Uot 81. 373. 47 BƏDİİ ƏSƏRLƏRİn diLİNDƏ DİalektizmləRİn yeri VƏ MÖvqeyi


Birinci növ ismi birləşmə modelində



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə3/14
tarix07.04.2017
ölçüsü5,03 Kb.
#13620
1   2   3   4   5   6   7   8   9   ...   14

1. Birinci növ ismi birləşmə modelində 
Dəlidağ  (B.),  Dəlidağ  (Ağ)  ,  Dəlidağ  (Cav.),  Ağcala  (B.),  Əyriqar  (B.)  ,  Üçtəpələr  (Ağ.), 
Şiştəpə  (Ağ.),  Ağbaba  (Ağ.),  Örtülüdağ  (Ağ.),  Çobandağ  (Sıg.),  Əriktəpə  (Sıg.),  Tourtəpə  (Sığ.), 
Tayadaş (Qar.), Şiştəpə (Qaz.), Soyuqbulaq (Qaz.), Ağbulaq (Tif.), Qaraköynək (Üç.), Qızılyar (Üç.), 
Topdağ (İr.), Qaraqaya (Dər.), Gözəldərə  (Dər.), Qaraarxac (Göy.), Gəlinqaya (Cav.), Çamurrudağ 
(Zan.) Sıxyurd (Zən.), Sarıdağ (Nax.), Muradtəpə (Dər.), Qızılziyarət (Sür.) Qızılyoxuş (Cav.), Ağdaş 
(Ş.),  Saraytəpə  (Ş.),  Qalatəpə    (Ş.),  Qırxqız  (Ş.)  ,  Göytəpə  (G.),  Dəyirmantəpə  (Ş.),  Qaratəpə  (C.), 
Çanaxtəpə (Ç.), Qaraquştəpə C.), Xoruzludağ (C.), Göytəpə (Zən.), Qaladaş (Lən.), Qarauldaş (Lən.), 
Qoturdağ  (Zaq.),  Dikqaya  (Sam.),  Alacadağ  (Ər.),  Uğurludağ  (Ər.),  Seyidyurd  (Sam.),  Qaladərə 
(Sığ.),  Babadağ  (Sam.)  ,  Salbuzdağ  (Sam.),  Şahdağ  (Sam.),  Qızıldağ  (Y.),  Buğdatəpə.  Taya  Qaya 
(Ağ.) Çətindağ (B.), İlandağ (Al.) Başkeçid (B.), Ağyazı (Zaq.), Qarayazı (Q.)  
Göründüyü  kimi,  təqdim  olunan  relyef    adları  iki  komponentlidir.  Komponentlər  arasında 
yanaşma  əlaqəsi  vardır.  Birinci  tərəfdəki  sözlər  əsasən  rəng,  miqdar,  əlamət,  keyfiyyət,  və  etnik 
mənşəli  sözlərdən,  ikinci  tərəfi  isə  bütün  türk  ellərində  bir  sistem  kimi  mövcud  olan  coğrafi 
terminlərdən (dağ, təpə, daş, qaya, dərə, qazı, yoxuş, oyuq, yurd və s.)  ibarətdir. Relyef adlarının 
qəzalar üzrə təkrarlanması onların eyni düşüncə əsasında yaranmasını sübut edir (4).  
Kənd adlarında olduğu kimi, relyef adlarında da coğrafi obyektləri fərqləndirən fərqləndirici 
sözlər (böyük, kiçik, aşağı, yuxarı, gədə və s.) işlədilmişdir. Məsələn,  Böyük Ağdağ, Kiçik Ağdağ 
(Y) Böyük Maymaq, Gədə Maymaq (Pəm.), Böyük Abul, Kiçik Abul (Ax.) 
2. İkinci növ ismi birləşmə modelində: 
Seyid  yurdu  (Sam),  Ellər  oyuğu  (Sıg),  Sıx  yurdu  (Zən.),  Bazar  düzü  (Q.),  Qum  dağı  (Ağ.), 
Qızıl  bahası  (Zən.),  Qarabağ  düzü  (Ş.),  Loru  düzü  (B.),  Şörəyel  düzü  (Al.).    Göründüyü  kimi, 
göstərilən oronimlərin birinci   tərəfi qeyri-müəyyən  yiyəlik  halda, ikinci  tərəfi   III  şəxsi  bildirən  
mənsubiyyət şəkilçili sözdən ibarətdir. İdarə  əlaqəsi ilə formalaşmışdır (3.226). 
3. Feli sifət modelində: 
Əriməz  (Zən.),  Daşkəsən  (Bor.),  Kürkgeyilən  (Sıg.),  Mıxtökən  (Şam.),    Naltökən  (B.), 
Usufvurulan (Ağ.), Leyli qaçan (Dər.), Palantökən (Sığ.)(4.5). 
Göstərilən dağ adları feli birləşmə modelində fondlaşmış sözlərdən  törənmişdir. Göründüyü 
kimi, dağın müəyyən əlamətinə və ya təbii şəraitinə görə bu adlar yaranmışdır. Xəritədə bəzi coğrafi 
adlar  qeyri-rəsmi  olsa  da,  tərcümə  edilmişdir.  Məsələn,  Ağlağan  “Mokrıy”,  Ağbulaq  (“Belıy 
Klyuç”)  kimi  qeyd  olunmuşdur.  Xəritədə  erməni  mənşəli  toponimlər  yoxdur.  Bu  addəyişmələr 
sonrakı  illərdə  də  baş  vermişdir.  Qeyd  olunmalıdır  ki,  göstərilən  oronimlərin  bir  çoxu  müasir 
xəritələrdə yoxdur, unudulmuşdur.  
Xəritədə  çoxlu  rus  mənşəli  adlar  nəzərə  çarpır  ki,  bu  da  çar  hökumətinin  Cənubi  Qafqazı 
ruslaşdırmaq siyasətinin nəticəsi idi.  
Rusiyanın  ucqarlarından  köçürülən  malaqan,  duxabor,  rus  və  qeyri  kimiləri  Azərbaycan 
türklərinin qədimdən yaşadıqları məskənlərə  və yaylaq yerlərinə, gəlirli torpaqlara yerləşdirilmiş və 
gəldikləri yerlərin adlarını dəyişdirmişlər. Məsələn: Saratovka, İvanovka, Astraxanovka və s.  
Elmi  yeniliyi:  Məqalədə  ilk  dəfə  olaraq  Cənubi  Qafqazın  hərbi-topoqrafik  və  məxfi 
xəritəsində  qeydə  alınan  kartoqrafik  adlar  tədqiqata  cəlb  edilir,  onların  sintaktik  xüsusiyyətləri 
göstərilir.  
Tağiyeva R.İ. 
 

 
22 
 
Tətbiqi əhəmiyyəti: Tətbiqi əhəmiyyəti ondan ibarətdir ki, nəşr olunan toponimlər lüğətində 
həmin kartoqrafik adlardan isrifadə etmək mümkündür. Çünki  həmin adların etnik tariximiz üçün 
çox əhəmiyyətlidir. 
 
İXTİSARLAR 
B. Borçali qəzası 
 
 
 
C. Cavad qəzası 
Ş. Şuşa qəzası       
 
 
 
Cav. Cavanşir qəzası 
Şər. Şərur Dərələyəz qəzası     
 
Lən. Lənkəran qəzası 
Nax. Naxçıvan qəzası     
 
 
Ağ. Ağbaba nahiyyəsi 
Sür. Sürməli qəzası      
             
Sığ. Sıgnaq qəzası 
Q. Quba qəzası    
 
 
 
Qaz. Qazax qəzası 
Üç. Üçkilsə qəzası       
 
            Zən. Zəngəzur qəzası 
Zaq. Zaqatala dairəsi       
 
 
Şam. Şamur dairəsi 
Y. Yeni Bəyazit qəzası    
 
 
Ər. Ərdahan dairəsi 
Al. Aleksandrapol qəzası     
            Pəm. (Pəmbək) 
 
ƏDƏBİYYAT 
1.
 
Bayramov  A.Ə.  “Kitabi  –  Dədə  Qorqud”da  adlar  və  Qafqaz  ərazisində  onların 
toponimləşməsi. Bakı: 2007. 
2.
 
Budaqov B. Türk uluşlarının  yer yaddaşı. Bakı: Elm, 1995, 270 s.   
3.
 
Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı: Bakı Universiteti, 1991, 312 s.  
4.
 
Qafqaz hərbi dairəsinin topoqrafik xəritəsi. Tiflis, 1903 (rusca) 
5.
 
Paqirev D.D. Qafqazın 5 verstlik xəritəsinin əlifba göstəricisi. Tiflis: 1912 (rusca). 
6.
 
Erk.Yurtsun. Asiyadakı  türkcə coğrafi adlar derlemeləri. Tamğa. İstanbul, 1993. 
 
РЕЗЮМЕ 
НЕКОТОРЫЕ СИНТАКСИЧЕСКИЕ ОСОБЕННОСТИ ОРОНИМОВ  
ЮЖНОГО КАВКАЗА 
Тагиева Р.И. 
 
Ключевые слова: география, топонимы, оронимы, карта, ойконимы
В  статье  анализируются  оронимы  –  названия  рельефа  Южного  Кавказа,  нашедшие 
месть на военно-топографической карте, опубликованной в 1903 году в  Тифлисе. Показаны 
их  синтаксические  особенности.  Приводятся  образцы  оронимов,  составленные  по  модели 
глагольных  сочетаний  (Дашкесен,  Налтокен,  Аглаган,  Налбанд  и  др.),  а  также  именных 
(Гырхгыз, Топдаг, Агязы, Тапагая и др.). 
 
SUMMARY 
SYNTACTICAL PECULIARITIES OF SOME SOUTHERN CAUCASUS ORONYMS 
Taghiyeva R.I. 
 
Key words: geography, toponym, oronym, map, oykonym
The article analyzes   the syntactical  rules of oronyms  and reliefs in  an ordnance map of the 
South Caucasus printed in Tbilisi in 1903. The features of oronyms in models of noun combinations 
(Gırxgız,  Topdag,  Tapaqaya,  Agyazı)  and  verbal  combinations  (Dashkasan,  Naltokan,  Aglagan, 
Nalband and etc.) are reflected. 
 
 
Daxil olma tarixi: 
İlkin variant 
08.01.2016 
 
Son variant 
01.06.2016 
Cənubi Qafqazın bəzi oronimlərinin sintaktik xüsusiyyətləri 
 

 
23 
 
 
UOT 81.373 
 
TÜRK DİLLƏRİNDƏ MİFOLOJİ LEKSİKANIN TƏDQİQİ TARİXİ  
 
QARAYEVA AYNUR VALEH qızı 
Sumqayıt Dövlət Universiteti, doktorant 
e-mail: qarayeva.aynur.1984@mail.ru 

Açar sözlər: mif, mifologiya, mifoloji leksika, mifonim, mifonimika  
Mifonimiya (mifonimika) – dilçiliyin dini-mifoloji mətnlərin leksikasını öyrənən, araşdıran 
bölməsidir. Mifonimiya  termini,  eyni  zamanda mifoloji adların  – onimlərin özünəməxsus spesifik 
xüsusiyyətlərini  ifadə  edir.  Tədqiqat  oyektinin  kateqoriyasından  asılı  olaraq  mifonimiya  ənənəvi 
olaraq  aşağıdakı  bölmələrə  ayrılır:  1)  mifoloji  antroponimika  –  mifoloji  insan  adları;  2)  mifoloji 
toponimika – mifoloji ərazi adları; 3) mifoloji zoonimika – mifoloji heyvanların adları; 4) mifoloji 
astronimika – mifoloji göy cisimlərinin adları və s. 
Mifonimiyada xüsusi adlar reallığa və qeyri-reallığa olan münasibətinə görə iki böyük qrupa 
ayrılır: 1) realionimlər – gerçəklikdə mövcud olmuş  varlıq və obyektlərin adları: 2) mifonumlər – 
uydurma obyekt və varlıqların adları: a) dini-mifoloji terminlər; b) eponimlər – mifik qəhrəmanların 
adları; 3) mifik predmetlərin (geyim, silah, əşya), mifik heyvanlarn adları;  c) mifoloji heyvanlara 
verilən adlar və s. 
Mifonimiyanın  tədqiqi  tarix,  etnoqrafiya,  geologiya,    mətnşünaslıq,  ədəbiyyatşünaslıq, 
coğrafiya, astronomiya, ölkəşünaslıq, demoqrafiya və s. bir çox sahələrlə sıx bağlıdır. 
Bu qəbil araşdırmalar silsiləsinə daxil olan mifoloji leksika ilə bağlı tədqiqatların əsas qayəsi 
dilin  lingvokulturoloji  mənzərəsini  açıqlamaqla  bərabər,  eyni  zamanda  dilin  keçdiyi  tarixi  inkişaf 
yolunu,  eyni  zamanda  dilin  lüğət  tərkibinin  alınmalar  hesabına  necə  zənginləşməsinin  əsas 
göstəricisidir.  Dəfələrlə  qeyd  edilib  ki,  mifoloji  görüşlər  insanların  inancları  və  sitayiş  etdikləri 
dinin görüşləri, düşüncələri ilə bağlıdır. Təbii ki, xalqın qəbul etdiyi, sitayiş mənbəyi olan dinlər və 
dini görüşlər dildən yan ötmür və bu və ya fərqli şəkildə dildə yeni ifadə və anlayışların işlədilməsi 
ilə  dilə yeni sözlər gətirir. 
Mif  xalqın  mədəniyyətinin  əsasını  təşkil  edir.  Bu  baxımdan  fərqli  sahələrlə  məşğul  olan 
tədqiqatçılar  XIX  yüzilliyin  əvəllərindən  başlayaraq  bu  sahədəki  araşdırmalara  xüsusi  diqqət 
yetirməyə  başladılar.  Mifologiynanın  lingvistik  araşdırmaları  da  bu  illərdən  başlayır.    Rus  dilinin 
mifoloji  leksikasını  lingvokulturoloji  aspektdə  araşdıran  O.B.Abıyakaya  son  onilliklərdə  bu  qəbil 
araşdırmalara  mifoloji  leksikayla  bağlı  olan  və  alman  dilində  mifonimlərin  semantik,  sintaktik  və 
praqmatik  xüsusiyyətlərinin  araşdırılmasına həsr  edilən A.A.Zavyalovanın dissertasiyasını [2000],   
mifoloji  personajların  müqayisəli  təhlilinin  metodikasını  və  nəzəriyyəsini  təklif  edən 
L.N.Vinoqradovanın  tədqiqatınını [2001] xüsusilə qeyd edir [6, 22].  
Azərbaycan dilinin mifoloji leksikansının tədqiqi  bu  gün dilçiliyimizin  qarşısında dayanan 
ən  aktual  məsələlərdən  biridir.    Dilimizin  mifoloji  leksikasının  müqayisəli  tədqiqi  bir  çox 
leksemlərin  səciyyəvi  xüsusiyyətini  dəqiqləşdirməyə,  müxtəlif  dini-mifoloji  mətnlərin  leksikasını 
təsnif etməyə və onların xüsusiyyət və ümumi qanunauyğunluqlarını müəyyən etməyə geniş fürsət 
yaradar.  Bununla  yanaşı  qeyd  etmək  lazımdır  ki,  bu  qəbil  leksik  vahidlərin  araşdırılaraq  təhlil 
edilməsi onlarda oğuz və qıpçaq dil qruplarına aid elementlərin də müəyyən edilməsi baxımından 
xüsusi əhəmiyyət kəsb edir. 
Azərbaycan dilinin mifonimiyası uzun bir tarixi inkişaf yolu keçmiş və hal-hazırda özündə 
müxtəlif  türk  dilləri  plastlarını  –  oğuz,  qıpçaq  və  müəyyən  qədər  qədim  türk  dili  elementlərini 
Sumqayıt Dövlət Universiteti – “ELMİ XƏBƏRLƏR”– Sosial və humanitar elmlər bölməsi 
Cild 12                       № 2                   2016 
  

 
24 
 
ehtiva edir. 
Türk mifonimikası müxtəlif cəhətlərdən və fərqli səviyyələrdə  türkologiyada tədqiq edilib 
və  edilməkdədir.  Lakin  bu  günümüzə  qədər  türkoloji  dilçilikdə  bu  sahə  ilə  bağlı  monoqrafik 
tədqiqatlara çox az rast gəlinir. 
Azərbaycan  dili  və  digər  türk  dillərinin  mifonimikasının  tədqiqinə  ümumi  şəkildə 
leksikologiya ilə bağlı aparılan araşdırmalarda müəyyən semantik modellərin təhlili və izahı [1, 12], 
eyni  zamanda  tipoloji  araşdırmalarda  [10]  rast  gəlinir.    Bununla  yanaşı,  qeyd  etmək  istərdik  ki, 
mifoloji və dini leksikanın morfoloji quruluşu da az işlənmiş sahələrdən biridir və bu fakt birbaşa 
türk dillərinin morfoloji quruluşunun yetərincə araşdırılmaması ilə izah edilir  [6, 18]. 
Mifoloji  toponimləri  tədqiq  edən  E.F.İşberdin  qeyd  edir  ki,  mifoloji  toponimlərin 
diferensiallığı denotatdan, ətraf aləmin varlıq və predmetlərindən[4, 23], coğrafi obyekt və onların 
əlamətlərindən və s.-dən asılıdır. 
Türkologiyada mifonimiya sistemində sözyaradıcılığı məsələsi müxtəlif cəhətlərdən tədqiqat 
obyekti olmuşdur [12].  
Mifologiyanın  leksik-semantik  quruluşunun  kompleks  təhlilini  türkoloji  dilçilikdə  1958  və 
1959-cü  illərdə  kumık  dilinin  materialları  əsasında  Cəfərov  və  1963-cü  ildə  Vəliyevin 
tədqiqatlarında  müşahidə  etmək  olar.  Eyni  zamanda  digər  türk  dillərinin  materialları  əsasında 
yazılmış  1964-cü  ildə  Mirtajiyev,  1971-ci  ildə  Əmirov,  1967-ci  ildə  İkramov,  1980-ci  ildə  
Xanbikov,  1975-ci  ildə  Uraksin,  1976-cı  ildə  Tatarintsev,  1983-cü  ildə  Quzeyev,  1986-cı  ildə 
Kajibekov, 1966-cı ildə Yuldaşevin tədqiqatları da təqdirəlayiqdir. Bu tədqiqatlarda türk dillərinin 
mifoloji  leksikası  fərqli  nöqteyi-nəzərlərdən  araşdırılıb.  Məsələn,  Y.Çunqayev  mifoloji  leksikanı 
araşdırarkən türkmən dilini və qədim türk dilini macar dili ilə müqayisə edərək, bu dillərdə mövcud 
leksik paralelləri tarixi aspektən müqayisəyə cəlb edir [19, 18]. 
1969-cu  ildə  X.İ.Suyunçev  qeyd  edir  ki,  kumık  mifonimik  leksemlərinin  monqol  dlində 
paralelləri  mövcuddur.  Bir  çox  monqol  elementləri  türk  dillərinə  o  qədər  nüfuz  edib  ki,  müasir 
dövrdə onların müəyyən edilməsi xüsusi tarixi-müqayisəli araşdırma tələb edir [17, 13].  
Qıpçaq  dini-mifoloji  onomastikasının  areal  tədqiqi  artıq  məlum  dil  faktlarına  fərqli 
yanaşmanı təmin edir [18, 35; 15, 47]. 
Kumık    mifologiyasının  bir  çox  onomastik  terminləri  digər  altay  və  türk  dillərinin 
modellərinə uyğun gəlir [8]. 
Türkoloji  ədəbiyyatda  mifoloji  məzmunlu  cüt  sözlərin  [5,  10]  və  mifoloji  sinonimlərin 
funksiyaları ilə bağlı araşdırmalara da təsadüf edilir. 
Məlumdur ki, Azərbaycan dilinin qrammatik və leksik qruluşu, digər türk dillərində olduğu 
kimi,  öz  sabitliyi  ilə  seçilir.  M.Ergin  qeyd  edir  ki,  türk  dillərinin  əsas  formaları    XV  əsrin 
sonlarından bugünumuzədək, demək olar ki, dəyişməz qalıb [4, 14]. Eyni fikri digər tədqiqatçılar da 
dəstəkləyir.  Bu,  Azərbaycan  dilində  mifoloji  vahidlərin  xronolojiləşdirilməsində  mühüm 
əhəmiyyətə malikdir. 
  Mifonimlər  arasında  isim  məsələsi  türkologiyada  kumık,  karaim  və  digər  türk  dillərinin 
materialları əsasında da tədqiq edilmişdir [7], [13]. Bir çox araşdırmalarda onomastik semantikalı 
isimlər,  sifətlər  və  digər  nitq  hissələri  haqqında  fərqli  fikir  və  mülahizələrin  irəli  sürülməsinə 
rəğmən,  onomastik  növəli  isimlərin  sözyaradıcılığı  prosesi  daha  geniş  şəkildə  A.Y.Boziyev 
tərəfindən araşdırlıb [11]. Qeyd edilən bu tədqiqatlar Azərbaycan dili semasiologiyası üçün mühüm 
əhəmiyyət  kəsb  edir.  Belə  ki,  isimlər  dilin  leksik  layında  ən  böyük  qismi  təşkil  etməklə  bərabər, 
eyni  zamanda,  müxtəlif  mifoloji  və  onomastik  frazeoloji  ifadələri  formalaşdıran  əsas  komponent 
kimi çıxış edirlər. 
2008-ci ildə işıq üzü görən İ.O.Məmmədovun  Azərbaycan dili materialları əsasında işləyib 
hazırladığı “Etnoqrafik leksika” əsəri dini-mifoloji leksikanın tədqiqində mühüm addımlardan biri 
Türk dillərində mifoloji leksikanın tədqiqi tarixi  
 

 
25 
 
kimi  dəyərləndirilə  bilər.  Belə  ki,  bu  əsərdə  xalqımızın  qədim  inancları  ilə  bağlı  bir  sıra  söz  və 
terminlər geniş şəkildə etimoloji baxımdan izahatı verilməklə araşdırma obyekti olmuşdur.  
“Mənəvi  mədəniyyət  anlayışının  özü  də  çoxsahəlidir.  Buraya  mifologiya,  adətlər,  folklor, 
etika, estetika, şəxs adlarını da daxil edirlər ki, bu da hər bir xalqın mədəni-tarixi inkişafını əhatə 
edir.  «Bu  tipli  leksik  vahidlər  /Azərbaycan  dilinin  mənəvi  mədəniyyət  leksikasına  aid  sözlər 
nəzərdə tutulur/ içərisində xalqımızın qədim mənəvi dünyasını, mifik və dini görüşlərini, müxtəlif 
mərasim  və  adət-ənənələrini  özündə  əks  etdirən  və  günümüzədək  yaşayan  «  mənəvi  mədəniyyət 
leksikası» adlandırılan tematik qrup da müəyyən yer tutur. Belə sözlər dilin elə spesifik milli qatını 
təşkil edir ki, onunköməyi ilə xalqın mənəviyyat aləmini açmaq olur” [2, 26-27]. 
1980-ci  ildə  N.A.Baskakovun  “Модели  тюркских  этнонимов  и  их  типологическая 
классификация”  məqaləsi  də  türkologiyada  mifoloji  leksikanın  tədqiqatına  öz  töhvəsini  verən 
araşdırmalardan biri kimi dəyərləndirilə bilər [9].  
1971-ci  ildə  Baheddin  Ögel  “Türk  mifologiyası”  adlı  iki  cilddlik  kitabı  mifonimikanın 
tədqiqatında ən sanballı araşdırmalardan biridir [3].  
2004-cü  idlə  Ş.Q.Şabanova  “Azərbaycan  mifoepikasının  onomastik  leksikası”  adlı 
dissertasiyasında  qeyd  edir  ki,    onomastika  fərqli  amlualarda  araşdırılmasına  baxmayaraq,  burada 
mifoloji  leksika  xüsusilə  diqqəti  şəkir.  Belə  ki,  mifoloji  leksikanın  vahidləri  dilin  ən  qədim 
elementlərini,  leksemlərini  təmsil  edərək  xalqən  mifoloji  və  dini-fləsəfi  görüşlərinin  fərqli 
cəhətlərdən dəyərləndirməyə təhlil etməyə geniş imkanlar açır [20]. 
Bütün  nəzərdən  keçirilən  elmi  araşdırmalar  bir  daha  onu  sübut  edir  ki,  türkologiyada  türk 
dillərinin  dini-mifoloji  leksikası  ilə  bağlı  geniş,  çoxplanlı  monoqrafik  araşdırmalar  varsa  da,  bu 
məslə  yetərincə  işıqlandırılmamış  və  hələ  də  dilin  bu  layında  izahata  ehtiyac  olan  bir  çox 
problemlər öz həllini tapmamışdır.  
Azərbaycan dilinin materialları əsasında bu qəbil fundamental araşdırmalar isə demək olar 
ki, yoxdur.   
Dilimizdə dini-mifoloji görüşləri özündə əks etdirən bir sıra frazeoloji ifadə və birləşmələrə 
rast  gəlinir.  Bu  qəbil  birləşmələ  və  ifadlərin  araşdırılması  ilk  öncə,  təbii  ki,  onların 
komponentlərinin  ayrı-ayrılıqda  tədqiqat  obyekti  olmasını  tələb  edir,  bu  da  dilçilik  və  mədəni 
görüşlərin  bir-biri  ilə  nə  dərəcədə  əlaqədə  olmasını  müəyyən  etmək  deməkdir.  Çünki  linqvistik 
araşdırmalar bu və ya digər şəkildə  mədəniyyətin müxtəlif sahələri ilə bağlı olur. Dil, mədəniyyət 
və milli təfəkkürü bir arada tədqiq etdikdə, təbii ki, fəlsəfə, psixologiya, kulturologiya, sosiologiya 
və  s.  sahələrdən  yan  keçmək  olmur.  Bu  sahələrin  qovşağında  formalaşan  dini-mifoloji  leksika 
özündə bir çox gizli məqamları saxlamaqdadır. 
Elmi yeniliyi :  Türk dillərində mifoloji leksikanın tədqiqi tarixini araşdırılması türkologiya 
sahəsində  mif  v  mifonim  anlayışlarının  fərqli  türkoloqlar  tərəfindən  aldığı  elmi  qiyməti  bir  arada 
izləmək  şansı  qazanır  və  bu  sahədə  ortaq  və  fərqli  düşüncələri  müqayisəli  şəkildə  təhlil  etməyə 
şərait yaranır. 
Tatbiqi  əhəmiyyəti:  Məqalədə  haqqında  söhbət  açılan  bir  sıra  fundamental  elmi  əsərlər, 
eləcə  də  bu  kiçik  araşdırmanın  nəticələri  və  təqdim  edilən  materiallar  bu  qəbil  araşdırmalar  üçün 
dəyərli mənbə ola bilər. 
 
ƏDƏBİYYAT  
1.Dəmirçizadə Ə. M. 
Azərbaycan ədəbi dilinin tarixi
 I hissə. Bakı: Maarif, 1979, 267 s. 
2. Məmmədov O.İ. Azərbaycan dilinin etnoqrafik leksikası, Bakı: Elm, 2008, 291 s.  
3. Bahaeddin Ögel. Türk mifologiyası. 2 cildde, 1 c., Ankara: Türk Tarih Kurumu Basimleri, 
1971, 496 s. 
4. Ergin M. Dede Korkut kitabi. Ankara. 1963, 124 s. 
Qarayeva A.V. 
 

 
26 
 
5. Hatipoglu V. Kelime Gruplari ve Kurallan. Ankara, 1994. №65. s.10-16 
6. Абыякая О. В. Мифологическая лексика русского языка в лингвокультурологическом 
аспекте  и  принципы  ее  лексикографического  описания,  дис.  канд.фило.н.,  Санкт-
Петербург, 2004, 195 с. 
7.  Арсланов  Л.Ш.  Язык  карагашей-ногайцев  Астраханской  области.  Набережные 
Челны: КГПИ,1992, 160 с. 
8.  Базилхан  Б.  Краткая  сравнительно-историческая  грамматика  монгольского  и 
казахского языков: Автореф. ...дис. канд. филол. наук. Алма-Ата, 1974, 20 с. 
9.  Баскаков H.A.  Модели  тюркских  этнонимов  и  их  типологическая  классификация 
// Ономастика Востока. М.: Наука, 1980, c.12-22. 
10. Бертагаев Т.А. Сочетания слов и современная терминология.  М.: 1971. № 3, 176 с. 
11. Бозиев А.Ю. Словообразование имен существительных, прилагательных и наречий 
в карачаево-балкарском языке, Нальчик : Кабард.-Балкар. кн. изд-во, 1965,  88 с. 
12.  Гузеев  Ж.М.  О  структурно-семантически  близких  словах  в  карачаево-балкарском 
языке  //  Региональное  кавказоведение  и  тюркология:  традиции  и  современность. 
Карачаевск: 1998, c.66-67. 
13. Дмитриев Н. К. Грамматика башкирского языка.  М.- Л.: 1940, 421 c. 
14.  Ишбердин Э.Ф.  Историческое  развитие  лексики  башкирского  языка.  АН  СССР, 
Башк. фил., Ин-т истории, яз. и лит. М.: Наука, 1986, 151 с. 
15. Рассадин И. В. Хозяйство, быт и культура тофаларов : Автореф. дис. на соиск. учен. 
степ. к.ист.н., Улан-Удэ: 2000, 36 с. 
16.  Султанмурадов А.  М.  Способы  выражения  аспектуальных  значений  глагола  в 
кумыкском языке : (монография), Махачкала : ГОУ ВПО ДГУ, 2010, 160 с. 
17.  Суюнчев Х.И.  Карачаево-балкарские  и  монгольские  лексические  параллели.  
Черкесск : Ставроп. кн. изд-во. Карачаев.-Черкес. отд-ние, 1977. 174 с. 
18.  Чеченов И.М.  Древности  Кабардино-Балкарии  :  (Материалы  к  археол.  карте). 
Нальчик : Эльбрус, 1969, 152 с. 
19.  Чунгаев Я.  О  связях  туркменского  и  древнетюркского  языков  с  венгерским  /Под 
ред. К. Бабаева. Ашхабад : Ылым, 1985, 84 с. 
20.  Шабанова  Ш.  Г.  Ономастическая  лексика  азербайджанской  мифо-эпики  :  Автореф 
Дис. на соиск. учен. степ. канд. филол. наук, Махачкала: 2004,  22 с. 
 
РЕЗЮМЕ 
ИСТОРИЯ ИССЛЕДОВАНИЯ МИФОЛОГИЧЕСКОЙ ЛЕКСИКИ В ТЮРКОЛОГИИ 
Гараева А.В.  
 
Ключевые  слова:  миф,  мифология,  мифоло-релишиозная  лексика,  мифоним, 
мифонимика  
В  статье  рассматривается  ряд  работ,  посвященных  исследованию  мифологической  и 
религиозной  лексики  тюркских  языков.  Автор  пытается  создать  хронологическую  картину 
исследований  в  этом  направлении.  Так  как  мифология  и  религия    тесно  соприкасаются, 
работы  посвященные  мифо-религиозной  лексикe  тоже  были  рассмотрены  и  комментиро-
ваны. 
 
 
 
 
Türk dillərində mifoloji leksikanın tədqiqi tarixi  
 

 
27 
 
SUMMARY  
THE RESEARCH HISTORY OF MYTHOLOGICAL LEXIS IN TURKOLOGY 
Qarayeva A.V.  
 
Key words: myth, mythology, mythological lexics, mythonym, mythonymy  
In this article a number of works devoted to the research of mythological and religious lexics 
of Turkic languages are analysed. The author tried to create a chronological picture of the research 
in  this  direction.  As  the  mythology  and  religion  are  closely  linked,  the  works,  devoted  to 
mythological and religious lexis, have been reviewed and commented, too. 
 
 
 
 
Daxil olma tarixi: 
İlkin variant 
15.02.2016 
 
Son variant 
01.06.2016 
Qarayeva A.V. 
 

 
28 
 
Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin