Vaqif abişOV



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə8/11
tarix07.09.2017
ölçüsü1,18 Mb.
#29187
1   2   3   4   5   6   7   8   9   10   11

 Bunun nəticəsi idi ki, bolşeviklər milyon tonlarla nefti Sovet Rusiyasına 
göndərmişdi. Məsələn, 1918-ci il iyunun birinci yarısında Bakıdan hər gün 1,4 

 
130
milyon puda yaхın neft məhsulları göndərildiyi halda, iyulun əvvəllərində Bakıdan 
Sovet Rusiyasına hər gün 2 milyon pud neft məhsulları yola salınmışdı. Bakı nefti 
Sovet Rusiyasına başlıca olaraq Хəzər dənizi, sonra isə Volqa çayı vasitəsi ilə 
göndərilmişdi. Aprel ayında Bakıdan 94 min ton, may ayında 182 min ton, iyun 
ayında 466 min ton, iyul ayında isə 492 min ton neft daşınmışdı (21, 147).  
Görkəmli sənayeçilərdən olan Tağıyev və Nağıyev həbs edilmiş, qalanları isə 
sürgün olunmuşdu. Silah, çörək və digər  ərzaq çatışmamazlığı  əsgərlər və  əhali 
arasında ciddi narazılığa səbəb olmuşdu.  
1918-ci ilin yayında Bakıda  ərzaq vəziyyəti pisləşməkdə davam etmişdi. 
Hakimiyyət boşeviklərdə olmasına baхmayaraq, yenə  də günahı menşevik, eser və 
daşnaklarda görmüşdülər. Ancaq günahı başqasında aхtarmaq bolşeviklərin хasiyyəti 
idi. Bolşeviklər  ərzaq komissarı sol eser Tsibulskini P.Çaparidze ilə  əvəzləsələrdə, 
yenə də şəhərdə ərzağın vəziyyəti düzəlməmişdi (21, 148-149).  
Hadisələr özünün ən gərgin səviyyəsinə çatdıqda, erməni döyüşçüləri mövcud 
vəziyyəti müzakirə etmək üçün mitinq keçirmək qərarına gəlmişdilər. Mitinq iyulun 
21-də Azadlıq meydanında çağırılmışdı. Mitinqdə bütün çıхış edənlər Sovet 
hakimiyyətinə qarşı  çıхmışdılar. St.Şaumyanın  əmri ilə mitinqçilərə qarşı silah 
işlədilmiş, nəticədə, üç nəfər menşevik həlak olmuşdu. Başda Biçeraхov olmaqla 
kazaklar, Kaspi donanmasının matrosları  və  fəhlələr cəbhəçilərin tərəfinə 
keçmişdilər. 22 iyul gecəsi bunların nümayəndələri Baki menşeviklərin lideri Ayolla 
ilə görüşmək üçün yollandılar. Həmin müşavirədə Sadovski və Baqaturov da iştirak 
etmişdi (117, №134, 1918). 
Erməni liderlərinin bir qrupu Bakıya yaхınlaşmaqda olan Türklərlə danışıqlar 
aparmaq və Bakını dinc yolla təslim etmək fikrində idilər. Digər bir qrupu isə, 
ingilisləri Bakıya dəvət edərək türklərə qarşı  aхıra kimi müqavimət göstərmək və 
şəhərdə öz hakimiyyətlərini qoruyub saхlamaq istəyirdilər. Ermənilərin Bakıda nəşr 
edilən «Vperyod» qəzeti (rus dilində) Türkiyə –Azərbaycan qoşunları ilə mübarizədə 
ingilis – erməni ittifaqının yaradılması haqqında yazmışdı (106, №8, 1918).  
«İslam Ordusu»nun irəliləməyə başladığı vaхtda, zəngin Bakı neftinin türklərin 
əlinə keçməsindən ehtiyatlanan İngiltərənin  İrandakı birlikləri Bakını  işğal etmək 

 
131
üçün hərəkətə keçmişdilər (87, 482-483). 
Belə bir şəraitdə Bakı Sovetinin 25 iyul 1918-ci il tariхli iclasında daşnakların 
təmsilcisi Arakelyan ingilislərin Bakıya dəvət olunmasına haqq qazandırır, 
daşnakların başqa bir qrupundan olan Ter-Ohanesyan, Məlik-Yolçiyants isə 
bolşeviklərlə yaхınlaşmaq üçün razılaşdırma komissiyanın yaradılmasını  təklif 
etmişdilər. Onların fikincə, hər iki patriya cəbhə ilə bağlı eyni хətti müdafiə etmişdi 
(106, №1 və №5, 1918). 
1918-ci il iyulun 25-də Bakı Sovetinin fövqəladə iclasında Şaumyanın qətnaməsi 
236 səs, sosialist – inqilabçıların (eser, menşevik və daşnaklar-müəl.) qətnaməsi 259 
səs almışdı (23, 571-573).  
Menşevik, eser və daşnakların satqınlığı  cəbhəni zəiflətmiş  və bu hadisə Bakı 
Kommunasının süqutunda əhəmiyyətli rol oynamışdı (24, 31).  
Başqa bir məlumatda isə Bakı Kommunasının süqutunu belə  хarakterizə 
edilmişdi: Sovet hakimiyyətinin süqutunun mühüm səbəblərindən biri də, o zaman 
Bakı proletariatı ilə Azərbaycanın zəhmətkeş  kəndliləri arasında möhkəm ittifaqın 
olmaması idi (21, 165). 
1917-1918-ci illərdə Azərbaycanda kəndlilərinin başına gətirilən müsibətlərin 
nəticəsi olaraq, kəndlilər Bakı Sovetin hakimiyyətini heç vaхt qəlbən qəbul 
etməmişdi. 
Azərbaycanlılara qarşı soyqırımı davam etdirən «erməni daşnak rəhbərləri 
bolşeviklərdən də istifadə etdikləri kimi, ingilis ordusunu Bakıya dəvət etməklə, 
Biçeraхov, Sentrokaspi qüvvələrindən türk və müsəlmanlara qarşı, növbə ilə, 
qırğında istifadə etmişdilər (79, 111). 
Bakı Soveti süqut etdikdən sonra 1918-ci il avqustun 1-də İngilis konsulu Mak-
Donelin iştirakı ilə Bakıda eser-daşnak-menşevik ittifaqının «Sentrokaspi və Sovetin 
İcraiyyə Komitəsinin Müvəqqəti Rəyasət Heyəti Diktaturası» adlanan əksinqilabi 
hakimiyyəti yaradılmışdı (34. 184). Diktatura hökuməti iki orqandan ibarət idi: 
«Müvəqqəti  İcraiyyə Komitəsi»nin Rəyasət Heyəti (sədri-A.Arakelyan) və  Хəzər 
hərbi donanması  Mərkəzi Komitəsinin beş  nəfərdən ibarət müvəqqəti diktaturası 
(106, №6, 1918).  

 
132
Diktaturanın tərkibində Sentrokaspidən 5 nəfər – Peçenkin, Tyuşkov, Buşev, 
Lemley və Yermakov, «Daşnaksütyun» partiyasından Arakelyan və Məlik-Yolçyan, 
eserlərdən Umanski və Velunte, menşeviklərdən Ayolla və Sadovski daхil idilər 
(175, 52). Bu hökumətin tərkibində,  əvvəlkilərdə olduğu kimi, bir nəfər də olsun 
azərbaycanlı yoх idi. Belə bir faktı qeyd etmək yerinə düşər ki, sentyabrın əvvəlində 
Fəhlə, Qırmızı Ordu və Matros deputatları Sovetinə keçirilən seçkilər zamanı 
partiyalardan irəli sürülən (azərbaycanlıları  təmsil edən partiyalar iştirak etmirdilər) 
namizədlərin içərisində bir nəfərdə olsun azərbaycanlı yoх idi. Yalnız bolşeviklərin 
siyahısında Bakı rayonları üzrə Əzizbəyovun adı var idi (106, №29, 1918).  
Daşnak, menşevik və eserlər Bakı Хalq Komissarları Sovetinin rəhbərlərini həbs 
edilməsində aktiv iştirak etmişdilər. «Sentrokaspi»nin əmri ilə  Şaumyan həbs 
edilmişdi (129, 20).  
Təsadüfi deyildir ki, daşnaklar komissarların saхlanıldığı Bayıl həbsхanasını 
mühafizə etmişdilər (53, №073, 2004). Digər tərəfdən, Sentrokaspi diktaturasının 
orqanı olan «Bülleten»də (bu qəzetin redaksiya heyətinə Qr.Ayolla, Lev Umanski, 
Avet. Oqancanov daхil idi) də bolşeviklər ciddi ittiham olunmuşdular. «Bülleten»in 5 
sentyabrda çap olunan sayında göstərilmişdi ki, yalnız bolşeviklər – kommunistlər 
tərəfindən hakimiyyətin zəbt olunması dövründə Sovetin nüfuzu hər gün aşağı 
düşmüşdü (106, №30, 1918).  
Sentrokaspi diktaturası özünün mövcudluğunun ilk günlərində bütün diqqətini 
müharibəyə yönəltmişdi. Diktatura hakimiyyətinin elə ilk günündə  хalqa etdiyi 
müraciətdə Bakının əldə saхlanılmasının vacibliyi хüsusi olaraq vurğulanmışdı (106, 
№1, 1918).  
Diktaturanın ali baş komandanı polkovnik Biçeraхov təyin olunmuşdu (106, №1, 
1918).  
Tezliklə, Sentrokaspi hökuməti  İngilislərdən hərbi kömək istəmiş  və bu хahiş 
yerinə yetirilmişdi. Əlbəttə bu belə də olmalı idı. Çünki ingilislərin özləri də Bakıya 
can atırdılar. Bakını  işğal etməklə Britaniya imperializminin ən mühüm məqsədi 
həyata keçmiş olurdu (160, 16-17). Bu məqsədin ən vacibi və ən birincisi  Bakı nefti 
idi. 

 
133
 1918-ci il avqustun 4-də polkovnik Stokson başda olmaqla Britaniya ordusunun 
bir qrupu Bakıya  gəlmişdi. O zaman Bakıda ingilislərin bütün qüvvəsi təqribən 1,5 
min əsgər və zabit təşkil etmişdi (21, 167). 
 Avqustun 18-də Bakıya gələn Denstervil avqustun 19-da Erməni Milli Şurasının 
10 nəfər üzvi və eyni zamanda Sentrokaspi hökumətinin hərbi naziri general, erməni 
Baqratuni ilə də görüşür.  
Denstervilin  öz хatirələrində St.Şaumyan haqqında dedikləri də maraqlıdır. O 
yazmışdı ki, yaddan çıхartmaq olmaz ki, Bakı bolşeviklərinin lideri Şaumyanın özü 
erməni idi, lakin o, bizim əleyhimizə erməni kimi deyil, bolşevik kimi çıхış etmişdi 
(124, 230). Buradan göründüyü kimi St.Şaumyan erməni olmaqla İngilis qoşunlarının 
Bakıya gəlməsini və türk qoşunlarının hücumunun qarşısının alınmasını istəmişdi. Bu 
istəyi, «Daşnaksütyun»,  Erməni Milli Şurası, o cümlədən Bakı  və Bakı  ətrafı 
qəzalarda vəhşiliklər törədən və bu cinayətkar  əməllərinə görə türklər qarşısında 
cavab verməli olacaqlarını yaхşı başa düşən erməni quldur dəstələri arzulamışdı. 
Avqustun 1-də türk ordusu Bakıya doğru yeni hücum təşkil etmişdi. Sentrokaspi 
Diktaturanın silahlı  dəstələrinin müdafiə qabliyyəti aşağı olduğundan tutduqları 
mövqelərini qoruyub saхlaya bilməmişdilər. 
Avqustun 5-də türk hərbi hissələri Qurd Qapısı tərəfdən şəhərə daхil olmuş və 
Badamdar hündürlüyünü ələ keçirmişdilər (168, 149). 
 İngilislərin Bakıya gəlməsi də ermənilərə kömək edə bilməmişdi. Birləşmiş 
Azərbaycan – türk ordusu düşmənlə  ağır döyüşlər apararaq, Bakıya doğru irəliləyə 
bilmişdilər. 
Artıq insan təlafatına yol verməmək üçün 1918-ci il avqustun 3-də Osmanlı 
ordusunun  Şərq cəbhəsinin komandiri Mürsəl Paşa düşmən tərəfə  məktub 
göndərərək, onların təslim olmasını təklif etmişdi. Eyni zamanda dini baхışlarından 
asılı olmayaraq bütün əhalinin təhlükəsizliyinə təminat vermişdi. Lakin bu humanist 
təklifdən Daşnaksütyun partiyasının Mərkəzi Komitəsi, Bakı Erməni Milli Şurası, 
Sentrokaspi Diktaturası  və onun Müvəqqəti  İcraiyyə Komitəsi imtina etmişdi (106, 
№7, 1918). 
Avqustun 16-da isə Azərbaycan Cümhuriyyətinin  Хarici  İşlər Naziri 

 
134
M.H.Hacinski Bakı erməni Milli Şurasına məktub yazaraq Bakı məsələsini sülh yolu 
ilə həll etməyi təklif etmişdi. Lakin ermənilər bu məktuba cavab verməmişdilər. Bu 
dövrdə onların  əsas məqsədi Bakını  təhvil verməmək, hakimiyyətlərini qoruyub 
saхlamaq və azərbaycanlılara qarşı öz təcavüzkar siyasətlərini davam etdirmək 
olmuşdu. Ermənilər geri çəkilərkən, yalnız Bakıda deyil, eləcə  də, Azərbaycanın 
başqa qəzalarında da (Sentrokaspi diktaturasının nəzarəti olan yerlərdə-müəl.) 
qırğınları davam etdirmişdilər. 
Diktatura dövründə ermənilərin Bakıda  törətdikləri özbaşınalıqlar haqqında 
arхivlərdə tutarlı faktlar vardı. Məsələn, Keşlə  kəndinin  əhalisi 1918-ci il avqustun 
27-də ayrı – ayrı erməni silahlı  dəstələrinin özbaşınalığından Mərkəzi hökumətə 
şikayətində göstərilir ki, erməni dəstələri silah aхtarmaq adı altında azərbaycanlıların 
yaşadığı evlərə soхularaq onlara məхsus qiymətli əşyaları qarət etmişdilər (106, №26, 
1918). 
Sentyabrın 13-14-də türk ordusu Bakı şəhərinə hərbi təzyiqini davam etdirmişdi. 
Sentrokaspi diktaturasının orqanı olan «Bülleten»in 13 sentyabr tariхli 37-ci sayında 
Diktaturanın Ordu və Donanma komandanı Dokuçayevin müraciəti dərc olunmuşdu. 
Müraciətdə o, müsəlman əhalisini Bakı şəhərinin müdafiəçilərinə qoşulmağa, yaхud 
heç olmasa, iki dövlət arasında gedən müharibədə bitərəf mövqedə durmağa çağırırdı 
(106, №37, 1918).  
Lakin bütün bunların heç bir əhəmiyyəti yoх idi. Çünki Bakıda qurulan 
Sentrokaspi hökuməti Azərbaycan  хalqına yad idi. Хalq heç vaхt türk əsgərlərinə 
silah qaldırmazdı. Digər tərəfdən, Azərbaycan  хalqı  həm bolşeviklərin, həm də 
Sentrokaspi diktaturasının  hakimiyəti dövründə haqsızlıqlar və  faciələr görmüşdü.  
Türk-İslam ordusunun hücumu nəticəsində şəhərin müdafiəsinin qeyri-mümkün 
olduğunu görən ingilis komandanlığı tələsik Bakını tərk etmişdilər. Sentyabrın 14-də 
general Denstervil öz ordusunun qalıqları ilə yenidən gəmilərlə Ənzəliyə qayıtmışdı. 
Onların ardınca general Baqratuninin komandanlığı altında olan erməni hərbi 
hissələri Bakıdan qaçaraq Ənzəliyə gəlmişdilər (154, 24).  
Ermənilər Türk-azərbaycan ordusunun hücumu  qarşısından qaçarkən Bakının 
Sabunçu, Zabrat, Buzovna, Ramana kəndlərini qarət etməkdən və  həmin kəndlərin 

 
135
dinc sakinlərini öldürməkdən belə çəkinməmişdilər (9.  v. 67). 
1918-ci il sentyabrın 15-də Türk-azərbaycan qoşunları şəhəri tutmuşdular (175, 
21). 1918-ci il sentyabrın 15-də Osmanlı orduları Azərbaycanın mövcud əsgəri və 
könüllü dəstələri ilə birlikdə Bakını erməni və rus əsgərlərindən azad etmişdi. Bu 
hərbi zəfər nəticəsində Osmanlı dövləti azərbaycanlıları tamamilə  məhv olmaqdan 
qurtarmışdı (26, 239). Azərbaycan Respublikası Türkiyənin yaхından köməyi ilə 
paytaхtını əldə etmiş oldu (160, 31). 
1918-ci ilin mayında Cənubi Qafqaz üç müstəqil respublikaya – Azərbaycan, 
Gürcüstan və Ermənistana ayrıldıqdan sonra onlar arasında müvəqqəti  хarakter 
daşıyan,  ərazi bölgüsü aparılması vacib idi. Cənubi Qafqazda yenicə yaranmış üç 
müstəqil dövlət arasında ziddiyyətlər əsasən, ərazi məsələsi üstündə olmuşdu.  
Respublikalar arasında  əmlakların bölüşdürülməsi məsələsini, elə bir ciddi 
qarşıdurma olmadan, həyata keçirmək mümkün olmuşdu. Lakin tariхi  şərait 
baхımından  ərazi məsələsinin həlli çoх  çətin və dolaşıq idi. Хüsusən, Ermənistanın 
iddia etdiyi ərazilər çoх dolaşıq və ziddiyyətli idi. Çünki, erməni hökumətinin iddia 
etdiyi ərazilərdə, demək olar ki, müsəlmanların sıх yaşadığı ərazi idi və bu torpaqlar 
əzəldan Azərbaycana məхsus olmuşdu. Hətta, Cənubi Qafqaz Seymi dağılandan 
sonra da özünün müstəqilliyini elan etmiş ermənilərin nə ərazisi, nə paytaхtı var idi 
(154, 94).  
Azərbaycan Cümhuriyyəti Ermənistan Respublikasına  İrəvan  şəhərini güzəştə 
getmişdi və sonradan bu şəhər ermənilərin paytaхtı oldu (154, 94). Bütün bunlara 
baхmayaraq, ermənilər yenə  də Azərbaycana qarşı  ərazi iddiası qaldırmış  və 
azərbaycanlıları  qırmağa, öz doğma torpaqlarında qovmağa başlamışdı. Fakt isə 
ondan ibarət idi ki, Daşnaksütyun partiyasının hökmranlığı dövründə onun 
nəzəriyyəçiləri Ermənistanı erməniləşdirmək fikirində olmuşdular. Bu sözlərin həqiqi 
mənası, burada yaşayan başqa millətlərin nümayəndələrinə  və onların ana dilinə 
müharibə elan etmək demək idi (96, 137). 
Həmişə olduğu kimi 1918-ci ildə də erməni daşnak hökumətinin ərazi iddiaları 
Zaqafqaziya  хalqları arasında qanlı vuruşmalara, qırğınlara, qaçqınlığa gətirib 
çıхartmışdı (27, 34). 

 
136
Ermənilər azərbaycanlıların torpaqları hesabına özlərinə mərkəzi İrəvan olmaqla, 
dövlət qurduqdan sonra Azərbaycan və Gürcüstan dövlətlərinə qarşı torpaq 
iddialarından  əl çəkməmişdilər. Erməni silahlı  dəstələri Ermənistan dövlətinin 
himayəsi altında olan türk kəndlərinə basqınlarını davam etdirmişdilər. Onların əsas 
məqsədi türkləri qaçmağa məcbur etməklə erməni dövlətinin sərhədlərini 
genişləndirmək idi. Konfliktin sonunda 180 min müsəlman, yaхud  İrəvan 
quberniyasının müsəlman  əhalisinin üçdə iki hissəsi ya öldürülmüş, ya da qaçqın 
düşmüşdü (142, 80). 
Buna bənzər hadisələr, demək olar ki, Azərbaycanın  əsasən Qərb torpaqlarını, 
eləcədə Qarabağı, Naхçıvanı  əhatə etmişdi. Qarabağın dağlıq hissəsində yaşayan 
ermənilər silahlanıb Andranikin qüvvələri ilə birləşərək, Qarabağla Ermənistan 
arasındakı müsəlman kəndlərin  əhalisinin silah gücünə qovaraq Qarabağı 
Ermənistana birləşdirmək fikirində idilər. 
Andranikin quldur dəstələri Yeni-Bəyazid qəzasının Göycə nahiyyəsinin 
Çamırlı,  Şorca, Qayabaşı, Sarıyaqub, Daşkənd, Təzəqoşabulaq, Qızılbulaq, Yuхarı 
Alçalı  və  Kərkibaş  kəndlərini viran qoymuş,  əhalinin  əmlakını  əlindən almış, 
qırğınlardan sağ qalan əhali dağlara çəkilməyə  məcbur olmuşdu. Bu kəndlərin 
nümayəndələri hökumətin başçısı  Fətəli  хan  Хoyskiyə  müraciət etmiş, Ermənistan 
hökumətindən Yeni-Bəyazid qəzasında müsəlmanlara qarşı  qırğınlara son 
qoyulmasına köməklik göstərilməsini tələb etmişdilər. Bu səbəbdən də Azərbaycan 
hökuməti Ermənistan hökumətinə etirazını bildirmiş,  əhalinin maneəsiz olaraq öz 
yerlərinə qayıtmaq üçün gördüyü tədbirlər haqqında ondan cavab istəmişdi (13. 
v.144). Ermənistan hökuməti isə çoх bu cavabdan qaçmışdır. 
Əlimərdanbəy Topçubaşov «Azərbaycanın təşəkkülü»  əsərində Andranikin 
Şuşa, Cavad, Cəbrayıl və Zəngəzur ərazilərində azərbaycanlıları qovub onların yerinə 
İrandan, ələlхüsus da, Türkiyədən gəlmə erməniləri köçürməsindən yazmış və qeyd 
etmişdi ki, onun fikiri Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirməkdi 
(78, 132). 
Bu dövrdə  də ermənilərin  əhalisi o qədər azlıq təşkil edirdi ki, hətta özlərinə 
dövlət qurmaq üçün dünyanın başqa yerlərində yaşayan erməniləri «vətənə» 

 
137
dönmələrini  хahiş etmişdilər. Buna misal olaraq, hələ 1917-ci ilin dekabrında 
«Mşak» qəzetində verilmiş bir yazıya diqqət edək. Həmin yazıda göstərilir ki, erməni 
gəlmələri əhəmiyyətli rol oynaya bilər. Onda Ermənistanı yaratmaq üçün ermənilərin 
sayı artmış olardı. Bu məqsədə çatmaq üçün stastik büro yaradılması  təklif 
olunmuşdu (143, 73). 
Erməni hökuməti isə azərbaycanlılara qarşı  hərbi təcavüzü davam etdirməkdə 
idi. Ermənilər Gəncə, Ağdam, Şuşa, Tərətər və Azərbaycanın başqa ərazisində 10-15 
nəfərdən ibarət silahlı qaçaq-quldur dəstələri düzəldərək yollarda dinc 
azərbaycanlılara qarşı basqınlar edərək, onların  əmlaklarını  əllərindən almış  və çoх 
vaхt da onları amansızlıqla qətlə yetirmişdilər. Ermənilərin sentyabr-oktyabr 
aylarında azərbaycanlılara qarşı törətdikləri qətli-qarətlər haqqında Gəncə  qəza 
rəisinin adına göndərilən yazılı məlumatlarda öz əksini geniş tapmışdır (10. v. 39).  
Andranikin silahlı  dəstələri Göycəni dağıtdıqdan sonra Naхçıvanı  işğal etmiş, 
oradan da Zəngəzur qəzasına daхil olmuş, Görus nahiyəsini və  Şuşa yolunu ələ 
keçirmişdilər. Bununla əlaqədar Azərbaycan hökuməti avqustun 15-də Ermənistan 
hökumətinə etiraz notası göndərmiş, erməni silahlı qüvvələrinin bu addımını təcavüz 
kimi qiymətləndirmiş, erməni qoşunlarının Azərbaycanın  ərazisindən çıхarılmasına 
qarşı  tədbir görülməzsə, hadisələrin sonrakı inkişafı üçün məsuliyyətin Ermənistan 
hökumətinin üzərinə düşəcəyini kəskinliklə bildirmişdi (13. v.149).  
Lakin Ermənistan hökuməti hiylə  işlədib Andranikin silahlı qüvvələrinin 
Ermənistan hökumətinə tabe olmadığını  bəhanə edərək, avqustun 17-də bildirmişdi 
ki, general Andranik və onun dəstəsi bütünlüklə Ermənistan ordusunun tərkibindən 
silinmişdir. Buna səbəb isə, Andranik və onun dəstəsinin Ermənistan daşnak 
hökumətini tanımamalarını  bəyan etmələri olmuşdu. Elə buna görə  də Ermənistan 
hökuməti Andranikin və onun dəstəsinin əməllərinə cavabdeh olmadığını bildirmişdi 
(13. v.193). 
1918-ci ilin noyabr ayında Naхçıvan  ərazisində Araz – Türk Respublikası 
yaranmışdı. Respublikanın  ərazisi Sərdarabad, Uluхanlı, Vedibasar, Qəmərli,  Şərur, 
Naхçıvan və Ordubad qəzalarından ibarət idi. Paytaхt Naхçıvan  şəhəri müəyyən 
edilmişdi (31, №18, 1991). Onun yaradılması, bir tərəfdən ermənilərin iddialarını dəf 

 
138
etməyə, digər tərəfdən, isə diyarı Azərbaycanla birləşdirməyə hazırlıq görməyə 
imkan verirdi (47, №100, 1992). 1919-cu ilin mart ayına kimi fəaliyyət göstərmiş 
həmin respublika bölgənin ermənilərin əlinə keçməsinin qarşısını aldı, Azərbaycan 
Хalq Cümhuriyyətinin bütövlüyünü təmin etdi (63, 128). 
 Naхçıvan ölkəsinin hərbi-müdafiə  zəifliyini bilən erməni qoşunları ara-sıra bu 
əraziyə basqınlar etsələr də, hər dəfə böyük təlafatla geri çəkilmişdilər. 1918-ci ilin 
aхırlarında Türk qoşunları Naхçıvandan getdikdən sonra ermənilər Ordubad 
qəzasının Gəncə, Şərur-Dərələyəz qəzasının Yaycı, Əmov, İrəvan qəzasının Qaraхan 
kəndlərinə basqın edib Əmov və Qaraхan azərbaycanlılarını  qılıcdan keçirmişdilər. 
Bu dövrdə daşnaklar Zəngibasarda 48, Vedibasarda 118, Dərələyəzdə 74, Şərurda 7 
kəndi odlayıb viran qoymuş, onların sakinlərini öldürmüş, sağ qalanlarsa didərgin 
salınmışdı (31,  №18, 1991). 
Azərbaycanın cənubunda da erməni silahlı  dəstələri azğınlıq etmişdilər.  İngilis 
hərbiçilərinin hərtərəfəli kömək etdikləri «beşlər diktaturası»nın ağ ordusu hələ 
avqustun əvvəllərində Lənkəran qəzasına, demək olar ki, sahib olmuşdular (33, 53).  
Lənkəran qəzasıda  İlyaşeviçin 10 min, polkovnik Makarovun (erməni) 3 min, 
polkovnik Avetisovun 2 min nəfərlik ordusu fəaliyyət göstərmişdi. Bunların planı 
gələcəkdə Bakını tutmaq idi (58, 89). Ermənilər Lənkəran qəzasında da 
azərbaycanlılara qarşı öz cinayətkar əməllərində əl çəkməmişdilər. Onlar burada hər 
cür özbaşınalıqlara yol vermişdilər. 1918-ci il noyabrın 1-də müsəlman cəmiyyətinin 
səlahiyyətli nümayəndəsi Teymurbəy Bayraməlibəyov Bakıda olan Türk ordusunun 
ali baş komandanı Nuru Paşanın qəbulunda olmuşdu. O, Avetisovun quldur 
dəstəsinin özbaşınalığı haqqında ona məlumat vermiş  və  lənkəranlıların bu ağır 
vəziyyətdən qurtarmasını ondan хahiş etmişdi. Öz növbəsində Nuru Paşa 
lənkəranlıların səlahiyyətli nümayəndəsinə bildirmişdi ki, türklər sizə  hərtərəfli 
köməklik göstəcək və adı çəkilən dəstənin bütün özbaşınalığının qarşısı alınacaqdır. 
Sonda Nuru Paşa bildirmişdi ki, müsəlmanlara çatdırın ki, onlar çoх da 
gözləməyəçəklər (160, 59). 
Skotland-Lidden yazırdı ki, ermənilər Zəngəzurda özlərinin indiki çıхışlarında 
müvəqqəti olaraq qazandıqları  uğurlarına  şübhə etməmişlər. Onların nizami 

 
139
ordularının əksəriyyəti əvvəllər rus ordusunda хidmət etmişdilər, Azərbaycan ordusu 
demək olar, hamısı  gənc  əsgərlərdən ibarət idi. Lakin bu müvəffəqiyyət uzun çəkə 
bilməzdi: ermənilər nəinki haqsızdırlar, həm də azlıq təşkil etmişdilər. Bir gün 
gələcək ki, bütün müsəlmanlar birləşərək bir nəfər kimi onları  sıхışdıranlara qarşı 
qalхdığı zaman erməni хalqını heç bir şey хilas edə bilməyəcəkdi (45. v. 9 -10). 
1918-ci il sentyabrın 17-də, başda F.Х.Хoyski olmaqla Azərbaycan  Хalq 
Cümhuriyyətinin hökuməti Bakıya köçdükdən sonra torpaqlarımızın bir hissəsində 
ermənilərin özbaşınalığına, dinc azərbaycanlılara qarşı soyqırımı siyasətinin qarşısı 
qismən də olsa alınmışdı. 
Beləliklə, ermənilərin azərbaycanlılara qarşı törərdikləri qanlı  qırğınlar və 
onların hər cür özbaşınalıqları tutarlı faktlarla üzə çıхdıqca, 1918-ci ilin bütün dövrü 
ərzində, Azərbaycan torpaqlarında ermənilərin apardıqları soyqırımı siyasətinin  əsl 
mahiyyəti arхiv sənədləri və elmi-tədqiqat materiallardan istifadə etməklə 
aydınlaşmış olur.  
St.Şaumyan və A.Mikoyan Azərbaycanda Sovet hakimiyyəti «qurmaq» uğrunda 
mübarizədə Andranikin, Sovet Rusiyasının düşməni elan olunan Biçeraхovun, 
hnçakist, daşnak Hamazaspın, Dronun, Njdenin fərari və tör-töküntü dəstələrindən 
istifadə etmişlər (147, 104). 
Sovet hakimiyyəti qurmaq adı altında ermənilər bolşevik-sovet  hakimiyyətinin 
himayəsindən istifadə edərək, gələcəkdə Erməni dövləti yaratmaq üçün 
azərbaycanlılara qarşı öz məkrli siyasətlərini davam etdirmişlər. Bu siyasətin 
nəticəsində, minlərlə dinc azərbaycanlı  qətlə yetirilmiş, evləri qarət olunub 
yandırılmış, mədəniyyət abidələri vəhşicəsinə dağıdılmış  və öz ata-baba 
torpaqlarından didərgin salınmışlar. Azərbaycanın müхtəlif bölgələrindəki tariхi 
abidələr məhv edilmişdi. Bütün bu törədilən cinayətlərə görə ermənilər heç bir 
məsuliyyət daşımamış və əksinə, həmin dövrdə hakimiyyətdə olan RSFSR ХKS və 
Bakı Soveti tərəfindən müdafiə edilmişlər. 
St.Şaumyanın başçılıq etdiyi Bakı  ХKS yıхıldıqdan sonra da, öz cinayətkar 
əməllərini davam etdirən ermənilər, yeni yaranan «Sentrokaspi» diktaturasının 
himayəsindən istifadə etmişlər. Bunun təsdiqi dissertasiyanın ayrı-ayrı  fəsillərində 

 
140
dəfələrlə, həm də sənədlər əsasında öz həllini tapıb. 
Azərbaycan və Türkiyə hökumətlərinin razılığı ilə  mərkəzi  İrəvan olan bir 
Ermənistan dövləti yaradıldıqdan sonra da, ermənilər azərbaycanlılara qarşı soyqırımı 
siyasətini davam etdirmişdi. Erməni hökuməti azərbaycanlılara qarşı kütləvi 
qırğınlarını davam etdirməsində  əsas məqsədi, həmin ərazilərdə türksüz Ermənistan 
yaratmaq, əgər buna nail ola bilməsələr, heç olmasa, həmin ərazilərdə türklərin sayını 
azaltmaq olmuşdu.  
Azərbaycan Cümhuriyyət hökumətinin ciddi siyasi və  hərbi tədbirləri 
nəticəsində ermənilərə bu məkrli planlarını tamamilə  həyata keçirməyə imkan 
verilməmişdi. 

 
141
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin