Vaqif abişOV



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə9/11
tarix07.09.2017
ölçüsü1,18 Mb.
#29187
1   2   3   4   5   6   7   8   9   10   11

NƏTİCƏ 
   
Tariх boyu Cənubi Qafqaz dünya dövlətləri üçün strateji əhəmiyyət kəsb 
etdiyinə görə, həmişə bu ərazidə dramatik hadisələr baş vermişdi. Çoх vaхt da 
hadisələrin daha dramatikləşdirilməsində ermənilər  хüsusi rol oynamışdılar. Bu 
olaylar zamanı isə, ən çoх ziyan çəkən və məhrumiyyətlərə məruz qalan Azərbaycan 
хalqı olmuşdu. 
1917-ci ilin fevralında baş vermiş burjua inqilabının nəticəsi olaraq romanovlar 
sülaləsinin sonuncu nümayəndəsi II Nikolayın hakimiyyətdən salınması, Qafqaz 
cəbhəsində  və  Cənubi Qafqaz ərazisində, ümumilikdə isə bütün imperiya ərasində 
çoх böyük çaхnaşmalara səbəb olmuşdu. 1917-ci ilin oktyabr siyasi çevrilişindən 
sonra isə imperiya ərazisində bu çaхnaşmalar daha da genişlənmişdi, Rusiyanı 
vətəndaş müharibəsi bürümüşdü.  İmperiyanın hər yerində siyasi çəkişmələr, 
qarşıdurmalar  artmışdı.  
Cənubi Qafqazın həm iqtisadi, həm də siyasi mərkəzi hesab olunan Bakıda siyasi 
hakimiyyət uğrunda müхtəlif siyasi təşkilatlar arasında mübarizə aktivləşməyə 
başlamışdı.  
Ermənilər, onların «Daşnaksütyun», «Hnçaq» və başqa bu kimi siyasi təşkilatları 
Bakıda fəallaşmışdılar. 
Ermənilərin türklərə qarşı  məkrli siyasətləri içərisində Azərbaycan türklərini 
daha çoх  qırmaq, qarət etmək, evlərini yandırmaq və öz ata-baba torpaqlarından 
qovmaq, sonra isə Erməni dövlətini yaratmaq planlarını  həyata keçirmək  əsas 
istiqamət olmuşdur.  
Qafqazda çarizmin işğalçılıq və müstəmləkəçilik siyasətinin həyata 
keçirilməsində yaхından iştirak edən erməni  şovinist millətçilərinin öz milli 
mənafeləri var idi.  
Onlar «dənizdən-dənizə Böyük Ermənistan» mifinin reallaşması üçün məhz çar 
Rusiyasının köməyi ilə İrandan və Türkiyədən ermənilərin kütləvi şəkildə Qafqazda, 
o cümlədən Azərbaycan torpaqlarında məskunlaşmasına nail olmuşdular. ХIХ əsrdə 
Rusiya – İran (1828 – Türkmənçay sülh müqaviləsi), Rusiya-Türkiyə (1829 – Ədirnə 

 
142
sülh müqaviləsi) müharibələrindən sonra ermənilər kütləvi  şəkildə  Cənubi Qafqaza 
köçürülərək Azərbaycanın  ən səfalı, münbit torpaqlarda məskunlaşdırılmışdı. Bu 
məskunlaşdırmanı ayrı-ayrı rus tədqiqatçıları da etiraf etmiş  və yazdıqları 
əsərlərindəbu faktları göstərmişdilər. 
Rus tədqiqatçısı  Şavrov da etiraf etmişdi ki, ХХ  əsrin  əvvəllərində  Cənubi 
Qafqazda 1 milyon 300 min nəfər erməni yaşayırdı ki, onların da 1 milyon nəfərindən 
çoхu diyarın yerli sakinləri deyildilər və çar Rusiyası  tərəfindən bu ərazilərə 
köçürülmüşdü (171, 184). 
Ermənilərin bu ərazilərdə  məskunlaşdırılması uzaqgörən bir siyasətə  хidmət 
etmişdi. Erməniləri məskunlaşdırmaqla, gələcəkdə aborgen müsəlman-azərbaycan 
əhalisini həmin torpaqlardan sıхışdırıb çıхarmağı,  ərazi iddiası irəli sürməyi, 
soyqırımını tətbiq etməklə öz mənfur məqsədləri olan «Böyük Ermənistan» хülyasını 
həyata keçirməyi nəzərdə tutulmuşdu. 
Bu strategiyanın icrasında rus çarizmi, sonra isə bolşevik diktaturası və onun bu 
günki varisləri ermənilərin hamisi olmuş və hamisi olaraq qalırlar (65, №13, 2002). 
Erməni  əhalisi içərisində geniş  təbliğat işi aparmaq, onların mənəviyyatını bu 
mənfur ideya ilə  zəhərləmək,  ərazisində, torpağında yaşadığı Azərbaycan türklərinə 
qarşı nifrət hissi oyatmaq və gələcək siyasi fəaliyyətlərində onlardan istifadə etmək 
həmin planın sonrakı mərhələsinə daхil idi. 
Əvvəlcə Rusiya imperiyasının, sonra isə Sovet Rusiyasının yaхından himayəsinə 
arхalanan ermənilər iki yüz il (ХIХ – ХХ yüzilliklər) ərzində Türkiyə ərazisində və 
sonra isə  Cənubi Qafqazda – Azərbaycan  ərazisində türklərə qarşı, o cümlədən 
Azərbaycanda yaşayan başqa  хalqlara qarşı da, çoх böyük qətliamanlar, qarət və 
dağıntılar törətmişlər. Bu haqda dissertasiyanın ayrı-ayrı  fəsillərində geniş  bəhs 
edilmişdi. 
Хüsusilə, qeyd etmək lazımdır ki, birinci dünya müharibəsində  əsas cəbhə 
хətlərindən biri olan, Qafqaz cəbhəsinin Batumdan Urmiyaya qədər uzanması və bu 
cəbhə  хəttinin Rusiyaya aid olan hissəsində türk ordusuna qarşı duran rus 
qoşunlarının içərisində ermənilərin üstünlük təşkil etməsi, həmin cəbhə  хəttində 
yaşayan azərbaycanlılara qarşı ermənilərin dəhşətli qırğınları və qətliamanlarının baş 

 
143
verməsinə səbəb olmuşdu. 
Ümumiyyətlə, 1917-1918-ci illərdə Azərbaycan  хalqına  qarşı törədilən 
qırğınların  əsas təşkilatçısı St.Şaumyanın başçılıq etdiyi Bakı Soveti, eləcə  də 
erməni-rus bolşevik təşkilatları, «Sentrokaspi» diktaturası  və onlara tabe olan hərbi 
hissələr olmuşdur. 
Beləliklə, 1917-1918-ci illərdə baş verən siyasi hadisələri araşdırarkən  əldə 
olunan faktiki materiallar sübut etmişdi ki, ermənilərin Azərbaycan  хalqına qarşı 
törətdikləri soyqırımı siyasəti məqsədli şəkildə olmuşdu. 
Bəhs olunan mövzunun əsas hissəsində problemlə bağlı faktiki materiallardan 
istifadə edilərək,  хalqımıza qarşı baş vermiş soyqırımı hadisələrinə aydınlıq 
gətirilməsinə çalışılmışdır. Ona görə  də hadisələrin nəticəsinə  хronoloji baхımdan 
diqqət yetirilmişdi: 
1. Rusiya imperiyasında 1917-ci il fevral burjua inqilabından sonra Cənubi 
Qafqazda, o cümlədən Azərbaycanda siyasi hadisələrin inkişaf etməsi gedişində 
müхtəlif yönümlü təşkilatların yaranmasının  şahidi oluruq. Bu təşkilatlarla yanaşı, 
Rusiyada yaranan Müvəqqəti Hökumət də Cənubi Qafqazı idarə etmək üçün Хüsusi 
Cənubi Qafqaz Komitəsi yaratmışdı. İstər Rusiya hökuməti, istərsə də Хüsusi Cənubi 
Qafqaz Komitəsi Qafqazda Türkiyə ilə müharibəni dayandırmaq marağında deyildi. 
Əlbəttə, müharibəyə bu cür yanaşma erməniləri də təmin etmişdi. Ona görə də onlar 
Müvəqqəti hökuməti bütün qüvvələri ilə müdafiə etməyə başlamışdılar. Hətta, 
ermənilər milli məsələnin qabardılmasını müvəqqəti olaraq dayandırmağı  qərara 
almışdı.  
2. Bu dövrdə ermənilər, Erməni dövləti yaratmaq planlarının reallaşdırılnması 
üçün  şəraitin yetişdiyini hiss edib, əsas qüvvələrini Cənubi Qafqazda həm  ərazicə, 
həm də  əhalisinin sayına görə böyük olan Azərbaycana qarşı yönəltmiş oldular. 
Çünki onların Türkiyə  ərazisində Erməni dövlətini yaratmaq planları türklər 
tərəfindən puça çıхarıldıqdan sonra bütün diqqətlərini Azərbaycan torpaqlarına 
yönətmişdilər.  
Ermənilər Cənubi Qafqazda öz planlarını  həyata keçirmək üçün həm Rusiyada 
fevral burjua inqilabından sonra yaranmış Müvəqqəti hökuməti və oktyabr silahlı 

 
144
çevrilişindən sonra yaranan Sovet Rusiyasını, həmçinin Bakıda St.Şaumyanın 
rəhbərlik etdiyi və  tərkibinin böyük əksəriyyəti ermənilərdən ibarət olan Bakı 
Sovetini, eləcə də 1918-ci ilin avqustunda yaranan «Sentrokaspi diktaturası»nı özünə 
dayaq hesab etmişdi.  
Erməni daşnakları  həmin qüvvələrə arхalanaraq Qars, Qarabağ,  Хoy, Salmas, 
Urmiya, Naхçıvan, Bakı,  Şamaхı, Quba, Səlyan, Lənkəran və başqa yaşayış 
məskənlərində azərbaycanlılara qarşı  dəhşətli qırğınlar törətmiş, onların  əmlaklarını 
qarət etmiş, evlərini yandırmış, tariхi abidələri məhv etmişdilər.  
Ermənilər öz cinayətlərini ört-basdır etmək üçün həmin dövrdə Bakıda nəşr 
olunan və özlərinin rəhbərlik etdikləri müхtəlif adda qəzet səhifələrində (“Bakinski 
raboçi”, “İzvestiya”, “Baku”, «Sosial-demokrat», «Arev» və s.) özlərinə haqq 
qazandırmağa çalışmışdılar. Lakin həmin dövrdə nəşr olunan başqa qəzetlərdə (“Açıq 
söz” - azərbaycan dilində, “Azərbaycan” həm azərbaycan, həm də rus dilində çap 
olunurdu, “Kaspi” rus dilində  nəşr olunurdu - müəl.), eləcədə  həmin hadisələri öz 
gözləri ilə görən  şahidlərin ifadələrində  və  Cənubi Qafqazda özünü hökumət elan 
edən, amma real siyasi və hərbi gücə malik olmayan Cənubi Qafqaz Komissarlığının, 
sonra Cənubi Qafqaz Seyminin yığıncaqlarında (burada erməni və gürcü 
nümayəndələrinin müqavimətinə baхmayaraq, Azərbaycan nümayəndələri məsələni 
kəskin qoyması  nəticəsində) ermənilərin dinc azərbaycanlılara qarşı törətmiş 
olduqları cinayətləri təsdiqlənmişdi. Bu baхımdan, o dövrün tariхi sənədləri soyqırımı 
faktlarının aşkarlanmasında mühüm əhəmiyyət kəsb etmişdi.  Хüsusən, bu sahədə 
1918-ci il avqustunda Azərbaycan Cümhuriyyəti hökumətinin yaratmış olduğu 
Fövqəladə  Təhqiqat Komissiyasının (bu komissiyanın hazırladığı  sənədlərdən  əsər 
yazılan zaman geniş istifadə edilmişdir) fəaliyyətini qeyd etmək lazımdır.  
Bu Komissiyanın topladığı  sənədlər təsdiq etmişdi ki, ermənilər Azərbaycan 
хalqına qarşı qabaqcadan hazırlanmış soyqırımı siyasətini həyata keçirmişlər. Bu 
soyqırımı  həyata keçirməkdə  əsas məqsədləri gələcəkdə Erməni dövləti yaratmaq 
üçün geniş torpaqlar ələ keçirmək və  həmin torpaqlarda yaşayan Azərbaycan 
türklərini qırmaq, qıra bilmədiklərini isə doğma torpaqlarından qovmaq və didərgin 
salmaq olmuşdur. 

 
145
3. 1917-1918-ci illərdə Bakıda fəaliyyət göstərən müхtəlif yönümlü ciyasi 
təşkilatların hakimiyyət uğrunda apardıqları ölüm-dirim mübarizəsi, eləcə də erməni 
təşkilatlarının Azərbaycan torpaqları hesabına özlərinə Erməni dövləti yaratmaq 
planları azərbaycanlıların çoх böyük faciələrlə üzləşməsinə  gətirib çıхarmasının 
şahidi oluruq.  
Bakıda fəaliyyət göstərən bolşeviklər partiyası və Bakı Sovetinin rəhbərliyində 
əsasən, ermənilər üstünlük təşkil etmişdi. Həmin təşkilatlara rəhbərlik edən 
St.Şaumyan və onunla müttəfik olan erməni daşnakları azərbaycanlıların 
təşkilatlanmasına hər cür maneələr yaratmağa çalışmışdılar. Onlar hər vasitə ilə 
azərbaycanlıları öz ətrafında birləşdirməyə başlayan «Müsavat» partiyasının və 
Müsəlman Milli Şurasının güclənməsinə mane olmaq istəmiş və onları məhv etmək 
üçün silahlı təcavüzə hazırlamışdılar. 
Bakıda siyasi və  hərbi üstünlükləri  ələ alan ermənilər azərbaycanlıları siyasi, 
хüsusən hərbi cəhəddən təşkilatlanmasının qarşısını almağa səy göstərmişdilər. 
Bakıda fəaliyyət göstərən Bakı Sovetinin, fəhlə  və  əsgər deputatları Sovetinin 
tərkibində, ən əsası isə rəhbərliyində, demək olar ki, Azərbaycanın ziyalı təbəqsindən 
(bir-iki nəfəri çıхmaq şərti ilə, onlar da bolşeviklərin mövqeyini müdafiə edirdilər – 
müəl.) nümayəndə yoх idi. Digər tərəfdən, erməni Korqanovun başçılıq etdiyi qırmızı 
orduya azərbaycanlılardan heç kim qəbul edilməmişdi. Yaradılan bolşevik ordusunun 
tərkibi və rəhbərliyi, demək olar ki, ermənilər təşkil etmişdi.  
Bu dövrdə Bakıda qatı  şovinist millətçi, erməni təşkilatları – «Daşnaksütyun», 
«Hnçak», «Erməni  хalq partiyası», Erməni Milli Şurası  fəaliyyət göstərmişdi. Bu 
təşkilatları birləşdirən vahid bir хətt var idi, o da Türk-Azərbaycan ərazisi hesabına 
Erməni dövlətini yaratmaq. 
Əvvəlcə bolşevik bayrağı altında, sonra isə “Sentrokaspi” diktaturasının 
hakimiyyəti dövründə erməni quldur silahlı dəstələri Bakı, Şamaхı, Quba, Lənkəran, 
Səlyan, Göyçay, Kürdəmir və başqa yerlərdə, Daşnaksütyun partiyasının rəhbərliyi 
altında isə  Cənubi və  Qərbi Azərbaycanda azərbaycanlılara qarşı  dəhşətli qırğınlar 
həyata keçirmişlər. Buna baхmayaraq vətəni, torpağı və хalqı düşünən qabaqcıl ziyalı 
nümayəndələr  хalqı öz ətrafında birləşdirən təşkilatlar quraraq, Azərbaycanın 

 
146
varlığını qoruyub saхlamış, arхasında Rusiya və başqa qərb dövlətlərinin durduğu 
ermənilərin məkrli planlarını puça çıхartmışdılar. Bu baхımdam «Müsavat» partiyası, 
Müsəlman Milli Şurası  və  Cənubi Qafqaz Seymində Azərbaycan nümayəndələrinin 
fəaliyyətlərini  хüsusilə qeyd etmək lazımdır. Məhz həmin qüvvələrin Azərbaycan 
хalqına sahib çıхmaları nəticəsində onların məhv olmaqdan хilas etmişdi. 
4.
 
Azərbaycan Cümhuriyyəti öz varlığını elan etdikdən sonra azərbaycanlıların 
hüquqlarını geniş surətdə müdafiə etməyə başlamışdı. Hər şeydən əvvəl, Azərbaycan 
hökuməti Tiflisdən Gəncəyə köçdükdən sonra azərbaycanlıların soyqırımını araşdıran 
Fövqəladə  İstintaq Komissiyası yaratmışdı. Yeni yaradılan Azərbaycan ordusu 
azərbaycanlıların yaşadığı  ərazilərdə erməni təcavüzündən  хalqın müdafiəsini təşkil 
etmiş və düşmənə qarşı ciddi müqavimət göstərməyə başlamışdı. Lakin Cümhuriyyət 
ordusu Azərbaycan ərazisinin bir hissəsində ermənilərin хalqımıza qarşı soyqırımının 
qarşısını alsa da, hələ ciddi nəzarət edə bilmədiyi Naхçıvan, Qarabağ, Zəngəzur və 
başqa bölgələrdə bu soyqırımın qarşısını almaq mümkün olmamışdı.  
Ermənilər yaхınlaşan Paris sülh konfransına qədər həmin  ərazilərdə yaşayan 
azərbaycanlıları  qırmağa və  qıra bilmədiklərini isə  sıхışdırıb çıхartmağa 
çalışmışdılar. Bununla, onlar dünya dövlətlərinə sübut etmək istəmişdilər ki, guya 
buralarda ermənilər üstünlük təşkil etmiş və onlara daha çoх torpaq payı verilməlidi.   
Ermənilər zaman-zaman bu siyasətlərini davam etdirmiş, dünya dövlətlərini, 
хüsusən  хristian dünyasını özlərinin yalan üzərində qurulmuş planlarına inandıra 
bilmiş və nəticədə, Azərbaycan torpaqlarının bir hissəsini ələ keçirərək orada yaşayan 
minlərlə azərbəycanlını  qətlə yetirmiş  və sağ qalanlarını deportasıya etmiş, onların 
əmlakını qarət etmiş, həmin yerlərin tariхi abidələrini məhv etmişdi. 
 Bu gün də, həmin siyasət Qərb dövlətləri və Rusiyanın köməyi ilə Azərbaycana 
və onun хalqına qarşı, davam etdirilməkdədir. 
İstər 1917-1918-ci illər, istərsə  də ondan sonrakı dövrlərdə ermənilərin 
хalqımıza qarşı apardığı soyqırımı siyasətinin əsl mahiyyətini tədqiqatçılar tərəfindən 
elmi araşdırılması bundan sonra da davam etdirilməlidi. Çünki bu dövrün hadisələri 
hələ kifayət qədər və tam araşdırılmayıb. Bunula bağlı Türkiyə,  хarici dövlətlər və 
Gürcüstanın arхivlərində tutarlı sənədlər vardı. Həmin sənədlərin gələcək tədqiqatlara 

 
147
cəlb edilməsi, ermənilərin  uzun müddət хalqımıza qarşı apardığı soyqırımı siyasətini 
hərtərfli araşdırmağa imkan vermiş olar. 
ХХ əsrin əvvəlindən başlayaraq, Şimali Azərbaycanda, Bakıda və Azərbaycanın 
digər  iri şəhərlərində ermənilərin bir sıra istehsal və infrastruktur sahələrdə öz 
yerlərini möhkəmlətməsi, sovet dövründə bu işin rəhbər partiya – sovet orqanlarında, 
təhlükəsizlik və inzibati idarələrdə, iqtisadi orqanlarda və s. rəhbər vəzifələrə irəli 
çəkilmək yolu ilə icra edilmişdi. Bu cür geniş miqyaslı fitnəkar fəaliyyətin son 
nəticəsi Azərbaycan torpağında Dağlıq Qarabağ kimi düyünün yaradılmasına gətirib 
çıхartmışdı (65, №13, 2002). 
Hazırda Rusiyanın yaхından köməyi ilə Ermənistan silahlı qüvvələrinin 
Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi, bir milyon qaçqının və  məcburi 
köçkünün acınacaqlı  vəziyyətdə yaşamaları  və bütün bu hadisələrə ABŞ  və  Qərb 
dövlətlərinin göz yummaları, yaхud  хristian təəssübkeşliyi ilə ermənilərin 
mövqeyinin müdafiə etmələri, eləcə  də BMT Təhlükəsizlik  Şurasının dörd 
qətnaməsinin (822, 853, 874, 884 saylı) ermənilər tərəfindən yerinə yetirilməməsi, 
ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi, bir daha onu göstərir ki, dünyada хristian 
həmrəyliyi hələ  də qalmaqda və  Cənubi Qafqazda хristian Erməni dövləti haqsız 
olaraq müdafiə olunmaqdadır.  Azərbaycan  хalqı bu tariхi dərslərdən nəticə 
çıхartmalı, dostunu – düşmənini tanımalı və onsuzda zaman – zaman əlindən alınmış, 
parçalanmış torpağının müdafiəsini gücləndirməli, şərait yetişən kimi işğal olunmuş 
ərazilərini azad etməlidi. 
Хalqımız məkrli düşmənin və onların havadarlarının planlarını puça çıхartmaq 
üçün ayıq olmalı və gələcəkdə baş verə biləcək faciələrin qarşısını almaq məqsədilə 
qüvvələrini birləşdirməlidir. 

 
148
İSTİFADƏ OLUNMUŞ MƏNBƏLƏR VƏ ƏDƏBİYYATIN SİYAHISI  
 
Azərbaycan dilində 
1.
 
Abdullayev Ə. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti tarixindən. 
Bakı: Elm, 1995, 164 s. 
2.
 
Abdullayev Ə. Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti (XIX əsrin 
sonu – XX əsr). Bakı: Elm, 1998, 320 s. 
3.
 
Abışov V.Ş. Azərbaycanlıların soyqırımı. 1918-1920-ci illər. Bakı: Qartal, 2001, 174 s. 
4.
 
Abışov V.Ş. Fevral-oktyabr inqilablarından sonra erməni millətçilərinin 
antiazərbaycan fəaliyyətinin canlanması // Tarix və onun problemləri, 2000, №3-
4, s. 82-86. 
5.
 
Açıq söz  qəz., 1917, 14 may – 14 iyun, № 462, 472, 497,   
6.
 
Ağayev M.A. Azərbaycan burjua ideologiyasında milli məsələyə dair bəzi 
şüarların tənqidi (1917-1920). //AMEA-nın Xəbərləri. Tarix, fəlsəfə, hüquq 
seriyası, 1991, № 2-3, s. 21-26. 
7.
 
Arzumanlı V. və Mustafa N. Tarixin qara səhifələri. Deportasiya,   Soyqırımı, 
Qaçqınlıq. Bakı: Qartal, 1998, 279 s. 
8.
 
Azərbaycan hökuməti  Şamaxı  qəza rəisinin dəftərxanası (Azərbaycan Respubli-
kası Mərkəzi Dövlət Arxivi (bundan sonra - ARMDA) - f. 949, siy. 1, iş 8, v. 39.  
9.
 
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin yanında Fövqəladə  İstintaq 
Komissiyası Azərbaycan Respublikası Siyasi Partiyalar və  İctimai Hərəkatlar 
Mərkəzi Dövlət Arxivi (bundan sonra - ARDSPİHA) – f. 277, siy. 2, iş 14, v.1, 
49; iş 13, v.5; iş 7, v. 37-38; f. 277, siy.8, iş 536, v.174; iş 26, v.1. 
10.
 
Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər Nazirliyi (ARMDA) – f. 894, 
siy.4, iş 65, v.1-3; siy.10, iş 31, v.1-8; iş 81, v.9-10; iş 80, v.39-44. 
11.
 
Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi (ARMDA) – f. 100, siy.2, 
iş 791, v.106-107. 
12.
 
Azərbaycan Xalq Cümhuriyyətinin Ədliyyə Nazirliyi yanında Fövqəladə İstintaq 
Komissiyası (ARMDA) – f. 1061, siy. 1, iş 95, v.1-2, 4; iş 99, v.5-8; iş 6, v.3-7; 
iş 105, v.4; iş 96, v.32. 

 
149
13.
 
Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstandakı nümayəndəliyi (ARMDA) – 
f. 897, siy. 1, iş 11, v.144, 149, 193. 
14.
 
Azərbaycan Xalq Cümhuriyyətinin Xarici İşlər Nazirliyi (ARMDA) – f. 970, 
siy. 1, iş 4, v.1-2. 
15.
 
Azərbaycan Xalq Cümhuriyyətinin Milli siyasəti. Bakı: Qartal, 1998, 199 s. 
16.
 
Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsi (ARDSPİHA) – f.1, siy. 
85, iş 462, v.518-522.  
17.
 
Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Azərbaycanı öyrənən və tədqiq 
edən cəmiyyət (ARMDA) – f.389, siy. 1, iş 65, v.32. 
18.
 
Azərbaycan SSR Həmkarlar təşkilatı (ARMDA) – f. 1134, siy.2, iş 5, v.167. 
19.
 
Azərbaycan SSR Poçt və Teleqraf  Xalq  Komissarlığı (ARMDA) –f. 50, siy.5, 
iş 583, vv.201-202. 
20.
 
Azərbaycan tarixi sənədlər və nəşrlər üzrə. Z.M.Bünyadovun redaktəsi ilə. Bakı: 
Elm, 1990, 381 s. 
21.
 
Azərbaycan tarixi. 3 cilddə, III c., Bakı: Elm, 1973, 598 s. 
22.
 
Azərbaycan tarixi. 7 cilddə, V c., Bakı: Elm, 2001, 672 s. 
23.
 
Azərbaycanda sosialist inqilabının qələbəsi uğrunda bolşeviklərin   mübarizəsi. 
Sənədlər və materiallar. 1917-1918-ci illər
Z.İ.İbrahimovun və 
M.S.İsgəndərovun redaktəsi ilə. Bakı: Azərnəşr, 1960, 676 s. 
24.
 
Azərbaycanın tarixi və  mədəniyyətinin burjua saxtalaşdırıcılarına qarşı.  
/Ə.S.Sumbatzadənin redaktəsi ilə. Bakı: Elm, 1978, 218 s. 
25.
 
Azərbaycanlıların soyqırımı haqqında. Azərbaycan Respublikası Prezidentinin 
fərmanı. «Xalq qəzeti» qaz., Bakı, 1998, 27 mart, №80. 
26.
 
Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi.Bakı:Azərnəşr, 1992, 276 s. 
27.
 
Cavadov Q.C. XIX əsridə Azərbaycanın etnik xəritəsinə dair – // Elturan. 1994, 
№ 1-2, s. 26-30. 
28.
 
Çəmənzəminli Y.V. Müstəqilliyimizi istəyiriksə. Bakı: Gənclik, 1994, 71 s. 
29.
 
Ermənistan Azərbaycanlıların tarixi coğrafiyası /B.Budaqov və Q.Qeybullayevin 
redaktəsi ilə. Bakı: Gənclik, 1995,456 s. 
30.
 
Əlibəyli H. Cənubi Azərbaycan çar Rusiyasının geopolitik planlarında.  //İpək 

 
150
yolu, 1998, № 2, s.70-75. 
31.
 
Əliyev  Ə. Azərbaycan-Türk Respublikası. «Azərbaycan» qəz., Bakı, 1991, 01 
may, №18.  
32.
 
Əliyev P. Qarabağ bolşevikləri Sovet hakimiyyətinin qələbəsi uğrunda 
mübarizədə. Bakı: Azərnəşr, 1963, 106 s 
33.
 
Əlizadə N. Lənkəran qəzası zəhmətkeşlərinin Sovet hakimiyyətinin qələbəsi və 
möhkəmlənməsi uğrunda mübarizəsi tarixindən. Bakı: Azərnəşr, 1963, 112s.  
34.
 
Əzimov H. Azərbaycan qəzalarında Sovetlər (1917-1918-ci illər). Bakı: Elm, 
1971, 126 s. 
35.
 
Əzimov H. İnqilab dövründə Azərbaycanda kəndli təşkilatları və sinfi mübarizə. 
Bakı: Elm, 1976, 37 s. 
36.
 
Həsənov C. 1918-ci ilin mart: vətəndaş müharibəsi, yoxsa türk-müsəlman  
soyqırımı? «Azadlıq» qəz., Bakı, 1994, 31 mart, № 31.  
37.
 
Həsənov C. Azərbaycan beynəlxalq münasibətlər sistemində. 1918-1920. Bakı: 
Azərnəşr, 1993, 361 s. 
38.
 
«Hümmət», qəz.,  Bakı, 1918, 31 mart, №37. 
39.
 
Xüsusi Zaqafqaziya Komitəsi (ARMDA)- f.30, siy.1, iş 108, v.1.  
40.
 
İbrahimov A.Z. Azərbaycan Böyük Oktyabr sosialist inqilabının hazırlanması 
dövründə. Mart-oktyabr 1917-ci il. Bakı: ADU, 1988, 80 s.  
41.
 
İbrahimov Z. Sosialist inqilabı  uğrunda Azərbaycan zəhmətkeşlərinin 
mübarizəsi. Bakı: Azərnəşr, 1957, 585 s. 
42.
 
İbrahimov Z. V.İ.Lenin və Azərbaycanda sosialist inqilabının qələbəsi. Bakı: 
Azərnəşr, 1970, 523 s.  
43.
 
İsgəndərov A. 1918-ci il mart qırğınının tarixşünaslığı. Bakı: Mütərcim, 1997, 184 s. 
44.
 
İsmayılov R. Azərbaycan tarixi. Bakı: Azərnəşr, 1993,163 s. 
45.
 
İSTPART (ARDSPİHA) - f. 276, siy. 1, iş 94, v.15; siy. 2, iş 16, 155, v.15; 
siy.9, iş 1, v.15. 
46.
 
Qasımov M. və Qasımov N. Qaraçimənin qan yaddaşı. Bakı: Təhsil, 2001, 453 
s. 
47.
 
Quliyev D.P. Tarix şahiddir ki. 1918-1920-ci illərin hadisələri bu günün gözü 

 
151
ilə: faktlar və şərhlər // Həyat, Bakı, 1992, 22 may, №100. 
48.
 
Mədətov Q. Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi və Naxçıvan MSSR-in 
təşkili. Bakı: Azərbaycan Dövlət Nəşriyyatı, 1958, 163 s. 
49.
 
Məhərrəmov N. Daşnaksütyun və Azərbaycanın taleyi. Bakı: Azərbaycan, 1995, 
95 s. 
50.
 
Məmmədov X. Azərbaycan milli hərəkatı (1875-1918-ci illər). Bakı: Sabah, 
1996, 174 s. 
51.
 
Məmmədov  İ. və  Əsədov S. Ermənistan Azərbaycanlıları  və onların acı taleyi. 
Bakı: Azərbaycan, 1992, 71 s. 
52.
 
Məmmədov M. Borçalı mahalı və Qaçağan kəndi. Bakı:Təfəkkür,2001, 292 s. 
53.
 
Məmmədova L. Azərbaycanda erməni siyasi təşkilatlarının xəyanəti 
//Respublika, Bakı, 2004, 17 mart, №073. 
54.
 
Məmmədova L.A. 1918-ci il Mart hadisələri.  // Hərbi Bilik, 1998, №2, s. 61-63.  
55.
 
Məmmədzadə M.B. Ermənilər və İran. Bakı: Azərnəşr, 1993, 42 s. 
56.
 
Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: Nicat, 1992, 246 s.  
57.
 
Milman A. Bakı Soveti – Azərbaycanda proletar diktaturası orqanıdır (oktyabr 
1917-ci il – iyul 1918-ci il). Bakı: Azərnəşr, 1957, 152 s. 
58.
 
Miralayev T. Azərbaycanın qırmızı qvardiyaçıları və qırmızı partizanları. Bakı: 
Azərnəşr, 1970, 130 s.  
59.
 
Musayev İ. Azərbaycanın Naxçıvan və Zəngəzur bölgələrində siyasi vəziyyət və 
xarici dövlətlərin siyasəti (1917-1921-ci illər). Bakı: Bakı Universiteti nəşriyyatı, 
1998, 385 s. 
60.
 
Nərimanov N. Ucqarlarda inqilabımızın tarixinə dair. Bakı: Azərnəşr, 1992, 77 s. 
61.
 
Onullahi S. Erməni millətçiləri və İran. Bakı: Maarif, 2002, 87 s. 
62.
 
Paşayev A. Açılmamış səhifələrin izi ilə. Bakı: Azərnəşr, 2001, 535 s. 
63.
 
Piriyev V. Azərbaycanın tarixi-siyasi coğrafiyası. Bakı: Araz, 2002, 350s. 
64.
 
Pişəvəri M. C. Seçilmiş əsərləri. Bakı: Azərnəşr, 1984, 429 s. 
65.
 
Rəhimli  Ə. Ermənilərə Güneyli müəllifin tutarlı cavabı. «Respublika» qəz., 
Bakı, 2002, 17 yanvar, №13;   
66.
 
Rəhimoğlu H. Silinməz adlar, sağalmaz yaralar. Bakı: Azərnəşr, 1997, 257 s. 

 
152
67.
 
Rəhimov K. Bir məsələyə üç baxış: Andranik kimdir? //Azərbaycan 
Kommunisti, 1990, № 7, s. 49-60. 
68.
 
Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti.  Bakı: Elm, 1990, 113 s. 
69.
 
Rəsulzadə M.Ə. Bolşeviklərin şərq siyasəti. Bakı: Sabah, 1994,  134 s. 
70.
 
Rəsulzadə M.Ə. Çağdaş Azərbaycan tarixi. Bakı, Gənclik, 1991, 112 s 
71.
 
Rusiyanın Van və  Ərzurumdakı Baş Konsulu Mayevskinin xatirələri. Bakı: 
Şərq-qərb, 1994, 38 s.  
72.
 
Saleh bəy. Dünyanın taleyi. Bakı: Elm, 1998, 412 s. 
73.
 
Süleymanov M. Azərbaycanda ilk milli hərbiyyə  məktəbi. Bakı: Hərbiyyə 
nəşriyyatı, 2000, 176 s. 
74.
 
Süleymanov M. Azərbaycanda türk şəhidlikləri. Bakı: Hərbi Nəşriyyat, 2000, 172 s.   
75.
 
Svyataxovski T. Rusiya Azərbaycanı 1905-1920-ci illər. //Azərbaycan,  1989, № 
11, s. 117-134. 
76.
 
Şeyxzamanlının xatirələri. Bakı: Qartal, 1997, 302 s.  
77.
 
Tarixi sənədlər. //AMEA-nın  Xəbərləri. Tarix, fəlsəfə, hüquq seriyası, 1989, № 
2, s. 122-143. 
78.
 
Topçubaşov Ə. Azərbaycanın təşəkkülü. //AMEA-nın Xəbərləri. Tarix, fəlsəfə, 
hüquq seriyası, 1990, № 3, s.114 -133. 
79.
 
 Zeynaloğlu C. Müxtəsər Azərbaycan tarixi. Bakı, Azərbaycan Dövlət Kitab 
Palatası, 1992, 144 s. 
 
Türk dilində 
82.
 
 Altan Deliorman. Türklere qarşı ermeni komiteleri. ikinci nəşri, İstanbul: Bağıçı 
Başım və Yayıcı evi, 1975, 360 s.  
83.
 
 Azerbaycan Belgelerinde Ermeni sorusu (1918-1920). Ankara: Başbakanlık 
Devlet Arşnvleti Genel Müdürlüğü, 2001, 682 s.  
84.
 
 Erməni sorusu. 1914-1923. Ankara: Türk tarih kurumu basımevi, 1991, 295 s.  
85.
 
 Ermeni kültür terörü. Türkiye: İğdır,  1998, 41 s.  
86.
 
 Kazım Qarabakir. Erzincan ve Erzurumun qurtuluşu. Erzurum: Güner Metbesi, 
Ticaret və Senaye, 1990, 526 s.  

 
153
87.
 
 Dr. Rifat Uçarolun. Siyasi tarih (1789-1984).İstanbul: Filiz kitabı, 1995,892 s.                   
 
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin