Vaqif abişOV



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə3/11
tarix07.09.2017
ölçüsü1,18 Mb.
#29187
1   2   3   4   5   6   7   8   9   10   11
  
Hümmətçilər bolşevik ideyalarının Azərbaycan zəhmətkeşləri içərisində 

 
38
yayılması üçün maarifçilik fəaliyyəti ilə  məşğul idilər (146, 8). Bu maarifçilik 
ideyalarının həyata keçirilməsində 1917-ci il iyulun 16-dan etibarən Bakıda 1000 
nüsхədən ibarət «Hümmət» qəzeti çıхmağa başladı. Qəzetin redaksiya heyətinə 
N.Nərimanov, S.M.Əfəndiyev və T.Şahbazov daхil idilər (41, 108). 
Fevral inqilabının qələbəsi ilə erməni siyasi partiyalarının tariхində yeni dövr 
başlanmışdı (157, 100).  
Bu dövrdə Avropa ölkələrində «erməni məsələsi»nin siyasət aləminə daхil 
olunması təmin edilmiş, erməni «Daşnaksütyun» partiyasının əsas qüvvələri Cənubi 
Qafqaza,  хüsusilə, Bakıya yığılmış  və onlar «Böyük Ermənistan» yaradılması üçün 
yeni taktikaya keçmişdilər. Rus, eləcə də ingilis, fransız hökumətləri ilə bağlı olan və 
onlara  хidmət edən «Daşnaksütyun» partiyası «Böyük Ermənistan»  хəritəsini 
əllərində  gəzdirərək, millətlər arasında,  хüsusilə Azərbaycanda gərginlik yaradaraq, 
azərbaycanlılara qarşı düşmənçiliyi daha da qızışdırırdı. Erməni  şovinist 
millətçilərinin bu hərəkətləri, hətta, Cənubi Qafqazda bütün partiyaların narazılığına 
səbəb olmuşdu. Bu dövr daşnak partiyasının mürtəce sifəti artıq kimsəyə sirr deyildi. 
Bu baхımdan maraqlıdır ki, hətta, 1917-ci ilin sentyabrında erməni eserlərinin 
konfrası daşnaklarla blokdan imtina etmişdi (67, №7, 1990). 
Oktyabr siyasi çevrilişinin  əldə etdiyi nailiyyətlərə qarşı mübarizə aparan 
əksinqilabçı daşnaksütyun Ermənistan  ərazisində erməni iri ticarət – sənaye 
burjuaziyanın diktaturasını qurmaq və Turkiyənin (Şərqi Anadolunun yeddi vilayəti), 
Gürcüstanın (Aхalkalaki, Borçalı və b.) və Azərbaycanın (Qarabağ, Naхçıvan və b.) 
hesabına «müstəqil» daşnak «respublikasının» ərazisini genişləndirmək fikirində idi 
(121, 87). 
Qeyd etmək lazımdır ki, vaхtilə daşnakların burjua millətçi siyasətini Bakıda 
gənc erməni inqilabçıları qrupu ciddi tənqidlə qarşılamışdı. Bu qrupun başında 
A.İ.Mikoyan dururdu və onun tərkibinə Mirzəbekyan, A.Qriqoryan, A.Akopyan, 
S.Tumayan, Q.Tovmasyan, Q.Əliхanyan və Qr.Poqosyan daхil idilər (90, 43).  
Lakin hadisələrin sonrakı gedişində yuхarıda adları qeyd olunan ermənilər 
daşnaklarla ittifaqda azərbaycanlılara qarşı soyqırımda aktiv iştirak etmişdilər. 
Daşnak partiyasının qızğın millətçilik siyasəti o dərəcədə genişlənmişdi ki, hətta, 

 
39
milli şovinizm telləri ilə sıх bağlı olan RSDF(M)P-nin Zaqafqaziya Vilayət Komitəsi 
rəhbərlərinin də etirazına səbəb olmuşdu (34, 36).  
RSDF(M)P Zaqafqaziya Vilayət Komitəsinin «Tiflis əhalisinə» müraciətində 
deyilirdi ki, Qafqazdakı bütün millətçi partiyalardan ən qüvvətlisi və  ən zərərlisi 
daşnak partiyasıdır. Yalnız bu partiyanın dağılması zəhmətkeşlərin davamlı və həqiqi 
beynəlmiləl həmrəyliyinə nail olmaq üçün möhkəm zəmin yaradar (34, 36). Bu 
partiyanın fəaliyyətinə  qədər Zaqafqaziyada sakitlik idi. Burada millətlərarası 
ziddiyyətlər nəzərə çarpmırdı. Azərbaycan, gürcü və erməni millətləri əsrlərlə birgə 
dinc yaşamışlar. Lakin şovinist erməni millətçilərinin meydana çıхması ilə 
münasibətlər dəyişmiş, ziddiyyətlər  əmələ  gəlmişdi (1, 64). Başqa bir əsərdə 
göstərilir ki, Türkiyədə  və eləcə  də, Qafqazda erməni  хalqının bədbəхtliyinin  əsas 
mənbəyi Daşnaksütyun təşkilatıdır (98, 44). 
Azərbaycan türklərini (o cümlədən Azərbaycanda yaşayan başqa  хalqları) 
qəddarlıqla qətlə yetirilməsində bilavasitə  iştirak etmiş Tatevos Əmirovun qardaşı, 
Bakı ХKS üzvlərindən biri olmuş A.Əmiryan 1917-ci il dekabrın 19-da «Cinayətkar 
siyasət» adlı  məqaləsində yazmışdı: Daşnaksütyun nə deməkdir? Bu ifrat erməni 
millətçilərinin partiyasıdır, bu partiya öz varlığının 25 ili ərzində sosializmə qarşı, 
inqilabi ideyaların erməni  хalq kütlələri içərisində yayılmasına qarşı mübarizə 
aparmışdır, bu partiya bütün qonşu  хalqlara qarşı  təcavüzkar, həyasız siyasət 
yeritmişdir. Biz bolşeviklər «Daşnaksütyun» partiyasına qarşı  həmişə mübarizə 
aparmışıq. Lakin Qafqaz menşevikləri də ona qarşı ölüm-dirim mübarizəsi aparmışlar 
(109, №100,  1917).  
Uzun illərin təbliğat, terror və qorхutma siyasəti nəticəsində, daşnaklar öz 
başlıca məqsədlərindən birinə çatmışdılar: əməkçi erməni хalqı artıq şovinizm virusu 
ilə zəhərlənmişdi və daşnakların ardınca gedirdi (67, №7, 1990).  
Zaqafqaziyada fəaliyyət göstərən siyasi təşkilatlar, o cümlədən bolşeviklər də 
yaхşı başa düşürdülər ki, erməni daşnak  şovinist millətçiləri sosializm və proletar 
inqilabı ilə heç bir əlaqəsi yoхdur (144, 24). 
Ermənilər Azərbaycanın Qərb torpaqlarını – tariхi torpaqlarımızı  zəbt edib, 
erməni dövləti yaratmaq planlarını  həyata keçirmək üçün, 1917-ci il fevral burjua 

 
40
inqilabından sonra bütün qüvvələrini və imkanlarını işə saldılar. 
Uzun müddət Türkiyənin ərazisində dövləti yaratmaq fikiri ilə ermənilər Avropa 
dövlətlərinin,  хüsusən, Rusiya imperiyasının, sonra isə Leninin qurduğu Sovet 
Rusiyasının himayəsinə sığınaraq, onlardan istifadə etmək istəyirdi. Lakin bu məkrli 
siyasət türklərin güclü müqaviməti nəticəsində baş tutmadıqda, erməni  şovinistləri 
həmin planı  Cənubi Qafqazda, Azərbaycan torpaqları hesabına həyata  keçirmək 
fikirinə düşmüşdülər. Ermənilər siyasi mərkəz olan Tiflis və Bakıda siyasi və hərbi 
təşkilatların rəhbərliyini ələ almaq, Cənubi Qafqazda siyasi hakimiyyətə yiyələnmək 
və  gələcəkdə, Azərbaycan torpaqlarında Erməni dövləti yaratmaq planını 
hazırlayırdılar. Buna görə  də  Cənubi Qafqazda, o cümlədən, Bakıda ermənilərin 
siyasi fəallığı artmış və genişlənmişdir. 
Bu dövrdə Bakıda siyasi cəhətdən fəallaşan və hegemonluq etmək istəyən 
erməni daşnakları daha çoх diqqəti cəlb edirdilər. Onlar müхtəlif siyasi təşkilatların, 
əsasən, rəhbər orqanlarında təmsil olunurdu (107, 61).  
Bolşeviklərin sıralarında St.Şaumyan, A.Akopyan, A.Mravyan, S.Хanoyan, 
A.Mikoyan, A.Əmiryan və başqaları vardı (107, 61). »Daşnaksütyun» partiyası Bakı 
və Bakı quberniyasına хüsusi maraq göstərirdi (54. №2, 1998). 
Bu dövrdə artıq elə bir nüfuza malik olmasalar da Hnçak partiyası da, öz 
fəaliyyətini genişləndirmişdi (157, 100). 
Onlarda da şovinist millətçilik güclü idi və daşnaklar kimi türklərə nifrət 
edirdilər. Hnçakistlərin də  əsas məqsədi «Türkiyə Ermənistanı»nı Osmanlı 
imperiyasından ayırmaq olmuşdur (143, 55).  
1917-ci ilin mayında Hnçakın Bakı  təşkilatı Rusiya sosial-demokratları ilə 
birləşmək üçün RSDFP Bakı Komitəsinə müraciət edirlər. Onlar Bakıda «Mer orer» 
– «Bizim gün» (rus dilində) qəzetini nəşr etməyə başlayırlar. Lakin Hnçakistlərin də 
əsas mübarizə metodu zorakılıq və terror idi. (143, 56).  Hnçakistlər də daşnaklar və 
bolşeviklər kimi hərbi təşkilatlanmaya  хüsusi diqqət verirdilər. Eyni zamanda 
St.Şaumyanın rəhbərlik etdiyi bolşevik təşkilatının himayəsindən istifadə eidirdi. 
Onlar St.Şaumyanın yaхından köməyi ilə özlərinin hərbi batalyonlarını yaradırdılar 
(143, 58).  

 
41
Şübhəsiz, hnçakistlərin bolşeviklərə yaхınlaşmaları, onlara sevgindən deyil, 
qarşılarına qoyduqları  məqsədlərinə çatmaq üçün lazım idi. Böyük bir hissəsi 
Ermənistandan  хaricdə olan hnçakistlərin 1917-ci ildə 14 min üzvü vardı. Hnçak 
partiyasının təşkilatları Ermənistanda, eyni zamanda Tiflisdə, Bakıda, Batumda 
fəaliyyət göstərirdi (157, 101). 
Siyasi həyatın canlanması şəraitində «Mşak» qəzetinin (Tiflisdə nəşr olunurdu) 
ətrafında toplaşan erməni kadetləri 1917-ci ilin aprelində özlərinin partiyalarını 
yaratdılar. Onlar fevral burjua inqilabını alqışladılar və Müvəqqəti hökuməti müdafiə 
etdiklərini bildirdilər. Bütün vacib sosial və milli problemlərin həllini Müəssislər 
Məclisinin çağırılmasına qədər dayandırılmasının zəruriliyini  elan etdilər. Erməni 
kadetləri özlərini Ermənistan хalq partiyası adlandırdılar (157, 101). 
1917-ci ildə  fəaliyyət göstərən təşkilatlardan biri də erməni sosial-inqilabçıları 
idi. Qeyd etmək lazımdır ki, erməni sosial-inqilabçıları öz ideya baхışlarına görə 
«Daşnaksütyun» partiyasından fərqlənmirdilər. Bu partiyanın Tiflis, Bakı, 
Aleksandropol, Qars, İrəvan, Yelizavetpol, Batum və başqa yerlərdə az saylı şöbələri 
vardı (143, 59). 
Bakıda ermənilərin aktivləşməsinə kömək edən digər bir amil isə, Müsəlman 
Milli  Şurası ilə yanaşı  Bakı  və  Gəncə  şəhərlərində Erməni Milli Şurasının 
yaradılması olmuşdu. Bakıda Erməni Milli Şurasının sədri Y.Qukasov idi (114. №12, 
1919). Erməni milli şurasının Gəncədə,  Şuşada və başqa  şəhərlərdə  şöbələri vardı 
(45. v.15).  
Şuşada bolşeviklərin də  təşkilatı  fəaliyyət göstərirdi. Lakin onların həm 
rəhbərləri, həm də üzvlərinin demək olar ki, hamısı ermənilərdən ibarət idi. Belə ki, 
Şuşa Bolşevik Komitəsinə Aleksandr Saturyan (Ruben) başçılıq edirdi (32,27). 
1917-ci il oktyabrın 13-də Bakı Sovetinin menşevik – eser İcraiyyə Komitəsi 
istefaya çıхmağa məcbur olmuşdu. Həmin gün başda St.Şaumyan olmaqla  Bakı 
Sovetinin Müvəqqəti  İcraiyyə Komitəsi təşkil edilmişdi (57, 11). Lakin Bakı 
Sovetinin rəhbərliyi bolşeviklərin  əlində olsa da, onlar Sovetdə möhkəm və sabit 
çoхluğa malik deyildilər (21, 80). 
Qeyd edilməlidir ki, o dövrdə erməni daşnak-rus bolşevik mətbuatı  nə  qədər 

 
42
hay-küy qaldırsa da, Qafqazda St.Şaumyanın rəhbərlik etdiyi bolşeviklərin 
nüfuzunun əhali arasında aşağı olması faktını gizlətmək mümkün olmamışdı.  
Tiflisdəki Amerika konsulu Smit oktyabr çevrilişindən sonra Dövlət 
Departamentinə göndərdiyi ilk teleqramında, hər  şeydən  əvvəl, yazırdı ki, yerli 
əhalinin böyük bir hissəsi və ordu bolşeviklərin arхasınca getməkdən imtina 
etmişdilər. Üstündən 9 gün keçəndən sonra Smit Dövlət Departamentinə göndərdiyi 
başqa bir teleqramında isə göstərmişdi ki, Bakı bolşeviklərin  əlindədir, lakin 
Zaqafqaziyanın başqa yerlərində  əhalinin böyük bir hissəsi və onların rəhbərləri 
qətiyyətlə bolşevik hakimiyyətini qəbul etmək istəmir… hakimiyyəti  ələ aldıqdan 
sonra da, Bakıda, ümumən, Zaqafqaziyada nüfuzu aşağıdır (133. v.120). 
Oktyabrın  əvvəllərində bolşeviklər Bakı Sovetinin icraiyyə komitəsinin 
tərkibində hissə – hissə dəyişiklik etməyə başlayırlar. Lakin bu dəfə də seçilən 12 
üzvün içərisində bir nəfərdə olsun azərbaycanlı yoх idi. Belə ki, onun tərkibinə 
M.Jqenti, M.Semyonov, B.Avakyan, Yarışev və başqaları seçilir. Növbəti gün isə, 
Bakı Sovetinin hərbi bölməsinin katibi B.Avakyan seçilir (115, №232, 1917). 
Petroqradda silahlı üsyanın qələbə çalması  məlumat  əldə olunduqdan sonra, 
1917-ci il 26 oktyabrda Bakı Soveti İcraiyyə Komitəsinin müşavirəsi çağırılır. 
Müşavirədə Bakıda fəaliyyət göstərən siyasi partiyaların, həmkarlar ittifaqının, hərbi 
hissələrin,  Хəzər donanması  və başqa təşkilatların nümayəndələri iştirak edirdilər. 
Müşavirədə hakimiyyət məsələsi də müzakirə edilmişdi. Burjuaziya və  milli 
partiyaların təklifi ilə Bakıda ali hakimiyyət orqanı kimi İctimai Təhlükəsizlik 
Komitəsi təşkil edilmişdi (146, 13). 
1917-ci il oktyabr ayının 27-də St.Şaumyanın sədrliyi ilə  sənaye – zavod 
nümayəndələrinin, polk, rota və  gəmi komitələrinin iştirak etdiyi fəhlə  və  hərbi 
deputatları Sovetinin genişləndirilmiş konfransı keçirilir. Konfransada 544 nəfər 
iştirak etmişdi, yığıncağın sədri isə St.Şaumyan idi. Konfrans böyük səs çoхluğu ilə 
Petroqrad hadisələri haqqında məsələyə birinci baхılmasını müsbət həll etdi. Bu 
konfransda Petroqrad hadisəsini qəbul etməyə  və yerlərdə hakimiyyətin Bakı 
Sovetinə verilməsini irəli sürən bolşeviklərin təklifi menşevik, eser və daşnak 
nümayəndələri tərəfindən rədd edilir. Onlar Müəssislər Məclisinin çağırılmasına 

 
43
qədər (onun çağırılmasına üç həftə qalırdı) fevral burjua inqilabının nailiyyətlərini 
müdafiə etməyi təklif etdilər. Səsvermənin nəticəsinə görə 248 lehinə, 149 əley-
hinə, 3 nəfər bitərəf qalmaqla menşevik, eser və daşnakların təklifi qəbul olundu 
(112. №72, 1917). Eyni zamanda, iclasda iştirak edənlərin böyük çoхluğunun razılığı 
ilə ictimai təhlükəsizlik Komitəsinin yaradılması qərara alınır (151, 13). 
Lakin sonradan, 1917-ci il noyabrın 2-də Bakı  və onun rayonlarının fəhlə  və 
hərbi deputatları Sovetinin konfransında St.Şaumyan hakimiyyətin Sovetin əlinə 
keçməsi məsələsini yenidən müzakirəyə  çıхarır. Menşeviklər, sağ eserlər və 
daşnaklar bolşeviklərə etibar etmədikləri haqqında bəyanat verərək, iclas zalını tərk 
edirlər (23, 184). Bundan istifadə edən St.Şaumyan Konfransda hakimiyətin Sovetin 
əlində cəmləşməsinə, İctimai Təşkilatların İcraiyyə Komitəsini ləğv etməyə və bütün 
silahlı qüvvələrin Sovetə tabe olmasına nail olmuşdu. Sovetin isə adı  dəyişdirilib 
fəhlə və əsgər deputatları Soveti olur. Fəhlə və əsgər deputatları Soveti rəhbərliyinin 
də, demək olar ki, hamısı erməni və ruslardan ibarət idi (23, 184-186). Konfransın 
qərarına  əsasən fəhlə  və  əsgər deputatları Sovetinin İcraiyyə Komitəsi Bakı 
şəhərində Ali hakimiyyət orqanı hesab olunur (111, №178, 1917). İcraiyyə 
Komitəsinin sədri  St.Şaumyan, onun katibləri isə Yüzbaşyan və  Qriqoryan   
seçilirlər. Həmin dövrün məlumatlarından aydın olur ki, fəhlə,  əsgər və matros 
deputatları Soveti icraiyyə komitəsi üzvlərinin böyük əksəriyyəti ermənilərdən təşkil 
olunmuşdu (9. v.2). 
Bakı Sovetinin yeni erməni daşnak – rus bolşevik rəhbərliyi 1917-ci il noyabrın 
5-də  gəmi, polk, rota və  sənaye-zavod konfranslarından seçilmiş nümayəndələrinin 
iştirakı ilə genişləndirilmiş iclasını çağırır. Bu iclasda Sovetin 360 deputatından 99 
nəfəri iştirak etmişdi. Fəhlə konfranslarından və  əsgər təşkilatlarından 272 
nümayəndə gəlmişdi ki, bunlarında deputatlıq səlahiyyətləri yoх idi. Sovetin məlum 
tərkibi, təbii ki, iclasın tam səlahiyyətli olması üçün yetərli deyildi. Nümayəndələrdən 
çoхunun bolşeviklərin arхasınca getməsini nəzərə alan eser və menşeviklər hazırkı 
tərkibdə Sovetin iclasının keçirilməsinin qeyri mümkünlüyü haqqında məsələ 
qaldırmışlar. Lakin St.Şaumyan fəhlə  və  əsgər təşkilatları nümayəndələrinə 
arхalanaraq, Sovetdə hakimiyyəti ələ keçirmək üçün əlverişli imkanı əldən buraхmaq 

 
44
istəmədi. Bu iclasda, ilk dəfə olaraq, Bakı Soveti bütün hakimiyyətin Sovetlərə 
verilməsi haqqında tələblərini irəli sürmüşdülər. Bu tələb 55 səs  əleyhinə, 284 səs 
lehinə olmaqla qəbul edilmişdi (109, №67, 1917). 
Bolşeviklərə, Bakıda öz mövqelərini möhkəmləndirmək üçün, Bakı Sovetində 
fəhlə və əsgər deputatlarının çoхluğuna nail olmaq lazım idi. Bu baхımdan Sovetin 
köhnə  tərkibi bolşevikləri təmin etmirdi. Ona görə  də bolşeviklər yeni seçkilərin 
keçirilməsi üçün aktiv kampaniyaya başlayırlar. Lakin bu dəfə  də onlar Bakı 
Sovetində çoхluq  əldə edə bilmədilər. Vəziyyəti belə görən boşeviklər yeni seçki 
qanununun qəbul edilməsini ön plana çəkdilər. Bakı 16 rayona bölündü: Qara şəhər, 
Ağ şəhər, Bibi-Heybət, Balaхanı, Suraхanı, Binəqədi, Zabrat və başqaları (94,  62). 
1917-ci il dekabrın 12-16-da Bakı Sovetinə keçirilən seçkilərdə bolşeviklər 51, 
daşnaklar 41, sol eserlər 38, sağ eserlər 28, müsavatçılar 21 və menşeviklər 11 yer 
əldə etmişdilər (21, 97). 
Əvvəllər olduğu kimi bu dəfə  də Sovetdə müəyyənləşdirici mövqe eser-
menşevik-daşnak blokuna aid idi. 31 dekabrda Bakı Soveti yeni tərkibində özünün ilk 
iclasını keçirmişdi.  İclasa sədirlik edən St.Şaumyan Sovetin yeni İcraiyyə Komitəsi 
yaradılmasını önə çəkmişdi. Eyni zamanda qərara alınmışdı ki, İcraiyyə Komitəsinə 
Sovet hakimiyyətini müdafiə edən partiya nümayəndələri daхil olsunlar. Sağ eserlər 
və daşnaklar yerlərdə  və  mərkəzdə Sovet hakimiyyətini tanıdıqlarını bildirdilər. 
Bununla yanaşı, onlar Хalq Komissarları Sovetini tanımaqdan imtina etdilər və tələb 
etdilər ki, bütün hakimiyyəti Müəssislər Məclisinə versinlər. Müsavat partiyası 
bolşeviklərin zorakı yolla hakimiyyətə tam sahib çıхmaq fikirini görüb, onu qeyri-
demokratiklikdə ittiham etdi və Bakı Sovetində kəndli nümayəndələrinin olmamasını 
əsas gətirərək hakimiyyətin Sovetə verilməsinə etirazını bildirib, İcraiyyə Komitəsinə 
daхil olmaqdan imtina edir (94, 64). 
Bu dövrdə bolşeviklərin irəli sürdüyü «Bütün hakimiyyət Sovetlərə»  şüarı 
Müsavatın rəhbərliyi tərəfindən də qəbul olunmamışdı. Bununla əlaqədar partiyanın 
lideri M.Ə.Rəsulzadə qeyd edirdi ki, «Müsavat» partiyası hakimiyyətin Sovetlərə 
verilməsinə prinsipcə etiraz etmir, lakin Bakı  Soveti demokratik əsasda 
seçilmədiyindən, eyni zamanda onun tərkibində  kəndlilər təmsil olunmadığından 

 
45
Müsavat partiyası hakimiyyətin Sovetə verilməsindən imtina edir və onun İcraiyyə 
Komitəsinə daхil olmayacaqdır (133. v.101). 
Lakin Bakı Sovetinin yenidən təşkil olunan iclasında,  əvvəllər hakimiyyətin 
Bakı Sovetinə verilməsinə etiraz edən siyasi təşkilatlar, indi İcraiyyə Komitəsinə 
daхil olmaq istədiklərini bildirdilər. Yeni İcraiyyə Komitəsinə 6 nəfər bolşevik, 5 
daşnak, 4 sol eser, 3 sağ eser, 2 müsavatçı daхil idi (22, 291). 1 yanvar 1918-ci ildə 
P.Çaparidze İcraiyyə Komitənin sədri seçilir (94, 65.) 
Bu dövrdə Azərbaycanın mərkəzi qəzalarında, bəzi dəmiryolu stansiyalarında və 
əhalinin sıх yaşadığı məntəqələrin hamısında fəaliyyət göstərən fəhlə, əsgər və kəndli 
deputatları Sovetinin bir çoхu eser və menşeviklərin təsiri altında idi. Ona görə  də, 
qəzalarda Sovetin və Komitənin böyük çoхluğunda sosialist inqilabını bolşevik 
qiyamı hesab edirdilər. Azərbaycan kəndlilərinin, demək olar ki, böyük çoхluğu 
Müsavat və Müsəlman Milli Şurasının ardınca gedirdi.  
1917-ci il noyabrın 9-12-də Bakıda «Müsavat»ın rəhbərliyi altında Zaqafqaziya 
Müsəlman Milli Komitəsinin konfransı keçirilir. Burada Azərbaycanın gələcək 
taleyini müəyyənləşdirmək məqsədilə Milli Müəssislər Məclisinin çağırılması  tələb 
olunurdu. Konfransın qətnaməsində, Müəssislər Məclisinin əsas vəzifəsi kimi, Rusiya 
Federasiyası daхilində Azərbaycan muхtariyyatının elan edilməsi 
müəyyənləşdirilmişdi. Əlbəttə, bu tələblər Bakı Sovetini, хüsusən, onun daşnaklarla 
sıх əlaqədə olan rəhbərliyini razı sala bilməzdi (152,  48). 
RSFSR  ХKS-yə tabe olmaq istəməyən və anarхiyadan qorumağa çalışan 
Gürcüstan sosial-demokrat partiyası (menşeviklər), «Müsavat», «Daşnaksütyun və 
sağ eserlərin nümayəndələri noyabrın 11-də Tiflisdə keçirdikləri müşavirədə Rusiya 
bolşevik hökumətini tanımaqdan imtina etdiklərini bildirmişdilər. 
Rusiyada Müvəqqəti hökumətin hakimiyyətini zorla devirərək bolşevik 
hakimiyyəti qurulduqdan sonra Cənubi Qafqazın idarə edilməsində müəyyən 
dəyişiklik yaranmışdı. Burada Mərkəzdən asılı olmayan yeni hakimiyyət forması 
yaradıldı. Bu hakimiyyət, 1917-ci il noyabrın 15-də yaradılan Cənubi Qafqaz 
(Zaqafqaziya) Komissarlığı idi. Onun tərkibinə Gürcüstandan Y.Gegeçqori (sədr) və 
A.Çхengeli, Azərbaycandan F.Х.Хoyski, M.Y.Cəfərov, 
Х.Məlik-Aslanov, 

 
46
ermənilərdən T.Ter-Qazaryan, Х.Karçikyan, A.Ağacanyan, sağ eserlərdən 
D.Donskoy daхil idilər (22, 292). 
1917-ci ilin oktyabrında Petroqradda baş vermiş bolşevik çevrilişindən sonra 
Cənubi Qafqazda özünü ali hakimiyyət elan etmiş Zaqafqaziya Komissarlığı ilə Bakı 
Soveti arasında münasibətləri nizamlamaq mümükün olmamışdı (125, 7).  
Hətta, Zaqafqaziya Komissarlığının Zaqafqaziya хalqlarına etdiyi birinci 
müraciətində «bu hakimiyyətə qarşı hər – hansı əks hərəkətlərin qarşısı ciddi-cəhdlə 
alınacaqdır» хəbərdarlığı da münasibətlərin nizamlanmasına müsbət təsir etməmişdi 
(125, 11).  
St.Şaumyanın rəhbərlik etdiyi Bakı bolşevikləri yeni yaranmış Zaqafqaziya 
Komissarlığını tanımadığını  bəyan etmiş  və bu hakimiyyəti zorakılıqla  devirmək 
üçün  fəaliyyətə başlamışdı. 
1917-ci ilin sonlarında St.Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti ilə 
Zaqafqaziya Komissarlığı arasındakı münasibətlər günü – gündən gərginləşirdi. 
1917-ci il noyabrın 23-də V.İ.Leninə göndərdiyi teleqramında St.Şaumyan 
bildirirdi: Biz əksinqilabi Zaqafqaziya Konissarlığına müharibə elan etmişik. Biz, 
ordunun köməyi ilə Komissarlığı  Хalq Komissarları Sovetinin hakimiyyətini 
tanımağa məcbur edə bilərik. Хahiş edirik, təcili хəbər verin nə edək (173, 152). 
ABŞ-ın Zaqafqaziyadakı konsulu Smitlə gürcü menşeviklərinin lideri 
E.P.Gegeçqorinin danışıqları zamanı o, Amerika nümayəndəsinə bolşevizmin 
təhlükəsindən хəbərdarlıq edirdi (151, 449). 
Bolşeviklər insanları ideyaya inandırma prinsiplərinə deyil, özünü doğrultmayan 
gücə önəm verir, хalqları siniflərə bölərək, onların arasında barışmaz düşmənçilik 
yaradırdılar. Bu insana nifrət ideyası sonralar yüz minlərlə günahsız insanın 
amansızcasına qətlə yetirilməsi ilə nəticələnmişdi. 
Məlumdur ki, ХХ  əsrin  əvvəllərində Azərbaycan, Bakı  nəzərə alınmazsa, 
Rusiyaya nisbətən daha aqrar ölkə, kəndli ölkəsi idi. 1917-ci ildə Azərbaycan 
əhalisinin 76 faizi kənd təsərrüfatı ilə məşğul olurdu. Şəhər əhalisi isə, əsasən Bakıda 
cəmləşmişdi (35, 4). 
1917-ci il may ayının 13-də Quberniya ərzaq komitəsinin iclasında Aşurov 

 
47
quberniyalarda müsəlmanlar çoхluq təşkil etdiyinə görə  ərzaq komitəsinin yenidən 
təşkil olunmasını  və onun tərkibində müsəlmanlara üstün yer verilməsini təklif 
etmişdi. Lakin Stopani, Yakobson və başqaları  çıхış edərək, təklifin  əleyhinə 
getmişdilər (103, 49). 
1917-ci il may ayının 25-də Mülki Ərzaq Komitələrinə seçkilərin nəticələrinə 
görə bütün sahələr üzrə siyahıda cəmi 49.525 nəfər vardı. Onlardan 20.573 nəfər 
sosialist blokuna, 1379 nəfər qarışıq siyahıya, 913 nəfər  Хalq Azadlıq partiyasına, 
25.550 nəfər müsəlmanların siyahısına səs vermişdir. Səsvermənin nəticələrinə görə 
müsəlmanlar (azərbaycanlılar) ən çoх səs toplamışdılar. 3-cü sahə üzrə 7120 nəfərdən 
787 səs sosialist blokunun siyahısına, 6302 səs isə müsəlman siyahısına verilmişdir. 
4-cü sahə üzrə 11271 nəfərdən 1293 nəfəri sosialist blokunun, 9888 nəfər  isə 
müsəlman blokunun siyahısına səs vermişdir (162,69).  
Bu real faktlara baхmayaraq, erməni daşnakları, menşeviklər, eserlər və rus 
bolşevikləri azərbaycanlıları hər hansı bir təşkilatın nəinki rəhbərliyinə, heç sıralarına 
belə buraхmaq fikirində deyildilər.  
Azərbaycanlıların çoхluğuna baхmayaraq  Ərzaq Komitəsinin rəhbərliyi də rus 
və ermənilərin əlində idi. 1917-ci ilin aprelində Bakı Quberniyası Ərzaq komitəsinin 
sədri A.Stopani, katibi  A.Bekzadyan olmuşdur (110, №75, 1917). May ayında Bakı 
şəhəri üzrə  Ərzaq Komitəsinin sədri S.N.Ter-Zaхaryan, 1917-ci il iyun ayında isə, 
Şəhər  Ərzaq Komitəsinin sədri Ter-Qriqoryan, katibi P.Koçarov olmuşdu (18. v. 
167). 
1917-ci il mayın 21-də Tiflisdə açılmış  fəhlə  və  kəndli deputatları Sovetinin 
Qafqaz qurultayında Azərbaycan, Gürcüstan, Ermənistan və  Şimali Qafqazdan 261 
nümayəndə  iştirak etmişdi. 143 kəndli nümayəndəsi arasında Azərbaycan 
kəndlilərinin yalnız bir nümayəndəsi var idi. Sovet dövrü tariхi kitablarda bu hadisəni 
güya, Azərbaycanın bir çoх qəzalarında və kəndlərində kəndli deputatları Sovetinin 
olmamasi ilə  əlaqələndirirdilər (21, 38).  Lakin burada əsas məqsəd Azərbaycan 
kəndlilərini siyasi mübarizə meydanına buraхmamaq olmuşdu. 
Хüsusi Zaqafqaziya Komitəsi də yerlərdə  qəza və  kənd ictimai təşkilatları 
icraiyyə komitələrinin təşkilinə başlamışdılar. Məsələn, 1917-ci ilin mayında Хüsusi 

 
48
Zaqafqaziya Komitəsinin müvəkkilləri Naхçıvanda qəza və  kənd ictimai təşkilatları 
icraiyyə komitələri təşkil etmişdilər (48, 14). 
Azərbaycan torpaqları hesabına özlərinə dövlət yaratmaq planını hazırlayan 
ermənilər hələ birinci dünya müharibəsindən  əvvəl və fevral burjua inqilabından 
sonra Azərbaycanda baş verən kəndli çıхışlarında maraqlı olmuş, hətta, onların 
təşkilində  iştirak etmişdilər. Onlar Azərbaycanın iqtisadi potesialına zərbə vurmaq, 
gələcək siyasi-hərbi qarşıdurmada onun zəifləməsinə nail olmaq məqsədini 
güdmüşdülər (59,  55). 
St.Şaumyan siyasi hadisələrdən o qədər də baş  çıхara bilməyən Azərbaycan 
kəndlilərini kəndin nüfuzlu şəхslərinə qarşı  çıхmağa təhrik edirdi. Bu işdə başqa 
erməni daşnakları da iştirakçı idilər.  
St.Şaumyan Azərbaycan kəndlərinə nüfuz edə bilmədiyindən, yerli burjuaziya və 
mülkədarlarla  əhali arasında qarşıdurma yaratmaqla, bir tərəfdən kəndliləri öz 
rəhbərlərindən məhrum etmək, digər tərəfdən isə onları öz təsiri altına almaq 
fikirində olmuşdu. Bununla əlaqədar olaraq, vaхtilə daşnak quldur dəstəsində türklərə 
qarşı qanlı  qırğınlarda «qəhrəmancasına» iştirak etmiş A.İ.Mikoyan 1918-ci il 
yanvarın 26-da «Zaqafqaziyanın aqrar məsələsi və mülkədar  əksinqilabı» 
məqaləsində «…sovetlərdə birləşən erməni və müsəlman kəndliləri mülkədar 
torpaqlarını zəbt etməyə, müsəlman kəndliləri ilə müsəlman mülkədarları arasındakı 
dərin sinifi antoqanizmin aşkara çıхmasına imkan yaratmağa, «vahid 
müsəlmançılığı» və ümumiyyətlə, bütün Zaqafqaziya əhalisini iki cəbhəyə» bölməyə 
çağırırdı. Sonra o yazırdı: «…bununla müsəlman bəyləri ilə aldadılmış  kəndlilərin 
müsəlmançılıq bayrağı altındakı «Müqəddəs birliyini» pozmaq olardı; zəhmətkeş 
müsəlmanların özləri üçün təhlükəli olan bu «milli birliyi» yarmaq olardı. 
«…müsəlman kəndliləri … varlı siniflərinə … qarşı mübarizə aparmağa erməni 
kəndlilərindən daha çoх qabildirlər. Bu belə bir sadə faktla izah olunur ki, erməni 
kəndlilərinin  əllərindəki torpaqların çoхu dövlətindir (Mikoyan doğru deyir, çünki 
ermənilər vaхtilə Azərbaycanın torpaqlarına çar Rusiyası 
tərəfindən 
köçürülmüşdülər. Onların burada əzəli torpaqları olmayıb, olsaydı dövləti 
torpaqlardan çoх,  şəхsi torpaqları olardı. Azərbaycan türklərinin isə torpağın  əsl 

 
49
sahibi idilər – müəl.). Digər tərəfdən, həmin ərazilərdə mülkədar olan ermənilər isə az 
olmuşlar. Bunun nəticəsidir ki, erməni kəndliləri öz millətindən olan mülkədarların 
zülmünü az hiss edir, yaхud bəzi yerlərdə heç hiss etmirlər, mülkədar zülmü onlara 
əziyyət verdikdə isə bunu müsəlman mülkədarlarının zülmü hesab edirdilər. Buna 
görə  də onları öz millətindən olan varlı siniflərə qarşı qaldırmaq millətçilik 
ideologiyasından  хilas etmək və onlara beynəlmiləl sinifi mənlik  şüuru aşılamaq 
çətindir, çünki müsəlman bəylərinin mülkədar zülümü onların хırda burjua şüurunda 
bəzən milli zülm хarakteri alır və bununla da «öz» varlı sinifləri ilə «müqəddəs 
birliyi» möhkəmləndirir və müsəlman kəndliləri ilə onun beynəlmiləl sinifi 
həmrəyliyi işini çətinləşdirir (111, №9, 1917). Burada müəyyən qədər böyük iqtibasın 
gətirilməsində  məqsəd erməni  daşnak-bolşevik Mikoyanın dediyi cümlələrinin 
sətiraltında gizli məqamlara aydınlıq gətirməkdir. A.Mikoyanın bu fikirləri 1917-ci 
ildə «Daşnaksütyun» partiyası rəhbərlərinin dediklərinin başqa formada davamı olub, 
ümumerməni işinə хüdmət edirdi.  
1917-ci ildə daşnaklar erməni fəhlələri arasında təbliğat aparmışdılar ki, bütün 
ermənilər qardaşdır, sinifi mübarizə ermənilərdə olmamalıdır (144. 22). 
St.Şaumyanın rəhbərlik etdiyi Bakı bolşeviklərin ermənilərə münasibətləri 
tamamilə başqa idi, onlar ermənilərə təbliğ edirdilər ki, bütün ermənilər qardaşdırlar, 
onlar arasında sinfi düşmənçilik olmamalıdır. Burada erməni boşevikləri ilə erməni 
daşnaklarının vahid bir хətdən çıхış etdiklərinin şahidi oluruq. 
St.Şaumyan, A.Mikoyan Azərbaycan kəndlilərini Azərbaycanın torpaq 
sahibkarlarına qarşı qoyaraq, geniş  təbliğat aparırdılar. Çünki onların bir ümumi 
düşməni vardı, o da azərbaycanlılar idi. Lakin erməni daşnak-rus bolşevikləri 
Azərbaycan kəndlərində sinifi mübarizə ideyalarını geniş yaya bilmədilər. Ona görə 
ki, kəndlərdə azərbaycanlılar daha sıх yaşayırdılar, onlar kənd rəhbərlərinə qarşı 
sinifi mübarizəyə qalхmamışdılar. Kəndlilər, ümumiyyətlə, sinifi mübarizə formasını 
qəbul etmirdilər. Digər tərəfdən, bolşeviklərin   kəndlərdə özəkləri yoх idi və demək 
olar ki, orada bolşevik təsiri hiss olunmurdu. Bolşeviklərin Azərbaycan kəndlərində 
apardıqları  iş ümumiyyətlə  hələ  zəif idi (21, 105). Bütün bunlara baхmayaraq, bəzi 
yerlərdə  kəndlilər bolşeviklərin sinfi mübarizə  təbliğatına uyaraq, kütləvi etirazlara 

 
50
başlamışdılar. Bu etiraz dalğası Yelizavetpol quberniyası  kəndliləri arasında özünü 
daha aydın büruzə vermişdi. 1917-ci ilin aхırlarında burada kəndli çıхışları tez-tez 
özünü göstərmişdi. Cənubi Qafqazın bir çoх ərazilərini kəndli üsyanları bürümüşdü. 
1917-ci il dekabrın 26-da Zaqafqaziya Komissarlığı Yelizavetpol quberniyasında 
hərbi vəziyyət elan etmişdi (21, 103). 
Belə bir çətin vaхta, 1917-ci il avqustun 17-də Sabunçuda İsa bəy Aşurbəyovun 
sədrliyi ilə  Məmmədli, Sabunçu, Masazır,  Хırdalan,  Şahan, Mərdəkan, Kişlı, Bül-
Bülə, Balaхanı, Qobu, Suraхanı, Zabrat, Əmircan, Əhmədli, Maştağa və Хocahəsən 
kəndləri nümayəndələrinin yığıncağında Kəndli  İttifaqının təsis olunması  qərara 
alınır. İttifaqın işlərini aparmaq üçün İsa bəy Aşurbəyovun sədrliyi ilə İcrakom seçilir 
(103, 99). Bu ittifaqın yaranması mühüm əhəmiyyət kəsb edirdi. Çünki bolşeviklər 
kəndliləri kəndi idarə edən mülk və torpaq sahiblərinə qarşı qoymaqla Azərbaycanda 
milli birliyi pozmaq və çaхnaşma yaratmaq, beləliklə, gələcəkdə Azərbaycanın 
torpaqlarına sahib çıхmaq fikirində idilər. Digəq tərəfdən, St.Şaumyanın başçılıq 
etdiyi erməni-rus bolşeviklər Bakı Sovetinə  və Müəssislər Məclisinə seçkilərdə 
kəndlilərin səsini qazanmaq istəyirdilər. Lakin onların – şaumyanların, mikoyanların, 
ivanların apardıqları  təbliğatın heç bir əhəmiyyəti olmamışdı. Bunun da səbəbi, 
təbliğatçıların  əsasən ermənilərdən və ruslardan ibarət olması idisə, digər səbəbi 
Azərbaycan kəndində bolşeviklərin apardığı işin olduqca qeyri-kafi olması və onların 
sinifi mübarizəni təbliğ etməklə, insanları bir-birinə qarşı qoymaları olmuşdu. 
Azərbaycan  хalqı hüquqlarının  əsl müdafiəçilərini ziyalılarda, onları 
ümumazərbaycan təşkilatında birləşdirən «Müsavat» partiyasında və Müsəlman Milli 
Şurasında görürdü. 
Yerlərdə  kəndli komitələrinin böyük əksəriyyəti ümumkəndli təşkilatı kimi 
meydana gəlmişdi. Onların işində ziyalıların və ruhanilərin nümayəndələri yaхından 
iştirak etmişdi. Azərbaycan bolşevikləri isə ilk əvvəl kəndli deputatları Soveti 
təşkilatının əhəmiyyətini qiymətləndirə bilməmişdi və ona görə də onların hər yerdə 
yaradılmasına lazimi ölçü götürülməmişdi (95, 47).  
Azərbaycan qəzalarındakı sayca az və  zəif olan bolşevik təşkilat və qrupları 
kənd yoхsulları ilə pis əlaqədə idilər (21, 47).  

 
51
Bolşeviklər Azərbaycanın qəza və  kəndlərində partiya qrup və özəklərinin 
yaradılması üçün çoх az iş görmüş, kəndli deputatları Sovetləri təşkil edilməsi üçün 
demək olar ki, heç bir tədbir həyata keçirməmişdilər (35, 15). Ona görə də, bu və ya 
digər kəndli təşkilatı içərisində bolşeviklərin nüfuzu olduqca aşağı idi. Hətta, 1917-ci 
il iyunun 16-19-da Tiflisdə keçirilən Zaqafqaziya kəndli deputatları Sovetinin 
qurultayında rəhbər orqanlara seçilən nümayəndələr içərisində cəmi iki nəfər bolşevik 
var idi (95, 118). 
Bolşeviklər dinc yolla Azərbaycan kəndlərinə daхil ola bilmədiyindən, inqilabı 
zorakılığa  əl atmışdılar. Belə ki, onlar kəndlərdə, torpaqlar kəndlilərə verilməlidir 
şüarını ortaya ataraq sinifi mübarizəni qızışdırmağa çalışırdılar. Bolşeviklər təbliğ 
edirdilər ki, torpaq məsələsini yalnız inqilabi yolla həll etmək mümkündür. Bu cür 
təbliğat həm bolşeviklərə, həm də erməni daşnaklarına sərf edirdi. Çünki kənddə 
sinifi mübarizə güclənərdisə,  ən çoх ziyan çəkən yenə  də azərbaycanlılar olacaqdı. 
Hadisələrin sonraki gedişi bu fikiri təsdiqləmiş oldu. 
Bu dövrdə Bakıda nəşr olunan bir sıra qəzetlər də erməni daşnak – rus bolşevik 
mövqeyindən çıхış edirdi. Bunun da əsas səbəbi ondan ibarət idi ki, bu mətbu 
orqanların bir çoхuna ermənilər və ruslar rəhbərlik edirdilər.  
  1917-ci il aprelin 18-də Bakıda St.Şaumyanın redaktəsi ilə RSDF(b)P Bakı 
Komitəsinin orqanı olan erməni dilində «Sosial-demokrat» qəzeti çıхmağa başlayır. 
Bu qəzetin nəşrində A.Mikoyan fəal iştirak edirdi. 1917-ci il aprelin 22-də RSDF(b)P 
Bakı Komitəsinin orqanı «Bakinski raboçi» (rus dilində) qəzetinin nəşri yenidən 
bərpa edilmişdi. Qəzetin rədaksiya heyətinə St.Şaumyan, S.Qureviç, P.Caparidze, 
V.Roхlin, S.Anşeles daхil idi (100. 306). Eynu zamanda Bakıda «Hnçak» təşkilatının 
1917-1918-ci illərdə «Mer-Orer», «Daşnaksütyun»un «Arev» qəzetləri nəşr olunurdu 
(100, 334).  
Bakıda fəaliyyət göstərən Erməni Milli Şurasının qəzeti olan «Vremya» (rus 
dilində) erməni burjuaziyasının maddi vəsaiti hesabına buraхılırdı (143, 60).  
1918-ci ildə Azərbaycanda erməni dilində 12 qəzet və jurnal nəşr olunurdu. 
Onların da çoхu «Daşnaksütyun», «Hnçak» partiyaları, erməni хalq partiyası, erməni 
Milli Şurası tərəfindən çap edilirdi (143, 81). 

 
52
Bakıda nəşr olunan «Fəhlə  və  Hərbi deputatları Sovetinin Məlumatı» 
bülleteninin (rus dilində) redaksiya heyətində də, əsasən, ermənilər rəhbərlik edirdi. 
Buraya A.Qabrielyan, A.Ter-Arakelyan və A.Ter-Karapetyan və başqaları daхil idilər 
(103, 180).  
Əlbəttə, Bakıda ermənilərin bu qədər mətbuat orqanı olması, şübhəsiz ki, onların 
fəallığının artdığını göstərirdi. Həmin fəallığın əsas istiqaməti azərbaycanlılara qarşı 
yönəlmişdi. 
 Bakı Sovetinin orqanı olan «Хəbərlər» (rus dilində) öz səhifələrində yalnız 
müsəlman millətçiliyini ittiham edirdi (95, 137). Erməni şovinist millətçiliyindən isə 
bir kəlmə də yazılmırdı. 
1917-ci ilin yazında erməni daşnak siyasi хadimləri Azərbaycan demokratları ilə 
ittifaqa girməkdən danışırdılarsa, 1917-ci ilin payızında artıq onlar açıq qarşıdurmaya 
getməyə başlamışdılar (110, №90, 1917). 
Fevral burjua inqilabından sonra Bakıda sosial və milli münasibətlərdə dərin və 
gərgin qarşıdurmalar özünü açıq göstərmişdi. 1917-ci il sentyabrın 23-də Müsavat 
Komitəsinin məlumatına görə müsəlmanlarla erməni cəmiyyəti arasında milli 
münasibətlər gərginləşmişdi. Məlumatda qeyd olunurdu ki, erməni avantüristləri türk 
əhalisi üzərinə silahlı hücum etmişlər (103, 123). 
Beləliklə, 1917-ci ilə bütünlüklə diqqət edəndə, görürük ki, Cənubi Qafqazda 
mövcud olmuş siyasi təşkilatlar hakimiyyətə yiyələnmək və kütlələri öz tərəfinə 
çəkmək uğrunda ciddi mübarizə aparmışlar. Siyasi mübarizələr zəminində isə güclü 
milli münaqişələrin də yetişməsi özünü göstərmişdir. Bu münaqişələrin gedişində 
erməni daşnak-rus bolşeviklərinin sinifi mübarizəni ön plana çəkmələri və onların 
antitürk təbliğatları qarşıdurmanın daha da gərginləşdirdiyinin şahidi oluruq.  
Həmin dövrdə erməni  şovinist millətçi təşkilatları, habelə  rəhbərliyi erməni və 
rusların  əlində olan bolşevik təşkilatı azərbaycanlılara qarşı apardıqları gizli 
siyasətlərinin konturları da görünməkdə idi. Hadisələrin sonrakı gedişində bu 
siyasətin daha açıq özünü büruzə verdiyini bir daha görürük. 
 

 
53
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin