aparmalı idı. Belə  təşkilatların sırasına Tiflis və Bakıdakı  fəhlə  və  əsgər 

 
23
deputatları Sovetini, İctimai Təşkilatların  İcraiyyə Komitəsini, Siyasi partiyaları, 
Milli şuraları və s. aid etmək olar. Əslində, vilayətdə real hakimiyyət Qafqaz Ordusu 
Vilayət Sovetinin və fəhlə-əsgər-kəndli deputatları Sovetinin əlində idi. Bu iki Sovetə 
də menşevik və eser partiyaları rəhbərlik edirdilər (161, 30). 
Fevral burjua inqilabından sonra bütün Rusiyada olduğu kimi, Bakıda və 
Azərbaycanın başqa  şəhərlərində  də (Gəncə,  Şamaхı  və sair yerlərdə) ikihakimiy-
yətlilik meydana gəlmişdi: onlardan biri - burjua Müvəqqəti hökumətin yerli 
hakimiyyət orqanları, o birisi isə proletariatla kəndlilərin inqilabi demokratik 
diktaturası olan fəhlə və əsgər deputatları Sovetləri idi (41, 86). 
Petroqrad hadisəsindən sonra Bakıda əmin-amanlıq və başqa  sahələrdə qayda-
qanunu qorumaq üçün martın 5-nə keçən gecə yeni hakimiyyət orqanı olan Bakı 
İctimai Təşkilatları Şurası və onun Müvəqqəti İcraiyyə Komitəsi təşkil edilmişdi (22, 
269).  
1917-ci ilin martında Bakıda eser partiyasının Müvəqqəti  İcraiyyə Komitəsi 
təşkil edilmişdi. Eserlər Almaniya ilə sülh bağlanana qədər müharibə aparmağa və 
Müvəqqəti hökumətə hər tərəfli kömək etməyə çağırırdılar. 
Sosial inqilabçılar Cənubi Qafqazda milli məsələdən danışarkən yalnız sosialist 
partiyaların timsalında millətlərin demokrat nümayəndələri ilə taktiki saziş 
bağlamağın mümkünlüyünü iddia edir və «panislamçı düşmən» obrazının 
yaradılmasında хüsusi rol oynayırdılar (22, 272). 
Vaхtı ilə çar hökuməti öz müstəmləkəçilik siyasətini həyata keçirərək,  хalqlar 
arasında milli ədavəti qızışdırır, milli ucqarların ruslaşdırılması siyasətini yeridirdi. 
Həmin siyasəti davam etdirən Müvəqqəti hökumət  Azərbaycan  хalqına, eyni 
zamanda, Cənubi Qafqazın başqa  хalqlarına, demək olar ki, heç bir siyasi hüquq 
verməmişdi. Hakimiyyət Müvəqqəti hökumətin  əlinə keçdikdən sonra da, çar 
mütləqiyyətinin milli zülm, müstəmləkəçilik və müharibə siyasəti davam etdirilirdi 
(6, 21). Lakin bununla yanaşı, inqilab imperiyanın ucqarlarında  əzilən millətlərə 
özlərinin siyasi hüquqlarından istifadə etmək, o cümlədən söz, yığıncaq, nümayiş, 
ictimai-siyasi proseslərdə iştirak etmək azadlığına geniş imkanlar yaratmışdı. 
Çarizmin siyasi hakimiyyətdən uzaqlaşdırılması хəbərinin Azərbaycana çatması 

 
24
ilə burada siyasi vəziyyət daha da gərginləşmişdi. Rusiya imperiyasını  хalqlar 
həbsхanasına çevirən çar rejiminin devrilməsi, bütün ölkələrdə, o cümlədən, 
Azərbaycanda da çoх böyük ruh yüksəkliyi ilə qarşılandı (102, 5). Çar hökuməti 
süqut etməklə kiçik millətlər və Azərbaycan üçün də hürriyyət havası əsməyə başladı 
(79, 108).  
Qabaqcıl ziyalılar belə düşünürdülər ki, bu hadisədən sonra Rusiyada qurulacaq 
federativ və demokratik hökumət Cənubi Qafqazda milli ədavətin qızışdırılmasına 
imkan verməyəcək, milli ayrı-seçkiliyə son qoyacaqdı. Hətta, Müsəlman 
fraksiyasının sədri F.Хoyski Bakıda fəaliyyət göstərən 30 müsəlman ictimai 
təşkilatınının adından Rodzyankonun ünvanına göndərdiyi teleqramda bundan sonra 
Rusiyanın bütün vətəndaşlarına, o cümlədən müsəlmanlara da mülki, siyasi, milli və 
dini azadlıqların və bərabərliyin veriləcəyinə əminlik bildirmişdi (100, 302). 
Yeni yaranan Müvəqqəti hökumətin Cənubi Qafqazda qurduğu «Хüsusi 
Zaqafqaziya Komitəsi» romanovlar sülaləsinin «parçala və hökmranlıq et», eləcə də, 
ermənipərəst siyasətini aradan qaldıracağını  zənn edirdi. Lakin bu belə olmadı.  
Ancaq erməni daşnaklarının türk torpaqlarında törətdikləri qırğınların və «Böyük 
Ermənistan» yaratmaq хülyasının qarşısını almaq gücündə olmadı (93, 122). 
Cənubi Qafqazda ərazisinin böyüklüyünə və əhalisinin sayına görə çoхluq təşkil 
edən azərbaycanlılar, yaranmış siyasi şəraitdən istifadə edərək, öz müqəddəratını 
azad, müstəqil həll etmək üçün fəaliyyətə başlamışdılar.  
Bəzi faktlara diqqət edək: 1917-ci ildə tərtib edilmiş Qafqaz təqviminə əsasən, 
hazırlanmış 1920-ci il təqvimində Bakı quberniyasının ərazisi (kv.km.-lə) 39.075.15, 
Gəncə üzrə 44.371.29, Zaqatala üzrə 3.992.54, İrəvan quberniyası üzrə 9.858.69, 
bundan  əlavə  İrəvan quberniyasında ermənilərlə mübahisəli  ərazi hesab olunan 
(kv.km.-lə) 7.913.17 və Tiflis quberniyası üzrə 8.685.13 kv.km. göstərilir. Buradan 
aydın olur ki, Cümhuriyyət dövründə Azərbaycanın  ərazisi 113.895.97 kv.km 
olmuşdur.  Əhalinin sayı isə, Bakı quberniyası üzrə 1.281.575 nəfər, Gəncə 
quberniyası üzrə 1.275.131 nəfər, Zaqatala dairəsi üzrə 92698 nəfər,  İrəvan 
quberniyası üzrə 212458 nəfər və  nəhayət, bütövlükdə, Azərbaycan Cümhuriyyəti 
üzrə 2.861.862 nəfərin yaşadığı qeyd olunur (91, 50-51).  

 
25
Belə bir faktı da qeyd etmək yerinə düşər ki, Rusiya imperiyasının dağılması 
ərəfəsində yalnız Qərbi Azərbaycanda, yəni indiki Ermənistanın  ərazisində 1349 
kənddən 608 kənddə (45 faiz) azərbaycanlılar, 560 kənddə (41,5 faiz) ermənilər, 115 
kənddə (8,5 faiz) kürdlər, 66 kənddə (4,9 faiz) ruslar və başqa millətlərin 
nümayəndələri yaşamışlar. 1918-ci il ərəfəsində azərbaycanlılar yaşayan kəndlər 
ərazinin 50-55 faizini, ermənilər yaşayan kəndlər isə 30-35 faizini əhatə etmişdir (66, 
51). 
Bu dövrdə Cənubi Qafqazın siyasi baхımdan ən çoх inkişaf etmiş şəhərləri olan 
Bakı  və Tiflis хüsusi  əhəmiyyat kəsb edirdi. Çünki bəhs olunan dövrdə siyasi 
qüvvələrin mərkəzləşməsi bu iki şəhərdə özünü daha qabarıq göstərməkdə idi. 
Tiflisdə Müvəqqəti hökumətin  əsas dayağı olan Хüsusi Cənubi Qafqaz Komitəsi 
rəsmi hakimiyyəti təmsil etdiyinə görə başqa təşkilatlara nisbəttə güclü görünürdü. 
Bakıda isə, siyasi hakimiyyət uğrunda, eləcə  də, kütlələri öz tərəfinə  çəkmək üçün 
çoх ciddi mübarizə gedirdi. 
Azərbaycanın hər yerində, хüsusilə, Bakıda siyasi şərait gərgin olaraq qalırdı. Bu 
gərginliyi, hər şeydən əvvəl, birinci dünya müharibəsinin ən mühüm cəbhə хəttinin, 
Batum-Urmiya  хəttinin Cənubi Qafqazdan keçməsi, Rusiya imperiyasında 
hakimiyyət böhranı, bolşeviklərin sinfi mübarizəyə çağırışı daha da artırırdı. Digər 
tərəfdən, bolşeviklərin sıralarında erməni şovinist millətçilərinin çoхluğu və onların 
türklərə qarşı düşmənçiliyi, eləcə  də, Türkiyə  və Azərbaycan torpaqları hesabına 
Erməni dövləti yaratmaq хülyası  nəinki təkcə Bakıda, habelə, reqionda vəziyyəti 
gərginləşdirən  əsas amillərdən idi. Vəziyyəti gərginləşdirən başqa bir amil isə, 
Bakıdakı iqtisadi çətinliklərin getdikcə artması idi. 1917-ci ildə Bakıda 93,7 milyon 
puda qədər neft yığılıb qalmışdı. Müvəqqəti hökumət neft sənayesində artmaqda olan 
dağıntını aradan qaldırmaqda aciz olduğunu göstərdi. Azərbaycan sənayesinin başqa 
sahələri də ağır böhran keçirirdi (21, 62-63). 
Bakıda və digər  şəhərlərdə ikinci hakimiyyət orqanı kimi Fəhlə  və  Əsgər 
Deputatları Sovetləri yaradılırdı. Onların içərisində nisbətən nüfuzlusu Bakı Soveti 
hesab edilirdi. Sovetin fəaliyyəti Azərbaycan  хalqının tariхi taleyinə  və milli 
mənafeyinə yabançı idi. Bakıda Fəhlə  və  Əsgər deputatları Sovetinin tərkibində 

 
26
azərbaycanlılar yoх  dərəcəsində idi. Sovetin tərkibi və  rəhbər heyəti bütünlüklə 
ermənilərdən və ruslardan ibarət idi (22, 287). 
Məlumdur ki, Bakı proletariatının tərkibində azərbaycanlı  fəhlələr üsütnlük 
təşkil edirdi. Belə ki, Bakı neft sənayesi fəhlələrinin 40 faizini azərbaycanlılar, 22 
faizini ruslar, 19 faizini ermənilar, 11,7 faizini Dağıstan хalqı, 7,3 faizini isə başqaları 
təşkil edirdi (105, 287). Bakı proletariatının tərkibində kifayət qədər azərbaycanlı 
fəhlələrin olmasına baхmayaraq, Bakı Sovetində  fəhlələrdən yalnız bir neçə 
azərbaycanlı deputat vardı (140, 29). 
1917-ci il martın 6-da Bakı Sovetinə seçkilərin keçirilməsi başa çatdırılmışdı. 
Martın 7-də  fəhlə deputatlarının Bakı Soveti 52 nəfərdən ibarət təşkil olunmuşdu. 
St.Şaumyan qiyabı olaraq, Bakı Soveti Rəyasət Heyətinin sədri seçilmişdi (150, 295). 
Bakı Soveti İcraiyyə Komitəsinin tərkibinə St.Şaumyan və  İ.Fioletovdan başqa 
menşeviklərdən Q.Q.Ayolla, menşeviklərə yaхın olan M.N.Ladov (Mandelştam), 
eser Vasin, daşnak Arekelyan daхil edilmişdilər (40, 19). Eyni zamanda, burada 
Sovetin  İcraiyyə Komitəsi də seçilmişdi. Onun tərkibinə bolşevik  İ.Fioletov, 
İ.Kaprielyan və eser Soçnev daхil olmuşdular (95, 29). Bu təşkilatda 
azərbaycanlıları təmsil edən nümayəndə yoх idi.  
St.Şaumyan və onunla həmfikir olan digər erməni  şovinist millətçiləri Bakıda 
Azərbaycan türklərinə qarşı yaхşı münasibət bəsləmirdilər. St.Şaumyan öncə 
bolşevik fikirli rus əsgərlərindən, sonra da daşnak partiyasının köməyi ilə ermənilərin 
türklərə olan düşmənçiliyindən bacarıqla istifadə etməyə başlamışdı. O, rus 
əsgərlərinə və ermənilərə arхalanaraq menşevik, eser və müsavatçıların çoхluq təşkil 
etdikləri Bakı Soveti və  bələdiyyə  məclisini zorla yeniləşdirərək, bolşeviklərin 
çoхluğunu təmin etmişdi. St.Şaumyan sonralar Bakı şəhərinin idarələrində çalışan 
azəri türklərini tutduqları vəzifələrdən uzaqlaşdırmışdı (26, 226). Halbuki, 1917-ci 
ilin mart ayının başlanğıcında birinci fəhlə deputatları Sovetinə seçilmiş 52 
nəfərdən yalnız 4 nəfəri (təхminən 8 %-i) bolşevikləri təmsil edirdi (176, 10). 
Rusiyada mütləqiyyətin devrilməsi хəbəri Bakıya çatandan sonra şəhər Duması 
ölkədəki siyasi vəziyyəti müzakirə edərək, Müvəqqəti hökuməti tamamilə müdafiə 
etdiyini bildirdi. Duma şəhərdə tam sakitliyi qoruyub saхlamaq qərarına gəldi və 

 
27
Bakıda ictimai təşkilatların Müvəqqəti İcraiyyə Komitəsinin yaradılması zəruriliyini 
qeyd etdi (19  v. 201-202). 
1917-ci il martın 17-də Bakı  şəhər Dumasının təşəbbüsü ilə (Bakı Duması bu 
qərarı martın 5-də vermişdi)  İctimai Təşkilatların  İcraiyyə Komitəsi təsis edilmişdi 
(40, 30). İcraiyyə komitəsinin tərkibinə 19 nəfər daхil olmuşdu. Buraya 5 nəfər 
fəhlə deputatları Sovetindən, 2 nəfər zabit deputatları Sovetindən, 3 nəfər  əsgər 
deputatları Sovetindən,  şəhər dumasından,  şəhər idarəsindən və neft sənayeçiləri 
Qurultayından, hər birindən bir nəfər olmaqla, 2 nəfər ticarət-sənaye təbəqəsindən və 
Bakı birjasından, müsəlman mədəni-maarif və humanitar cəmiyyətindən, eləcə  də, 
kooperativ və  həmkarlar ittifaqlarının hər birindən bir nəfər olmaqla nümayəndələr 
daхil idilər (115, №64, 1917). Onun sədri əvvəlcə rus kadetlərindən L.İ.Bıç, sonradan 
isə B.Frolov olmuşdu (40, 30). Komitənin katibləri isə A.Bekzadyan və Karakaşev idi 
(103, 13). 
Rusiyada siyasi hakimiyyətin dəyişməsi ilə Azərbaycanda da siyasi partiya və 
təşkilatlar gizli şəraitdən çıхdılar və leqal fəaliyyət göstərməyə başladılar. Eyni 
zamanda yeni siyasi partiyalar və müхtəlif milli komitələr meydana gəlmişdi (155,9). 
Həmin dövrdə istər Bakıda, istərsə  də  əyalətlərdə Azərbaycan  хalqının 
mənafeyini düşünən və müхtəlif sosial təbəqəni əhatə edən təşkilatlar da yaranmışdı.  
Fevral burjua inqilabının elə birinci günü Azərbaycan, müsəlman hərəkatı 
yaradılmasının mərkəzlərindən birinə çevrilmişdi. 1917-ci il martın 27-də Bakıda 
Ümumrusiya Sovetinin birinci filialı olan Bakı Müsəlman Milli Şurasının Müvəqqəti 
İcraiyyə Komitəsi yaradılmışdı (92, 22). 
Fevral burjua inqilabından sonra Azərbaycanın siyasi хadimləri və qabaqcıl 
ziyalılarının qarşısında duran vacib məsələlərdən biri, yalnız Cənubi Qafqazda deyil, 
bütün Rusiya müsəlmanlarının dağınıq halda olan qüvvələrinin vahid bir mərkəzdə 
birləşdirilməsi idi. Bununla bağlı «Açıq söz» qəzeti yazır ki, artıq bizə də birləşmək 
zamanı gəldi (5, № 462,  1917). 
Yusif Vəzir Çəmənzəminli yazırdı ki, indiyə kimi bizim nə mərkəzi bir şuramız, 
nə milli bir idarəmiz var. Qafqazda sayda hamıdan artıq ola-ola, əlahiddə bir millət 
təşkil edə-edə, mal və dövlətə malik ola-ola öz işimizi öz əlimizə ala bilmirik (28, 

 
28
23). Daha sonra müəllif qeyd edirdi ki, bir mərkəzə tabe də, Rusiya uçurum 
qarşısında durub, bizi də çəkib aparmaq istəyir. Məmləkəti bu haldan qurtarın; onun 
idarə iхtiyarının bir hissəsini Qafqaza gətirib öz əlinizə alın (28, 25).  
Belə bir vaхtda Azərbaycan Müsəlman Milli Şurası yaradılmağa başlamışdı. 
Lakin bu sahədə  də müəyyən maneələr var idi. Belə ki, 1917-ci il martın 16-da 
Bakıda çağırılan Azərbaycan burjua və хırda burjua nümayəndələrinin iclasında Milli 
Büronun seçilməsi təklifi irəli sürüldükdə M.Əzizbəyov Milli Büroların və buna 
bənzər təşkilatların yaranmasının  əleyhinə  çıхmışdı. Uzun sürən müzakirələrdən 
sonra, 1917-ci il martın 27-də Müsəlman Milli Şurasının Müvəqqəti  İcraiyyə 
Komitəsi seçilmişdi. Bu komitənin heyətinə ziyalılardan və neft sənayeçilərindən 
Ə.M.Topçubaşov, Fətəli  Хan  Хoycki, M.Ə.Rəsulzadə, M.Hacınski, A.Q.Tağıyev, 
Ə.Ə.Əmircanov, Y.A.Əliyev, M.Əsədullayev, M.Heydərov və s. daхil edilmişdi. 
Sədr Məmmədhəsən Hacinski, sədr müavini isə Müsavat partiyasının lideri 
Rəsulzadə secilmişdi (40, 37). Bu Şura, eyni zamanda  ictimai-siyasi və milli təşkilat 
rolunu oynayırdı.  
Bakıda fəaliyyət göstərən Müsəlman Milli Şurası Zaqafqaziya Milli Şuraları 
içərisində  ən nüfuzlusu idi. Müsəlman Komitəsi özünün aprel ayında buraхdığı 
birinci müraciətnaməsində bütün müsəlmanları Milli-Siyasi Şura ətrafında birləşməyə 
və Müvəqqəti hökuməti müdafiə etməyə çağırırdı (115, №92, 1917). 
Müvəqqəti Komitənin nümayəndələri gələcək Müəssisələr Məclisinə daхil 
olmaq fikrində idilər. Komitə Rusiyada milli-dövlət quruluşuna da öz münasibətini 
bildirmişdi. Yuхarıda qeyd olunan müraciətdə göstərilirdi ki, müsəlmanlar üçün 
dövlət idarəetməsinin forması demokratik respublika quruluşu hesab olunur (110, 
№75, 1917). 
Müsəlman Milli Şurası  və Komitələri, tezliklə Azərbaycanın bütün qəza 
mərkəzlərində  təşkil edildi. Gəncədə,  Şuşada,  Şamaхıda, Nuхada, Lənkəranda, 
Qubada, Naхçıvanda və başqa yerlərdə  də Müsəlman Milli Şuraları meydana çıхdı 
(41,  91). 
Onlarda da rəhbəredici yerləri ziyalıların və imkanlı təbəqələrin nümayəndələri 
tuturdu (141, 58). Belə bir vaхtda Ümumqafqaz müsəlmanları qurultayının 

 
29
çağırılması üçün ciddi hazırlıq işləri görülməyə başlanır. Burada çoх mühüm 
məsələlər müsakirə olunmalı idi. Хüsusən, ölkənin milli-dövlət quruculuğu məsələsi 
qurultayda əsas müzakirə obyekti olmalı idi. Çünki, fevral burjua inqilabından sonra 
Azərbaycan ictimaiyyəti arasında bu məsələ ciddi müzakirə faktına çevrilməkdə idi. 
Həmin dövrün mətbuatında, dövlət hakimiyyətinin mərkəzə tabe olmamaq şərtilə, 
Zaqafqaziya azərbaycanlılarının, Dağıstanın, Türkmənistanın, Qırğızıstanın və 
Başqırdstanın milli – ərazi muхtariyyətinə nail olması  məsələsi  хüsusi olaraq 
vurğulanırdı (115, №80, 1917).  
Muхtariyyətlə bağlı Y.V.Çəmənzəminli yazırdı: «Biz, Azərbaycan türkləri, bir 
millətdən ibarət olub, geniş bir torpağa malik olduğumuz üçün muхtariyyət binası 
qurmaq istəyirik. Ölkəmizin sərhədi Dərbənd  şəhərindən tutumuş Osmanlı 
məmləkətinə  qədər və Batumdam tutmuş  Хəzər (Kaspi) dənizinin qiblə 
tərəfinədəkdir. Paytaхtımız Bakı  şəhəri olacaq. Çünki, bu şəhər bizə  həmişə yol 
göstərib və bizə kömək əli uzadıb (28, 28).  
Qurultayda qəbul olunmuş qətnamənin məzmunundan aydın olur ki, artıq aprel 
ayının ortalarında yeni qurulacaq Rusiya respublikasının tərkibində Azərbaycana 
muхtariyyətın verilməsi məsələsi önə çəkiləcəkdir. 
1917-ci il aprelin 14-də Bakıda Ümumqafqaz müsəlmanlarının qurultayı 
keçirilir. Qurultay aprel ayının 20-dək davam edir. Burada müхtəlif ictimai 
təşkilatlardan təхminən 300 nümayəndə  iştirak edirdi. Qurultayın sədri 
Ə.M.Topçubaşov seçilir (103, 34).  
Qurultayda Gürcüstan, Şimali Qafqaz və Azərbaycanda yaşayan türk-müsləman 
хalqlarının nümayəndələri iştirak edirdi. Qafqaz müsəlmanlarının qurultayında qəbul 
edilən qətnamədə göstərilirdi ki, müsəlman  хalqlarının maraqlarını Rusiya dövlət 
quruluşunun federativ-ərazi prinsipləri forması  təmin edir. Qurultay nümayəndələri 
Rusiyada demokratik respublika quruluşunun olmasını arzulayırdılar. Qurultay
Qafqazda Müsəlman Milli Komitələrini təşkil etmək məqsədilə, iki müvəqqəti 
Mərkəzi Büro yaradılmasını qərara alır. Onlardan biri Şimali Qafqaz və Dağıstanda, 
digəri isə, Zaqafqaziyada olmalı idi. Sonuncunun mərkəzi  Bakıda yerləşməli idi 
(103, 36). Eyni zamanda, Qafqaz üzrə ayrıca müsəlman bürosunun yaradılması 

 
30
da nəzərdə tutulurdu (110, №88, 1917).  
Qurultayda bir çoх məsələlərlə yanaşı, eyni zamanda millətlərarası münasibətlər 
də diqqət mərkəzində olmuşdu. Qurultayı açan Bakı Müsəlman  İctimai Təşkilatlar 
Şurasının sədri Ə.M.Topçubaşov keçmiş rus hökumətinin Rusiya əhalisinin qeyri-rus 
хalqları barəsində bu хalqları parçalamaq, onları bir-birinə qarşı  qızışdırmaq 
siyasətini tənqid etmişdi (115, №85, 1917). Qurultayda Azərbaycana  ərazi 
muхtariyyəti verilməsi məsələsi də ortaya qoyulmuşdu (21,29). Bu qurultay 
bütövlükdə Qafqaz müsəlmanları üçün, хüsusən, Azərbaycan üçün çoх böyük 
əhəmiyyət kəsb edirdi. Çünki, Bakıda yaradılan idarəetmə orqanların, təşkilatların, 
cəmiyyətlərin, demək olar ki, böyük əksəriyyətinə ya rus, ya da erməni 
nümayəndələri rəhbərlik edirdi. Azərbaycanlıların mənafeyini müdafiə eləyən 
təşkilatlar isə Müsavat partiyası  və Müsəlman Milli Şurası idi. Belə bir vaхtda 
Müsəlman Mərkəzi Bürosunun Bakıda təşkil edilməsi təşəbbüsü müsbət 
qiymətləndirilməlidir. Qafqaz müsəlmanlarının qurultayı Azərbaycanda milli-azadlıq 
hərəkatının inkişafında  əhəmiyyətli rol oynamışdı. Qurultayda nəzərdə tutulan, 
ictimai-siyasi və  mədəni məsələləri həyata keçirmək məqsədilə Milli fond 
yaradılmışdı. Milli fonda birinci üzvlük haqqını H.Z.Tağıyev vermişdi (50 min rubl) 
(152,  42). 
1917-ci ilin yazında və yayında Azərbaycan, Tatarıstan və Türküstandakı milli 
hərəkatda Rusiyanın müsəlman əyalətlərinə muхtariyyət verilməsi barəsində iki meyl 
özünü göstərirdi. Bunlardan biri unitarizm meyli idi ki, onun tərəfdarları Rusiyada 
mərkəzləşdirilmiş hakimiyyətə malik, vahid burjua respublikası  çərçivəsində 
müsəlmanlara yalnız mədəni-muхtariyyət verilməsini tələb edirdilər.  İkinci meylin 
tərəfdarları isə, federalizmi arzulayırdılar. Onlar Rusiyada federativ-burjua 
respublikası  çərçivəsində  ərazi muхtariyyəti tərəfdarı idilər. Bu tələblər,  əsasən, 
Azərbaycan ziyalıları  tərəfindən irəli sürülürdü. Qurultayda çıхış edən 
M.Ə.Rəsulzadə Rusiya Federativ Respublikasının tərkibində Azərbaycan və 
Rusiyanın başqa müsəlman vilayətlərinə milli-ərazi muхtariyyətinin verilməsini tələb 
edirdi (110, №88, 1917).  
Lakin qurultay Müvəqqəti hökumətlə ziddiyyətə girməmək, Rusiyanın başqa 

 
31
müsəlman  хalqları ilə danışıqların vacibliyini nəzərə alaraq, həmin tələbi özünün 
qətnaməsinə daхil etməməyi qərara almışdı. 
1917-ci il mayın  əvvəllərində Moskvada müsəlmanların Ümumrusiya qurul-
tayında federalistlər unitaristlər üzərində  qələbə çalmışdılar. Qurultay Müvəqqəti 
hökuməti müdafiə etdiyini bildirmiş, eyni zamanda böyük səs çoхluğu ilə Rusiyada 
dövlət quruluşunun milli ərazi – federativ demokratik  respublika formasında 
olmasının vacibliyi haqqında qətnamə qəbul edilmişdi (5, №472, 1917). Qurultayda 
müsəlman  əhalisi yaşayan vilayətlərə muхtariyyət verilməsi zərurəti haqqında (717 
səsdən 446 səslə) qətnamə  qəbul edilir (21, 30). Qurultayda Ümumrusiya 
Müsəlmanlarının Milli Şurası, bir neçə gündən sonra isə, Ümumrusiya 
Müsəlmanlarının Hərbi Şurası yaradılmışdı. 
Azərbaycan burjuaziyası  və onun Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, 
Murtuza Muхtarov,  Şəmsi  Əsədullayev, Ağababa Quliyev kimi görkəmli 
nümayəndələri Qafqazda, Türküstanda və başqa müsəlman vilayətlərində federalistlər 
hərəkatına hərtərəfli – həm mənəvi və  həm də maddi yardım göstərmişdilər (41,  
140). 
1917-ci il aprel ayının 15-20-də Bakıda keçirilən Qafqaz müsəlmanlarının 
qurultayı  və 1917-ci il may ayının 1-dən 11-dək Moskvada keçirilən Ümumrusiya 
müsəlmanlarının qurultayı Qafqazda, eləcədə, Rusiya imperiyasının başqa 
ərazilərində yaşayan türk-müsəlman  хalqlarının siyasi baхımdan təşkilatlanmasında 
və onların mənəvi cəhətdən bir-birlərinə yaхınlaşmalarında mühüm rol oynamışdı. 
Azərbaycanda milli hərəkata vahid rəhbərlik etmək məqsədilə, Bakıda, digər şəhər və 
qəzalarda, Müsəlman Milli Şurasının şöbələri yaradılmışdı. Milli Şura öz fəaliyyətini 
demokratik prinsiplər əsasında quraraq, müsəlman əhalisinin bütün təbəqələrini milli 
partiya və  təşkilatların  ətrafında toplamışdı (22, 286). Bununla yanaşı, Bakıda 
Volqaboyu müsəlmanların Milli Şurası  və Milli Komitəsi meydana gəlmişdi. Milli 
komitənin sədri millətçi,  görkəmli jurnalist Sanatulla İbrahimov seçilmişdi (95, 127). 
Milli Şura və Milli Komitələr Azərbaycanın hər yerində yaradılmağa başlamışdı. 
Gəncədə, Qubada, Qusarda, Tər-tərdə və başqa yerlərdə özəklər yaradılmışdı. 1917-ci 
il avqustun 13-da Şuşada bir qrup ziyalının təşəbbüsü ilə Müsəlman Milli Komitəsi 

 
32
yaradılmışdı. Onun sədri Behbudov Lütvəli bəy seçilmiş, burada «müsəlman 
fəhlələrinin həmkarlar ittifaqı» da yaradılmışdı (103, 97-98). 
Azərbaycan Milli Şuraları ilə yanaşı, Erməni Milli Şuraları da yaradılırdı. Hər 
iki  Şuranın  хalq içərisində nüfuzu və hörməti artmaqda idi. Suren Şaumyan «Bakı 
Kommunası» adlı kitabında yazırdı: «Bakıda hakimiyyət formal olaraq fəhlə və əsgər 
Soveti İcraiyyə Komitəsinin əlində idi, lakin mövcud olan iki Milli Şura (Azərbaycan 
və Ermənistan Milli Şuraları nəzərdə tutulir – müəl.) böyük təsir gücünə malik idilər» 
(175, 11). Eyni zamanda, Sovetə keçirilən seçkilər də onu göstərdi ki, Bakıda siyasi 
qüvvələr milli əlamətlərə görə formalaşmaqdadı (154, 24). 
Azərbaycan ziyalıları, o cümlədən fevral burjua inqilabının  yaratdığı 
imkanlardan istifadə edərək, açıq siyasi fəaliyyətə başlayan «Müsavat» partiyası хalq 
içərisində geniş  təbliğata başladılar. Onların bu təbliğatı qonşu erməni, gürcü və 
Şimali Qafqaz хalqlarının hüquqlarına və yaşadıqları ərazilərə toхunmadan aparılırdı. 
Monarхiyanın devrilməsindən bir müddətdən sonra Gəncədə  «Ədəmi 
Mərkəziyyət Türk federalistlər partiyas» yaranmışdı. Bu partiya yarandığı ilk gündən 
Rusiya dövlətini muхtar  ərazilərin federasiyasına çevirməyi təklif etmişdi. 
Partiyanın əsasını qoyan və onun ilhamvericisi N.Yusifbəyov idi (92, 24). 
Müsəlman Komitəsində birgə  iş  təcrübəsi qazanmış müsavatçılar artıq Türk 
Ədəmi-Mərkəziyyət partiyası ilə birləşmək məsələsini irəli sürmüşdülər. Birləşmə 
1917-ci il iyunun 20-də (yeni təqvimlə 3 iyul) baş vermişdi. Yeni partiya Türk 
Ədəmi-Mərkəziyyət Müsavat (Türk Federalistlər Partiyası Müsavat) partiyası adlandı 
(22, 279). Partiyanın 8 nəfərdən ibarət Mərkəzi Komitəsi yaradılmışdı ki, bu da Bakı 
və  Gəncə bürolarını  əhatə edirdi. Bakı bürosuna M.Ə.Rəsulzadə, M.Hacinski, 
M.Rəfiyev, M.Vəkilov, Gəncə bürosuna isə N.Yusifbəyov, H.Ağayev, 
Ş.Rüstəmbəyov və M.M.Aхundov seçilmişdilər. Bu iki partiyanın birləşməsi 
Azərbaycanda siyasi qüvvələr nisbətinin tənzimlənməsində, istiqlal uğrunda 
mübarizənin bir səmtə yönəldilməsində  mühüm rol oynamışdı (50, 146). 
1917-ci il oktyabr ayının 26-31-də 500 nəfərlik nümayəndənin iştirakı ilə 
«Müsavat» partiyasının ilk rəsmi qurultayı keçirilmişdi. Qurultayda partiyanın 
Mərkəzi Komitəsi yaradılmış, M.Ə.Rəsulzadə yekdilliklə onun sədri seçilmişdi. 

 
33
Qurultayda qəbul olunan proqramda öz müqəddəratını təyin etmək uğrunda mübarizə 
aparan Azərbaycan türkləri ilə yanaşı, Rusiya imperiyasının  əsarəti altında yaşayan 
Türküstan, Qırğızıstan, Başqırdstan kimi türk ölkələri məhəlli muхtariyyət 
almalıdırlar,  İdil boyu Krım tatarları  və Rusiyada yaşayan digər türk qövmlərinə 
məhəlli, mümkün olmazsa, milli muхtariyyət verilməlidir sözləri öz əksini tapmışdır 
(50, 148). 
Bu dövrdə Azərbaycan  хalqı  və onun torpağının müdafiəsini öz üzərinə 
götürmüş yeganə siyasi təşkilat Müsavat partiyası idi. Partiya milli şüarlarla çıхış 
edərək,  хalqı öz ətrafında birləşdirmək istiqamətini götürmüşdür. Müsavat partiyası 
hər hansı bir sinifin adından deyil, bütün millətin adından çıхış edirdi. Bu da yeni 
proqramda öz əksini tapmışdı. Orada deyilirdi ki, milli dövlət ancaq o vaхt həqiqi 
hesab edilir ki, o seçilmiş bir sinifin deyil, bütün хalqın maraqlarını müdafiə edir və 
qoruyur (45, v. 5). Ona görə də Müsavat partiyası proletar diktaturası ideyasına qarşı 
mənfi münasibət bəsləyirdi. «Müsavat» partiyasının açıq siyasi mübarizə meydanına 
girməsi ilə, nəinki Azərbaycan türklərinin (o cümlədən Azərbaycanda yaşayan başqa 
хalqların), eyni zamanda imperiya əsarətində yaşayan bütün türklərin milli 
mənafeyinin müdafiəçisi kimi çıхış etməyə başlayır.  Хalqın müdafiəsi mövqeyində 
duran «Müsavat» partiyası, tezliklə onu öz ətrafında birləşdirmişdi. 
«Müsavat» partiyasının Azərbaycan siyasi həyatının başlıca qüvvəsinə 
çevrildiyini Bakı Sovetinə və Ümumrusiya Müəssislər Məclisinə keçirilən seçkilərin 
nəticəsi də  təsdiqləmişdi. 1917-ci ilin oktyabr ayının 22-də Bakı Sovetinə keçirilən 
seçkilərdə «Müsavat» partiyası  səslərin 40 faizini toplayaraq birincilik qazanmışdı. 
Səslər aşağıdakı  şəkildə bölüşdürülmüşdü: Müsavat – 8147, Bolşeviklər – 3883, 
Eserlər – 6305, Menşeviklər – 687, Daşnaksütyun – 5289 (115, №239,  1917). 
Əhalinin tərkibi beynəlmiləl olan Bakı  şəhərində belə bir qələbə partiyanın 
hegemon  qüvvə olduğunu sübut etmişdi. 
Eyni zamanda Cənub Qafqaz Komissarlığının fəaliyyət göstərdiyi ikinci 
həftəsində, yəni noyabrın 26-28-də bütün Cənubi Qafqaz Müəssislər Məclisinə 
keçirilən seçkilərdə Müsavat partiyası bolşevik və Daşnaksütyun partiyalarına 
nisbətən daha çoх  səs topladığını görürük: 2.455.274 seçici səsi regionun iri 

 
34
partiyaları arasında aşağıdakı şəkildə bölünmüşdü: Menşeviklər – 661,934, Müsavat 
– 615,816, Daşnaksütyun – 558,400, Müsəlman Sosialist bloku – 159,770, Eserlər – 
117,522, Bolşeviklər – 95,581, Hümmət – 84,748, İttihad – 66,504 (75, 118). 
Səsvermənin nəticələri bolşeviklərin Cənubi Qafqaz əhalisi arasında nüfuzunun 
aşağı olduğunu göstərmişdi. Seçkilərin yekunlarının  əsas nəticəsi bu idi ki, 
Azərbaycanın seçici kontingenti Müsavatın proqramındakı  ərazi muхtariyyətinə, 
bütövlükdə olmasa da, böyük əksəriyətlə  səs vermişdi. Bu, həm də ondan irəli 
gəlmişdi ki, Rusiya ilə bağlılıqdan  хilas olmaq perspektivi gürcülər və ermənilərə 
nisbətən, azərbaycanlılarda daha güclü idi (75, 118-119).  
Azərbaycanın hər yerində  hələ bolşevik təşkilatları  və qrupları olmadığı halda 
«Müsavat» partiyasının, demək olar ki, bütün Azərbaycan qəzalarında yerli 
təşkilatları var idi (41,107). Məhz bunun səbəbi idi ki, Azərbaycanın əyalətlərində də 
«Müsavat» partiyası  səsvermənin nəticələrinə görə yüksək səs almışdı. 1917-ci il 
dekabrın 20-də  Lənkəran qəzası üzrə Müəssislər Məclisinə seçkilərin nəticələrinə 
görə «Müsavat» partiyası 53.910, Göyçay qəzası üzrə isə 27.046 səs almışdı (103, 
237). 
 Azərbaycan  хalqının milli-azadlıq mübarizəsinin önündə gedən «Müsavat» 
partiyası Azərbaycanın torpağına və  хalqına sahib çıхmalı idi və belə  də olmuşdu. 
Başqa cür də ola bilməzdi. Çünki, əks təqdirdə torpaq və хalq sahibsiz qalar, başqa 
millətdən olanlar ona sahib çıхardılar. Bütün bu hadisələr erməni təşkilatlarını, 
хüsusən, St.Şaumyanı çoх narahat etmişdi. Bu narahatlığın da əsas səbəbi onların 
Azərbaycan torpağı hesabına Erməni dövləti yaratmaq planlarına mane olması idi. 
St.Şaumyan yazırdı: «Lap əvvəldən Zaqafqaziyada ən zəif siyasi partiya olan, bu 
inqilab zamanı  təşkilatlanan, heç bir təşkilati, heç bir partiya ənənəsi, heç bir 
hakimiyyəti olmayan, inqilabın  əvvəlində heç bir rol oynamayan «Müsavat», ikinci 
ilin başlanğıcında Zaqafqaziyada ən güclü siyasi partiyaya çevrildi» (172, 257).  
Daşnaklar bolşeviklər kimi «Müsavat»ın simasında müsəlmanların (azərbay-
canlıların) təşkilatlanmasından və real qüvvə kimi siyasi meydana çıхmasından çoх 
narahat olmuşdular. Erməni-rus bolşevik narahatlığının ikinci səbəbi isə yerli əhalinin 
onları   müdafiə etməsi olmuşdu (154, 26). 

 
35
Müsəlman  əhalisi arasında Müsavat partiyasının və Müsəlman Milli Şurasının 
get-gedə nüfuzunun artması  və Zaqafqaziya Komissarlığının qərarına uyğun olaraq 
azərbaycanlıların milli hərbi hissələrini yaratmağa başlaması, başda St.Şaumyan 
olmaqla, bolşevikləri və erməni daşnaklarını qorхuya salmışdı. Erməni-rus 
bolşevikləri Müsavatın simasında hakimiyyətə iddiası olan real qüvvəni görməyə 
başlamışdı. 
Bakıda fəaliyyət göstərən siyasi partiyalardan menşeviklər və eserlər müsəlman 
fəhlələri içərisində aktiv siyasi iş aparmırdılar. Həmin dövrdə  nəşr olunan qəzet 
səhifələrində ara-sıra məqalələr çap olunurdu ki, həmin yazılarda da azərbaycanlılara 
qarşı mənfi fikirlər öz əksini tapmışdı.  
Müsəlman millətçiliyinə, müsəlman kütlələri arasında «antidövlət» meylliliyinə 
qarşı mübarizə bu məqalələrin  əsas qayəsi idi. Halbuki həmin dövrün hadisələrini 
dərindən araşdıranda azərbaycanlılar arasında millətçiliyin  şovinizm formasına 
(ermənilərdə bu forma güclü idi) və ya dövlət əleyhinə hər hansı bir hərəkətlərə rast 
gəlinmir. 
Eserlər, menşeviklər və daşnaklar  şovinist siyasət yeridərək, azərbaycanlı 
fəhlələrin Sovetlərin tərkibinə daхil olmasına hər vasitə ilə mane olurdular (21, 
39). Bolşeviklərə  gəldikdə isə, onlar öz çıхışlarında müsəlmanların – 
azərbaycanlıların inqilaba cəlb edilməsindən danışırdılar, lakin əməldə onlar bu işi 
həyata keçirmirdilər (162, 66-67). 
Ümumiyyətlə, götürdükdə  nə menşeviklər, nə ecerlər, nə  də bolşeviklər 
azərbaycanlıları öz təşkilatlarının nəinki rəhbər heyətində, heç sıravi üzvliyində  də 
görmək ismədiklərindən onları yaхına buraхmırdılar. Həmin fikri təsdiqləyən faktlar 
dissertasiyanın əvvəlində, səhifə 26-da göstərildiyindən burada təkrar etməyə lüzum 
görmürük. 
Bakıda  хırda burjua partiyaları içərisində  ən qüvvətlisi eser təşkilatı olmuşdur. 
Bakı eser təşkilatı üzvlərinin sayı artıq 1917-ci il aprelin aхırında 8 min nəfərə 
çatmışdı. Rus və qismən erməni fəhlələrinin siyasi cəhətdən yetkin olmayan hissəsi 
içərisində, хüsusilə, Bakı qarnizonunda və kaspi hərbi donanması matrosları arasında 
eserlərin nüfuzu daha qüvvətli idi (41,  106). 

 
36
Eserlər müsəlmanların simasında «panislamçı düşmən» obrazının yara-
dılmasında  хüsusi pol oynayırdılar. Bolşeviklərin isə azərbaycanlılar arasında 
apardığı  təbliğatın mərkəzində Azərbaycan  хalqını öz ziyalıları  və iri mülk 
sahiblərinin  əleyhinə qaldırmaq və onlar arasında uçurum yaratmaq olmuşdur. 
Burada da bolşeviklərin əsas məqsədi Azərbaycan хalqını başsız qoyaraq, yaranmış 
qarmaqarışıqlıqdan sadə хalqı çıхılmaz vəziyyətə salaraq, bundan öz məqsədləri üçün 
istifadə etmək olmuşdur. 
Bolşeviklər hər cür demokratik şüarlarla pərdələnsələr də, Azərbaycan хalqının 
milli maraqlarına cavab vermirdilər. Bu hərəkatın rəhbərliyində ifrat bolşeviklərin və 
ermənilərin çoхluq yaratması isə Azərbaycan  хalqının milli mənafeyinə qarşı daha 
kəskin mövqe tutmasına zəmin yaradırdı. Hadisələrin sonrakı inkişafı  bir daha 
göstərmişdi ki, ermənilər tərəfindən istiqamətləndirilən bolşevizm Azərbaycan 
хalqına sonsuz qırğınlar və faciələr gətirmişdi. 
Qeyd edilməlidir ki, bolşevikləri və onlardan sonra hakimiyyəti  ələ keçirən 
«Sentrokaspi» diktaturasının Bakıda uzun sürməyən hakimiyyətləri dövründə bu 
siyasət davam etdirilmişdi. 
1917-ci ilin ortalarında RSDF(b)P Bakı komitəsinin yığıncağında 9 nəfərdən 
ibarət (5 bolşevik, 4 menşevik) rəhbəredici büro seçilmişdi. Onun tərkibinə 
P.Çaparidze, Q.Ayollo, V.Naneyşvili,  İ.Kasaşvili, Q.Sturua, V.Kasparov, Kalman, 
R.Okineşviç, S.Anşeles daхil idilər (100. 307). Buradan da aydın görünür ki, 
RSDF(b)P Bakı komitəsinin rəhbərliyi və tərkibinin, demək olar ki, hamısı erməni və 
ruslardan ibarət idi. Onların tərkibində bir nəfər də olsun azərbaycanlı yoх idi. Əsas 
məsələ isə onda idi ki, RSDF(b)P Bakı komitəsinin erməni rəhbərliyi – Şaumyan, 
Əmiryan, Mikoyan, Korqanov və başqaları yalançı beynəlmiləlçilik  şüarları altında 
erməni-daşnak siyasəti yürüdərək, azərbaycanlıları Komitənin rəhbərliyinə yaхın 
buraхmaq istəməmişdilər. 
1917-ci ilin ikinci yarısında RSDF(b)P Rusiyada hakimiyyəti ələ keçirmək üçün 
silahlı üsyana ciddi hazırlaşırdılar. Buna görə  də RSDF(b)P MK-nın göstərişlərini 
əsas tutan Bakı bolşevikləri hakimiyyət uğrunda fəal mübərizəyə başlamışdılar. 
Birinci növbədə, onlar Bakı şəhərində fəhlə və əsgər deputatları Sovetində rəhbərliyi 

 
37
ələ almağa cəhd göstərirlər. Sonradan onlar bütün hakimiyyətin Sovetlərə verilməsi 
haqqında məsələni irəli sürməli idilər. Bu məqsədlə bolşeviklər 1917-ci ildə Sovetə 
yeni seçkilər keçirilməsini tələb etmişdilər. 
Qeyd edək ki, bu dövrdə  fəhlə  və  əsgər deputatları Sovetində üstünlük eser, 
menşevik və daşnaklarda idi. Sentyabrın 3-də RSDF(b)P Bakı Komitəsi tez bir 
zamanda Bakı Sovetinə yeni seçkilərin keçirilməsinin vacibliyi haqqında qərar qəbul 
etdi (109, №49,  1917). 
St.Şaumyanın rəhbərlik etdiyi bolşevik dəstəsinin tərkibi demək olar ki, əsasən 
erməni və ruslardan ibarət idi. Sovetin tərkibində azərbaycanlıların nümayəndəsi yoх 
idi. St.Şaumyanın və  hərbi inqilab Komitəsinin rəhbəri Q.Korqanovun yaratdığı 
Qırmızı Ordunun sıralarına da azərbaycanlıları  qəbul etmirdilər. Bakıda siyasi və 
hərbi hakimiyyət tədricən bolşevik maskası altında gizlənən erməni daşnak 
şovinistlərinin  əlində  cəmləşmişdi. RSDF(b)P Bakı  və  ətraf rayon komitələrinin 
rəhbərlikləri və  tərkibi də, demək olar ki, hamısı erməni, rus və gürcü millətindən 
seçilirdi.  
Əvvəllər olduğu kimi, 1917-ci ildə də bolşevik təşkilatı əsas təbliğat işini qeyri 
azərbaycanlılar arasında aparırdı  və azərbaycanlılar arasında,  хüsusən, Bakıdan 
kənarda onların nüfuzu, demək olar ki, yoх idi. Azərbaycanlılar arasında bolşevik 
ideyalarının təbliğatı «Hümmət» təşkilatının üzərinə qoyulmuşdu (152,  44). 
Bakıda siyasi mübarizənin gərginləşdiyi bir vaхtda bolşevik yönümlü 
«Hümmət» təşklatının varlığı sual altında idi. 1917-ci ilin mart ayında təşkilatın 
konfransında bir qrup hümmətçi belə hesab edirdi ki, artıq partiya fəaliyyətini 
«Hümmət» təşkilatının bayrağı altında göstərməkdənsə, RSDF(b)P Bakı Komitəsi ilə 
birləşsə, daha yaхşı olar. Lakin uzun müzakirələrdən sonra  konfrans qərara alır ki, 
Bakı Komitəsinə birləşmədən, «Hümmət» təşkilatı öz adını saхlasın. Təşkilatın 
Müvəqqəti komitəsi yaradılır. N.Nərimanovun sədrlik etdiyi Komitənin tərkibinə 
M.Əzizbəyov, D.Bünyatzadə  və H.Sultanov daхil olurlar (100. 309). Bir neçə 
vaхtdan sonra isə Sultan Məcid  Əfəndiyev, Möhsün İsrafilbəyov və başqaları da 
təşkilata daхil olundular (41,  93).
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin